Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1865/2023 05.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Cavabdeh İddiaçınə qarşı “MMC-nin idarəetmədən kənarlaşdırılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:̇ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Cavabdeh İddiaçınə qarşı “MMC-nin idarəetmədən kənarlaşdırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ilk iddia ərizəsi baxılmamış saxlanılmışdır. 04 iyun 2023-cü il tarixdə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsi geri qaytarılaraq baxılmamış saxlanılmışdır. Bununla da ilk iddia üzrə iddiaçı binanı idarə etməyə hüququ olmadığını etiraf etmişdir. Digər tərəfdən, "xxxx" MMC onlara qarşı analoji iddia irəli sürmüşdür (e-2(001)-3274/2023 №-li iş). Bunu nəzərə alaraq, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsini rəhbər tutaraq, qarşılıqlı iddia ərizəsinin qaytarılmasını və baxılmamış saxlanılmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına maraqlı olmadığından (məhkəmə iclasında iştirak etmədiyinə görə) iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından iddiaçının nümayəndəsi və vəkili ərəfindən xx.xx.2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh İddiaçınə qarşı “MMC-nin idarəetmədən kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-1865/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1865/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver