Məhkəmə qərarları › İş №e-2(001)-182/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-182/2025

12.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-182/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh1, onun nümayəndəsi (vəkil) Vəkil2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X26” Şirkətinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı Səfi oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı (Binəqədi qəsəbə Bələdiyyəsi, X12, “X26” şirkətinin Azərbaycan Respublikasındakı filialı və “Azəriqaz” İstehsalat Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə qanuni sahibliyin həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Səfi oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni sahibliyində olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması, aparılan hasar tikintisinə müdaxilənin cavabdehlərə qadağan edilməsi və dəymiş maddi zərərin əvəzi kimi 5000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manatın, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Səfi oğlunun hüquqları cavabdehlər tərəfindən pozulur. Belə ki, Binəqədi Biləcəri yolunda (DSK yolu) 400 kv m, Torpaq sahəsi X10 xx.xx.2005-ci il tarixli 1726 saylı qərarına əsasən X8 verilmişdir. xx.xx.2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini 40000 (qırx min) manata İddiaçı Səfi oğlu almışdır. Həmin torpaq sahəsinin ətrafına hasar çəkilərkən cavabdehlərin bir başa iştirakı ilə Qarabağda döyüşmüş müharibə veteranlarının köməyi ilə dağıdılmışdır. Hadisə 43-cü polis bölməsi tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, torpaq sahəsi İddiaçı aitdir. Heç kəsin sahəsi ilə üst üstə düşmür. Cavabdehlərin təqdim etdikləri sənəd saxtadır. İddiaçı dəymiş zərərin və pozulmuş hüquqlarının bərpası üçün mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Səfi oğlunun hüquqları cavabdehlər tərəfindən pozulur. Belə ki, Binəqədi Biləcəri yolunda (DSK yolu) 400 kv m, Torpaq sahəsi X10 xx.xx.2005-ci il tarixli qərarına əsasən X8 verilmişdir. xx.xx.2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini 40000 (qırx min) manata İddiaçı Səfi oğlu almışdır. Həmin torpaq sahəsinin ətrafına hasar çəkilərkən cavabdehlərin bir başa iştirakı ilə Qarabağda döyüşmüş müharibə veteranlarının köməyi ilə dağıdılmışdır. Hadisə 43-cü polis bölməsi tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, torpaq sahəsi İddiaçı aitdir. Heç kəsin sahəsi ilə üst üstə düşmür. Cavabdehlərin təqdim etdikləri sənəd saxtadır. İddiaçı dəymiş zərərin və pozulmuş hüquqlarının bərpası üçün mülki qaydada məhkəməyə müraciət etməlidir. O, həmçinin göstərmişdir ki, ekspertizanın rəyindən də görünür ki, cavabdehlərin onların torpaq sahəsinə heç bir aidiyyatı yoxdur, 6.6 metr kənarda keçir. 2005-ci ildə Binəqədi qəsəbə Bələdiyyəsi ilə X12 arasında alqı-satqı müqaviləsi bağlanmış, daha sonra İsmixan sözügedən torpağı iddiaçıya satmışdır. Onların hasarın tikilməsi üçün maneələrin aradan qaldırılmasını xahiş edir. 1999-cu ildə bələdiyyələr yaranıb, xx.xx.2001-ci ildə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin torpaqlar verilib bələdiyyələrə. “X26” şirkətinin Azərbaycan Respublikasındakı filialına ondan sonra verilib həmin torpaqlar. İddiaçı qonşuluğu nəzərə alaraq 1000 manat mənəvi zərəri cavabdehlərə bağışlaya bilər. Daha sonra qeyd etmişdir ki, hazırda cavabdehlər inkar etmirlər ki, tikilini onlar söküb. Ona görə də, iddialarının əsasını cavabvdehlər tərəfindən yaradılmış qanunsuz müdaxilənin qarşısının alınmasıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, Bələdiyyə sənədi ona 2004-cü ildə, iddiaçıya isə 2005-ci ildə verilib. İlk olaraq sənədi onlar almışdır. Belə olan halda hansı qanunsuz müdaxilədən söhbət gedə bilər. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı 400 kv.m, onların torpağı isə 600 kv.metr təşkil edir. Yəni, torpaqlar üst üstə düşmür, eləcə də qayda və qanun pozuntusu yoxdur. Bundan əlavə göstərdi ki, eskizdə qeyd olunub ki, X24 orda imza edib, lakin istintaq zamanı Vüqar bildirmişdir ki, imza ona məxsus deyil, həmin sənəd saxtadır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Binəqədi Rayon İcra hakimiyyətinin nümayəndələri gəlib bildirdilər ki, burda heç kimə nə sənəd verə bilməz, nə də çıxarış ala bilməz. Mübahisəli torpaq sahəsi isə onların hasarının qarşısındadır. O, torpağı 2005-ci ildə almış və darvaza qoymuşdur. Hazırda iddiaçının iddia etdiyi torpaq, onların torpağın çıxışındadır. Ona görə də torpaq sahəsi iddiaçıya məxsus ola bilməz. Bundan əlavə qeyd etdi ki, əgər həmin ərazi hasara alınıb, tikinti aparılarsa, onların həyətindən çıxış bağlanacaq. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X26” Şirkətinin nümayəndəsi X17 iddia tələbinə dair etirazını məhkəməyə təqdim edərək bildirdi ki, İddiaçı Səfi oğlu Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızma qarşı iddia ərizəsilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək “cavabdehlər tərəfindən torpaq sahəsinə qanuni sahibliyin həyata keçirilməsinə yaradılam maneənin aradan qaldırılması və yaradılmış maneə nəticəsində dəymiş 5000 (beş min) manat maddi zərərin, 1000 (min) manat mənəvi zərərin və 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Səfi oğlu tərəfindən təqdim edilən iddia ərizəsinə etiraz edərək bildirmək istəyir ki, iddiaçının tələbi təmin edilməməlidir. Belə ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum "xxxx" saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X26” şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X29 Bi.Vİ. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin.Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Sazişin 4-cü bəndinə əsasən, Bu Sazişin məqsədləri baxımından Kontrakt sahəsi dedikdə, bu Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar pertimetri daxilində qalan, ARDNŞ-in balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeräifrly lay və horizontiar, Qüvvəyə minmə tarixənədək ARDNŞ-in kəşf etdiyi Karbohidrogen ehtiyatlan həmçinin, bu Sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə biləcək, bütün Karbohidrogen ehtiyatlan başa düşülür. Yuxanda qeyd olunanların məzmunundan aydın olur ki, iddiaçının onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan "xxxx" Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə, verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Bildirir ki, "xxxx" Saziş əsasında neftqaz-ftv əməliyyatlarını həyata keçirmək hüququnu əldə etdiyi andan Şirkət paralel olaraq Saziş ərazisində inşa edilmiş özbaşına tikililərə qarşı da daima mübarizə aparmış, qanunsuz tikililərin sökülməsi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamlarının etibarsızlığının tanınması tələbi ilə bağlı aidiyyatı qurumlara müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “X10 25 oktyabr 2005-ci il tarixli № 1726 saylı qərarı ilə, sahibkarlıq fəaliyyətinin tikintisi üçün X3 ayrılmış 400kv/m torpaq sahəsi, sonradan tərəflərin raılığı ilə notariat kontorunun 12 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən alınmışdır”. Bildirir ki, iddiaçı tərəfindən təqdim olunmuş X10 25 oktyabr 2005-ci ii tarixli № 1726 saylı qərarı özü-özlüyündə qanunsuz inzibati aktdır. Həmçinin iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi “Faktiki istifadə etdiyi torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin tikintisi üçün vətəndaş X6 istifadəsinə ayrılması haqqında" 1726 saylı, xx.xx.2005-ci il tarixli qərarı Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyindən, qanunsuzdur. Əlavə olaraq bildirir kçi, vətəndaş B.S.Musatafayevin istifadəsində olan torpaq sahəsi 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151401, 151281 saylı neft quyularının, borunun və bilavasitə qaz xəttinin mühafizə zolağı daxilində yerləşir. Bundan başqa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində sözügedən torpaq sahənin ARDNŞ-nin və "xxxx" Şirkətinin istifadəsində olan kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi və həmçinin həmin torpaq sahəsinin yaxınlığından 219.0 mm-lik qaz xəttinin keçməsi qeyd olunmuşdur. Həmçinin qeyd etmək istəyir ki, mübahisəli torpaq sahəsinin X10 ərazi hüdudları daxilində yerləşməməsi faktı etiraza əlavə edilmiş xəritədə öz əksini tapmışdır. İddiaçı Səfi oğlu cavabdeh Ätakişiyev Qahir imran oğlu, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək “cavabdehlər tərəfindən torpaq sahəsinə qanuni sahibliyin həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması və yaradılmış maneə nəticəsində dəymiş 5000 (beş min) manat maddi zərərin, 1000 (min) manat mənəvi zərərin və 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulması" tələbi barədə iddiasının rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 məhkəmə iclasına gəlməmiş, Binəqədi qəsəbə Bələdiyyəsi və “Azəriqaz” İstehsalat Birliyi isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmə mişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu X10 15 noyabr 2004-cü il tarixli, 1319/1 nömrəli torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında sərəncamından görünür ki, Cavabdeh1 müraciətini nəzərə alaraq, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadədə olan 600 kv/metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh1 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. X2 nəzərinə çatdırılmışdır ki, ayrılmış ərazidə kommunikasıya xətlərini gözləmək şərti ilə sahibkarlıq fəaliyyətinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlasın. Torpaqların alqı-satqısına dair 15 noyabr 2004-cü il tarixli Aktının surətindən görünür ki, Cavabdeh1 01 noyabr 2004-cü il tarixli müraciəti nəzərə alınaraq X10 ərazisində 600 kv/metr torpaq sahəsinin satılması barədə 15 noyabr 2004-cü il tarixli, 1319/1 nömrəli qərar qəbul edilmiş və Binəqədi Bələdiyyəsinin hesabına 675547 nömrəli qəbzlə ******* manat məbləğində haqq ödənilmişdir. 675547 nömrəli qəbzdən görünür ki, X12 tərəfindən ******* manat məbləğində Binəqədi Bələdiyyəsinin hesabına pul ödənilmişdir. Bakı şəhəri Binəqədi rayonu X10 25 oktyabr 2005-ci il tarixli, 1726 nömrəli torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında qərarından görünür ki, X6 müraciətini nəzərə alaraq, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadədə olan 400 kv/metr torpaq sahəsini sahibkarlıq fəaliyyətinin tikintisi üçün vətəndaş X6 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. X2 nəzərinə çatdırılmışdır ki, ayrılmış ərazidə kommunikasıya xətlərini gözləmək şərti ilə sahibkarlıq fəaliyyətinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlasın. Torpaqların alqı-satqısına dair 25 oktyabr 2005-ci il tarixli Aktının surətindən görünür ki, X6 17 oktyabr 2005-ci il tarixli müraciəti nəzərə alınaraq X10 ərazisində 400 kv/metr torpaq sahəsinin satılması barədə 25 oktyabr 2005-ci il tarixli, 1726 nömrəli qərar qəbul edilmiş və Binəqədi Bələdiyyəsinin hesabına 674971 nömrəli qəbzlə ******* manat məbləğində haqq ödənilmişdir. 674971 nömrəli qəbzdən görünür ki, X12 tərəfindən ******* manat məbləğində Binəqədi Bələdiyyəsinin hesabına pul ödənilmişdir. Bakı şəhər 32 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci tarixli ilkin müqavilədən görünür ki, X4 qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1726 saylı qərarına əsasən ona verilmiş 400 kv.metr torpaq, sahəsini İddiaçı Səfi oğluna 40.000 (qırx min) manata satmışdır. X10 inventarizasiya komissiyasının üzvləri Kazımov Natiq, Hacızadə Gülnarə, Nədirova Esmira, Cəfərov Qorxmaz, Əli Əliyev tərəfindən tərtib (imzalanmış) edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət edən vətəndaş İddiaçı X10 1726 saylı, 25 oktyabr 2005-ciil tarixli Qərarı ilə vətəndaş X6 adına rəsmiləşdirilmiş 400m2 torpaq sahəsini Notariat qaydada ilkin alqı-satqı müqaviləsi bağlamaqla aldığını bildirir. Hal-hazırda qeyd olunan ərazidə qonşuluqda yaşayan qonşular tərəfindən vətəndaş İddiaçı məxsus 400m2 torpaq sahəsinin şikayətçi qonşular tərəfindən özlərinə küçəyə çıxış yolu kimi istifadə etmək istədiklərini bildirərək 400m2 sahəsi olan torpağı zəbt etməklə qeyd olunan torpaqa sahib çıxmaq istəyirlər lakin vətəndaş İddiaçı planirovko və ya gələcəkdə tikinti işlərinin aparılması məqsədi ilə hazırlıq işlərinin görülməsi üçün maneələr yaradılır. Yerində araşdırmalar eləcədə torpaq sahələrinin coğrafi yerləşməsi onu göstərir ki, qonşularla vətəndaş İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi arasında qrunt suları və kanalizasiya sularının birləşməsindən əmələ gəlmiş çay axını iddiaçı qonşularla vətəndaş İddiaçı mülkiyyətinə ayrılmış torpaq sahəsinin arasından keçir, həmçinin qeyd olunmuşdur ki, verilmiş qərara və esgiz-cizgiyə uyğun olaraq onlara ayrılmış torpaq sahəsi 10-12 il əvvəl hasara alınmış, mərkəzi küçəyə çıxış isə ayrılmış torpaq sahəsinin coğrafi yerləşməsinin arxa hissəsində həm maşınmexanizm, həm də piyadayolu salınmışdır. Qarşı tərəfə qoyulmuş dəmir darvazalar nə məqsədlə qoyulduğu tamamilə müammalı və anlaşılmayan olduğundan qonşular bu suala özləridə cavab verməyə çətinlik çəkirdilər. İnzibati Komissiyanın üzvlərinin verdiyi son rəy isə iddiaçı qonşular və vətəndaş İddiaçı mülkiyyətinə ayrılmış torpaq sahəsi ilə hər hansı formada üst-üstə düşmə bu və ya başqa şəkildə zəbt olunma olmadığı əlavə olaraq vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsində aparılacaq təmir-tikinti işlərinə də ediləcək kənar müdaxiləyə görə qanuna müvafiq tədbirlər görüləcəyi iddiaçı qonşuların nəzərinə çatdırılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi tərəfindən İddiaçı müraciətinə 29 iyul 2022-ci il tarixli cavab məktubundan görünür ki, X10 1726 saylı 25 oktyabr 2005-ci il tarixli Qərarı ilə X10 inzibati ərazisinin hüdudları daxilində vətəndaş X6 adma rəsmiləşdirilmiş 400m torpaq sahəsini notariat qaydasında alqı-satqı ilə mülkiyyətinizə verilmiş, sonradan yaxınlıqda yaşayan qonşular tərəfindən mülkiyyətinizdə olan 400 kv/metr torpaq sahəsində tikinti işlərinin aparılmasına yaradılan maniyələrin araşdırılması məqsədi ilə yerində aparılmış araşdırılmalarda iddiaçı olan qonşulara sözü gedən torpaq sahəsinə olunan iddiaların heç bir hüquqi əsasları olmadığı və əsassız iddialara görə məsuliyyət daşıyacaqları onların nəzərinə çatdırılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi tərəfindən Binəqədi RPİ-nin 43-cü PB-nin baş təhqiqatçısının müraciətinə 31 oktyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, X10 inzibati ərazisinin hüdudları daxilində sahibkarlıq fəaliyyəti məqsədi ilə vətəndaş X6 adına rəsmiləşdirilmiş 400 kv.metr torpaq sahəsinə dair 1726 saylı, 25 oktyabr 2005-ci il tarixli qərarını təqdim edilmiş, eləcə də qeyd olunan torpaq sahəsini notorial qaydada alqı-satqı müqaviləsi ilə vətəndaş İddiaçı mülkiyyətinə keçirilmiş, təqdim olunmuş eskiz layihə sözügedən torpaq sahəsi ilə eynilik təşkil edir. Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən; 24 oktyabr 2022-ci il tarixdə Cavabdeh1 Binəqədi RPİ-nin 43-cü PB-nə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda yerləşən ona məxsus 6 sot torpaq sahəsinin tanımadığı şəxslər tərəfindən zəbt olunmasını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Cavabdeh1 şikayət ərizəsi əsasında toplanmış materiai üzrə Binəqədi RPl-nin 43-cü PB-nin baş tehqiqatçısı, polis kapitanı Samir Hacıyev tərəfindən araşdırma aparılmış və toplanmış təhqiqat materialı üzrə 05 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 şikayət ərizəsi əsasında toplanmış rədd materialı Binəqədi rayon prokurorluğu tərəfindən tələb edilərək öyrənilmiş və 20 dekabr 2022-ci i tarixdə Binəqədi rayon prokuroru tərəfindən Binəqədi RPİ-nin 43-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı Samir Hacıyevin cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilərək bir sıra göstərişlərlə araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Toplanmış materiai üzrə izahatı alınmış Cavabdeh1 izahatında göstərmişdir ki, 2004-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda fərdi yaşayış evi tikmək üçün 6 sot torpaq sahəsi almış, lakin orada heç bir tikinti işi aparmamış və torpağı hasara almamış, 2004-cü ilin noyabr ayından həmin torpaq sahəsi şəxsən özünün nəzarətində olmuş, belə ki, mütəmadi olaraq həmin yerə gedib baş çəkmiş, 2022-ci in sentyabr ayında özünə məxsus 6 sot torpaq sahəsinə baş çəkdikdə həmin yer boş olmuş, lakin 22 oktyabr 2022-cİ ii tarixdə torpaq sahəsinə baş çəkməyə gedən zaman həmin yerin naməlum şəxs tərəfindən zəbt olunduğunu aşkar etmiş, ancaq həmin şəxslərin kimliyi barədə heç bir məlumatı olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, A,Qurbanov küçəsi, ev 6, mənzıl 1-də yaşayan Mustafayev X19 RPİ-nin 43-cü PB-nə müraciət edərək, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ona məxsus Binəqədi-Biləcərı şosesi “DSK" adlanan ərazidə olan 400 kv.metr ərazidə apardığı tikintinin qonşuluqda yaşayan Qarakişi və Qahir adlı şəxslər tərəfindən sökülərək tikinti materiallarının traktorla ətrafa dağıtmaları, nəticədə ona 5.000 (beş min) manat maddi ziyan vurmalarını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Toplanmış material üzrə izahatı alınmış İddiaçı Səfi oglu izahatında göstərmişdir ki, Blnəqədl-Biləcəri yolunda (DSK” yolu) 400 kv.metrdən ibarət torpaq sahəsi X10 25.10,2005-ci il tarixli, 1726-saylı qərarına əsasən X8 verilmiş, 12 noyabr 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş itkin alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsini İsmixan Sultanovdan 40,000 (qırx min) manata almış, bir müddət sonra həmin torpaq sahəsində abadlıq işləri aparmaq məqsədi ilə ora işçilər cəlb etmiş. Lakın bəzi adamlar tərəfindən işçilərə maneə törədilmiş və orada iş görülməsinə imkan verilməmişdir. Eləcə də o, göstərmişdir ki, aralarında oları torpaq mübahisəsinə görə Binəqədi qəsəbə bələdiyyəsinə müraciət etmiş və Bələdiyyə əməkdaşları yerində məsələni araşdıraraq bu barədə 19.07,2022-ci li tarixli akt tərtib etmiş, ona cavab verilərək tikinti işlərinə maneə törədənlərin iddiasının əsassız olması bildirilmişdir. Toplanmış material üzrə izahatı alınmış X24 izahatında göstərmişdir ki, xx.xx.2005ci ildən 2009-cu ilin mart ayına kimi müqavilə əsasında Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsində iqtisadiyyat komisyasında mütəxəssis kimi işləmiş, onun mütəxəssis kimi işi komissiyanın sədri və üzvlərinin göstərişinə əsasən ayrılması nəzərdə tutulmuş torpaq sahələrini eskizlərin hazırlanması olmuşdur. Müqavilə müddəti başa çatdıqdan sonra bələdiyyədən öz xahişi ilə işdən çıxmışdır. Ona verilən suala əlavə olaraq bildirmişdir ki, ona təqdim olunmuş vətəndaş X7 adına ayrılmış 400 kv metr torpaq sahəsinin eskiz lahiyəsində olan «X10 mütəxəssisi V.Xəlil» yazısının qarşısındakı imza ona məxsus deyil, eləcə də həmin yazı xətti onun deyildir, yəni onun əvəzindən -kimsə bunu icra edib xəttini və imzasını saxlaşadırıimışdır. Onu da bildirmişdir ki, işlədiyi dövrdə vətəndaş X9 tanımamış və ümumiyyətlə ona ayrılmış torpaq sahəsinə gedib ölçü-biçi işləri aparmamışdır. Həmin müqavilənin surəti onda yoxdur, lakin X10 arxivində vardır. Bir daha bildirmişdir ki, o, xx.xx.2005-ci ildən 2009-cu in mart ayına kimi Binəqədi qəsəbə bələdiyyəsində mütəxəssis işləmiş, sonra müqavilənin müddəti bitdiyinə görə öz xahişi ilə işdən ayrılmışdır. X10 25,10.2005-ci ii tarixli, 1726 sayiı qərarından görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisi hüdudlarında X1 fəaliyyəti tikintisi üçün 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhər 32 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci tarixli müqavilədən görünür ki, X4 qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1726 saylı qərarına əsasən ona verilmiş 400 kv.metr torpaq, sahəsini İddiaçı Səfi oğluna 40.000 (qırx min) manata satmışdır. Araşdırma zamanı Cavabdeh1 tərəfindən təqdim olunmuş X10 xx.xx.2004-00 il tarixli, 1319/1 sayiı sərəncamına əlavə olunmuş eskizdən görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisi hüdudlarında Biləcəri-Binəqədi yolunun kənarında 4 saylı evtikmə kombinatının yaxınlığında Cavabdeh1 fərdi yaşayış evinin tikintisi üçün 600 kv/metr torpaq sahəsi verilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına verilmiş sorğuya xx.xx.2022-ci il tarixli BA-Q7028-2022 saylı cavab məktubuna əlavə olunmuş X10 xx.xx.2004-cü il tarixli 1319/1 saylı sərəncamı və həmin sərəncama əlavə olunmuş eskizin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 600 kv.metr torpaq sahəsi Binəqədi- Xırdalan yolunun üst tərəfində olan ərazidə verilmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən araşdırmaya təqdim edilmiş torpaq sahəsinin ona verilməsinə dair eskizlə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından alınmış Cavabdeh1 verilməsinə dair eskiz tamamilə fərqlidir və ünvanlar tamamilə başqadır. Bütün bunlar onu deməyə əsas verir ki, Cavabdeh1 tərəfindən araşdırmaya təqdim olunmuş eskiz saxtalaşdırılmışdır. Lakin Cavabdeh1 tərəfindən araşdırmaya təqdim olunmuş eskizin torpaq sahəsinin ayrılmasına dair sərəncamın 2004-cü il tarixdə verilməsi onu deməyə əsas verir ki, həmin eskiz 2004-cü ildə tərtib olunmuşdur. Qeyd edilənlər nəzərə alınaraq material üzrə cinayət işinin başlanması cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə rədd olunmuşdur. Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsi tərəfindən təyin edilmiş mühəndis texniki ekspertizasının HK/1-2160 nömrəli, 16 mart 2022-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki; Ərazinin ümumi elektron xəritəsinə əsasən qeyd olunan ərazilər (0,06 ha və 0,04 ha) Binəqədi qəsəbə bələdiyyəsi ərazisinin daxilində yerləşir. Binəqədi qəsəbə, bələdiyyəsi tərəfindən verilən “vət. X20 oğluna torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında" 25 oktyabr 2005ci if tarixli, 1728 saylı qərara əlavə olunmuş sxemdə göstərilən ərazinin cizgiləri ərazinin ümumi xəritəsi ve planşet xəritə məlumatlarına əsasən baxış keçirilən torpaq sahəsi ilə eynilik təşkil etmir. Belə ki, həmin 0.04 ha torpaq sahəsinin coğrafi yerləşməsi Binəqədi qəsəbə bələdiyyəsinin planına əsasən baxış keçirilən ərazidən 365 metr şərq tərəfdə yerləşməsi müəyyən olunur. Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilən "vət. Cavabdeh1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında" 15 noyabr 2004-cü il tarixli, 1319/1 saylı qərara əlavə olunmuş sxemdə göstərilən ərazinin cizgiləri ərazinin ümumi xəritəsi və planşetə əsasən baxış keçirilən torpaq sahəsi ilə tam olaraq eynilik təşkil edir. Tədqiqatı aparılan torpaq sahələri xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplanda aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 29 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən; Sual 1. Bakı şəhəri Binəqədi rayonu X10 25 oktyabr 2005-ci il tarixil “X3 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında Qərarına əsasən, Binəqədi rayonu Binəqədi qasəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisində olan 400 kv.m torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə gora hansı kateqoriya torpaqları aiddir? Cavab – bildiririk ki, torpaq sahəsi qeyd olunan Bələdiyyə qərarına əsasən 400.0 kv/metr olsa da, faktiki olaraq 382.0 kv.m təşkil edir. Sahəyə tərəflərin, numayandələrın və Bələdiyyə nümayəndəsinin iştirakı ilə baxış keçirildi. Baxış zamanı yaxınlıqda yerləşən qonşular X22, Cavabdeh3 və onların nümayəndələri X14 ölçü işlərinin aparılmasına maneəçilik törədərək bildirdi ki, bizim torpaq sahəsinin qarşısında yerləşən mübahisəli torpaq sahəsi heç kimə verilə bilməz və biz istifadə etməliyik və həmin ərazi ilə bağlı onlarda sənəd olduqlarını bildirdilər, Lakin sahəyə dair sənəd təqdim edilməyib Sozügedən mübahisəli torpaq sahəsinin cavabdehlərə məxsus torpaq sahələrinin giriş-çıxış yoluna heç bir maneəçiliyi yoxdur. Göstərilən mübahisəli torpaq sahəsinin cavabdehə məxsus sahələrin sərhəddinə ən yaxın ara məsafəsi 8.6 metr təşkil edir. Mübahisəli 382.0 kv/metr torpaq sahəsinin üzərində 6-10 kVt-lıq elektrok hava xətti keçir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla öövist mülkiyyəti torpağıdır. Sual 2. Həmin sahənin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr nə qədər təşkil edir. Cavab – sözügedən mübahisəli torpaq sahəsinin cavabdehlərə məxsus torpaq sahələrinin giriş-çıxış yoluna heç bir maneəçiliyi yoxdur. Göstərilən mübahisəli torpaq sahəsinin cavabdehə məxsus sahələrin sərhəddinə ən yaxın ara məsafəsi 6.6 metr təşkil edir. Mübahisəli 332.0 kv.m torpaq sahəsinin üzərində 6-10 kVt-Nq elektrik hava xətti keçir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olundu. Sual 2. Torpaq sahəsinin qonşu sərhədlər digər sahələrlə üst-üstə düşürmü, düşürsə hansı hissələrdə? Cavab – Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Binəqədi Oil). Sahənin yaxınlığından 219,0 mm-lik qaz xətti keçir. Sahənin dövlət qeydiyyatı barədə məlumat aşkar olunmadı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasinin Torpaq Məcəlləsi: Maddə: 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə: 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə: 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 65. 1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların,tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddia tələbinin əsasını Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması, aparılan hasar tikintisinə müdaxilənin cavabdehlərə qadağan edilməsi və dəymiş maddi zərərin əvəzi kimi 5000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manatın cavabdehlər tərəfindən iddiaçıya ödənilməsi təşkil edir. Məhkəmə aşağıdakılara görə iddia tələbini əsaslı hesab etmir. Qeyd olunmalıdır ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Hazırkı iddia tələbinin maddi hüquqi əsası kimi çıxış edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin yerinə yetirilməsi üçün zəruri olan sübutetmə vasitələrinin mövcudluğu konkret mötəbər sübutlarla təsdiqini tapmır. Belə ki, müqavilədənkənar xarakter daşıyan vindikasiya iddiasının irəli sürülməsi üçün: 1) iddiaçı tələb olunan əmlakın mülkiyyətçisi, yaxud mülkiyyətçi olmasa da, qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs olmalıdır; 2) iddiaçı əşya üzərində faktiki hakimiyyətdən məhrum olmalıdır; 3) vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalı və digər şəxsin faktiki sahibliyində olmalıdır ki, bu şərtlərə iş üzrə əməl olunmur. Bu kontekstdə, torpaq sahələri üzərində hüquqların torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığını, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınmasının məcburi olduğunu və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlətin təminat vermədiyini nəzərə alan məhkəmə bildirir ki, iddiaçının əmlak hüquqlarını əldə etdiyini irəli sürdüyü torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilməmiş, torpağın planı və ölçüsü tərtib edilməmiş, nəticədə onun mübahisəli torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Əksinə, müəyyən edilmişdir ki, mübahisəli sahə tərəflərdən heç birinin mülkiyyətində olmamaqla bərabər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş dövlət mülkiyyəti torpağıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 29 dekabr 2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, torpaq sahəsi qeyd olunan Bələdiyyə qərarına əsasən 400.0 kv/metr olsa da, faktiki olaraq 382.0 kv.m təşkil edir. Sahəyə tərəflərin, numayandələrın və Bələdiyyə nümayəndəsinin iştirakı ilə baxış keçirildi. Baxış zamanı yaxınlıqda yerləşən qonşular X22, Cavabdeh3 və onların nümayəndələri X14 ölçü işlərinin aparılmasına maneəçilik törədərək bildirdi ki, bizim torpaq sahəsinin qarşısında yerləşən mübahisəli torpaq sahəsi heç kimə verilə bilməz və biz istifadə etməliyik və həmin ərazi ilə bağlı onlarda sənəd olduqlarını bildirdilər, Lakin sahəyə dair sənəd təqdim edilməyib Sozügedən mübahisəli torpaq sahəsinin cavabdehlərə məxsus torpaq sahələrinin giriş-çıxış yoluna heç bir maneəçiliyi yoxdur. Göstərilən mübahisəli torpaq sahəsinin cavabdehə məxsus sahələrin sərhəddinə ən yaxın ara məsafəsi 8.6 metr təşkil edir. Mübahisəli 382.0 kv/metr torpaq sahəsinin üzərində 6-10 kVt-lıq elektrok hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla öövist mülkiyyəti torpağıdır. Həmçinin qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Binəqədi Oil). Sahənin yaxınlığından 219,0 mm-lik qaz xətti keçir. Sahənin dövlət qeydiyyatı barədə məlumat aşkar olunmadı. Göründüyü kimi iddiaçının cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Bununla yanaşı mübahisəli sahə tərəflərin heç birinin mülkiyyətində olmamaqla yanaşı torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmuş plan da mövcud deyil, torpaq sahəsinin cizgisi isə qanunvericiliyin tələblərinə uyğun olmaması ilə yanaşı, cizgidə göstərilən 600 kv/metr torpaq sahəsinin faktiki o, qədər olması müəyyən edilməmişdir. Bunun səbəbi isə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada tərtib edilmiş planının mövcud olmamasıdır. Həmin maddənin 5-ci hissəsinə görə, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə, bələdiyyə qərarı torpaq sahəsi üzərində hüquqları təsdiq edən sənəd sayılır. Lakin həmin hüququn şamil edildiyi torpaq sahəsinin hududlarını torpaq sahəsinin planı müəyyən edir. Plan olmadan hüququn pozulub-pozulmadığını müəyyən etmək mümkün deyil. Hazırkı halda isə təqdim edilmiş cizginin qanunvericiliyin tələblərinə uyğun olmaması ilə yanaşı, cizgdə dəqiq istinad məlumatlarının qeyd edilməməsi səbəbindən iddiaçının sözügedən sahəyə aidiyyətinin olub-olmadığı da müəyyən edilmir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada torpaq sahəsinin planını əldə etdikdən sonra müəyyən edərsə ki, həmin sahə bələdiyyə qərarı ilə onun istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir, belə halda torpaq sahəsinin boşaldılması üçün yenidən ümumi qaydada iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla yanaşı iddiaçı mübahisəli torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu X10 25 oktyabr 2005-ci il tarixli, 1726 nömrəli torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında qərarı ilə X8 ayrılması, Bakı şəhər 32 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci tarixli ilkin müqaviləyə əsasən isə X12 tərəfindən ona 40.000 (qırx min) manata satılmasına istinad etsə də, Bakı şəhəri Binəqədi rayonu X10 ərazi hüdudları daxilində sahibkarlıq fəaliyyətinin tikintisi üçün iddiaçıya ayrılmış 400 kv.metr torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olmaqla Dövlət mülkiyyəti torpağının olması müəyyən edilmişdir. Odur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması, aparılan hasar tikintisinə müdaxilənin cavabdehlərə qadağan edilməsini tələb etmək hüququ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aiddir. Həmçinin xüsusilə qeyd edilməlidir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən araşdırmaya təqdim edilmiş torpaq sahəsinin ona verilməsinə dair eskizlə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından alınmış Cavabdeh1 verilməsinə dair eskiz tamamilə fərqlidir və ünvanlar tamamilə başqadır. Bununla da müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən araşdırmaya təqdim olunmuş eskiz saxtalaşdırılmışdır. Araşdırma zamanı eskizin torpaq sahəsinin ayrılmasına dair sərəncamın 2004-cü il tarixdə verildiyi nəzərə alınaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə həmçinin iddia tələbinin maddi zərərin əvəzi kimi 5000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissəsi törəmə hüquq münasibəti olduğundan, iddia tələbinin maneələrin aradan qaldırılması və aparılan hasar tikintisinə müdaxilənin cavabdehlərə qadağan edilməsi hissəsində iddia tələbi rədd edildiyindən, iddia həmin hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar