Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1688/2023 06.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1306 (bir min üç yüz altı) manat məbləğində pul vəsaitinin və 01 iyun 2022-ci il tarixdən 17 yanvar 2023-cü il tarixədək gecikdirilən hər gün üçün 1% olmaqla 3016 manat məbləğində, ümumilikdə 4322,86 (dörd min üç yüz iyirmi iki manat səksən altı qəpik) manat məbləğində borcun, eləcə də ödənilmiş dövlət rüsumunu əvəzi olaraq 63,23 (altmış üç manat iyirmi üç qəpik) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə barədə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 mart 2022-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmaqla həmin tarixdə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 3M-559 nömrəli reyestrdə qeydə alınmış ”Barışıq razılaşması haqqında” müqaviləyə əsasən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 15 may 2021-ci il tarixli icarə müqaviləsindən irəli gələn gecikdirilmiş icarə haqqının ödənilməsinin şərtləri, qaydası və s. tənzimlənmişdir. Sözügedən müqaviləyə əsasən "xxxx" MMC-nin baş meneceri Cavabdeh 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayları üçün ödənilməmiş 3011 (üç min on bir) manat məbləğində pul vəsaitinin 500 (beş yüz) manat məbləğində olan hissəsini sözügedən müqavilə bağlandığı gün İddiaçı kassasına nəğd qaydada ödəməyi, qalan 2511 manat məbləğində pul vəsaiti hər ay üçün 1256 manat məbləğində olmaqla 2022-ci il may ayının 31-dək tam həcmdə olan hissəsini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə həmçinin göstərilmişdir ki, icarə haqqı üzrə qalan borc məbləği "xxxx" MMC tərəfindən onun istəyinə uyğun olaraq bu müqavilə ilə müəyyənləşdirilmiş 31 may 2022-ci il tarixdən əvvəl də tam olaraq ödənilə bilər. Qeyd edilən müqaviləyə əsasən "xxxx" MMC, eləcə də Cavabdeh həmçinin bu müqavilə ilə müəyyən edilən 3011 manat məbləği 31 may 2022-ci il tarixinədək tam şəkildə ödəmədikləri halda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 1 (bir) faizi həcmində cərimə məbləği ödəyəcəklərini öhdələrinə götürmüşlər. Yuxarıda göstərilən xx.xx.2022-ci il tarixli barışıq razılaşması haqqında müqavilə ilə Cavabdeh Dilavuz oğlu öhdəsinə götürmüşdür ki, "xxxx" MMC tərəfindən bu müqavilə ilə üzərinə götürülmüş öhdəliklər vaxtında və layiqincə icra edilmədiyi təqdirdə icarə haqqı üzrə qalan 2511 manat məbləğində pul vəsaitini bu müqavilə ilə şəxsi vəsaiti hesabına tam şəkildə ödəyəcəkdir. Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, "xxxx" MMC İddiaçı qarşısında olan 2.511 manat məbləğində öhdəliyini yuxarıda sözügedən müqavilə ilə müəyyən edilən müddətədək, yəni 31 may 2022-ci il tarixinədək tam icra etməmiş və hal hazıradək "xxxx" MMC-nin müəssisəyə 1306 manat məbləğində borcu qalmışdır. Qeyd etməyi zəruri hesab edirlər ki, "xxxx" MMC tərəfindən 2511 manat borcdan hazırkı vaxtadək yalnız 1205 manat məbləğində pul vəsaiti ödənilmişdir.Tərəflərindən "xxxx" MMC-yə həmçinin AVİS sistemi vasitəsi ilə 07 dekabr 2022-ci il tarixli, 22 FBL/Rayyan/12-097 nömrəli pretenziya ilə "xxxx" MMC-dən 11 mart 2022-ci il tarixli “barışıq razılaşması haqqında müqavilə”yə əsasən ödənilməyən 1306 manat məbləğində borcun 31 dekabr 2022-ci il tarixədək ödənilməsinin təmin olunması xahiş olunmuşdur. Lakin keçən müddət ərzində borcun ödənilməsi "xxxx" MMC tərəfindən təmin olunmamışdır. Odur ki, yuxarıda sözügedən müqavilənin şərtinə əsasən hazırkı iddia ilə Cavabdeh qarşı məhkəməyə müraciət olunmasına hüquqi əsas yaranmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mübahisə məhz iddia ərizəsində adı çəkilən hüquqi şəxslərin sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı münasibətlərindən yaranmışdır. Belə ki iddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sənədlərin məzmunu ilə müəyyən edilir ki, hazırki iddia tələbi də iddiaçı Fels Baku Limited” Müəssisəsi -nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar "xxxx" MMC arasında bağlanmış 15 may 2021-ci il tarixli icarə müqaviləsindən irəli gələn gecikdirilmiş icarə haqqının ödənilməsinin şərtlərinin, qaydasının təmzilənməsi məqsədilə iddiaçı Fels Baku Limited” Müəssisəsi ilə "xxxx" MMC-nin adından Cavabdeh Dilavuz oğlu arasında 11 mart 2022-ci il tarixdə bağlanmış ”Barışıq razılaşması haqqında” müqavilə üzrə pul tələb edilməsi ilə bağlıdır. Göründüyü kimi qeyd olunan müqavilənin tərəfi olan hazırki iddia üzrə cavabdeh fərdi sahibkar statusuna malik olmayan şəxs, yəni fiziki şəxs kimi deyil, "xxxx" MMC-nin direktoru kimi imzalamışdır. Başqa sözlə cavabdeh şəxsi öhdəlik münasibətlərinə görə deyil, təmsil etdiyi hüquqi şəxsin öhdəliklərinə görə müqavilə bağlamışdır. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Eyni zamanda qeyd etməyi lazım bilirəm ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsinin geri qaytarılması ilə yanaşı, hal-hazırki iddia ərizəsinə əlavə edilmiş iddiaçı tərəfindən 17 yanvar 2023-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 63,50 manat məbləğində dövlət rüsumunun da geri qaytarılması qərara alınmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1688/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1688/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver