Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1597/2025 01.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” mülki iş üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi və mənzilin təhvil verilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı MTK Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 17 avqust 2019-cu il tarixli 139 saylı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli, 7 bloklu binanın 2-ci blokunda, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112.7 kv.m olan 20 saylı 3 otaqlı mənzili cavabdehə satmağı, cavabdeh isə müqavilə üzrə mənzilin hər kv.m üçün 1240 manat olmaqla, mənzilin ümumi qiyməti 139.748 manat müəyyən edilmiş, ilkin olaraq müqavilə bağlandığı gün 55.000 manat ödənilməklə, qalan 84.748 manatı isə 36 ay müddəti ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtı-vaxtında yerinə yetirmədiyindən xx.xx.2019-cu il tarixli müqaviləyə 2 saylı əlavəyə əsasən mənzilin dəyərinin hər bir kv.m üçün əlavə 140 manat artırılaraq yeni ödəniş cədvəli müəyyən edilmişdir. Hazırda cavabdehin müqavilə üzrə 49.951 manat borcu yaranmışdır. Cavabdehə rəsmi qaydada xəbərdarlıq göndərilsə də, o öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, mənzilin əsas borcunu ödədiyini, qalan borcun isə sonradan hesablanan borc olduğunu bildirdi. Həmin borcdanda məhkəmə iclasları zamanı ödəniş etdiyini və hazırda cəmi 16.151 manat borcu qaldığını bildirmişdir.
Mülki işin materialları:
5. Pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq göndərilərək, 139 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 31.151 manat faktiki qalıq borcu, müqaviləyə 2 saylı əlavə üzrə 49.951 manat borcun olduğu bildirilmişdir.
6. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 139 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli, 7 bloklu binanın 2-ci blokunda, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112.7 kv.m olan 20 saylı 3 otaqlı mənzili cavabdehə satmağı, cavabdeh isə müqavilə üzrə mənzilin hər kv.m üçün 1240 manat olmaqla, mənzilin ümumi qiyməti 139.748 manat müəyyən edilmiş, ilkin olaraq müqavilə bağlandığı gün 55.000 manat ödənilməklə, qalan 84.748 manatı isə 36 ay müddəti ödəməyi öz öhdəsinə götürmüşdür.
7. Ödəniş qrafikinə əsasən Cavabdeh müqavilə üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 2355 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür.
8. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MTK-ya 31.151 manat borcu vardır.
9. Ödənişlərin qəbul edilməsinə dair sənəddən (MTK tərəfindən ödənişlərin qeyd edildiyi və imzalandığı kitabça) Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 15.000 manat ödəniş edilmiş və 16.151 manat borcu qalmışdır.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət huququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
11. Azərbaycan Respublikası Kontitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 324.1-ci maddəsinə əsasən əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
13. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
14. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
15. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
16. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
17. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
Azərbaycan Respublikası MPM-nin:
18. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir
Məhkəmənin mövqeyi:
24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh üzərinə düşən öhdəlikləri qismən də olsa yerinə yetirmiş, mənzilin dəyərinin əsas borc hissəsini ödəmişdir.
26. Həmçinin iddiaçı tərəflər arasında xx.xx.2019-cu il tarixli müqaviləyə 2 saylı əlavəyə əsasən mənzilin dəyərinin hər bir kv.m üçün əlavə 140 manat artırılaraq yeni ödəniş cədvəli müəyyən edildiyini qeyd etsə də, həmin əlavə məhkəməyə təqdim edilməmişdir.
27. Məhkəmə qeyd edir ki, iddiaçı 31.151 manat borca görə müqavilənin ləğvini tələb etsə də, həmin borcun olmasını rəsmi olaraq sübuta yetirə bilməmiş, həmçinin əsas borca qalan məbləğ cavabdeh tərəfindən ödənilmiş və iddiaçı tərəfindən qəbul edilmişdir. (kitabçada olan qeydlər).
28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydadaBakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Lətifə Məmmədova