Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1805/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Cavabdeh X1(eyni zamanda Cavabdeh1 nümayəndəsidir) iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüquqları olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüquqları olmayan hesab edilməsi” tələbi barədə ilk, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbi barədə qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli e-2(001)- 1805/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qarşılıqlı iddiaçılara qaytarılmışdır. Məhkəmə iclasında iştirak Cavabdeh X4(eyni zamanda Cavabdeh1 nümayəndəsidir) mülki iş üzrə iddiaçı olan anası İddiaçı öldüyünü bildirərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını, eləcə də iddiaçı tərəfin ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, AZ-İİ seriyalı 422328 №-li Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 494 №-ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1-ci maddəsində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı xx.xx.2024-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə isə vəfat etmişdir. İddiaçının halhazırki “mənzildən istifadə hüquqları olmayan hesab edilməsi” tələbindən irəli gələn münasibətlər üzrə isə hüquq varisliyinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüquqları olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1805/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1805/2024
17.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver