Məhkəmə qərarları › İş №e-2(001)-193/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-193/2024

16.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-193/2024 16.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X20 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı "xxxx" MMMC-nin və "xxxx" ASC-nin də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduqları “mənzilə payçı kimi hüququnun tanınması, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı "xxxx" MMMC-nin və "xxxx" ASC-nin də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduqları “mənzilə payçı kimi hüququnun tanınması və mənzilin onun sahibliyinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 10 dekabr 2013cü il tarixdə onunla, yəni İddiaçı ilə Cavabdeh MTK arasında ünvan 1 ünvanında inşa edilmiş 7-ci mərtəbədə yerləşən, 1-ci blok, 23 nömrəli, ümumi sahəsi 72.3 kv.m-dən ibarət 2 otaqlı mənzilə dair müqavilə bağlanmışdır və tərəfindən mənzilin ümümi dəyərinin hamısı, yəni 61400 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-ya ödənilmiş və bu barədə MTK tərəfindən ona həmin mənzilin dəyərinin hamısının onun tərəfindən ödənilməsi barədə Maliyyə Arayışı verilmişdir. Həmin mənzilə dair onunla "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli, 144628 nömrəli Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi, eləcə də Binəqədi rayon Sukanal İdarəsi ilə xx.xx.2020-ci il tarixli, 42749561 nömrəli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə bağlanmışdır. O, dəfələrlə müraciət edərək, müqavilə öhdəliklərinin yerinə yetirilərək, müqavilə əsasında ona məxsus olan mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini tələb etməsinə baxmayaraq, Cavabdeh MTK-nın nümayəndələri həmin mənzilə dair başqa şəxsin də müqaviləsi olduğunu bildirərək, müqavilə əsasında ona məxsus olan sözügedən mənzili onun sahibliyinə və istifadəsinə verilməsini təmin etməmişlər. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158, 215, 219.1, 385.1, 390.1, 399.1, 430.1, 442 və 448.1-ci maddələri ilə əsaslandıraraq, ünvan 1 ünvanında inşa edilmiş 7-ci mərtəbədə yerləşən, 1-ci blok, 23 nömrəli, ümumi sahəsi 72.3 kv.m-dən ibarət 2 otaqlı mənzilə onun, yəni İddiaçı payçı kimi hüququnun tanınması və həmin mənzilin onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmişlər. Nümayəndə Vəkil eyni zamanda məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş 7-ci mərtəbədə yerləşən, 1-ci blok, 23 nömrəli, ümumi sahəsi 72.3 kv.m-dən ibarət 2 otaqlı mənzilə cavabdeh İddiaçı payçı kimi hüququnun tanınması, həmçinin iddiaçının həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsus yaşayış binasının payçısıdır. Payçısı olduğu 2 otaqlı 23 saylı mənzilin dəyərini tam ödəmişdir, borc qalığı yoxdur. İş materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativinin sədri Elmira Şirinova ilə İddiaçı arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” xx.xx.2020-ci il tarixli 42749561 saylı müqavilədən görünür ki, həmin tarixdə tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilə ilə "xxxx" ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmişdir. Müqavilədə göstərilən mənzilin və ya qeyri-yaşayış sahəsinin hər kv.metrinin dəyəri 850 manat qiymətləndirilməklə, mənzilin ümumi dəyəri 61400 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativinin sədri Elmira Şirinova ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Mənzil tikintisinə dair” müqavilənin surətindən görünür ki, həmin tarixdə tərəflər arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə yerləşən və MTK-nın tikilməkdə olan 23 saylı mənzilini payçıya verməyi öz öhdəsinə götürmüşdür. “Payçı” mənzilin pay haqqını müəyyənləşdirilən aylar üzrə ödəməyi öz üzərinə götürmüş və son nəticədə müqavilədə qeyd olunan mənzili "xxxx"dən qəbul edir. Göstərilən mənzil 2 otaqdan, mənzilin ümumi sahəsi 72.3 kv.m, mənzilin yaşayış sahəsi 41.1 kv.m-dən ibarətdir. İş materiallarında olan "xxxx" ASC-nin satış departamentinin direktoru E.Dadaşov ilə ünvan 2 ünvanında yaşayan İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinə əsasən, həmin mənzilə hesablaşma elektrik sayğacı PQ-də quraşdırılmışdır. İş materiallarında olan "xxxx" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov ilə Cavabdeh Kooperativinin sədri Elmira Şirinova arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC-yə məxsus olan ünvan 3 ünvanında yerləşən 3 (üç) sot torpaqda “Bulaq 2”-yə çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq verilmiş, “Bulaq 2” isə, "xxxx" ASC-yə bu müqavilə ilə müəyyən edilmiş mənzilləri "xxxx" ASC-nin və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent İddiaçı arasında bağlanmış müqavilə əsasında C.Xəndan küçəsi, 3202-ci məhəllə, bina 132, mərtəbə 7, mənzil 23 ünvanına qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 886/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X5, Novruzi Lalə Fərzulla qızının, X1, X12, X6, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Məmmədov Səxavət Nizami oğlunun və X3 cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(001)-4160/2021 saylı qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(001)-4160/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə - cavabdehlər Cavabdeh MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, qeyd olunan hissədə barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Məmmədov Səxavət Nizami oğlunun və X3, iddiaçılar X5, Novruzi Lalə Fərzulla qızının, X1, X12, X6 iddialarının təmin edilməməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3867/2023 saylı qərarının surətindən görünür ki, X5 və Novruzi Lalə Fərzulla qızının kassasiya şikayətləri tam, "xxxx" ASC-nin və Məmmədov Səxavət Nizami oğlunun kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-886/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2044/2024 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2885/2024 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2044/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (vəkil X15 oğlu) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(001)-4160/2021 saylı qətnaməsindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiası təmin, iddiaçılar X5, Novruzi Lalə Fərzulla qızının, X1, X12, X6 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, “Mənzil tikintisinə dair” xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72,3 kv.m. sahəsi olan 43 nömrəli mənzili Cavabdeh MTK tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun istifadə və sahibliyinə verilmiş, iddiaçılar X5, Novruzi Lalə Fərzulla qızının, X1, X12, X6 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiası qalan hissədə rədd edilmişdir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən etmişdir ki, xx.xx.2012-ci il tarixdə cavabdehlər "xxxx" ASC ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən "xxxx" ASC ona məxsus olan ünvan 3 ünvanında yerləşən 3 sot torpaqda Cavabdeh MTKya çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq vermiş, Cavabdeh MTK isə həmin torpaq sahəsində inşa ediləcək çoxmənzilli yaşayış binasından 3 otaqlı, 20 nömrəli, 2 otaqlı 23 nömrəli, 2 otaqlı 34 nömrəli, 2 otaqlı 43 nömrəli, 1 otaqlı 45 nömrəli, 3 otaqlı 48 nömrəli və 1 otaqlı, 53 nömrəli mənzilləri "xxxx" ASC-nin və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh MTK həmin müqavilənin predmeti olan 20 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X7, 48 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə Novruzi Lalə Fərzulla qızı, 23 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X10, 43 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilə bağlı xx.xx.2014-cü il tarixdə Məmmədov Səxavət Nizami oğlu, 34 nömrəli (2 otaqlı, 76,5 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2014-cü il tarixdə X11, 53 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2014-cü il tarixdə X16, 45 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2018-ci il tarixdə X2 ilə “Mənzil tikintisinə dair” müqavilələr bağlanmışdır. Qeyd edilən müqavilələrə əsasən Cavabdeh MTK müqavilələrin predmeti olan həmin mənzilləri inşa edib iddiaçılara təhvil verməyi, iddiaçılar isə mənzillərin müqavilələr üzrə müəyyən edilmiş dəyərini Cavabdeh MTK-ya ödəməyi öhdəsinə götürmüşlər. Müqavilələrin predmeti olan mənzillərin dəyərinin ödənilməsi barədə iddiaçıların hər birinə Cavabdeh MTK tərəfindən maliyyə arayışları verilmişdir. Qeyd edilən ünvanda Cavabdeh MTK tərəfindən hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmişdir. Hazırda iddiaçılar cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız olduğunu iddia edir və tərəflərindən bağlanmış müqavilələrə istinad edərək, həmin müqavilələrin predmeti olan mənzillərin müqavilələr üzrə müəyyən edilmiş dəyərlərini ödədiklərini, müqavilələr bağlandığı tarixdən mənzillərin onların istifadə və sahibliyində olduğunu, onlar tərəfindən mənzillərə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq, o cümlədən su sayğaclarının quraşdırıldığını, həm müqavilələr bağlanan zaman, həm də ötən dövr ərzində bir dəfə olsun belə mənzillərin "xxxx" ASC-yə məxsus olması barədə onlara hər hansı məlumatın verilmədiyini, hər hansı şəxsin həmin mənzillərin cəmiyyətə məxsus olması ilə bağlı onlara müraciət etmədiyini, binada olan bəzi mənzillərin (məsələn, X3 və X6 mübahisələndirdiyi mənzillər) bir neçə şəxsə satılması ilə bağlı başlanılmış cinayət işi üzrə də "xxxx" ASC-nin hər hansı mənzilə sahib olmasının müəyyən edilmədiyini, cəmiyyətin hər hansı statusla işə cəlb edilmədiyini, habelə iddiaçılar X10 və Məmmədov Səxavət Nizami oğlu mübahisələndirdikləri mənzillərdə təmir işləri apardığını, iddiaçılar Novruzi Lalə Fərzulla qızı, X16, X7 və X11 isə mübahisələndirdikləri mənzildə yaşadıqlarını bildirirlər. Eyni zamanda, iddiaçılar xx.xx.2012-ci il tarixli müqavilədə "xxxx" ASC-nin əmlakı kimi göstərilən ünvan 3 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin "xxxx" ASC-yə deyil, Cavabdeh MTK-ya məxsus olduğunu, bu baxımdan "xxxx" ASC-nin həmin torpaq sahəsi üzərində Cavabdeh MTK tərəfindən tikinti işlərinin aparılmasına razılıq vermək səlahiyyətinə malik olmadığını, torpaq sahəsinin Cavabdeh MTK-ya təhvil verilməsi ilə bağlı "xxxx" ASC-nin ümumi yığıncağı tərəfindən hər hansı qərarının qəbul edilmədiyi, cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin əslinin ümumiyyətlə mövcud olmadığını, müqaviləni Cavabdeh MTK-nın sədri qismində imzalayan Elmira Şirinovanın əvvəllər "xxxx" ASC-nin əməkdaşı olduğunu, onun yalnız xx.xx.2012-ci il tarixdə kooperativin sədri təyin olunduğunu və xx.xx.2012-ci il tarixli müqavilə bağlanan zaman onun koooperativin sədri olmadığını, xx.xx.2012-ci il tarixli müqavilədə əks olunmuş mənzillərlə bağlı hər hansı məlumatın əks olunmadığını, lakin nömrələrinin dəqiq göstərildiyini, halbuki mənzillərin yerləşəcəyi binanın lahiyəsinin aidiyyəti qurumla yalnız xx.xx.2013-cü il tarixdə razılaşdırıldığını bildirirlər. Cavabdeh iddianı qəbul etmir, "xxxx" ASC ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzilin "xxxx" ASC-yə məxsus olduğunu və ona təhvil verilməli olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir. Torpaqdan daimi istifadə hüququna dair JN-0555 seriyalı, 00100026 kodlu dövlət aktına əsasən Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/104 saylı qərarı ilə ünvan 4 ünvanında yerləşən 0,5100 ha torpaq sahəsi yaşayış binasının tikintisi üçün Cavabdeh MTK-ya verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvanında olan torpaq sahəsinin "xxxx" ASC-yə aid hər hansı hüquqla qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh MTK-nın adına ünvan 4 ünvanında yerləşən 0,5100 ha torpaq sahəsinə dair JN-0555, Kod 00100026 olan torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhər İcra Haimiyyətinin xx.xx.1991-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmış Cavabdeh MTK Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə yenidən dövlət qeydiyyatına alınmış və dövlət qeydiyyatına alındığı tarixdən hazıradək sədri X4r.Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən əvvəllər "xxxx" ASC (hazırda Cavabdeh MTK) tərəfindən ünvan 5dəki yaşayış binasından Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Fonduna 1 saylı, 3 otaqlı, 2 saylı, 2 otaqlı, 46 saylı, 2 otaqlı, 54 saylı, 2 otaqlı, 57 saylı, 3 otaqlı və 58 saylı, 2 otaqlı mənzillər təhvil verilmişdir. Məhkəmə, iddiaçılar tərəfindən mübahisələndirilən xx.xx.2012-ci il tarixli müqavilə ilə bağlı ilk növbədə qeyd etmişdir ki, cavabdeh "xxxx" ASC-yə təklif edilməsinə və bu məqsədlə məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, həmin müqavilənin əsli cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, həmin müqavilədə ünvan 3 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin "xxxx" ASCyə məxsus olması göstərilsə də, torpaqdan daimi istifadə hüququna dair JN-0555 seriyalı, 00100026 kodlu dövlət aktından və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan həmin torpaq sahəsinin heç vaxt "xxxx" ASC-yə məxsus olmadığı, həmin ünvanında yerləşən 0,5100 ha torpaq sahəsinin yaşayış binasının tikintisi üçün məhz Cavabdeh MTK-ya ayrıldığı müəyyən edilmişdir. Müqavilədə bu torpaq sahəsi üzərində Cavabdeh MTK tərəfindən tikinti işlərinin aparılmasına "xxxx" ASC tərəfindən razılıq verildiyi göstərilsə də, bu razılığın verilməsi ilə bağlı rəsmiləşdirmənin aparılması, o cümlədən bu məsələ ilə bağlı "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən hər hansı qərarın qəbul edilməsi də müəyyən edilməmişdir (məhkəmə tərəfindən təklif edilsə də, cavabdeh "xxxx" ASC tərəfindən bununla bağlı da hər hansı sənəd təqdim edilməmişdir). İddiaçıların bağladıqları müqavilələrlə bağlı məhkəmə qeyd etmişdir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq iddiaçılarla Cavabdeh MTK arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqavilələridir. Həmin müqavilələrin hər birinin predmeti olan mənzillər xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən məhz "xxxx" ASCyə təhvil verilməli idi. Bununla belə, 7 ədəd mənzilə dair ilk olaraq Cavabdeh MTK ilə "xxxx" ASC arasında, bundan sonra isə həmin mənzillərin hər biri ilə bağlı ayrı-ayrılıqda müxtəlif tarixlərdə hər bir iddiaçı ilə podrat müqaviləsi bağlanmış və həmin müqavilələrin hər biri üzrə Cavabdeh MTK xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzili inşa edərək, ayrı-ayrılıqda iddiaçıların istifadə və sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin mülki qanunvericiliyin yuxarıda qeyd edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarının tələbləri baxımından eyni mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması, o cümlədən bir mənzilin eyni zamanda iki müxtəlif şəxsin istifadə və sahibliyinə verilməsi öhdəliyin icra edilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla). Bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş Cavabdeh MTK növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu baxımdan həm Cavabdeh MTK ilə "xxxx" ASC arasında, həm də iddiaçılar arasında bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Belə olan halda, mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar əlaqəli şəkildə araşdırılmalıdır. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, müddət etibarı ilə Cavabdeh MTK ilə "xxxx" ASC arasında müqavilə daha əvvəl bağlanmışdır. Lakin bu hal həmin müqavilənin predmeti olan 7 ədəd mübahisəli mənzilin Cavabdeh MTK tərəfindən iddiaçılara deyil, məhz "xxxx" ASC-yə təhvil verilməsi barədə öhdəliyin yaranması kimi qəbul edilə bilməz. Belə ki, "xxxx" ASC ilə müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC həmin mənzilləri təhvil almamış, bu mənzillər heç vaxt "xxxx" ASC-nin istifadə və sahibliyində olmamışdır. Bu hal, "xxxx" ASCnin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/01- 2/27704 nömrəli məktubla da öz təsdiqini tapır. Belə ki, həmin məktubda Cavabdeh MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 20, 23, 34, 43, 45, 48 və 53 nömrəli mənzillərin bu günədək "xxxx" ASC-yə təhvil verilmədiyi, Cavabdeh MTK tərəfindən həmin müqavilənin şərtlərinin pozulduğu bildirilmişdir. Bu məktubun tərtib edildiyi tarixə artıq Cavabdeh MTK ilə bütün iddiaçılar arasında mübahisəli mənzillərə dair müqavilələr bağlanmışdır. Lakin məktubda bu barədə hər hansı qeyd aparılmamışdır. Bu da "xxxx" ASC-nin həmin tarixdə nə mənzillərin vəziyyəti, nə də ki, onun faktiki sahibləri barədə hər hansı məlumatının olmaması qənaətinə gəlməyə imkan verir. Halbuki, kooperativ cəmiyyət üçün əlçatımlı olmuş və adi fiziki şəxslərdən fərqli olaraq öz fəaliyyəti ilə bağlı çoxlu sayda müqavilə bağlayan, həmin müqavilələrdən irəli gələn öhdəliklərinin icrasının təmin və tələb etmə mexanizmlərinə malik olan "xxxx" ASC çox asanlıqla belə bir dəyəri olan müqavilədən irəli gələn öhdəliklərin icrası vəziyyətini də nəzərətdə saxlayıb öz mənzillərinə sahib ola bilərdi. "xxxx" ASC bunun üçün həm kifayət qədər hüquqi biliyə, həm də kadr potensialına malikdir. Bu işi cəmiyyətin həmin sahəyə nəzarət edən mütəxəssisləri asanlıqla yerinə yetirə bilərdi. Lakin buna baxmayaraq, mənzillər bu günədək "xxxx" ASC-yə təhvil verilməmişdir. İddiaçılar isə həmin mənzillərlə bağlı müqavilələr bağladıqdan və mənzillərin dəyərini ödədikdən sonra mənzillərə sahiblik və ondan istifadə etməyə başlamışlar. Belə ki, iddiaçılar X10 və Məmmədov Səxavət Nizami oğlu müvafiq olaraq 23 nömrəli və 43 nömrəli mənzillərdə təmir işləri aparmış, iddiaçılar Novruzi Lalə Fərzulla qızı, X16, X7 və X11 isə müvafiq olaraq 48, 53, 20 və 34 nömrəli mənzillərdə yaşayırlar. İddiaçılar həmin mənzillərə kommunal xidmətlərin göstərilməsi üçün aidiyyəti qurumlarla, o cümlədən su təchizatına dair xidmətlərin göstərilməsi üçün "xxxx" ASC ilə müqavilələr bağlamışlar. Halbuki, məhz "xxxx" ASC xx.xx.2012-ci il tarixli müqaviləyə istinadən iddiaçılarla belə bir müqavilələrin bağlanmasından imtina etməli və iddiaçıların müqavilələrini mübahisələndirməli idi. Lakin bunu etməmişdir. O hal da nəzərə alınmalıdır ki, iddiaçılarla "xxxx" ASC arasında su təchizatı xidmətlərinə dair müqavilələr xx.xx.2020-ci il tarixdə, yəni "xxxx" ASC-nin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyi tarixdən (xx.xx.2019cu il tarixli məktub) sonra bağlanmışdır. Hər bir halda, ən azı 2019-cu il tarixdə xx.xx.2012ci il tarixli müqavilədə göstərilən mənzillərin ona təhvil verilməsi üçün tədbirlər görən "xxxx" ASC bu tədbirlər çərçivəsində məsələni nəzarətə götürməli, o cümlədən mənzillərin vəziyyəti ilə maraqlanmalı və təbiiki, ilk növbədə iddiaçılarla su təchizatı xidmətlərinə dair müqavilələr bağlamamalı idi. Lakin göründüyü kimi bağlamış və bununla da hüquqi nəticə etibarı ilə mənzillərin öz istifadə və sahibliyində olmadığını, iddiaçıların istifadə və sahibliyində olmasını qəbul etmişdir. Digər tərəfdən Cavabdeh MTK-nın sədri olmuş Elmira Şirinova tərəfindən eyni mənzillərin başqa-başqa şəxslərə satılması faktı ilə bağlı başlanılmış cinayət işi üzrə də "xxxx" ASC hər hansı mənzilin sahibi kimi keçməmiş, hər hansı statusla cinayət işinə cəlb edilməmiş, ümumiyyətlə xx.xx.2012-ci il tarixli müqavilə barədə hər hansı məlumat əks olunmamışdır. Halbuki, məsələn, iddiaçı X6 mübahisələndirdiyi 34 nömrəli mənzilin və X3 mübahisələndirdiyi 20 nömrəli mənzilin onlarla yanaşı digər şəxslərə də satıldığı müəyyən edilmişdir. Buna baxmayaraq, həmin mənzillərin, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-yə məxsus olması məsələsi ortaya çıxmamışdır. Bununla belə, məhkəmə göstərilənləri və tərəfindən aparılmış araşdırmanın nəticələrini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, Cavabdeh MTK ilə X7 arasında 20 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, Novruzi Lalə Fərzulla qızı arasında 48 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, X10 arasında 23 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, Məmmədov Səxavət Nizami oğlu arasında 43 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə, X11 arasında 34 nömrəli (2 otaqlı, 76,5 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə, X16 arasında 53 nömrəli (1 otaqlı, 42,7 kv.m.sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə və X2 arasında 45 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2018-ci il tarixdə müqavilələr qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış və həmin müqavilələrin predmeti olan mənzillərin hər biri real olaraq iddiaçılara məxsusdur. Bu da öz növbəsində həmin müqavilələrin etibarsız olmasını istisna edir və araşdırma zamanı müəyyən edilmiş digər hallarla birlikdə xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız olmasını şərtləndirir. Məhkəmə o halı da nəzərə almışdır ki, xx.xx.2012-ci il tarixli müqavilənin 2-ci bəndində (Tərəflərin hüquq və vəzifələri) əsasən tərəflər razılaşmışdırlar ki, bu müqavilənin 2.4-cü və 2.5-ci maddəsində qeyd olunan şərtlər Bina inşa edildikdən sonra 6 (altı) ay ərzində Cavabdeh MTK tərəfindən icra olunmadıqda, əmlaka dair rəsmiləşdirilmiş müqavilə etibarsız hesab ediləcəkdir. Ötən 9 ilə yaxın müddət ərzində də müqavilənin nə 2.4-cü, nədə ki, 2.5-ci maddələri icra edilməmişdir. Bu halın mövcudluğu da xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır. Məhkəmə, iddiaçılar X5, Novruzi Lalə Fərzulla qızının, X1, X12, X6 və Məmmədov Səxavət Nizami oğlunun “xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, bu iddiaçıların hər biri ümumilikdə müqavilənin etibarsız hesab edilməsini tələb edir. Lakin onlarla bağlanmış müqavilələrdən fərqli olaraq xx.xx.2012-ci il tarixli müqavilənin predmetini 7 mənzil təşkil edir və hər bir iddiaçının mübahisələndirdiyi mənzil istisna olmaqla, onların digər mənzillərə hər hansı aidiyyəti yoxdur. X7 isə həmin müqavilənin etibarsızlığını məhz onunla bağlanmış müqavilənin predmeti olan 20 nömrəli mənzillə bağlı hissədə mübahisələndirir. Bu səbəbdən iddiaçılar X5, Novruzi Lalə Fərzulla qızının, X1, X12, X6 və Məmmədov Səxavət Nizami oğlunun iddiası qismən (yəni xx.xx.2012-ci il tarixli müqavilə bu iddiaçıların hər birinə münasibətdə onlarla bağlanmış müqavilələrin predmeti olan mənzillərlə bağlı hissədə etibarsız hesab edilməli), iddiaçı X3 iddiası isə təmin edilməlidir. Bu da öz növbəsində (aparılmış araşdırmanın nəticələri də daxil olmaqla) ümumilikdə xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiasını “mənzilin istifadə və sahibliyə verilməsi” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlmişdir ki, “Mənzil tikintisinə dair” xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72,3 kv.m. sahəsi olan 43 nömrəli mənzili onun istifadə və sahibliyinə verilməlidir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiasının “mənzildən istifadə və sahiblik etməyə maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Məmmədov Səxavət Nizami oğluna mübahisəli mənzildən istifadə və ona sahiblik etməsini qeyri-mümkün edən hal bu mənzillə bağlı Cavabdeh MTK ilə "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixdə müqavilənin bağlanması və "xxxx" ASC-nin həmin müqaviləyə əsaslanaraq bu mənzilə olan hüquqlarını mübahisələndirməsi ilə bağlı olmuşdur. Lakin həmin müqavilənin etibarsız hesab edilməsi artıq mübahisəli mənzilə münasibətdə "xxxx" ASC-nin hər hansı hüququnun olmasını istisna edir və onun Məmmədov Səxavət Nizami oğlu tərəfindən bu mənzilə sahiblik və istifadə etməsinə hər hansı maneə yaratmasını qeyri-mümkün edir. Eyni zamanda, Cavabdeh MTK-nın ona bu mənzildən istifadə və sahiblik etməsinə hər hansı maneə yaratması müəyyən edilmir. Bu səbəbdən məhkəmə iddianı bu hissədə əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə, xx.xx.2012-ci il tarixli müqavilənin Cavabdeh MTK-nın adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə dəlillərlə bağlı qeyd etmişdir ki, Cavabdeh MTK-nın sədri qismində xx.xx.2012-ci il tarixli müqaviləni imzalayan Elmira Şirinovanın həmin kooperativin sədri vəzifəsinə xx.xx.2012-ci il tarixdə təyin edilməsi barədə məlumat Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1124/2018 saylı, xx.xx.2018-ci il tarixli Hökmündə əks olunsa da, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda Cavabdeh MTK-nın Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə yenidən dövlət qeydiyyatına alındığı və dövlət qeydiyyatına alındığı tarixdən hazıradək sədri X8 olduğu göstərilmişdir. Bu səbəbdən məhkəmə həmin müqavilənin “Bulaq-2“ “MTK-nın adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə dəlillərlə razılaşmır. Beləliklə, məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiası təmin, iddiaçılar X5, Novruzi Lalə Fərzulla qızının, X1, X12, X6 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiasının qismən təmin edilmiş, cavabdehlər Cavabdeh MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, “Mənzil tikintisinə dair” xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72,3 kv.m. sahəsi olan 43 nömrəli mənzilin Cavabdeh MTK tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun istifadə və sahibliyinə verilməsi, iddiaçılar X5, Novruzi Lalə Fərzulla qızının, X1, X12, X6 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiasının qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsi (əvvəlki redaksiyada), həmçinin Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Mülki Məcəllənin 178.8-ci maddəsində (əvvəlki redaksiyada) müəyyən edilmişdir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.”. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir və qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə “Mənzil tikintisinə dair” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh ünvan 5 ünvanında inşa edilmiş 23 saylı mənzilin İddiaçı verməyi öz öhdəsinə götürmüş, iddiaçı isə həmin mənzilin dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2017-ci il tarixdə mənzilin dəyərini tam şəkildə ödəsə də, cavabdeh indiyədək həmin mənzili iddiaçının sahibliyinə və istifadəsinə verməmişdir. Bununla yanaşı, qüvvədə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(001)-4160/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK ilə X10 arasında 23 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış və həmin müqavilənin predmeti olan mənzil real olaraq iddiaçıya məxsusdur. Bu da öz növbəsində həmin müqavilənin etibarsız olmasını istisna edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında inşa edilmiş 7-ci mərtəbədə yerləşən, 1-ci blok, 23 nömrəli, ümumi sahəsi 72.3 kv.m-dən ibarət 2 otaqlı mənzilə İddiaçı payçı kimi hüququ tanınmaqla, onun həmin mənzilə sahiblik və istifadə hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında inşa edilmiş 7-ci mərtəbədə yerləşən, 1-ci blok, 23 nömrəli, ümumi sahəsi 72.3 kv.m-dən ibarət 2 otaqlı mənzilə İddiaçı payçı hüququ, həmçinin mənzilə sahiblik və istifadə hüququ tanınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar