Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1603/2024 12.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “ … Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən cavabdeh İddiaçındə satış təmsilçi(satıcı) kimi işə götürülmüşdür. 16 mart 2021-ci il tarixində isə iddiaçı ilə cavabdeh arasında tam maddi məsluliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh olan Cavabdeh vəzifəsi və öhdəliyi bazarlarda satış məntəqələrindən qəbul edilmiş sifarişlər əsasında iddiaçıya məxsus anbardan malları götürüb yerlərdə satış məntəqələrinə çatdırmaq və müqabilində ödənilmiş pul vasitələrini isə iddiaçının (şirkətin) xəzinəsinə mədaxil etməkdən ibarət olmuşdur. Cavabdeh işlədiyi müddət ərzində pulun mütənasibliyində və satış məntəqələrində pul vəsaitlərinin ödənilməsi hissəsində əsaslı şübhələr yaranmış və bununla bağlı cavabdehin də iştirakı ilə satış məntəqələrində araşdırmalar aparılmışdır. Araşdırmalar nəticəsində müəyyən olundu ki, cavabdeh satış məntəqələrindən iddiaçının kassasına ödənilməsi üçün verilmiş pul vəsaitlərini mənimsəmiş və verilmiş pul vəsaitlərini iddiaçının kassasına mədaxil etməmişdir”. Göründüyü kimi, hazırkı mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir, Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən isə, … əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 28-ci maddəsinə görə, ... əmək ... münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə müvafiq olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, iddiaçı eyni tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-7588/2023 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 148 dövlət rüsumunun geri qaytarılması qərara alınmış və iddiaçıya hazırkı tələb üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirakının qanunvericiliklə tələb olunması izah edilmişdir. Həmin qərardad iddiaçı tərəfindən mübahisələndirilməmiş və xx.xx.2024-cü il tarixdə qərardadda qeyd olunmuş nöqsan aradan qaldırılmadan eyni tələblə yenidən məhkəməyə müraciət edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.6-1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 148 (yüz qırx səkkiz manat) dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunur ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-1603/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1603/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver