Məhkəmə qərarları › İş №e-2(001)-1898/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1898/2024

04.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1898/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı, onun nümayəndəsi (əri) X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X13 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli əmrin ləğv edilməsi, İddiaçı X13 adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçi vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərər əvəzi olaraq 5000 (beş min) manat məbləğində təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası X13 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan xx.xx.2023 - xx.xx.2023 tarixlərdə keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin (Attestasiya komissiyasının qərarının) İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı barəsində tərtib olunmuş 20 noyabr 2023-cü il tarixli Attestasiya vərəqəsinin ləğv olunması, X13 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü ii tarixli 210/k nömrəli əmrin ləğv edilməsi, İddiaçı X13 adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçi vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsini onunla əsaslandırmışdır ki, Akademik Z.Əliyeva adına E.T.G.X. İnstitutunda (indiki X13 adına Milli Oftalmologiya Mərkəzi) 02 avqust 1999-cu ildən oftalmologiya üzrə bir illik internatura keçmək üçün həkim-interna təyin olunmuş, daha sonra cərrahiyyə bərpa şöbəsində həkim oftalmoloq işləmişdir. 05 iyun 2009-cu il tarixindən Elm və klinika üzrə işçilərin Tarifikasiya Siyahısına əsasən “Katarakta cərrahiyyəsi” şöbəsinə (hal-hazırda “Mikrocərrahiyyə bölməsi”) kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. Mərkəzinin rəhbərliyi tərəfindən 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli qanunsuz əmr qəbul olunana qədər öz vəzifələrini icra etmişdir. Onu qəsdən işdən çıxarmaq məqsədi ilə Mərkəzdə keçirilən attestasiyaya qanunsuz olaraq cəlb olunmuş və guya attestasiyadan keçməməyi əsası ilə işdən azad edilmişdir. Halbu ki, işlədiyi 24 illik müddət ərzində daim öz işində fərqlənmiş, rəhbərliyin verdiyi tapşırıqları yüksək məsuliyyət və keyfiyyətlə yerinə yetirmişdir. 2012-ci ildən Səhiyyə Nazirliyi tərəfindən keçirilən sertifikasıya imtahanlarında ən yüksək bal toplayaraq “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsi” almışdır. Sonuncu dəfə Praktik tibb və ya əczaçılıq fəaliyyti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsini 14 sentyabr 2021-ci il tarixində almış. X2 14 sentyabr 2026cı il tarixinədək etibarlıdır. Bundan başqa, 2011, 2016, 2019, 2020, 2021, 2022, 2023-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “oftalmologiya” üzrə ümumi təkmilləşmə kurslarını bitirmişdir. Dəfələrlə oftalmalogiya üzrə Respublika səviyyəsində keçirilən müxtəlif elmi-praktik konfranslarda iştirak etmişdir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsi ona adından da göründüyü kimi praktik tibb ilə məşğul olmaq səlahiyyəti verdiyindən, işlədiyi X13 adına Milli Oftalmologiya Mərkəzinə müraciət edən xəstələrin müalicəsini aparmışdır. İşdən qanunsuz azad olunana qədər ayda bir dəfə ümumi Mərkəz üzrə sutkalıq gecə növbəsində olmuş və stasionarda olan həmçinin yeni müraciət edən xəstələrin müalicəsini aparmışdır. X13 adına Milli Oftalmologiya Mərkəzinin Masallı, Şəki şəhərlərində olan filiallarında on beş günlük ezamiyyətlərdə olmuş, həmin şəhərlərdə xəstələrin qəbulunu həyata keçirmiş. İyirmi dörd ildən çox iş stajı olduğu halda, qərəzli şəkildə başqa vakant vəzıfələrə keçirilməmişdir. İşdən azad olunma barədə əmrin surətini və attestasiya komissiyasının qərarını hazırki günədək almamışdır. Cavabdeh X13 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü il tarixli Əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunmağı barədə əmrlə razılaşmadığından, 21 dekabr 2023-cü il tarixində tərəfə mediasiya təklifi göndərmişdir. Cavabdehin nümayəndəsi Mediasiya təşkilatı tərəfindən təyin olunan 18 yanvar 2024-cü il tarixli mediasiya prosesinə də gəlməmiş və Mediasiya təşkilatı tərəfindən 18 yanvar 2024-cü il tarixli İlkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış verilmişdir. Bildiri ki, tibb sahəsində fəaliyyətinə tibb bacısı kimi başlamış, daha sonra oftalmologiya üzrə həkim-interna, həkim oftalmoloq və kiçik elmi işçi işləmişdir. Hazırki mübahisəli iş üzrə vətəndaş olaraq onun əmək və ədalətli məhkəmə araşdırması hüquqları müdafiə olunmalı və barəsində verilmiş əmr məhkəmə tərəfindən qanunsuz hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh tərəfindən bağlanmış əmək müqaviləsinə istinad olunan əsasla xitam verilməsi qanunsuzdur, həmin əmr ləğv olunmalı və əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. İşdən qanunsuz azad olunmağı nəticəsində ona mənəvi ziyan da dəymişdir. 24 ildən çox işlədiyi X13 adına Milli Oftalmologiya Mərkəzindən onun rəhbərliyi tərəfindən qanunsuz olaraq işdən azad edilmişdir. Bu hərəkətləri ilə həmin vəzifəli şəxslər onu iztirablara məruz qoymuşlar. Ona dəymiş mənəvi ziyanı 5000 (beş min) manat məbləğində qiymətləndirir. İddia ərizəsinin dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, cavabdeh X13 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli əmrinin, işdən azad edilməyə əsas olmuş attestasiya komissiyasının qərarının, kiçik elmi işçi vəzifə təlimatının və digər sənədlərin surətləri cavabdeh tərəfindən vəsatətlə tələb olunmuşdur. Hal-hazırda cavabdeh tərəfindən Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın surəti nəhayət ki, məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, cavabdeh tərəfindən 24 noyabr 2023-cü il tarixli 1750/1 saylı cavabdehin iş yeri üzrə yaradılmış Attestasiya Komissiyasının sədri t.e.d. Hicran Namazova tərəfindən imzalanmış X13 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələri cədvəl şəklində təqdim edilmişdir. Sənədin adı Azərbaycan Respublikası X13 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin cədvəlidir. Həmin Cədvəlin “Mikrocərrahiyyə Bölməsi” hissəsində “İşçinin soyadı, adı, atasının adı - İddiaçı, Tutduğu vəzifə - kiçik elmi işçi, Attestasiyadan keçdiyi tarix - xx.xx.2023, Attestasiya Komissiyasının qərarı - tutduğu vəzifəyə uyğun deyil, Attestasiya Komissiyasının tövsiyyələri - İşdən azad etmək. Səbəb: Əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri, ixtisası (peşəsi), yerinə yetirdiyi işlər və onların nəticələri dairəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi” göstərilmişdir. Nəzərə alınmalıdır ki, 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli qanunsuz əmrdə əsas olaraq Attestasiya vərəqəsi göstərilmişdir. Qüvvədə olan Əmək Məcəlləsinin 67-ci maddəsinin 5-ci bəndinə əsasən, işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin Məcəlləsinin 67-ci maddəsinin 6-cı bəndinə əsasən, Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Göründüyü kimi, yuxarıda göstərilən əsaslara görə hazırki iddia tələblərinin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Eyni zamanda, Azərbaycan Respublikası X13 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrində iddiaçının işdən azad olunmasının səbəbi olaraq “Əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri, ixtisası (peşəsi), yerinə yetirdiyi işlər və onların nəticələri dairəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi” göstərilməsi onun əmək vəzifələrinə Azərbaycan Respublikasında praktik tibb fəaliyyətinin aid olması və praktik tibb fəaliyyəti ilə məşğul olması müəyyən edilir. Cavabdeh tərəfindən təqdim edilmiş Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın 1.1-ci bəndinə əsasən, Elmi işçi kliniki fəaliyyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasinı peşəkar səviyyədə yerinə yetirir, göstərilmişdir. Yəni praktik tibb fəaliyyəti ilə məşğul olması göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, Aşağıdakı işçilərin attestasiyası keçirilmir: Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; Qanun tələblərindən göründüyü kimi praktik tibb fəaliyyəti ilə məşğul olan işçilərin attestasiyası keçirilmir. Aşağıdakı şübutları Məhkəmənin diqqətinə çatdırmaqla bildirir ki, X13 adma Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə məhz praktik tibb fəaliyyəti ilə məşğul olmağını təsdiq edən aşağıdakı sənədləri təqdim edir: 1) 2012-ci ildən Səhiyyə Nazirliyi tərəfindən keçirilən sertifikasıya imtahanlarında ən yüksək bal toplayaraq “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsi” almışam (iş materiallarına əlavə edilmişdir). 2) Sonuncu dəfə Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilp məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsini 14 sentyabr 2021-ci il tarixində almışam. X2 14 sentyabr 2026-cı il tarixinədək etibarlıdır (iş materiallarına əlavə edilmişdir). 3) Bundan başqa, 2011, 2016, 2019, 2020, 2021, 2022, 2023-cü illərdə Ə.Əliyev adma Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “oftalmologiya” üzrə ümumi təkmilləşmə kurslarını bitirmişəm (bax Qoşmada). 4) Dəfələrlə oftalmalogiya üzrə Respublika səviyyəsində keçirilən müxtəlif elmi- praktik konfranslarda iştirak etmişəm. O cümlədən, Azərbaycan Gənc Oftalmoloqların İ Qurultayı 2007-ci il, X8 85 illiyinə həsr olunmuş Konfrans - 2008-ci il Bakı, Azərbaycan Retinolo'qlann Vİİ Konfransı 2002- ci il Lənkəran, Akademik Z.Əliyevanın 100 illiyinə həsr olunmuş Konfrans 2023. 5) Son 2023-cü il ərizndə reffaksiya patologiyalan, katarakta, infeksion xəstəliklər üzrə təxminən 150 (yüz əlli) xəstənin müalicəsini aparmışam. 6) X13 adma Milli Oftalmologiya Mərkəzinin rəhbərliyi tərəfindən ezam olunaraq Mərkəzin Masallı və Şəki filiallarında həkim-oftalmoloq olaraq fəaliyyət göstərmişəm. 7) İşdən qanunsuz azad olunana qədər ayda bir dəfə ümumi Mərkəz üzrə sutkalıq gecə növbəsində olmuşam və stasionarda olan, həmçinin yeni müraciət edən xəstələrin müalicəsini aparmışam. İşlədiyi 24 illik müddət ərzində (ümumi əmək stajı 27 il 1 ay) daim öz işində fərqlənmiş, rəhbərliyin verdiyi tapşırıqları yüksək məsuliyyət və keyfiyyətlə yerinə yetirmişdir. Yuxarıda göstərilənlərlə təsdiq olunur ki, praktik tibb fəaliyyəti ilə məşğul olan işçi olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, attestasiyası keçirilməyən işçilər sırasında olmaqla attestasiyaya cəlb edilə bilməzdir. Həmçinin qeyd edilməlidir ki, Attestasiya Vərəqəsinin 7-ci bəndində suallara cavabları təhrif olunmuş formada göstərilmişdir: Məsələn, Göstərilmişdir ki, guya o, “Öz vəzifənizlə tanışsınızmı? “Sualına guya “Qismən tanışam” cavabı vermişdir. Halbuki, həm praktik tibb fəaliyyəti, həm elmi fəaliyyəti Şura üzvlərinə bəlli idi və o, bu suallara ətrafli cavab vermişdir. O cümlədən, elmi işi Diabetik retinopatiyalı kataraktalarda fakoemulsikasiyanın effektivliyinin öyrənilməsi və refinopatiyanın diaqnostikası, profilaktikası və müalicəsinə dair kompleks tədbirlər planının işlənilib hazırlanması üzrərində işləmişdir. Əlavə olaraq Attestasiya vərəqəsində sual-cavabın çox bəsit və əhəmiyyətli yanlışlıqlarla yazılması (bənd 7), Elmi şuranın üzvlərinin onun apardığı elmi iş üzrə məlumatsızlıqları və elmi rəhbəri tibb elmləri doktoru, professor Kərəm Kərimovun iştirakı təmin olunmadan aparılması göz qabağındadır. Belə ki, elmi rəhbərin iştirakı olmadan bu attestasiyada məşğul olduğu elmi işdə onun fəaliyyətinə qiymət verilməsi yersiz və əsassız olmuşdur. Ən azından Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları’nın 2.2.-ci bəndinə əsasən, işçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. Halbuki, elmi rəhbərinə aparılan elmi işlə əlaqədar hansısa sənədlərin təqdim edilməsi təklif edilməmişdir. Guya onun “Hansı məqsədlə eksperimental iş aparıbsınız?” sualına “Dəqiq cavab verə bilmir” cavabı verməyi həqiqətə uyğun deyil və açıq aşkar sonrada birtərfli şəkildə əlavə edilmiş bir uydurma cavabdır. Bu əsaslarla vəsatət verir ki, elmi rəhbəri tibb elmləri doktoru, professor Kərəm Kərimov məhkəmə iclasına dəvət olunaraq şahid qismində dinlənilsin. Attestasiya vərəqəsinin 9-cu bəndində “Attestasiyadan keçən işçinin rəy və təklifləri” bəndində guya onun “Yoxdur” deməyi həqiqətə uyğun deyil. Belə ki, Attestasiya komissiyasının üzvləri heç bir sual cavab olmadan ona son vaxtlar məqalə çap etməməyini bəhanə gətirərək (halbuki bu məsələ elmi rəhbərin səlahiyyətlərindədir), onun bir vəzifə aşağı “böyük lobarant” vəzifəsinə keçməyinə razı olmağını bildirərək boş blankda həmin bəndin qarşısına “böyük lobarant” keçməyinə “razıyam sözlərini yazmağımı və həmin sölərin qarşısından imza çəkməyimi” tələb etdilər. O, da həmin bəndin qarşısında həmin sözü yazaraq qarşısından imza etmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Attestasiya vərəqəsinin həmin səhifəsi dəyişdirilərək “yoxdur” sözü yazılmışdır (Məhkəməyə təqdim edilən həmin səhifədə onun imzası yoxdur). Göstərilənlərdən başqa, Attestasiya komissiyasının tövsiyyələri (bənd 11) hissəsində səbəb olaraq “Əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri, ixtisasi (peşəni) yerinə yetirdiyi işləri və onların nəticəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi” göstrilməsi attestasiyanın qərəzli olaraq aparılması və fəaliyyətinin böyük hissəsi praktik tibb işçisi olaraq fəaliyyət göstərən iddiaçının əsassız attestasiyaya cəlb edilməsi və işdən azad olunmasının səbəbinin guya praktik tibb işçisi vəzifələrinə aid suallara cavab verə bilməməsi göstərilmişdir. Bütün bu hallar İddiaçı əsassız olaraq attestasiyaya cəlb edilməsi və qərəzli şəkildə işdən azad edilməsi üçün bəhanə tapmaq cəhdi olduğunu təsdiq edir. Həmçinin nəzərə alınmalıdır ki, attestasiyanın keçirilməsi barədə bildirişə İddiaçı 01 noyabr 2023-cü il tarixində məzuniyyətdən qayıtdıqdan sonra imzalamışdır. Təqdim edilən votsap yazışmasından görünür ki, Sabina Məcidova tərəfindən göndərilən yazıda iddiaçının gələrək bildirişi imzalaması tələb olunur. İddiaçı cavab olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixində gəlib imzalaya biləcək. Lakin iş materiallarında olan bildirişdən belə təəssürat yaranır ki, guya o, bildirşi 19 oktyabr 2023-cü il tarixində imzalamışdır. Halbu ki, imza xx.xx.2023-cü il tarixində çəkilmişdir. Ən əsası isə odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları’nın 1.1-ci bəndinə əsasən, işçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.” Göründüyü kimi, iddiaçıya Attestasiyanın keçirilməsi qaydaları, şərtləri təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən cərimə olunmuşdur (X7 12 mart 2024cü il tarixli məktubunun surəti əlavə edilir). Cavabdeh tərəfindən 24 may 2024-cü il tarixində təqdim edilən Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın öyrənilməsi hazırki iddiaya dəqiqləşdirməni vacib edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, əvvəllər elmi işlər Mərkəz daxilində aparılırdı, həmin katarakta cərrahiyəsi şöbəsində təcrübə xəstələr üzərində aparılırdı, şöbə bağlanandan sonra elmi rəhbər təcrübəni heyvanlar üzərində aparılmasını bildirdi. Bu ildə isə yenidən xəstələr üzərində təcrübə tətbiq olunmalı idi. Normal şərait olsaydı elmi işlər heyvanlar üzərində yox, insanlar üzərində aparılardı. O, attestasiyanın keçirilməsi barədə bildirişi xx.xx.2023-cü il tarixdə imzalamışdır. Attestasiya keçiriləndə ona böyük laborant vəzifəsinə keçirilməsini təklif etdilər və 9-cu bənddə (işçinin rəy və təklifləri) o, öz xətti ilə etirazının olmadığını bildirdi və imzaladı, lakin həmin vərəq dəyişdirilmişdir. Ona iyun ayından qərəzli yanaşmalar başlandı, onu növbəyə salmışlar və boş-boşuna töhmətlər verilmiş, həmin töhmətlərdən şikayət verməmişdir. Sertifikasiyaya məcbur göndərdilər, bir ay müddətinə təxirə salınmasını xahiş etdi, lakin mümkün olmadığını bildirdilər. Elmi rəhbər elmi işlər aparılan zaman hər bir işçiyə bir hissəni işləməyi tapşırırdı, öz vəzifələrini icra edirdik, lakin sonra adları yox, məqaləni müdafiə edənlərin adları qeyd olunurdu. Son hadisələrdən sonra 3 məqalə üzərində işləmiş və çapa hazır etmiş, lakin bu 1-2 ay müddət tələb etmişdir, bunlara baxmayaraq işdən azad olunmuşdur. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddianı müdafiə edirərək göstərmişdir ki, cavabdeh tərəfindən 24 noyabr 2023-cü il tarixli 1750/1 saylı cavabdehin iş yeri üzrə yaradılmış Attestasiya Komissiyasının X13 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələri cədvəl şəklində təqdim edilmişdir. Sənədin adı Azərbaycan Respublikası X13 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin cədvəlidir. Nəzərə alınmalıdır ki, 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli qanunsuz əmrdə əsas olaraq Attestasiya vərəqəsi göstərilmişdir. Qüvvədə olan Əmək Məcəlləsinin 67-ci maddəsinin 5-ci bəndinə əsasən, işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin Məcəlləsinin 67-ci maddəsinin 6-cı bəndinə əsasən, Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Eyni zamanda, Azərbaycan Respublikası X13 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrində iddiaçının işdən azad olunmasının səbəbi olaraq “Əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri, ixtisası (peşəsi), yerinə yetirdiyi işlər və onların nəticələri dairəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi’ göstərilməsi iddiaçının əmək vəzifələrinə Azərbaycan Respublikasında praktik tibb fəaliyyətinin aid olması və praktik tibb fəaliyyəti ilə məşğul olması müəyyən edilir. Cavabdeh tərəfindən təqdim edilmiş Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın 1.1-ci bəndinə əsasən, “Elmi işçi kliniki fəaliyyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasinı peşəkar səviyyədə yerinə yetirir” göstərilmişdir. Yəni praktik tibb fəaliyyəti ilə məşğul olması göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan attestasiyası keçirilmir. Bildiriəm ki, iddiaçı X13 adına Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə məhz praktik tibb fəaliyyəti ilə məşğul olmağı təsdiq edilir: 2012-ci ildən Səhiyyə Nazirliyi tərəfindən keçirilən sertifikasıya imtahanlarında ən yüksək bal toplayaraq “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsi” almışdır (iş materiallarına əlavə edilmişdir). Sonuncu dəfə Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsini 14 sentyabr 2021-ci il tarixində almışdır. X2 14 sentyabr 2026-cı il tarixinədək etibarlıdır (iş materiallarına əlavə edilmişdir). Bundan başqa, 2011, 2016, 2019, 2020, 2021, 2022, 2023-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “oftalmologiya” üzrə ümumi təkmilləşmə kurslarını bitirmiş. Dəfələrlə oftalmalogiya üzrə Respublika səviyyəsində keçirilən müxtəlif elmipraktik konfranslarda iştirak etmişdir. O cümlədən, Azərbaycan Gənc Oftalmoloqların İ Qurultayı 2007-ci il, X8 85 illiyinə həsr olunmuş Konfrans - 2008-ci il Bakı, Azərbaycan Retinoloqların Vİİ Konfransı 2002- ci il Lənkəran, Akademik Z.Əliyevanın 100 illiyinə həsr olunmuş Konfrans 2023. Son 2023-cü il ərizndə refraksiya patologiyaları, katarakta, infeksion xəstəliklər üzrə təxminən 150 (yüz əlli) xəstənin müalicəsini aparmışdır. X13 adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyi tərəfindən ezam olunaraq Mərkəzin Masallı və Şəki filiallarında həkim-oftalmoloq olaraq fəaliyyət göstərmişdir. İşdən qanunsuz azad olunana qədər ayda bir dəfə ümumi Mərkəz üzrə sutkalıq gecə növbəsində olmuş və stasionarda olan, həmçinin yeni müraciət edən xəstələrin müalicəsini aparmışdır. İşlədiyi 24 illik müddət ərzində (ümumi əmək stajı 27 il 1 ay) daim öz işində fərqlənmiş, rəhbərliyin verdiyi tapşırıqları yüksək məsuliyyət və keyfiyyətlə yerinə yetirmişdir. Yuxarıda göstərilənlərlə təsdiq olunur ki, praktik tibb fəaliyyəti ilə məşğul olan işçi olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, attestasiyası keçirilməyən işçilər sırasında olmaqla attestasiyaya cəlb edilə bilməzdir. Həmçinin qeyd edilməlidir ki, Attestasiya Vərəqəsinin 7-ci bəndində suallara cavabları təhrif olunmuş formada göstərilmişdir: Məsələn, Göstərilmişdir ki, guya o “Öz vəzifənizlə tanışsınızmı?" Sualına guya “Qismən tanışam” cavabı vermişdir. Halbuki, həm praktik tibb fəaliyyəti, həm elmi fəaliyyəti Şura üzvlərinə bəlli idi və o bu suallara ətrafli cavab vermişdir. O cümlədən, elmi işi olan Diabetik retinopatiyalı kataraktalarda fakoemulsikasiyanın effektivliyinin öyrənilməsi və refinopatiyanın diaqnostikası, profilaktikası və müalicəsinə dair kompleks tədbirlər planının işlənilib hazırlanması üzrərində işləmişdir. Əlavə olaraq Attestasiya vərəqəsində sual-cavabın çox bəsit və əhəmiyyətli yanlışlıqlarla yazılması (bənd 7), Elmi şuranın üzvlərinin onun apardığı elmi iş üzrə məlumatsızlıqları və elmi rəhbəri tibb elmləri doktoru, professor Kərəm Kərimovun iştirakı təmin olunmadan aparılması göz qabağındadır. Belə ki elmi rəhbərin iştirakı olmadan bu attestasiyada məşğul olduğu elmi işdə onun fəaliyyətinə qiymət verilməsi yersiz və əsassız olmuşdur. Ən azından Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.2.-ci bəndinə əsasən, İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. Halbuki, elmi rəhbərinə aparılan elmi işlə əlaqədar hansısa sənədlərin təqdim edilməsi təklif edilməmişdir. “Hansı məqsədlə eksperimental iş aparıbsınız?” sualına “Dəqiq cavab verə bilmirəm” cavabı verməyi həqiqətə uyğun deyil və açıq aşkar sonrada birtərfli şəkildə əlavə edilmiş bir uydurma cavabdır. Attestasiya vərəqəsinin 9-cu bəndində “Attestasiyadan keçən işçinin rəy və təklifləri” bəndində “Yoxdur” deməyi həqiqətə uyğun deyil. Belə ki, Attestasiya komissiyasının üzvləri heç bir sual cavab olmadan ona son vaxtlar məqalə çap etməməyini bəhanə gətirərək (halbuki bu məsələ elmi rəhbərin səlahiyyətlərindədir), onun bir vəzifə aşağı “böyük lobarant” vəzifəsinə keçməyinə razı olmağını bildirərək boş blankda həmin bəndin qarşısına “böyük lobarant” keçməyimə razıyam” sözlərini yazmağını və həmin sölərin qarşısından imza çəkməyini tələb etdilər. O da həmin bəndin qarşısında həmin sözü yazaraq qarşısından imza etdi. Lakin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Attestasiya vərəqəsinin həmin səhifəsi dəyişdirilərək “yoxdur” sözü yazılmışdır (Məhkəməyə təqdim edilən həmin səhifədə onun imzası yoxdur). Göstərilənlərdən başqa, Attestasiya komissiyasının tövsiyyələri (bənd 11) hissəsində səbəb olaraq “Əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri, ixtisasi (peşəni) yerinə yetirdiyi işləri və onların nəticəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi’ göstərilməsi attestasiyanın qərəzli olaraq aparılması və fəaliyyətinin böyük hissəsi praktik tibb işçisi olaraq fəaliyyət göstərən iddiaçının əsassız attestasiyaya cəlb edilməsi və işdən azad olunmasının səbəbinin guya praktik tibb işçisi vəzifələrinə aid suallara cavab verə bilməməsi göstərilmişdir. Bütün bu hallar İddiaçı əsassız olaraq attestasiyaya cəlb edilməsi və qərəzli şəkildə işdən azad edilməsi üçün bəhanə tapmaq cəhdi olduğunu təsdiq edir. Həmçinin nəzərə alınmalıdır ki, attestasiyanın keçirilməsi barədə bildirişə İddiaçı 01 noyabr 2023-cü il tarixində məzuniyyətdən qayıtdıqdan sonra imzalamışdır. Təqdim edilən votsap yazışmasından görünür ki, Sabina Məcidova tərəfindən göndərilən yazıda iddiaçının gələrək Bildirişi imzalaması tələb olunur. İddiaçı cavab olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixində gəlib imzalaya biləcək. Lakin iş materiallarında olan Bildirişdən belə təəssürat yaranır ki, guya iddiaçı Bildirişi 19 oktyabr 2023-cü il tarixində imzalamışdır. Halbuki, imza xx.xx.2023-cü il tarixində çəkilmişdir. Ən əsası isə odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir. 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.” Göründüyü kimi, iddiaçıya Attestasiyanın keçirilməsi qaydaları, şərtləri təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən cərimə olunmuşdur. Hesab edir ki, əmr verilərkən iddiaçının işlədiyi 24 illik müddət ərzində (ümumi əmək stajı 27 il 1 ay) daim öz işində fərqlənməsi, rəhbərliyin verdiyi tapşırıqları yüksək məsuliyyət və keyfiyyətlə yerinə yetirməsi də nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) X9 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, həyat yoldaşı İddiaçı attestasiyaya cəlb etmək bu kənarlaşdırma məqsədi daşımış və qərəzli ynaşma olmuşdur. Protokolu İddiaçı imzalayıb ki, böyük laborant keçirilsin, ştat önəmli olmayıb, praktik tibb işçisi kimi fəaliyyət göstərirdi. Səhiyyə Nazirliyinin təsdiqi ilə sertifikasiya keçirilmiş, yalnız praktik işçilər keçə bilər. Lakin İddiaçı keçməsi praktik işçi kimi işləməyi təsdiq edir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddia tələbinə etiraz edərək göstərmişdir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzi arasında bağlanmış 8 yanvar 2007-ci il tarixli əmək müqaviləsi 15 dekabr 2023-cü il tarixli 210/K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinə əsas cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin 2023-cü il noyabrın 20-dən 2023-cü il dekabrın 20-dək keçirdiyi elmi işçilərin və mütəxəssislərin attestasiyası nəticəsində müvafiq qaydada tərtib edilib attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən cavabdeh tərəfindən imzalanmış 20 noyabr 2023-cü il tarixli attestasiya vərəqəsi olub. Səsvermənin nəticəsinə görə attestasiya komissiyası İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar qəbul etməklə bir vaxtda onun işdən azad edilməsini tövsiyyə edib. “Attestasiyanın konkret müddətləri və keçirilmə qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzi” üzrə verilmiş 4 oktyabr 2022-ci il tarixli 238/1 nömrəli əmr ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin elmi işçilərinin və mütəxəssislərinin attestasiyasının 2023-cü il noyabrın 20-dən 2023-cü il dekabrın 20-dək keçirilməsi təsdiq edilməklə bir vaxtda elmi işçilərin və mütəxəssislərin attestasiya qaydaları “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci və 66-cı maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” ilə müəyyən edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin Elmi Şurasının 18 oktyabr 2023-cü il tarixli 2 nömrəli Protokolu ilə elmi işçilərin və mütəxəssislərin attestasiyası üçün attestasiya komissiyası yaradılıb. Attestasiya komissiyasına təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslər, habelə elmi şura üzvləri və həmkarlar ittifaqları təşkilatının nümayəndəsi daxil edilib. “Attestasiyanı keçməli olan elmi işçilərin attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları ilə tanış edilmələri barədə yazılı Bildiriş”lə İddiaçı 19 oktyabr 2023-cü il tarixdə attestasiyanın konkret müddəti və keçirilmə qaydaları barədə xəbərdar olunub və faktı şəxsən öz imzası ilə təsdiq edib. İddiaçı attestasiyadan əvvəl tərtib etdiyi “Mərkəzin elmi işçilərinin attestasiyası üçün Sorğu vərəqəsi”ndə sorğulanan məlumatları əks etdirməklə bir vaxtda imza edilməklə attestasiya komissiyasına təqdim edib. Attestasiya komissiyası İddiaçı tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı haqqında qərar qəbul etməklə bir vaxtda onun işdən azad edilməsini tövsiyə edib. Attestasiyanın nəticələri 20 noyabr 2023-cü il tarixdə bir nüsxə tərtib olıınan attestasiya vərəqəsinə yazılıb və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən İddiaçı tərəfindən imzalanıb. Attestasiya komissiyasının müvafiq qərarı İddiaçı qızma komissiya iclasından sonra elan edilib. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılıb. Attestasiya komissiyası İddiaçı barədə attestasiyanın nəticəsini 24 noyabr 2023-cü il tarixidə Mərkəzin Direktoruna bildirib. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzi 11 dekabr 2023-cü il tarixli 736 nömrəli təqdimatla X13 adına Milli Oftalmologiya Mərkəzinin Həmkarlar Komitəsinə müraciət edərək Mərkəzin “Mikrocərrahiyyə” bölməsinin kiçik elmi işçisi İddiaçı ilə Mərkəz arasında bağlanmış 8 yanvar 2007-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsinə qabaqcadan razılıq verilməsi barədə əsaslandırılmış yazılı qərar təqdim edilməsini xahiş edib. X13 adına Milli Oftalmologiya Mərkəzinin Həmkarlar Komitəsi 12 dekabr 2023-cü il tarixli İclas Protokolu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzi ilə Həmkarlar Komitəsinin üzvü İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndi ilə ləğv edilməsi barədə əmrə razılıq verib. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzi arasında bağlanmış 8 yanvar 2007-ci il tarixli əmək müqaviləsi 15 dekabr 2023-cü il tarixli 210/K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 2-ci hissəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 3-cü hissəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 4-cü hissəsinə əsasən, attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 5-ci hissəsinə əsasən, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 6-cı hissəsinə əsasən, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Miivafıq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 7-ci hissəsinə əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 8-ci hissəsinə əsasən, bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Məcəllənin 67-ci maddəsinin 1ci hissəsinə əsasən, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 2-ci hissəsinə əsasən, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Elm haqqında Azərbaycan Respublikası Qanununun 32.1.7-ci maddəsinə əsasən, daim öz elmi səviyyəsini, bilik və təcrübəsini yüksəltmək, elmi araşdırmalara yaradıcı (kreativ) yanaşmaq. innovasiyalan dəstəkləmək, elmi məqalələr nəşr etdirmək, 32.1.8-ci maddəsinə əsasən, attestasiyadan keçmək elmi işçilərin vəzifələridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, işçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir. Qaydaların 1.2-ci bəndinə əsasən, müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Qaydaların 1.4-cü bəndinə əsasən, elmi işçilərin attestasiyası keçirilərkən attestasiya komissiyasının tərkibinə təşkilatdakı elmi şura üzvlərinin nümayəndələri daxil edilir. Qaydaların 2.4-cü bəndinə əsasən, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Qaydaların 2.5-ci bəndinə əsasən, attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Qaydaların 2.6-cı bəndinə əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: tutduğu vəzifəyə uyğundur; tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Qaydaların 2.7-ci bəndinə əsasən, attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır. 3. Attestasiyanın nəticələrinə görə qəbul olunan qərarlar Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. Qaydaların 3.2-ci bəndinə əsasən, attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. Qaydaların 3.3-cü bəndinə əsasən, attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Əmək müqaviləsinə xitam verilməsi barədə 15 dekabr 2023-cü il tarixli 210/K nömrəli əmrin surətinin cavabdehin təqsiri üzündən ləngidilməsi həqiqətə uyğun deyil. Belə ki, əmrin surəti əmək kitabçası ilə birlikdə sonuncu iş günü xüsusi kitabda imza etdirilməklə rəsmi qaydada iddiaçıya verilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 7.1-ci bəndinə əsasən, işçinin onunla bağlı qeydiyyata alınmış müvafiq əmək müqaviləsi bildirişinin (bildirişlərinin) məlumatlarını real vaxt rejimində əldə etmək imkanları elektron informasiya sistemi vasitəsilə təmin olunur. Hər bir işçi onunla bağlı müvafiq əmək müqaviləsi bildirişinin məlumatlarını “Elektron hökumət” portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə “Əmək müqaviləsi bildirişlərinin məlumatlarının işçilər tərəfindən əldə edilməsi” xidmətini seçərək, özü barədə müvafiq məlumatı əldə edə bilər. Nəzərə alınmalıdır ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 15 dekabr 2023cü il tarixli 210/K nömrəli əmrdə əks etdirilən zəruri məlumatları real vaxt rejimində əldə etmək imkanına da malikdir. İddiaçı bu imkana malik olmasına baxmayaraq həmin əmrin surəti sonuncu iş günü ona verilib. Qeyd edilməlidir ki, iddiaçının sertifikasidan keçməsi onu attestasiyadan azad etmir. Ona görə ki, o Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisi vəzifəsini deyil elmi işçi vəzifəsini icra edib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinin 10-cu abzasına əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin attestasiyası keçirilmir. İddiaçı 2023-cü il dekabrın 15-dək tutduğu kiçik elmi işçi vəzifəsi, eləcə də təqdim edilmiş “X13 adına Milli Oftalmologiya Mərkəzinin icra müddəti 2016-2017-ci illər olan 2016-cı il üzrə, icra müddəti 2016-2020-ci illər olan 2018-ci il üzrə, icra müddəti 2016-2020-ci illər olan 2019-cu il üzrə və icra müddəti 2021 -2025-ci illər olan 2023-cü il üzrə “Elmi-tədqiqat işləri haqqında Hesabaf’İar iddiaçının elmi fəaliyyətin subyekti olduğunu təsdiq etməklə bir vaxtda işdə olan “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən 041701 nömrəli Sertifıkasiya şəhadətnaməsinin məhkəmə tərəfindən sübut kimi aid edilməməsinə əsas verir. Sertifıkasiya şəhadətnaməsinin təqdim edilməsində məqsəd İddiaçı attestasiyası keçirilməyən tibb mütəxəssisi sırasına aid etməyə cəhddir. Nəzərə alınmalıdır ki, İddiaçı iştirak etdiyi elmi tədqiqatlar üzrə ən azı çap olunmuş elmi əsərləri, xüsusi təsir göstəricisinə (impakt faktoruna) malik olan istinad indeksli elmi jurnallarda və ya yerli jurnallarda nəşr olunan elmi məqalələri ümumiyyətlə mövcud deyil. Elmi işçinin ixtisas səviyyəsini müəyyən edən digər əsas göstəricilərin də mövcud olmaması qeyd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifıkasiya Qaydasının 1.1-ci bəndinə əsasən, bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası prosesini tənzimləyir. Qaydanın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. İddiaçı məhkəməyə tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən heç bir sübut təqdim etməyib. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. - Mülki iş materiallarında olan: - xx.xx.2007-ci il tarixli əmək müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X13 adına Milli Oftalmologiya Mərkəzinin direktoru professor X6 xx.xx.2007-ci il tarixli əmri ilə İddiaçı “Katarakta cərrahiyyəsi” bölməsi, 1v. kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. - əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 15 dekabr 2023-cü il tarixli, 210/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X13 adına Milli Oftalmologiya Mərkəzinin direktoru professor X6 15 dekabr 2023-cü il tarixli, 210/k nömrəli əmrindən görünür ki, Mikrocərrahiyyə'’ bölməsinin 1.0 vahid kiçik elmi işçisi ilə bağlanmış 08 yanvar 2007-ci il tarixli əsas əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 15 dekabr 2023-cü il tarixdən ləğv edilməsi və İddiaçı xx.xx.2023-xx.xx.2024-cü il tarixədək faktiki işlədiyi təqvim dövrü üzrə əmək məzuniyyətinə görə 10 təqvim günü üçün kompensasiya və son haqq-hesabın ödənilməsi əmr edilmişdir. - Attestasiyanın konkret müddətləri və keçirilmə qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "‘Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X13 adına Milli Oftalmologiya Mərkəzinin direktoru X10 xx.xx.2022-ci il tarixli, 234/1 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin elmi işçilərinin və mütəxəssislərinin attestasiyası 2023-cü il noyabrın 20-dən 2023-cü il dekabrın 20-dək keçirilməsi təsdiq edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin elmi işçilərinin və mütəxəssislərinin attestasiyası qaydaları “Elm haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci və 66-cı maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” ilə müəyyən edilməsi və əmrin imzalandığı gündən qüvvəyə minməsi qeyd edilmişdir. - X15 Attestasiyası üçün sorğu vərəqindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin mikrocərrahiyyə bölməsinin, kiçik elmi işçisi olan, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı diabetik retinopatıyalı kataraktalarda fakoemulsisikasiyasının effektivliyinin öyrənilməsi və retinopatiyanın diaqnostikası, profilaktikası və müalicəsinə dair kompleks tədbirlər planının işlənib hazırlanması mövzusu üzrə yerinə yetirməli olduğu vəzifələr göstərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin Elmi Şurasının 18 oktyabr 2023-cü il tarixli 2 nömrəli Protokoluna əsasən, elmi işçilərin və mütəxəssislərin attestasiyasının keçirilməsi üçün attestasiya komissiyası yaradılıb. Attestasiya komissiyasına təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslər, habelə elmi şura üzvləri və həmkarlar ittifaqları təşkilatının nümayəndəsi daxil edilib. - attestasiya keçməli olan elmi işçilərin attestasiyasının konkret müddətləri və keçirilmə qaydaları ilə tanış edilmələri barədə bildirişdən görünür ki, mikrocərrahiyyə bölməsinin kiçik elmi işçisi olan İddiaçı bildirişi xx.xx.2023-cü il tarixdə şəxsən imlayaraq attestasiyanın konkret müddəti və keçirilmə qaydaları barədə xəbərdar olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin 2023-cü il noyabrın 20-dən 2023-cü il dekabrın 20-dək keçirdiyi elmi işçilərin və mütəxəssislərin attestasiyasının nəticəsinə müvafiq qaydada tərtib edilib attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən cavabdeh tərəfindən imzalanmış 20 noyabr 2023-cü il tarixli attestasiya vərəqəsindən görünür ki, səsvermənin nəticəsinə görə attestasiya komissiyası İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar qəbul etməklə bir vaxtda onun işdən azad edilməsini tövsiyyə edib. Həmçinin “Attestasiyanın konkret müddətləri və keçirilmə qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzi üzrə” verilmiş 4 oktyabr 2022-ci il tarixli 238/1 nömrəli əmr ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin elmi işçilərinin və mütəxəssislərinin attestasiyasının 2023-cü il noyabrın 20-dən 2023-cü il dekabrın 20-dək keçirilməsi təsdiq edilməklə bir vaxtda elmi işçilərin və mütəxəssislərin attestasiya qaydaları Elm haqqında Azərbaycan Respublikası Qanununun 25-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci və 66-cı maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” ilə müəyyən edilib. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin direktoru X10 Mərkə\in Həmkarlar Komitəsinə ünvanlandığı 11 dekabr 2023-cü il tarixli, 736 nömrəli təqdimatından görünür ki, X13 adma Milli Oftalmologiya Mərkəzinin Attestasiya komissiyası tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə Mərkəzin “Mikrocərrahiyyə” bölməsinin kiçik elmi işçisi İddiaçı tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə qərar qəbul edilib və işdən azad edilməsi tövsiyyə olunduğundan, Mərkəzin “Mikrocərrahiyyə” bölməsinin kiçik elmi işçisi İddiaçı ilə Mərkəz arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin "c” bəndi ilə ləğv edilməsinə qabaqcadan razılıq verilməsi barədə əsaslandırılmış yazılı qərar təqdim edilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin Həmkarlar Komitəsinin sədri X11 direktoruna göndərilmiş qərardan çıxarışdan görünür ki, X13 adına Milli Oftalmologiya Mərkəzi rəhbərliyinin xx.xx.2023-cü il tarixli 736 nömrəli təqdimatında göstərilən qərar Əmək Məcəlləsinin tələblərinə uyğundur, əmək qanunvericiliyinin tələblərini və işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərini pozmur. X13 adına Milli Oftalmologiya Mərkəzinin “Mikrocərrahiyyə” bölməsinin kiçik elmi işçisi, Həmkarlar Komitəsinin üzvü İddiaçı ilə Mərkəz arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsi əmrinə razılıq verilmişdir. - praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH 004542 nömrəli Sertifikasiya Şəhadətnaməsindən görünür ki, X5 05 iyun 2012-ci il tarixdə həkimlərin sertifikasıyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində Oftalmologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. - praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH 041701 nömrəli Sertifikasiya Şəhadətnaməsindən görünür ki, X5 14 sentyabr 2021-ci il tarixində həkimlərin sertifikasıyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində Oftalmologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2-ci maddəsinə əsasən yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3-cü maddəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4-cü maddəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6-cı hissəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7-ci maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 65.8-ci maddəsinə əsasən bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. 66-cı maddənin 10-cu bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin attestasiyası keçirilmir. 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2-ci maddəsinə əsasən İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. “Elm haqqında” Azərbaycan Respublikası Qanunu: 7.1. Elmi fəaliyyətin subyektləri aşağıdakı hüquqi və fiziki şəxslərdir: 7.1.1. alimlər, tədqiqatçılar, elmi işçilər, elmi-pedaqoji kadrlar və elmi xidmət sahəsinin işçiləri; 7.1.2. elmi fəaliyyətin təşkili, idarə edilməsi və ekspertizası ilə məşğul olan dövlət orqanları; 7.1.3. elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklər və digər hüquqi şəxslər; 7.2. Elmi fəaliyyətin iştirakçıları – elmi işçilər, investorlar, sifarişçilər, sponsorlar, əqli mülkiyyət hüququnun sahibləri, ekspertlər, eləcə də elmi fəaliyyət sahələrini şəhadətnamə, sertifikat, lisenziya-patent, standartlaşma, metrologiya, proqram, metodiki, təşkilati və texniki cəhətdən təmin etmək hüququ əldə edən fiziki və hüquqi şəxslərdir. 7.3. Elmi fəaliyyətin subyektləri və iştirakçıları ilə digər hüquqi və fiziki şəxslər arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və tərəflər arasında bağlanmış müqavilələrlə müəyyən edilir. 8.2. Elmi müəssisə və təşkilatlarda aşağıdakı elmi işçi vəzifələri müəyyən edilir: 8.2.1. kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi. 8.6. Elmi işçilərin işə qəbulu Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. 25.1. Elmi işçilərin attestasiyası elmi müəssisə və təşkilatlarda aşağıdakı məqsədlərlə aparılır: 25.1.1. elmi işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması; 25.1.2. elmi işçilərin tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi; 25.1.3. elmi işçilərin qabiliyyətindən istifadə edilməsi perspektivlərinin aşkar edilməsi və onların peşəkarlıq səviyyələrinin yüksəldilməsinin stimullaşdırılması; 25.1.4. elmi işçinin ixtisasının, peşə hazırlığının yüksəldilməsi üçün müvafiq tələblərin müəyyən edilməsi. 25.2. Elmi işçilərin attestasiyası hər 5 (beş) ildən bir müddətdə aparılır. 25.3. Elmi müəssisə və təşkilatların elmi işçilərinin, mütəxəssislərinin və elmi xidmət sahəsi işçilərinin attestasiyası elmi müəssisə və təşkilatların elmi şuralarının qərarı ilə yaradılan attestasiya komissiyaları tərəfindən həyata keçirilir. 25.4. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir. 25.5. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsinin işçilərinin attestasiyasının nəticələri yalnız məhkəmənin qərarı ilə ləğv edilə və ya dəyişdirilə bilər. 32.1. Elmi işçilərin vəzifələri aşağıdakılardır: 32.1.7. daim öz elmi səviyyəsini, bilik və təcrübəsini yüksəltmək, elmi araşdırmalara yaradıcı (kreativ) yanaşmaq, innovasiyaları dəstəkləmək, elmi məqalələr nəşr etdirmək; 32.1.8. attestasiyadan keçmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, işçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir. Qaydaların 1.2-ci bəndinə əsasən, müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Qaydaların 1.4-cü bəndinə əsasən, elmi işçilərin attestasiyası keçirilərkən attestasiya komissiyasının tərkibinə təşkilatdakı elmi şura üzvlərinin nümayəndələri daxil edilir. Qaydaların 2.4-cü bəndinə əsasən, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Qaydaların 2.5-ci bəndinə əsasən, attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Qaydaların 2.6-cı bəndinə əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olnıadtqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Qaydaların 2.7-ci bəndinə əsasən, attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır.Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır.

3. Attestasiyanın nəticələrinə görə qəbul olunan qərarlar 3.1Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. Qaydaların 3.2-ci bəndinə əsasən, attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. Qaydaların 3.3-cü bəndinə əsasən, attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifıkasiya Qaydasının (bundan sonra - Qayda) 1.1-ci bəndinə əsasən, bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra - tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. Qaydanın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Təqdim edilmiş iddia tələbi aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikası X13 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan xx.xx.2023 - xx.xx.2023 tarixlərdə keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin (Attestasiya komissiyasının qərarının) İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı barəsində tərtib olunmuş 20 noyabr 2023-cü il tarixli Attestasiya vərəqəsinin ləğv olunması, X13 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü ii tarixli 210/k nömrəli əmrin ləğv edilməsi, İddiaçı X13 adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçi vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi Dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində təzminat ödənilməsi. İşin müəyyən edilən hallarına görə İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzi arasında bağlanmış 8 yanvar 2007-ci il tarixli əmək müqaviləsi 15 dekabr 2023-cü il tarixli 210/K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinə əsas cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin 2023-cü il noyabrın 20-dən 2023-cü il dekabrın 20-dək keçirdiyi elmi işçilərin və mütəxəssislərin attestasiya komissiyasının qərarı və onun nəticəsi barədə 20 noyabr 2023-cü il tarixli attestasiya vərəqəsi göstərilir. İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın 1.1-ci bəndinə əsaslanaraq elmi işçinin kliniki fəaliyyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasinı peşəkar səviyyədə yerinə yetirlməsinə qeyd olunduğuna, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin attestasiyasının keçirilmədiyinə və iddiaçının X13 adına Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə məhz praktik tibb fəaliyyəti ilə məşğul olduğuna əsaslanaraq hazırkı tələblə çıxış edir. Məhkəmə ilk olaraq iddia tələbinin Azərbaycan Respublikası X13 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan xx.xx.2023 - xx.xx.2023 tarixlərdə keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin (Attestasiya komissiyasının qərarının) iddiaçıya münasibətdə ləğv edilməsi Azərbaycan Respublikası X13 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan xx.xx.2023 - xx.xx.2023 tarixlərdə keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin (Attestasiya komissiyasının qərarının) İddiaçı münasibətdə və onun barəsində tərtib olunmuş 20 noyabr 2023-cü il tarixli Attestasiya vərəqəsinin ləğv olunması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilmişdir ki, “Attestasiyanın konkret müddətləri və keçirilmə qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzi” üzrə verilmiş 4 oktyabr 2022-ci il tarixli 238/1 nömrəli əmr ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin elmi işçilərinin və mütəxəssislərinin attestasiyasının 2023-cü il noyabrın 20-dən 2023-cü il dekabrın 20-dək keçirilməsi təsdiq edilməklə bir vaxtda elmi işçilərin və mütəxəssislərin attestasiya qaydaları “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci və 66-cı maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” ilə müəyyən edilib. Qeyd olunan normativ sənədlərə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin Elmi Şurasının 18 oktyabr 2023-cü il tarixli 2 nömrəli Protokolu ilə elmi işçilərin və mütəxəssislərin attestasiyası üçün attestasiya komissiyası yaradılıb. Mərkəzinin mikrocərrahiyyə bölməsinin, kiçik elmi işçisi olan, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı diabetik retinopatıyalı kataraktalarda fakoemulsisikasiyasının effektivliyinin öyrənilməsi və retinopatiyanın diaqnostikası, profilaktikası və müalicəsinə dair kompleks tədbirlər planının işlənib hazırlanması mövzusu üzrə yerinə yetirməli olduğu vəzifələr üzrə ona sorğu vərəqəsi verilmişdir. Attestasiya keçməli olan elmi işçilərin attestasiyasının konkret müddətləri və keçirilmə qaydaları ilə tanış edilmələri barədə bildirişi İddiaçı xx.xx.2023-cü il tarixdə şəxsən imzalayaraq attestasiyanın konkret müddəti və keçirilmə qaydaları barədə xəbərdar olunmuşdur. “Atestasiya vərəqəsi”ndə səsvermənin nəticələrərinə görə komissiyanın beş üzvündən hamısı iddiaçının tutduğu vəzifəsinə uyğun olmadığının lehinə səs vermişlər. Attestasiya komissiyası İddiaçı tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı haqqında qərar qəbul etməklə bir vaxtda onun işdən azad edilməsini tövsiyə edib. Attestasiyanın nəticələri 20 noyabr 2023-cü il tarixdə bir nüsxə tərtib olıınan attestasiya vərəqəsinə yazılıb və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən İddiaçı tərəfindən imzalanıb. Attestasiya komissiyasının qeyd olunan qərarı İddiaçı qızna komissiya iclasından sonra elan edilib. Attestasiya komissiyası İddiaçı barədə attestasiyanın nəticəsini 24 noyabr 2023-cü il tarixidə Mərkəzin Direktoruna bildirib. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "‘Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına uyğun olaraq elmi işçilərinin və mütəxəssislərinin attestasiyasını, eləcə də attestasiya zamanı qəbul edilmiş qərarlar qanunvericiliyin tələblərinə riyət erdilməklə qəbul edildiyindən attestasiya komissiyasının qərarının və atestasiya vərəqəsinin ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının işlədiyi dövrdə məhz praktik tibb fəaliyyəti ilə məşğul olduğuna dair dəlilini aşağıdakılara görə əsaslı hesab etmir. İlk növbədə qeyd olunmalıdır ki, xx.xx.2007-ci il tarixli əmək müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X13 adına Milli Oftalmologiya Mərkəzinin direktoru professor X6 xx.xx.2007-ci il tarixli əmri ilə İddiaçı “Katarakta cərrahiyyəsi” bölməsi, 1v. kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmiş, həmin müqavilənin “İşçinin əmək funksiyası.” Bölməsinin 3.1-ci bəndinin a) yarımbəndində “işçinin əmək müqaviləsinə əlavə olaraq tərtib olunmuş və imzalanmış vəzifə təlimatı ilə tənzimlənir” qeyd olunmuşdur. “Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın” 1.1-ci bəndində “Elmi işçi kliniki fəaliyyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasinı peşəkar səviyyədə yerinə yetirir.”, 1.5-ci bəndinə əsasən müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq məqsədilə attestasiyadan keçir və 1.14-cü bəndində “Kiçik elmi işçi” məsul icraçının rəhbərliyi ilə mövzunun müəyyən bir bölməsi (məsləhəri) üzrə, təsdiq olunmuş metodikaya uyğun, elmi tədqiqat və təşkilat işləri aparır; 1.14.1 Eksperimentlərin yerinə yetirilməsində iştirak edir, müşahidə və ölçü ilə məşğul olur, onların təsvirini verir və nəticələrini formalaşdırır; 1.14.2 Elmi informasiyanın, tədqiqatın mövzusu üzrə ölkədəki və xaricdəki təcrübəni öyrənir; 1.14.3 Mövzü (mərhələ, bölmə) üzrə hesabat tərtib edir; 1.14.4 Tədqiqat və araşdırmaların nəticələrinin həyata tətbiqində iştirak edir. Göründüyü kimi iddiaçının həm cavabdehlə bağladığı əmək müqaviləsində həm də müqavilənin vəzifə təlimatında onun kiçik elmi işçi vəzifəsinə qəbul olunduğu, onun müəyyən olunmuş qaydada attestasiyadan keçməli olduğu və məhz “Kiçik elmi işçi” vəzifəsinə uyğun olaraq elmi tədqiqat və təşkilat işlərinin aparmalı olduğu qeyd olunmuşdur. İddiaçı “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci maddəsində müəyyən edilmiş kiçik elmi işçi olduğundan həmin Qanunun 25-ci maddəsinin təsiri dairəsinə düşür. Məhkəmə onu da qeyd edir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin birinci hissəsinə əsasən “Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.”. Həmin maddənin 5-ci hissəsinə əsasən “Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.”. Həmin Qanunun 49-1-ci maddəsinin ikinci hissəsinə əsasən “Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.”. Göründüyü kimi praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti “Elm haqqında” Azərbaycan Respublikası Qanunu ilə deyil, qeyd olunan Qanunla tənzimlənir. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sertifikasiyadan keçməsi onun attestasiyadan azad olunmasına dəlalət etmir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı X5 AH 004542 nömrəli və AH 041701 nömrəli X1 ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. O, isə attestasiyaya elmi işçi vəzifəsini icra etdiyi üçün cəlb edilmişdir. İddia tələbinin “X13 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü ii tarixli 210/k nömrəli əmrin ləğv edilməsi, İddiaçı X13 adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçi vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinin direktoru X14 Mərkəzin Həmkarlar Komitəsinə 11 dekabr 2023cü il tarixli, 736 nömrəli təqdimatla müraciət edərək X13 adına Milli Oftalmologiya Mərkəzinin Attestasiya komissiyası tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə Mərkəzin “Mikrocərrahiyyə” bölməsinin kiçik elmi işçisi İddiaçı tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə qərar qəbul edilib və işdən azad edilməsi tövsiyyə olunduğundan, Mərkəzin “Mikrocərrahiyyə” bölməsinin kiçik elmi işçisi İddiaçı ilə Mərkəz arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin "c” bəndi ilə ləğv edilməsinə qabaqcadan razılıq verilməsi barədə əsaslandırılmış yazılı qərar təqdim edilməsi xahiş olunmuş və Mərkəzinin Həmkarlar Komitəsinin sədri Ceyhun Nəzərlinin qərarı ilə təqdimatda göstərilən qərarın Əmək Məcəlləsinin tələblərinə uyğun olması, eləcə də əmək qanunvericiliyinin tələblərini və işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərini pozmadığından, Mərkəzinin “Mikrocərrahiyyə” bölməsinin kiçik elmi işçisi, Həmkarlar Komitəsinin üzvü İddiaçı ilə Mərkəz arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsi əmrinə razılıq verilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən də qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, işdən görünüdüyü kimi hazırki iş üzrə əmək müqaviləsinin xitam verilməsinə əsas, məhz attestasiya komissiyasının qərarı olmuşdur. Hazırda həmin attestasiyanın nəticələrinə dair komissiya tərəfindən qəbul edilmiş qərar qanuni və ədalətli olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, onun əsasında verilmiş 15 dekabr 2023-cü il tarixli 210/K nömrəli əmr də qanuni hesab edilməli və iddia tələbi əmrin ləğv edilməsi hissəsində də təmin edilməməlidir. Başqa sözlə iddaçının iddia ərizəsində göstərdiyi dəlillər qanuni və əsaslı olan əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, işə bərpa edilmə və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi kimi tələbinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə həmçinin iddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə də münasibət bildirərək belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul tələb etsə də, iddia ərizəsində hansı səbəblərdən mənəvi ziyan çəkdiyini əsaslandırmamış, eləcə də nə iddia ərizəsinə, nə də məhkəmə iclaslarında hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə iddiaçının işdən azad olunması zamanı cavabdeh tərəfindən qanunvericiliyin pozulmadığını müəyyən etdiyindən hesab edir ki, bu halda iddiaçıya mənəvi zərərin dəyməsi əsaslı ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları tutarlı sübut növləri ilə sübuta yetirə bilməmiş, cavabdeh tərəf isə iddia tələblərinin əsassız olması ilə bağlı öz hüquqi mövqeyini mötəbər sübutlarla sübut edilə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindəki X13 adına Milli Oftalmologiya Mərkəzinə qarşı Azərbaycan Respublikası X13 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan xx.xx.2023 - xx.xx.2023 tarixlərdə keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin (Attestasiya komissiyasının qərarının) İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı barəsində tərtib olunmuş 20 noyabr 2023-cü il tarixli Attestasiya vərəqəsinin ləğv olunması, X13 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü ii tarixli 210/k nömrəli əmrin ləğv edilməsi, İddiaçı X13 adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçi vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində təzminat ödənilməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar