Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1697/2024 07.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bozanl Techizat MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) əmək müqavilələrinə xitam verilməsinə və sair tələbə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bozanl Techizat MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) əmək müqavilələrinə xitam verilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 ilə Bozanl Təçhizat MMC arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli əmək müqavilələri bağlanılmış və iddiaçılar daşdüzən fəhlə kimi işə qəbul edilmişlər. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli əmək müqavilələrinə əsasən iddiaçılara hər ay 345 manat və 250 manat məbləğində əmək haqqının ödənilməsi razılaşdırılmışdır. İddiaçlar müəyyən bir zaman işlədikdən sonra bəzi problemlər yarandığından iddiaçılar işləməyə çətinlik çəkdikləri üçün işləyə bilməmişlər. Bir müddət sonra iddiaçılar yeni iş yerləri ilə əlaqə saxlayıb özlərinə yeni iş tapmaq istəmiş, lakin hər yerdə onlara sistemdə aktiv əmək müqavilələrinin mövcud olduğu bildirilərək işə götürməkdən imtina etmişlər. İddiaçılar bu səbəbdən də məcbur olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edərək, əmək müqavilələrinə elektron informasiya sistemində xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti iddiaçılara ünvanlanmış məktubla onların xahişini təmin etməkdən imtina edərək, məhkəməyə müraciət etmək hüquqlarını izah etmişdir. İddiaçılar hazırda işləmək istəsələr də, Bozanl Təçhizat MMC ilə olan aktiv əmək müqavilələri əsas gətirərək, onların işə götürülmələrindən imtina edilir. Buda iddiaçıların hüquqlarının pozulmasına səbəb olur. Ona görə də Bozanl Techizat MMC ilə İddiaçı2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə və Bozanl Techizat MMC ilə İddiaçı1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsinə, əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bozanl Təçhizat MMC-yə və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh Bozanl Təçhizat MMC və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Bozanl Təçhizat MMC-nin və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12. İ.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ.Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 4. 1.Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 3. 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; Maddə 12.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; Maddə 45. 1.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 49.
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Maddə 68. 1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 73.
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2.İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 83. 1.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 saylı qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən: 6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir: 6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi; 6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası; 6.1.3. işəgötürənin adı; 6.1.4. işçinin soyadı, adı, atasının adı; 6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN); 6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi. 6.2. Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. 6.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatlarından müəyyən olunur ki, qanuni təmsilçisi Qanuni nümayəndə olan Bozanl Techizat MMC (VÖEN **********) xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1ylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MSB 2-03994/2023 nömrəli arayışdan müəyyən olunur ki, ilkin mediasiya sesiyasında İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iştirak etmiş, Bozanl Techizat MMC-nin nümayəndəsi iştirak etməmiş, mediasiya xərci olan 60 manatı İddiaçı1 ödəmişdir. Bakı şəhəri 2 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MSB 2-039998/2023 nömrəli arayışdan müəyyən olunur ki, ilkin mediasiya sesiyasında İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iştirak etmiş, Bozanl Techizat MMC-nin nümayəndəsi iştirak etməmiş, mediasiya xərci olan 60 manatı İddiaçı2 ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin M.H.Talıbova və digərlərinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-5/2-T 51840/2023 nömrəli məktubdan müəyyən olunur ki, araşdıramaya dair müvafiq sənədlərin təqdim edilməsi məqsədilə Belanda Group MMC, Fteral Group MMC, Bozanl Techizat MMC-yə 3-17-5/1-T-32042/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq onlara aid olan sənlərin Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb ediliş, lakin poçt xidmətinə məxsus F-20 formasında bu ünvanda yaşamır qeyd edilərək məktub geri qaytarılmışdır. Bu səbəbdən də müraciətilərin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 və Məşğulluq alsisteminə tərəflərindən baxış keçirilərkən İddiaçı1, İddiaçı2 ilə Bozanl Techizat MMC arasında bağlanılmış əmək müqaviləsi bildirişinin qüvvədə olduğu məlum olmuşdur. Məlumat üçün bildirilir ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılmasının mümkün olmadığı, əmək müqaviləsinə xitam veilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və Məşğulluq alt sisteminə daxil edilməsinin X6 Xidmətinin slahiyyətləri xaircində olması iddiaçılara bildirilməklə onlara əmək müqaviləsinə xtam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və məşğulluq alt sisteminə daxil edilməsinin X3 Xidmətinin səlahiyyətləri xaricində olması, qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və Məşğulluq altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməli olmaları, işəgötürən tərəfindən bu vəzifə icra edilmədiyi halda və yə onların işəgötürən tərəfındən icra edilməsi mümkün olmadığı halda, bu barədə əsaslandırılmış qaydada rayon məhkəməsinə müraciət edilməli olmaları, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfındən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinın qüvvədən salınması ilə bağlı məlumatların Əmək və Məşğulluq altsisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməsi izah edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işəgötürən Bozanl Techizat MMC ilə işçi İddiaçı2 arasında xx.xx.2023-cü il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış, İddiaçı2 əmək haqqı 345 manat olmaqla Bozanl Techizat MMC-yə daşdüzən fəhlə vəzifəsinə işə qəbul edilmiş, müqavilə qüvvədədir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işəgötürən Bozanl Techizat MMC ilə işçi İddiaçı1 arasında xx.xx.2023-cü il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış, İddiaçı1 əmək haqqı 250 manat olmaqla Bozanl Techizat MMC-yə daşdüzən fəhlə vəzifəsinə işə qəbul edilmiş, müqavilə qüvvədədir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı2 Bozanl Techizat MMC-də daşdüzən fəhlə vəzifəsində çalşmaqla əmək haqqı 345 manat təşkil edir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Əzizov X4 Techizat MMC-də daşdüzən fəhlə vəzifəsində çalşmaqla əmək haqqı 250 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən Bozanl Techizat MMC ilə işçi İddiaçı2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətsiz əmək müqaviləsinə işçi İddiaçı2 öz təşəbbüsü ilə xitam verilməsinə cəhd etsə də, cavabdehin fəaliyyət göstərməsini müəyyən edə bilmədiyindən müqavilənin ləğvinə nail ola bilməmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, işəgötürən Bozanl Techizat MMC ilə işçi İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətsiz əmək müqaviləsinə işçi İddiaçı1 öz təşəbbüsü ilə xitam verilməsinə cəhd etsə də, cavabdehin fəaliyyət göstərməsini müəyyən edə bilmədiyindən müqavilənin ləğvinə nail ola bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri rəsmiləşdirilməli olduğundan, əmək müqavilələri sərbəst bağlanıldığından, işçinin pozulmuş əmək hüquqlarının müdafiəsinə məhkəmə təminatı verildiyindən iddia ərizəsi əmək müqavilələrinə xitam verilməsinə dair hissədə təmin edilməlidir. Məhkəmə iddiaçıların əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X3 Xidmətinə həvalə edilməsinə dair tələbləri üzrə qeyd edir ki, tərəflər arasındakı olan mübahisə mülki mübahisə olmaqla əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı olduğundan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X3 Xidmətinə həvalə edilməsi deyil, əmək qanunvericiliyinin tələbi kimi qətnamə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsas hesab edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bozanl Techizat MMC ilə İddiaçı2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilsin. Bozanl Techizat MMC ilə İddiaçı1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilsin. Hazırkı qətnamə Bozanl Techizat MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və Bozanl Techizat MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqavilələrinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsasdır. Bozanl Techizat MMC-dən məhkəmə xərclərinə görə 60 manat İddiaçı2 xeyrinə tutulsun. Bozanl Techizat MMC-dən məhkəmə xərclərinə görə 60 manat İddiaçı1 xeyrinə tutulsun. Bozanl Techizat MMC-dən dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova