Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-224/2024 18.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2022ci il tarixdə reyestrdə 4Ə-196 nömrəsi ilə qeyd olunmaqla təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Bakı şəhəri ünvan 5, 82 saylı (yeni qaydalarla: AZ 1106, ünvan 2 mənzili 124000 manata İddiaçı satmış və mənzilin satış qiyməti notariusun bankda olan depozit hesabı vasitəsi ilə iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İddiaçının mənzilə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və mənzil hazırda onun mülkiyyətindədir. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən cavabdeh xx.xx.2022-ci il tarixədək daşınmaz əmlakı iddiaçının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, mənzili iddiaçının sahibliyinə verməmiş, hüquqi əsası olmadan mənzildə yaşamaqla ondan qanunsuz istifadə etməklə, iddiaçının mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirməsinə maneələr yaradır. Ona görə də, Cavabdeh Bakı şəhəri ünvan 5, 82 saylı (yeni qaydalarla: AZ 1106, ünvan 2 ümumi sahəsi 145 m2 olan mənzilindən əşyaları ilə birlikdə çıxarılmasına, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsinə, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Dadaşova Səbı̇ nə Məzahı̇ r qızının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh öz mülkiyyətində olan mənzili iddiaçıya satmış, iddiaçının mülkiyyət hüquqları DƏDRX-də qeydə alınmışdır. Cavabdeh müqaviləyə əsasən 3 ay müddətinə mənzili tərk etməyi öhdəsinə götürmüş, lakin bu günə kimi mənzili tərk etmək öhdəliyini icra etməmişdir. Mənzilin qiyməti müəyyən edilərkən binanının problemli olması, müqavilənin pandemiya dövründə bağlanması nəzərə alınmışdır. Mənzil alınarkən mənzilə alıcı tərəfindən baxış keçirilməsi, alqı-satqıdan sonra alıcının mülkiyyət hüquqlarının qeydiyyata alınması tərəflər arasında alqı-saqı müqaviləsindən irəli gələn münasibətlərin olmasını təsdiq edir. Cavabdehin təqdim etdiyi səs yazıları tam deyil, aparılmış danışıqların bir hissəsi çıxarılmışdır. Tərəflər arasında borc münasibətləri olmamışdır. Cavabdeh mənzili 3 ay müddətində boşaltmağı öhdəsinə götürsə də, 3 ayın tamamında müxtəlif bəhanələrlə mənzili boşaltmamışdır. Sonda cavabdeh iddiaçıya mənzildə uzun müddət yaşadığından mənzili özündə saxlamaq istəməsini, mənzili geri almaq istəməsini demişdir. İddiaçı da mənzili cavabdehə satmağa razı olmasını demişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında iddiaçı Dadaşova Səbı̇ nə Məzahı̇ r qızı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, həyat yoldaşı ona uyğun qiymətə ev olmasını demiş, bundan sonra onlar notariat ofisinə getmiş, ilk dəfə o, Yaşarı və Yaşarın həyat yoldaşını notariat ofisində görmüş, aralarında alqı-satqı müqaviləsindən başqa danışıqlar, hər hansı bir şərt olmamış, mənzili onlar 73000 ABŞ dollarına almış, cavabdehin problemləri olduğundan, qaynanası xəstə olduğundan, daha sonra qaynanası vəfat etdiyindən, qızı nişanlı olduğundan onlar mənzildən çıxaması üçün cavabdehə vaxt vermiş, cavabdeh evdən çıxmadığı üçün cavabdehlə onun həyat yoldaşı danışıqlar aparmışdır. Cavabdeh Arı̇ f oğlunun vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi qaldırması qanunsuz və əsassızdır, əsl tərəf deyil, belə ki, Cavabdeh İddiaçı həyat yoldaşı X5 73000 ABŞ dolları (124 000 manat) pulu hər ay 5 faiz ödəmək şərti ilə borc almış, X3 Cavadova pulu verərəkən onunla Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, ev 4V mənzil 82 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 145 kv.m olan mənzili həyat yoldaşı İddiaçı müvəqqəti olaraq pulu qaytarana qədər adına keçirilməsini bildirmişdir. Bu barədə X6 həyat yoldaşı İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2022-ci ildə reyestrdə 4Ə-196 № ilə qeyd olunmaqla təsdiq edilmiş alqı-satqı müqavilə bağlanmışdır. Onların razılığına əsasən Cavabdeh 73 000 ABŞ dollar pula qarşı hər ay 5 % olmaqla qaytarmalı idi. X10 ayrı-ayrı şəxslərə faizə pul verən şəxs kimi tanınır. Cavabdeh İddiaçı həyat yoldaşı X8 2022-ci ilin iyun ayında 7 000 manat faiz olaraq vermişdir. Cavabdeh pul yatırdığı sahədə işləri alınmadığına görə aralarında razılaşdıqları vaxtda aldığı məbləği X8 qaytara bilməmişdir. Aralarında bir neçə dəfə pulun qaytarılması barədə danışıqlar olmuş, Yaşar X1 pulun qaytarılması üçün vaxt istəmiş, lakin X3 Cavadova pulun qaytarılması barədə əlavə vaxt verməmiş və Cavabdeh yaşadığı mənzil X6 həyat yoldaşının adına olduğundan, həmin mənzilin boşaldılması iddiası ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2022-ci ildə reyestrdə 4Ə196 № ilə qeyd olunmaqla təsdiq edilmiş alqı-satqı müqavilə əsl niyyəti ifadə etmir və ona görə də iddia ərizəsinə əsaslı etirazımızını bildirir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında Cavabdeh Arı̇ f oğlunun vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, tərəflər arasında yaxın münasibətlər olmuş, Yaşarın dediyinə görə o, əvvəllər də, iddiaçı tərəfdən pul almışdır. İddiaçıya mənzil lazım deyil, cavabdehdən pulunu istəyir. Tərəflər arasında səs yazıları var. Yaşar götürdüyü borcdan 7000 manat qaytarmışdır. Əslində tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Borcun təminatı olaraq girov müqaviləsi bağlanmışdır. Cavabdeh etiraf edir ki, iddiaçı tərəfə borcu vardır. Cavabdeh iddiaçının yoldaşından 127000 manat borc pul götürmüş, borc verənin təklifi ilə cavabdeh mənzilini iddiaçının adına keçirib, tərəflər arasında mübahisə faizlərlə bağlı yaranıb. İddiaçının yoldaşı cavabdehdən 200000 manat tələb edir. Cavabdeh 200000 manatı ödəməyə gücü çatmadığını bildirir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi borc müqaviləsini pərdələmək üçün bağlanan müqavilədir. Cavabdeh 150000 manat verməyə razıdır, iddiaçının yoldaşı isə 200000 manat tələb edir. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında Cavabdeh Arı̇ f oğlu iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, əvvəllər o, İlkindən borc almamış, mənzili girov kimi satmışdır, 300000 manatlıq evi heç kim 124000 manata satmaz. O, 3%-lə pul axtarmış, İlkin ona aya 5% -lə borc vermiş, mənzili öz adına keçirməli olmasını demişdir. Mənzil girov qoyulanda mənzilin dəyərinin yarısı qədər borc verildiyindən, bankdan kredit almaq üçün uzun müddət vaxt tələb olunduğundan o, 124000 manatın əvəzində mənzilini girov qoymuş, müqavilə bağlanarkən notariusa 3-4 aydan sonra mənzili öz adına keçirərkən yenidən vergi ödəməli olmasını soruşmuş, notarius yox cavabını vermişdir. Mənzilini o, 2014-cü ildə 200000 ABŞ dollarına almışdır. Ona bir iş adamı evi girov qoymasını demiş, o, notariat kontorunda 3 aydan 6 ayadək evi girov qoymaq barədə İlkinlə razılaşmış, İlkin ipoteka müqaviləsi deyil, alqı-satqı müqaviləsi bağlamağa razılaşmış, razılığa əsasən o, 3 aydan 6 ayadək 5% ödəməli idi. Borcla bağlı danışıqları o, İlkinlə aparmış, İlkini İlham adlı dostlarına görə tanımışdır. İlkin müqavilə bağlanmazdan 5-10 gün əvvəl ona faizə pul verən şəxs kimi təqdim olunmuşdur. Lakin iş uzanmış, İlkin faizə faiz verəcəyini ona demiş, ondan 233000 manat tələb etmişdir. İlkindən aldığı pulu o, nəzarətçi olduğu inşaat işinə xərcləmişdir. İlkinin səs yazılarını 5-6 ay əvvəl yazmışdır. Aldığı pulu qaytarmaq istədiyindən o, İlkinə ziyana düşdüyünü, 20000- 30000 manat artıq olmaqla aldığı pulu qaytaracağını bildirib, məhkəmyə müraciət etməmələrini demişdir. Cavabdeh Arı̇ f oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh Arı̇ f oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh Arı̇ f oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2.Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 398.1.Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 648.1. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri ünvan 5 mənzil 82 (yeni qaydalarla: AZ 1106, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 145 m2 olan mənzilə dair Cavabdeh mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmaqla Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu E.A.İmanlı tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri ünvan 5 mənzil 82 (yeni qaydalarla: AZ 1106, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 145 m2 olan mənzilini alıcıya 124100 manata satmışdır. Müqavilənin 11-ci bəndindən müəyyən olunur ki, satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2022-ci il tarixədək alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Satıcı Cavabdeh ilə alıcı İddiaçı ünvan 3 ünvanladıqları xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, onlar Cavabdeh məxsus olan Bakı şəhəri ünvan 5 mənzil 82 (yeni qaydalarla: AZ 1106, ünvan 2 ünvanda yerləşən mənzili 124100 manata satılması barədə razılığa gəldiklərini bildirib, alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariusun depozit hesabına qəbul edilməsini, satıcı həmin məbləğin müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra depozit hesab vasitəsi ilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah edilməsini xahiş etmişdir. Muğanbank ASC-nin xx.xx.2022-ci il tarixli 50 saylı mədaxil orderinin surətindən müəyyən olunur ki, İddiaçı X-358 saylı xx.xx.2022-ci il tarixli məktuba əsasən, alqı-satqı müqaviləsi üzrə 124100 manatı notarius İmanlı Elgünün depozit hesabına köçürmüşdür. X4 Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu E.A.İmanlı tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh məxsus olan Bakı şəhəri ünvan 5 mənzil 82 (yeni qaydalarla: AZ 1106, ünvan 2 ünvanda yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri ünvan 5 mənzil 82 (yeni qaydalarla: AZ 1106, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 145 m2 olan mənzilə dair İddiaçı mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Binəqədi RPİ-in 7-ci PB-in X8 ünvanladığı xx.xx.2023-cü il tarixli 46-4/2-D-4284 saylı məktubundan müəyyən olunur ki, İ.T.Dadaşova xx.xx.2023-cü il tarixli müraciətinə əsasən, mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Rec-İnvest MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 5 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 300 000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6732 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən 2022-ci ilin fevral ayında Mərkəzdə mənzillərin qiymətləndirilməsinə dair tədqiqat aparılmadığını, həmin ilə dair mənzillərin qiymətlərinə dair baza məlumatlarının Mərkəzdə mövcud olmadığını nəzərə alaraq Bakı şəhəri ünvan 5, 82 saylı (yeni qaydalarla: AZ 1106, ünvan 2 mənzilin 2022-ci ilin fevral ayı üçün bazar dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri ünvan 5, 82 saylı (yeni qaydalarla: AZ 1106, ünvan 2 mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 232000 manat məbləğində müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, o, ixtisas üzrə ingilis dili müəllimidir. Əlavə olaraq ev alqı-satqısı ilə məşğuldur, faizə borc verməklə məşğul deyildir. Aldığı mənzilin 2022-ci ilin fevral ayı üçün bir aya, bir ay yarıma satılması üçün 150000- 155000 manat qiyməti olardı. 2022-ci ilin fevralın 10-da dostu İlham ona zəng vurub ucuz ev düşməsini, almaq istəyirsə gəlməsini demişdir. Bundan sonra o, Yaşar ilə görüşüb tanış olmuş, evə baxmağı təklif etmiş, Yaşar evdə qonaqların olmasını, axşam evin videosunu çəkib ona göndərəcəyini demiş, həmin axşam evin videosunu ona göndərmişdir. Səhəri gün o, gedib mənzilə baxaraq mənzili almaq qərarına gəlmişdir. Həmin vaxt o, Yaşardan başqa mənzilinin olub-olmamasını soruşmuş, Yaşar ona Asimanın arxasında villasının olmasını demişdir. Şənbə günü, ayın 12-də onlar notariusa getmiş, Yaşarın dediyi 73000 ABŞ dollarını, yəni 124100 manatı kassaya ödəmiş və müqavilə bağlanmışdır. Yaşar pulu götürüb getmişdir. Müqavilə bağlanarkən Yaşar ondan qızının nişanlı olmasını, qaynanasının xəstə olmasını deyib 3 aylıq vaxt istəmiş, o, mənzili boşaltması üçün may ayına kimi Yaşara vaxt vermişdir. Sonra Yaşar ona işlərinin yaxşı getmədiyini, ona vaxt verməyi demiş, bundan sonra aralarında narazıçılıq yaranmışdır. Yaşar ona mənzilə görə artıq pul verəcəyini, V.Hacıyevlə problemləri olmasını, görülən işlərə görə onlara 3 000 000 manat veriləcəyini demişdir. Daha sonra ona Yaşarın villasını iki il əvvəl satması məlum olmuş və o, şübhələnmişdir. Yaşar ona V.Hacıyevin məhkəməsindən sonra pul alacağını, ona əlavə pul verəcəyini desə də, məhkəmə işi qurtarsada nəticəsi olmamışdır. Mənzili alarkən o, mənzili satıb pul qazanıb, oğlunun təhsil haqqını ödəmək istəməsini Yaşara demişdir. O, mənzili alanda vasitəçilərdən maraqlanaraq mənzilin 150000 manata satıla biləcəyini öyrənmişdir. Ona görə pul qazanmaq üçün mənzili 124000 manata almışdır. Yaşar mənzildən çıxmadığı üçün aralarında mübahisə yaranmış, Yaşar mənzildən çıxacağını desə də, əməliyyat olunmasını, sonra qaynanasının ölməsini deyib mənzildən çıxamamışdır. O, əvvəl polisə şikayət etmiş, daha sonra şikayətini geri götürmüşdür. O, Yaşardan mənzildən çıxmasını tələb etmiş, Yaşar mənzili ona satmasını, ona əlavə pul verəcəyini təklif etmiş, may ayında o, Yaşara evi onsuzda 170000-180000 manata satacağını demişdir. May ayının 11-də Yaşara zəng edib mənzili 150000 manata satmasını demiş, lakin Yaşar pulu vermədiyindən o, məhkəməyə müraciət etmişdir. Yaşar ona məhkəməyə müraciət edəcəyi halda 3-5 il vaxt çəkəcəyini demişdir. O, həmişə Yaşara mənzili özünün dediyi qiymətə satacadığını demiş, İngiltərədə universitetə qəbul olunan oğlunun hesabına pul qoymalı olduğunu, nəyə imkanı varsa ona verməsini, mənzili 170000-180000 manata satacağını, əgər iş uzanacaqsa 150000 manata mənzili almasını demişdir. Yaşar ona 7000 manat pul verməmişdir. Yaşarın qaynansı xəstə olduğundan, qızı nişanlı olduğundan, mənzili Yaşardan ucuz aldığından, Yaşar ona pul veriləcəyini, arvadının ağlayaraq mənzildən çıxmaq istəmədiyini dediyindən o, Yaşara vaxt vermişdir. Övladının təhsil alması üçün pul tapa bilmədiyini, buna görə Yaşara pulu hissə-hissə 10000, 20000, 30000 manat verməsini demiş, mənzili Yaşara satmasını demiş, Yaşar bunu da etməmişdir. May ayının 11-də aparılan səs yazısında o, Yaşara mənzili ona 150000 manata satmasını demiş, Yaşar ona üstündə pul verəcəyini də demişdir. O, Yaşarla borc müqaviləsi bağlamamış, faiz almamış, Yaşardan mənzil almışdır. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında onun 9-cu mikrorayonda olan kafesinə qohumu Rüstəmlə sonuncunun dostu İlkin gəlmiş və o, İlkinlə həmin vaxt tanış olmuşdur. Yaşarı isə o, İlkindən əvvəl tanıyır. İlkinin pandemiya vaxtı işi düz getmədiyindən, o İlkinə kənd təsərrüfatı ilə məşğul olmağı təklif etmiş, onlar birlikdə sahəyə baxdıqdan sonra İlkin həmin işləri bacarmayacağını, ev olsaydı alıb üstünə də pul qoyub sata biləcəyini demişdir. Yaşar onun qaynı ilə bir yerdə işləmiş, İmişlidə bina tikmişlər. O, Saatlı rayonunda olan özünə məxsus torpaq sahəsinə gedərkən İmişliyə də getmiş, həmin vaxt Yaşarla tanış olmuşdur. Yaşarla onun qaynı İmişlidə İcra Hakimiyyətinin binasını tikərkən ona zəng edib onlara pul lazım olduğunu, onlara pul tapmasını, yaxın günlərdə onlara 3 000 000 manat pul veriləcəyini demiş, o pula haradan tapa biləcəyini onlardan soruşmuşdur. Həmin vaxt Yaşar mənzilini satmasını demişdir. Bundan sonra o, İlkinin ev almaq istədiyini demişdir. İlkinə zəng edərkən İlkin ona mikrorayonda deyil, şəhərdə, mərkəzdə ev istəməsini bildirmişdir. O, İlkinin dedikləri barədə Yaşara desə də, Yaşar bir neçə dəfə ona zəng edib İlkini mənzili almasına razı salmasını xahiş etmiş, o, da İlkindən Yaşara kömək etməsini xahiş etmişdir. Bundan sonra İlkin razılaşmış, mənzilin axırıncı mərtəbədə yerləşməsini bildikdən sonra İlkin yenidən mənzili istəmədiyini demişdir. Yaşar ona təcili pul lazım olmasını dediyindən, o, İlkinə mənzili alıb sonra satmasını demişdir. Bundan sonra o, İlkini Yaşarı restoranda görüşdürmüş, onlar oturub söhbət edib razılaşmışlar. Səhəri gün Rüstəm, İlkin və Yaşar gedib evə baxmış, bundan sonra İlkin onun yanına gəlib maklerlə maraqlanmış, maklerlərdən mənzilin neçəyə satılmasının mümkün olmasını soruşmuş, makler binanın problemli olmasını, mənzilin axırıncı mərtəbədə yerləşməsini bu səbəbdən mənzilin 150000 manata satmağın mümkün olmasını demişdir. Bundan sonra İlkin mənzili almışdır. Yaşar ondan İlkindən mənzildən çıxması üçün ona vaxt verməsini xahiş etmiş, o da İlkinə Yaşara mənzildən çıxması üçün vaxt verməsini xahiş etmiş, İlkin Yaşara 3 ay vaxt vermişdir. Yaşarla İlkin arasında alqı-satqı müqaviləsindən başqa danışıq olmamış, İlkin mənzil alıb-satmaqla məşğul olduğundan Yaşar ona mənzili 150 000 manata özünə satmasını demiş, İlkin də onunla razılaşmışdır. Daha sonra İlkin 140000 manata razılaşmış, Yaşar isə İlkini pul gələcək deyə aldatmışdır. İlkinlə Yaşar arasında borc söhbəti olmamış, o, İlkini faizə borc verən kimi tanımır, bu barədə eşitməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, satıcı Cavabdeh ilə alıcı İddiaçı ünvan 3 xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək Cavabdeh məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, 4V saylı evin 82 saylı mənzilinin (yeni qaydalarla: AZ 1106, ünvan 2 124100 manata alqı-satqısı barədə razılığa gəldiklərini bildirib, alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilməsi üçün razılaşdıqları məbləğin notariusun depozit hesabına qəbul edilməsini xahiş etmiş, bundan sonra alıcı notariusun Muğanbank ASC-də olan depozit hesabına alqı-satqı müqaviləsi üzrə tərəflərin razılaşdıqları 124100 manatı köçürmüş, daha sonra satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə 4V saylı evin 82 saylı mənzilinə dair (yeni qaydalarla: AZ 1106, ünvan 2 xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanaraq Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu E.A.İmanlı tərəfindən təsdiq olunmuş, müqaviləyə əsasən, satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2022-ci il tarixədək alıcıya təhvil verməyi öhdəsinə götürmüş, müqavilə bağlanarkən satıcının arvadı X7 mənzilin satılmasına öz razılığını bildirmiş, satıcı-cavabdeh mənzili alıcı-iddiaçıya müqavilədə müəyyən olunan müddətdə boşaldaraq təhvil vermək öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, ... qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələblərinə qarşı etirazını bildirən cavabdeh iddiaçı ilə bağladığı alqı-satqı müqaviləsinin pərdələnmiş əqd olmasını, əslində iddiaçının ərindən faizlə borc almasını, sonuncunun təklifi ilə borc və ipoteka müqavilələri deyil, alqı-satqı müqaviləsi bağlanmasını, mənzilin o vaxtkı bazar dəyəri 300000 manat olduğundan mənzilin 124100 manata satılmasının inandırıcı olmamasını, həmin məbləğin borc olaraq verilməsinin X2 yazıları ilə təsdiq olunmasını bildirsə də, məhkəmə araşdırması zamanı cavabdehin etirazında istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; -əqdin subyektiv tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. Müqavilənin öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 01 dekabr tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Məhkəmə araşdırması zamanı dindirilən şahid X9 ifadəsi ilə müəyyən olunmuşdur ki, tərəflər mənzilin alqı-satqı müqaviləsinin bağlanmasına dair danışıqlar apararaq razılığa gəlmiş, iddiaçı tərəf mənzilin mərkəzdə yerləşməməsi, binanın problemli olması, mənzilin 13-cü mərtəbədə yerləşməsi səbəbindən əvvəl mənzili almaq istəməmiş, Yaşarın İlhamdan, İlhamın isə İlkindən xahiş etməsi nəticəsində alqı-satqı baş tutmuş, mənzildən çıxmaq istəməyən Yaşar İlkinə mənzili ona satmasını təklif etmiş, İlkin razılaşsa da, Yaşar yenidən sözünə əməl etməmişdir. Məhkəmə araşdırması zamanı dindirilən şahid X6 ifadəsi ilə müəyyən olunmuşdur ki, İ.T.Dadaşov Cavabdeh borc verməmiş, müqavilə bağlanarkən tərəflərin hər hansı bir əqdi pərdələmək niyyətləri olmamış, iddiaçı aldığı daşınmaz əmlakın dəyərini cavabdehə ödəmiş, cavabdeh isə satdığı daşınmaz əmlakı iddiaçıya təhvil verməmiş, bundan sonra İlkinlə Yaşar arasında mənzilin Yaşara satılması barədə danışıqlar aparılmışdır. Məhkəmə qeyd edir ki, hazırki halda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək üçün bağlanması (yalan əqd) halları öz təsdiqini tapmır. Belə ki, mənzilin qiyməti müqavilə azadlığı şəraitində tərəflərin iradəsinə uyğun qaydada müəyyən edilmiş, iddiaçı tərəfindən depozitə qoyulmuş məbləğ cavabdeh tərəfindən götürülmüşdür. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qəraranda qeyd olunmuşdur ki, mənzilin hansı qiymətə satılıbalınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alqı-satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. Alqı-satqı zamanı cavabdehin həyat yoldaşının da bu müqavilənin bağlanmasına etiraz etməməsi, cavabdeh tərəfindən iddiaçının depozitə ödədiyi pulun götürülməsindən sonra alqı-satqının həyata keçirilməsi halları bir daha onu təsdiq edir ki, aparılmış alqısatqı müqaviləsi müqavilə azadlığı şəraitində tərəflərin həqiqi iradələrinə uyğun olaraq aparıldığından, alqı-satqının etibarsızlığı üçün əsas yaranmamışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq olunan səs yazılarına münasibət bildirib qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin pandemiya dövründə, binanın 13-cü mərtəbəsində yerləşən mənzilini təcili satmaq istəməsi, iddiaçı tərəfin isə aldığı mənzili sonradan sataraq qazanc əldə etmək niyyətinin olması müəyyən olunduğundan, iddiaçının bu niyyətinin olmasını bilən, müqavilə öhdəliyini icra edərək mənzili boşaltmayan, mənzili iddiaçıdan almaq qərarına gələn Cavabdeh ilə mənzili öz istədiyi qiymətə cavabdehə satmaq istəyən iddiaçının əri X10 arasında müqavilə bağlandıqdan sonra aparılan danışıqlar, tərəflərin müqavilə bağlananadək mövcud olmuş iradə ifadələrini müəyyən edə biləcək mötəbər, təkzib olunmaz sübut növü olaraq qiymətləndirilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə tədqiqatı zamanı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarlı əqd olması, cavabdehin bu əqd üzrə öhdəliyini icra edərək satdığı mənzili boşaldaraq iddiaçıya təhvil verməməsi öz təsdiqini tapdığından iddia ərizəsi tam həcmdə təmin edilməli, iddia tələbləri təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, ünvan 2 ümumi sahəsi 145 m2 olan mənzilindən əşyaları ilə birlikdə çıxarılsın. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, ünvan 2 ümumi sahəsi 145 m2 olan mənzili boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh dövlət rüsumuna görə 100 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-224/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-224/2024
18.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver