Məhkəmə qərarları › İş №e-2(001)-2261/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2261/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2261/2024 03.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, iddiaçı QSC "xxxx" KB (ləğv prosesindədir) nümayəndəsi X5, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə, İddiaçı QSC "xxxx" KB (ləğv prosesindədir) Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb olunmaqla) “öhdəliyin icra olunması” tələbinə dair habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər QSC "xxxx" KB və Cavabdeh qarşı “müqavilənin qismən etibarsız hesab olunması”na dair iddia ərizəsi üzrə mülki işə 03 iyun 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı QSC "xxxx" KB (ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli Müqaviləsi üzrə cavabdehə məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinin ləğv prosesində olan QSC "xxxx" KB adına özgəninkiləşdirməsinin öhdəliyini Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər QSC "xxxx" KB (ləğv prosesindədir) və Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək QSC "xxxx" Kommersiya Bankı, "xxxx" MMC, Cavabdeh və X4 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli Müqavilənin "xxxx" MMC-nin kreditor (Bank) qarşısında götürdüyü öhdəlikləri (borclar və digər öhdəlikləri) müqavilə ilə müəyyən olunmuş qaydada icra etmədiyi təqdirdə, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanıda 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksini 10 gün müddətində X4 və ya Bankın müəyyən etdiyi digər şəxsin adına özgəninkiləşdirməyi öz öhdəsinə götürməsinə dair 1.15-ci bəndinin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə "xxxx" MMC, Cavabdeh və X9 arasında 19 fevral 2015-ci il tarixli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, "xxxx" MMC ümumilikdə 7.130.556,51 manat və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə xx.xx.2018-ci il tarixinədək kreditora ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin həmin bəndinə əsasən, ödəniş tam başa çatdığı təqdirdə isə Bank borcalanlara qarşı əlavə tələb irəli sürülməməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.15-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarını 3 il müddətində tam və ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra etmədikdə Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X4 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdeh öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin müddəti bitsə də şərtlər tam şəkildə icra olunmamışdır. Cavabdeh ilə Bank arasında dəfələrlə şifahi danışıqlar aparılmış, lakin müəyyən vədlərin verilməsinə baxmayaraq sonda heç bir müsbət nəticə əldə olunmamışdır. 19 fevral 2015-ci il tarixli Müqavilənin şərtləri cavabdeh tərəfindən icra edilmədiyi üçün, müqavilənin 1.15-ci bəndinə əsasən ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi Bankın müəyyən etdiyi digər şəxsin adına 10 gün müddətində özgəninkiləşdirilməsi əks halda məhkəməyə müraciət olunacağı barədə Bank tərəfindən cavabdehin ünvanına xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən yenə də icra edilməmişdir. Bu səbəbdən də Bank MPMnin 4.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsindən həyat yoldaşı Cavabdeh adına daxil olmuş 16 fevral 2024-cü il tarixli, 2(001)-2261/2024 nömrəli məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsindən məlum olmuşdur ki, iddiaçı, ləğv prosesində olan QSC "xxxx" KB tərfindən həyat yoldaşına qarşı iddia qaldırılaraq, aralarında bağlanmış 19 fevral 2015-ci il tarixli müqavilə üzrə ünvan 1 ünvanında 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinin iddiaçının adına özgəninkiləşdirməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini əsassız olması ilə yanaşı bildirir ki, həmin iddia tələbi və iş üzrə çıxarılacaq məhkəmə aktı onun maraqlarına birbaşa toxunduğundan, hesab edir ki, o, hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi qoşulmalıdır. İddia ərizəsindən belə məlum olur ki, cavabdehlər arasında 19 fevral 2015-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilə üzrə banka olan kredit borclarının ödənilməsi öhdəliyini "xxxx" MMC üzərinə götürmüşdür. Qeyd olunan müqavilə ilə o, əvvəllər tanış olmamış, şərtləri barədə məlumatı olmayıb. Hazırki iş üzrə gələn məhkəmə bildirişindən sonra, həyat yoldaşının ona göstərdiyi müqavilə ilə tanış olarkən, aydın oldu ki, müqavilənin 1.15-ci bəndinə əsasən, həyat yoldaşı Cavabdeh "xxxx" MMC-nin kreditor (Bank) qarşısında götürdüyü öhdəlikləri (borclar və digər öhdəlikləri) müqavilə ilə müəyyən olunmuş qaydada icra etmədiyi təqdirdə, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanıda 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksini 10 gün müddətində X4 və ya Bankın müəyyən etdiyi digər şəxsin adına özgəninkiləşdirməyi öz öhdəsinə götürmüşdür. Hesab edir ki, sözügedən müqavilənin həmin hissəsi (bəndi) etibarsızdır. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh ilə xx.xx.1984-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Sözügedən əmlakı birgə nikah dövründə əldə etmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə həyat yoldaşının adına mülkiyyət hüqüqu ilə qeydə alınmışdır. Göründüyü kimi, qeyd olunan əmlak onların birgə mülkiyyətidir. Mülki və ailə qanunvericiliyinin tələblərinə əsasən, birgə mülkiyyətə daxil olan daşınmaz əmlak üzərində sərəncam (özgəninkiləşdirmə) xarakterli hərəkətlərin qanuni (etibarlı) olması üçün iki əsas şərt müəyyən olunmuşdur: 1) bu hərəkət həmin əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı ilə həyata keçirilməlidir; 2) bu hərəkət notarial qaydada təsdiqlənməlidir. Bildirir ki, həmin müqavilə bağlanarkən, qanunvericinin müəyyən etdiyi hər iki şərti pozulmuşdur. Belə ki, müqavilə həm onun razılığı olmadan, həm də notarial qaydada təsdiq edilmədən bağlanmışdır. Müqavilə bağlanarkən, xəbəri olsaydı, o, həmin bəndin müqaviləyə daxil edilməsinə razı olmazdı və hazırda da müqavilənin həmin hissəsi ilə razı deyil. Ona görə də qeyd olunan müqavilənin 1.15-ci bəndi etibarsız hesab olunmalıdır. Göstərdiklərini nnəzərə alaraq ilk iddianın rədd olunması, onun iddiasının təmin edilərək, QSC "xxxx" Kommersiya Bankı, "xxxx" MMC, Cavabdeh və X4 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli Müqavilənin "xxxx" MMC-nin kreditor (Bank) qarşısında götürdüyü öhdəlikləri (borclar və digər öhdəlikləri) müqavilə ilə müəyyən olunmuş qaydada icra etmədiyi təqdirdə, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanıda 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksini 10 gün müddətində X4 və ya Bankın müəyyən etdiyi digər şəxsin adına özgəninkiləşdirməyi öz öhdəsinə götürməsinə dair 1.15ci bəndinin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı QSC "xxxx" KB (ləğv prosesindədir) nümayəndəsi X11 idia tələbini müdafiə edərək göstərmişdir ki, tərəflər arasında müqailə bağlanmış, lakin müqavilə üzrə cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Yəni kredit müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olsaydı, əmlaklar girovdan azad edilmiş olardı. Müqavilənin 1.5-ci maddəsində əmlak bankın müəyyən etdiyi şəxsin adına alınacaqdır. 1.16-cı bəndinə əsasən isə kredit ödənilmiş olsaydı Cəfər Xəndandakı əmlak azad olunacaqdır. Cəfər Xəndakı əmlakla bağlı 2019-cu il tarixdə məhkəmə qətnaməsi qəbul edilmişdir. Bundan sonra icra məmuru borcun tam ödənildiyini əsas gətirərək əmlakın girovdan azad edilməsi ilə bağlı icraata xitam vermişdir. Bank bu məsələni araşdırmış və müəyyən edilmişdir ki, borc kaşqa kredit üçün ödənilibdir. Ona görə də həmin qərardaddan borcun ödənilməməsi ilə bağlı şikayət verildi və 28 mart 2024-cü il tarixdə qeyd edilən qərardad ləğv edildi. Hazıki iş üzrə müqavilə həm də saziş xarakteri daşıyır. Hazırki müqavilə ipoteka deyil, saziş qismində bağlanmışdır. Sonuncu müqavilə bağlanan zaman əmlak ipotekada olub. Hazırda kredit müqaviləsi üzrə nə qədər borcun qalması barədə məlumatı yoxdur. Borcla bağlı maliyyə arayışı Cəfər Xəndandakı əmlakla bağlı keçirilən məhkəmə iclasında təqdim edilmişdir. Tərəflər arasında olan 2015ci il tarixli sazişə görə ilk dəfə, 2019-cu ildə məhkəməyə müraciət edilmişdir. Bundan əlavə cavabdeh rəhbərliklə barışıq üçün görüşmək istəmiş, rəhbərlik buna etiraz etməmişdir. Lakin cavabdeh gəlməmiş və barışıq barədə danışıqlar aparılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil iddiaçı QSC "xxxx" KB-nin iddia tələbinə etiraz edərək göstərmişdir ki, 2015-ci il tarixli kredit müqaviləsinə diqqət yetirsək görərik ki, müqaviləyə əsasən 10 gün müddətində MMC-nin təsis sənədləri Sahibə verilməli idi, müstəqil şəxsə yox. Halbu ki, həmin müstəqil şəxs bankın əməkdaşı (sürücü) olub. Cavabdeh MMC-ni bankın adına sənədləşdirmək öhdəliyini yerinə yetirib, bank isə öhdəliyi icra etməyib. Həmin müqavilədə ipoteka qoyan yox, borc alan gedir. Bir iş barədə iki dəfə qətnamə olub. Hazırda cavabdehin bank qarşısında heç bir öhdəliyi yoxdur. Ona görə də bankın iddia tələbi əsassızdır. O, həmçinin iddia tələbinə vermiş olduğu etirazı müdafiə edərək göstərmişdir ki, 19 fevral 2015-ci il tarixli müqaviləyə təkcə iddia tələbində qabardılan bənd üzrə deyil, ümumiyyətlə bütün şərtlər üzrə qiymət verilməli və bunun əsasında məhkəmə qərarı qəbul olunmalıdır. Məlumat üçün bildirir ki, 19 fevral 2015-ci il tarixində bir tərəfdən QSC "xxxx" X8 əsasında fəaliyyət göstərən İdarə Heyətinin sədri A.Nəsibov şəxsində digər tərəfdən "Ramana” MMC Nizamnamə əsasında fəaliyyət göstərən Direktoru Cavabdeh şəxsində və Bakı ş.. C.Xəndan küç., məh.3066. ev.40A, m.89-da yaşayan Azərbaycan Respublikası vətəndaşı Cavabdeh və üçüncü tərəfdən Sumqayıt şəhəri, l-ci m-r, ev 58/9, mənzil 58-də yaşayan Azərbaycan Respublikası vətəndaşı X9 arasında müqavilə bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" MMC müqavilədə qeyd edilmiş digər 6 kredit müavilələri ilə yanaşı, xx.xx.2007-ci il tarixli ********** saylı və xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqavilələri üzrə pul vəsaitlərini hissə-hissə xx.xx.2018-ci il tarixinədək QSC "xxxx" Kommersiya Bankına ödəməli, o, "xxxx" MMC-də ona məxsus olan 100 % təsis payını həmin Müqavilə imzalandıqdan sonra 5 iş günü ərzində X4 adına rəsmiləşdirməli, həmin pay X4 adına rəsmiləşdirildikdən sonra "xxxx" MMC-yə yeni direktor təyin olunmalı, həmin pay X4 adına rəsmiləşdirildikdən sonra X9 "xxxx" MMC-nin mənfəətindən 10% məbləğində pul vəsaitini ona ödəməli, həmin Müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə yaranmış borclar 3 il ərzində hissə-hissə "xxxx" MMC tərəfindən ödənilməli, həmin Müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə QSC "xxxx" Kommersiya Bankı qarşısında yaranmış olan borclar həmin Müqavilənin tarixindən etibarən 3 il müddətinə silinməli, müəssisənin təsisçiliyi ona geri qaytarılmalı idi və s. Həmin Müqavilə üzrə üzərimə düşən tələb və öhdəliklərə tərəfindən tam əməl olunmuşdur. Belə ki, həmin Müqavilənin 1.3-cü bəndinə əsasən "xxxx" MMC-nin 100% ona məxsus olan təsisçilik payını X4 adına rəsmiləşdirmiş, "xxxx" MMC-yə yeni direktor təyin edildi və MMC-yə rəhbərlik yeni təsisçi və direktor tərəfindən həyata keçirildi. Lakin həmin Müqavilə üzrə tərəflər müqavilə tələblərinə əməl etmədilər, yəni nə QSC "xxxx" Kommersiya Bankı həmin Müqavilənin 1.16-cı bəndinə əsasən məni kredit borclarının ödənilməsindən azad etmədi, nə də X9 həmin Müqavilənin 1.8-ci bəndinə əsasən "xxxx" MMC-nin mənfəətindən 10% pul vəsaiti hesabına ödəmədi. Bu hal QSC "xxxx" Kommersiya Bankının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanladığı xx.xx.2018-ci il tarixli cavab məktubunda da, etiraf edilir. Bundan əlavə, qeyd etməyi vacib hesab edir ki, xx.xx.2018-ci il tarixli Müqavilənin 1.2-ci və 2.1-ci bəndlərinə əsasən həmin Müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə yaranmış borcların hissə-hissə ödənilməsi öhdəliyini "xxxx" MMC öz üzərinə götürmüşdür. Yəni, ilk iddia tələbinin predmeti olan kredit borcu artıq onun tərəfindən deyil, "xxxx" MMC tərəfindən ödənilməlidir. Daha sonra, xüsusi olaraq vurğulamaq istəyir ki, hətta "xxxx" MMC tərəfindən sözügedən mübahisə üzrə kredit borcunu ödəməsə belə, həmin borcun ödənilməsi üzrə öhdəlik cavabdehə aid deyil. Belə ki, həmin Müqavilənin 1.16-cı bəndində nəzərdə tutulmuşdur ki, bu Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borcları və "xxxx" MMC-nin Kreditor qarşısındakı digər öhdəlikləri bu müqavilə imzalandığı gündən 3 (üç) il müddətində ödənilmədikdə Cavabdeh və Zeynalabdin Elçin Mirzə oğlu bu Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarının ödənilməsindən azad olunurlar və həmin kredit borcları üzrə Kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin Bakı ş., C.Xəndan küç., məh.3066, ev 40A, mən. 89 ipoteka yüklülüyündən azad edilir. Lakin QSC "xxxx" Kommersiya Bankı hətta 19 fevral 2015-ci il tarixli müqavilənin, eləcə də "xxxx" MMC-dən 04 dekabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 299.610,30 manat, 20 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə 700.000 manat məbləğində əsas borc, 105.359,90 manat məbləğində faiz borcu olmaqla, cəmi 805.359,90 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması və ipoteka predmeti olan əmlaklara yönəldilməsi barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3698/2009 nömrəli iş üzrə 16 noyabr 2009cu il tarixli qətnaməsinin, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.3018-ci il tarixli Qərarının mövcud olmasına baxmayaraq, "xxxx" KB QSC mənə qarşı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 830.450,68 manat məbləğində əsas, 240.879,57 manat məbləğində faiz, 121.453,02 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1.192.783,27 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, ilkin satış qiyməti 138.740 manat müəyyən olunmaqla mənim mülkiyyətimdə olan ipoteka predmetinin açıq hərracdan satılması, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdeh mənzili ən geci bir ay müddətində tərk etmədikdə onun mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə tərəfindən qarşılıqlı iddia verilərək, 20 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcu öhdəliyinin ləğv edilməsi, ipoteka predmeti olan mənzilin ipoteka yüklülüyündən azad olunması, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3527/2019 nömrəli iş üzrə 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11420/2019 nömrəli iş üzrə 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1188/2020 nömrəli iş üzrə 24 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5045/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2416/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qərarı ilə iddiaçı Ləğv prosesində olan "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5045/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, QSC "xxxx" Kommersiya Bankı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3698/2009 nömrəli iş üzrə 16 noyabr 2009-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqənin tam icra olunduğuna görə Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.3018-ci il tarixli Qərarına, sözügedən xx.xx.2015-ci il tarixli müqaviləninın mövcud olmasına baxmayaraq, ikinci dəfə eyni kredit borcu üzrə yeni iddia ilə məhkəməyə müraciət etmiş, bu azmış kimi cavabdein hədsiz zəhməti və alın təri hesabına əldə etdiyi ünvan 1 ünvanında 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinə də göz dikmişdir. Bundan əlavə xx.xx.2015-ci il tarixli müqavilənin 15-ci bəndi müvafiq qanunvericiliyin tələbləri pozulmaqla bağlanılmışdır. Belə ki, Azərbaycan Respulikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. 393-cü maddəsinə əsasən, tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Lakin nə xx.xx.2015-ci il tarixli müqavilə bütövlükdə, nə də onun 15-ci bəndi ayrılıqda notarial qaydada təsdiqlənməmişdir ki, bu da Azərbaycan Respulikası Mülki Məcəlləsinin yuxarıda qeyd etdiyi normalarına ziddir. Şərh olunanlardan göründüyü kimi iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı QSC "xxxx" KB-nin iddia tələbinə etiraz edərək göstərmişdir ki, əmlakın girova qoyulmasına səbəb əvvəl ona demişlər ki, satsın, o buna razılaşmamış, sonra təklif etmişlər ki, onlar işlətsin. Ondan, 3 illik istəmişlər əmlakı və illik 10 faiz gəlir verəcəklərini bildirdilər. Şirkətdən əmlakın 50 faizini onların adlarına keçirilməsini xahiş etmişlər, o, isə 100 faizini onların adlarına keçirilməsinə razılıq verib, lakin özü işlətmək şərti ilə. Fonddan isə onlara pul verilmədi. Əgər o, özü işlətsəydi bütün borcları ödəyəcəkdir. Hər ay 250000-300000 manat dövriyyə olub. Onun tərəfindən bütün addımlar atıldı, sadəcə 3-cü tərəf təsisçiliyini təhvil vermədi. Həmin müqavilə üzrə həm borc verən, həm də borc alan eyni şəxs olub. 500.000 ABŞ dolları məbləğində pul Ramanaya kredit verilib, krediti isə Sahib götürüb. Müqavilənin şərtlərinə uyğun olaraq krediti Ramana MMC-nin direktoru ödəməlidir. Lakin ramana ödəməli oldu. Bəs Sahib niyə məhkəməyə verilmir. götürülüb. Bundan əlavə o, izahatında bildirdi ki, əmlak birgə nikah dövründə alınıb. O, bankla razılaşarkən həyat yoldaşının xəbəri olmayıb. O, həmçinin nümayəndəsinin etirazı ilə razı olduğunu bildirib, bankın idia tələbinin rədd edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin nümayəndəsi (vəkil) Nümayəndə2 iddiaçı QSC "xxxx" KB-nin iddia tələbinin rədd edilməsini, hüquqlarını müdafiə etdiyi X1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi X3 ilə cavabeh Cavabdeh xx.xx.1984-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Hazırda mübahisə predmeti olan cavabdehə məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak isə birgə nikah dövründə əldə edilən əmlakdır. Göründüyü kimi bankla Cavabdeh arasında 19 fevral 2015-ci il tarixli müqavilə bağlnarkən Nigar İsrəfilovanın razılığı alınmamış, eləcə də notarial qaydada təsdiq edilməmişdir. O, həmçinin iddia tələbində göstərdiklərini təsdiq edərək iddiasının izahat kimi qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasları barədə məlumat verilsədə, məhkəmə iclaslarında iştirak etməmişdir. Mülki iş materiallarında olan: - QSC "xxxx" X12 Heyətinin sədri A.Nəsibovla "xxxx" MMC Nizamnamə əsasında fəaliyyət göstərən direktoru Cavabdeh və X10 arasında bağlanan 19 fevral 2015-ci il tarixli müqaviləyə əsasən: Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, "xxxx" MMC ümumilikdə 7.130.556,51 manat və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə xx.xx.2018-ci il tarixinədək kreditora ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin həmin bəndinə əsasən, ödəniş tam başa çatdığı təqdirdə isə Bank borcalanlara qarşı əlavə tələb irəli sürülməməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.15-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarını 3 il müddətində tam və ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra etmədikdə Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X4 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdeh öz öhdəsinə götürmüşdür. - Nikah şəhadətnaməsindən görünür ki, Cavabdeh ilə X3 19 aprel 1984-cü ildə nikaha daxil olmuşlar. - MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam olaraq mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 256 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 2416/2021 saylı qərarından görünür ki, iddiaçı "xxxx" X13 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 830.450,68 manat məbləğində əsas, 240.879,57 manat məbləğində faiz, 121.453,02 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1.192.783,27 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, ilkin satış qiyməti 138.740 manat müəyyən olunmaqla sonuncunun mülkiyyətində olan ipoteka predmetinin açıq hərracdan satılması, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdeh mənzili ən geci bir ay müddətində tərk etmədikdə onun mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh "xxxx" QSC-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 20 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcu öhdəliyinin ləğv edilməsi, ipoteka predmeti olan mənzilin ipoteka yüklülüyündən azad olunması, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3527/2019 nömrəli iş üzrə 03 iyun 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi “ipoteka müqaviləsinin ləğv edilməsi” hissəsində baxılmamış saxlanılmış və eyni tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC, cavabdeh və X9 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli müqaviləyə əsasən, müxtəlif tarixlərdə "xxxx" MMC, Cavabdeh və Zeynalabdin Elçin Mirzə oğlu ilə bağlanmış kredit müqavilələrinə əsasən yaranmış 5.107.421,51 manat, əlavə olaraq 2.123.135 manat və 331.500 ABŞ dolları olmaqla ümumilikdə 7.130.556,51 manat və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" MMC hissə-hissə 19 fevral 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin borclar 3 il müddətində ödənilmədikdə cavabdeh və Zeynalabdin Elçin Mirzə oğlu kredit borclarının ödənilməsindən azad olunurlar, həmin kredit borcları üzrə kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin, ipoteka predmeti olan mənzil ipoteka yüklülüyündən azad olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddianın predmetini təşkil edən kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunmuşdur, həmçinin 19 fevral 2015-ci il tarixli müqavilə ilə nəzərdə tutulmuş 3 illik müddət başa çatmışdır. Ona görə də, iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin olunmalıdır. - Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11420/2019 nömrəli iş üzrə 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarı ilə iddiaçı Ləğv prosesində olan "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5045/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 393-cü maddəsinə əsasən əmlakın verilməsi barədə müqavilə. Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, 394-cü maddəsinə əsasən daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2-ci maddəsinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1-ci ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digərtərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4-cü maddəyə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Qanununun 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq iddiaçı QSC "xxxx" KB-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “öhdəliyin icra olunması” tələbinə münasibət bildirərək qeyd edir ki, həmin iddia tələbinin əsasını QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli müqaviləsi üzrə cavabdehə məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinin ləğv prosesində olan QSC "xxxx" KB adına özgəninkiləşdirməsi öhdəliyini Cavabdeh üzərinə qoyulması təşkil edir. İstənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. İş materialları ilə müəyyən edilmişdir ki, QSC "xxxx" KB ilə "xxxx" MMC, Cavabdeh və X9 arasında 19 fevral 2015-ci il tarixli Müqavilə bağlanmış, həmin müqavilənin 1.2-ci bəndinə əsasən, "xxxx" MMC ümumilikdə 7.130.556,51 manat və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə xx.xx.2018-ci il tarixinədək kreditora ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin həmin bəndinə əsasən, ödəniş tam başa çatdığı təqdirdə isə Bank borcalanlara qarşı əlavə tələb irəli sürülməməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.15-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarını 3 il müddətində tam və ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra etmədikdə Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X4 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdeh öz öhdəsinə götürmüşdür. Müqavilənin qeyd olunan şərtlərinə münasibətdə məhkəmə hesab edir ki, müqavilədə “əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X4 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdeh öz öhdəsinə götürmüşdür.” ifadəsi faktiki olaraq Cavabdeh iddiaçı ilə münasibətdə sözügedən daşınmaz əşya olan əmlak kompleksinə dair əşya hüquqlarının məhdudlaşdırılması anlamına gəlir. Yəni faktiki olaraq tərəflər arasında ipoteka hüququndan irəli gələn ipoteka qoyan və ipoteka saxlayan münasibətləri əmələ gəlmişdir. Lakin müqavilənin qeyd olunan şərtinə əsaslanaraq iddiaçının hazırkı tələblə çıxış etməsini məhkəmə əsaslı saymır. Belə ki, sözügedən müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. Həmin Məcəllənin 307.5-ci maddəsinə əsasən əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi qanunverici daşınmaz əşya hüquqlarının məhdudlaşdırılması barədə müqavilədə xüsusi şərtlərin əks olunması və onun notariat qaydasında təsdiqlənməli olması ilə şərtləndirmişdir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllədə (Maddə 390.1-ci) fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmələri, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilmələri təsbit olunmuşdur. Müqavilə azadlığı üç istiqamətdə müəyyən olunmuşdur: 1) fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaması; 2) onların müqavilələrin məzmununu müəyyənləşdirə bilməsi; 3) Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələrin bağlanması. Məcəllədə nəzərdə tutulmayan müqavilənin bağlanması yalnız Mülki Məcəlləyə zidd olmadıqda yolveriləndir. Yəni Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İş üzrə müəyyən edilir ki, QSC "xxxx" Kommersiysa Bankı ilə Cavabdeh və X10 arasında bağlanan 19 fevral 2015-ci il tarixli müqavilə notarial qaydada təsdiq edilməməklə yanaşı, müqavilənin 1.15-ci bəndi Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan şərtlərinə zidd bağlanmışdır. Buna görə də əmin bənd etibarlı sayılmadığından iddiaçının həmin bəndə əsaslanaraq hazırkı tələblə çıxış etməsi əsassızdır. Odur ki, iddiaçı QSC "xxxx" KB (ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli Müqaviləsi üzrə cavabdehə məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinin ləğv prosesində olan QSC "xxxx" KB adına özgəninkiləşdirməsinin öhdəliyini Cavabdeh üzərinə qoyulması barədə iddia təmin edilə bilməz. Bununla yanaşı məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. İş üzrə müəyyən edilmişdir ki, iş üzrə (cavabdeh) Cavabdeh ilə (müsətqil tələb irəli sürən) X3 19 aprel 1984-cü ildə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikah dövründə hazırda Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 256 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini almışlar. Yəni, hazırda mübahisə predmeti olan əmlak kompleksi tərəflərin birgə nikah dövründə əldə etmələri iş materialrına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Belə olan halda isə tərəflər arasında müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Belə ki, yuxarıda qeyd edilən mülki və ailə qanunvericiliyinin tələblərinə əsasən, birgə mülkiyyətə daxil olan daşınmaz əmlak üzərində sərəncam (özgəninkiləşdirmə) xarakterli hərəkətlərin qanuni (etibarlı) olması üçün həmin əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı ilə həyata keçirilməsi və hərəkət notarial qaydada təsdiqlənməsi mütləq şərtlərdən hesab edilir. Hazırki işdən isə görünür ki, QSC "xxxx" KB ilə "xxxx" MMC, Cavabdeh və X9 arasında 19 fevral 2015-ci il tarixli Müqavilə bağlanıb ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi yüklü edilərkən, əmlak kompleksinin hüquqi statusu, yəni, daşınmaz əmlakın nə vaxt alınması, kim tərəfindən alınması, hüquq sahiblərinin kimlər olması və ən əsası da, əmlak yüklü edilərkən ailə üzvlərinin hüquqlarının pozulubpozulmaması (birgə nikah dövründə əldə edilməsi) ümumiyyətlə aydınlaşdırılmamışdır. Halbu ki, mübahisə predmeti olan əmlak kompleksi birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan, həmin əmlak kompleksi yüklü edilərkən ailə üzvlərinin razılığı alınmalı və notarial qaydada təsdiqlənməli idi. Qeyd edilən tələblərə əməl edilmədiyindən tərəflər arasında bağlanmış müqavilənin əsaslı hesab edilərək ondan irəli gələn məsələlərin həlli şübhə altına duşur. Başqa sözlə hazırki vəziyyətdə həmin müqaviləyə istinad edilib iddia tələbinin təmin edilərək Cavabdeh əmlakla bağlı hər hansı öhdəliyin qoyulması mümkünsüzdür. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki: Bənd 3.1. Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Bənd 7.6. Ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər. Bənd 7.8.Ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. O da qeyd olunmalıdır ki, daşınmaz əşyaya hüquq əldə edən vicdanlı şəxslərin qorunması yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) baxımından keçərli olduğundan reyestrdə qeydə alınmış tələb hüquqlarına (məsələn, icarə) sərəncam verilməsi ilə bağlı mübahisələrə Mülki Məcəllənin 225.6-cı maddəsi tətbiq oluna bilməz. İş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi Cavabdeh ilə X1 birgə nikahları dövründə əldə edilmiş və əmlak kompleksinin sözügedən müqavilə öhdəliyi üzrə özgəninkiləşdirilməsinə X1 razılığı alınmamışıdr. Göstərilənləri, eləcə də QSC "xxxx" KB-nin (ləğv prosesindədir) Cavabdeh qarşı öhdəliyin icra olunması tələbinə kifayət qədər qiymət verilərək iddia tələbinin rədd edildiyini və həmin əsasların tərəflər arasında bağlanmış Müqavilənin 1.15-ci bəndinin etibarsızlığına dəlalət etdiyini nəzərə alaraq məhkəmə (yuxarıda qeyd edilən əsasları təkrar göstərməyərək) hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 iddiası təmin edilməli və QSC "xxxx" Kommersiya Bankı, "xxxx" MMC, Cavabdeh və X4 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli Müqavilənin 1.15-ci bəndi – “Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borcları və Ramana MMC-nin Kreditor qarşısında olan digər öhdəlikləri bu müqavilə imzalandığı gündən 3 (üç) il müddətində tam və ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra edilmədikdə Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X4 və ya Kreditorun müəyyən etdiyi digər şəxsin adına 10 (on gün) müddətində özgəninkiləşdiməyi öz öhdəsinə götürür.” hissəsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia təmin olunmadığı halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli Müqaviləsi üzrə cavabdehə məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinin ləğv prosesində olan QSC "xxxx" KB adına özgəninkiləşdirməsinin öhdəliyini Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 iddiası təmin edilsin. QSC "xxxx" Kommersiya Bankı, "xxxx" MMC, Cavabdeh və X4 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli Müqavilənin 1.15-ci bəndi – “Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borcları və Ramana MMC-nin Kreditor qarşısında olan digər öhdəlikləri bu müqavilə imzalandığı gündən 3 (üç) il müddətində tam və ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra edilmədikdə Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X4 və ya Kreditorun müəyyən etdiyi digər şəxsin adına 10 (on gün) müddətində özgəninkiləşdiməyi öz öhdəsinə götürür.” hissəsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar