Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1808/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində 1500 (bir min beş yüz) manat, həmçinin mediasiya üçün ödənilmiş 50 (əlli) manat və mediasiyada hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat və məhkəmədə təmsil üçün vəkilə ödənilmiş 400 (dörd yüz) manat olmaqla, cəmi 2250 (iki min iki yüz əlli) manat məbləğində vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş yeri üzrə “çistiçkaçı” vəzifəsinə işə qəbul edilmişdir. 10 aprel 2023-cü il tarixində isə o və cavabdeh arasında 202 saylı Tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Elə həmin tarixdə, yəni 10 aprel 2023cü il tarixində o və cavabdeh arasında 204 saylı “Sponsorluq” müqaviləsi bağlanmışdır. Həmin müqavilə hər iki tərəfin ortaq maraqları əsasında cavabdehin əlavə xərc çəkmədən peşə biliklərinə yiyələnməsi, bütün ömrü boyu tətbiq edə bilməsi və onun əlavə xərc çəkməklə öz fəaliyyəti üçün kadr yetişdirməsi məqsədi ilə bağlanmışdır. Müqaviləyə əsasən o, nəzərdə tutulan təlimin həyata keçirilməsi üçün maliyyə vəsaiti təmin edir və həmin vəsait onun tərəfindən təlimverənə ödənilir. Cavabdeh isə bunun qarşılığında təlimdə yiyələndiyi peşə biliklərini əmək funksiyasını həyata keçirən zaman müqavilənin qüvvədə olduğu müddət ərzində işdə tətbiq etməyi öhdəsinə götürür. Müqavilənin 2.6-cı, 4.1-ci və 4.2-ci bəndlərinə əsasən cavabdehin əmək hüquqları məhdudlaşdırılmır, onun əmək müqaviləsinə Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada xitam verməsinə qadağa qoyulmur, lakin bu onun çəkdiyi xərcləri tələb etməsini və cavabdehin tam maddi məsuliyyətini istisna etmir. Bu müqavilənin məqsədinin həyata keçirilməsi üçün 10 aprel 2023-cü il tarixində o, cavabdeh və fərdi sahibkar (təlimçi) X5 (VÖEN: **********) arasında “Xidmətlərin göstərilməsinə dair” 203 saylı, üçtərəfli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən təlimçi onun sifarişi əsasında cavabdehə “cild baxımı prosedurları mövzusu (çistka, dermapen, peeling, lazer epilyasiyası və sairə bunlar kimi əlavə tibbi bilik tələb etməyən prosedurlar) çərçivəsində həm nəzəri, həm də praktiki təlimlər keçməyi, cavabdeh bu təlimlərdə iştirak etməyi, o, isə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən məbləğ 1 (bir) ay üçün 1500 manat təşkil etmişdir. 10 may 2023-cü il tarixli, o, cavabdeh və təlimçi tərəfindən imzalanmış təhviltəslim aktına əsasən nəzəri və praktiki qaydada cild (dəri) baxımı prosedurları (təlimləri) keçirilmişdir. 10 may 2023-cü il tarixli kassa mədaxil orderi ilə onun tərəfindən 1500 (bir min beş yüz) manat vəsait təlimçi-fərdi sahibkar X3 ödənilmişdir. Daha sonra Cavabdeh əmək qanunvericiliyi və tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən müqavilədə göstərilən müddətlərdə iş yerində olmaq (yalnız həftənin üçüncü günü istirahət günü kimi müəyyən edilmişdir) və əmək funksiyasını icra etməklə bağlı öhdəliyini icra etməməklə müqavilənin mühüm şərtini pozmuş, işçinin 01 iyun tarixindən 03 iyun 2023-cü il tarixədək işdə olmaması ilə bağlı 03 may 2023-cü il tarixli, 13 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixədək işdə olmaması ilə bağlı 26 avqust 2023-cü il tarixli, 13 avqust 2023-cü il tarixindən 06 sentyabr 2023-cü il tarixədək işdə olmaması ilə bağlı 06 sentyabr 2023-cü il tarixli, 13 avqust 2023-cü il tarixindən 21 sentyabr 2023-cü il tarixədək işdə olmaması ilə bağlı 21 sentyabr 2023-cü il tarixdə (qəbul edilməsini təsdiq edən qəbzlərin surəti qoşmaya əlavə edilmişdir) tərəfindən ona bildiriş ünvanlanaraq öz öhdəliyini icra etməməsi ilə bağlı yazılı izahat verməsi və ya əsaslı səbəb (müvafiq təsdiqedici sənədlə) göstərilmədiyi halda əmək müqaviləsinin 72 maddəsinin “a” bəndində nəzərdə tutulmuş hal əsas götürülməklə, həmin Məcəllənin “ç” bəndi ilə xitam veriləcəyi bildirilmişdir. Həmçinin işə gəlməməsi ilə bağlı Cavabdeh barəsində 20 avqust 2023-cü il tarixli 002 nömrəli, 01 sentyabr 2023-cü il 003 nömrəli, 15 sentyabr 2023-cü il tarixli, 004 nömrəli aktlar tərtib olunmuşdur. Belə ki, 06 iyun 2023-cü il tarixli Əmr əsasında sonuncu barəsində əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini kobud şəkildə pozduğuna görə Əmək müqaviləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əssaən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, pozuntunun törədildiyi gündən 06 (altı) ay ərzində pozuntuya yol verərsə, əmək müqaviləsinə həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə uyğun olaraq 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla xitam veriləcəyi bildirilmişdir. Nəticədə, 28 sentyabr 2023-cü il tarixdə 07 nömrəli Əmr əsasında işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixli 204 nömrəli Sponsorluq müqaviləsinin 2.11-ci bəndinə əsasən, Dəstəklənən təlimdən uğurla keçdikdən sonra (və ya təlim bitdikdən) 3 (üç) il ərzində işdən ayrılmaq üçün müraciət edərsə və yaxud AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”, “ç” və “d” bəndləri ilə onun əmək müqaviləsinə xitam verilərsə təlim üçün Sponsor tərəfindən ödənilmiş maddi dəyər daxil olmaqla hərəkət (hərəkətsizlik) nəticəsində Sponsora dəymiş zərər Dəstəklənən tərəfindən Sponsora geri ödənilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixli 204 nömrəli Sponsorluq müqaviləsinin tələblərindən irəli gələn öhdəliklərini yerinə yerinə yetirməməsi nəticəsində onun müqavilə ilə nəzərdə tutduğu məqsədə nail olmasının qarşısını almaqla onun zərərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisənin danışıqlar yolu ilə həll edilməsi üçün edilən bütün cəhdlərin heç bir nəticəsi olmadığından qanuni maraqlarının müdafiəsi baxımından mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mediasiya haqqında Qanunun 3.2-ci maddəsinin tələbinə uyğun olaraq, tərəfindən Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlanmışdır. Lakin tərəf həmin təklifə də münasibət bildirmədiyindən tərəfindən mediasiyaya müraciət edilmiş və qarşı tərəf təyin edilmiş mediasiya sessiyasında iştirak etmədiyindən Bakı 20 Saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixində MŞB/20/2023-00047 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İşəgötürən fərdi sahibkar İddiaçı ilə işçi Cavabdeh arasında bağlanmış 10 aprel 2023-cü il tarixli 202 №-li Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Əmək Məcəlləsinin 199-cu, 200-cü və bu qəbildən olan digər maddələrinə uyğun olaraq işəgötürən və işçi arasında bağlanmaqla, işçinin işəgötürən qarşısında yalnız orta aylıq əmək haqqı məbləğində məsuliyyət daşımasını istisna edir və onun işəgötürən qarşısında tam maddi məsuliyyət daşımasına hüquqi əsas verir. İşçi Cavabdeh əmək müqaviləsi əsasında işləyərkən bu müqavilə bağlandığı gündən əmək münasibətləri prosesində əmək müqaviləsi və Azərbaycan Respublikasının mövcud qanunvericiliyi üzrə öhdəlikləri yerinə yetirərkən ona etibar edilmiş maddi və qeyri maddi sərvətləri, pul vəsaitlərini, malmaterialları, maşın-mexanizmlər və avadanlıqları və digər maddi qiymətliləri gələcəkdə qoruyub saxlamaq və tərəflər arasındakı sponsorluq müqaviləsinin şərtlərinə riayət etmək məqsədilə bu müqavilənin bağlamışlar. Müqaviləyə əsasən, işçi qəbul və təsdiq edir ki, bu müqavilə bağlandığı anda o işəgötürənin bütün daxili normativ aktları, qərarları ilə tanış edilmiş, habelə əmək funksiyası barədə, həmçinin işəgötürənin əmlakına daxil olan və işçinin əmək funksiyası ilə əlaqəli olub-olmamasından asılı olmayan maddi və qeyri-maddi sərvətlərin qorunmasına, onlarla normal davranış qaydalarına dair təlimatlandırılmışdır. Bu Müqavilənin bağlanması ilə işçi əmək funksiyası ilə əlaqəli olub-olmamasından asılı olmayaraq işəgötürənin maddi və qeyri-maddi sərvətlərinə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İşçi bilavasitə əmək funksiyası ilə bağlı olan və ya akt ilə ona etibar edilmiş maddi və qeyri-maddi sərvətlərə görə birbaşa məsuliyyət daşıyır. İşçi bilavasitə əmək funksiyası ilə bağlı olmayan və ya ona aktla etibar edilməyən maddi və qeyri-maddi sərvətlərə vurduğu zərərə görə o halda tam maddi məsuliyyət daşıyır ki, işəgötürən işçinin təqsirini sübuta yetirsin. İddiaçı-“Sifarişçi”, Cavabdeh -“İştirakçı” və X6 –“Təlimçi” olmaqla aralarında bağlanmış 10 aprel 2023-cü il tarixli 203 №-li xidmətlərin göstərilməsinə dair Müqavilədən görünür ki, bu müqaviləyə görə X2 sifarişi əsasında Müqavilənin 1.1.1-ci yarımbəndində təsvir edilən cild baxımı prosedurları mövzusu(çistka, dermapen, peeling, lazer epilyasiyası və sairə bunlar kimi əlavə tibbi kimlik tələb etməyən prosedurlar) çərçivəsində həm nəzəri, həm də praktiki təlim keçməyi, Sifarişçi isə xidmətləri qəbul edib əvəzində bu Müqavilə ilə müəyyənləşdirilmiş məbləği Təlimçiyə ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə xidmət haqqı aylıq olaraq 1500(min beş yüz) manat təşkil edir. Xidmət ödənişi təlimin sonunda ödənilir. X5 “İçraçı”, İddiaçı “Sifarişçi” və Cavabdeh “İştirakçı” olmaqla, onlar tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 203 №-li xidmətlərin göstərilməsinə dair Müqavilə üzrə xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından görünür ki, İcraçı, Sifarişçi və İştirakçı arasında xx.xx.2023-cü il tarixli 203 nömrəli bağlanmış xidmət(təlim) Müqaviləsi üzrə nəzəri və praktiki qaydada cild(dəri) baxımı prosedurları(çistka, dermapen, peeling, lazer epilyasiyası və s.) xidmətlər həqiqətən də xx.xx.2023-cü il tarixdə İcraçı tərəfindən tam icra edildi, Sifarişçi və İştirakçı qəbul etdi(İştirakçıya nəzəri və praktiki təlim keçirildi). Həmçinin Sifarişçi İcraçıya qarşı öhdəliyini ( 1500 manat xidmət ödənişi) icra etdi və İcraçı qəbul etdi. İddiaçı-“Sponsor”, Cavabdeh -“Dəstəklənən” olmaqla, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Sponsorluq müqaviləsindən görünür ki, sponsor nəzərdə tutulan təlimin həyata keçirilməsi üçün maliyyə vəsaiti təmin edir və həmin vəsait onun tərəfindən təlimverənə ödənilir. Ödənişin məbləği 1(bir) ay üçün 1500 (min beş yüz) manat təşkil edir. Təlimin ümumi müddəti 1 (bir) aydır. Tərəflərin razılığı ilə müddət uzadıla bilər. Həmin Müqavilənin 2.11-ci bəndinə əsasən, dəstəklənən təlimdən uğurla keçdikdən sonra (və ya təlim bitdikdən və ya digər qaydada təlim müqaviləsinə xitam verildikdən sonra) 3 il ərzində işdən ayrılmaq üçün müraciət edərsə və yaxud AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”, “ç” və “d” bəndləri ilə onun əmək müqaviləsinə xitam verilərsə, təlim üçün Sponsor tərəfindən ödənilmiş maddi dəyər də daxil olmaqla, hərəkət(hərəkətsizlik) nəticəsində Sponsora dəymiş zərər Dəsətəklənən tərəfindən Sponsora geri qaytarılmalıdır. 06 iyun 2023-cü il tarixli 003 №-li “İşçiyə intizam tənbehi verilməsi barədə” Əmrdən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsi üzrə “çistiçkacı” peşəsində çalışan Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, pozuntunun törədildiyi gündən 6 ay ərzində pozuntuya yol verərsə əmək müqaviləsinə həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə uyğun olaraq, 70-ci maddənin “ç” bəndində nəzərdə tutulan əsasla xitam veriləcəyi və pozuntunun törədildiyi gündən 3 ay ərzində pozuntuya yol verməzsə hazırki intizam tənbehinin işəgötürən tərəfindən ləğv ediləcəyi əmr edilmişdir. Kosmetoloq(çistkaçı) vəzifəsində işləyən işçi Cavabdeh işə gəlməməsi barədə direktor İddiaçı, işçilər-X9, X8, X7,X1 və X5 tərəfindən tərtib edilmiş 20 avqust 2023-cü il tarixli 002 №-li Aktdan görünür ki, müəssisədə kosmetoloq(çistkaçı) vəzifəsində işləyən işçi Cavabdeh 13 avqust 2023-cü il tarixdən bu akt tərtib edildiyi vaxtadək işə gəlməmişdir, akta imza edənlərdən heç biri bu müddət ərzində onu işdə görməmişdir. Həmçinin işçi- Cavabdeh imza edənlərdən heç birinə işə gəlməmə səbəbi barədə məlumat verməmişdir. Cavabdeh işəgötürənə, o cümlədən imza edənlərə məlum olan yeganə mobil telefon nömrəsinə (+**********37) imza edənlərin hüzurundə mərkəzin direktoru İddiaçı tərəfindən üç dəfə zəng edilsə də, telefon nömrəsinə cavab verilmədi. İşəgötürən İddiaçı tərəfindən işçi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 010 №-li bildirişdən görünür ki, Cavabdeh 13 avqust 2023-cü il tarixindən hal-hazıradək (26 avqust 2023-cü il) heç bir üzrlü səbəb göstərmədən, işəgötürənə heç bir məlumat vermədən və müvafiq sənəd təqdim etmədən 13 (on üç) gündən artıq müddətdir ki, işə gəlməməklə əmək müqaviləsi üzrə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, bildirişin çatdığı gündən 3(üç) iş günü ərzində tərəfindən işəgötürənə yazılı izahat verilmədiyi və ya əsaslı səbəb (müvafiq təsdiqedici sənədlə) göstərilmədiyi halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş hal əsas götürülməklə, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsi barədə xəbərdarlıq edilməmişdir. Kosmetoloq(çistkaçı) vəzifəsində işləyən işçi Cavabdeh işə gəlməməsi barədə direktor İddiaçı, işçilər-X9, X8, X7,X1 və X5 tərəfindən tərtib edilmiş 01 sentyabr 2023-cü il tarixli 003 №-li Aktdan görünür ki, müəssisədə kosmetoloq(çistkaçı) vəzifəsində işləyən işçi Cavabdeh 13 avqust 2023-cü il tarixdən bu akt tərtib edildiyi vaxtadək işə gəlməmişdir, akta imza edənlərdən heç biri bu müddət ərzində onu işdə görməmişdir. Həmçinin işçi- Cavabdeh imza edənlərdən heç birinə işə gəlməmə səbəbi barədə məlumat verməmişdir. Cavabdeh işəgötürənə, o cümlədən imza edənlərə məlum olan yeganə mobil telefon nömrəsinə (+**********37) imza edənlərin hüzurundə mərkəzin direktoru İddiaçı tərəfindən üç dəfə zəng edilsə də, telefon nömrəsinə cavab verilmədi. İşəgötürən İddiaçı tərəfindən işçi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 011 №-li bildirişdən görünür ki, Cavabdeh 13 avqust 2023-cü il tarixindən hal-hazıradək (06 sentyabr 2023-cü il)heç bir üzrlü səbəb göstərmədən, işəgötürənə heç bir məlumat vermədən və müvafiq sənəd təqdim etmədən 24 (iyirmi dörd) gündən artıq müddətdir ki, işə gəlməməklə əmək müqaviləsi üzrə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, bildirişin çatdığı gündən 3(üç) iş günü ərzində tərəfindən işəgötürənə yazılı izahat verilmədiyi və ya əsaslı səbəb (müvafiq təsdiqedici sənədlə) göstərilmədiyi halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş hal əsas götürülməklə, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsi barədə xəbərdarlıq edilməmişdir. Kosmetoloq(çistkaçı) vəzifəsində işləyən işçi Cavabdeh işə gəlməməsi barədə direktor İddiaçı, işçilər-X9, X8, X7,X1 və X10 tərəfindən tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli 004 №-li Aktdan görünür ki, müəssisədə kosmetoloq(çistkaçı) vəzifəsində işləyən işçi Cavabdeh 13 avqust 2023-cü il tarixdən bu akt tərtib edildiyi vaxtadək işə gəlməmişdir, akta imza edənlərdən heç biri bu müddət ərzində onu işdə görməmişdir. Həmçinin işçi- Cavabdeh imza edənlərdən heç birinə işə gəlməmə səbəbi barədə məlumat verməmişdir. Cavabdeh işəgötürənə, o cümlədən imza edənlərə məlum olan yeganə mobil telefon nömrəsinə (+**********37) imza edənlərin hüzurundə mərkəzin direktoru İddiaçı tərəfindən üç dəfə zəng edilsə də, telefon nömrəsinə cavab verilmədi. İşəgötürən İddiaçı tərəfindən işçi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 13 avqust 2023-cü il tarixindən hal-hazıradək (21 sentyabr 2023-cü il)heç bir üzrlü səbəb göstərmədən, işəgötürənə heç bir məlumat vermədən və müvafiq sənəd təqdim etmədən 39 (otuz doqquz) gündən artıq müddətdir ki, işə gəlməməklə əmək müqaviləsi üzrə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, bildirişin çatdığı gündən 3(üç) iş günü ərzində tərəfindən işəgötürənə yazılı izahat verilmədiyi və ya əsaslı səbəb (müvafiq təsdiqedici sənədlə) göstərilmədiyi halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş hal əsas götürülməklə, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsi barədə xəbərdarlıq edilməmişdir. xx.xx.2023-cü il tarixli 07 №-li “Əmək Müqaviləsinə xitam verilməsi barədə” Əmrdən görünür ki, “İddiaçı Rəşadət oğlu” bölməsində “çitiçkacı” vəzifəsində işləyən Cavabdeh ilə bağlanılmış xxxxxxx00020 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70.”ç”-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilməsi əmr edilmişdir. xx.xx.2023-cü il tarixli Hüquqi yardımın göstərilməsi barədə 1533 №-li Müqavilədən görünür ki, müraciət edən şəxs İddiaçı ilə Vəkil arasında bağlanmış müqaviləyə əsasən, vəkilə əmək münasibətlərindən irəli gələn ziyanın tələb edilməsi ilə əlaqədar mediasiya təşkilatlarında təmsil edilməsi həvalə edilmiş və hüquqi yardıma görə haqq qarşılıqlı razılaşma yolu ilə 278 manat və əlavə 20 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 20 saylı Vəkil Bürosuna 298 manat ödənilmişdir. xx.xx.2024-cü il tarixli Hüquqi yardımın göstərilməsi barədə 34 №-li Müqavilədən görünür ki, müraciət edən şəxs İddiaçı ilə Vəkil arasında bağlanmış müqaviləyə əsasən, vəkilə ziyanın ödənilməsi ilə bağlı hüquq və mənafelərin müdafiəsi ilə əlaqədar səlahiyyətli birinci instansiya məhkəməsində təmsil edilməsi həvalə edilmiş və hüquqi yardıma görə haqq qarşılıqlı razılaşma yolu ilə 378 manat və əlavə 20 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 20 saylı Vəkil Bürosuna 398 manat ödənilmişdir. Bakı 20 saylı Mediasiya Təşkilatının 08 yanvar 2024-cü il tarixli arayışından görünür ki, iddiaçı işəgötürənə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf sessiyada iştirak etməmiş, 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 10 aprel 2023-cü il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh “çistiçkacı” vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra isə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 203 №-li xidmətlərin göstərilməsinə dair və həmin tarixli Sponsorluq müqaviləsinə əsasən iddiaçının maliyyə vəsaiti hesabına cavabdeh 1 ay müddətinə nəzəri və praktiki qaydada cild(dəri) baxımı prosedurları(çistka, dermapen, peeling, lazer epilyasiyası və s.) təlimi keçirilmiş və bununla əlaqədar iddiaçı tərəfindən xidmət göstərilən şəxsə 1500 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən cavabdeh işdən azad edilmişdir. Hal-hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış Sponsorluq müqaviləsinun şərtlərinə əsasən ödəmiş olduğu 1500 manatı cavabdehdən tələb edir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə hesab edir ki, iddia tələbi 1500 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli sponsorluq müqaviləsinə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi icra edərək, cavabdehin peşəsi ilə əlaqədar təlimin həyata keçirilməsi üçün vəsaiti təmin etmiş, lakin cavabdeh müqavilənin şərtlərinə pozaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli sponsorluq müqaviləsinin şərtlərinə əsasən isə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”, “ç” və “d” bəndləri ilə cavabdehin əmək müqaviləsinə xitam verilərsə, iddiaçı tərəfindən ödənilmiş maddi dəyər də daxil olmaqla, hərəkət(hərəkətsizlik) nəticəsində iddiaçıya dəymiş zərər cavabdeh tərəfindən ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, mediasiyada hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat və məhkəmədə təmsil üçün vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən 20 saylı Vəkil Bürosuna xx.xx.2023-cü il tarixdə 298 manat və xx.xx.2024-cü il tarixdə 398 manat ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiyada hüquqi yardım üçün vəkilə ödənilmiş 298 manat və məhkəmədə təmsil üçün vəkilə ödənilmiş 398 manat olmaqla, ümumilikdə 696 manat məbləğində hüquqi xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində maddi ziyan, 50 (əlli) manat məbləğində ödənilmiş mediasiya xərci və 696 (altı yüz doxsan altı) manat məbləğində hüquqi xidmət haqqı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1808/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1808/2024
18.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver