Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1839/2023 18.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçınə olan debitor borcuna görə (sayğac vasitəsilə istifadə) 1981,25 manat pulun və 39,82 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 2021,07 manat pulun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-789/2023 saylı qərardadından görünür ki, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş ərazi adiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz" İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AK-1/27709 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0290 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4T markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Yuxarıda bəhs edilən müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən qaz sayğaçının göstəricisinə əsasən hesablanmış qazın dəyərini tamam ödəmək istehlakçının vəzifəsidir. Belə ki, Azəriqaz İB-nın əməkdaşları tərəfindənll aprel 2022-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 31029 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi 2131,25 manat məbləğində müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. 2022-ci ilin may ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh cəmi 150 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu və Gazrep üzrə ümumi 1981,25 (bir min doqquz yüz səksən bir manat 25 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh sayğacın işləməməsi, daha doğrusu mənfiyə düşməsi, yəni sayğacdan qaz keçsə də, qeydə alınmaması ilə razılaşır. Cavabdehin razılaşmadığı məsələ hesablanan sərfiyyatla bağlıdır. Lakin nəzərə alınmalıdır ki, hesablamalar, iddiaçının özünün müəyyən etdiyi qaydalarla yox, Nazirlər Kabinetinin müvafiq qaydaları ilə hesablanır. Bundan başqa tələb edilən 31029 kub.m qaz sərfiyyatı, iş materiallarında olan gasrep adlı sənəd üzrə hesablanmışdır.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçı İB-dən abonent saldosunu almışdır. Həmin saldodan da görünür ki, ona hesablanan 2131,25 manat borc üzrə 600 manat ödəniş etmişdir. Yəni, həmin saldo ilə müəyyən edilir ki, onun sənəd üzrə faktiki olaraq 1531,25 manat borcu var. Nəzərə alınmalıdır ki, evinə quraşdırılan sayğac kartla işləyir. Əgər o karta pul yükləməsəydi, balansının çatışmazlığı səbəbindən qazdan istifadə edə bilməyəcəkdi. Halbuki, tərəfindən qazdan istifadə olunub. Bu fakt onu təsdiq edir ki, problem sayğacdan qaynaqlanır. O, istehlakçı kimi 2015-ci ildən 2020-ci ilədək 5 il üzrə cəm 2580 manat olmuşdur ki, bu da 1 il üzrə orta hesabla 516 manat edir. Sərf edilmiş qazın həcmi 5 il üzrə 19150 kub.m olmuşdur ki, bu da, orta hesabla 3830 kub.m edir. İddiaçı isə sayğac işləmədiyi 2 il üzrə heç bir əsas olmadan ödəniləcək məbləği 2131,25 manat, qaz sərfiyyatını isə 11879 kub.m kimi göstərmişdir. Bu halda da 1 il üzrə ödəniş 1066 manat, qaz sərfiyyatı isə 5940 kub.m edir. Hansı ki, əvvəli sayğacın göstəriciləri üzrə 5 ildə hər il üzrə orta hesabla 516 manat ödəniş, qaz sərfi isə 3830 kub.m olmuşdur. Hətta sayğac dəyişdirildikdən sonra belə bu il ərzində 550 manat dəyərində ödəniş edilib, 3830 kub.m isə qaz sərfiyyatı olub. Necə ola bilər ki, 2020-ci ildən 2022-ci ilədək olan müddətdə, yəni iki il ərzində ona hər zaman istifadə etdiyi həcmdən artıq sərfiyyat hesablanır. Belə ki, iş materiallarından da, görünür ki, iddiaçı ondan təxminən özünün 5 il ərzində sərf etdiyi qaz sərfiyyatına uyğun 2 illik qaz sərfiyyatı hesablamışdır. Bundan başqa onun evinə dövlət yoxlanışından keçməmiş sayğac quraşdırılıb. Həmin sayğac ən azından ildə 1 dəfə texniki baxışdan keçməli idi. Lakin iddiaçı tərəfindən bu tələb təmin edilməyib. Hazırda özü məhkəməyə təqdim etdiyi sənədlər üzrə əslində iddiaçının ondan tələb etməli olduğu borc üzrə ondan 800 manat tələb etməli idi ki, həmin məbləğin də, 600 manatı onun tərəfindən ödənilib. Belə ki, “Qazdan istifadə qaydaları” nın 5-ci hissəsində, 5.4-cü bəndində dəqiq göstərilir ki, “Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda (yəni İstehlakçının təqsiri olmadan zədələnmış qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yeni ilə əvəz edilməsi) və quraşdırılması hallarında) çıxarıldıqda (götürüldükdə), qay sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və sayğacsız istifadə edilmiş qazın dəyəri üzrə hesablamalar sayğa çıxarıldığı gündən əvvəli ayın orta gündəlik sərfinə uyğun aparılır” Deməli, onun sayğacından da qaz sərbəst halda keçdiyindən hazırki mübahisəli hala da, həmin qaydalar tətbiq edilməklə, hesablamalar aparılmalı idi. Yəni sayğac 2020-ci ilin əvvəllərində, yanvar-aprel ayları arası sıradan çıxmış və düz 2 il 2022ci ilin aprel ayına qədər bu vəziyyətdə olub, işləməmişdir. Deməli, sayğac sıradan çıxdığı vaxtdan əvvəlki ayın orta gündəlik sərfi 2019-cu ilin sayğac göstəriciləri deməkdir. İddiaçı İB-nin təqdim etdiyi “Abonentin saldosu” üzrə həmin sayğacın 2019-cu il üzrə göstəriciləri 400 manat ödəniş və 3100 kub.m qaz sərfiyyatı olmuşdur. Bu halda sayğacın işləmədiyi 2 il müddətində istifadə edilmiş qazın dəyəri 2 il ürə ödəniş (borc) 1 ilə 400 manat olarsa, 800 manat, qaz sərfiyyatı isə 1 ilə 3100 kub.m olarsa, 2 ilə 6200 kub.m olmalıdır. Son nəticə olaraq məlum olur ki, sayğacın işləmədiyi iki il üzrə istifadə edilmiş qazın dəyəri 800 manat, həcmi isə 6200 kub.m olmuşdur.
6. Bundan başqa cavabdeh iddia tələbinə münasibətdə məhkəməyə təqdim etdiyi etirazlarında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, 2015-ci ilin mart ayında İddiaçı İB Yasamal rayonu, Mətbuat prospekti 35B ünvanda 16 mərtəbəli binada ona məxsus 29-cu mənzildə smart kart tipli qaz sayğacı quraşdırıb. Sayğac 2015-ci ildən 2020-ci ilin fevral ayına kimi işləyib və həmin tarixdə heç bir xarici müdaxilə olmadan sıradan çıxıb. Deyilənə görə içindəki batareyanın vaxtı bitib. 2022-ci ilin aprel ayında İddiaçı İB-nin əməkdaşları iştirakı olmadan və heç bir xəbərdarlıq etmədən həmin sayğaca müdaxilə ediblər və bunu ona bildirməyiblər. 3 gün sonra gəlib, sayğacı dəyişiblər və ona heç bir əsas olmadan 2131,5 manat borc hesablayıblar. Amma bununla bağlı bu günə kimi ona heç bir rəsmi hesab təqdim edilməyib. Ancaq o vaxtdan bəri hər ödədiyi məbləğin 50%-ni borc kimi tutublar. Sonra da onu cavabdeh qismində məhkəməyə veriblər. Onunla İddiaçı İB arasında olan bu məsələ hüquqi müstəvidə birbaşa iki əsas sənədlə tənzimlənir. Bunlardan birincisi 2011 -ci ilin may ayının 12-də Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “80” saylı “Qazdan istifadə qaydaları” dır. İkincisi isə həmin qanunun əsasında onunla İddiaçı İB arasında qazın alqı-satqısı barədə bağlanmış “Müqavilə” dir. Yuxarıda göstərilən qanunun 4-cü, “Qaz sayğaclarının quraşdırılması və istismarı” hissəsinin 4.3-cü bəndində yazılıb “Qaz sayğacları xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Əks təqdirdə 4.1-ci bəndin və texniki pasportun tələbinə görə onun quraşdırılması və istismarı qadağandır”. Bu sayğac barədə onunla İddiaçı İB-i arasında 2 müqavilə bağlanıb. Hər 2 müqavilədə də sayğacın Dövlət yoxlamasından keçirilməsi barədə qeyd-məlumat yeri boşdur. Heç bir tarix yazılmayıb. Yəni bu sayğac dövlət yoxlamasından keçirilməyib. Deməli, İddiaçı İB tərəfindən mənzilinə qanunla quraşdırılması və istismarı qadağan olunmuş, rəsmi yoxlamadan keçirilməmiş sayğac quraşdırılıb. İkinci daha əsas məsələ yenə həmin qanunun, sayğaclara aid hissəsinin 4.8-ci bəndinin tələbidir. “Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni İddiaçı İB-yi daşıyır”. Sonra həmin qanunun Qaz paylayıcısının, yəni İddiaçı İB-in hansı vəzifələri yerinə yetirməlidir hissəsinin 3.1.3 bəndinin tələbi belədir, “Qazpaylayıcı şəbəkənin onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə texniki cəhətdən saz vəziyyətdə saxlanmalıdır”. Bu tələblər qarşısında 8 ildə bir dəfə də olsun həmin sayğaca texniki baxış keçirilməyib. Baxmayaraq ki, bu işlər İddiaçı İB-dən müqavilənin paylayıcının vəzifələrinə aid hissəsində də tələb olunur. Belə ki, müqavilənin 2.1.2 və 2.1.3. bəndlərinə görə hər ildə bir dəfədən az olmayaraq təmir- profilaktika və təlimat işləri yerinə yetirilməlidir. Əvvəllər bu texniki baxış 6 aydan bir keçirilirdi. Müqavilənin istehlakçının vəzifələri hissəsində 2.4.5 bəndində yazılıb: “İstehlakşı paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Paylayıcıdan tələb edir” Elə həmin müqavilənin “Paylayıcının vəzifələri hissəsinin 2.1.8-ci bəndində isə yazılıb “Paylayıcı təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində istehsalçıya dəymiş zərərin əvəzini ödəyir”. Daha sonra isə İddiaçı İB-in vəzifələrinin 2.1.12-ci bəndində yazılır: “Paylayıcı bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyır”. Bütün bu yuxarıda qeyd olunanlardan belə nəticə çıxır ki, İddiaçı İBnin təqsirli hərəkətləri, yəni qanunla qadağan olunmuş dövlət yoxlamasından keçməmiş sayğacın quraşdırılmasını və istismarını həyata keçirdiyi üçün, həmçinin hərəkətsizliyi, yəni 8 ildə bir dəfə də olsun həmin sayğaca nəzarət etməməsinə görə, habelə ona qanun və müqavilə üzrə müəyyən edilmiş vəzifə və öhdəlikləri icra etməməsi nəticəsində bu hadisə baş vermişdir, yəni bu işdə birbaşa və bilavasitə səbəbkar İddiaçı İB-dir. İddiaçı hazırda məhkəmədən iddiaçının xeyrinə ondan ümumilikdə 2021,07 manat məbləğ pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Heç bir əsası olmayan və heç bir həqiqətə uyğun gəlməyən borcun hesablanması da düzgün aparılmayıb. Bunu yoxlamaq üçün İddiaçı İB-dən 2015-ci ildən bu günə kimi sərf etdiyi qazın miqdarı və dəyəri barədə yazılı məlumat almışdır. Həmin məlumata görə o, 2015-ci ildən - 2020-ci ilə, yəni sayğac sıradan çıxan tarixə qədər sayğacın göstəricisi üzrə hər il orta hesabla 3800 kub. metr qazdan istifadə etmişəm. 2020-ci ilin müvafiq ayından 2022-ci ilin aprel ayına kimi, yəni sayğacın işləmədiyi dövr üzrə isə İddiaçı İB-nin işçiləri bir il üzrə 6000 kub. metr qaz işlədildiyini yazırlar. 2022-ci ilin aprel ayından, yəni xarab olan sayğac dəyişdirilib, yenisi quraşdırılandan bu günə kimi həmin yeni sayğacın göstəricisi üzrə qaz sərfiyyatı yenə əvvəlki kimi il üzrə 3800 kub. metr olmuşdur. İddiaçı İB-in təqdim etdiyi bu hesabat-məlumat və nəzarət cədvəlindən aydın görünür ki, sayğac xarab olan vaxtdan qabaqkı 8 ildə və sayğac dəyişdiriləndən sonrakı bir ildə qaz sərfiyyatı 3800 kub.metr olmuşdur. Nədənsə, ortada sayğac işləməyən 2 ildə bir il üzrə qaz sərfiyyatı 6000 kub. metr göstərilir. Qeyd edir ki, həmin müddətdə mənzil və mənzildəki qazdan istifadə cihazları, kombi və qaz peçi eyni olaraq qalmışdır, əksinə ailə üzvlərinin sayı azalıb, 5 əvəzinə 3 olub, 2 övladım ailə qurub ayrı yaşayırlar. Sırf baş vermiş bu hal üçün qazın sərfinin və dəyərinin hesablanması “Qazdan istifadə Qaydaları”nm 5-ci hissəsində 5.4 bəndində çox dəqiq göstərilmişdir. Qanunun 5.4-cü bəndində yazılır: “Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda, (yəni “İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması hallarında), çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və sayğacsız istifadə edilmiş qazın dəyəri üzrə hesablamalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır”. Deməli, bu halda sayğacda batareya sönmüş, klapan bağlanmamış, qaz sərbəst və sayğacsız haldakı kimi keçmişdir ki, bu da tam olaraq qanunun yuxarıda qeyd olunan 5.4 bəndinə uyğun gəlir. Bu hadisədə qaz sərfiyyatı qanunun tələbi üzrə hesablansa iddiada göstərilən məbləğdən 50%-dən də aşağı məbləğ alınır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. İddiaçı İB ilə Cavabdeh arasında 27 mart 2018-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AK- 1/27709 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
8. 1**********0290 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh ünvanında xx.xx.2022-ci il tarixində Zenner G4T Smart tipli sayğac quraşdırılmışdır. Saldoya görə cavabdehdə 2022-ci il üçün 2131 manat borc hesablanmışdır.
9. 04.2022-ci il tarixdən 03.2023-cü il tarixədək olan dövrü əhatə edən 1**********0290 nömrəli abonentin saldosundan müəyyən edilir ki, 04.2022-ci il tarixdən 03.2023-cü il tarixinədək cavabdeh tərəfindən 2131,25 manat iddia edilən borcdan 600 manat ödəniş edilmişdir.
10. 16 dekabr 2022-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 39,82 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. Azəriqaz” İB ilə Cavabdeh arasında 27 mart 2018-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AK-1/27709 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcıya ödəyir. Müqavilə üzrə paylayıcının bir sıra vəzifələri təsbit olunmuşdur. Misal olaraq istehlakçını ildə bir dəfədən az olmayaraq( qaz qurğularının istismara verilmə və ya son texniki baxış tarixindən etibarən) “Qazdan istifadə qaydaları”-nın tələblərinə uyğun olaraq təlimatlandırmaq; istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək; təqsirli hərəkətləri, habelə müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində istehlakçıya dəymiş zərərin əvəzini ödəmək; istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; “Qazdan istifadə qaydaları”-nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq və.s.
12. Bundan başqa Paylayıcının hüquqları da müəyyən edilmiş və misal olaraq: qaz sayğacının gsötəricisinə əsasən istifadə olunmuş qazın dəyərini tələb etmək; istehlakçının təqsirli hərəkətləri, habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etmək və.s
13. Bununla yanaşı müqavilədə istehlakçının da hüquqları və vəzifələri təsbit edilmişdir. Hüquqlarına misal olaraq: dövlət standartlarına uyğun qazla təmin edilməsini tələb etmək və.s. Vəzifələrinə isə hesab üzrə qazın dəyərini ödəmək, “Qazdan istifadə qaydaları”-nın tələblərinə əməl etmək, dəymiş zərərin əvəzini ödəmək və.s aid edilmişdir.
14. xx.xx.2022-ci ildə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında iddiaçı tərəfindən AKT tərtib edilmiş və sayğacın çıxarılma səbəbi dəyəri ödənilməmiş qaz sərfi olmuşdur. Eyni zamanda aşkar edilmişdir ki, sayğacın mexaniki göstəricisində 31029 kub.m qaz sərfiyyatı edilmişdir. Bu əsasla da iddiaçı cavabdehdən sayğacın mexaniki göstəricisinə uyğun olaraq sərf edilmiş qazın dəyəri olan 2131.25 manat məbləğdən qalıq qalan 1981.25 manat pul tələb edir. İddiaçı iddia tələbinin dəlillərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli AKT-a və eyni tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokoluna istinad edir.
15. Cavabdeh isə iddia tələbini qəbul etmir və hesab edir ki, sayğacda olan texniki nasazlıq səbəbindən qaz sərfiyatını göstərməməsi onun məsuliyyətini yarada bilməz. Hansı ki, paylayıcı ən az ildə birdə dəfə texniki baxış keçirməli olduğu halda bunu etməmiş, eyni zamanda quraşdırılan sayğac dövlət standartlarına uyğun olmamışdır. Bundan əlavə paylayıcı qeydə alınmamış qaz sərfini orta normaya uyğun olaraq deyil, öz mülahizəsinə əsasən hüquqi əsası olmayan normativlərə uyğun hesablamışdır.
16. İşin mübahisəsiz halları ondan ibarətdir ki, istehlakçı 2020-ci ilin fevral ayında 50 manat ödəniş etdikdən sonra 2022-ci ilin aprel ayınadək hər hansı ödəniş etməmiş, lakin həmin müddət ərzində qazdan istifadə etmişdir. İstehlakçının özü də qaz zərfiyyatının qeydə alınmadığından şübhələnmişdir. 2019-cu ildə istehlakçı bir il ərzində 400 manat ödəniş etmişdir. 2022-ci ilin aprel ayından sonra istehlakçı 2131.25 manat borcdan hissə hissə tutulmalar aparılmaqla 600 manat çıxılmışdır. Hazırda istehlakçının abonent saldosunda 1531.25 manat borcu olduğu göstrilir. 2022-ci ilin aprel ayından sonra qaz sərfiyyatı və ödənişlərlə bağlı hər hansı mübahisə yoxdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
17. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, iddiaçının tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir.
18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
19. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
20. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
21. 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
22. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
23. 5.4-cü bəndinə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
24. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
25. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilə münasibətləri olmuş və müqavilə üzrə tərəflərin yuxarıda göstərilən hüquq və vəzifələri olmuşdur.(bax 11-13 bənd). Tərəflər arasında 2020-ci ilin fevral ayınadək olan və 2022-ci ilin aprelin ayından sonrakı dövr üçün qaz sərfi və ödənişlərə görə hər hansı mübahisə yoxdur. Belə ki, qaz sayğacı smart kart tipli olmuş və yüklənən vəsait həcmində qazdan istifadə edilmişdir. Lakin mübahisələndirilən dövrə aid, yəni 02.20xx-xx.2022-ci illər ərzində cavabdeh cəmi 50 manat ödəniş etməklə 2 il ərzində qazdan istifadə etmiş və sonradan müəyyən edilmişdir ki, həmin müddətdə sərf edilən qaz qeydə alınmamışdır.
26. Məhkəmə işin hallarına, tərəflərin etirazlarına mülki hüquq münasibətlərinin subyektlərinin vicdanlı olmaları prinsipindən yanaşaraq hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır.
27. Belə ki, əvvəla paylayıcının qaz sayğacını öz hesabına təmir elətdirmək, işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək vəzifəsi olsa da, 2 il ərzində qaz sayğacına baxış keçirməmiş, hətta ümumiyyətlə texniki baxış keçirdib-keçirtməməsi müəyyən edilməmişdir. Bununla yanaşı qaz sayğacı düzgün işləməsə belə istehlakçının hər hansı ödəniş etmədən qazdan istifadə etməsi mübahisə doğurmur. Hər bir halda istehlakçı 2020-ci ilin fevral ayından əvvəl mütəmadi olaraq ödənişlər etmişdirsə və bundan sonra o, qazdan istifadə etməsinə baxmayaraq 2 il ərzində hər hansı ödəniş etməmişdirsə, onu təqsirli olmasa belə, öhdəliyini vicdanla həyata keçirmək vəzifəsindən azad etmir .
28. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
29. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Bununla yanaşı məhkəmə hesab edir ki, qaz sayğacının istehlakçının hər hansı müdaxiləsi olmadan sıradan çıxması və vaxtında texniki baxış keçirilməli olması paylayıcının vəzifəsi olduğundan, sayğacın işləmədiyi 2 il müddət qaz sayğacının olmadığı müddət kimi qiymətləndirilməli və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır.
31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğacın işləmədiyi müddətdən əvvəl, yəni 2019-cu ildə istehlakçı orta hesabla illik 400 manat dəyərində qaz istifadə etmişdir. Odur ki, sayğacın işləmədiyi iki il üçün istehlakçının sərf etdiyi qazın həcmi 800 manat məbləğində qiymətləndirilməli və istehlakçının ödədiyi 600 manat vəsait nəzərə alınmaqla qalıq borc ondan tutulmalıdır.
32. Bundan əlavə işin halları ilə müəyyən edilir ki, paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarı təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”-na istinad etməklə borc məbləğini hesablamışdır. Halbuki həmin qaydalarda qeyd edilmişdir ki, bu qaydalar Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Enerji resurslarında istifadə haqqında” Qanunlarına və Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik aktlarına əsaslanmaqla, qaz qurğuları və avadanlıqlarının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarına və bu sahəyə dair digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır və qaz təchizatı sahəsinin fəaliyyətini tənzimləyən hər hansı bir normativhüquqi aktı əvəz etmir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, bu qərar imzalandığı tarixdən qüvvəyə minir və müvafiq münasibətləri tənzimləyən normativ-hüquqi akt qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyata alınanadək qüvvədədir.
33. Halbuki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarından sonrakı tarixdə, yəni xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları” təsdiq edilmişdir.
34. Göründüyü kimi iddiaçının dəymiş ziyanın hesablanması ilə bağlı qaydaları nə normativ hüquqi akt, nə qeyri-normativ hüquqi akt, nə də ki normativ xarakterli akt deyildir və hər hansı hüquqi nəticə yaratmır.
35. Tətbiq edilən prosessual normalar:
36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
39. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
40. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Həmçinin iddianın tələbinin təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 4 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 4 (dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev