Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1913/2025 25.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh Qaykoviç, X18, X11 tərəfindən Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, ev № 50 (yeni adla ünvan 1 ünvanında yerləşən evin xx.xx.1985-ci il tarixində İddiaçı on dörd min rubla satmaları ilə bağlı əqdin bağlanmış hesab edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1985-ci il tarixində İddiaçı ilə Cavabdeh Qaykoviç, X18, X11 arasında Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, ev № 50 (yeni adla - ünvan 1 ünvanında yerləşən evin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı 14000 (on dörd min) rubl qarşılığında evi satın almışdır. İddiaçı evi almış və razılaşdığları məbləği cavabdehlərə ödəmişdir. Sənədlərin hazırlanaraq notariat kontoruna getmək və alqı-satqı müqaviləsini rəsmləşdirmək həmin dövrün tələbləri baxımından mümkün olmamışdır. Bundan əlavə cavabdehlər ölkədən getmiş olduqlarından notariat kontoruna getmək mümkün olmamış və müqavilə notarial qaydada təsdiq olunmamış şəkildə qalmışdır. Qeyd edilən vəziyyətə görə iddiaçı cavabdehlərdən aldığı ev üzərində mülkiyyət hüququnu qeydə aldıra bilməmişdir. Məhz bu səbəblə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edirik ki, cavabdehlərin mülkiyyətində olan Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, ev № 50 (yeni adla ünvan 1 ünvanında yerləşən evin xx.xx.1985-ci il tarixdə iddiaçıya satılmasına dair alqısatqı müqaviləsi bağlanmış hesab edilməlidir. Bağlanmış hesab edilməsi məhkəmədən tələb edilən əqd üzrə tərəflər arasında hüquq münasibətləri 1985-ci ildə yarandığından hazırki iş üzrə hüquq haqqında mübahisə həmin dövrdə (xx.xx.1964-cü il tarixdə qəbul olunmuş və xx.xx.1965-ci il tarixdə qüvvəyə minmiş), yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsi ilə tənzimlənməlidir. Həmin Məcəllənin 43cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2013-cü il tarixli qərarına əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: 1) əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; 2) məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; 3) əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göründüyü kimi cavabdehlərin ölkədən təcili getməsi səbəbilə əqdin notarial qaydada təsdiq oluna bilməməsi qarşı tərəfin təqsiri ucbatından olduğunu, bağlanmış əqdin qanunauyğun xarakter daşıyaraq tərəflərin alqı-satqı ilə bağlı iradələrini ifadə etdiyini nəzərə alsaq, xx.xx.1985-ci il tarixli müqavilə bağlanmış hesab edilməlidir Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayənədsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, evin çıxarışı yoxdur. Ev alınan zaman hüquqmüəyyənedici sənədinin olubolmamasını dəqiq bilmir. İş materiallarına sübut kimi təqdim etdikləri pasportun əsli evin iddiaçının sahibliyində olduğunu sübut edir. Həmçinin qiymətləndirilməyə dair rəy də, bu faktı təsdiq edir. İşə əlavə edilən müqavilənin cavabdeh tərəfindən bağlanmış olması, evin cavabdehə məxsus olduğunu deməyə əsas ola bilər. Movsiyan Likin isə yüksək ehtimal evi satan ermənilərin qohumudur. Tikinti üzərində 30 il ərzində müvafiq dəyişikliklər edilmişdir. Lakin köhnə tikili yerindədir. Şahid qismində dindirilən şəxslərdən biri müqavilədə adı birinci göstərilən şəxsdir ki, alğı-satqı onun yanında baş tutmuşdur. Faktiki olaraq iddianın təmini üçün kifayət qədər sübut var. İstinad etdikləri norma 2000-ci ilə qədər qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsində qeyd edilir. Şahid ifadələrindən də, aydın olur ki, bəzi vətəndaşlar evlərini əvəzləşdirməklə, bəziləri isə satmaqla, ev almışlar. Notariat 30 il əvvəlki müqaviləni təsdiq edə bilməyəcəyindən, məhkəmə qətnaməsinin çıxarılmasına zərurət vardır. Keçmiş dövrdə tərəflər məbləği ödəyib, evi alıb, razılaşdıqdan sonra notarial qaydada təsdiq üçün müraciət edirdilər.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, evin mülkiyyətçisi İddiaçıdır, evdə iddiaçı və onun ailə üzvləri yaşayırlar. Digər şəxlər müqavilədə tərəf kimi iştirak etsələr də, evə sahibliyi faktiki olaraq iddiaçı etmişdir. Həmçinin həmin şəxslər evi almaqda iradə ifadəsi olmamışdır. Bütün kommunal müqavilələri iddiaçı ilə bağlanmışdır. Bundan başqa cavabdehlə bağlanmış müqavilədə tərəf kimi iştirak etmiş Aqil Süleymanov iddiaçının əri, hansı ki vəfat etmişdir, digərləri isə iddiaçının ərinin qohumlarıdır və onlardan Şəfiqə Süleymanova rəhmətə getmişdir. Qabil Süleymanov isə yaşlı kişidir və şahid qismində dindiriləcəkdir.Şəfiqə Süleymanovanın ölüm haqqında şəhadətnaməsi vardır, elektron sistemdə yaranmış problemlə əlaqədar olaraq elektron sistemə yerləşdirə bilmir, lakin Aqil Süleymanovun isə ölüm haqqında şəhadətnaməsini tapa bilməmişlər. Evlə bağlı qohumlar arasında heç bir mübahisə yoxdur.
5. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirmişdir ki, 1964-cü ildən Bakıdadır, 1971-ci ildən isə Binəqədi rayon İH ilə üzbəüz ərazidə yaşayır. İddiaçı Ceyran xanımın yoldaşı Aqil ilə doğma dayıoğlu-bibioğludur. Mübahisəli evi Aqilin əmisi Nərimanla şəxsən özü tapmış və onun iştirakı, yəni şahidliyi ilə alınıb, ona görə də, təqdim edilən sənəddə onun da adı var. İştirak edənlərin biri də, Şəfiqə xanım idi ki, o da, Aqilin pioner jurnalının redaktoru olan Nəriman adlı əmisinin arvadıdır, lakin artıq ölmüşdür. Evi alan Aqil idi, Ceyran xanımla evli olduqları dövrdə almışdılar deyə, Ceyran xanımda orada iştirak edirdi. Aqilgilin ata evi Ermənistanda idi. Lakin burdakı ev əvəzləşdirilməyib. Həmin ev pulnan, o vaxta görə 14000 rubl (rus puluna) alınıb. Əlyazma isə evə görə ödənişin edildiyini sübut etmək üçün idi. Evin yerləşdiyi torpaq 4-5 sot olardı. Bir mərtəbəli 2-3 otaqlı ev olmuşdur. Sözügedən müqavilə həmin evin həyətində bağlanıb. O vaxt, erməni özü bildirdi ki, ev onundur. Müqavilədən 2-3 gün sonra erməninin evdən çıxmasına möhlət vermişdirlər. Daha sonra Aqilgil Bakıya köçmüşdülər. Onun özü də, Bakıdan bu formada, yəni sadə yazılı razılaşma ilə almışdır. Həmin ev üçün çıxarışı SSR dövründə almışdır. O vaxt İnventarizasiyaya tələb edilən rüsumu ödəmiş və sənədləşdirmə işini tamamlamışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X15 izahatında göstərmişdir ki, 1988-ci ildən Ermənistanda olan evini burdakı Varovski adlanan ərazidə erməniyə aid olan evlə əvəzləşdirmiş və Bakıya köçmüşdür. Həmin məhəllədə çoxsu ermənilərin evləri edi. Müharibə ərəfəsi olduğundan evini əvəzləşdirmişdir. Aldığı evin texniki pasportu var idi və həmin pasport hazırda iş materiallarında olan sənədə oxşayırdı. Evin çıxarışını 90-cı illərdə SSR vaxtında almışdır. 1988-ci ildə Bakıya gələndə artıq Ceyran xanım qonşuluqda yaşayırdı. Müqavilədə adı keçənlərdən sadəcə Aqili tanıyır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Birinci tərəfdə Cavabdeh Qaykobir, X18, X13, ikinci tərəfdə X3, X9, X5, İddiaçı iştirakı ilə bağlanan xx.xx.1985-ci il tarixli razılaşmaya görə birinci tərəf Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, 50 nömrəli evi 14000 rubl ikinci tərəfə satdığını, ikinci tərəf isə birinci tərəf tərəfindən evin satıldığını və qeyd edilən məbləği aldıqlarını təsdiq edirlər. Gələcəkdə bir-birlərinə qarşı tələbləri olmayacaq.
8. SSSR Dövlət Sığorta Baş İdarəsinin Э seriyalı, №645053 saylı sığorta şəhadətnaməsindən görünür ki, Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, 50 nömrəli ev İddiaçı tərəfindən 1987-ci ilin oktyabr ayından 1988-ci ilin oktyabr ayına kimi sığorta etdirmişdir.
9. SSSR Dövlət Sığorta Baş İdarəsinin EC seriyalı, №024021 saylı sığorta şəhadətnaməsindən görünür ki, Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, 50 nömrəli ev İddiaçı tərəfindən 1987-ci ilin oktyabr ayından 1988-ci ilin oktyabr ayına kimi sığorta etdirmişdir.
10. SSSR Dövlət Sığorta Baş İdarəsinin Э seriyalı, №647774 saylı sığorta şəhadətnaməsindən görünür ki, Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, 50 nömrəli ev İddiaçı tərəfindən 1988-ci ilin avqust ayından 1989-cu ilin avqust ayına kimi sığorta etdirmişdir.
11. Binəqədi rayonu üzrə Dövlət Sığortası Müfəttişliyi tərəfindən verilən xx.xx.1992-ci il tarixli 1992-ci ildə əmlakın dövlət icbari sığortası üzrə 1650 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı 20,52 manat ödəniş etməklə, L.Şmidt küçəsində 50 nömrəli evi icbari sığorta etmişdir.
12. 29.08.1992-ci il tarixli, РИ seriyalı, 238606 saylı Dövlət İcbari Sığorta ödəniş qəbzindən görünür ki, İddiaçı 20,52 manat sığorta ödənişi etmişdir.
13. Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilən CTJ seriyalı, 053538 saylı, xx.xx.2004-cü il tarixli mədaxil qəbzindən görünür ki, F.Rüstəmov, 3-cü korpus, ev 50A üçün əmlak və torpaq vergisi olaraq, ümumilikdə 50000 manat ödəniş etmişdir
14. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, L.Şmidt küçəsi, 50 nömrəli ev üçün pasport 1964-cü ildə Movsiyan(Movsesyan) Likinə verilmişdir.
15. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilən xx.xx.1992-ci il tarixli arayışdan görünür ki, o, həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 50A saylı evdə yaşayır. Onun ailə tərkibi X9, X16, X21i, X10, X14 və X17 qeydiyyatdadırlar.
16. X4 ölümü haqqında akt qeydinin surətindən görünür ki,xx.xx.1950-ci il təvəllüdlü X9 xx.xx.2011-ci ildə vəfat etmişdir və ailə vəziyyəti subay olmuşdur.
17. 3 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 717341 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 622 № ilə qeyd edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallar:
18. (birinci tərəf) Cavabdeh Qaykobir, X18 və X7 və X3, X9, X5, İddiaçı iştirakı ilə bağlanan xx.xx.1985-ci il tarixli razılaşmaya görə birinci tərəf Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, 50 nömrəli evi 14000 rubl ikinci tərəfə satdığını, ikinci tərəf isə birinci tərəf tərəfindən evin satıldığını və qeyd edilən məbləği aldıqlarını təsdiq edirlər. Razılaşmaya görə həmçinin tərəflərin bir-birlərinə qarşı gələcəkdə hər hansı tələbləri olmayacaq.
19. Tərəflər arasında imzalanan razılaşma notarial qaydada təsdiq edilməsə də, razılaşma imzalanan gün orada iştirak edən, iddiaçının əri X4 qohumu (bir biri ilə dayıoğlubibioğludurlar) olan və hazırda məhkəmədə şahid qismində dindirilən X3 razılaşmanın əslində (satıcı) Cavabdeh Qaykobir ilə (alıcılar) X9 və İddiaçı arasında bağlandığını, razılaşmada adı keçən şəxslərin özü daxil olmaqla, orada sadəcə hadisənin şahidi kimi göstərildiklərini bildirir.
20. Mübahisəli ev alındıqdan sonra şahid ifadəsinə görə evin satan erməni ailəsi 2-3 gün sonra evdən çıxmış, daha sonra iddiaçı öz ailəsi ilə ora köçməklə, köçdükləri tarixdən həmin ünvanda yaşamışlar. İddiaçının ailəsi ilə 1985-ci ildən (müqavilə bağlanandan sonra) sözügedən ünvanda yaşaması faktını məhkəmə iclasında dindirilən şahidlərdən 1971-ci ildən Vorovski (indiki M.Ə.Rəsulzadə) qəsəbəsində yaşayan X3 və 1988-ci ildə Vorovski (indiki M.Ə.Rəsulzadə) qəsəbəsinə köçən X15 öz ifadələri ilə təsdiq edirlər.
21. Vorovski qəsəbəsi, L.Şmidt küçəsində yerləşən 50 №-li evə (yeni qaydalarla - ünvan 1 dair hüquqmüəyyənedici sənəd iş materiallarında olmasa da, evə dair icbari və könüllü sığorta şəhadətnamələri və Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport vardır. Tətbiq edilən maddi hüquq normaları:
22. Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanununa görə qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin(1964):
23. 39.1. Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir.
24. 39.3. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər.
25. 41.2. bu Məcəllənin 40-cı maddəsində göstərilən əqdlər, SSR İttifaqı və ya Azərbaycan SSR qanunvericiliyində göstərilən sair əqdlər istisna olmaqla, vətəndaşlar arasında minimum əmək haqqının iki mislindən artıq məbləğə bağlanan əqdlər yazılı formada bağlanmalıdır.
26. 41.3. vətəndaşlar arasında, qanunla yazılı formada olması tələb edilən digər əqdlər yazılı formada bağlanmalıdır.
27. 42. Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin e`tibarsızlığına səbəb olur.
28. 43.1. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin e`tibarsızlığına səbəb olur.
29. 43.2. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.
30. 172.1. Müqavilə və ya qanunla nəzərdə tutulduqda, xüsusilə öhdəçiliyin predmetini bilmək mümkün olmadıqda, birgə vəzifə və ya birgə tələb yaranır.
31. 176.1.Tələb etmək hüququ birgə surətdə bir neçə şəxsə məxsus olduqda, birgə kreditorlardan hər biri borcluya qarşı tam həcmdə tələb verməyə haqlıdır. Borclunun tələbi, həmin kreditorun iştirak etmədiyi digər kreditorlarla borclunun münasibətlərinə əsaslandığı halda, birgə tələbkar olan digər kreditorun tələbinə qarşı o, e`tiraz etməyə haqlı deyildir.
32. 230.Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır.
33. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, MM-in 335.2ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasını Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında oxşar hüquqi mövqe sərgilənərək, bundan əlavə göstərilmişdir ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir.
35. C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əvvəlki MM-in 43-cü maddəsinin İ hissəsinə görə əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də mütləq notariat qaydada təsdiq edilməli olan əqdlərdəndir. Belə ki, yuxarıda qeyd olunan Məcəllənin 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməlidir. Göründüyü kimi, sonuncu norma tərəflərdən heç olmasa biri vətəndaş olduğu halda alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun notariatda təsdiq edilməsini nəzərdə tutur, bu da yalnız o halda mümkündür ki, onun yazılı formasına riayət edilmiş olsun. Bununla belə, əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsi əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını əks etdirir. Belə ki, bu normaya əsasən tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Həmin normanın tətbiqi ilə bağlı «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, bu normanın konstitusiya hüquqi mənasına görə əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Əvvəlki mülki qanunvericilik əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədilə bir sıra digər təminatları da nəzərdə tutmuşdur. Belə təminatlardan biri həmin Məcəllənin 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb olunan sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. Məhkəmənin mövqeyi
36. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
37. İşin müəyyən edilmiş hallarından görünür ki, əvvəlki ünvanı Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, ev 50 olan, yeni adla Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 50 a-da yeləşən fərdi yaşayış evi erməni milliyətindən olan şəxslərə məxsus olmuşdur. Belə ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” Pasportdan görünür ki, Vorovski qəsəbəsi, Kirov rayonu, L.Şmidt küçəsi, ev 50 ünvanında olan fərdi yaşayış evinin sahibi Movsesyan Likin adlı şəxs olmuşdur. Ev 1945-ci ildə tikilmişdir və cəmi sahəsi 130.3 kv.m təşkil etmişdir. Həmin pasportda evin plan və ölçüləri də qeyd edilmişdir. Bununla belə, xx.xx.1985-ci il tarixdə bir neçə şəxsin şahidliyi ilə həmin evin alqı-satqısına dair yazılı qaydada müqavilə bağlanmış, tərəflər müqavilə üzrə öhdəliklərini icra etmişlər. Belə ki, alıcılar evin qiyməti olan 14000 rubl pulu satıcılara ödəmiş, satıcılar isə evi alıcılara təhvil vermişlər. Lakin həmin müqavilə notarial qaydada təsdiq edilməsə də, İddiaçı və onun ailə üzvləri hal-hazıradək həmin evdə yaşayırlar. Tərəflər müqavilədə bir-birilərinə qarşı gələcəkdə hər hansı pretenziya etməyəcəklərinə dair razılıq əldə etsələr də, alqı-satqının hazırki halda notarial qaydada təsdiq edilməsi məlum səbəblərdən mümkün deyildir. Bundan əlavə müqavilədə satıcı qismində qeyd edilən şəxslərin evin sahibi kimi Pasportda göstərilən şəxslə hansı hüquq münasibətində olması məhkəmə üçün qeyri-müəyyən olsa da, həmin evin könüllü sığortalanması 1987-ci ildən etibarən İddiaçı tərəfindən edilmişdir. Eyni zamanda alıcılar qismində qeyd edilən şəxslərdən X6 və X9 vəfat etmişdir. X9 iddiaçının əri olaraq birgə alıcı kimi müqavilədə iştirak etsə də, X3 və X2 həmin müqavilədə şahid qismində, yəni onların iştirakı ilə müqavilənin bağlandığını təsdiq edən şəxslər kimi iştirak etməsi X1 şahid kimi verdiyi ifadəsindən aydın olur.
38. Beləliklə, məhkəmə o qənaətə gəlir ki, əvvəlki ünvanı Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, ev 50 olan, yeni adla Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 50 a-da yeləşən fərdi yaşayış evinin alqı-satqısı barədə erməni millətindən olan şəxslərlə İddiaçı və onun əri X9 arasında yazılı qaydada müqavilə bağlansa da, əqdin tərəfi olan alıcılar müqavilədə göstərilən məbləği satıcılara ödəsə də, ev alıcılara təhvil verilsə də, həmin dövrdə olan məlum hadisələrə görə əqdin notarial qaydada təsdiq edilməsi baş tutmamışdır.
39. Odur ki, məhkəmə müqavilənin bağlandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinin tələbi baxımından iddianı əsaslı hesab edir. Tətbiq edilən prosessual normalar:
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
43. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır;
44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
45. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;
46. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
47. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Qaykoviç, X18 və X8 Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, ev № 50 (yeni adla - ünvan 1 ünvanında yerləşən evi xx.xx.1985-ci il tarixində İddiaçı on dörd min rubla satmaları ilə bağlı müqavilə bağlanmış hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
48. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Qaykoviç, X18 və X8 Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, ev № 50 (yeni adla - ünvan 1 ünvanında yerləşən evi xx.xx.1985-ci il tarixində İddiaçı on dörd min rubla satmaları ilə bağlı müqavilə bağlanmış hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev