Məhkəmə qərarları › İş №e-2(001)-1760/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1760/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1760/2022 31.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X2 Azərbaycan” QSC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 92,25 manat məbləğində maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 08 dekabr 2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və 06 oktyabr 2020-ci il tarixli e-2(001)-4673/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə İddiaçı "xxxx" MMC ilə bağlanmış 18 yanvar 2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh 19 mart 2021-ci il tarixindəki 300 manat və 13 avqust 2021-ci il tarixindəki 315 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X2 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 92,25 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən 18 yanvar 2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh (lər) tərəfindən “X2 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15%-i həcmində, yəni ümumilikdə 92,25 manat məbləğində xidmət haqqı ödəmişdir. “X2 Azərbaycan” QSC ilə cavabdeh arasında bağlanmış 08 fevral 2013-cü il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki, “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddia ərizəsində qeyd edilən borcla əlaqədar məlumatsızdır. O, banka olan borcunu tam olaraq bağlamışdır. Odur ki, bankın ona yenidən iddia qaldırdığı borcu qəbul etmir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(001)- 1760/2022 saylı qərardadı ilə iddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında qəbul edilmiş 2(001)-1760/2022 saylı mülki iş iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirib, işə mahiyyəti üzrə baxıb tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlı iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı hazırda tələb etdiyi borcla bağlı daha əvvəl məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. O, qətnamə icraya yönəldildikdən sonra banka olan borcunu tam ödəmişdir. Onun hazırda borcu yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında 08 fevral 2013-cü il tarixdə bağlanmış “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik” haqqında qarışıq müqaviləsinə əsasən sonuncuya kredit verilməsi üçün kredit xətti açılmışdır. Müqavilənin 4.19-cu bəndinə əsasən, bu müqavilədən yaranan (irəli gələn) borcların “Kart/əlavə kart sahibi” tərərfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə “Bank” “Kart/əlavə kart sahibi”nə qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, “Kart/əlavə kart sahibi” bununla bağlı “Bank”ın çəkəcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) “Bank” a ödənilməsini qəbul, bəyan və təsdiq edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(001)- 4673/2020 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh əsas borc 467,24 manat, faiz borcu 53,91 manat, cərimə 61,71 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci olan 1,5 manat olmaqla, ümumilikdə 584,36 manat məbləğində pul vəsaiti tutularaq “X2 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən qəbul edilmiş 07 dekabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(001)-4673/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. "xxxx" MMC ilə “X2 Azərbaycan” QSC arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə İstehlak kreditləri, Kredit Kartları və/ və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% nisbətində hüquqi xidmət haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). "xxxx" MMC-nin 20 aprel 2021-ci il tarixli “2021-ci il mart ayı üzrə Worldcart ödənişlərinin hesabatı”ndan görünür ki, 91672 nömrəli müştəri Cavabdeh 18 mart 2021-ci il tarixdə 300 manat ödəmişdir. Xidmət haqqı edilmiş ödənişin 15%-i, 45 manatdır. "xxxx" MMC-nin 23 sentyabr 2021-ci il tarixli “2021-ci il avqust ayı üzrə Worldcart ödənişlərinin hesabatı”ndan görünür ki, 91672 nömrəli müştəri Cavabdeh 13 avqust 2021ci il tarixdə 315 manat ödəmişdir. Xidmət haqqı edilmiş ödənişin 15%-i, 46?89 manatdır. "xxxx" MMC və “X2 Azərbaycan” QSC arasında tərtib edilmiş 20 aprel 2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin icraatında olan işlərdən 2021-ci il mart ayında Worldcart işləri üzrə 11.078,05 manat, istehlak krediti işləri üzrə 7.069,68 və 154,68 ABŞ dolları məbləğində geri ödənişlər olmuşdur. Görülən işlərin xidmət haqqı müqavilə şərtlərinə uyğun olaraq geri ödənişlərin 15% hissəsindən ibarətdir və rəqəm olaraq ümumilikdə 2.761,58 manat təşkil edir. “X2 Azərbaycan” QSC-nin 20 aprel 2021-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC-nin hesabına 2.761,58 manat vəsait köçürmüşdür. 19 avqust 2021-ci il tarixdə “X2 Azərbaycan” QSC-nin Binəqədi rayon icra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh qətnamə üzrə borcunu bankın xeyrinə tam ödəmişdir. Odur ki, qanunvericilikdən irəli gələn müvafiq tədbirlərin həyata keçirilməsi xahiş edilmişdir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov tərəfindən qəbul edilmiş 27 avqust 2021-ci il tarixli qərarın surətindən görünür ki, icra sənədində qeyd olunan tələb təmin olunduğundan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(001)-4673/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. "xxxx" MMC və “X2 Azərbaycan” QSC arasında tərtib edilmiş 23 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin icraatında olan işlərdən 2021-ci il avqust ayında worldcart işləri üzrə 9.475,39 manat, istehlak krediti işləri üzrə 7.767,9 və 247,71 ABŞ dolları məbləğində geri ödənişlər olmuşdur. Görülən işlərin xidmət haqqı müqavilə şərtlərinə uyğun olaraq geri ödənişlərin 15% hissəsindən ibarətdir və rəqəm olaraq ümumilikdə 2.649,66 manat təşkil edir. “X2 Azərbaycan” QSC-nin 23 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC-nin hesabına 2.649,66 manat vəsait köçürmüşdür. “X2 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış 25 oktyabr 2020-ci il tarixli pretenziya bildirişinin surətindən görünür ki, ondan "xxxx" MMC-yə köçürülmüş 92,25 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Qeyd olunan bildirişin göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, bildiriş Cavabdeh çatdırılmışdır. “X2 Azərbaycan” QSC-nin 26 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmi 615 manat borcunun banka ödətdirilməsi üçün “X2 Azərbaycan” QSC tərəfindən “X1” MMC-yə 92,25 manat məbləğində xidmət haqqı ödənilmişdir. 02 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış 08 fevral 2013-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanmışdır. Daha sonra iddiaçı bank "xxxx" MMC ilə bağlanmış 18 yanvar 2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etmiş və bunun üçün bank tərəfindən 92,25 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə iddianı qəbul etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrası, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin 4.19-cu bəndində qeyd olunmuş “icra tədbiqini həyata keçirmək” səlahiyyətləri hər hansı hüquqi şəxsə, o cümlədən iddiaçıya və "xxxx" MMC-yə verilməmişdir və onlar tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə tələbkardan, yəni hazırki iş üzrə iddiaçıdan icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı hər hansı ödənişin alınması nəzərdə tutulmamışdır, əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar