Məhkəmə qərarları › İş №e-2(001)-2054/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2054/2022

02.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2054/2022 02.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əlioğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayş evi onun və həyat yoldaşı Cavabdeh Rəfail qızının birgə nikahı dövründə xx.xx.2020-ci il tarixdə 40.000 (qırx min) manata X7 alınmışdır. Cavabdehlə hazırda nigah münasibətindədir. Nikahları Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2014-cü il tarixdə rəsmləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü SəfxanovTogrul Piralı oglu anadan olmuşdur. Cavabdeh uşaqlarla birlikdə hazırda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evində yaşayırlar. 2022-ci ilin yanvar ayının 19-da həyat yoldaşı Cavabdeh Rəfail qızı ilə aralarında yaşayış səhəsində onun işiilə əlaqədar evə pasport qeydiyyatına düşmək üstündə ailədaxili mübahisələri yaranmış, mübahisəyə cavabdehin atası Rəfail Əkbərli evə gələrək müdaxilə etmiş, mübahisə zəmnində Rəfail Əkbərli ona xəsarət yetirmişdir. Aralarındakı mübahisə ilə əlaqədar tərəfindən DİN 102 xidmətinə müraciət olunmuş və Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində mübahisə ilə baglı ilkin araşdırma aparılmışdır. Mən həmin tarixdən iki gün sonra yaşadığı evə gələrkən evin giriş qapısının acarları dəyişdirilmişdir. Cavabdeh tərəfindən yaşayış evinə daxil olması məhdudlaşdırılmış, yaşayış sahəsindən qanuna müvafiq qaydada istifadə hüququ pozulmuşdur. Bununla da cavabdeh onun fərdi yaşayış evində olan faktiki sahiblik və istifadə hüququnu pozmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə ilə əlaqədar olaraq cavabdehə 25.012022-ci il tarixdə (fərdi yaşayış sahəsinə köçürülmə tələbi barədə) mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, cavabdeh təklifi qəbul etmiş və aralarında məhkəməyə qədər hec bir razılıq əldə olunmamışdır. xx.xx.2022-ci il tarixdə saat 13:40-a təyin edilmiş ilkin mediasiya sessiyasında o, iştirak etsə də Cavabdeh Rəfail bu barədə xəbərdar edilsədə mediasiya sessiyasında iştirak etməmişdir. İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, 2021-00434 saylı arayış verilmiş və tərəfindən mediasiyasessiyasının keçirilməsi ilə baglı xərc ödənilmişdir. Hesab edir ki, iddia tələbi təmin olunmaqla onun ünvan 3ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməlidir Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlə aralarında barışıq əldə olunması üçün cəhd etsə də, bu mümkün olmamışdır.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, o, cavabdeh və uşaqları ilə birlikdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin evi xx.xx.2020-ci ildə 40000 manat verməklə almışdır. Lakin həmin vaxt o, Rusiyada olduğundan ilkin alqı-satqı müqaviləsi cavabdehin adına bağlanmışdır. Anasının adına olan evi sataraq bu fərdi yaşayış evini almışlar. Evə görə ayrı-ayrı vaxtlarda 42000 manat və 12500 manat pul vermişdir. O, daha sonra evin təmiri üçün Rusiyadan əlavə pullar göndərmişdir. xx.xx.2022-ci il tarixdə aralarında yaranmış mübahisə nəticəsində qayınatası Rafail Ələkbərli ona xəsarət yetirərək onu evdən çıxarmışdır. Bundan sonra polisə şikayət etmişdir və bu barədə araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, davadalaşdan iki gün sonra evə qayıtdıqda qapının kilidinin dəyişdirildiyi müşahidə etmiş və bu səbəbdən evə daxil ola bilməmişdir. Hazırda yaşamağa yeri yoxdur.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, evə dair sadəcə ilkin alğı-satqı müqaviləsi bağlanmışdır. Ümumiyyətlə ev özbaşına tikilidir. Evə dair nə cavabdehin nə də ki, iddiaçının subyektiv hüququ yoxdur. İddiaya cavab verməli olan şəxs cavabdeh deyil. Həminin iddiaçı barəsində inzibati qaydada qəbul edilmiş qərar və tərəflər arasında məişət zorakılığı var. Tərəflər bir evdə yaşıya bilməzlər. Bununla bağlı səs yazılarını da məhkəməyə təqdim etmişlər. Odur ki, iddianın rədd edilməsini xahiş edir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, evə görə birgə nikah dövründə 40000 manat ödənilmişdir. İlkin alğı-satqı müqaviləsi gələcəkdə evə dair çıxarış almaq üçün bağlanmışdır. Ev özbaşına tikili olduğundan tərəflərin evə dair subyektiv hüquqları yoxdur. Evin pulu notarius vasitəsilə birgə nikah dövründə ödənilmişdir, lakin iddiaçının anasının pulu ilə alınıbalınmamasının mübahisəyə aidiyyəti yoxdur. Evin alınmasını, təmirini cavabdehin atası həyata keçirmişdir. Evi iddiaçı almayıb. Səs yazılarından da göründüyü kimi iddiaçının oraya köçürülməsi cavabdehin həyatı üçün təhlükəlidir. İddiaçı barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir.

7. Cavabdehin nümayəndəsi, vəkil 20 aprel 2022-ci il tarixində elektron qaydada iddia ərizəsinə etirazını məhkəməyə təqdim etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının həmin sahəyə köçürülməsinə maddi-hüquqi əsas və subyektiv hüququ yoxdur. İddiaçı iddia ərizəsində iddia edir ki, cavabdeh onun həmin sahəyə sahiblik və istifadə hüququnu pozur. Əvvəla iddiaçının həmin sahəyə sahiblik və istifadə hüququ yoxdur. İkincisi isə Binəqədi Rayon Polis İdarəsinin 43-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Süleyman Qəşəmlinin 29 yanvar 2022-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh döyməsi faktı öz təsdiqini tapmış, həmin ailə mübahisəli ailə kimi qeydiyyata alınmışdır. Bu faktlar isə audio və video yazılarla da, öz təsdiqini tapır. İddiaçı cavabdehin döydüyünə görə inzibati məsuliyyətə də, cəlb edilmişdir. İddiaçının həmin sahəyə köçürülməsi gələcəkdə daha böyük hadisə və faciələrə səbəb ola bilər. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 8-ci və 13-cü maddələrinə əsasən, məişət zorakılığının təkrarlanmaması və məişət zorakılığının qarşısının alınması, zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər, o cümlədən sosial xarakterli tədbirlər, qabaqlayıcı tədbirlər görmək dövlətin vəzifəsidir. Qeyd edilənləri də,nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 10 fevral 2022-ci il tarixində verilən AZ-İ seriyalı, 042747 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X15 arasında 11 oktyabr 2014-cü il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 oktyabr 2014-cü il tarixində 836 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə”Səfxanov”, arvada “Səfxanova” soyadı verilmişdir.

10. X16 əvəzinə X8 ilə Cavabdeh arasında bağlanan 01 oktyabr 2021-ci il tarixli ilkin alğı-satqı müqaviləsindən görünür ki, tərəflər xx.xx.2070-ci il tarixinədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 598 №-li qərarına əsasən “satıcı” X16 ona ayrılmış, Bakı şəhəri, Binqədi rayonu, Biləcəri Bələdiyyəsi ərazisində yerləşən fərdi yaşayış evini inşa etmək üçün ayrılmış, 180 kv.m torpaq sahəsindən, 120 kv.m torpaq sahəsinə və üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra 40000 manata alıcı Cavabdeh Rəfail qızına satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar.

11. Müqavilənin 3-cü bəndinə əsasən X3 torpaq sahəsini 40000 manat qiymətləndirir və gələcəkdə torpaq sahəsini həmin qiymətə satmağı öhdəsinə götürür. “Alıcı” Cavabdeh ilkin alğı-satqı müqaviləsini bağlayaraq, torpaq sahəsini gələcəkdə 40000 manata almağı öhdəsinə götürür. “Alıcı” Cavabdeh satış məbləğinin 40000 manatını notariusun depozit hesabı vasitəsilə satıcıya ödədi.

12. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 07 oktaybr 2005-ci il tarixli 548№-li qərarından görünür ki, vətəndaş X12 müraciəti nəzərə alınaraq, Biləcəri bələdiyyə üzvlərinin ümumi iclasının 12 saylı 07 oktyabr 2005-ci il tarixli protokoluna əsasən Biləcəri Bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin X13 ayrılması qərara alınmışdır.

13. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Süleyman Qəşəmli tərəfindən tərtib edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı və Cavabdeh Rəfail qızının ərizəsi əsasında toplanılmış əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı və X9 ailəsi münaqişəli ailə kimi qeydiyyata alınması barədə qərar qəbul edilmişdir

14. Binəqədi RPİ-nin 43-cü PB-nin s/i polis mayoru Zaur Orucov tərəfindən tərtib edilən 19 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı tərəfindən həyat yoldaşı Cavabdeh Rəfail qızına zərər yetirməsi səbəbindən AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

15. Həmin protokol əsasında 19 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş və İddiaçı AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 300 manat məbləğində cərimə edilmişdir.

16. 26 yanvar 2012-ci il tarixli, №15297 saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC Xırdalan qəsəbəsi, Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın, 27 blok, 3 saylı bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.m olan mənzili alıcı X1, alıcı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən mənzilin dəyəri tərəflərin razılığı ilə 19787,16 manat müəyyən edilir.

17. 03 iyun 2020-ci il tarixli aktdan görünür ki, X2 qəsəbəsi, Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın, 27 blok, 3 saylı bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.m olan mənzili X19 təhvil-təslimini həyata keçirmişdir.

18. "xxxx" ASC tərəfindən verilən 1231 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X17 Xırdalan qəsəbəsi, Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın, 27 blok, 3 saylı bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.m olan mənzilə görə heç bir borcu yoxdur.

19. Ev kitabının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh, tərəflərin birgə nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X14 qeydiyyatdadır.

20. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

21. İddiaçı ilə X15 arasında 11 oktyabr 2014-cü il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 oktyabr 2014-cü il tarixində 836 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Səfxanov”, arvada “Səfxanova” soyadı verilmişdir. Tərəflər arasında olan nikah hal-hazıradək pozulmamışdır.

22. İddiaçının köçürülmək istədiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq özbaşına tikilidir.

23. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X14 qeydiyyatdadır.

24. Mübahisəli fərdi yaşayış evi birgə nikah dövründə X16 əvəzinə X8 ilə Cavabdeh arasında bağlanan 01 oktyabr 2021-ci il tarixli ilkin alğı-satqı müqaviləsi ilə Cavabdeh tərəfindən 40000 manata alınmışdır.

25. İddiaçı mübahisələndirilən mənzildə yaşadığını, mənzilin dəyərinin anasının satılan məzilindən əldə edilən gəlirlə və özünü xarici ölkədə işləyib qazandığı vəsait hesabına alındığını, həmin mənzilə qeydiyyata düşmək istədikdə cavabdehlə münasibətlərinin pozulması səbəbindən evdən çıxarıldığını iddia edir,

26. Cavabdehin nümayəndəsi, vəkil isə evin iddiaçı tərəfindən alınmadığını, cavabdehin atasının vəsaiti ilə alındığını, həmçinin fərdi yaşayış evinin qanunsuz tikili olması səbəbindən iddiaçının həmin mənzilə hər hansı subyektiv hüququnun olmadığını bildirərək iddiaya etiraz edir.

27. Həmçinin tərəflərin münaqişəli ailə kimi polisdə qeydiyyatda olduqlarını, cavabdehin iddiaçı tərəfindən ailə münaqişəsi zəminində şiddətə məruz qaldığını, iddiaçının mənzilə köçürüləcəyi təqdirdə tərəflər arasındaki münasibətlərin daha da, kəskinləşəcəyini və bu səbəbdən iddianın təmin edilməməsini xahiş edir. Tətbiq edilən maddi hüquq normaları:

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

29. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

30. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

31. Həmin məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

32. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

33. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

35. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

36. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə:

37. - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

38. - ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

39. - Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

40. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

41. Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Məhkəmənin mövqeyi:

42. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

43. Bundan başqa hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

44. Məhkəmə işin müəyyən edilən halları baxımından o qənaətə gəlir ki, iddiaçının müvafiq tələblə hazırki cavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ mövcuddur və iddiaçının tələbinin əsasını sahibliyin qadağan olunmuş özbaşınalıqdan qorunması təşkil edir.

45. Belə ki, cavabdeh iddiaçının müvafiq subyektiv hüququ olmamasını və iddiaya cavab verməli olmayan şəxs olmasını onunla əsaslandırmağa çalışmışdır ki, ev özbaşına tikilidir və nə iddiaçının, nə də özünün mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur, həmçinin evin əldə edilməsi üçün vəsait onun atası tərəfindən verilmişdir.

46. Bununla bağlı qeyd edilməlidir ki, evin fiziki cəhətdən mövcud olması və cavabdehin mübahisəli evlə bağlılığı cavabdehin və tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının həmin evdə qeydiyyatda olmaları ilə öz təsdiqini tapır.(bax 19-cu bənd)

47. İddiaçının subyektiv hüququnun olması isə tərəflərin birgə nikahları dövründə evin əldə edilməsi üçün 40000 manat məbləğində vəsait verilməsi ilə təsdiq olunur. Belə ki, cavabdehin həmin evin onun atasının vəsaiti hesabına əldə edilməsi barədə etirazı, birgə nikah dövründə əldə edilən əmlakın ümumiliyi prezumpsiyasına əsasən əksini iddia edən şəxs tərəfindən sübut edilməlidir. Lakin cavabdeh tərəfdən bununla bağlı hər hansı sübut təqdim ediməmişdir.

48. Odur ki, birgə nikah dövründə əldə edilmiş əşyaya dair iddiaçının da cavabdehlə eyni həcmdə hüquqi gözləntisi, əşyadan istifadə etmək və sahiblik hüququ vardır.

49. Bundan başqa cavabdehin etirazının dəlillərindən biri isə tərəflərin münaqişəli ailə olması ilə bağlıdır. Bununla bağlı hər iki tərəf şiddət məzmunlu səs yazılarını məhkəməyə təqdim etmiş və eyni zamanda iddiaçının barəsində İXM-nin 157-ci maddəsinin tətbiq olunması üçün Polisin qərarı vardır.

50. Bu barədə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin münaqişəli ailə olması öz təsdiqini tapsa da, həmin fakt özlüyündə iddianı istisna edən hal olmamaqla mübahisənin hüquqi əsası ilə bağlı deyildir. Belə ki, mübahisənin hüquqi əsasını sahibliyin qadağan olunmuş özbaşınalıqdan qorunması təşkil edir. Yəni iddiaçı mənzilə köçürülmə tələbini irəli sürməklə faktiki olaraq birgə nikah dövründə əldə etdikləri əmlakdan onun istifadə etməsinə və onun əmlaka sahiblik etməsinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasına nail olmağa çalışır. Cavabdehin isə maneə törətməsi aşkardır.Bu baxımdan sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər, pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

51. Odur ki, cavabdehin hərəkətləri qadağan edilmiş özbaşınalıq kimi qiymətləndirilməli və iddiaçının mübahisəli evdən istifadə və sahiblik etməsinə törədilmiş maneənin aradan qaldırılması məqsədilə o, mübahisəli evə köçürülməlidir.

52. Eyni zamanda qeyd edilməlidir ki, tərəflərin münaqişəli ailə olması ilə əlaqədar şiddət ehtimalı isə mühafizə orderləri vasitəsilə həll olunmalı məsələdir. Cavabdehin bu barədə tədbir görülməsini tələb etmək hüququ vardır. Tətbiq edilən prosessual normalar:

53. Azərbaycan Respublikası Mülki-Proessual Məcələsinin:

54. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

58. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.

59. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar