Məhkəmə qərarları › İş №e-2(001)-1616/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1616/2022

26.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1616/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh və Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı “alqı-satqının etibarsız hesab edilməsi və qərarın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh və Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı “alqı-satqının etibarsız hesab edilməsi və qərarın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddanın rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh və Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi arasında E.Nemətulla küçəsində yerləşən 300 kv.m torpaq sahəsinin alqısatqısına dair imzalanmış aktın və torpaq sahəsinin planının etibarsız sayılması, həmin torpağa dair verilmiş 12 sentyabr 2003-cü il tarixli qərarın ləğv edilməsi və cavabdehlərə torpaq sahəsindən istifadəsinə yaradılmış maneənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh “zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına dair “ iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi E.Nemətulla küçəsində yerləşən 300 kv.m torpaq sahəsinin boşaldılması, torpaq sahəsini və tikintini əvvəlki vəziyyətə gətirilməsi, cavabdeh İddiaçı tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən o, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, qarşılıqlı iddia ərizəsinin qəbul edilməsinə yol verilməməli və qarşılıqlı iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. -156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir:1) qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə;2) qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa;3) qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsindən görünür ki, tərəflər arasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında başqa iş vardır və ilkin iddia üzrə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəmiş, lakin o, qarşılıqlı iddia ərizəsini səhvən müstəqil iddia ərizəsi kimi elektron sistemə daxil etmişdir. Halbuki qarşılıqlı iddia ərizəsi ilk iddia ilə birlikdə baxılmaq üçün təqdim edilməli və müvafiq olaraq ilk iddianın baxıldığı icraat üzrə elektron sistemə daxil edilməli idi. Odur ki, yuxarıda göstərilənlərə əsasən qarşılıqlı iddia geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh və Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı “alqı-satqının etibarsız hesab edilməsi və qərarın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar