Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2024/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh və eyni zamanda digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********37-10301 reyestr nömrəli Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evin və onun yerləşdiyi 0.0404 ha torpaq sahəsinin ½ hissəsi onun, qalan ½ hissəsi isə cavabdehlərin mülkiyyətindədir. Həmin evdə yaşayan və evin digər ½ hissəsinin mülkiyyətçiləri olan cavabdehlər ½ hissəsi onun mülkiyyətində olan evə sahiblik və ondan istifadə etməyə imkan vermədiyi üçün o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində məcburi qaydada evə köçürülmə haqqında iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2586/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun və arvadı X2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evə köçürülməkləri, həmin evdən onun və X2 istifadəsinə yaradılan maneələrin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən aradan qaldırılmaqla, həmin evdən istifadəyə maneələrin yaradılması onlara qadağan edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti isə təmin edilməmişdir. Bundan sonra qətnamə qanuni qüvvəyə minərək icraya edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Lakin həmin ev ümumi birgə əmlak olduğundan və payların faktiki bölgüsü olmadığından hansı sahələrin hansı mülkiyyətçilərə məxsus olması məlum deyildir. Bu səbəbdən də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2586/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasında problemlər yaranmışdır. Cavabdehlər isə bu məsələ ilə bağlı razılıq əldə etməkdə maraqlı deyillər. Buna görə də, o, hesab edir ki, qeyd edilən evdən istifadə qaydasının məhkəmə yolu ilə müəyyən edilməsindən başqa yol yoxdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evin giriş hissəsinin sağ tərəfində yerləşən 2 otaq, bir dəhliz, bir mətbəx, 1 hamam və sanitar qovşaq, həmin sahələrin altında yerləşən zirzəmi sahəsinin onun, qalan sahələrin isə cavabdehlərin istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda nümayəndə, cavabdeh tərəfin təkliflərinin nümayəndəsi ilə müzakirə edildiyini, lakin hər hansı formada razılaşma əldə edilmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh və eyni zamanda digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, etiraz ərizələrində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 iddiaçı tərəfə onlar tərəfindən bir neçə təklif irəli sürülməsinə baxmayaraq, həmin təkliflərlə bağlı müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavab0deh və eyni zamanda digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 59 saylı ev xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı adına xx.xx.2018-ci il tarixdə, 1/6 hissədə Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 59 saylı ev xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Cavabdeh1 Ramazan oğlunun adına isə ½ hissədə açıq saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2586/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadəyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi” tələbinə dair ilk iddialarının təmin edilməməsi, İddiaçı və X2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evə köçürülməsi və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evdən İddiaçı və X2 istifadəsinə yaradılan maneələrin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən aradan qaldırılmaqla, həmin evdən istifadəyə maneələrin yaradılmasının onlara qadağan edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4624/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2586/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid ½ hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsi” tələbinə dair və Cavabdeh1 İddiaçı qarşı “fərdi yaşayış evinin sökülməsi” tələbinə dair iddiaları təmin edilməmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birlikdə verilmiş etiraz ərizəsindən görünür ki, cavabdehlər iddia tələbinə etiraz edərək, etiraz ərizəsində göstərmişlər ki, iddia ərizəsində təqdim edilən əsaslandırmalar təhrif olunmuş və reallığı əks etdirmir, tələblər isə qanunsuzdur və qarşı tərəfin hüquqlarını kobud şəkildə pozur, bu barədə arqumentlərini məhkəmənin diqqətinə çatdırmışlar. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********37-10301 reyestr nömrəli Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evin və onun yerləşdiyi 0.0404 ha torpaq sahəsinin ½ hissəsi onun, qalan ½ hissəsi isə cavabdehlərin mülkiyyətindədir. Həmin evdə yaşayan və evin digər ½ hissəsinin mülkiyyətçiləri olan cavabdehlər ½ hissəsi onun mülkiyyətində olan evə sahiblik və ondan istifadə etməyə imkan vermədikləri üçün o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində məcburi qaydada evə köçürmə haqqında iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-2586/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun və arvadı X2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evə köçürülmələri, həmin evdən onun və X2 istifadəsinə yaradılan maneələrin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən aradan qaldırılmaqla, həmin evdən istifadəyə maneələrin yaradılması onlara qadağan edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti isə təmin edilməmişdir. Bundan sonra qətnamə qanuni qüvvəyə minərək icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Lakin həmin ev ümumi birgə əmlak olduğundan və payların faktiki bölgüsü olmadığından hansı sahələrin hansı mülkiyyətçilərə məxsus olması məlum deyildir. Bu səbəbdən də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2586/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasında problemlər yaranmışdır. Cavabdehlər isə bu məsələ ilə bağlı razılıq əldə etməkdə maraqlı deyillər. Buna görə də qeyd edilən evdən istifadə qaydasının məhkəmə yolu ilə müəyyən edilməsindən başqa yol yoxdur. İş üzrə düzgün hüquqi nəticəyə gəlmək əhəmiyyətli olduğundan məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv qiymətləndirilməli olan faktiki hallar nəzərə alınmalıdır. Tərəflərin qarşılıqlı münasibətləri ondan ibarətdir ki, iddia üzrə mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli ev iddia üzrə İddiaçı atası, iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 babaları Cavabdeh1 Ramazan oğluna məxsus olan 0.0404 ha torpaq sahəsində onun özü tərəfindən iki mərtəbəli, 4 otaq, 1 sanitar qovşağından ibarət olmaqla 1958-ci ildə inşa edilmişdir. 1980-ci ildə ailə quran, ailə quranadək atası və böyük qardaşı - X3 (Məmmədağa və Cavabdeh3lar qardaşlarının ataları) ilə həmin evdə yaşayan İddiaçı ev tikilməsi üçün atası tərəfindən 0.0404 ha torpaq sahəsində yer ayrılmış və ailənin ümumi vəsaiti hesabına eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli ev tikilərək İddiaçı və yeni ailəsinin istifadəsinə verilmişdir. Həmin vaxtdan 43 ildir ki, İddiaçı öz həyat yoldaşı X4 ilə həmin evdə maneəsiz və mübahisəsiz yaşayırlar. Cavabdeh1 Ramazan oğlu iki mərtəbəli, 4 otaq, 1 sanitar qovşağından ibarət olan evi, onunla birlikdə yaşayan böyük oğlu Rüstəm Rüstəmova və ailəsinə, sonradan tikilən eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli evi isə kiçik oğlu İddiaçı və ailəsinə verərək oğlanları arasında sağlığında ev bölgüsü etmiş, bundan sonra, hər oğul öz evinin sahibi olmuş, istədikləri kimi evlərindən istifadə etmiş, təmir və abadlıq işləri aparmış, nəhayət onların ümumi istifadəsində olmuşdur. 1990-cı ildə Cavabdeh1 Ramazan oğlu vəfat etdikdən sonra X3 atasının ona verdiyi 4 otaqlı, 1 sanitar qovşaqlı evdə öz vəsaiti hesabına yenidənqurma, artırma və təmir işləri apararaq, 2 əlavə otaq, əlavə dəhliz və 1 əlavə sanitar qovşağı tikdirmişdir. Daha sonra Rüstəm Rüstəmovun oğlanları Cavabdeh1 və Cavabdeh3 ailə qurarkən 6 otaqlı 2 sanitar qovşaqlı, dəhlizli evdə öz vəsaitləri hesabına iki dəfə yenidən əsaslı təmir işləri aparmışlar. Göründüyü kimi, hazırkı mübahisənin qohum olan tərəfləri 1980-ci ildən 2020-ci ilə qədər ötən 40 il ərzində bir həyətdə müstəqil giriş-çıxışı olan iki evdə - iddia üzrə mübahisə predmeti olan evdə iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 ailələri ilə və onların anaları Cavabdeh2, 1980ci ildə inşa edilmiş digər evdə isə iddia üzrə İddiaçı ailəsi ilə mübahisəsiz, maneəsiz və iddiasız yaşamışlar. Cavabdeh1 və Cavabdeh3 ataları Rüstəm Rüstəmovun 2013-cü ildə vəfat etməsindən sonra əmiləri İddiaçıla müəyyən fikir ayrılıqları olsa da, tərəflər məsələni öz aralarında qohumluq münasibətləri əsasında və qarşılıqlı güzəşt yolu ilə həll etmişlər. 2018-ci ildə Qəhrəman Cavabdeh1ovun, Cavabdeh3 və Cavabdeh2 xəbəri olmadan onların yaşadıqları və hazırkı iddia üzrə mübahisənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində 59 nömrəli evə hüquqmüəyyənedici sənədin alınması üçün 46 saylı notariusun verdiyi vərəsəlik şəhadətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin qurum tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində 59 nömrəli evin yerləşdiyi 0.0404 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində Cavabdeh1 Ramazan oğlunun sağlığında inşa edilmiş evlərə - böyük oğul Rüstəm Rüstəmova verilmiş 59 nömrəli evə və kiçik oğlu İddiaçı verilmiş eni 7 metr, uzunluğu 11 metr olan evə yerində baxış keçirilməmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evin faktiki vəziyyətini (əlavə tikilmiş otaqlar, sanitar qovşağı və dəhliz) deyil, 1958-ci ilin plan-cizgisi əsasında 60 il əvvəlki vəziyyətini əks etdirən, eyni zamanda həmin ünvanda yerləşən eni 7 metr, uzunluğu 11 metr olan evin planını əks etdirməyən Texniki Pasport tərtib edilmiş, xx.xx.2018-ci il tarixdə isə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evə İddiaçı ½ hissədə paylı mülkiyyət hüququnu təsdiq edən ********* nömrə ilə qeydiyyata alınmış və ona Çıxarış verilmişdir. Müvafiq hüquqmüəyyənedici sənədləri əldə etdikdən sonra Qəhrəman Cavabdeh1ova, Cavabdeh3 və Cavabdeh2 qarşı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evin və torpaq sahəsinin ona aid ½ hissədə payının naturada bölgüsü aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza nəticəsində iddia tələbi üzrə evin və torpağın naturada bölgüsünün mümkün olmadığına dair xx.xx.2021-ci il tarixli 10/5110 saylı rəy verilmiş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən də, naturada bölgünün mümkün olmaması qənaətinə gəlinərək, iddia tələbinin təmin edilməməsinə dair xx.xx.2022-ci il tarixli, 2(001)- 171/2022 saylı qətnamə çıxarılmışdır. Həmin məhkəmə gedişatında Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evə 1/6 hissədə özünün, 1/6 hissədə Cavabdeh2, 1/6 hissədə Cavabdeh3 paylı mülkiyyət hüquqlarını rəsmiləşdirən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış almışdır. İşə apellyasiya qaydasında mahiyyəti üzrə yenidən baxılması zamanı əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli, 10/6198 saylı ekspert rəyinə əsasən mübahisəli fərdi yaşayış evinin iki ailənin yaşaması üçün uyğun olduğu, İnşaat Norma və Qaydalarının tələblərinə əsasən faktiki vəziyyət üzrə evin bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. İşə apellyasiya instansiyasında baxılması nəticəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 286/2023 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 171/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən tərəflər şikayət verməmiş, qətnamə qüvvəyə minmişdir. Qeyd edilməlidir ki, İddiaçı yuxarıda şərh edilən məhkəmə instansiyalarında işə baxılmazdan əvvəl eyni iddia tələbi ilə 2019-cu ildə də Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş (iş nömrəsi 2(001)-4528/2019), işə baxılarkən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində “tədqiqat obyektinə baxış keçirilərkən fərdi yaşayış evinin həyətyanı sahəsində əlavə tikililər inşa edildiyindən, evin texniki pasportu ilə faktiki vəziyyəti uyğun olmadığından ekspert qarşısında qoyulmuş sualların cavablandırılmasının mümkün olmaması” rəyi ilə sənədlər məhkəməyə qaytarılmışdır. Bundan sonra İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmiş və ərizə baxılmamış saxlanılmışdır. Göründüyü kimi, İddiaçı hazırkı iddianı irəli sürənə qədər, əslində mahiyyət və məzmunca hazırkı iddia ilə eyni olan iddialarla üç dəfə məhkəməyə müraciət etmiş, birinci dəfə iddiası öz xahişi ilə baxılmamış saxlanılmış, ikinci dəfə həm rayon məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir, üçünçü dəfə isə (iş nömrəsi e-2(001)-2586/2023) evdən istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması və məcburi qaydada evə köçürməsi tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli müvafiq qətnaməsini hazırkı iddia üçün əsas tutaraq yenidən evin bölünməsi iddiası ilə çıxış edir. Halbuki sözügedən qətnamənin tələbi ilə paylı mülkiyyətdə olan ev və həyətyanı sahənin birgə istifadəsində tərəflərindən heç bir maneə və ya məhdudiyyət yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5110 saylı, 20 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi 59 saylı xüsusi mülkiyyətdə olan evin ilkin vəziyyətdə saxlanılmadığına, əlavə tikinti işləri aparıldığına, texniki pasportda öz əksini tapan tikililərdə daxili konstruktiv dəyişikliklər olduğuna görə, həmin “A" literli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi xüsusi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən qeyd olunur ki, Texniki Pasportda qeyd olunan köhnə tikiliyə bitişik əlavə otaqlar inşa olunmuşdur. Faktiki vəziyyətdə texniki pasportda öz əksini tapan 1 və 2 nömrəli tikililərə bitişik (küçəyə tərəf) 6.1 x 12.7 m ölçüdə zal otağı, 2 nömrəli otağın sol tərəfində mövcud olan . boşluqda 0.85 x 1.5 m, 0.85 x 2.7 m, 0.85 x 1.3 m ölçülərdə hamam tualet otaqları, 6, 7 və 8 nömrəli otaqlara bitişik 2.3 x 6.3 m ölçüdə mətbəx otağı və 1.8 x 6.1 m ölçüdə yataq otağı texniki pasportda öz əksini tapmamışdır. Rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən qeyd olunur ki, iddiaçı tərəfindən inşa olunmuş eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli fərdi yaşayış evi yerləşir. Həmin tikili Azərbaycan Respublikası Əmiak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2018-ci il tarixdə tərtib olunmuş texniki pasportda qeyd olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/6198 saylı, 14 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, İddiaçı faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli fərdi yaşayış evinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışda qeyd olunan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Texniki pasport üzrə yaşayış və yardımçı otaqların sayını (3 yaşayış otağının, 1 hamam otağının və 1 mətbəx otağının olması), mülkiyyətçilərin sayını (4 nəfər), torpaq sahəsində tikilinin yerləşmə vəziyyətini, torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, yalnız bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində əlavə tikililər nəzərə alınmadan, texniki pasport üzrə mövcud vəziyyətdə evdən və torpaq sahəsindən mülkiyyətçilərin paylarına (1/2, 1/6, 1/6, 1/6) uyğun naturada bölünməsinin, inşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin, eləcə də Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evininin faktiki vəziyyətdə iki təcrid hissəyə bölündüyü, yaradılmış yaşayış və yardımçı tikililərin sayının iki ailənin yaşaması üçün uyğun olduğunu nəzərə alaraq, tikilinin faktiki istifadə vəziyyəti üzrə bölünməsinin, inşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli yerində müayinə protokolundan görünür ki, həmin tarixdə sözügedən mübahisəli ünvanda yerində müayinə keçirilmiş və yerinə müayinə zamanı məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzilə daxil olduqda, iki ayrı fərdi yaşayış evi, bir saxlanc otağı və həyətin arxa tərəfində isə iddiaçının faktiki yaşadığı ev müəyyən edilmişdir. Həyətə daxil olduqda sol tərəfdə əlavə tikili olan, Cavabdeh3 ailəsi ilə birlikdə yaşadığı mənzil yerləşir. Həmin mənzilin ümumi sahəsi 70 kv.metrdir, həmin mənzil bir qonaq otağı, həmin otaqdan sağdan ikinci otaqda, bir yataq otağı və bir sanitar qovşağı yerləşir. Qonaq otağında sağdan birinci qapıya daxil olduqda bir dəhliz yerləşir. Həmin dəhlizin sonuna açılan qapıdan sonra isə mətbəx yerləşir. Mətbəxin sol tərəfində yerləşən qapıdan isə cavabdehlərin anasına məxsus yataq otağı müəyyən olunmuşdur. Mətbəxin pəncərəsi isə sözügedən ünvanın arxa tərəfinə açılır. Həmin pəncərədən İddiaçı yaşadığı evin pəncərəsi və onun istifadəsində olan həyətyanı sahə görünür. Həmin ünvanda yerləşən həyətə daxil olarkən həyətdə sol tərəfdə yerləşən ikinci qapıdakı evə baxış keçirildikdə müəyyən olunmuşdur ki, həmin mənzildə Cavabdeh1 ailəsi ilə birlikdə yaşayırlar, sözügedən mənzilin ümumi sahəsi 55-60 kv.metrdir və bir mətbəx, bir yataq otağı, bir qonaq otağı və bir balaca uşaq otağı müəyyən edilmişdir. Həyətə baxış zamanı iddiaçının istifadəsində olan ev müəyyən olunsa da, evə daxil olmaq mümkün olmamışdır. Sözü gedən ünvanın həyətyanı sahəsinin altında yerləşən zirzəmiyə daxil olduqda sol tərəfdə daha iki qapı və qarşıda iddiaçının istifadəsində olan mənzilin giriş qapısı müəyyən edilmişdir. Sol tərəfdən birinci qapıdan daxil olarkən sağ tərəfdə daha bir otaq müəyyən edilmişdir. Həmin sözügedən zirzəmi Cavabdeh3 istifadəsindədir. Həmin zirzəmidə sol tərəfdə yerləşən ikinci qapıya daxil olarkən sol tərəfdə daha dörd otaq müəyyən edilmişdir. Həmin zirzəmi hazırda iddiaçının istifadəsindədir. Ümumi zirzəmiyə daxil olarkən qarşı tərəfdə yerləşən, iddiaçının istifadəsində olan evdə bir qonaq otağı, qonaq otağından çıxan dəhlizin sol tərəfində sanitar qovşağı, sağ tərəfində yataq otağı və sonunda mətbəx yerləşir. Mətbəxin sağ tərəfindəki qapıdan daha bir otağı müəyyən olunmuşdur. Mətbəxin pəncərəsində iddiaçının istifadəsində olan həyətyanı sahəsi müəyyən olunmuşdur. Yerində müayinə zamanı iddiaçı izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən, 59 nömrəli evin ünvanında yerləşən yaşayış sahəsi və onun yerləşdiyi 0,0404 ha torpaq sahəsinin ½ hissəsi onun mülkiyyətindədir. Faktiki istifadəsində olan mənzil əvvəllər qaraj olmuşdur. Hal-hazırda o, ailəsi ilə birlikdə orda yaşayır. Ümumi sahəsi 70 kv.metrdir. Çıxarışa düşən hissə isə 15-18 kv.metr olar. Yerində müayinə zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, ünvan 2 babası Cavabdeh1 Ramazan oğluna məxsus olmuşdur. Babası 1990-ci ildə vəfat edəndən sonra onun iki vərəsəsi olan atası X3 və əmisi İddiaçı öz ailə üzvləri ilə həmin ünvanda yaşamışlar. Babalarının sağlığında vərəsələrin yaşayış yerlərini özü müəyyən etmişdir. Evin yerləşdiyi torpaq sahəsini oğlu İddiaçı ayırmışdır ki, özünə ev tiksin. O zaman ailənin birgə vəsaiti hesabına həmin sahədə İddiaçı ev tikilib və bu günə kimi həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda mübahisə predmetinə çevrilmiş iki mərtəbəli dörd yaşayış otağından ibarət olan ev mərhum atası X1 və ailəsinə verilmişdir. Babasının vəfatından sonra atası və əmisi yaşadıqları tikililəri faktiki olaraq qəbul etmişlər və həyətyanı sahədən birgə istifadə etmişlər. Ailələrin tələbatları artdıqca keçən illər ərzində babası ilə əmisi öz yaşayış sahələrini yaxşılaşdırmağa və artırmağa çalışmışlar. Əmisi öz vəsaiti hesabına əlavə otaq inşa etmişdir. Mərhum atası isə babasından qəbul etdiyi dörd otaqlı tikilini özününkü hesab edərək, altı otağa artırmış, evdə əlavə dəhliz tikdirmiş, iki hamam-tualet inşa etdirmişdir. Bütün bu proseslər əmisi ilə atası arasında qarşılıqlı razılıq əsasında aparılmışdır. Ümumiyyətlə yeni tikililər evin əvvəlki vəziyyətini tamamilə dəyişmişdir. Hazırda iddiaçı onun yaşadığı evə köçməyi tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (İ-İİİ hissələr) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.(maddə 214.1) Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.(maddə 214.2) Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir.( maddə 214.3.) Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. (maddə 214.4.) Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.(maddə 215.1.) Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.(maddə 215.2.) Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.3.1-cü maddəsinə əsasən əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; Həmin Məcəllənin 215.3.2-ci maddəsinə əsasən əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına, həmçinin işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, nəzərə alaraq ki, iddiaçının istifadə qaydasının müəyyən edilməsini tələb etdiyi əmlak, paylı mülkiyyətdə olan əmlak olmaqla yanaşı, ilkin vəziyyətində saxlanılmadığından, əlavə tikinti işləri aparıldığından, müvafiq ekspert rəyləri ilə həmin paylı mülkiyyətin naturada bölünməsi, fərdi yaşayış evinin faktiki vəziyyətdə iki təcrid hissə bölünməsi, yaradılmış yaşayış və yardımçı tikililərin sayının iki ailənin yaşaması üçün uyğun olması nəzərə alınaraq, tikilinin faktiki istifadə vəziyyəti üzrə bölünməsi İnşaat Norma və Qaydalarına müvafiq olaraq texniki cəhətdən mümkün olmadığından, cavabdehlər tərəfindən sözügedən mübahisənin barışıqla həll edilməsi istiqamətində təkliflərin, yəni iddiaçı tərəfə kompensasiyanın verilməsi, cavabdehin qayınanasına məxsus İnşaatçılar metrostansiyası yaxınlığında yerləşən iki otaqlı evlə əmisigilin hazırki evinin dəyişdirilməsi, Cavabdeh1 yaşadığı mənzilin iddiaçıya verilməsi və sair təkliflər irəli sürülməsinə baxmayaraq, müsbət nəticə əldə edilmədiyindən, sözügedən təkliflərə heç bir ağlabatan əsas göstərilmədən imtina edilyindən, bununla da İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 59 saylı evdən istifadə qaydasının müəyyən edilməsi tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hazırki vəziyyətdə iddia tələbinin təmin edilməsi, digər mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Sözügedən mübahisənin həllinin çıxış yolu kimi isə yalnız sözügedən fərdi yaşayış evinin – daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ola bilər ki, bununla bağlı da tərəflər arasında hər hansı bir razılıq əldə edilməmişdir və ya belə tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-2024/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2024/2024
14.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver