Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-177/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə və X2 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun, faizlərin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, məhkəmədən cavabdehlərdən kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli 9/3952 nömrəli expert rəyinə əsas borc xx.xx.2024-cü il tarixə (rəyin tərtib olunduğu tarixə) isə əsas borc üzrə 70693,86 manat faiz borcu üzrə 10446,98 manat, cərimə borcu üzrə 20780,67 manat borcun cəmi məbləği 101921,51 manat və xx.xx.2023-ci il tarixli kredit xətti müqaviləsi üzrə borcunun məbləği əsas borc xx.xx.2024-cü il tarixə (rəyin tərtib olunduğu tarixə ) isə əsas borc üzrə 38621.87 manat faiz borcu üzrə 5707,45 manat , cərimə borcu üzrə 3671,8 manat , borcun cəmi məbləği 48001.12 manat məbləğində pulun tutulması və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 450 manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan 240000 (iki yüz qırx min) manat qiymətləndirilən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilərək hərraca çıxarılması, əmlakların açıq hərrac yolu ilə satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT "xxxx" MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, borc məbləği tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması və İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilinin hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq ailə üzvləri və digər şəxslər ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-177/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin “İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilinin hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq ailə üzvləri və digər şəxslər ilə birlikdə mənzildən çıxarılması” hissəsində icraata xitam verilmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə 12/685-2022 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsinin xx.xx.2022-ci il tarixli 1 Saylı əlavəsinin 2.1 bəndinə əsasən Sizə 80000 manat məbləğində birinci kredit məbləği (tranşı) və həmin kredit xətti müqaviləsinin xx.xx.2023-ci il tarixli 2 Saylı əlavəsinin 2.1 bəndinə əsasən isə 50000 manat məbləğində ikinci kredit məbləği (tranşı) ayrılmışdır.Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-ci il tarixli 12/685-2022 və nömrəlizaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə “zamin” borclu Cavabdeh1 təşkilata olan öhdəliklərini tam yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin borcalanın öhdəliklərinin icrasının təminatı kimi BOKT "xxxx" MMC-i ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.1ci maddəsinə əsasən ipoteka saxlayanla Borcalan arasında Bakı şəhərində bağlanmış xx.xx.2022-ci il və xx.xx.2023-ci il tarixdə 12/685-2022 nömrəli kredit müqaviləsinə əsasən borcalanın yaranacaq öhdəliyinin təminatı kimi, ipoteka qoyan Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********92-05301-093080, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il) Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsiəsasında İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka müqaviləsi notarial təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və (və ya) faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (ƏLAVƏ № 1) uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (ƏLAVƏ № 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə 2 (iki) iş günündən sonra hər gecikdirilmiş gün üçün aylıq ödəniləcək əsas məbləğinin 1%-i həcmində dəbbə (cərimə) ödəyir. Cavabdeh1kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaklara tutma yönəldilməli, kredit müqaviləsinin icrasının təminat üsulu kimi Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzili açıq hərracda satılmaqla əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzili ipoteka ilə yüklü edilərkən tərəflərin razılığı ilə 240000 (iki yüz qırx min ) manat bazar dəyəri 220000 (iki yüz iyirmi min) manat məbləğində likvid dəyər ilə qiymətləndirilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında bildirmişdir ki, ikinci dəfə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinin nəzərə alınmamasını xahiş edir. Belə ki, tərəfə ünvanlanan pretenziya məktublarında müqavilənin ləğvi barədə iradə ifadəsi göstərilməmiş, sadəcə, borcun ödənilməsi tələb edilmişdir. Hətta borclu tərəfindən də, pretenziya məktubundan sonra, ödəniş edilmişdir. Bundan başqa məhkəmə mübahisəsinin uzanması, onların Mərkəzi Banka verdikləri hesabatlarda uyğunsuzluğun yaranmasına səbəb olmuşdur. Odur ki, məhkəmədən həmçinin maliyyə arayışı verilən tarixə illik 5% faiz cərimə məbləğinin də, cavabdehlərdən tutulmasını xahiş edir.
6. Bundan başqa iddiaçı xx.xx.2025-ci il tarixli ekspert rəyinə yazılı etirazında göstərir: Bildiririk ki, Cavabdeh1 və zamini X1 qarşı kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutulmanın yönəldilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət olunmuş və iş Məhkəməsinin hakimi Nigar Nəbizadənin icaatında olmuşdur. İş məhkəmənin icrasında olduğu dövründə 6 hazırlıq və 2 baxış iclası keçirilmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət verərək borcunun hesablanmasını məhkəmə ekspertizasına həvalə edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qərərdad qəbul olunmuş və iş Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspertizaların keçirilməsi və rəylərin verilməsi məqsədi ilə məhkəmə tərəfindən ekspertlər qarşısında 1 (bir) ay müddət müəyyən edilmişdir. Ekspertlər tərəfindən məhkəmə-mühasibatlıq eksperizasının rəyi xx.xx.2024-cü il tarxidə, məhkəmə-əmtəəşünaslıq expertizasının rəyi isə xx.xx.2024-cü il tarixdə tərtib olunaraq Binəqədi rayon məhkəməsinə qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə ekspert rəyləri məhkəmə sisteminə işlənil24mişdir. Həmçinin, cavabdeh ərizə ilə müraciət edərək borc məbləğinin ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də hakimin başqa işə keçməsi səbəbindən iş üzrə icranın davam etdirilməsi hakim İlkin Əliyevə həvalə edilmişdir. Diqqətinizə çatdırıram ki, iş məhkəmənin icraatında olduğu müddətdə, cavadehlər tərəfindən məhkəməyə müddətin uzadılması məqsədilə dəfələrlə əsassız olaraq ərizələr, şikayətlər, etirizalar təqdim edilmiş və işə nəticə verilməsi gecikdirilmişdir. Bundan əlavə, işin başqa hakimin icraatına verilməsi də məhkəmə işinin daha da uzadılmasına səbəb olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilən baxış iclasında hakim tərəfindən son qərar qəbul edilməli olduğu halda hakim qərar qəbul etməmiş, iddiaçının və cavabdehlərin tələbi olmadan öz təşəbbüsü ilə məhkəmə prosesini dayandırmış və cavadehə müqavilədə nəzərdə tutulmuş öhdəliyinin icrasının tələb edilməsi ilə əlaqədar tərəfimizdən verilmiş bildirişdə qeyd olunmuş tarixə, yəni xx.xx.2023-cü il tarixə olan borcun hesablanması üçün əlavə məhkəmə ekspertizasının təyin edilməsinə dair qərardad qəbul etmişdir. Bu səbəbdən əsassız olaraq MMC kredit müqaviləsində nəzərdə tutulmuş gəlirlərindən məhrum edilmişdir. İşin yenidən ekspertizaya göndərilməsi barədə məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(001)-2092/2024 nömrəli Qərardadını əsassız hesab edirik. Belə ki, tərəfimizdən cavabdehlərə göndərilən bildirişdə müqaviləyə xitam verilməsi və ya borcun tam ödənilməsi tələbi qoyulmamışdır. Cavabdehlərə ünvanlanmış xəbərdarlıqlar, bildirişlər borclularda məsuliyyət hissinin gücləndirilməsi və öhədəliklərini yerinə yetirməsi məqsədilə göndərilir. Belə bildirişlərin verilməsində məqsəd həmin tarixə olan borcun müştəri tərəfindən ödənilməsi və qrafik üzrə ödənişlərin bərpa edilməsidir. Bundan əlavə, ekspertizanın rəyindən göründüyü kimi cavabdehlər xəbərdarlıqdan sonra da ödəniş etmişlər. Bu hal hakim tərəfindən araşdırılmalı və həmin bildiriş müqaviləyə xitam verilməsi üçün əsas kimi qəbul olunmamalı idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən "İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır" əsas gətirərək cavabdehlərə yazılan xəbərdarlıq və ya bildirişə əsasən müqaviləyə xitam verilmiş sayılması və həmin vaxta ekspert rəyinin hazırlanması düzgün aparılmır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 24 dekabr 2014cü il tarixli qərarının, qərara aldım hissəsinin 2-ci bəndinə əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi tərəf imtina bardə iradə ifadəsini qarşı tərəfə bildirərsə və ya kredit müqaviləsində göstərilən müddət başa çatarsa yalnız bu halda müqaviləyə xitam verilmiş hesab oluna bilər. Əks halda bildirişin verilmə tarixinə olan borcun ödənilməsi və qrafik üzrə öhdəliklərin bərpa olunması tələbi müqaviləyə xitam verilməsi kimi qiymətləndirilə bilməz. Həmçinin bildirirk ki, Məhkəmədə birinci ekspertiza rəyi olduğu halda, iş üzrə əlavə ekspertiza təyin olunması və ekspertlər tərəfindən məbləğin əsassız olaraq azaldılması MMC-nin aylıq hesabatlarına zidd olmaqla, onu gəlirlərindən azad edir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qanunvericiliyə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eləcə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə işlərə iddia tələbləri həddində baxır və qiymət verir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və zamini X1 qarşı BOKT İdeal Kredit MMC-nin xx.xx.2025-ci tarixli iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizəsini və iddiaçı tərəfindən dövlət rüsumu kimi əlavə ödənilmiş 81 ( səksən bir) manat məbləğində pulun tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə tutulmasını təmin etməyinizi xahiş edirik.
7. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında gəlməmişlər və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
8. Cavabdeh1 iddiaya dair yazılı etirazında göstərir: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı mənə və zaminə qarşı “ kredit Borcunun tutulması " tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Binəqədi rayon Məhkəməsinə müraciət edərək məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsində tələb olunan borc iddia verilən günə real borcu əks etdirmir, qanunsuz hesablanmış borcdur, iddia tələbinə etiraz olunmalıdır, məhkəmədən iddianın qismən təmin olunması, məndəən və zamindən müştərək qaydada 82000 manat borcun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetlərinə dair bağlanmış ipoteka və zaminlik müqavilələrinin ləğv olunması barədə qətnamə çıxarılmalıdır. MPM-nin 154.1 -ci maddəsinin tələbinə əsasən “İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir." Məhkəmənin nəzərinə çatdırıram ki, mən iddiaçı "İdeal Kredit " Bank Olmayan Kredit Təşkilatı ilə xx.xx.2022-ci il tarixində 12/685- 2022 saylı Kredit Xətti Müqaviləsi bağlamışam. Həmin Kredit Xətt Müqaviləsinin xx.xx.2022-ci il tarixli 1 saylı Əlavəsinin 2.1-ci bəndinə əsasən mənə 80000 manat məbləğində, həmin müqavilənin xx.xx.2023-cü il tarixli 2 saylı müqaviləsinə əsasən isə 50000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi mənə məxsus ünvan 2 ünvandakı mənzilim borc verən qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Mirbabal Mirələkbər qızı ilə 12/685-2022 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra mən kredit müqaviləsi üzrə öhdəliklərimi icra etmişəm və sonu xx.xx.2023-cü il tarixində 30000 (otuz min) manat məbləğində ödəniş etmişəm iddiaçıya müraciət etmişəm ki, kredit müqaviləsi üzrə ödənişlərim barədə, qalıq sair barədə mənə hesabat arayış versin. Lakin iddiaçı məni ödənişlərim və qalıq barədə məlumatlandırmamışdır. Belə ki, iddiaçı mənə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərdikdə mən dəfələrlə iddiaçının ofisində olmuşam və qeyd etdiyim arayışı ondan tələb Belə ki, iddiaçının xəbərdarlıqda qeyd etdiyi borc real borcu əks etdirmirdi və iddiaçı olaraq mənə qalıq borcu haqqında məlumat vermirdi. Mənim borc öhdəliklərim barədə məlumat verilməməsinin səbəbi iddiaçı tərəfindən mənim ödədiyim kredit borcunu mənimsəmək olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, vaxtlı vaxtında ödənişlər etmişəm, lakin bank borcun ödənilməsinə marağını itirmişdir. Bundan sonra iddiaçı mənə və zaminə "kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka pred açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi " tələbinə dair Bakı şəhər Binəqədi rayon Məhkəməsində iddia qaldırmışdır. Göründüyü kimi iddiaçı borcun ödənilməsində maraqlı olmamaış, borcun ödənil qərəzli olaraq maraqlı olmuşdur.
9. Cavabdeh1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərir: Hesab edirəm ki, iddia ərizəsində tələb olunan borc iddia verilən günə real borcu əks etdirmir, qanunsuz hesablanmış borcdur, məhkəmədən iddianın qismən təmin olunması, məndən və zamindən müştərək qaydada 82000 manat borcun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetlərinə dair bağlanmış ipoteka və zaminlik müqavilələrinin ləğv olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin nəzərinə çatdırıram ki, mən iddiaçı “İdeal Kredit“ Bank Olmayan Kredit Təşkilatı ilə xx.xx.2022-ci il tarixində 12/685-2022 saylı Kredit Xətti Müqaviləsi bağlamışam. Həmin Kredit Xətt Müqaviləsinin xx.xx.2022-ci il tarixli 1 saylı Əlavəsinin 2.1-ci bəndinə əsasən mənə 80000 manat məbləğində, həmin müqavilənin xx.xx.2023-cü il tarixli 2 saylı müqaviləsinə əsasən isə 50000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi mənə məxsus ünvan 2 ünvandakı mənzilim borc verən qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 Mirələkbər qızı ilə 12/685-2022 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra mən kredit müqaviləsi üzrə öhdəliklərimi icra etmişəm və sonuncu dəfə xx.xx.2023-cü il tarixində 30000 ( otuz min ) manat məbləğində ödəniş etmişəm.Dəfələrlə iddiaçıya müraciət etmişəm ki, kredit müqaviləsi üzrə ödənişlərim barədə qalıq borcu və sair barədə mənə hesabat arayış versin Lakin iddiaçı məni ödənişlərim və qalıq borcum barədə məlumatlandırmamışdır. Belə ki, iddiaçı mənə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərdikdən sonra mən dəfələrlə iddiaaçının ofisində olmuşam və qeyd etdiyim arayışı ondan tələb etmişəm, Qeyd etmək istəyirəm ki, iddiaçının xəbərdarlıqda qeyd etdiyi borc real borcu əks etdirmirdi və bu səbəbdəndə iddiaçı qərəzli olaraq mənə qalıq borcu haqqında məlumat vermirdi. Mənim borc öhdəliklərim barədə mənə məlumat verilməməsinin səbəbi iddiaçı tərəfindən mənim ödədiyim kredit borclarını mənimsəmək olmuşdur. Qeyd etmək istəyirəm ki, bu fakt 11 iyun 2024-cü il tarixli 9/3952 N-li ekspert rəyində də öz əksini tapmışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, mən vaxtlı vaxtında ödənişlər etmişəm, lakin iddiaçı borcun ödənilməsinə maraqını itirmişdir. Bundan sonra iddiaçı mənə və zaminə qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi “ tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Binəqədi rayon Məhkəməsində iddia qaldırmışdır. Yuxarıda qeyd etdiklərimi, Mülki Məcələnin, Mülki Prosesual Məcələnin müvafiq maddələrini və qanunun digər tələblərini rəhbər tutaraq məhkəmədən xahiş edirəm ki, məhkəmədən iddianın qismən təmin olunması, məndən və zamindən müştərək qaydada 109000,621 manat borcun tutularaq iddiaçıya ödənilməsi , ipoteka predmetlərinə dair bağlanmış ipoteka və zaminlik müqavilələrinin ləğv olunması barədə qətnamə çıxarasınız. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:
10. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsindən görünür ki, borcverən (“Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana ( Cavabdeh1) 60 ay müddətinə, illik 28 % olmaqla, 200000 manat kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Kredit qeyri-yaşayış sahəsinin təmiri üçün götürülmüşdür.
11. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcverən (“Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh1) 36 ay müddətinə, illik 28 % olmaqla, 80000 manat kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
12. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2023-cü il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə 2 saylı əlavədən görünür ki, borcverən (“Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh1) 36 ay müddətinə, illik 28 % olmaqla, 50000 manat kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
13. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli 677İK/24 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 07 dekabr 2022-ci il tarixli 1 saylı Əlavə üzrə xx.xx.2024-cü il tarixinə 73617,22 manat əsas, 13799,14 manat faiz, 20780,67 manat cərimə olmaqla, cəmi 108197,0 manat, xx.xx.2023-cü il tarixli 2 saylı Əlavə üzrə xx.xx.2024-cü il tarixinə 39976,9 manat əsas, 7493,44 manat faiz, 3671,8 manat cərimə olmaqla, cəmi 51142,14 manat borcu vardır.
14. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan 07 dekabr 2022-ci il tarixli, 12/685-2022 saylı zaminlik müqaviləsinə əsasən zamin xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsi üzrə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür.
15. İpoteka saxlayan “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 12/685- 2022 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipoteka predmeti Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzildir. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri 240000 manat, likvid dəyəri isə 220000 manat müəyyən edilir.
16. Cavabdeh2 tərəfindən 9 saylı notariat ofisində yazılan **********196 saylı ərizədə görünür ki, o, birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş halda mənzili tərk etmək tələb edilərsə, qeyd şərtsiz yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.
17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 tərəfindən BOKT "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 3518 nömrəli reyestr kitabının 330016 nömrəli vərəqində qeydiyyata alınmışdır.
18. “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borclulara xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı əlavə və xx.xx.2023-cü il tarixli 2 saylı Əlavə üzrə ödəniş qrafikinə uyğun öhdəliyi icra etmədiklərindən borcun yaranması barədə məlumat verilmiş edilmiş, borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişin məzmunundan görünür ki, borclulardan kredit müqavilələri üzrə gecikmədən çıxmaq üçün 1-ci kredit üzrə 25000 manat, 2-ci kredit üzrə 2400 manatı 3 gün müddətində ödəmələrini, əks təqdirdə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, sonuncuya ipoteka haqqında qanuna əsasən öhdəliyin icra edilməməsi səbəbindən notariusun icra qeydi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AR ƏMDX yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli 12/685- 2022 saylı kredit xətti müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən BOKT "xxxx" MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdə göstərilir: Sizin ********** saylı, xx.xx.2023-cü il tarixli elektron müraciətinizə əsasən ünvan 5 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
23. BOKT "xxxx" MMC tərəfindən verilən hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2023-cü il tarixində borcalan tərəfindən ödənilən 30000 manatın 17444 manatı 1 saylı əlavə üzrə, 12556 manatı isə 2 saylı əlavə üzrə silinmişdir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 9/3965 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133,40 kv.m olan, 3 otaqlı əla təmirli mənzilin mövcud orta bazar dəyəri təqribən 397.500 ( 133,40 x 2980,00) manat, likvid dəyər təqribən (397.500-10%)358000 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat hesablanmışdır.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 9/3952 saylı ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit müqaviləsinə 1 saylı Əlavə üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 70693,86 manat, faiz borcu üzrə 3354,03 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 70693,86 manat, faiz borcu üzrə 3518,98 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 70693,86 manat, faiz borcu üzrə 10446,98 manat, xx.xx.2023-cü il tarixli 2 saylı Əlavə üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 38621,87 manat, faiz borcu üzrə 1832,29 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 38621,87 manat, faiz borcu 1922,51 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 38621,87 manat, faiz borcu üzrə 5707,45 manat hesablanmışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat hesablanmışdır.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 9/10642 saylı ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit müqaviləsinə 1 saylı Əlavə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 79101.00 manat, faiz borcu üzrə 5660,12 manat, xx.xx.2023-cü il tarixli 2 saylı Əlavə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 46260,87 manat, faiz borcu üzrə 3310,22 manat hesablanmışdır Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
27. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsindən görünür ki, borcverən (“Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh1) 60 ay müddətinə, illik 28 % olmaqla, 200000 manat kredit xətti açmışdır. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli 12/685- 2022 saylı kredit xətti müqaviləsinə 1 saylı əlavə ilə borcverən (“Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh1) 36 ay müddətinə, illik 28 % olmaqla, 80000 manat, xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsinə 2 saylı əlavə ilə borcverən (“Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh1) 36 ay müddətinə, illik 28 % olmaqla, 50000 manat kredit vermişdir.
28. İpoteka saxlayan “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 12/685- 2022-İP saylı ipoteka müqaviləsi ilə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipoteka predmeti Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzildir.
29. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə (maliyyə arayışının verildiyi tarixə) yaranmış borcun tutulmasını, tələbin isə ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Lakin sonradan iddiaçı iddia tələbini xx.xx.2024-cü il tarixli ekspert rəyinə uyğun dəqiqləşdirməklə, borcludan xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə 1 saylı əlavə üzrə xx.xx.2024-cü il tarixə (rəyin tərtib olunduğu tarixə) əsas borc üzrə 70693,86 manat, faiz borcu üzrə 10446,98 manat, cərimə borcu üzrə 20780,67 manat, olmaqla, cəmi 101921,51 manat və 2 saylı əlavə üzrə xx.xx.2024-cü il tarixə (rəyin tərtib olunduğu tarixə ) əsas borca görə 38621.87 manat, faiz borcuna görə 5707,45 manat, cərimə borcuna görə 3671,8 manat olmaqla, cəmi 48001.12 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
30. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-177/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi üzrə “İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilinin hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq ailə üzvləri və digər şəxslər ilə birlikdə mənzildən çıxarılması” hissəsində icraata xitam verilmişdir.
31. Cavabdeh1 isə iddia tələbini qismən qəbul etməklə, borc məbləğinin əsassız olaraq şişirdirildiyini, tərəfindən edilmiş ödənişlərin nəzərə alınması şərtilə ondan və zamindən müştərək qaydada 109000,621 manat borcun tutularaq iddiaçıya ödənilməsini, ipotekaya və zaminliyə xitam verilməsini xahiş etmişdir.
32. Mübahisənin həlli üçün yaranmış borc məbləğinin hesablanması zərurəti olduğundan məhkəmə tərəfindən iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. İddiaçı ikinci ekspert rəyi ilə razılaşmayaraq, məhkəməyə iddia verilənə qədər kredit müqaviləsi üzrə münasibətlərin davam etdiyini bildirmişdir. Bunu isə onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən birinci dəfə xəbərdarlıq edildikdən, tutmanın yönəldilməsi barədə bildiriş verildikdən sonra borcalan tərəfindən həm 2023-cü ilin oktyabr ayında, həm də dekabr ayında ödənişlər edilmişdir. Bundan əlavə ikinci dəfə göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq müqavilədən imtina mahiyyəti daşımamış, gecikmə üzrə yaranmış borcun ödənilməsi tələb edilmişdir.
33. İpoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 9/3965 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133,40 kv.m olan, 3 otaqlı əla təmirli mənzilin mövcud orta bazar dəyəri təqribən 397.500 (133,40 x 2980,00) manat, likvid dəyər təqribən (397.500-10%)358000 manat məbləğində müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
35. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
37. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
38. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
39. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
40. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
41. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;
42. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;
43. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
44. İşin müəyyən edilən hallarından göründüyü kimi, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Digər Cavabdeh2 isə zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.
45. Bununla belə, məhkəmə iddiaçının kredit xətti müqaviləsi üzrə yaranmış borcun tutulması barədə tələbini qismən əsaslı hesab edir.
46. Belə ki, işin hallarından müəyyən eidldiyi kimi iddiaçı xx.xx.2024-cü il tarixdə tərtib etdiyi maliyyə arayışına əsaslanaraq, xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmiş və kredit xətti müqaviləsinin 1 və 2 saylı əlavələri üzrə yaranmış bütün borcu tələb etmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə müqavilələrdən imtina edərək müqavilə münasibətlərinə xitam vermişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq, iddiaçının məhkəmə mübahisəsinin uzun müddət davam etməsinə görə iddiaçının artırılmış hissədə tələbini əsassız hesab edir.
47. Odur ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin ilk dəfə xx.xx.2023-cü il tarixdə göndərilməsinə baxmayaraq, müqavilə münasibətlərinin məhkəməyə müraciət edilənədək davam etdiyi barədə iddiaçının mövqeyi ilə razılaşaraq o qənaətə gəlir ki, iddia tələbi kredit xətti müqaviləsi üzrə maliyyə arayışının verildiyi tarixə olan əsas və faiz borcun ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə tutulması hissəsində əsaslı hesab edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, həqiqətən cavabdeh xx.xx.2023-cü il tarixdə xəbərdarlıq aldıqdan sonra oktyabr, dekabr aylarında yaranmış borcu qismən ödəmişdir və iddiaçının xx.xx.2024-cü il tarixdə göndərdiyi ikinci xəbərdarlıq müqavilədən imtina mahiyyəti daşımamışdır.
48. Beləliklə, məhkəmə hesab edir ki, kredit xətti müqaviləsinə 1 saylı əlavə üzrə qalıq borcun məbləği əsas borca görə 70693.86 manat, faiz borcuna görə 3354.03 manat, 2 saylı əlavə üzrə qalıq borcun məbləği əsas borca görə 38621.87 manat, faiz borcuna görə 1832.29 manat məbləğində müəyyən edilməlidir.
49. Bundan əlavə məhkəmə 1 saylı əlavə üzrə tələb edilən cərimə məbləğini aşağıda göstərilənlərə əsasən qismən əsaslı hesab edir.
50. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
51. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
52. Odur ki, məhkəmə qalıq əsas borc üzrə məbləği nəzərə alaraq hesab edir ki, 1 saylı əlavə üzrə tələb edilən cərimə məbləği azaldılmalı və 7000 manat məbləğində müəyyən edilməlidir. 2 saylı əlavə üzrə tələb edilən cərimə məbləğini (3671.8) isə məhkəmə əsas borca mütənasib hesab edir.
53. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı Əlavə üzrə əsas borca görə 70963,8 manat, faiz borcuna görə 3354,03 manat, cərimə borcuna görə 7000 manat olmaqla, 81317,83 manat məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixli 2 saylı Əlavə üzrə əsas borca görə 38621,87 manat, faiz borcuna görə 1832,29 manat, cərimə borcuna görə 3671,8 manat olmaqla, 44125,96 manat, hər iki müqavilə üzrə ümumilikdə 125443,79 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmaqla, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir.
54. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində aşağıdakıları qeyd edir:
55. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
56. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın;
57. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır;
58. 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər;
59. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
60. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
61. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
62. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun:
63. 34.1-ci maddəsinə əsasən İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
64. 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
65. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
66. 34.1.4.-cü maddəsinə əsaəsn bu Qanunda nəzərdə tutulmuş digər hallarda;
67. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
68. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
69. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
70. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir;
71. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir.
72. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borcalan tərəfindən lazımınca icra edilmədiyindən, xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqavilə üzrə borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
73. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı ekspert rəyi ilə razılaşır və o qənaətə gəlir ki, ilkin satış qiyməti 358000 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
75. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
76. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
77. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
78. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
79. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı Əlavə üzrə əsas borca görə 70963,8 manat, faiz borcuna görə 3354,03 manat, cərimə borcuna görə 7000 manat olmaqla, 81317,83 manat məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixli 2 saylı Əlavə üzrə əsas borca görə 38621,87 manat, faiz borcuna görə 1832,29 manat, cərimə borcuna görə 3671,8 manat olmaqla, 44125,96 manat, hər iki müqavilə üzrə ümumilikdə 125443,79 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli; xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsi üzrə 125443,79 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli; Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 358000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı; satışdan əldə olunan vəsait hesabına xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsi üzrə borc ödənilməli; ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılmalı; ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə xx.xx.2022-ci il tarixli 12/685- 2022 saylı kredit xətti müqaviləsi üzrə qalıq borc Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
80. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 354 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
81. Bundan başqa məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir.
82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı Əlavə üzrə əsas borca görə 70963,8 manat, faiz borcuna görə 3354,03 manat, cərimə borcuna görə 7000 manat olmaqla, 81317,83 manat məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixli 2 saylı Əlavə üzrə əsas borca görə 38621,87 manat, faiz borcuna görə 1832,29 manat, cərimə borcuna görə 3671,8 manat olmaqla, 44125,96 manat, hər iki müqavilə üzrə ümumilikdə 125443,79(bir yüz iyirmi beş min dörd yüz qırx üç manat, yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsi üzrə 125443,79 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 358000 (üç yüz əlli səkkiz min) manat müəyyən edilməklə açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılsın, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 354 (üç yüz əlli dörd) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev