Məhkəmə qərarları › İş №e-2(001)-2157/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2157/2024

10.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2157/2024 10.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs kimi Maraqlı şəxs cəlb edilməklə “doğumun və nikahın qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 xx.xx.1938-ci ildə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğulmasının qeyd edilmə faktının müəyyən edilməsi, doğum akt qeydində 25 avqust 1938-ci ildə doğulmasının qeyd edilməsi, adının, soyadının və ata adının X19 qeyd edilməsi, ata qrafasında X30,ana qrafasında isə X26 ıqeyd edilməsi barədə və onun xx.xx.1938-ci ildə Ermənistan SSR Amasiya rayonunda anadan olmuş X19 ilə nikahının 1969-cu ilin yanvar ayında Ermənistan SSR Amasiya rayonu Güllübulaq kənd sovetliyində qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1950-ci ildə Ermənistan SSR Amasiya rayonunda anadan olmuş, 1969-cu ilin yanvar ayında X19 ilə rəsmi nikaha girmişdir. Nikahları Ermənistan SSR Amasiya rayonu Güllübulaq kənd sovetliyində qeydiyyata alınmışdır. Birgə nikahlarından 5 övladı- xx.xx.1969-cu il təvəllüdlü X3, xx.xx.1970-ci il təvəllüdlü X15, xx.xx.1971-ci il təvəllüdlü X11, xx.xx.1973-cü təvəllüdlü X4, xx.xx.1977-ci il təvəllüdlü X16 və 1981-ci il təvəllüdlü X17 anadan olmuşdur. 1988-ci ildə ailəlikcə Ermənistandan qaçqın düşmüşlər və Bakı şəhərində məskunlaşmış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 8-ci sıra, 51 saylı fərdi yaşayış evində qeydiyyata düşməklə yaşamışlar. X5 xx.xx.2002-ci ildə Bakı şəhərində vəfat etmişdir. Qeyd edir ki, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.25023-cü il tarixli, **********15159 nömrəli Alqı-Satqı müqaviləsinə əsasən, "xxxx" ASC-nin Bakı şəhəri Nəsimi rayonu, R.Məmmədov 25 saylı küçəədə inşa etiyi yaşayış kompleksiin 1-ci bina, 1-ci mərtəbə, 1 nömrəli 2 otaqlı mənzilini oğlu X15 onun adına almışdır. İndi həmin mənzili oğlunun adına keçirmək istəyir. Lakin subaylıq haqqında arayış ala bilmədiyi üçün mənzili oğlumun adına keçirə bilmir. Subaylıq haqqında arayış ala bilməməyinin səbəbi, X5 ilə nikah haqqında şəhadətnaməni itirməsidir. Belə ki, X19 ilə nikahı 1969-cu ilin yanvar ayında Ermənistan SSR Amasiya rayonu Güllübulaq kənd sovetliyində qeydiyyata alınmışdır. Ancaq Ermənistandan qaçqın düşdükləri üçün nikah haqqında şəhadətnaməni əldə edə bilmirlər. Ona görə də, X19 ilə aralarında bağlanmış və 1969-cu ilin yanvar ayında Ermənistan SSR Amasiya rayonu Güllübulaq kənd sovetliyində qeydə alınmış nikah akt qeydi bərpa edilməlidir. Bundan başqa xx.xx.2002-ci ildə vəfat etmiş X7 ölümü haqqında akt qeydində və şəhadətnamədə onun adı “Kələndər” kimi qeyd edilmişdir. Halbuki, ərinin əsl adı “Qələndər”dır. Belə ki, övladlarının doğumu haqqında şəhadətnamələrdə, ərinin adı “Qələndər” kimi qeyd edilmişdir. Lakin hal-hazırda X5nun doğumu haqqında şəhadətnamə olmadığı üçün, onun ölümü haqqında şəhadətnamədə də düzəliş edilməsi mümkün deyildir. X5 xx.xx.1938-ci ildə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində anadan olmuşdur. X6, anası isə X20 olmuşdur. Hesab edir ki, xx.xx.1938-ci ildə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində anadan olmuş X5nun doğumu haqqında akt qeydi bərpa edilməlidir. O, X5nun doğumu haqqında şəhadətnamə və nikah haqqında şəhadətnamə almaq üçün Binəqədi rayonu Qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixli imtina məktubu verərək, ərizəsinin təmin edilməsindən imtina emişdir və məhkəməyə müraciət etməyi bildirmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, 1968-ci ilin əvəllərində el toyları olsa da, 18 yaşdan aşağı olduğundan, yəni 17 yaşı olduğu üçün nikahları rəsmiləşdirilməmişdir. Toyları təxminən yanvar ayında olmuşdur. Nikahları isə biraz gec rəsmiləşmişdir. Lakin tam dəqiq tarix yadında deyil. Birgə nikahlarından 1969cu ilin martın 8-də doğulan qızı İradəyə nikahda olmadığından onun soyadı verilmişdir. Nikahları 1969-cu ildə olsa da, hansı ayda olması dəqiq yadında deyil. Nikah haqında şəhadətnaməni Ermənistan Respublikasında almışlar. 1988-ci ildən isə Ermənistandan qaçqın düşmüşlər. Onun özünün doğum haqqında şəhadətnaməsi olmayıb. Lakin şəxsiyyət vəsiqəsi var, hətta qırmızı pasport deyilən sənədi olmuşdur.

4. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, ərizəçinin oğlu "xxxx" ASC-dən anasının adına mənzil almışdır. Hazırda ərizəçi mənzili oğlunun adına keçirtmək istəyir. Lakin bunun üçün ərizəçinin həyat yoldaşı ilə nikah haqqında şəhadətnaməsi və digər sənədlər tələb olunur. Ərizəçinin nikah haqqında şəhadətnaməsi yoxdur, eyni zamanda ərizəçinin mərhum ərinin adı da bir çox sənədlərdə səhv qeyd olunub. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Uşaqların doğum haqqında şəhadətnamələrində ərizəçinin ərinin adı Qələndar kimi yazılıb, lakin uşaqların şəxsiyyət vəsiqələrində isə Qələndər kimi qeyd olunub. Ərizəçinin toyu 1968-ci ildə olsa da, rəsmi nikah 1969-cu ildə olmuşdur.

5. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, Dünya onun bacısıdır. Doğum tarixi yadında deyil. X2r. Toyları 1968-ci ilin ya yanvar, ya da ki, fevral ayında olmuşdur. Nikah haqqında şəhadətnamələrini görməmişdir. Qələndərin X6, anası Qəmbərova Şamama olmuşdur.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadəsində bildirmişdir ki, ərizəçi Dünya əmisinin yoldaşıdır. Ona həm Qələndər, həm də Qələndar kimi səslənirdilər. Tərəflərin toyları qış vaxtı olub. Həmin ərəfədə 6 yaşı var idi. Əmisinin anasının adı Şamama Mamoş qızı, X6dur. Dünya xanımla əmisinin nikah haqqında şəhadətnaməsini görməmişdir. Anasının ona danışdıqlarından bildiyi qədər, tərəflər arasında nikah Dünyanın yaşı çatmadığından sonradan rəsmiləşdirilmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, Dünya xanım onun anasıdır. Özünə aid olan şəxiyyət vəsiqəsində ata adı Qələndar kimi qeyd edilib. Atası xx.xx.1938-ci ildə doğulmuşdur. Həmin günü ad günü kimi qeyd etmişlər. Ata və anasının nikah haqqında şəhadətnaməsi olub, lakin həmin sənədi gördüyü vaxt yadında deyil. Ata babasının adı Qəmbərov Musa, nənəsinin adı Qəmbərova Şamama olub.

9. Məhkəmə iclasında şahid qismində dindirilən Kenul Alıyeva ifadəsində bildirmişdir ki, ərizəçi Dünya onun anasıdır. Onun doğum haqqında şəhadətnaməsində atasının adı Qələndər kimi qeyd edilib. Atası xx.xx.1938-ci il tarixində doğulmuşdur. X45, nənəsi Qəmbərova Şamamadır. Atası və anası evlənsələr də, rəsmi nikahları 1 ya da 1,5 ilə rəsmiləşdirimişdir. Bacısının doğumunu qeyd edərkən, onun soyadını Məhərrəmova kimi qeyd ediblər. Atası həmişə buna əsəbləşmişdir. Özü Belarusiyadan Azərbaycana gəlmiş və 2005-ci ildən burada yaşayırlar. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Nümayəndə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilir: xx.xx.2024-cü il tarixli, 24/12-03 saylı sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.2002-ci ildə vəfat etmiş X9 adına Maraqlı şəxsndə xx.xx.2002-ci il tarixli 429 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. Akt qeydində vəfat etmiş şəxsin doğulduğu yer Ermənistan Güllübulaq kəndi, doğulduğu tarix xx.xx.1938-ci il olaraq qeyd edilmişdir .

11. Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X29 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən vəkil Nümayəndə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilir: sizin xx.xx.2024-cü il tarixli, 24/05-03 saylı sorğunuz Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində araşdırılmışdır. Sorğuda adı qeyd olunan X19 nümayəndəlikdə olan ev kitabına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzaə qəsəbəsi, sıra 8, ev 51 saylı fərdi yaşayış evinə xx.xx.1989-cu ildə daimi pasport qeydiyyatına alınıb, xx.xx.2002-ci ildə vəfat etmişdir. Əlavə olaraq bildiririk ki, mərhum – X7 nikahının tarixi barədə nümayəndəlikdə rəsmi məlumat mövcud deyil, lakin onun ailə tərkibi haqqında arayışı təqdim edirik.

12. Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X19, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 8 küçəsi, 51 saylı evdə daimi passport qeydiyyatında olub. Onun ailə tərkibi aşağıdakılardan ibarətdir: həyat yoldaşı 1950-ci il təvəllüdlü Ərizəçi Möysün qızı, qızı 1969-cu il təvəllüdlü X3, qızı 1971-ci il təvəllüdlü X11, qızı 1977-ci il təvəllüdlü X16, qızı 1973-cü il təvəllüdlü X4, oğlu 1981-ci il təvəllüdlü X10r. Arayışa əlavə edilən uçot vərəqələrindən isə görünür ki, Ərizəçi Möysün qızının doğum tarixi xx.xx.1950-ci il, ilk dəfə pasportu xx.xx.1977-ci ildə Ermənistan SSR tərəfindən verilmişdir. X7 doğum tarixi xx.xx.1938-ci il, ilk dəfə pasportu xx.xx.1977-ci ildə Ermənistan SSR tərəfindən verilmişdir. X1 doğum tarixi xx.xx.1969-cu ildir.

13. AZE seriyalı, 000***** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixində Ermənistan SSR, Amasiya rayonunda doğulmuşdur. Ailə vəziyyəti isə evlidir.

14. Maraqlı şəxs tərəfindən verilən 17 iyun 2023-cü il tarixli, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2002-ci il tarixində ölmüşdür.

15. П-СЛ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1977-ci il tarixdə doğulmuş, atası X23, anası Ərizəçidır.

16. 107342 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1971-ci il tarixdə doğulmuş, atası X23, anası Ərizəçidır.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli 3-16-5/7-13-219/24 saylı məktubunda göstərilir:Sizin Ərizəçi və X22 arasında bağlanmış nikah haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə daxil olmuş ərizənizə baxılmışdır. Ərizənizdə nikahın yerinizin "Ermənistan, Amasiya rayonu" qeyd olunduğunu bildirmisiniz. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki, itmiş sənədinizin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyinizdən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir.

18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli 3-16-5/7-13-218/24 saylı məktubunda göstərilir:

19. Ərizəçi ilə "xxxx" ASC arasında imzalanan xx.xx.2023-cü il tarixli **********15159 saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov 25 saylı küçədə yerləşən yaşayış kompleksində inşa olunan 1-ci bina, 1-ci mərtəbə, 1 №-li 2 otaqlı mənzil tikib və alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 142000 manat məbləğində vəsait təşkil edir.

20. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi tərəfindən məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(001)-2157/2024 saylı sorğusuna verilən cavab məktubunda göstərilir: Müraciətdə göstərilən xx.xx.1938-ci il təvəllüdlü Qəmbərov Kələndər (Qələndər, Qələndar, Kalandar) Musa oğlu şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

21. Ərizəçi xx.xx.1950-ci il tarixində Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. Bu fakt AZE seriyalı, 000***** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti ilə təsdiq olunur. O, "xxxx" ASC-dən aldığı mənzili oğlunun adına rəsmiləşdirmək istəsə də, bunun üçün faktiki olaraq nikahda olmadığını təsdiq edən sənəd tələb olunur. Ərizəçi isə həmin sənədi almaq üçün ilk öncə ərinin doğum faktının və həmin şəxslə nikahda olmasını faktının qeyd edilməsinə nail olmalıdır.

22. Ərizəçi ilə X7 Birgə münasibətlərindən 5 uşaqları olmuşdur. Ermənistan Respublikasından qaçqın kimi Azərbaycan Respublikasına gəldiklərindən nikah haqqında şəhadətnamələri orada qalmışdır. Hazırda ərizəçinin şəxsiyyət vəsiqəsində ailə vəziyyəti “evli” olaraq qeyd edilsə də, rəsmi nikah münasibətində olduğunu göstərən nikah haqqında şəhadətnaməsi mövcud deyil. Tərəflərin uşaqlarının doğum şəhadətnamələrində də atalığın müəyyən edilməsi də ərizəçinin həmin dövrdə nikahda olduqlarını dolayısı ilə təsdiq edir. Nikah haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etsələr də, müvafiq qeydlərin saxlanılmaması səbəbindən onlara şəhadətnamə verilməmişdir.

23. Bundan başqa ərizəçi iddia edir ki, mərhum ərinin adı müxtəlif sənədlərdə Qələndər, Qələndar, Kələndər kimi qeyd edilsə də, əslində adı X19 olmuş və xx.xx.1938ci il tarixində Ermənistan SSR Amasiya rayonunda doğulmuşdur. Bu mövqeyini isə uşaqlarının doğum haqqında şəhadətnamələri ilə əsaslandırır. Eyni zamanda şahidlər X7 atasının adının X30 olduğunu və anasının adının isə X20 olduğunu bildirmişlər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

25. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

26. 307.2.3-cü maddəsinə əsasən məhkəmədoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

27. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

28. 309.1-ci maddəsinə əasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

29. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

30. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ərarvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatın qaydası”–nın 3.22-ci bəndinə əsasən nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.

34. İşin hallarından göründüyü kimi ərizəçinin mərhum X5nun doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur. Bu faktı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilən məktub təsdiq edir. Belə ki qeyd olunan məktuba görə xx.xx.2002-ci ildə vəfat etmiş X9 doğulduğu yer Ermənistan Güllübulaq kəndi, doğulduğu tarix isə xx.xx.1938-ci ildir. Bundan başqa məhkəmə iclasında şahid qismində ifadə verən mərhumun uşaqlarının atalarının doğum tarixi, nənə və babalarının kimliyi barədə, verdikləri izahatlar ərizəçinin ərizəsinin əsaslı olması qənaətinə gəlməyə əsas verir.

35. Bundan əlavə şəxsin adınının müxtəlif sənədlərdə müxtəlif cür qeyd edilməsinin səbəbi də anlaşılandır. Belə ki, azərbaycan dili leksikonunda Kələntər, Kələndər, Qələndər, Qələndar kimi fərqli kişi adları mövcud olsa da, rus dilində adətən K hərfi Q kimi, Ə hərfi A kimi səsləndirilir. Təcrübədə də belə adların müxtəlif dönəmlərdə fərqli qeydiyyatının aparıldığı halları mövcuddur.

36. Bundan başqa ərizəçinin şəxsiyyət vəsiqəsində ailə vəziyyətinin evli qeyd edilməsini və şahidlərin ərizəçi ilə mərhumun rəsmi nikahlarının qeydə alınması barədə verdikləri ifadələr ərizənin həmin hissədə də əsaslı olması qənaətinə gəlməyə əsas verir. Belə ki, ərizəçinin doğum tarixi nəzərə alındıqda(xx.xx.1950-ci il), 18 yaşı 1968-ci ilin iyul ayında tamam olur. Toyun 1968-ci ilin qışında olması və həmin vaxt şəxsin yetkinlik yaşına çatmaması mübahisəsiz haldır. Digər tərəfdən də, ərizəçinin böyük qızı xx.xx.1969-cu il təvəllüdlü İradənin soyadının Məhərrəmova olduğu müəyyən edilir. Hansı ki, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Göründüyü kimi ərizəçi ilə mərhum Qəmbərov Qələndər arasında 1969-cu ilin mart ayına kimi rəsmi nikah olmamışdır. Sonra doğulan uşaqların soyadı isə atanın soyadı ilə qeyd edilmişdir. Odur ki, onlar arasında 1969-cu ildə nikahın qeydə alınmış olması mübahisə doğurmasa da, həmin ilin yanvar ayında nikahın qeydə alınmış olması inandırıcı deyildir. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, nikahın 1969-cu il tarixdə qeydə alınması faktı təsdiq olunmalıdır. Tətbiq edilən prosessual normalar:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

39. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

40. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

41. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəticə:

43. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X7 xx.xx.1938-ci il tarixdə Ermənistan Respublikasının, Amasiya rayonu, Güllübulaq kəndində doğumunun qeydə alınma faktı müəyyən edilməli, bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan SSR, Amasiya rayonu, Güllübulaq kəndi”, doğum tarixi qrafasında “xx.xx.1938-ci il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X30, milliyəti azərbaycanlı”, anası qrafasında “X20”, milliyyəti “azərbaycanlı” göstərilməli, xx.xx.1938-ci il təvəllüdlü X19 ilə xx.xx.1950-ci il təvəllüdlü Ərizəçi arasında 1969-cu ildə Ermənistan SSR, Amasiya rayonu, Güllübulaq kənd sovetliyində nikahın qeyd edilməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

44. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X7 xx.xx.1938-ci il tarixdə Ermənistan Respublikasının, Amasiya rayonu, Güllübulaq kəndində doğumunun qeydə alınma faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan SSR, Amasiya rayonu, Güllübulaq kəndi”, doğum tarixi qrafasında “xx.xx.1938-ci il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X30, milliyəti azərbaycanlı”, anası qrafasında “X20”, milliyyəti “azərbaycanlı” göstərilsin. xx.xx.1938-ci il təvəllüdlü X19 ilə xx.xx.1950-ci il təvəllüdlü Ərizəçi arasında 1969-cu il tarixdə Ermənistan SSR, Amasiya rayonu Güllübulaq kənd sovetliyində nikahın qeyd edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar