Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1982/2022 05.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə podratçı fərdi sahibkar Cavabdeh arasında Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi 3123-cü məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci giriş, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 142,55 m2 olan, A saylı mənzilinə dair xx.xx.2006-cı il tarixli fərdi müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin icra tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət olan 50177 manatın 87,7%-i iddiaçı tərəfindən xx.xx.2006-cı ildə, 12,3%-i isə xx.xx.2007-ci ildə iddiaçı tərəfindən MM-nin 178.8-ci maddəsinə tam ödənilmişdir. MM-nin 178.8-ci (178.81) maddəsində göstərilir ki mənzil, bağ, qaraj və ya kooperativ üzvü, pay yığımı hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verildikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Ümumi yığıncağın qərarında binanın ünvanı, verilmiş sahənin dəqiq ölçüləri, pay haqqının miqdarı və sahənin plan-çizgisi qərara əlavə olunmalıdır. xx.xx.2006-cı il və xx.xx.2007-ci ildə Yüksəl İnşaat MTK-nın blankında mənzilin iddiaçıya məxsus olmasına və mənzilin dəyərinin tam ödənilməsinə dair 046,195 saylı arayışlar verilmişdir. İddiaçı 15 ildən artıqdır ki, həmin mənzili təmir etdirib orada yaşayır. İddiaçının daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına zərurət yaranmışdır. Yüksəl İnşaatın adını bildirməyən işçisi ***-***-**-** saylı nömrədən iddiaçının oğlu X1 mobil telefonuna zəng vurub 16 il əvvəl aldıqları mənzilin sahəsinin müqavilədə göstərilən sahədən 3,4 m2 artıq olduğunu bildirmiş və bunun üçün iddiaçıdan əlavə 1600 ABŞ dollarını tələb etmişdir. Buna görədə iddiaçı məcbur olub xx.xx.2022-ci il tarixdə fərdi sahibkar Cavabdeh, yəni Yüksəl İnşaat MTK-nın ünvanına pretenziya məktubu göndərmiş, lakin cavab ala bilməmişdir. Ona görə də İddiaçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi 3123-cü məhəllədə tikilmiş yaşayış binasının 2-ci girişinin, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 142,55 m2 olan 3 otaqlı A saylı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan sənədlərin verilməsi vəzifəsinin Cavabdeh həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 178.1.-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.2.-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan müəyyən olunur ki, VÖEN-i **********, hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov ev 3/33 mənzil 29 olan Cavabdeh daşınmaz əmlakın istismara və kirayəyə verilməsi fəaliyyəti ilə məşğuldur. Sifarişçi İddiaçı ilə podratçı Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edib 50177 manat məbləğində vəsaiti ödəməyi, podratçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi 3132-ci məhəllədə tikilməkdə olan yaşayış binasının 2-ci blokunda 8ci mərtəbədə 3 otaqlı A nömrəli 142,55 m2 mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilədə göstərilən öhdəlikləri vaxtında yerinə yetirmək, mənzillərin tikintisi başa çatdırıldıqda aşkar olunmuş defektləri, görülməyən işləri düzəltmək və yaşayış binasını müvafiq qaydada Dövlət Komissiyasına təhvil vermək podratçının vəzifəsidir. Fərdi sahibkar Cavabdeh tərəfindən imzalanaraq möhürü ilə təsdiq olunan xx.xx.2006-cı il tarixli 145 saylı arayışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi 3132-ci məhəllədə tikilən yaşayış binasının 2-ci blokunun 8-ci mərtəbəsində 3 otaqlı A nömrəli mənzilin dəyərinin 87,7%-ni, yəni 44000 manatı, məzənnə ilə 50000 ABŞ dollarını, fərdi sahibkara ödəmiş, Cavabdeh mənzilin İddiaçı məxsus olmasını təsdiq etmişdir. Fərdi sahibkar Cavabdeh tərəfindən imzalanaraq möhürü ilə təsdiq olunan xx.xx.2007-ci il tarixli 046 saylı arayışının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi 3132-ci məhəllədə tikilən yaşayış binasının 2-ci blokunun 8-ci mərtəbəsində 3 otaqlı A nömrəli mənzilin dəyərinin 12,3%-ni, yəni 6178 manat, məzənnə ilə 7020 ABŞ dollarını Cavabdeh ödəmişdir. İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli preteniyanın surətindən müəyyən olunur ki, iddiaçı daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasına zərurət yarandığından bunun üçün əsas olan Yüksəl İnşaat üzvlərinin ümumi yığıncağının qərarının, mənzilin plan-cizgisinin, maliyyə arayışının və digər zəruri sənədlərin 3 gün ərzində ona təqdim edilməsini cavabdehdən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən cavabdeh razılaşdığı muzd məbləğini alımasını iddiaçıya verdiyi arayışlarla təsdiq edərək Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi 3132-ci məhəllədə tikilməkdə olan yaşayış binasının 2-ci blokunun 8ci mərtəbəsində 3 otaqlı A nömrəli sahəsi 142,55 m2 mənzili inşa edib iddiaçıya təhvil vermişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan müqaviləyə əsasən, müqavilədə göstərilən öhdəlikləri vaxtında yerinə yetirmək, mənzillərin tikintisi başa çatdırıldıqdan sonra yaşayış binasını müvafiq qaydada Dövlət Komissiyasına təhvil vermək podratçının vəzifəsidir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədən irəli gələn öhdəliklərini tam icra etdiyi halda, yəni şifariş verdiyi mənzilin dəyərini fərdi sahibkar Cavabdeh tam ödədiyi halda sonuncu həmin müqavilə ilə müəyyən olunan vəzifəsini icra etməkdən, yəni iddiaçının mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün tələb olunan sənədləri iddiaçıya verməkdən əsassız olaraq imtina etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Məhkəmə qeyd edir ki, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyət hüququnu sifarişçiyə vermək podratçının vəzifəsidir. Bu vəzifənin tam icra edilmiş hesab edilməsi üçün podratçı bütün zəruri hərəkətləri etməlidir, yəni hazırkı mübahisədə iddiaçının dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüququnun qeydə alınması üçün qanunla tələb olunan bütün sənədləri də, şifarişçiyə təqdim etməlidir. Belə ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib iddia tələblərinin əsaslı olması səbəbindən iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi 3123-cü məhəllədə tikilmiş yaşayış binasının 2-ci girişinin, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 142,55 m2 olan 3 otaqlı A saylı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan sənədlərin verilməsi vəzifəsi Cavabdeh həvalə olunsun. Cavabdeh dövlət rüsumuna görə 31 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 69 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1982/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1982/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver