Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-188/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Novruzı̇ Lalə Fərzulla qızının Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə payçı kimi hüququnun tanınması, mənzilə sahiblik və istifadə hüququnun tanınması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümmayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilə payçı kimi hüququnun tanınması, mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı ünvan 1 ünvanda inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 48 nömrəli, ümumi sahəsi 112, 2 kv.m-dən ibarət 3 otaqlı mənzilə onun, yəni İddiaçı payçı kimi hüququnun tanınması, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 04 noyabr 2013-cü il tarixdə onunla, Cavabdeh MTK arasında ünvan 1 ünvanında inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 48 nömrəli, ümumi sahəsi 112,2 kv.m-dən ibarət 3 otaqlı mənzilə dair müqavilə bağlanmışdır və tərəfindən mənzilin ümümi dəyərinin hamısı, yəni 65000 (altmış beş min) manat məbləğində pul Cavabdeh MTK-ya ödənilmiş və bu barədə MTK tərəfindən ona həmin mənzilin dəyərinin hamısının ödənilməsi barədə Maliyyə Arayışı verilmişdir. İddiaçı eyni zamanda qeyd edir ki, mənzilə dair onunla "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli, 126950 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə, "xxxx" ASC ilə xx.xx.2023-cü il tarixli, 347412 nömrəli Enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi, eləcə də Binəqədi rayon “Sukanal” İdarəsi ilə xx.xx.2020-ci il tarixli, 42749810 nömrəli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə bağlanmışdır. Hazırda iddiaçı dəfələrlə müraciət edərək müqavilə öhdəliklərinin yerinə yetirilərək, müqavilə əsasında ona məxsus olan mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini tələb etməyinə baxmayaraq, Cavabdeh MTK-nın nümayəndələri həmin mənzilə dair başqa şəxsin də müqaviləsi olduğunu bildirərək, müqavilə əsasında ona məxsus olan sözügedən mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsini təmin etməmişlər. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
3. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia ərizəsinə əlavənin təsviri hissəsində göstərilənlərə əsasən ünvan 1 ünvanında inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 48 nömrəli, ümumi sahəsi 112,2 kv.m-dən ibarət 3 otaqlı mənzilə onun, yəni İddiaçı payçı kimi hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bundan sonra iddiaçı yenə də iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia ərizəsinə əlavənin təsviri hissəsində göstərilənlərə əsasən ünvan 1 ünvanında inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 48 nömrəli, ümumi sahəsi 112,2 kv.m-dən ibarət 3 otaqlı mənzilə onun, yəni İddiaçı payçı kimi hüququnun tanınması, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, mənzil artıq iddiaçının istifadəsindədir. Lakin payçı kimi hüquqları hələ tanınmayıb. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq, cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.
b) Mülki işin materialları:
7. İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinin sədri X6 arasında 04 noyabr 2013-cü il tarixində payçının pay haqqının (mütləq pay) və onun həcminin qarşılıqlı hüquq vəzifələrini müəyyən edən mənzil tikintisinə dair müqavilə bağlanmışdır .
8. Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı verilmiş xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsus yaşayış binasının payçısıdır. Payçısı olduğu 3 otaqlı 48 saylı mənzilin dəyərini tam ödəmişdir, borc qalığı yoxdur.
9. "xxxx" ASC-nin bildirişindən və "xxxx" ASC-nin abonent saldosundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə aid kommunal ödənişlər İddiaçı adınadır.
10. xx.xx.2021-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, "xxxx" İstehsalat Birliyi ilə abonent İddiaçı arasında bağlanmış müqavilə əsasında ünvan 2 ünvanına qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı abonentə təhvil verilmişdir.
11. "xxxx" ASC-nin satış departamentinin direktoru E.Dadaşov ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsinə əsasən həmin mənzilə hesablaşma elektrik sayğacı PQ-də quraşdırılmışdır.
12. “Su təchizatı və tullantı suların axıdılmasına” dair müqaviləyə əsasən "xxxx" ilə İddiaçı arasında ünvan 2 ünvanına dair xidməti müqavilə bağlanmışdır.
13. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, xx.xx.2013-cü il tarixdə müqaviləsiyə əsasən ünvan 1 ünvanında inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 48 nömrəli, ümumi sahəsi 112,2 kv.m-dən ibarət 3 otaqlı mənzili iddiaçının sahibliyinə verilməsi tələb edilmiş, əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5816/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayşı binasından 7 ədəd - 20 nömrəli 3 otqalı, 48 nömrəli 3 otaqlı, 23 nömrəli 2 otaqlı, 43 nömrəli 2 otaqlı, 34 nömrəli 2 otaqlı, 45 nömrəli 1 otaqlı və 53 nömrəli 1 otaqlı mənzillərin "xxxx" ASC-nin mülkiyyətinə verilməsi qət olunmuşdur.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4160/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiası təmin, iddiaçılar X4, İddiaçı, X1, X7, X5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, “Mənzil tikintisinə dair” xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72,3 kv.m. sahəsi olan 43 nömrəli mənzili Cavabdeh MTK tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 istifadə və sahibliyinə verilmiş, iddiaçılar X4, İddiaçı, X1, X7, X5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 iddiası qalan hissədə təmin edilməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 3.03.2024-cü il tarixli, 2(103)-2044/2024 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" ASCnin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2885/2024 saylı Qərarınkka əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2044/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (vəkil X11 oğlu) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
c) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
18. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 20.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
22. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsi (əvvəlki redaksiyada), həmçinin Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir.
23. Mülki Məcəllənin 178.8-ci maddəsində (əvvəlki redaksiyada) müəyyən edilmişdir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
24. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
Azəbaycan Respublikası Mülki Məcəlləsi :
25. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
29. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
31. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
33. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
34. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. 752.1. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
37. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
38. 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir
Azəbaycan Respublikası Mənzil Məcəlləsi:
39. 112. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
40. 113. Şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
41. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli Qərarını nəzərə alaraq hesab edir ki, mənzilin dəyərini tam ödəməklə iddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (Mülki Məcəllənin 425-ci maddəsi).
42. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
43. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
44. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
47. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. 119.1-ci. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.
51. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə “Mənzil tikintisinə dair” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 48 nömrəli, ümumi sahəsi 112,2 kv.m-dən ibarət 3 otaqlı mənzilə İddiaçı verməyi öz öhdəsinə götürmüş, iddiaçı isə həmin mənzilin dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2013-cu il tarixdə mənzilin dəyərini tam şəkildə ödəsə də cavabdeh indiyədək həmin mənzili iddiaçının sahibliyinə və istifadəsinə verməmişdir.
52. Bununla yanaşı qüvvədə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(001)-4160/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında 48 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış və həmin müqavilənin predmeti olan mənzil real olaraq iddiaçıya məxsusdur. Bu da öz növbəsində həmin müqavilənin etibarsız olmasını istisna edir.
53. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 48 nömrəli, ümumi sahəsi 112,2 kv.m-dən ibarət 3 otaqlı mənzilə İddiaçı payçı kimi hüququ tanınmaqla, onun həmin mənzilə sahiblik və istifadə hüququ tanınmalıdır.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı “mənzilə payçı kimi hüququnun tanınması, mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ünvan 1 ünvanında inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 48 nömrəli, ümumi sahəsi 112,2 kv.m-dən ibarət 3 otaqlı mənzilə payçı hüququ, sahiblik hüququ və istifadə hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova