Məhkəmə qərarları › İş №e-2(001)-2256/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2256/2024

16.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2256/2024 16.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə haqqın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu dəfə isə tələbini dəqiqləşdirməklə, məhkəmədən onunla ilə bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrin etibarsız sayılması, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməklə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-2834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv olunması, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı işə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə rəsmi qaydada əmək kitabçası açılmaqla Respublika X10 işə qəbul olunmuşdur. xx.xx.2015-ci il tarixli 25 nömrəli əmr əsasında Mərkəzin Tibbi Sosial Reabilitasiya şöbəsinə 0,5 ştat vahidi növbətçi tibb bacısı vəzifəsinə götürülmüşdür. Özü 1-ci qrup əlildir və əlillik müddətsiz olaraq təyin edilmiş, hərəkət məhdudiyyəti var. xx.xx.2018-ci il tarixdə 145 nömrəli əmr əsasında Respublika X10 1,0 ştat vahidi sanitar qadın vəzifəsinə keçirilmişdir. Həmin müəssisənin xx.xx.2020-ci il tarixli **********4 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edir ki, həmin əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Respublika Reabilitasiya Mərkəzinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiq edilmişdir. Elə həmin ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli müvafiq əmri ilə Agentliyin Respublika Reabilitasiya Mərkəzinin Orta və kiçik tibb heyətində stasionar üzrə sanitar qadın vəzifəsinə işə təyin edilmişdir. Lakin heç bir halda ona əmək müqaviləsi təqdim edilməmişdir. 2015-ci ildən eyni müəssisədə işlədiyi üçün müqaviləsinin daimi olmasını bilmişdir. Rəhbərliyin göstərişinə əsasən əlilliklə bağlı hərəkət məhdudiyyəti nəzərə alınaraq faktiki olaraq qeydiyyatçı vəzifəsi ona həvalə edilmişdir. İşlədiyi müddətdə barəsində heç bir intizam tənbeh tədbiri olmamış, müəssisənin nizam və intizam qaydalarına riayət etmişdir. Gözləmədiyi halda 2023-cü ilin dekabr ayında ona xəbərdarlıq məktubu təqdim edilmiş və imzalamağı tələb olunmuşdur. Həmin xəbərdarlıqda 2023-cü il 25 dekabr tarixində əmək müqaviləsinin müddətinin bitdiyi, onunla növbəti dəfə əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmadığından Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2023-cü il 25 dekabr tarixində müddətli əmək müqaviləsinə xitam veriləcəyi və əmək kitabçasını Agentlikdən təhvil almağının zəruri olduğu qeyd olunmuşdur. Həqiqətən onlar əmək müqaviləsinə xitam vermişlər. Beləliklə, xx.xx.2023-cü il tarixli 3-17-4/3-2- 2834/2023 nömrəli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəddəsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmri qanunsuz hesab edir. Özünün 1-ci qrup əlil olması və 5 ildən artıq həmin müəssisədə işləməsinə baxmayaraq onunla müqaviləyə guya müddətin qurtarması əsası ilə xitam verilməsi qanunsuz və əsassızdır. Ümumiyyətlə, cavabdehin və onun səlahiyyətli şəxsləri tərəfindən onun əmək hüquqlarım kobud şəkildə pozulmuşdur. Həmçinin, hesab edir ki, işdən azad olunması əsassız olmuşdur. Məcburi olaraq işindən uzaqlaşdırılmışdır. Cavbadeh tərəfindən əmək qanunvericliyinin bir sıra normaları kobud şəkildə pozulmuşdur. Müqavilənin müddəti barəsində, onun müddətli bağlanması ilə bağlı heç bir məlumatı olmamışdır.

3. İddia tələbinin dəqiqləşdirilməsi barəsində ərizəsini onunla əsaslandırır: cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə yazılı etirazda qeyd olunmuşdur ki, “İddiaçı xx.xx.2015-ci il tarixdə Respublika X11 işə qəbul olunmuş və öz ərizəsi ilə xx.xx.2020-ci il tarixdə işdən azad edilmiş, 23 gün sonra xx.xx.2020-ci ildə müddətli əmək müqaviləsi əsasında Respublika Reabilitasiya Mərkəzinə (keçmiş adı Respublika X11) işə qəbul edilmişdir.” Etirazda digər bir dəlil kimi iddiaçının arada 23 gün fasilə olduğu üçün eyni müəssisədə 5 il fasiləsiz işləmədiyi qeyd olunmuşdur. Həmin etirazla bağlı dəlillərimizi məhkəmənin xx.xx.2024- cü il tarixdə keçirilən iclasında ərizə ilə təqdim etmişik. İşin məhkəmədə baxılmasına hazırlanması mərhələsində iddiaçının xx.xx.2020-ci il tarixdə guya işdən azad edilməsi barədə əmrin hansı şəraitdə hansı əsasla verilməsi suallar doğurmuş, iddiaçının həmin əmr barədə qeydi bu yaxınlarda əmək kitabçasında gördüyü aydın olmuş, iddiaçının 2020-ci ilin sentyabr ayında iş yerində, əmək fəaliyyəti davam etdirdiyi halda işəgötürənin hansı məqsədlə belə bir saxta əmr tərtib etdiyindən iddiaçının ümumiyyətlə xəbərinin olmadığı, guya iddiaçının özünün işdən azad olunması barədə könüllü verdiyi ərizəsinin olduğu cavabdeh tərəfindən bildirilsə də, bununla bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. İddiaçının bildirdiyinə görə 2020-ci ilin sentyabr ayında ona həmin əmrin çıxarılması barədə məlumat verilməmiş,heç bir halda hər hansı son haqq-hesab aparılmamış, əmək kitabçasının təqdim edilməsi baş verməmişdir. Təsadufi deyil ki, həmin əmr barədə qeyd əmək kitabçasında cavabdeh - Prezidentin xx.xx.2019-cu il tarixli 912 nömrəli fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisi kimi yaradılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin möhürü ilə təsdiq edilmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və X1 təsdiq edilmiş, həmin fərmanda müvafiq icra hakimiyyəti orqanların bir sıra tapşırıqlar və vəzifələr həvalə edilmişdir. Həmin Fərmanın 7.5-cı bəndində Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsi vəzifələri qeyd olunmuşdur. Bir daha məhkəmənin diqqətinə çatdırırıq ki, cavabdehin qeyd etdiyi fasilə cavabdeh qurumun yaradılması ilə bağlı Prezidentin fərmanı icrası ilə bağlı təşkilati-struktur dəyişikliyindən irəli gəlmiş, iddiaçının barəsində fərqli tarixlərdə müvafiq əmrlərin verilməsi köhnə və hüquqi varis olan işəgötürənlərin səlahiyyətində olmuş, iddiaçı həmin dövrdə sıravi işçi kimi gündəlik işinə gedib gəlmişdir. Buna görə də rəsmiləşmədə hansısa fasilənin yaranmasında işçinin heç bir təqsiri yoxdur, məsuliyyəti işəgötürən daşıyır. xx.xx.2020-ci il tarixdə verilmiş əmrin etibarsız olduğu aşkar görünür. Həmin əmrdən iddiaçının indiyə kimi məlumatlı olmaması da açıq-aşkardır. Buna görə də, hesab edirik ki, işəgötürənin qeyd olunan tarixli əmri etibarsız hesab edilməlidir. Oxşar işlə bağlı Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-4262/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə qərarı halhazırki işə baxılarkən hesab edirik ki, nəzərə alınmalıdır. Həmin qərardan vacib məqamları diqqətinizə çatdırırıq: “Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Ona görə də ƏM-nin 47-ci maddəsinin f) bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına (o cümlədən, müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) ƏM-nin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən müddətsiz olması mübahisə olunmur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Fondun nizamnaməsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilərkən bu barədə nazirin razılığı alınmalı olması, cavabdeh orqan belə bir razılığa dair sənəd təqdim edə bilməməsi və onların təqdim etdiyi sənəddə nazir tərəfindən sadəcə “baxılsın” vizası qoyulmaqla sənədin elektron imza ilə təsdiq edilməməsinə dair dəlilinə qiymət verərək qeyd edib ki, apellyatorun istinad etdiyi sənəddə nazirin elektron imza ilə təsdiqi müəyyən edilmişdir (səh.58-arxa hissəsi). Lakin buna baxmayaraq məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin mövcud işlər üzrə məhkəmə təcrübəsinə əsaslanaraq və yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edib ki, hazırki işin faktiki halları baxımından hər bir halda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi Lakin iddiaçı müddətli müqavilə bağlanarkən təsirə məruz qaldığını bildirmişdir və apelyasiya instansiyası məhkəməsi iddiaçının dəlili əsasında işin hallarını təhlil edərək bildirmişdir ki, «qarşılıqlı razılıq» qanunun tələbinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıqaydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, cavabdeh tərəf iddiaçının xx.xx.2020-ci il tarixinə öz istəyi ilə işdən çıxmasını və 23 gün fasilədən sonra yenidən işə düzəlməsi ilə bağlı dəlilinə münasibəti ondan ibarətdir ki, Təhminə xanım tərəfindən ümumiyyətlə işdən çıxmaqla bağlı ərizə yazılmayıb. Xanım davamlı olaraq işinə edib-gəlib. İşdən çıxmaq barədə düşüncəsi olmayıb. Cavabdehin iddiaçını sözügedən əmrlə tanış etməsi iş materialları ilə öz təsdiqini tapmır. Yeganə təqdim etdikləri əmrin son vərəqi yoxdu. Onun da titul vərəqində müəssisənin köhnə adı qeyd olunub. Hansı ki, əmək kitabçasına istinad edərək iddia edir ki, işdən çıxma əmri, hansı ki, onun etibarsızlığını mübahisələndirirlər, həmin əmr yeni yaradılmış X14n möhürü ilə təsdiq edilib. Əmrin son vərəqi olmadığından sözügedən şübhəli məqamı aydınlaşdırmaq mümkün olmur. Təhminə xanım 2015-ci ildən həmin müəssisədə işləmişdir. Hesab edir ki, onun müqaviləsi artıq müddətsiz xarakter daşımışdır. Publik Hüquqi şəxs yaradıldıqdan sonra isə iddia etdiklərinə görə müqavilələr 3 aylıq müddətli formada bağlanmışdır. Vahid məhkəmə təcrübəsinə istinad etməklə qeyd edir ki, oxşar münasibətlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, işçinin işdən çıxması və qısa müddətdən sonra yenidən əmək müqaviləsi bağlamağa razı olması ağlabatan deyil. Burdan açıq-aşkar görünür ki, işçiyə təzyiq olunmuşdur. Təhminə xanım işdən çıxma barədə hər-hansı ərizə xatırlamır. Cavabdeh tərəf əksini iddia etsə də, sübut təqdim edə bilmir. Bundan başqa xanım əmək fəaliyyətinəd bir gün olsun fasilə olmamışdır. Yeganə olaraq, əlillərlə bağlı məzuniyyət günlərində məzuniyyət götürüb. Hətta əlilliyinə görə hərəkət imkanı məhdud olduğundan hər gün saat 06:00 da yuxudan durub, işə hazırlaşan məsuliyyətli işçi olmuşdur. İddiaçının reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxs statusu yoxdur. Cavabdeh tərəfin təqdim etdikləri tabel cədvəlləri özləri tərəfindən tərtib edildiyindən, müdaxiləsiz olması şübhəlidir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2015-ci ildən rəsmi qaydada Respublika Əlillərinin Bərpa Mərkəzində tibb bacısı vəzifəsinə qəbul olunsa da, həmin ildən etibarən Respublika Əlillərinin Bərpa Mərkəzində qeydiyyatçı vəzifəsində işləmişdir. Daha sonra 2018-ci ildə Respublika Əlillərinin Bərpa Mərkəzində sanitar qadın vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci ildə tutduğum vəzifədən azad edilmiş, xx.xx.2020-ci ildə isə sanitar qadın vəzifəsinə təyin edilmişdir. Ona, rəhbərliyin göstərişinə əsasən əlilliklə bağlı hərəkət məhdudiyyəti nəzərə alınmaqla faktiki olaraq qeydiyyatçı vəzifəsi həvalə edilmişdir. İşlədiyi müddətdə barəmdə heç bir intizam tədbiri olmamışdır. Lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin müddəti heç bir əsas gətirilmədən uzadılmamışdır. Ö, 5 ildən artıq işlədiyi üçün hesab edir ki, əsassız yerə əmək müqaviləsinə xitam verilmişdir. Mən 2015-ci ildən işdən azad edilən müddətdə faktiki olaraq qeydiyyatçı vəzifəsində işləmişdir. Əmək haqqı 684 manat olmuşdur. Respublika Əlillərinin Bərpa Mərkəzi təxminən 2 il olar ki, Publik hüquqi şəxsə çevrilib. Ona əmək müqaviləsinə xitam verilməsi haqqında əmr təqdim olunmamış, yalnız xx.xx.2023-cü il tarixdə əmək kitabçası verilmişdir.

6. İddiaçının cavabdehin etirazına yazılı münasibəti: 1) İddiaçının xx.xx.2020-ci il tarixdə işdən azad olunduqdan sonra xx.xx.2020-ci il tarixdə onun Agentliyin Respublika Reabilitasiya Mərkəzinə eyni vəzifəyə təyin edilməsi ilə bağlı arada 23 gün fasilə yaranmasının əmək müqaviləsinin müddətsiz hesab edilməməsi ilə bağlı cavabdehin dəlili ilə bağlı: İlk növbədə məhkəmənin diqqətinə çatdırırıq ki, cavabdehin qeyd etdiyi fasilə cavabdeh qurumun yaradılması ilə bağlı Prezidentin fərmanı icrası ilə bağlı təşkilati-struktur dəyişikliyindən irəli gəlmiş, iddiaçının barəsində fərqli tarixlərdə müvafiq əmrlərin verilməsi köhnə və hüquqi varis olan işəgötürənlərin səlahiyyətində olmuş, iddiaçı həmin dövrdə sıravi işçi kimi gündəlik işinə gedib gəlmişdir. Buna görə də rəsmiləşmədə hansısa fasilənin yaranmasında işçinin heç bir təqsiri yoxdur, məsuliyyəti işəgötürən daşıyır. İddiaçı işlədiyi müddətdə həmişə iş yerində olmuş, 42 günlük məzuniyyət dövrü xaricində həmişə işə çıxmış, heç vaxt işdən çıxmaq fikri olmamışdır. Həmin işə Nazirliyə birinci qrup əlilliyi olan şəxs kimi müraciəti əsasında qəbul olunmuş, işini sevmiş, onun fiziki və psixi sağlamlığı üçün işi çox vacib olduğu halda guya onun özünün işdən çıxmaq barədə ərizə verməsi uydurmadır, heç bir məntiqi və faktiki əsası yoxdur. İddiaçının xəbərinin olmadığı elə bir saxta ərizəni cavabdeh məhkəməyə belə təqdim etməmişdir. Cavabdehin guya onun öz istəyi ilə xx.xx.2020-ci il tarixdə işdən azad olunmağı ağ yalandır və həqiqəti əks etdirmir. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli əmrlərin verilməsi işəgötürənin təşəbbüsü ilə qurumun hüquqi varisinin müəyyən edilməsi və prezidentin müvafiq fərmanlarının icrası ilə bağlı olmuşdur. Əmrlərin tarixləri həmin prosesin əyani sübutudur. Xüsusilə diqqətinizə çatdırırıq ki, Prezidentin xx.xx.2019-cu il tarixli 912 nömrəli fərmanı əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X14nin yaradılması qərara aılnmışdır. Həmin Fərmanın 7-ci bəndində birbaşa olaraq göstərilmişdir ki, “Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər. “ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Dövlət Tibbi- Sosial Ekspertiza və X1 təsdiq edilmiş, həmin fərmanda müvafiq icra hakimiyyəti orqanların bir sıra tapşırıqlar və vəzifələr həvalə edilmişdir. Həmin Fərmanın 7.6-cı bəndində Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin, Dövlət Məşğulluq Xidmətinin tabeliyindəki peşə hazırlığı mərkəzlərinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki dövlət reabilitasiya müəssisələrinin əsasında, müvafiq olaraq, Sosial Xidmətlər Agentliyinin, X5 və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsini təmin edilməsi, 6.1-ci bəndində bu Fərmanın 7.6-cı bəndinə əsasən “Sosial xidmətlər haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulan sosial xidmət müəssisələrinin və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət reabilitasiya müəssisələrinin nümunəvi nizamnamələrini, onların xüsusiyyətləri nəzərə alınmaqla, üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi; 7.5-ci bəndində Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsi vəzifələri qeyd olunmuşdur. Müvafiq tapşırıqların icrası üçün 2-3 ay müddətlər müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının barəsində fərqli tarixlərdə müvafiq əmrlərin verilməsi köhnə və hüquqi varis olan işəgötürənlərin səlahiyyətində olmuş, iddiaçı həmin dövrdə sıravi işçi kimi gündəlik işinə gedib gəlmişdir. Buna görə də rəsmiləşmədə hansısa fasilənin yaranmasında işçinin heç bir təqsiri yoxdur, məsuliyyəti işəgötürən daşıyır. 2) Cavabdeh tərəfindən əmək müqaviləsinin müddətli bağlanılması və etirazda özlərinin də qeyd etdiyi kimi 12 dəfə hər dəfə 3 ay olmaqla müddətin uzadılması və son 1 ildə müvafiq dəyişikliklərin ƏMAS-da qeydiyytaının aparılmaması ümumiyyətlə açıq-aşkar qanunvericiliyin birbaşa və kobud pozuntusudur. Özüdə belə pozuntulara vətəndaşların əmək hüquqları və məşğulluğunun təminatı ilə məşğul olan Nazirliyin müvafiq agentliyinin yol verilməsi təəssüf və ikrah hissi doğurur. Bu məsələlər barəsində mərkəzi icra hakimiyyət orqanları təcili tədbirlər görülməlidir. İddiaçının rəsmi qaydada təyin olunduğu və faktiki işlədiyi vəzifə (burda da bir haşiyəyə çıxaq ki, işçiyə sanitar qadın vəzifəsinin funksiyaları deyil, qeydiyyatçı kargüzarlıq işini aparan işçinin funksiyaları həvalə edilmişdir, bu faktın ayrıca araşdırılmasına ehtiyac vardır, məhkəməyə təqdim edilmiş əmək müqaviləsinin işçinin əmək funksiyası ilə bağlı 3-cü bəndində göstərilən vəzifələri hərəkət məhdudiyyəti olan əlil arbasında olan şəxsin etməsi qeyrimümkündür, işçini düzgün vəzifəyə təyin etməməklə də işəgötürən əmək qanunvericiliyinin kobud pozuntusuna yol vermişdir) və onun funksiyaları daimi xarekter daşımasına baxmayaraq Agentlik əmək qanunvericiliyini pozaraq işçi ilə əmək müqaviləsini müddətli bağlanılmasına nail olaraq özü də 36 ay ərzində 12 dəfə uzatması ağlabatan və əsaslı deyil. Halbuki, Əmək məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Bu hallardan heç biri iddiaçıya münasibətdə mövcud deyil. Çox güman ki, cavabdeh həmin maddənin “f” bəndinə istinad edərək belə bir müqavilənin bağlanıldığına istinad edə bilərəm. Sual olunur İddiaçı kimi iş tapmaqda çətinlik çəkən sosial cəhətdən zəif əlil bir şəxs əmək müqaviləsinin daimi deyil müddətli bağlanılmasında necə maraqlı ola bilər?! Bu mümkün və ağlabatan deyil. Həmin bənddə qeyd olunan tərəflərin bərabərliyi və qarşılıqlı razılıq məsələsi hal-hazırki mübahisə tərəflərinə münasibətdə mövcud deyil və heç vaxt da mövcud olmamışdır. Cavabdehin inzibati orqan olması, işçinin əlilliyi olan şəxs olması hər şeydən xəbər verir. 3) Cavabdehin etiraz ərizəsində Əmək Məcəlləsinin “f” bəndinin şərhi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinad edilmişdir. Cavabdeh də bilməlidir ki, həmin qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Həmin qərarın nəticə hissəsində xüsusilə qeyd olunmuşdur ki, məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Həmin qərarda göstərilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Həmin qərarın əsaslandırıcı hissəsində həm də göstərilmişdir ki, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. Cavabdehin məhkəməy təqdim etdiyi əmək müqaviləsində iddiaçı ilə hansı səbəbə görə əmək müqaviləsininmüddətli bağlanılması göstərilməmişdir. 4) Hesab edir ki, işə baxılarkən Əmək qanunveriliyinin və əlilliyi olan şəxslərin hüquqları ilə bağlı aşağıdakı hüquq normaları xüsusilə nəzərə alınmalıdır. Çünki iddiaçı əlilliyi olan şəxs kimi işdə saxlanılmalı onunla əmək müqaviləsinə belə asanlıqla xitam verməklə işdən uzaqlaşdırmaq onun hüquqlarının təminatını heçə endirir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Göstərilənlərə əsasən cavabdehin etirazında göstərilən dəlilləri qanunsuz və əsassız olduğu nəzərə alınmaqla və Əmək Məcəlləsinin 45-ci, 16-cı, 79-cu maddələri və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli müvafiq qərarı rəhbər tutulmaqla iddiaçının haqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ilə əmək müqaviləsinin xitamından sonra yenidən əmək müqaviləsi bağlanmasına qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Belə ki, şəxs işdən çıxdıqdan sonra yenidən əvvəlki işinə geri dönmək istəyərsə onunla əvvəlki şərtlərlə müqavilə bağlanıla bilər. İddiaçını ərizəsini məhkəməyə təqdim edə bilməsələr də, iddiaçının 2020-ci ildə onunla bağlanan əmək müqaviləsinin müddətli olmasından məlumatı olmuşdur. Əgər işçi ilə son haqq-hesab aparılmışdırsa, deməli keçmiş əmək müqaviləsinə xitam verilmişdir. Bu da, onu deməyə əsas verir ki, işçi öz istəyi ilə işdən ayrılıb. Həmçinin nəzərə alınmalıdır ki, əmək müqaviləsinin müddətli bağlanması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət mövcud deyildir.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia əsassızdır. İddiaya etirazı müdafiə edir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Şöbəsi ilə əlaqə saxlamış və iddiaçının 02 sentyabr 2020-ci ildə şəxsin ərizəsi ilə işdən çıxması ilə bağlı ərizənin və əmrin təqdim edilməsini bildirsə də, Agentlik iddiaçının ərizəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kadrlar İdarəsində olduğunu bildirmişdir. Bu barədə Nazirliyin Kadrlar İdarəsinə müraciət etmiş, lakin Nazirliyin Kadrlar İdarəsindən Agentlik tərəfindən rəsmi qaydada müraciət edildikdən sonra tələb etdiyi sənədləri təqdim edə biləcəklərini bildirdilər. Bundan başqa işçilərnən ümumiyyətlə dəyişiklik edilən dövrdə demək olar ki, bütün işçilərdən ərizələr alınıb, son haqq-hesabları verilib, işdən çıxarılırdılar. Daha sonra yeni işə yeni işçi kimi işə götürülüb və yeni işçi kimi işə götürüləndə müddətli işçi kimi işə qəbul olurdular. Lakin iddiaçı ərizəsində bu haldan xəbərinin olmadığını bildirmişdir. Özü 5 aydır ki, işə başlamışdır. İşə qəbul olunanda da, onu 3 aylıq müddətli işə götürmüşlər, hətta o da 3 aylıq müddətli işə götürülməyi barədə təəccüblənmişdir. Lakin daha sonra onunla 1 illik müddətinə əmək müqaviləsi bağlandı. Bundan başqa müəssisənin ləğv edilmə halları istisna olmaqla müddətindən aslı olmayaraq reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə həmçinin əlilliyi olan şəxslərin hüquqları haqqında qanunun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanmış əmək müqaviləsinin işə götürən tərəfindən ləğv edilməsinə yol verilmir. Həmçinin bu maddə də aktual deyil. Ona görə ki, burada heç bir maddə hüquq norması yoxdur ki, əlilliyi olan şəxslə müddətli əmək müqaviləsinin bitməsinə görə xitam verilə bilməz. Yəni, elə bir qadağan edici norma yoxdur. Reabilitasiya xidmətindəki işçilərin hamısı ilə əmək müqaviləsinə xitam verildi, daha sonra isə əksəriyyəti ilə yenidən əmək müqaviləsi bağlandı. İşçilərin əksəriyyəti ilə də əmək müqaviləsi müddətli bağlandı. Bundan başqa iddiaçı nümayəndəsi iddia ərizəsində 2020-ci ili yox, 2023-cü ilin qərarını mübahisələndirir. Bundan başqa iddiaçı xx.xx.2015-ci ildə Respublika X11 işə qəbul olunmuş və öz ərizəsi ilə xx.xx.2020-ci ildə işdən azad edilmişdir. Daha sonra işdən azad edildikdən 23 gün sonra xx.xx.2020-ci il tarixdə Respublika Reabilitasiya Mərkəzinə müvafiq əmrlə müddətli əmək müqaviləsi ilə stasionar qadın vəzifəsinə təyin edilmişdir. Sözügedən əmri iddiaçı şəxsən imza etmiş və əmrlə tanış olmuşdur. İddiaçı 2015-ci ildən rəsmi qaydada Respublika Əlillərinin Bərpa Mərkəzində tibb bacısı vəzifəsinə qəbul olunmuşdur. Realibatsiya mərkəzinin əvvəlki adı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Realibitasiya xidməti idi. X13 Sosial Reabilitasiya şöbəsi Respublika Əlillər Bərpasının varisidir. Prezidentin xx.xx.2019cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Realibitasiya Xidmətinin hüquqi varisi kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X4 Hüquqi Şəxsinin yaradılmadı qeyd olunmuşdur. İşçi eyni müəssidə 5 ildən artıq işləyəndə əmək müqaviləsi müddətsiz hesab olunur, lakin işçi öz ərizəsi ilə işdən azad olunursa və sonradan işə qəbul olunursa həmin 5 il ona tətbiq olunmur İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və müddəti hər dəfə 3 ay olmaqla uzadılmış və fasiləsiz 5 il işləməmişdir. Yəni şəxs fasiləsiz olaraq 5 il bir müəssisədə işləməmişdir.Tərəflər arasında son bir ildə yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək baş verən müqavilə müddətinin hər dəfə 3 ay olmaqla uzadılması barədə ƏMAS-da məlumat yoxdur.

9. Cavabdehin nümayəndəsi iddiaya etirazında göstərir: İddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanlnda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra –Agentlik) arasında Azərbaycan Respublikasının Ənək məcələssinin (bundan sonra-məcəllə) 45.1 maddəsinə əsasən xx.xx.2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanmış və Respublika Reabilitasiya Mərkəzinin orta və kiçik tibb heyətində sanitar qadın vəzifəsinə qəbul edilmişdir. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, “elə həmin ildə (2020) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli müvafiq əmri ilə X2 Mərkəzinin Orta və kiçik tibb heyətində stasionar üzrə qadın vəzifəsinə təyin edilmişəm. Lakin heç bir halda mənə əmək müqaviləsi təqdim edilməmişdir. Qeyd edilənləri qəbul etməyərək bildirmək istəyirik ki, iddiaçı ilə bağlanan müddətli əmək müqaviləsi tərəfə imza etdirməklə və tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 03 ay müddətinə xx.xx.2020-ci il tarixdən işə başlamışdır.(xx.xx.2020xx.xx.2020) ildə bağlanmışdır. Daha sonra əmək müqaviləsinə dəyişiklik edilməklə 03 ay müddətinə uzadılmış (xx.xx.2020-xx.xx.2021), sonra yenidən 03 ay müddətinə (xx.xx.2021-xx.xx.2022), sonra yenidən 03 ay müddətinə (xx.xx.2022-xx.xx.2022), yenidən 03 ay müddətinə (xx.xx.2022-xx.xx.2022), yenidən 03 ay müddətinə (xx.xx.2022xx.xx.2022), yenidən 03 ay müddətinə xx.xx.2022-xx.xx.2023), yenidən 03 ay müddətinə (xx.xx.2023-xx.xx.2023), yenidən 03 ay müddətinə (xx.xx.2023-xx.xx.2023), yenidən 03 ay müddətinə (xx.xx.2023-xx.xx.2023) olmaqla müqavilənin müddəti hər dəfə 03 ay olmaqla 12 dəfə uzaldılmışdır. Həmçinin bildirmək istəyir ki, tərəflər arasında son bir ildə (xx.xx.2022-xx.xx.2023) baş verən müqavilə müddətinin hər dəfə 03 ay olmaqla uzadılması barədə ƏMAS-da məlumat yoxdur. Bu hala səbəb Agentlikdə işçilərlə adətən 03 ay olmaqla müddətli əmək müqaviləsi bağlanır və hamısının 03 ay uzaldılması barədə əmək müqaviləsinə dəyişiklik edilməsi bildirişinin ƏMAS-a yerləşdirilməsi fiziki cəhətdən qeyri mümkündür. Bundan əlavə qanunvericilik bu hala qiymət vermişdir. Belə ki, AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əlavə olaraq iddia ərizəsində qeyd edildiyi kimi, İddiaçı xx.xx.2015-ci ildə Respublika X11 işə qəbul olunmuş və öz ərizəsi ilə xx.xx.2020-ci ildə işdən azad edilmişdir. Daha sonra işdən azad edildikdən 23 gün sonra xx.xx.2020-ci ildə Respublika Reabilitasiya Mərkəzinə **********9 nömrəli müvafiq əmrlə (müddətli əmək müqaviləsi ilə) Orta və kiçik tibb heyətində stasionar üzrə sanitar qadın vəzifəsinə təyin edilmişdir. Sözügedən əmri tərəf imza etmiş və onunla tanış olmuşdur, həmçinin tərəflər arasında imzalanmış əmək müqaviləsinin 10.02-ci maddəsinə əsasən, müqavilə 2 nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Əmək Məcələləsinin 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqviləsi fasiləsis olaarq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Yəni şəxs bir işdən azad edildikdən sonra 23 gün müddət keçdikdən sonra yenidən işə düzəlmişdir. Ona görə şəxs eyni müəssisədə 5 ildən artıq işləmədiyinə görə (arada 23 gün fasilə yaranıb çünki) müddətsiz əmək müqaviləsi olduğunu iddia edə bilməz. Hazırkı mülki işdə isə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və müddəti hər dəfə 03 ay olmaqla uzadılmış və fasiləsiz 5 il işləməmişdir. Yəni şəxs fasiləsiz olaraq 5 il bir müəssisədə işləməmişdir. Azərbaycan Respublikasının Əmək Məcələləsinin 47-ci maddəsinin f bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlanıla bilər. 31.01.24 Azərbaycan Respublikasının Əmək Məcələləsinin 47-ci maddəsinin f bəndinin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrini diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanılmamasına, müddətsizəmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, sübutlara obyektiv, qərarsız, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunulik və əsaslılıq meyarlarına cavab vermədiyi üçün ədalətli olmasına şübhə altına alır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixindən dağınıq skleroz İİ li serebrospinal forma. Anemiya. Aşağı parapez. Çanaq oynaqlarının funksiyasının pozulması, OU-GSDnin hissəvi atrofiyası. Beyincik ataksiyası diaqnozu ilə müddətsiz olmaqla İ dərəcəlik əlillik verilmişdir.

11. 0175896 saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Respublika X9 xx.xx.2015-ci il tarixli, 25 №-li əmri ilə Respublika X11 Tibbi Sosial Reabilitasiya şöbəsinə 0,5 ştat vahidi növbətçi tibb bacısı vəzifəsinə götürülmüşdür.

12. Respublika X9 xx.xx.2018-ci il tarixli, 145 №-li əmri ilə 1,0 ştat vahidi olmaqla, sanitar qadın vəzifəsinə keçirilmişdir.

13. xx.xx.2020-ci il tarixli **********4 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr direktor vəzifəsini icra edən “Musaqulova” tərəfindən imzalanmış və kitabçaya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məxsus möhür vurulmuşdur.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X12 tərəfindən verilən xx.xx.2020-ci il tarixli **********4 saylı əmrindən görünür ki, Mərkəzin Tibbi-sosial reabilitasiya şöbəsinin sanitar qadın İddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi və onunla xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində xitam verilməsi və son haqq-hesabının aparılmasının təmin edilməsi əmr edilmişdir.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli, **********9 saylı əmri ilə Agentliyin Respublika Reabilitasiya Mərkəzinin Orta və kiçik tibb heyətində stasionar üzrə sanitar qadın vəzifəsinə işə təyin edilib.

16. Cavabdeh ilə İddiaçı arasında bağlanan xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi 1 ay sınaq müddəti olmaqla, 3 ay müddətinə bağlanmışdır. İşçi Respublika Reabilitasiya Mərkəzinin Orta və kiçik tibb heyətində sanitar qadın vəzifəsinə müvəqqəti təyin edilir və xx.xx.2020-ci il tarixindən işə başlayır.

17. Əmək Müqaviləsinin bağlanması ilə bağlı X6 görünür ki, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2020ci il qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur.

18. Əmək Müqaviləsinin bağlanması ilə bağlı X6 görünür ki, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2021ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur.

19. Əmək Müqaviləsinin bağlanması ilə bağlı X6 görünür ki, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2021ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur.

20. Əmək Müqaviləsinin bağlanması ilə bağlı X6 görünür ki, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2021ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur.

21. Əmək Müqaviləsinin bağlanması ilə bağlı X6 görünür ki, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2022ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur.

22. Əmək Müqaviləsinin bağlanması ilə bağlı X6 görünür ki, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2022ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur.

23. Əmək Müqaviləsinin bağlanması ilə bağlı X6 görünür ki, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2022ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur

24. 22.07.2023-cü il tarixində sistemə daxil edilən Əmək Müqaviləsinin bağlanması ilə bağlı X6 görünür ki, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 800 manat olmuşdur.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-2384/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) əmək müqaviləsinə xitam verilmişdir.

26. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədri tərəfindən İddiaçı ünvanlanan xəbərdarlığın surətindən görünür ki, sonuncuya aşağıdakı məzmunda məlumat verilmişdir: “Bildiririk ki, 2023-cü ilin 25 dekabr tarixində əmək müqaviləsinin müddətinin bitir. Sizinlə növbəti dəfə əmək münasibətlərinə davam etdirilməsi nəzərdə tutulmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2023-cü il 25 dekabr tarixində müddətli əmək müqaviləsinə xitam veriləcəkdir. Əmək kitabçanızı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən təhvil almağınız zəruridir.”

27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi ödəyicisinin tarixçəsinə dair çıxarışdan görünür ki, VÖEN-i ********** olan qurum xx.xx.2018-ci ild tarixindən xx.xx.2020-ci il tarixinədək “Respublika X12” adı ilə qeydiyyata alınmış, dəyişmədən sonra xx.xx.2020-ci il tarixindən “Respublika Reabilitasiya Mərkəzi” X14 kimi qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixinə isə faktiki olaraq “Respublika Reabilitasiya Mərkəzi” X14 kimi qeydiyyatdadır.

28. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 30 iyun 2020-ci il tarixli, 1077 saylı fərmanından görünür ki, bu fərmanın 1-3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X8, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlyi müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla.) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir.

29. Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyası barədə bildiriş 17 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, xx.xx.2024-cü il tarixində keçirilən mediasiya sessiyasında İddiaçı nümayəndəsi Vəkil iştirak etmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzi iştirak etməmişdir . Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

30. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X9 xx.xx.2015-ci il tarixli, 25 №-li əmri ilə Respublika X11 Tibbi Sosial Reabilitasiya şöbəsinə 0,5 ştat vahidi növbətçi tibb bacısı vəzifəsinə işə götürülmüş, Respublika X9 xx.xx.2018-ci il tarixli, 145 №-li əmri ilə 1,0 ştat vahidi olmaqla, sanitar qadın vəzifəsinə keçirilmişdir.

31. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında qərara alınmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X14 yaradılsın.

32. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanına əsasən, Cavabdehn nizamnaməsi təsdiq edilmiş və həmin publik hüquq şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisi olaraq müəyyən edilmişdir.

33. Bundan sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X9 xx.xx.2020-ci il tarixli əmri ilə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrin kim tərəfindən imzalanması mübahisə predmetini təşkil etsə də, yəni ondan tələb edilsə də, cavabdeh əmrin sonuncu vərəqini təqdim etməmişdir. Bundan əlavə həmin əmrin verilməsi üçün əsas olan işçinin ərizəsinin də təqdim edilməsi cavabdehdən tələb edilmiş və cavabdeh işçinin işdən öz xahişi ilə çıxmaq istəməsi barədə ərizəni təqdim edə bilməmişdir. Eyni zamanda həmin əmrdə İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir, halbuki, onlar arasında əmək müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Bundan başqa işçinin əmək kitabçasında işəgötürən tərəfindən aparılmış qeyddən müəyyən edilmişdir ki, əmək kitabçasında işçinin əmək müqaviləsinə xitam verilməsi barədə qeyd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin möhürü ilə deyil, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin möhürü ilə təsdiq edilmişdir.

34. Daha sonra Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli 3 aylıq əmək müqaviləsi bağlanır, nəticədə işçi Respublika Reabilitasiya Mərkəzinin Orta və kiçik tibb heyətində sanitar qadın vəzifəsinə müvəqqəti təyin edilir və xx.xx.2020-ci il tarixindən işə başlayır. Bundan sonra isə bağlanan əmək müqaviləsinin müddəti hər dəfə 3 ay müddətinə uzadılır.

35. Sonuncu dəfə əmək müqaviləsinin müddəti uzadılmayaraq, onunla bağlanmış əmək müqaviləsinə 25 dekabr 2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

36. Hazırda iddiaçı iddia edir ki, xx.xx.2015-ci il tarixdə rəsmi qaydada əmək kitabçası açılmaqla Respublika X10 işə qəbul edilir. Həmin müəssisədə 5 ildən artıq işləməsinə və bu əsasla müqaviləsinin müddətsiz hesab edilməli olmasına, baxmayaraq, xx.xx.2020-ci il tarixində belə bir razılıq verməsə də, sanki onun razılığı olan ərizə verilmiş kimi əmək müqaviləsinə xitam verilib və 23 gündən sonra xx.xx.2020-ci il tarixində 3 aylıq olmaqla, müddətli əmək müqaviləsi bağlanıb. Hər dəfə isə 3 ay uzadılmaqla, sonuncu dəfə 25 dekabr 2023-cü il tarixində əmək müqaviləsinin müddətinin bitməsi əsas gətirilməklə xitam verilib. Bu səbəbdən xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrin etibarsız sayılmasını və onunla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsini, əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2- 2834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin isə ləğv olunmasını və bundan irəli gələn hüquqi nəticələrin təmin edilməsini xahiş edir.

37. Cavabdehin nümayəndəsi isə iddiaya etirazını onunla əsaslandırır ki, iddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə işçinin ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə xitam verilmişdir və tərəflərin qarşılıqlı razılığı ilə 23 gün sonra yeni əmək müqaviləsi bağlanmışdır. İşçi ilə müddətli əmək müqaviləsi bağlanılmasından iddiaçının xəbəri olmuşdur. Odur ki, yeni əmək müqaviləsinin bağlanılmasından 5 il ötmədiyindən onunla bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilə bilməz və işəgötürənin işçi ilə əmək münasibətlərini davam etməsi onun müstəsna hüququ olduğundan müddətin bitməsinə görə əmək müqaviləsinə xitam verilməsində hər hansı pozuntuya yol verilməmişdir. Tətbiq edilən maddi hüquq normaları:

38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -Əmək Məcəlləsinin preambulasında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində: müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi; Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları; Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X7 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. -2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. -45-ci maddəsinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. -46.6-cı maddəsinə əsasən Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. -47-ci maddəsinin “f” bəndində göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. -51.1-ci maddəsinə əsasən Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. -68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları belədir: a) əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. -73.1-ci maddəsinə əsasən Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. -83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. -83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. -300.1-ci maddəsində qeyd edilmişdir ki, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Tətbiq edilən prosessual normalar:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

41. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

44. İşin halları ilə müəyyən edildiyi kimi İddiaçı xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X11 işə düzəlmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X14 yaradılmış və Prezidentin xx.xx.2020-ci il tarixli Fərmanı ilə yeni yaradılan publik hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisi hesab edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2015-ci il tarixdən müddətsiz əmək müqaviləsi ilə xx.xx.2020-ci il tarixədək əvvəlki adı ilə X10 5 ildən artıq işləmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, onunla xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlana bilməzdi. Çünki əvvəla yeni yaradılan publik hüquqi şəxs işçinin əvvəl işlədiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisi olmuşdur və işçi həmin müəssisədə 5 ildən artıq işləmişdir. Bundan əlavə məhkəmə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin ona görə müddətsiz hesab edilməli olduğu qənaətindədir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X9 xx.xx.2020-ci il tarixli əmri etibarsızdır. Çünki əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrin qəbul edilməsi üçün əsas işçinin öz arzusu ilə işdən çıxması olmuşdur. Halbuki, belə bir ərizənin mövcudluğunu sübutetmə yükü əmri verən işəgötürənin üzərinə düşsə də, üstəlik əmək kitabçasında bu barədə qeyd aparan yeni yaradılan publik hüquqi şəxs olsa da, cavabdeh etirazının əsası kimi istinad etdiyi hala dair sübut təqdim etməmişdir.

45. Hansı ki, Əmək Məcəlləsinin 68.2(a) maddəsi tərəflərdən birinin təşəbbüsü ilə işdən çıxarılmanın ümumi əsaslarını müəyyən etməklə, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi çıxış etmir. İşçinin işdən çıxması barədə xx.xx.2020-ci il tarixli əmr də ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən qəbul edilmişdir. Halbuki əmək qanunvericiliyinin tələbinə əsasən tərəflərdən birinin təşəbbüsü dedikdə, burada əmək müqaviləsinin işçi tərəfindən ləğvi (ƏM 69-cu maddəsi) və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi (ƏM 70-ci maddəsi) nəzərdə tutulmuşdur. Bununla belə tərəflər Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən qarşılıqlı razılıq əsasında əmək münasibətlərinə xitam verə bilərlər.

46. Lakin cavabdehin nümayəndəsinə təklif edilməsinə baxmayaraq, mövcud olduğu iddia edilən işdən çıxma barədə ərizə və ya tərəflər arasında qarşılıqlı razılığı əks etdirən sənədlər məhkəməyə təqdim edilməmişdir.

47. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının məhkəmə təcrübəsini formalaşdıran 2(102)-4262/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, işçi ilə işəgötürən arasında müddət göstərilmədən əmək müqaviləsi mövcud olduğu halda, əmək müqaviləsinə xitam verilməklə onunla yenidən müddətli müqavilənin bağlanılması işçinin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi ağlabatan və inandırıcı deyildir.

48. Necə ki, hazırki mübahisədə olduğu kimi işçinin 5 il müddətində çalışdığı müəssisədən öz razılığı ilə işdən çıxması və 23 gün sonra həmin müəssisədə 3 aylıq əmək müqaviləsi ilə işə düzəlməsi inandırıcı hesab edilə bilməz. İşin müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, işçinin işdən çıxarılması ilə bağlı qəbul edilən xx.xx.2020-ci il tarixli **********4 saylı əmr yeni yaradılan X14n işçilərin say həddinin müəyyən edilməsi və.s təşkilati-struktur dəyişikliklərindən irəli gələn məsələ ilə bağlı olmuşdur. Halbuki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanının 7.5-ci bəndinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görülməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə tapşırılmışdır.

49. Odur ki, xx.xx.2020-ci il tarixli **********4 saylı əmr etibarsız hesab edilməlidir.

50. Bunun davamı olaraq məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edildiyindən, müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr də ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. Nəticə:

51. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı işdən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X9 xx.xx.2020-ci il tarixli, **********4 saylı əmri etibarsız hesab edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməli, İddiaçı işdən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-2384/2023 saylı əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir.

52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. İddiaçı işdən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X9 xx.xx.2020-ci il tarixli, **********4 saylı əmri etibarsız hesab edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilsin. İddiaçı işdən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-2384/2023 saylı əmri ləğv edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar