Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-229/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı Abbasova (Məmmədova) Xanım Oqtay qızının Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X18 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, qanunsuz işdən çıxarılma dövrü üçün əmək haqqının, işdən çıxarıldığı tarixədək işlədiyi və əmək haqqı hesablanmış dövr üçün əmək haqqının və onun gecikməsinə görə ödəncin, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin və vurulmuş mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X18 Xidməti cəlb edilməklə) məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 007/X/24 saylı işdən çıxarılma əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, həmin şirkətdə əvvəlki iş yerinə bərpa edilməsi, işdən çıxarıldığı tarixdən işəbərpa olunduğu tarixədək məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi, 2024-cü ilin Yanvar ayının 15-dən Fevral ayının 15-dək işlədiyi dövr üçün hesablanmış, lakin ödənilməmiş əmək haqqının ödənilməsi, onun gecikdirilməsinə görə qətnamə icra olunan tarixə qədər hər gün üçün 1% miqdarında ödəncin hesablanaraq cavabdehdən tutulması, xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə istifadə ediməmiş əmək məzuniyyətinin əvəzi olaraq ödənişin edilməsi, mediasiya üçün ödənilmiş 50 manat vəsaitin və hamilə vəziyyətində bilə-bilə qanunsuz olaraq işdən çıxarıldığı üçün keçirtdiyi stress və psixoloji gərginliyə görə 50.000 (əlli min) manat miqdarında vurulmuş mənəvi ziyanın əvəzi olaraq pul şəklində kompensasiyasının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli əmrlə cavabdeh "xxxx" şirkətində əlavə iş yeri olaraq maliyyə direktoru vəzifəsində işə başlamışdır. "xxxx" şirkətinin direktorunun xx.xx.2024-cü il tarixli, 007/X/24 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Qanunvericiliyin tələb etdiyi qaydada işdən çıxarıldığı barədə xəbər aldığı vaxtdan sonra dərhal, xx.xx.2024-cü il tarixdə mediasiya barədə qarşı tərəfə təklif göndərmişdir. Təklifdən sonra mediasiyaya dair ərizə ilə Bakı 9 X13 müraciət etmişdir. Mediatorun təyin etdiyi xx.xx.2024-cü il tarixli ilkin mediasessiyasında iştirak etməkdən imtina etdiyi üçün bu barədə müvafiq arayış verildi. Cavabdehin mediasiya prosesində iştirak etməsini aralarındakı qanunsuz işdən çıxarılma barədə bu mübahisənin məhkəmədən kənar həll etmək niyyətində olmaması kimi qəbul edib hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dövlət Vergi Xidmətinin rəsmi vebsaytından açıq publik məlumatlar bazasından əldə etdiyi məlumata əsasən cavabdehin hüquqi ünvanı Baki şəhəri, ünvan 1ı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küç, 20 ünvanında yerləşən ofisdə fəaliyyət göstərir. Cavabdehin barəsində qəbul etdiyi əmri rəsmi olaraq xx.xx.2024-cü il tarixdə poçtdan həyat yoldaşı Samir Məmmədov imza etməklə götürmüşdür. Cavabdeh tərəfindən ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağı direktorun, həmçinin birbaşa olaraq “VİLSTEAM” şirkətinin təsisçisi Aydın Orucovun ona qarşı işdəki ayrı-seçkliyinin, qərəzinin və haqsız münasibətinin nəticəsidir. Bu haqsız və qərəzli münasibət təkcə ona qarşı deyil, həm də həmin şirkətdə əmək müqaviləsisiz sutkanın 24 saatı müddətində işləməyə məcbur edilmiş həyat yoldaşı Samir Məmmədova qarşı da nümayiş etdirilmiş, nəticədə o da hazırda son ayın əmək haqqı ödənilmədən işdən çıxarılmışdır. Belə ki, direktor təsisçinin sözü ilə öncə ondan könüllü olaraq ərizə yazmaqla işdən çıxmağını tələb etmişdir. Lakin o, ona hazırda hamilə olduğunu, lakin buna baxmayaraq əlavə iş yeri olaraq indiyədək şirkətdəki işini də layiqincə və dürüst formada yerinə yetirdiyi üçün belə bir tələbin qanunsuz olduğunu və könüllü şəkildə işdən çıxma barədə ərizə yazmayacağını bildirdi. Həmçinin ona bildirmiş ki, o, natam iş saatı ilə kənardan işləməklə, yəni onlayn rejimdə işləməklə qəbul edilmiş və bu şəkildə işləməyinə birbaşa olaraq imzalı-möhürlü razılıq verilmişdir. 2022 və 2023-cü illər üzrə kənardan onlayn rejimdə işlədiyinə dair təsdiqedici sənədi cavabdeh ona himayəsində olan azyaşlı uşağın 3 yaşına qədər qulluq olunmasına görə DSMF-ə təqdim edilməsi üçün verilmişdir. Bu söhbəti təxminən 2024-cü ilin fevral ayının ilk günlərində olmuşdu. Hansı ki, həmin ərəfədə o, maliyyə direktoru olaraq üzərinə düşən öhdəliklərerinə yetirir, şirkətin adından müvafiq maliyyə hesabatları təqedim edir və bank ödənişlərini həyata keçirirdi. Beləkilə, bir neçə dəfə öz ərizəsi ilə işdən çıxmağı tələb olunsa da, bundan imtina etdiyi üçün cavabdeh ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağının hüquqi alt bazası görüntüsünü yaratmaq üçün ona guya üzürsüz səbəbdən işburaxmalar etdiyi və bunun əmək vəzifə-öhdəliklərinin pozuntulduğunu və fiziki olaraq işə gəlib vəzifə öhdəliklərini icra etməyi tələb edən bildirişlər göndərməyə başladı. İlk belə bildiriş xx.xx.2024-cü il tarixdə, sonrakı bildirişsə müvafiq olaraq 20 və 26 fevral tarixlərində olmaqla ona cəmi üç bildiriş göndərdi. Hər bir bildirişə dərhal direktorun birbaşa emaili vasitəsi ilə tərəfindən bildirişlərdə qeyd olunan tələblərin tamamilə qanunsuz və əsassız olmasına dair geniş və əsaslandırılmış etirazlarım cavabdehə çatdırılmışdır. ƏM-nin 70-ci maddəsinin “ç“ bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin iki əsası müəyyən edilmişdir. 1) işçi özünün əmək funksiyasə ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud 2) bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda birinci əsasla əlaqədar bildirir ki, işlədiyi müddət ərzində heç vaxt əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi halları baş verməmiş, bu barədə heç vaxt rəhbərlik tərəfindən irad və ya digər formada tənbeh tədbiri ilə cəzalandırılmamışdır. Maddənin həmin bəndinin ikinci əsasən bəndində isə xüsusi olaraq vurğulayır ki, ƏM-nin 72-ci maddəsində sadalanan hallara dair əməlində heç bir hərəkətlər olmamış, əmək vəzifə öhdəliklərinin heç kobud pozuntusuna yol verməmişdir. Cavabdehin yeganə istinad edəcəyi ehtimal edilən hüquqi əsas 72-ci maddənin "xxxx" bəndində göstərilən “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi” ola bilər ki, bunun da hüquqi əsası yoxdur. Çünki cavabdeh şirkətdə onun onlayn rejimdə, yəni kənardan işlədiyini təsdiq edən öncəki illər üzrə müvafiq razılıq sənədi olmuşdur, yeni iş ilinə başladığı dövrdən də buna heç bir etirazı olmamışdır. Bunu təsdiq edəcək mühüm sübutlardan biri də cavabdeh şirkətdə işçinin işə gəldiyi və işdən çıxdığı vaxtı təsdiq barmaq izi tanınma proqramında heç vaxt adının olmaması və bu barədə məlumatların cavabdeh təşkilatın birbaşa idarə olunduğu və daim emaillər vasitəsilə işgünü kontaktda olduqları Moskvadakı ofisi ilə olan yazışmaları və sənəd mübadiləsidir. O, birinci Qarabağ müharibəsi veteranı olan qazinin qızı olaraq Zəngilan rayonundan məcburi köçkündür, hazırki iddiası üzrə də qanunvericiliyin verdiyi imtiyazlara əsasən dövlət rüsumu ödəməkdən azaddır. Onu da xüsusi olaraq vurğulayır ki, əvvəlki adı şəxsiyyət vəsiqəsi üzrə Balaxanım olmuş, sonradan məhkəmə qərarı ilə adını dəyişdirib hazırki Xanım adını götürmüş, lakin məcburi köçkün vəsiqəsi o vaxtdan dəyişdirməmişdir. Qeyd olunanlarla yanaşı bildirir ki, cavabdeh ona 2024-cü ilin yanvar ayının 15-dən fevral ayının 15-dək dövr üçün də əmək haqqı ödəməkdən əsassız qanunsuz olaraq imtina etmiş, o cümlədən xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə məzuniyyət hüququnu realizə etməyə şərait yaratmamış, məzuniyyət pulu ödənilməmiş əmək haqqını son haqq-hesabında nəzərə almamış, sıfır rəqəmi ilə ümumiyyətlə olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Abbasova (Məmmədova) Xanım Oqtay qızı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, əsassız olaraq işdən çıxarılmışdır. Halbu ki, o, natamam iş rejimində onlayn şəkildə işləmişdir. 3 ilə yaxın bu formada iləmiş, yalnız hesabatlar təqdim etmişdir. Gündəlik cari işləri o etməmiş, baş mühasib etmişdir. Ona məlumatlar ötürürdü və həmin məlumatlara əsasən o, hesabatlar hazırlayıb dövlət orqanlarına göndərirdi. İşə gəlmək tələb olunduğu halda, yəni həmin işi onlayn işləmək mümkün olmayanda, lazım olduğu təqdirdə, misal üçün həftədə 1 dəfə və ya ayda 2 dəfə o, ofisə getmişdir. İşdən azad edilməsi ilə bağlı həmçinin göstərmişdir ki, öz yeni komandalarını dəvət etdilər, işi konsaltinq şirkətinə vermək istəyirdilər. Onu dəvət edib işdən öz xahişi ilə azad olunmasına dair ərizəni yazmağını təklif etdilər, əks halda onu maddə ilə çıxaracaqlarını bildirdilər. Onun həyat yoldaşı da, həmin şirkətdə mühafizəçi kimi çalışırdı, onuda dəvət edib şantajla bildirdilər ki, o, ərizəni yazıb çıxmasa, onuda işdən çıxardacaqlar. Baxmayaraq ki, onun həyat yoldaşı orda qeyri rəsmi işləyirdi. Bundan əlavə göstərdi ki, 2023-cü ilin dekabr ayında, Kənan müəllimlə görüşmüş yanında da 4 nəfər şəxs olmuşdur. 2024-cü ilin yanvar ayında da gəlib hamiləliyini təsdiq edən sənəd gətirmişdir. Ona dekabr ayında heç bir məktub göndərilməyib, yanvar və fevral ayında göndərilmişdir və o, cavabını bildirərək onlayn işlədiyini qeyd etmişdir. Ofisə gəlməkdə onu heç kim məcbur edə bilməzdi. O, həmçinin göstərmişdir ki, o, qeyd edilən təşikilatda maliyyə direktoru işləmiş və tutduğu vəzifəyə əsasən nəzərdə tutulmuş məzuniyyət günləri 21 deyil, 30 gün olmalıdır. Bundan əlavə iş stajına görə və əlavə uşaqlara görə məzuniyyət günləri əlavə olunur. Cavabdeh tərəfindən DSMF-yə arayış təqdim olunub ki, həqiqətən o, onlayn işləmişdir. 3-cü əlavə iş yeri olduğu üçün o, 2 saatdan artıq işləyə bilməzdi. O, həmçinin izahatında göstərmişdir ki, ona təhvil-təslim aktı ilə heç bir sənəd təqdim olunmayıb. Belə ki, o, audit deyil, maliyyə direktorudur, qeyd olunan məlumatları audit təqdim etməlidir. Alınmır inventarlar elektron şəkildə alınır. O, bütün hesabatları elektron formada dövlət orqanlarına təqdim etmişdir. Həmçinin bildirdi ki, bank köçürmələrinin heç birini o etməmiş, baş mühasib edib, bu da Aydın müəllimin razılığı əsasında. Köçürələrin heç birisində məzuniyyət pulu kimi ödənilməsi qeyd olunmayıb. Artıq verilən pul vəsaiti mükafat kimi verilmişdir, hazırda cavabdehin nümayəndəsi onun məzuniyyət pulunun əvəzi kimi əsaslandırır. Kompensasiyanın verilməsinə dair ərizələrin biri ona məxsusdur, digəriləri isə saxtalaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, hazırkı mübahisənin bu qədər uzanma səbəbi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə işdən azad olunması deyil, iddiaçının hamilə olması və bundan əlavə himayəsində iki azyaşlı uşağının olmasıdır. Əmək müqaviləsinə xitam verilərkən iddiaçı hamilə olması barədə arayışı şirkətin əməkdaşı olan Fidan xanımın otağında, köməkçisi Nurlanın iştirakı ilə Nümayəndə1 təqdim etmişdir və Kənan müəllim arayışı nəzərdən keçirərək iddiaçının hamilə olmasını təsdiq etmişdir. Lakin buna baxmayaraq Nümayəndə1 qanunvericiliyin tələblərini pozaraq xx.xx.2025-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə xitam vermişdir. Ümumiyyətlə Əmək Məcəlləsinin 70 ”ç” maddəsində nəzərdə tutulmuş əlamətlər mövcud deyil, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozmamışdır. İddiaçı cavabdeh şirkətdə əlavə iş yeri kimi müddətsiz müqavilə üzrə natamam iş rejimində işləmişdir, onlayn şəkildə fəaliyyət göstərirdi. Əlavə iş yeri o deməkdir ki, iddiaçının əsas iş yeri var və orda 9:00-dan 18:00-a kimi işləyir, 18:00-dan sonra simvolik sistem üzərində vaxt seçib əlavə iş yeri kimi rəsmiləşdirmək hüququ var. Bundan əlavə, iddiaçıya 2023-cü ildə arayış verilmiş və orda onlayn işləməsi qeyd olunmuşdur. Cavabdeh şirkət iddiaçıya qərəzli yanaşır. Cavabdeh şirkətin etirazının əsası kimi iddiaçının hamilə olması barədə məlumat verilməməsi və işə qəsdən çıxmamasıdır. Həmçinin göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə X18 Xidməti tərəfindən qərar qəbul olunmuş və həmin qərarda “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozaraq, hamilə və üç yaşadək 2 uşağın olmasını nəzərə alınmayaraq, həmin Məcəllənin 70 “ç” bəndinə əsasən xitam verilməsi, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərini pozaraq son haqq-hesabın ödənilmədiyi müəyyən olunmuşdur.” Şirkətin iddiaçıya qarşı qərəzliliyi bundan görünür ki, şirkət cərimə olunmağa və onu ödəməyə razı olmuş, lakin iddiaçını işə bərpa etməyə razı olmamışdır. Həmin qərardan şirkət şikayət vermiş, lakin şikayət təmin olunmamışdır. İddiaçının həyat yoldaşı həmin şirkətdə mühafizəçi işləyirdi, bir müddət sonra müəyyən səbəblərə görə əmək müqaviləsinə xitam verildi və söz verildi ki, bir neçə ay sonra yenidən əmək müqaviləsi bağlanacaq, hələlik belə işlə. İddiaçıya təklif olunmuşdur ki, ərizəni özün yaz və işdən çıx, iddiaçı ərizəni yazmaqdan imtina etdikdən sonra onun yoldaşını işə buraxmadılar, yoldaşı müvafiq orqanlara şikayət etdi və şirkətin direktoru cərimə olunmuşdur. Həmçinin bildirmişdir ki, iddiaçının hazırkı emosional vəziyyəti cavabdeh şirkəti tərəfindən ona və həyat yoldaşına göstərilən hötmətsizliyinin nəticəsidir. Şirkətdə 2 ildən çox işləyən, hamilə qanına belə yanaşması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə işdən azad edilməsi, bu bir vətəndaşın hüququnun pozulmasıdır. X18 Xidməti qərarındada iddiaçının hamilə olması faktını təsdiq edir, lakin bu günədək cavabdehin nümayəndəsi bunun bilməsini inkar edir. Cavabdeh "xxxx" MMC-nin İddiaçı barəsində qəbul etdiyi “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma dövrü üçün əmək haqqının, 2024-cü ilin yanvar ayının 15-dən fevral ayının 15-dək işlədiyi dövr üçün hesablanmış, lakin ödənilməmiş əmək haqqının, onun gecikdirilməsinə görə qətnamə icra olunan tarixə qədər hər gün üçün 1% miqdarında ödəncin, 01 fevral 2023-cü il 01 fevral 2024-cü iş illəri üzrə istifadə ediməmiş əmək məzuniyyətinin əvəzi olaraq ödənişlərin hesablanaraq İddiaçı ödənilməli və mənəvi zərərə görə 50000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçı 2022-ci ildən Cavabdeh şirkətində rəhbər vəzifədə çalışmış, 2 ildən sonra şirkətdə yoxlamalar aparılan zaman işlədiyi dövrdə peşə fəaliyyətinə düzgün yanaşmadığı, yolverdiyi noqsanlara dair iradlar bildirilmiş, aparılmış audit zamanı tələb olunan sənədləri təqdim etməkdən imtina etmiş, ümumiyyətlə yoxlama zamanı şirkətə müxtəlif bəhanələr edərək gəlməmişdir. Müxtəlif yollarla şirkəti şantaj etməyə çalışmışdır. İddiaçı özü həyat yoldaşı faktiki işlədiyi zamanı onun işdən azad olunmasını rəsmiləşdirmiş, rəhbərliyin bundan məlumatı olmamışdır. Daha sonra Əmək Müfəttişliyinə müraciət etmişlər və şəxsin əmək müqaviləsi olmadan işə cəlb olunmasına görə şirkətə cərimə tətbiq olunmuşdur. İddiaçı 2 il ərzində heç bir iş görməmiş və dəfələrlə müraciət etməklərinə baxmayaraq işə gəlməmişdir. Pandemiyə dövründə özü üçün hazırladığı arayışa, yəni güya onlayn formada çalışdığına istinad edir, lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsində belə bir şərt nəzərdə tutulmamışdır. İş saatları qeyd olunub və iddiaçı həmin saatlarda işdə olmalı idi. İddiaçıya 3 dəfədən artıq bildirişlər göndərilmiş və ofisə gələrək sənədləri təqdim olunması təklif olunmuş, buna baxmayaq ofisə gəlməmişdir. İddiaçı hamiləliyini təsdiq edən sənəd şirkətə təqdim etməmiş və təqdim etməsini təsdiq edən heç bir sübut verilməmişdir. Məhkəmənin gedişi zamanı yalnız uşağın doğum haqqında şəhadətnaməsini təqdim etmişdir. Belə bir sənəd təqdim olunmadığından Cavabdeh şirkəti iddiaçının işdən azad edərkən onun hamiləliyini nəzərə ala bilməmişdir. İddiaçı vəzifələrindən sui istifadə etmiş və umumiyyətlə vəzifələrinə səhlənkar yanaşmasını, əvvəlki dövrdə yol verdiyi nöqsanları nəzərə alaraq onun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 4 şirkətlə əmək müqaviləsi bağlamış, bu da onun əmək funksiyalarını yerinə yetirməyə maneəçilik törətmişdir. Qanunvericilik əsas iş yerindən əlavə 2 iş yerinin olmasına icazə verir. Biz iddiaçının həmin dövrdə hamilə olmasını nəzərə alaraq onu bu gündə işə bərpa edə bilərik, lakin gəlib sənədlərini təqdim etsin, gördüyü işə aid sənədləri versin, mediasiya prosesindədə buna dair təkliflər olmuşdur, lakin iddiaçı sənədləri təqdim etməkdən imtina edir hətta hədə qorxu gəlir. İşə bərpa olunduğu təqdirdə onun onlayn işləməsi tərəflərin qarşılıqlı razılıq əsasında olur, tərəf razı olmadığı halda müqavilənin bağlanması mükün deyil, bunun nəzərə alınmasını xahiş edir. Kompensasiyanın və son haqq-hesabın ödənilməsi məsələsinə dair bildirir ki, iddiaçı istifədə etmədiyi məzuniyyət günlərinə görə özünə ödədiyi kompensasiya məbləğləri artıqlaması ilə ödənilmişdir. İddiaçı dekabr, yanvar və fevral ayında ümumiyyətlə işə gəlməmişdir, gördüyü işlər barədə məlumat təqdim etməmiş, ona bu günlərə dair əmək haqqı ödənilməməli idi, lakin buna baxmayaraq ona həmin aylar üzrə əmək haqqı ödənimiş və çıxarışlar məhkəməyə təqdim edilmişdir. O, iddiaçının şirkətin sənədlərini götürməyi ilə bağlı bildirdi ki, iddiaçının apardığı əməliyyatlarla bağlı məhkəmənin gedişatında və ayrıca iddia etdikləri pul mübahisəsində artıq pul vəsaitlərin köçürülməsi ilə bağlı təqdim etdikləri ərizələri və mövcüd olan bank köçürmələri onlarda həmin əsaslı şübhələri yaradır. Əlavə olaraq bildirmişdir ki, iddiaçının fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunda, Maliyyə Nazirliyinin müvafiq mühasibat uçotun aparılması ilə bağlı təlimatlarda maliiyə müdirinin vəzifələri və öhdəlikləri, toplayacaq sənədlərin siyahısı var, ən azından ildə 1 dəfə inventarizasiya aparmasına məsul şəsx olub. O, həmçinin göstərmişdir ki, 2024-cü ilin fevral ayı üzrə əmək haqqının ödənilməsi barədə bldirmək istəyir ki, iddiaçı fevral ayında işə gəlməmiş və heç bir iş görməmişdir, həmin ay üzrə əmək haqqı alması qanuna ziddir. X6 işçi və işə götürən arasında münasibətlərini tənzimləyən təşkilatdır, onun Konvensiyaları işçinin hüquq və vəzifələrini müəyyən edir, həmin tələbləri nəzərə alaraq hesab edirik ki, işçinin işə gəlmədiyi dövrdə əmək haqqının ödənilməsi qanuna ziddir. Əlavə olaraq bildirir ki, iddiaçının şirkətə yazdığı cavablarda işə gəlmədiyinin səbəbləri kimi onun onlayn və natamam iş rejimində işləməsi qeyd olunub, lakin hamilə olduğu ilə bağlı heç bir məlumat verilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi onlayn rejimdə işlədiyi barədə arayış pandemiya dövründə verilmişdir. Mübahisələr yarandığı dövrdə iddiaçı hamiləlikdən sui istifadə etmək üçün hərəkətlər etmişdir. İddiaçı yalnız sonuncu məhkəmə iclaslarında hamiləliyini təsdiq edən sənədləri təqdim etmişdir. Müəssisədə iddiaçının kompensasiya verilməsinə dair ərizələr aşkar edilmiş, artıq pul vəsaitlərin köçürülməsi də həmin tarixlərə təsadüf etmişdir. Əgər iddiaçı bildirir ki, həmin ərizələri onun tərəfindən yazılmamış və imzalanmamışdır, onda həmin artıq köçürülmüş pul vəsaitlərinin geri qaytarılmasını və ya son haqq-hesabla əvəzləşdirilməsini xahiş edir. İddiaçının gördüyü işlər maliyyə direktorun vəzifəsinə yox, operatorun vəzifə öhdəliklərinə uyğun gəlir. Beynəlxalq qanunvericilikdə maliyyə direktonu vəzifə öhdəlikləri genişdir, maliyyə strategiyası, idarəetmə və s.. X7 işçilər hansı şəkildə işlərini aparması da qeyd olunur. Həmçinin qeyd edir ki, iddiaçının yazdığı cavab məktublarında onun işə gəlməməsi, gəlmək istəməməsi, audit prosesində iştirak etməməsi, zəruri sənədlərin təqdim etməkdən yayınması öz əksini tapmışdır. Bundan əlavə dəfələrlə müəssisədə kənar auditin aparılması üçün sənədlərin təqdim edilməsi və əməkdaşlıq aparılması bildirilmişdir və cavabdeh işə gəlmiyəcəyini, əməkdaşlıq etmiyəcəyini bildirərək audit istədiyi sənədləri onlayn əldə edə biləcəyini bildirmişdir. Bu artıq əmək münasibətlərinin icra edilməsindən imtina edilməsi kimi qiymətləndirilə bilər. Beləliklə, iddiaçının özü qeyd etdiyi kimi əsas və ondan başqa 2 əlavə iş yerləri var, işsiz deyil. Bildiyinə görə hazırda analıq məzuniyyətindədir və analıq məzuniyyətində olan dövrdə işləmədiyi günlərin necə hesablanması məlum deyil. Göstərdiklərini nəzərə alaraq iddia əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - Cavabdeh MMC-nin direktoru Nümayəndə1 xx.xx.2024-cü il tarixli, 007/X/24 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrindən görünür ki, X1 xx.xx.2024cü il tarixdən cəmiyyətin maliyyə direktoru, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tutduğu vəzfədən azad edilmiş və onunla bağlanmış əmək əmək müqaviləsinə xitam verilmişdir (son haqq hesab 01.02.22-01.02.23-cü il üçün “0” (gün), 01.02.23-01.02.24-cü il üçün “0” (sıfır gün) (əsas istifadə edilməmiş günlçərin əvəzinə verilmiş kompensasiya)). - Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında Zərngilan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 iyul 2011-ci il tarixli, AZ-İ 005047 nömrəli şəhadətnamədən görünür ki, xx xxxxxxx 1987-ci ildə doğulmuş Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş X3 adı Xanım adına dəyişdirilmişdir. - İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında X18 Xidmətinin 23 aprel 2024-cü il tarixli, MN ******* nömrəli (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozaraq, hamilə və üç yaşadək 2 uşağın olmasını nəzərə alınmayaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, həmçinin Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbrini pozaraq son haqq-hesabın ödənilmədiyi müəyyən olunmuşdur) qərarından görünür ki, Cavabdeh MMC-nin direktoru Nümayəndə1 barəsində tərtib edilmiş 27 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokola baxılaraq, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində tətbiq edilmiş 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilməsi qərara alınmışdır. - İddiaçı Abbasova (Məmmədova) Xanım Oqtay qızının Cavabdeh MMC-nin direktoru Kənan Qılıgovun elektron ünvanına 21 fevral 2024-cü il tarixdə etdiyi müraciətindən görünür ki, xx.xx.2024- cü ildə Vilistream Az MMC tərəfdən ona göndərilən məktuba cavab olaraq bildirir ki, “...Nəyi əsas gətirirsiniz ki, bu əməlləri törətmişdir. Onun öz imzası və təsdiqi ilə sizdə hər hansı bir sənəd varmı ki, onlardan və ya müəsissədən hər hası maddi və ya qiymətli vəsait götürmüş və yaxud işə gəlmir. Bilmirsiniz ki, o, Udalyonu yəni ONLAYN formada işləyir, aşağıda qeyd etdiklərinin çoxun bəlkədə bilmirsiz, ama yenidən qeyd edir ki, baxın və bilin ki, necə səhf etmisiniz. Bunun üçün də nə məsuliyyət daşıdığınızı bilin. O, xx.xx.2024 tarixində telefon vasitəsi ilə Səbinə xanımla danışdıqda qeyd etdiniz ki, ona göndərilən məktubdan xəbəri yoxdur o, da bildirdi ki, sizin məktubun aşağısında imzanız var. Orda qeyd etdiklərinizi soruşduqda hər şeyi inkar etdiniz. Bildirdiz ki, lazım gəlsə dövlət orqanlarında şahid qismində çıxış edəcəksiniz ki, bu yazılanların hamısı absurtdur yəni yalandır heç bir əsası və qüvvə daşımır. O, xx.xx.2022 tarixindən Təsisçilərin Drektorun və Baş mühahasibin razılığı ilə əlavə iş üzrə natamam formada və Onlayın iş rejimi olmaq üzrə fəaliyyət göstərir. Tesdiqedici sənəd olaraq Vilstream Az MMC-nin Direktoru tərəfindən ona 2022 və 2023-cü ildə DSMF yə (yəni uşağın 3 yaşa quluğa görə) təqdim etməyi üçün verilmişdi. Bunun 2022-ci il üzrə olanın qoşma şəklində sizə təqdim edmiş ki, sabah danmayasınız ki, sonradan onlayn rejimə keçmişdir. Yəni ilk gündən onlay formada sizin müəsissədə Maliyyə direktoru vəzifəsində işləmiş və cari işləri yox yalnız hesabatları vermiş o, da sizin təqdim etdiyiniz məlumatlar əsasında aylıq, rüblük və illik hesabatları təqdim etmiş. Qaldıkı işə gəlməməyə o, onun verə biləcəyi qərardır ki, istəyər gəlib müəsissədə işləyər, istəyər də evdən və ya başqa bir yerden hesabatlarını verər. Əsas odur ki, xx.xx.2022 tarixindən ən son xx.xx.2024 tarixində hesabat təqdim etmişdir. Bununda hər formada təsdiqi onda var. Ondan sonra isə yaratdığınız problemlərə görə yəni hesabatları vere bilməyi deyə dövlət orqanlarındakı kod parolları dəyişdirmisiz, Asan imza da sizdə olduğu üçün və təsdiq etmədiyiniz üçün onun işində siz tərəfdən problem yaranıb. Habelə Müəsisənin rəhbəri açıq aydın şəkildə onu müəsissəyə dəvət edib son danışıqda bildirmişdir ki, onun işləmək istəmir. O da, və yoldaşı ilə işləmək istəməməyinin səbəbin soruşduqda Kənan müəllim bildirmişdir ki, Aydın müəllim belə istəyir. Bunun da nə maddi nə də mənəvi məsuliyyətini o, daşımır. Bu haqda da Nümayəndə1 bildirmiş ki, o, işindən çıxmaq istəmir. Vaxtında məlumat verin və lazımı sənədləri təqdim edin ki, o, da hesabat versin, verilmədiyi təqdirdə o, məsuliyyət daşımır. Səlahiyyəti məcburi şəkildə şantajla əlindən alınmasaydı, o, bu gün öz işini görərdi. Qəsdən belə onu öz əməllərinə alət etmək istəyirsiniz. Qanunsuzluğun səbəbin soruşduqda isə əsas gətirə bilmədiniz. Bu azmış kimi onu yoldaşı ilə hədələdiniz ki, əgər o, işdən çıxmasa qeyri-rəsmi şəkildə sizin müəsissədə mühafizə vəzifəsində işləyən həyat yoldaşı X5 işdən çıxaracaqsınız. Səbəbi isə Təsisçi Aydın müəllimin kefi belə istəyir. İndidə bu yola əl atırsız ki, guya ona hər hansı bir qiymətlilər və ya maddi vəsait təhkim etmisiniz, xeyir bu absurtdur. Siz tərəfindən ona heç bir qiymətli və maddi vəsait təhkim olunmayıb. Bu əsassız şantajınıza görə DİN 102 xidmətinə, Prokurorluğa, Korrupsiyya İdarəsinə, Maliyyə Nazirliyinə, İqtisadiyyat nazirliyinə, Dövlət vergi xidmətinə, DSMF-yə və s aidiyyatı qurumlara bu günkü əsassız və şantaj məktubunuzu əsas götürərək şikayət edir həm Vilstream Az MMC şirkətini, həm Müəsissənin Rəhbərini, həm də Əbdürəhmanova Səbinəni ki, nəyə əsaslanırsınız sizə kim ixtiyar verib ki ona bu cür davranasınız. Azərbaycan Respublikasının qanunları var o, da həmin qanunlara uyğun davranaraq öz hüquqlarını müdafiə edir və edəcəkdir. Siz çox yaxşı bilirsiniz ki, Ailədə ondan başqa heç kim işləmirdi. 3 yaşına çatmayan iki övladı var hal hazırda 3-cü övladına 12 həftəlik hamilədir. Bunun təsdiq edici sənədini xx.xx.2024 tarixində təqdim etmişdir. Bundan əlavə o, 2-ci qrup Qarabağ əlilinin qızıydır, özü də, Zəngilan rayonunun məcburi köçkünüdür. Ona hörmətiniz budur məgər. Onun atası sizin kimilərdən yana Qarabağ müharibəsində iştirak edib ki, siz də onun qızını bu cür təhqir edəsiniz. Bundan əlavə bildirir ki, bütün işçilərin barmaq izi olduğu halda, onun heç bir dövr üzrə Vilstream Az MMC-də barmaq izi olmayıb, bunun da əsası odur ki, o, onlayn işləmişdir. Bunun tesdiq edici başqa sənədi odur ki, Rusiyaya mail üzrə göndərilmiş və Rusiyadan onlara gəlmiş tabel və əmək haqqı sənədləridir. Barmaq izlərindən də açıq aşkar görmək olar. Ona əsassız yaratdığınız problemləri və məni haqsız yerə işdən çıxarmağınızı, hər kəsə əmək haqqısını ödəyib, ona və yoldaşına işlərini işləməklərinə baxmayaraq əmək haqqının ödənilməməsi və bu azmış kimi hər şeyi bildiyiniz halda siz bu məktubu ona göndərməklə bir daha sübut edirsiz ki məni işdən çıxmam üçün şantaj edirsiz. Qeyd edir ki, o, nə imzalı təsdiqli nə də imzasız heç bir qiymətli vəsait və maddi vəsait almamışdır. “Bunun da şahidləri var. Məqsədə çatmaq üçün qanunsuz hər yola əl ata bilərsiniz. Ama o, da öz işinin peşəkarı olduğu üçün, bu günkü günə kimi sizin müəsissədə onlayn işlədiyi üçün heç bir sənəd sizdən götürməmişdir. Ona qaralama kompaniyası yaxırsınız. Çünki əlinizdən ancaq belə əsassız şantajlar gəlir. Başq şeyə gücünüz çatmır onun üçündə insanı bu cür alçaltmaq istəyirsiniz. Siz çox yaxşı bilirsiniz ki o, xx.xx.2024 tarixində Əmək müfətlişliyinə, Cənab Prezidentə, Vitse prezidentə və digər orqanlara yaratdığınız əsassız problemlərə və əmək haqqının ödənilməməsinə, onun və ailəsinin şərəf və ləyaqətinin təhqir edilməsinə görə şikayət etmişdir. Yenidən məktub vasitəsi ilə əsassız ona şərtlər qoymaqla guya ki, işə gəlmir və işini görmür və müəsisədən nəsə götürmüş və geri gətirmir deyə işdən çıxarasınız. Səhv olan sizsiniz, o yox. Çünki o, bütün vəzifə və öhdəliyinin fərqindədir. Ona uyğun da hərəkət edir. Özünüz bilmədən özünüzə problem yaradırsınız. Bu da bacarıqsız strukturun müəsisədə işləməsindən irəli gəlir. İlk öncə Azərbaycan Respublikasında işləmədən öncə Azərbaycan Respublikasının qanunlarını öyrənin sonra nəsə irad bildirin ki, belə biabırçı vəziyyətə düşməyəsiniz. Bu məktubu ona yazmadan öncə yəni X8 Kənana Votsap vasitəsi ilə yazmış ki, onun səlahiyətlərini əlindən alırsınız ki, işini görə bilməsin sabah da onu nədəsə günahkar biləsiniz. Xeyir sizin yaratdığınız bu problemlərə görə o, heç bir maddi mənəvi məsulliyyət daşımır. Çünki bütün vəzifə öhdəliklərini və xəbərdarlığını vaxtında etmişdir. Onun xəbərdarlıq və təkliflərinə məhəl qoymamısmızsa bu onun problemi deyil. O, dəfələrlə bildirmiş yenə bildirir ki, onun müqaviləsi müddətsiz, əlavə ştat və natamam iş rejimi olmaq üzrə onlayn formada işləyir. İşdən də çıxmaq fikri yoxdur. İşini görməyə problem yaradan sizsiniz. Onun çün də əmək haqqının verilməməsində yenə qanunsuzluq edən sizsiniz. Gecikdirdirdiyiniz hər günə görə ona kompesasiya ödəyəcəksiniz. Çünkü siz yanvar ayının ikinci yarısının yəni son 15 günlüyün və fevral ayının ilk 21 günlüyünün əmək haqqı məbləğini ona ödəməmisiniz bu cür də davam edirsiniz. Bunun təsdiq edici sənədi olaraq Bank çıxarışını da əlavə edir bütün dövrlər üzrə. Əslində onun və ailəsinin həm maddi həm də mənəvi cəhətdən şərəf və ləyaqətin təhqir etdiyiniz üçün üzr istəməlisiniz və onlara dəyən zərəri təmin etməlisiniz.”. - Vilstream AZ” MMC-nin direktorunun İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, "xxxx" MMC -nin, Maliyyə Direktoru İddiaçı tərəfinizdən Əmək və icra intizamının pozulması, heç bir üzrlü səbəblər barədə məlumat vermədən və ya təsdiqedici sənədlər əsasında üzürlü səbəb olmadan davamlı işburaxma etməniz diqqətinizə çatdıraraq ən qısa zamanda işburaxmanın üzrlü səbəblər əsasında olmasını təsdiq edən sənədləri təqdim etməklə MMC-yə gələrək, iş yerində vəzifə öhdəliklərinin icrasına başlaması tələb olunmuş və əmək müqaviləsi öhdəliklərinin vaxtında və düzgün icra edilməməsinə görə Müəsissəyə dəyəcək bütün ziyana görə maddi və intizam məsuliyyəti daşıyacağı barədə xəbərdar edilmişdir. - Cavabdeh MMC-nin direktor müavininin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, "xxxx" MMC -nin Maliyyə Direktoru İddiaçı, Əmək və icra intizamının pozulması, heç bir üzrlü səbəblər barədə məlumat vermədən və ya təsdiqedici sənədlər əsasında üzrlü səbəb olmadan davamlı işburaxma etməsi diqqətinizə çatdııaraq, ən qısa zamanda işburaxmanın üzrlü səbəblər əsasında olmasını təsdiq edən sənədləri təqdim etməklə MMC-yə gələrək, iş yerində vəzifə öhdəliklərinin icrasına başlamas tələb olunmuşdur. Həmçinin qısa müddətdə təhkim edilmiş qiymətlilərin və maddi vəsaitlərin təcili şəkildə şirkətin saxlancına qaytarması və təhvil təslim etməsi tələb edilmişdir. Əmək müqaviləsi öhdəliklərinin vaxtında və düzgün icra edilməməsinə görə Miiəsissəyə dəyəcək bütün ziyana görə tam məsuliyyəti daşıyacağı barədə İddiaçı xəbərdar edilmişdir. - Cavabdeh MMC-nin direktorunun İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, “Vilstream AZ" MMC -nin, Maliyyə Direktoru İddiaçı tərəfindən Əmək və icra intizamının pozulması, heç bir üzrlü səbəblər barədə məlumat vermədən və ya təsdiqedici sənədlər əsasında üzrlü səbəb olmadan davamılı işburaxma etməsi barədə sonuncu xəbərdarlıq edilmiş, ən qısa zamanda işburaxmanın üzrlü səbəblər olması əsasında təsdiq edən sənədləri təqdim etməklə MMC-yə gəlməsi, iş yerində vəzifə öhdəliklərinin icrasına başlaması tələb olunmuşdur. Həmçinin qısa müddətdə təhkim edilmiş qiymətlilərin və maddi vəsaitlərin təcili şəkildə şirkətin saxlancına qaytarması və təhvil təslim etməsi tələb edilmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsini bir daha bildirərək müqavilə iizrə öhdəliklərini icra etməsi tələb olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, şirkətinin maliyyə vəziyyətinin yoxlanılması məqsədi ilə kənar auditorlar tərəfindən yoxlama aparılır. Bu səbəbdən “maliyyə direktoru olaraq” müvafiq tələb edilən sənəd və məlumatları auditin aparılması üçün ən qısa müddətdə təqdim edilməsi tələnb edilmişdir. Bir daha bildirilmişdir ki, qüvvədə olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 4.16-cı bəndinə əsasən iş vaxtı həftəlik 40 saat olmaqla, gündəlik 8 saatdır. Əmək müqaviləsi öhəliklərinin vaxtında və düzgün icra edilməməsinə görə, həmçinin Müəssisəyə dəyəcək bütün ziyana görə tam məsuliyyət daşıyacağı bildirilmiş və sonuncu dəfə Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xəbərdarlıq edilmişdir. - İddiaçı Abbasova (Məmmədova) Xanım Oqtay qızının Cavabdeh MMC-nin direktoru Kənan Qılıgovun elektron ünvanına 27 fevral 2024-cü il tarixdə etdiyi müraciətindən görünür ki, xx.xx.2022-ci il tarixindən Vilstream AZ MMC-də Maliyyə Direktoru vəzifəsində əlavə iş olaraq natamam formada onlayn iş norması yəni, kənardan idarə olunmaq şərtiylə və müddətsiz əmək müqaviləsi ilə artıq 3-cü ildir ki, fəaliyyət göstərir. Əmək Məcəlləsinin 10-cu maddəsinin şərtlərini də pozan MMC-dir. Çünki o, işini işlədiyi halda hələdə əmək haqqı ödənilməyib. Onu müxtəlif formalarda əsassız şantaj edir və şər böhtanlar yaxırsız. Bildirir ki, o, heç bir iş buraxma halı etməmişdir. Çünki o, əlavə natamam iş forması və onlayn yəni kənardan idarə olumaq surəti ilə işləyir. Artıq 3-cü ildir ki onun bu günə qədər müəsissədə barmaq izi olmayıb və rusiyadan təqdim edilmiş tabellərədə də açıq aydın görünür ki, o, udalyonnu yəni, kənardan idarə olunma sistemi ilə işləyir. Məktubda qeyd etmisiniz ki, əmək müqaviləsinin 4.16-cı maddəsinə əsasən həftəlik 40 saat gündəlik 8 saat olmaqla işləməlidir. Xeyr səhfsiniz. Siz bir müəsissə rəhbəri olaraq hələdə əsas iş yeri ilə əlavə iş yerinin fərqini başa düşə bilmirsinizsə daha sizə nə deyəcəyini bilmir. Bildirir ki, qeyd etdiyiniz maddə əsas iş yerinə aid və tam ştat olmaqla işçi işləyə bilər bu şərtlə ki, 3 yaşına çatmayan himayəsində övladı və kvotası olmasın. Əgər övladı varsa və ya hamiləlik haqqında hər hansı sənəd təqdim edilərsə bu zaman həmin gündəlik iş saatı 1 saat azaldılaraq 7 saata endirilir. Əgər əlavə iş yeridirsə və natamam iş saatı olmazsa bu zaman 4 yox 3 saat işləyə bilər. Yox əgər natamam iş saatıdırsa və onlayın yəni kənardan idarə etməklə işləyirsə bu zaman iş saatın işçi özü təyin edir və harda işləyəcəyin özü qərar verir. Onun müqaviləsinin 4.16 cı bəndində saat və gün qeyd edilməyib. İş formada natamam iş saatı olmaqla, Vilstream AZ MMC tərəfindən 2022-ci ilin oktyabr ayında və 2023-cü ilin dekabr ayında imzalı və möhürlü arayış təqdim edilib ki, o, həqiqətən əlavə natamam və onlayn formada işləyir. Düşünür ki, sizə bunun açıqlamasın vermiş və sizdə özünüz və strukturunuz əsas və əlavə iş formasını anladınız. Qaldıkı müəsissəyə kənar Audit dəvət etmisinizsə nə xoş. Siz bildiyiniz halda yenə bildirir ki, sizə, 2021-2022-ci ilin Auditi zamanı dəvət etdiyiniz audit şirkəti tərəfindən edilmişdir. Qaldıki 2023-cü ilin auditinə 2023-cü ilin Auditi olunması üçün gərək mənfəət vergisi təqdim edilməli idi. Amma sizin əsassız yaratdığınız problemlər ucbatından ona təqdim etmədiyiniz məlumatlar, müəyyən vergi statistika və digər qurumlara görə bilməyir və hesabatları təqdim edə bilməsin deyə kodların və parolların dəyişdiyiniz üçün və müəsissənin asan imzası sizdə olduğu üçün və yenə siz təsdiq etmədiyiniz üçün bundan əlavə müəsissənin bütün məlumatları sizdə olduğu üçün və onun işinə çətinlik törətdiyiniz üçün heç nə edə bilmir. Bunun da vaxtında rəsmi xəbərdarlığın şəxsən sizə, yəni Nümayəndə1 etmişdir. İndi sual yaranır. Siz onun işləməyini istəmirsiniz, səlahiyyətini əlimdən alırsınız ki, o, heç bir işini görə bilməsin. İndiysə işə gəlməyini və işini görməyini tələb edirsiniz. Halbu ki, onu işdən çıxarmaq istəyən sizsiniz. O, necə işini görsün ki, bütün səlahiyyətləri və aidiyyatı məlumatları sizdədir. Siz məlumatları rəsmi şəkildə təqdim edin, o, isə öz hesabatını həmişə olduğu kimi kənardan verib sizə rəsmi şəkildə təqdim etsin. Qeyd edir ki, audit yoxlamasında lazım olan bütün məlumatları audit edən şəxs sistemdən götürür. Bilmirsinizsə bunuda öyrətsin sizə E-taxses.gov.az, saytından asan imza ilə daxil olub bu günkü dövrə kimi bütün məlumatları götürə bilər. Pulun dövriyəsinə isə internet bankingə asan imza ilə daxil olub yenə götütrə bilər müxtəlif hesablar üzrə. Yerdə qalan bütün məlumatlarda yenə sizdədir. Ona heç nə təhvil verməmisiniz ki, nəsə də tələb edəsiniz. Qaldı ki, şər böhtan atırsınız ki, guya ki, o, sizin müəsissədən nəsə qiymətli və maddi vəsait təhkim edilib və sizə təhvil verməmişdir. Xeyir, belə bir şey olmayıb siz və müəsissə tərəfindən ona heç nə təhkim edilməyib. Əgər hər hansı bir işçiyə nəsə təkim olunarsa bu aktlaşdırılır və akt əsasında verilir. Əgər o, sizdən nəsə almışsa bunun təsdiq edici sənədi olmalıdır. Yoxsa hər yerindən duran kimsə xoşuna gəlmir deyə onu şantaj edə bilməz və ixtiyarıda yoxdur. Bunun heç bir təsdiq edici sənədi olmadığını siz çox gözəl bilirsiniz. Siz çox yaxşı bilirsiniz ki, bunun təsdiq edici sənədin sizdən tələb edəcək. Əks təqdirdə bu şantajınız və şər böhtanınıza görə dövlət orqanlarında məsuliyyətə cəlb olunacaqsınız. Sizə heç kim ixtiyar verməyib ki, əlinizdə sübut olmadan onun şəxsiyyətini alçaldasınız. Siz 70-və 72 ci maddəni əsas gətirib işdən çıxara bilməzsiniz. Əvvəla sizin göndərdiyiniz məktubların hər birini o, cavablandırır. Lakin onun tərəfindən göndərilən məktuba heç bir cavab gəlmədiyi üçün sizin məktublar əsassız sayılır ki, onu işdən çıxardasınız. Çünki xəbərdarlıqlara cavab onun tərəfdən verilir. Verilməsəydi əsas gətirilməsəydi bu zaman siz dediyiniz ola bilərdi. Bundan əlavə Əmək məcəlləsinin 79 cu maddəsinə əsasən siz onu işdən çıxara bilməssiniz. O, yalnız öz xahişi ilə işdən çıxa bilər. O, isə işdən çıxmaq istəmir. Əgər siz əsassız işdən çıxarsanız belə məcburi şəkildə dövlət orqanlarının tələbi ilə işini bərpa edəcəksiniz, keçmiş dövrün ödənilməyən əmək haqqısını və gecikdirilmiş kompesasiya məbləğini ödəyəcəksiniz. Bundan əlavə sizdən təzminat da tələb edəcək, vurulmuş maddi və mənəvi ziyana görə. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Abbasova (Məmmədova) Xanım Oqtay qızına ünvanlanmış 06 mart 2024-cü il tarixli məktubunun surətindən görünür ki, "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial; Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə ünvanladığınız: müraciətinizə Xidmətin Bakı şəhər idarəsində baxılmışdır. Müraciətlə əlaqədar X18 Xidmətinə təqdim etdiyi izahatda xx.xx.2022-ci il tarixindən Maliyyə direktoru vəzifəsi üzrə "xxxx" MMC-də əmək fəaliyyətinə cəlb edildiyinizi, işlədiyiniz müddət ərzində vəzifə səlahiyyətlərinizi layiqincə yerinə yetirdiyinizi, lakin 2024-cü il yanvar ayı üzrə əmək haqqınızın köçürülmədiyini və işə çıxmağınız barədə müəsssisə tərəfindən məlumat verildiyi qeyd edilmişdir. Həmçinin təqdim edilmiş izahatda əmək funksiyalarınızı natamam və Online iş rejimi ilə yerinə yetirdiyinizi bildirmisiniz. Eyni zamanda müəssisə ilə bağlı əsas tələbinizin həmin “Vilstream.az* MMC-də oniline və natamam iş rejimi ilə işə davam etməyinizə və əmək haqlarınızın ödənilməsinə köməklik göstərilməsindən ibarət otduğunu bildirmisiniz. Eyni zamanda müraciətin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə "Vildstream” MMC-nin ünvanlarına (ünvan 5fiyəddin Cəlilov 20) 3-17-5/2-7487/2024 nömrəli, xx.xx.2024-cü il tarixii məktubla aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7 8-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, məktub müəssisəyə xx.xx.2024-cü il tarixində çatdırılsa da, lakin heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən Sizinlə “Vilstream.az“ MMC-nin işəgötürəni arasında xx.xx.2022-cİ it tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün və əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur.) Bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar 01.01,2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Həmçinin Sizə aid sənədlərin təqdim edilməsi məqsədilə "xxxx" MMC-nin ünvanlarına tərəflərindən yenidən müvafiq məktub ünvanlanmışdır. Bildirilmişdir ki, “Vilstream.az" MMC-nin rəhbərliyi tərəfindən Sizə aid sənədlər, həmçinin hamilə və az yaşlı uşağınızın olması barədə tərəfinizdən təsdiq edici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Eyni zamanda Sizə 15 mart 2024-cü il tarixində saat 15:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin rəhbər şəxsinin qəbuluna dəvət olunmağınızla bağjı 3-17«5/2-A-117Q7/2024 nömrəli xx.xx.2024-cü il tarixli müvafiq məktub ünvanlanmış, eyni zamanda telefon vasitəsi ilə (***- ***-**-**) məlumat verilmişdir. - "xxxx" ASC tərəfindən “Vilstream AZ" MMC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-xx.xx.2024-cü il dövrü üçün Abbasova (Məmmədova) Xanım Oqtay qızının ******************** nömrəli kart hesabına 13152 manat məbləğində vəsait mədaxil edilmişdir. - Abbasova (Məmmədova) Xanım Oqtay qızının “Vilstream AZ" MMC-nin direktoruna ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, 01 fevral 2022-ci il tarixdən etibarən X9 işə qəbul edilməsini xahiş etmişdir. - “Vilstream AZ" MMC-nin təsisçisi Teynur Qılıcovun 01 fevral 2023-cü il tarixli, Q/024/22 nömrəli “işçinin işə qəbul edilməsi haqqında” əmrindən görünür ki, Abbasova (Məmmədova) Xanım Oqtay qızı xx.xx.2022-ci il tarixdən “Vilstream AZ" MMC-də X9 işə qəbul edilmişdir. - Abbasova (Məmmədova) Xanım Oqtay qızının “Vilstream AZ" MMC-nin direktoruna ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, 2022-ci iş ilinə görə xx.xx.2022-ci il tarixdən 27 gün əmək məzuniyyəti əvəzinə kompensasiya məbləğinin əmək haqqı şəklində köçürülməsinə icazə verilməsini xahiş edilmişdir. - Abbasova (Məmmədova) Xanım Oqtay qızının “Vilstream AZ" MMC-nin direktoruna ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona, 2022-2022-ci iş ilinə görə istifadə olunmamış məzuniyyət 19 gün kompensasiya ödənişinin təmin edilməsini xahiş edilmişdir. - Abbasova (Məmmədova) Xanım Oqtay qızının “Vilstream AZ" MMC-nin direktoruna ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, 2022-2023-cü iş ilinə görə istifadə olunmamış məzuniyyət 41 gün kompensasiya ödənişinin təmin edilməsini xahiş edilmişdir. - Müxtəlif tarixlərdə imzalanmış eyni məzmunlu əmrlərdən görünür ki, Cavabdeh MMC -nin Maliyyə Direktoru İddiaçı tərəfindən Əmək və icra intizamının davamlı olaraq pozulması -verilmiş tapşırıqları vaxtında və dəqiq yerinə yetirməməsi, həmçinin əmək müqaviləsinə əsasən daimi olaraq iş vaxtına riaət etməməsi və üzrsüz səbəbdən davamlı işburaxma etməsi səbəbindən - şiddətli töhmət elan edilmişdir. - Müxtəlif tarixlərdə imzalanmış eyni məzmunlu aktlardan görünür ki, Cavabdeh MMC-nin, Maliyyə Direktoru İddiaçı heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməmişdir. - 1 saylı “ASAN xidmət” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X11 xx.xx.2024-cü il tarixdə anadan olmuş, atası X17, anası İddiaçı olması qeyd edilmişdir. - Xırdalan ASM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müayinə sənədindən görünür ki, 1987-ci il təvəllüdlü İddiaçı 7 həftə 3 günlük hamiləlik d=4,5 mm ölçüdə sarılıq kisəsi izlənilir. - Hamilənin başqa işə keçirilməsi barədə həkim rəyindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixə 7 həftəlik hamilədir. - Xırdalan ASM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli dölün ultrasəs müayinəsindən görünür ki, 1987-ci il təvəllüdlü İddiaçı 11 həftə 6 günlük hamiləlik ÜD(+) Ananın hər iki böyrək ölçüsü N, KLS genişlənməyib. - Xırdalan ASM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli dölün ultrasəs müayinəsindən görünür ki, 1987-ci il təvəllüdlü İddiaçı 22 həftə 5 günlük hamiləlik ÜD(+) Ananın hər iki böyrək ölçüsü N, KLS genişlənməyib. - X23 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hamiləliyin doppleroqrafik USM müayinəsindən görünür ki, 1987-ci il təvəllüdlü İddiaçı 26 həftə 5 günlük hamiləliyə uyğundur. - Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanıb, ona natamam iş qrafiki müəyyən edilib və onun aylıq vəzifə maaşı 669.71 manat müəyyən edilmişdir. - Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə həmin tarixdə müddətsiz əmək müqaviləsi bağlanıb və o, Maliyyə Direktoru (maliyyə planlaşdırılması üzrə məsləhətçi) vəzifəsinə təyin edilmiş, əmək müqaviləsinə dəyişiklik xx.xx.2022-ci il tarixdə qüvvəyə minib, xx.xx.2024-cü il tarixdə (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. - Abşeron Rayon Mərkəzi Xəstəxanasının vəkil sorğusuna 15 yanvar 2025-ci il tarixli cavab məktubundan görünür ki, 1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdən 6-7 həftəlik hamiləlik diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Xırdalan Ailə Sağlamlıq Mərkəzində qeydiyyata götürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 35-ci maddəsinə əsasən; İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 44.
1. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır.
2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Maddə 55. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 68.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Maddə 110. İşçilərin məzuniyyət hüququ
1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili
1. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.
2. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.
3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. Maddə 114. Əsas məzuniyyət və onun müddətləri
1. Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.
2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
3. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir: a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə; b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə; c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə; d) elmi dərəcəsi olmayan elmi işçilərə; e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.
4. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.
5. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.
6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri
1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.
3. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.
4. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Maddə 132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər
1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü; c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. Maddə 136. Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası
1. Bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.
2. İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Maddə 138. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması
1. Bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.
2. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.
3. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.
4. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır. Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Maddə 172. Əmək haqqının verilməsi müddətləri
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.
3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
6. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 195. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda. Maddə 196. İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası
1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.
2. İşçinin şəxsi əşyalarına və digər əmlakına vurulan ziyanın məbləği ziyan dəyən anda mövcud olan bazar qiymətləri ilə müəyyən edilir. Bu halda tərəflərin razılığı ilə əmlakına dəyən ziyan işçiyə natura şəklində də ödənilə bilər.
3. Əgər işəgötürən əmək müqaviləsi bağlayarkən və ya sonralar işçinin öz əmək funksiyasını yerinə yetirmək üçün ona məxsus əmək alətlərindən, vasitələrindən və digər əşyalardan istifadə edilməsi barədə razılığa gəlmişdirsə, onda o, işçinin şəxsi əşyalarına vurulan ziyana görə maddi məsuliyyət daşıyır.
4. İşəgötürən müvafiq əmək şəraiti yaradaraq işçiyə öz şəxsi əmək alətlərini və digər əşyaları müəssisəyə gətirməyə icazə verməyibsə, lakin işçi bunun əksinə olaraq əmək funksiyasının icrası üçün həmin əşyaları gətirib onlardan istifadə edibsə, bu halda işəgötürən yalnız işçinin əmlakına qəsdən vurduğu ziyana görə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır.
5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Qeyd: Bu maddədə «əmək alətləri, vasitələri və digər əşyalar» dedikdə, işçinin şəxsi mülkiyyətində olan və öz əmək funksiyasını yerinə yetirmək üçün işəgötürənin razılığı ilə iş yerinə gətirdiyi maşın və mexanizmlər, elektron və mexaniki cihazları, rabitə və nəqliyyat vasitələri, qurğuları, habelə dəyəri minimum əmək haqqının iki mislindən çox olan əl əməyi vasitələri başa düşülməlidir. Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.
3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Maddə 290. Fərdi əmək mübahisələrində tərəflərin vəzifələri və məsuliyyəti
1. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.
2. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk olaraq iddia tələbinin “əmrin ləğvi, işə bərpa, qanunsuz işdən çıxarılma dövrü üçün əmək haqqının, işdən çıxarıldığı tarixədək işlədiyi və əmək haqqı hesablanmış dövr üçün əmək haqqının və onun gecikməsinə görə ödəncin, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi” hissəsinə dair məhkəmə aşağıdakıları qeyd edir. Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Nəzərə alınmalıdır ki, əmək hüququ - işçi ilə işəgötürən arasında heç bir ayrıseçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk növbədə hazırkı mübahisə üzrə bu sahəni tənzimləyən Əmək Məcəlləsinin yuxarıda sadalanan normaları əlaqəli şəkildə təhlil edilməlidir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tutduğu vəzfədən azad edilmişdir. İddiaçı isə həmin dövrdə hamilə olduğunu və buna baxmayaraq onun barəsində sözügedən əmrin qəbul edilməsini bildirir. Məhkəmə iddiaçının bu dəlilini əsaslı hesab edir. Belə ki, iş üzrə təqdim edilmiş “ İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” X18 Xidmətinin 23 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərarına əsasən (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozaraq, hamilə və üç yaşadək 2 uşağın olmasını nəzərə alınmayaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, həmçinin Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbrini pozaraq son haqq-hesabın ödənilmədiyi müəyyən olunmuşdur) qərarından görünür ki, Cavabdeh MMC-nin direktoru Nümayəndə1 barəsində tərtib edilmiş 27 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokola baxılaraq, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində tətbiq edilmiş 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilməsi qərara alınmışdır. Bundan əlavə iddiaçının hamilə olmasına dair sübut qismində məhkəməyə 1 saylı “ASAN xidmət” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında arayış, Xırdalan ASM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müayinə sənədi, hamilənin başqa işə keçirilməsi barədə həkim rəyi, X23 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli USM müayinəsi, Abşeron Rayon Mərkəzi Xəstəxanasının 15 yanvar 2025-ci il tarixli məktubu əlavə edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən iddiaçının bu arqumenti nəzərə alınmamış, bu məsələ ilə bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinin dispozisiya şərtlərinin mövcudluğu üzrə heç bir araşdırma aparılmamışdır. Bununla yanaşı iddiaşçının işdən azad olunması zamanı hamilə olmaması güman edilsə belə cavabdeh tərəfindən təqdim edilən sənədlərlə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması təsdiq olunmur. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməsi üçün onun yol verdiyi pozuntunun konkret mənfi nəticələrə (əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya zərərin vurulmuş olması) səbəb olması tələb edilir. Maddədəki “zərər” ifadəsi təkçə “maddi zərər” olaraq qəbul edilməməlidir və maddədə mənfi nəticə dedikdə, yalnız zərər vurulması deyil, həm də əmək və icra intizamının normal ahənginin pozulmuş olmasının başa düşüldüyü öz əksini tapmışdır. Normanın tətbiq edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarla əlaqədar, yəni 72-ci maddənin e) bəndi ilə - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilməsi üçün mötəbər sübutlar olmalıdır. Cavabdeh tərəfindən əmrin verilməsi onunla əsaslandırılır ki, iddiaçı şirkətdə yoxlamalar aparılan zaman işlədiyi dövrdə peşə fəaliyyətinə düzgün yanaşmamış, yolverdiyi noqsanlara dair iradlar bildirilmiş, aparılmış audit zamanı tələb olunan sənədləri təqdim etməkdən imtina etmiş, ümumiyyətlə yoxlama zamanı şirkətə müxtəlif bəhanələr edərək gəlməmişdir. Lakin iddiaçı tərəfindən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, habelə əmək vəzifələrinin kobud şəkildə pozulması ilə bağlı cavabdeh tərəfindən əsaslı sübutlar təqdim edilməmişdir. Bununla yanaşı cavabdeh tərəf iddiaçının 2 il ərzində heç bir iş görmədiyini və dəfələrlə müraciət etməklərinə baxmayaraq işə gəlmədiyini bildirsədə bununla bağlı tədbirin yalnız xx.xx.2024-cü ildə görülməsi də anlaşılan deyil. Məhkəmə həmçinin Cavabdeh MMC tərəfindən məhkəməyə sübut növü kimi təqdim edilmiş müxtəlif tarixlərdə imzalanmış eyni məzmunlu əmrlərə və aktlar (töhmət, işə gəlməmə v s.) münasibət bildirərək qeyd edir ki, həmin əmrlərin və aktların iddiaçı Abbasova (Məmmədova) Xanım Oqtay qızı barəsində tərtib edilsə də, onların iddiaçıya rəsmi qaydada elan edilməsi və yaxud ona şəxsən təqdim edilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Halbu ki, işçinin barəsində qəbul edilmiş bütün əmrlərdən Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən mübahisələndirmək hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 007/X/24 saylı əmr əmək qanunvericiliyinin normalarına zidd olaraq qəbul edilməklə yanaşı iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görədə xx.xx.2024-cü il tarixli, 007/X/24 saylı işdən çıxarılma əmri ləğv edilməli, iddiaçı həmin şirkətdə əvvəlki iş yerinə bərpa olunmalıdır. Məhkəmə həmçinin iddia tələbinin iddiaçının işdən çıxarıldığı tarixdən işəbərpa olunduğu tarixədək məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi, 2024-cü ilin Yanvar ayının 15-dən Fevral ayının 15-dək işlədiyi dövr üçün hesablanmış, lakin ödənilməmiş əmək haqqının ödənilməsi, onun gecikdirilməsinə görə qətnamə icra olunan tarixə qədər hər gün üçün 1% miqdarında ödəncin hesablanaraq cavabdehdən tutulması, habelə xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə istifadə ediməmiş əmək məzuniyyətinin əvəzi olaraq ödənişin edilməsi hissəsini də əsaslı hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Bununla yanaşı “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, “......Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.”. Yenə həmin Qərarda “....Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.”. Hazırkı halda cavabdeh tərəfindən iddia tələbinin qeyd edilən hissələrinin əksini sübut edəcək heç bir əsaslı dəlil təqdim edilməmişdir. Halbu ki, qeyd oluan halları da, yəni iddiaya etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür, ancaq cavabdeh tərəf bu halları sübut edə bilmir. İş materialları ilə müəyyən edilir ki, X18 Xidməti tərəfindən cavabdeh barəsində tətbiq olunmuş 23 aprel 2024-cü il tarixli, MN ******* nömrəli Qərarda Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərinin pozulması da əsas olmuşdur. Bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırkı əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Eyni zamanda məhkəməyə ümumiyyətlə iddiaçı ilə bağlanmış tərəflərin hüquq və vəzifələrini əks etdirən əmək müqaviləsi təqdim edilməmişdir. İddia tələbi əmrin ləğv edilməsi və işə bərpa hissəsində əsaslı sayıldığından, iddia tələbi iddiaçının işdən çıxarıldığı tarixdən işəbərpa olunduğu tarixədək məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi, 2024-cü ilin Yanvar ayının 15-dən Fevral ayının 15-dək işlədiyi dövr üçün hesablanmış, lakin ödənilməmiş əmək haqqının ödənilməsi, onun gecikdirilməsinə görə qətnamə icra olunan tarixə qədər hər gün üçün 1% miqdarında ödəncin hesablanaraq cavabdehdən tutulması, habelə xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə istifadə ediməmiş əmək məzuniyyətinin əvəzi olaraq ödənişin edilməsi hissələridə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu, 144-cü, 172-ci və 300-cü maddələrinin tələbləri baxımından əsaslıdır. Məhkəmə iddia tələbinin mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini qismən əsaslı olması qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə hesab edir ki, iddiaçı hamilə olduğu halda işdən qanunsuz olaraq azad edilmişdir. Cavabdehin bu hərəkətləri özü-özlüyündə qanunsuz hərəkət olmaqla hüquq pozuntusudur və ümumilikdə götürüldükdə hüquq pozuntusunun, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi zərərin, sarsıntının mövcud olmasının təsdiqidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər(ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə hesab edir ki, cavabdehin hüquqa zidd əməli nəticəsində iddiaçı vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Lakin bu ziyanın 50000 manat məbləğində olması iş üzrə müəyyən edilmir və bunu dair iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Lakin iş üzrə araşdırılmış sübutların məcmusuna qiymət verən və qanunvericiliyin yuxarıda göstərilən tələblərini əldə rəhbər tutan məhkəmə hesab edir ki, qanunvericiliklə qadağan edilmiş əmrin verilərək iddiaçının qanunsuz olaraq işdən azad edilməsi kimi hərəkətlər ona mənəvi zərər vurulmasına gətirib çıxaran haldır. Onun bu qanunsuz hərəkətləri ilə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməklə ona dəyən mənəvi zərər arasında səbəbli əlaqə vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 1000 manat həddində qiymətləndirilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-nin İddiaçı barəsində qəbul etdiyi “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, 007/X/24 saylı əmri ləğv edilməli, İddiaçı "xxxx" MMC-də əvvəlki iş yerinə bərpa edilməli, işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma dövrü üçün əmək haqqının, 2024-cü ilin Yanvar ayının 15-dən Fevral ayının 15dək işlədiyi dövr üçün hesablanmış, lakin ödənilməmiş əmək haqqının, onun gecikdirilməsinə görə qətnamə icra olunan tarixə qədər hər gün üçün 1% miqdarında ödəncin, 01 fevral 2023-cü il 01 fevral 2024-cü iş illəri üzrə istifadə ediməmiş əmək məzuniyyətinin əvəzi olaraq ödənişlərin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmalı, mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. İşə əlavə edilmiş Bakı 2 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/9- 2024/00356 saylı arayışından görünür ki, iddiaçının nümayəndəsi (vəkil) Vəkil mediasiya xərci üçün 50 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi (vəkil) Vəkil tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin 40 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı barəsində qəbul etdiyi “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, 007/X/24 saylı əmri ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əvvəlki iş yerinə bərpa edilsin. İşdən çıxarıldığı tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma dövrü üçün əmək haqqının, 2024-cü ilin Yanvar ayının 15-dən Fevral ayının 15-dək işlədiyi dövr üçün hesablanmış, lakin ödənilməmiş əmək haqqının, onun gecikdirilməsinə görə qətnamə icra olunan tarixə qədər hər gün üçün 1% miqdarında ödəncin, 01 fevral 2023-cü il 01 fevral 2024-cü iş illəri üzrə istifadə ediməmiş əmək məzuniyyətinin əvəzi olaraq ödənişlərin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunsun. Mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 40 manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev