Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2186/2024 16.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliy Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının işə bərpa və mənəvi ziyanın ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Umaxanova ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyi arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 3-17-4/3-2-1959/2023 nömrəli əmrin ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iş yeri olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsinə bərpa edilməsi, mənəvi sarsıntılarına görə 20.000 manat mənəvi təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 1974-cü ildə Balakən rayonunda anadan olmuşdur. 1993- 1999-cu illərdə Azərbaycan Tibb Universitetinin müalicəprofilaktika fakültəsini, kardioloji ixtisasını bitirmişdir. 2000-2007-ci illərdə Balakən rayon mərkəzi xəstəxanası- polikilinka şöbəsində kardioloq kimi çalışmışdır. 2007-2015-ci illərdə həmin poliklinka şöbəsində hərbi-həkim komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. xx.xx.2015-ci ildən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinin 10 saylı TSEK-mn sədri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2020-ci ilə kimi həmin vəzifəni tutmuşdur. xx.xx.2020-ci ildən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının region üzrə (Oğuz, Şəki, Qax, Zaqatal, Balakən) sədri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixində yeni təyin olunmuş rəhbərliyin öz adamlarını yerləşdirmək niyyətinin qurbanı olaraq qanunsuz və əsassız olaraq əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bütün qanunsuzluqları qeyd'edir ki, məhkəmədə sübutlara qiymət vermək və ədalətli və qanuni qərar qəbul etmək üçün aydın olsun. Bildirir ki, xx.xx.2023-cü il tarixində Zaqatalada işdə olan zaman Agentliyin kadrlar söbəsinin əməkdaşı Xəyalı adlı şəxsdən zəng gəldi. Ona bildirildi ki, onun əməkdaş X26 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial və Reabilitasiya Xidmətinin 10 saylı TSEK-də tibb qeydiyyatçı kimi çalışırdı. O, işdən azad edildikdən sonra onun yerinə rəhbərlik X20 təyin etmişdir. O, da təbii ki, rəhbərliyin əmr və göstərişlərini həmişə icra etmiş məsul şəxs olmuşdur. Gülər xanım işə başladı və iş prosesində məlum oldu ki, yeni əməkdaş ümumiyyətlə kompüterdə işləmək nədir anlayışı yoxdur. Xahiş etdilər ki, digər əməkdaş Əliyeva Tangiz ona köməklik göstərsin və kompüteri öyrətsin. O, da köməklik göstərərək vətəndaş qəbulunu necə aparmağı, reabilitasiya vasitələrini qeydiyyatlarını neçə rəsmiləşdirməyi öyrədirdi. Gözlənilmədən xx.xx.2023-cü il tarixində Əliyeva Tangiz da əmək müqaviləsinə xitam verildi. Bundan sonra işləri çətinləşdi. Çünki yeni rəhbərliyin təyin etdiyi yaxın adamı Gülər xanım öz işinin icrasını təmin edə bilmədi. O, və komissiyanın digər üzvləri Gülərə imkan dairəsində köməklik göstərir və işi öyrədirdilər. Baxmayaraq ki, işləri çox ağır idi. Ətraf 5 rayona xidmət göstərirdilər. Gördülər ki, Gülər xanım sanki rəhbər kimi gəlib ümumiyyətlə iş öyrənmək niyyəti də yoxdur. Onun da iş yükünü özləri çəkməyə başladılar. Bir gün onlar Şəki rayonunda işdə olan zaman əvvəlki tibb bacısı işləmiş və işdən azad edilmiş Əliyeva Tangiz ona zəng vurdu ki, səxsi əşyalarının götürülməsi üçün icazə istədi. O, xanım 23 ildir ki, orada çalışırdı, müddətsiz 3 -cü qrup da əlildir. O, da dedi ki, öz şəxsi əşyalarındır əlbbətdə gedib götürə bilər. Çünki onun əmək müqaviləsinə xitam verilən zaman ağlaya-ağlaya getdiyi və bərk sarsıldığı üçün əşyalarını götürməmişdir. Onlar da iş yerinə qayıtmışdılar. Həmin vaxt da Əliyeva Tangiz oraya gəldi ki, əşyalarını götürsün. Həmin vaxt yeni işçi olan Gülər xanım ondan soruşdu ki, kompüterdə reabilitasiya xəstələri necə yönəltmək olur? Göndəriş hansı qaydada rəsmiləşdirirlir? Ondan soruşanda o, da etiraz etmədi, bildirdi ki, imkansa kompüterdə xahiş edirsə qaydasını izah elə hansı formada etməlidir.X46 xanımın yanına keçib başa saldı qaydanı. Təbii ki, burada heç bir pozuntu yoxdur, kompüter mühəndisi, təlimçisi və bu işləri yerinə yetirməyə məsləhətlər verirlər. Heç üstündən 10 dəqiqə keçməmiş Agentliyin daxili Nəzarət şöbəsinin müdiri Rahim Hüseynov ona zəng vuraraq dedi ki, o, Tangizi niyə orda işlədir? O, da cavabında əşyalarını götürməyə gəlib və Gülərin xahişi ilə qeydiyyatı başa salmaq üçün onun yanına keçib. Bu vaxt bildi ki, Gülərlə əlbir olaraq bütün işçiləri işdən xaric etməyi qarşılarına məqsəd qoyublar. Onu həmin gün Bakıya çağıraraq bu barədə izahat tələb etdilər ki, yazsın. O, da xx.xx.2023-cü il tarixində Bakıya gələrək necə olub izahat yazıb vermişdir. Onu xx.xx.2023-cü il tarixində məzuniyyətə göndərdilər. Məzuniyyəti 36 gün idi. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi. O, məzuniyyətdə olanda xx.xx.2023-cü il tarixində ona məktub gəldi ki, barəsində əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç ” bəndi ilə xitam verilməsi üçün məsələnin həmkarlar təşkilatının iclasına çıxarılıb. O, dərhal həmkarlar təşkilatının sədri Süleyman müəllimə yaxınlaşmış və demişdir ki, ona belə haqsızlıq etməsinin səbəbini soruşmuşdur. O, 06 oktyabr 2023-cü il tarixində o, Kadrlar şöbəsinə gedərək bildirdi ki, onunla işləmək istəmirlərsə o, öz ərizəsi ilə işdən çıxar. O Agentliyin müavini Rəşad Məhərrəmova yaxınlaşıb sözünü ona deməyini bildirmişdir. O, da ona yaxınlaşıb bütün baş vermişləri danışmış və xahiş etmişdir ki, ona qarşı qanunsuzluqlar etməsinlər, o öz ərizəsi ilə yazıb işdən çıxır, əgər rəhbərlik onunla işləmək istəmirsə o, heç bir irad bildirməyəcəkdir. O, da dedi ki, Agentliyin rəhbəri Anar Bayramova məruzə edib məlumat verəcəkdir. O, gözlədi o, getdi məruzəyə və qayıtdı ki, rəhbərlik razılıq verdi ki ərizə yazıb versin. O, ərizəni yazıb kadra vermiş və həmkarlar təşkilatının sədri Süleyman müəllimə bu barədə bildirmişdir. Daha sonra Rəşad Süleymanov tərəfindən ondan 06 oktyabra, 09 oktyabra və 11 oktyabara müxtəlif tarixlərə olmaqla üç ərizə alındı. O, bunun səbəbini soruşduqda o, bildirdi ki, onu maddə ilə yox öz ərizəsi ilə çıxaracaqlar. O, elə oradaca bir daha bildirdi ki, onu maddə ilə çıxarılmasına heç bir əsas yoxdur Onlarda bildirdilər ki, ona görədə ondan üç ərizə götürürlər. O, bildirdi ki, arxayın olun artıq həmkarlarda onun məsələ gündəmdən çıxarılacaq. Narahat olmasın. O, ərizəni kadra Rəşad Süleymanova yazıb vermişdir. Kamera görüntüləri yəqin ki, var. Artıq o, əmək məzuniyyəti bitdiyindən ərizə yazdığı üçün işə çıxmamışdır. Lakin xx.xx.2023-cü il tarixində kadrlar şöbəsinin rəisi Rəşad Süleymanov ona zəng vuraraq bildirdi ki, işə niyə çıxmır? O, da cavabında də demişdir ki, ona üç ərizə yazdırılıb və onun əmək müqaviləsinə xitam verməməsəsini soruşmuşdur. O, bildirdi ki, vermişlər. Rəşad xx.xx.2023-cu il tarixində ona zəng vurmuşdu. Dedi ki, xx.xx.2023-cü il tarixində gedin təhvil verin. O, iş yerinə gedəndə ona zəng vurdu ki, iş yerindəsən? Dedi gəlib təhvil verən kimə desin. Dedi ki, bu gün işə çıxdı çün onu AR ƏM-nin 70-ci maddəsinin “ç”bəndi ilə bu gün azad edirlər. Dedi ki, o, artıq xx.xx.2023-cü ildən ərizəsi ilə xahiş etmişdir ki, işdən azad olunsun. O, işə çıxmamışdır. Cavabdeh təşkilat onu aldadaraq guya iş yerində olduğu üçün qanunsuzluğa don geyindirmək məqsədilə onu aldadaraq işə çağırıb sonra isə deyirlər ki, onu işdən azad edirlər. Bir daha işə gəlməsin. O, də bildirdi ki, onlar ona qarşı haqsızlıq etdiyidən hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəkdir. O, məzuniyyəti bitdiyi tarixdən işə çıxmamış və ərizəni də kadrlara yazdığı kimi təqdim etmişdir. Rəhbərlik də razılıq verdiyi üçün ona qanunsuz və əsasız olaraq xx.xx.2023-cü il tarixində kadrlar şöbəsinin rəisi Rəşad Süleymanov təhvil vermək adı ilə iş yerinə çağırır, guya iş vaxtı onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir görüntüsü yaratmaq istəmişdir. İşçini məzuniyyətdə olduğu dövrdə işdən çıxarmaq cəza vermək qadağan olduğu üçün ona bu yolla guya qanuni qərar qəbul etdiklərini pərədləməyə çalışmışlar. Ona görə də pozulmuş hüquqlarının, uzun illər qüsursuz həkim fəliyyətini təmizə çıxarmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirmək istəyir ki, cənab nazir Sahil Babayev iyul 2023-cü il tarixində Zaqatala rayonunda vətəndaş qəbulu həyata keçirən zaman qəbuldan sonra cənab nazir şəxsən kollektiv və nazirliyin əməkdaşları yanında ona bildirdi ki, işlədiyi müddətdə işində heç bir pozuntuya, nöqsanlara yol vermədiyindən şəxsən ona təşəkkür etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya əməl etməklə məhkəməyə müraciət etmək hüququnun olmasını vəkili ona izah etdiyi üçün mediasiyaya müraciət etmişdir. Dəfələrlə cavabdeh tərəf iclasa dəvət edilsədə iclasa gəlmədilər. Bu barədə ona arayış verdilər. Mediasiya sesiyasının keçirilməsinin əsas məqsədi tərəflər arasında razılaşma əldə olunmasıdır. İş materiallarında görünür ki, cavabdeh əmək mübahisəsinin yaranmasından məlumatlı olmuş, kifayət qədər razılıq əldə edilməsi üçün müddət olmuşdur. Dəfələrlə telefonla əlaqə saxlanılmış və rəhbərliyin iştiraka icazə vermədiyini bildirmişlər. O, dəfələrlə əmrinin surətini istəsə də əmək kitabçası oğlu vasitəsilə göndərsələr də əmrin surətini verməkdəm imtina etdilər. Məcbur olub vəkillə müqavilə bağlamış və vəkilin əmrin surəti əldə etmək üçün Agentliyə xx.xx.2023-cü il tarixində rəsmi poçt vasitəsilə sorğu göndərdi. Ondan sonra vəkil sorğusuna poçt vasitəsilə xx.xx.2023-cü il tarixində cavab verilməklə əmrin surəti rəsmi qaydada göndərilmişdir. Onunla əmək müqaviləsinə qərəzli olaraq işdən xaric olmağıyla ərizə yazıldıqdan sonra işə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. onun barəsində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən maddədə qeyd olunan kobud pozuntuların, onun əməllərində mövcud olması kimi qərəzli əsassız arqumentlər əsas kimi hesab edilə bilməz, belə ki, bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmalıdır. O, qanunsuz olaraq işdən çıxarıldığından, bu ona pis təsir göstərmiş və mənəvi əzab və əziyyətlər keçirmişdir. Eyni zamanda o, qanunsuz işdən, maddə ilə çıxarıldığından o, başqa işlərə də düzələ bilmədiyindən maddi cəhətdən də sıxıntılar çəkir. Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və qənaətimizə görə əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır. Çünki işdən öz xahişi ilə ərizə yazdırılmış xx.xx.2023-cü il xx.xx.2023-cü il, xx.xx.2023- cü il tarixində əmək müqaviləsinə xitam verilsin. İşdən çıxmağıyla ilə bağl ərizəsini alsalar da qərəzli olaraq artıq işə çıxmadığını vaxtda həmkarlar təçkilatından rəy yazdırmışlar. Təbii anlayır ki, həmkarlar təşkilatı tapşırığı yerinə yetirib. Məhkəmədə İddiaçı və nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - "Agentlik") arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - “Məcəllə") 45 1-cı maddəsinə əsasən 06 08 2020-ci il tarixində əmək müqaviləsi bağlanmış və Agentliyin 10 saylı TSEK-mn sədri vəzifəsinə qəbul edilmişdir. İddiaçının öz iddiasında qeyd etdikləri qəbul etməyərək bildirmək istəyirlər ki, qeyd edilənlər heç bir sübuta əsaslanmayan ifadələrdir. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir İddiaçının qeyd etdiyi—" işdən oz xahişi ilə rəisə yazdırılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il tarixində əmək müqaviləsinə xitam verilsin işdən çıxmağı ilə bağlı müxtəlif tarixlərdə ərizəsini alsalar da qərəzli olaraq artıq işə çıxmadığını" Qeyd edilənlərə münasibət olaraq bildirmək istəyirlər ki, iddiaçının öz xahişi ilə bağlı işdən çıxması ilə bağlı heç bir ərizə alınmamışdır. Bundan əlavə iddiaçı qeyd edir ki, o, məzuniyyətdə olanda xx.xx.2023-cü ıl tarixində ona məktub gəldi ki, barəsində əmək müqaviləsinə AR ƏM-nin 70-cı maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün məsələnin həmkarlar təşkilatının iclasına çıxarılıb'. Cavab olaraq bildirmək istəyir ki, işçinin AR ƏM-nin 70~ci maddəsinin "c " bəndi ilə xitam verilməsinə əsas səbəb işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirəməsi olmuşdur. Həmçinin iddiaçı bildirir ki, o, məzuniyyəti bitdiyi tarixdən işə çıxmamış və ərizəni də kadrlara yazdığı kimi təqdim etmişdir'. Cavab olaraq qeyd etmək istəyir ki, İddiaçı iddiasında da qeyd etdiyi kimi, xx.xx.2023-cü il tarixdə bütün iş gunü işdə olmamışdır. Qeyd etdikləri isə guya öz xahişi ilə ərizə verməsi isə heç bir sübuta əsaslanmayan ifadələrdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tıbbı-Sosıal Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxılı nəzarət audit, monitorinq və təhlil departamentı tərəfindən mutəmadı olaraq Agentliyin struktur oolmələrı, strukturuna daxıl olan və tabelıyındəkı qurumların əməkdaşları tərəfindən daxili nizamintizam və etik davranış qaydalarına riayət olunması uzrə yoxlamalar aparılmaqdadır Yoxlamalar çərçivəsində Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının (bundan sonra - Komissiya) tibb bacısı X4 işdən çıxarılmasına baxmayaraq Komissiyanın sədri X28 tərəfindən əsassız olaraq işə çıxarıldığı, səlahiyyəti olmadığı halda T.Əliyeva tərəfindən vətəndaşlara xidmət göstərilməsinə şərait yaradıldığı və Komissiyanın digər əməkdaşına məxsus elektron imza kartı vasitəsi ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya altsistemlərinə daxil olmasına icazə verildiyi aşkar olunmuşdur. Qeyd olunan faktların əsaslılığının yoxlanılması məqsədi ilə X12 nəzarət, audit, monitorinq və təhlil departamentının daxılı nəzarət və audit şöbəsi tərəfindən xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Agentliyin 10 nömrəli Ərazi Tibbi- Sosial Ekspert Komissiyasının tibb bacısı vəzifəsində çalışan X15 ilə Agentliyin xx.xx.2023-cü il tarixli 3-17-4/3-2- 1587/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə uyğun olaraq onunla xx.xx.2020-ci ıl tarixində bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir Həmçinin araşdırma zamanı Komissiya tərəfindən qəbulu həyata keçirilmiş və xidmət göstərilmiş vətəndaşlar arasında təsadüfü üsülla seçilmiş 15 vətəndaşla mobil telefon vasitəsilə tərəflərindən əlaqə saxlanılmış və danışıq zamanı həmin şəxslərdən 7 nəfəri Komissiyaya müraciət etdikləri və orada onlara xidmət göstərən şəxsin T.Əliyeva olduğunu təsdiq etmişdirlər. Bundan başqa tərəflərindən Komissiyanın tibb qeydıyyatçısı X16 yazılı izahatı alınmışdır. G.Qafarova yazılı izahatında T.Əliyevanın işdən çıxarıldıqdan sonra bir neçə dəfə işə gəldiyi və vətəndaşlara xidmət göstərdiyini Komissiyanın sədri Ü.Dibırovanın Agentliyin rəhbərliyinə məlumat verdiyi düşündüyü üçün etiraz etmədiyini bildirmişdir. Qeyd olunan fakt üzrə Komissiyanın sədri İddiaçı xx.xx.2023ci il tarixdə Agentliyə dəvət olunaraq yazılı izahatı alınmışdır İddiaçı izahatında T.Əliyevanın onun icazəsi daxilində işə çıxdığını etiraf edərək, işdən çıxdıqdan sonra T.Əliyevanın onunla əlaqə saxlayaraq şəxsi əşyalarını götürmək uçun icazə istədiyini, danışıq zamanı vətəndaşların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Reabilitasiya" altsisteminə rezervasiya üçün müraciətlərinin həddindən çox olduğunu, G.Qafarovanın yeni əməkdaş olduğu üçün altsistemlər üzrə işləri tam bilmədiyi və şəxsi əşyalarını götürməyə gələrkən yeni əməkdaşa köməklik göstərməsini xahiş etdiyi və onunda qəbul etdiyi bildirmişdir. Bundan sonra T.Əliyevanın işə çıxdığı, həm yeni əməkdaşa altsistemlər üzrə işlərin öyrənilməsinə köməklik göstərdiyi həm də vətəndaşlara xidmət göstərdiyi bildirmişdir. Nəticədə Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılma zamanı həqiqətən də Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı tərəfindən X5 işdən çıxarılmasına baxmayaraq hüquqi əsas olmadan işə çıxarıldığı, T.Əliyeva tərəfindən vətəndaşlara xidmət göstərilməsinə şərait yaradıldığı və elektron imza kartı vasitəsi ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya altsistemlərinə daxil olmasına icazə verildiyi müəyyən edilmiş, qeyd olunan faktlar Ü.Dibırovanın yazılı izahatında etiraf edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a" “b” və “d” bəndləri, həmçinin 72-ci maddəsinin "e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulması müəyyən olunmuşdur. Xüsusilə bildirmək istəyir ki, Agentliyin xx.xx.2023-cü il tarixli 3-17-4/3-2- 1199/2023 nömrəli əmri ilə İddiaçı barəsində vəzifə öhdəliklərinin pozulması və əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərinə görə töhmət verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozulması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Dövlət Tibbi-Sosial Ekspertiza və X1'sinin 4.11.9-cu yarımbəndini rəhbər tutaraq Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı Ümaxanovnaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin 'b” bəndi ilə nəzərdə tutulmuş şiddətli töhmətin verilməsini, həmçinin onunla bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilməsini məqsədəmuvaftq hesab edilmişdir.Qeyd olunanları nəzərə alaraq, İddiaçı Umaxanaovanın işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X31 Xidməti qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə dindirilmiş şahid X17 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, o, uzun müddətdir ki, iddiaçı ilə birgə işləyib. Lakin xx.xx.2023-cü ildə onu işdən azad etmişdilər. Həmin hadisə gözlənilmədən olduğu üçün, həmin vaxt ona məxsus olan əşyaları işdən götürə bilməmişdir. Ona görə də, xx.xx.2023-cü il tarixdə, iddiaçının icazə ilə işə gəlib əşyalarını götürmüşdür. Həmin vaxtı onun yerində işləyən Gülər, ondan bəzi əməliyyatların başa salmağını xahiş etmiş və o, iddiaçının icazəsi ilə Gülərə kömək etmişdir. Məlumat üçün bildirir ki, onu işdən çıxardandan sonra, Gülər ona dəfələrlə işə gəlib ona kömək etməsi barədə watsappda yazmışdır. Məhkəmədə dindirilmiş şahid X18 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində sənədlərlə və vətəndaşlrın müraciətləri ilə şöbəsinin müdiri və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində ilk X3 sədri işləyir. 2023-cü ilin, oktyabr ayında X13 Umaxanovnanın məsələsini həmkarlar iclasında müzakirə edilməsi barədə məktub gəlmişdir. O, da iddiaçının evinə məktub göndərmiş və şəxsi telefonuna zənq edərək, xx.xx.2023-cü il tarixdə həmkarlar iclasında iştirak etmək üçün dəvət etmişdir. İddiaçı onun yanına xx.xx.2023-cü ildə gələrək, onu hansı səbəbə görə həmkarlar iclasına dəvət etmiş, o, da iddiaçıya məsələni izah edəndən sonra, iddiaçı öz iradəsi ilə işdən çıxması barədə ərizə yazmaq istədiyini bildirdi. İddiaçını kadrlar şöbəsinə göndərmiş və işdən azad edilməsi barədə ərizə həmin şöbəyə təqdim edilməsini bildirmişdir. Ondan sonra iddiaçını görməmişdir. Lakin iddiaçıdan ərizə daxil olmadığı üçün və xx.xx.2023-cü il tarixdə həmkarlar iclasına iştirak etmədiyi üçün, iclas onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1199/2023 saylı, “Əmr”in surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı və həmin komissiyada tibb bacısı vəzifəsində çalışan X8 vəzifə öhdəliklərinin pozulması və əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərinə görə töhmət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1199/2023 saylı, “Əmr”in surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı və həmin komissiyada tibb bacısı vəzifəsində çalışan X8 vəzifə öhdəliklərinin pozulması və əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərinə görə töhmət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1959/2023 saylı, “Əmr”in surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsində çalışan İddiaçı onunla 2020-ci il 06 avqust tarixində bağlanmış əmək müqaviləsinə 2023-cü il 10 oktyabr tarixdə xitam verilmişdir. İddiaçı son haqq hesabı və istifadə edilməmiş 5 (beş) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X14 Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli məkutubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X14 Komitəsinin üzvlərinin iştirakı müzakirə edilərək, təqdim edilən xidməti məktuba əsasən Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan xx.xx.2000-ci il tarixli, ******* saylı, “Əmək kitabçası”nın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1959/2023 saylı, “Əmr”lə X21 xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrini kobud şəkildə pozdudqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9 X3 protokolundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Tibbi-Sosial Ekspert Komissiyasının 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı Umaxanovanın öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmədiyinə görə əmək funksiyalarının icrasına buraxdığı nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və protokolun surəti aiddiyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X14 Komitəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 10 nömrəli ƏTSEK-nın sədri İddiaçı qanunsuz əməlləri barədə xx.xx.2023-cü il tarixli telefonqramın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin daxili nəzarət və audit şöbəsi aparıcı mütəxəssisi X34 01 sentyabr 2023-cü il tarixdə Agentliyə məxsus (012) *** ** ** nömrəli telefon vasitəsi ilə Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının (bundan sonra - Komissiya) tibb bacısı X5 işdən çıxarılmasına baxmayaraq Komissiyanın sədri İddiaçı tərəfindən əsassız olaraq işə çıxarıldığı, səlahiyyəti olmadığı halda T.Əliyeva tərəfindən vətəndaşlara xidmət göstərilməsinə şərait yaradıldığı və Komissiyanın digər əməkdaşına məxsus elektron imza kartı vasitəsi ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin altsistemlərinə daxil olmasına icazə verildiyinə dair faktların araşdırması məqsədilə Komissiya tərəfindən qəbulu həyata keçirilmiş və xidmət göstərilmiş vətəndaşlar arasında təsadüfi üsulla seçilmiş 7 vətəndaşla X29 (050) 710 61 99, X6 (055) 287-91-07, X10 (070) 737 43 17, X11 (055) 323 30 29, X19 (070) 737-43-17, X27 (055) 788 78 64, X7 (055) *** ** ** nömrələri ilə əlaqə saxlanılmış danışıq zamanı həmin şəxslər Komissiyaya müraciət etdiklərini və orada onlara xidmət göstərən şəxsin T.Əliyeva olduğunu təsdiq etmişlər. İş materiallarında olan 10 saylı TSEK-in tibb qeydiyyatçısı X30 izahatında bildirmişdir ki, Əliyeva Tangiz xanım işə bir neçə dəfə gəlib və vətəndaşlara xidmət göstərib. X48 xanımın ora gəlməyi haqqında sədr İddiaçı mərkəzə məlumat verdiyini düşündüm. Bu səbəbdən mərkəzə məlumat verməmişdir. İş materiallarında olab İddiaçı izahatından görünür ki, Əliyeva Tangiz axşam ona zəng edib, icazə istədi ki, gəlib əşyalarını götürsün. O, da ona icazə vermişdir. Onları götürməyə gələn zaman o, reabilitasiya göndərişlərinin yığılıb qaldığını, vətəndaşların narazılıq etdiyini bildirdi. Bu səbəbdən ona və ya Gülərə yazılma qaydasını göstərilməsini xahiş etmişdir. Vətəndaşı qəbulunun reabilitasiya vasitələrini yazmağı o, Gülərə tibb qeydiyyatçısına öyrətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1692/2023 saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasında sədr vəzifəsində çalışan X25 xx.xx.2022-xx.xx.2023-cü il iş üçün 36 təqvim günü (30 gün əsas, 6 gün əlavə) əmək məzuniyyəti verilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023cü il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi Vəkil Bakı 16 saylı Mediasiya Təşkilatının mediatoru X22 xx.xx.2023-cü il tarixdə saat 11:30-12:00-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X41 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə görə Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla ləğv edilməsi təsdiq olunmuşdur. Məhkəmə iddiaçının nümunəvi işçi olması barədə müddəalarına tənqidi yanaşaraq hesab edir ki, iddiaçının mülahizələri özünü müdafiə xarakteri daşımaqla əsassızdır və qəbul edilə bilməz. Belə ki, təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin "İntizam tənbehi haqqında" xx.xx.2023-cü il tarixli 3-17-4/3-2-1199/2023 nömrəli əmri ilə Agentliyin 0 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı Agentliyin daxili nizam-intizam qaydalarını və əmək funksiyalarını pozduğuna görə “töhmət” verilmişdir. Həmçinin, iddiaçı tərəfindən məhz əmək müqaviləsinə xitam verilməsinə razılığın verilməsi üçün İdarə rəhbərliyi tərəfindən ərizə alınması ilə bağlı da iddia tələbinin əsassızlığını sübut edir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbləri əsassızdır və rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürülmüş faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız olduğu üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə də zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının işə bərpa və mənəvi ziyanın ödənilməsi tələbinə» dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı.
Məhkəmə qərarları › İş №e-2(001)-2186/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2186/2024
16.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver