Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2207/2024 09.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasirı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş reyestr nömrəsi **********35-10301 olan çıxarışa əsasən Bakı şəhəri, M.Ə.Rəsulzdə qəsəbəsi, Zahid Qəmbərov: küçəsində yerləşən yeni qaydalarla AZ1054. Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 225 31D saylı fərdi yaşayış evinə aşağıdakı şəkildə mülkiyyət hüquqları tanınmışdır: X5 — 1/14 hissə; X8 — 1/14 hissə; X10 — 1/14 hissə; X2 — 1/14 hissə; İddiaçı — 20/28 hissə. xx.xx.2023-cü il tarixli AN-İ № ******* olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, X8, X10, X2 paylarına iddiaçıya satmışlar. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcılar - X8, X10 və X2 xx.xx.2023-cü il tarixədək qeydiyyatdan çıxacaqları barədə öhdəlik götürmüşlər. Azərbaycan Respublikəsı DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li, xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.1966-cı il təvəllüdlü Seyidova (Əliyeva) Zöhrə Çərkəz qızı və xx.xx.2010-cu il təvəllüdlü X10 iddiaçının mülkiyyətində olan: Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən (yeni qaydalarla AZ1054, Baki şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 225) 31D saylı ferdi yaşayış evində qeydiyyatdadırlar. Cavabdeh X8 və X11 formal şəkildə iddiaçıya məxsus evdə qeydiyyatdadırlar, Onların iddiaçıya məxsus evdə formal şəkildə olmaları iddiaçının mülkiyyət hüququmu pozur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.20210-cu il təvəllüdlü X6 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxdığını nəzərə alaraq, iddia tələbini azaltmış və Seyidova (Əliyeva) Zöhrə Çərkəz qızının iddiaçının mülkiyyətində olan Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən (yeni qaydalarla AZ1054, ünvan 1 31D saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununda uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasirı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş reyestr nömrəsi **********35-10301 olan çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarla AZ1054. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aşağıdakı şəkildə mülkiyyət hüquqları tanınmışdır:
1. X8 — 1/14 hissə;
2. X10 — 1/14 hissə;
3. X2 — 1/14 hissə;
4. İddiaçı — 20/28 hissə;
5. X5 — 1/14 hissə. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN-İ № ******* olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8, X10, X2 paylarını iddiaçıya satmış; alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən X8 xx.xx.2023-cü il tarixədək qeydiyyatdan çıxacaqları barədə öhdəlik götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikəsı Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, şəxs yaşayış yerini dəyişdikdə ... başqa ölkədə yaşayış yeri seçdikdə ... yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə ... müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh Seyidova (Əliyeva) Zöhrə Çərkəz qızının ünvan 2 (yeni qaydalarla AZ1054. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı mülkiyyətində olan hissəsinə münasibətdə istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Seyidova (Əliyeva) Zöhrə Çərkəz qızının ünvan 2 (yeni qaydalarla AZ1054. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı mülkiyyətində olan hissəsinə münasibətdə istifadə hüququna xitam verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh Seyidova (Əliyeva) Zöhrə Çərkəz qızından tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar Nəbizadə