Məhkəmə qərarları › İş №e-2(001)-2319/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2319/2024

14.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2319/2024 14.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçılarının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, Feyruzov Elmı̇ r Ənvər oğlunun, İddiaçı4, İddiaçı5 Nurəddı̇ n qızının, Abasova Ülvı̇ yyə Telman qızının, Orucova Amı̇ rə Atduxan qızının Cavabdeh1nə və Mı̇ rzəzadə Rəşad Əhməd oğluna qarşı (müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə) “əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar “əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçılar arasında (İddiaçı7 ilə xx.xx.2023, İddiaçı3 ilə xx.xx.2023, İddiaçı5 ilə xx.xx.2023, İddiaçı1 ilə xx.xx.2023, İddiaçı4 ilə xx.xx.2023, İddiaçı6 ilə xx.xx.2023, İddiaçı2 ilə xx.xx.2023-cü il tarixlərdə) bağlanmış əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi, mediasiya xərclərinə görə ödənilmiş 350 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların hər birinə 50 manat olaraq ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar heç vaxt tanımadığı və görmədiyi Cavabdeh2 təsisçisi və direktoru olduğu "xxxx" MMCdə (dövlət qeydiyyatına alınma tarixi xx.xx.2022) ərizəçilərin şəxsiyyət vəsiqəsi məlumatları ilə xx.xx.2023-cü il tarixdən başlayaraq, aylıq 350 manat olmaqla fəhlə, xadimə, və digər müxtəlif vəzifələrə rəsmiləşdirmiş və əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Bununla bağlı iddiaçılar ilə hər hansı əmək müqaviləsi bağlanılmamışdır. Bağlanılmış olsa belə bir nüsxəsi iddiaçılara təqdim edilməmişdir. Belə ki, həmin şəxs MMC yaradacağını və iddiaçıları həmin MMC-də işlə təmin edəcəyini vəd vermişdir. Buna görə də iddiaçılar yalnız şəxsiyyət vəsiqələrinin surətini həmin şəxsin vasitəçilərinə vermişdir. Lakin iddiaçılar bu günə kimi həmin işlə nə məşğul olmuş, nə də hər hansı məvacib almışdır. Bunlar azmış kimi heç bir yerdə də rəsmi işə qəbul edilə bilmirlər. Belə ki, adlarına aktiv əmək müqaviləsi bildirişi olduğundan onların işə götürülməsindən imtina edilir. Cavabdehlə əlaqə saxlamağa çalışalar da, belə bir MMC-nin və faktiki nə də rəsmi qeydiyyatda olduğu yerdə mövcud olmaması ilə qarşılaşmışlar. Mübahisənin məhkəmədənkənar həlli üçün pretenziya qaydasında təsisçi, direktora və onun təsisçisi və direktoru olduğu MMC-yə məktub ünvanlanmış, dəfələrlə iddiaçılar və onların yaxın qohumları tərəfindən həmin ünvana gedilmiş, lakin həmin ünvanda belə bir MMC-nin və onun təsisçisinin olmadığı məlum olmuşdur. Göndərilmiş bütün rəsmi məktublar geri qaytarılmışdır. Bununla bağlı X6 Xidmətinə online və şifahi qaydada da dəfələrlə müraciət edilsə də, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra qanunvericiliyə uyğun olaraq Mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdehlər həmin sessiyalarda da iştirak etməmişlər. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşlar. Hesab edilir ki, qeyd edilən problemin məhkəmədən başqa həll yolu olmadığına görə məhkəmə qaydasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətiilə iddiaçılarla bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Cavabdehlərdən müştərək qaydada mediasiya xərcləri tutularaq iddiaçılara ödənilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, iddiaçılar 2023-cü ilin fevral, mart, aprel, may aylarında müxtəlif vaxtlarda öz şəxsiyyət vəsiqələrinin vasitəçi olan X4 vermişlər. Hazırda iddiaçıların əmək müqaviləsi bildirişlərinin sistemdən silinməsindən məlumatı yoxdur. Silinsə belə, iddiaçılar ümumiyyətlə həmin müqavilələrin etibarsız hesab edilməsini xahiş edirlər. Çünki bu bildirişlər əmək müqaviləsinin reyestrində saxlanılır. Vizual olaraq isə görünür ki, sanki, iddiaçılar öz arzuları və ərizələri əsasında işə qəbul edilmiş, daha sonra işdən çıxarılmışlar. Bu gələcəkdə onların pensiya məbləğlərinin hesablanmasına təsir edəcək. Bundan başqa ortada əmək müqaviləsi olmadığından, iddiaçılar qurulan şirkətdə görülən işlərdən məlumatsızdırlar. Belə olan halda gələcəkdə yarana biləcək məsuliyyətin həlli qaydası iddiaçılara problem yarada bilər. Cavabdeh şirkətin qanuni təmsilçisi həmçinin cavabdeh olan Cavabdeh2 özü mübahisənin məkəmə icraatı dövründə əmək müqavillərinə xitam vermişdir. Belə ki, onun özündə heç bir sənəd olmamışdır. Buna görə də, vergi xidmətinə müraciət edərək, asan imzanın dublikatını çıxarmış və əmək müqavilələrinə xitam vermişdir. Bu əmrlərin isə sadəcə layihələri ona təqdim edilmişdir. Əmrdə isə əmək müqaviləsinə xitam əsası göstərilməmişdir. Daha sonra özü ilə əlaqə saxlasa da, cavabdeh ona Bərdədə olduğunu, artıq məhkəmədə ona düşən bir öhdəlik olmadığını, mübahisəni prokurorluğun araşdırdığını bildirmişdir. Göstərilən məqamları nəzərə alaraq, məhkəmədən iş üzrə xüsusi qərar çıxarılmasını xahiş edir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, iddiaçı Feyruzov Elmı̇ r Ənvər oğlu iddia ərizəsini özü imzalamışdır və işin baxılmasında maraqlıdır. Feyruzov Elmı̇ r Ənvər oğlu növbəti məhkəmə iclasınadək məhkəməyə iddianı müdafiə etməsi barədə ərizəsini təqdim edəcək, eyni zamanda elektron qaydada iddia tələbini azaldılması barədə ərizəni elektron kabineti vasitəsilə elektron məhkəmə sisteminə əlavə edəcək. Cavabdehlərdən Cavabdeh1 işəgötürən, digər cavabdeh Mı̇ rzəzadə Rəşad Əhməd oğlu isə qanuni təmsilçidir.

5. İddiaçı3 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində məhkəməyə teleqram ünvanlayaraq, iddiasını müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. İddiaçı2 xx.xx.2024-cü il tarixində məhkəməyə teleqram ünvanlayaraq, iddiasını müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, Bərdə şəhərində yaşayır. 2020-ci ilədək hərbiçi olmuşdur. 2022-ci ilin yanvar ayında hərbidən tanışı olan Ruslan adlı şəxs ona sosial şəbəkədə Qarabağ ərazisində 1000-1500 manat civarında əmək haqqı almaqla iş olduğunu bildirmişdir. Həmin ərəfədə işsiz olduğu üçün nömrəni Ruslandan götürmüş və həmin nömrə ilə əlaqə saxlamışdır. Telefonla əlaqə saxladığı şəxs ona Bakı şəhərinə gəlməyini bildirdi. Hüseyn adlı tanışı ilə Bakı şəhərinə gəlmişdir. Bakıya çatanda Dəyanət adlı şəxs onları Bravo marketin Koroğlu filialına dəvət etdi. Dəyanət söhbət əsnasında adına portal açılacağını, işləmək üçün Kəlbəcər və Laçın rayonlarına göndərəciyini dedi. Portal açılması üçün Dəyanət onlardan mobil nömrələr aldı. Daha sonra onu X3 yanına göndərdi. Vüsalla səhv etmirsə, 3-cü mkr., yaxınlığında yerləşən notariat ofisinin yaxınlığında kafedə görüşmüşlər. Vüsal ona 30 nəfər fəhlənin üstündə briqadir vəzifəsində işləyəcəyini bildirmiş və orada ona müəyyən sənədlərə imza çəkdirmişdir. Eyni zamanda notariat ofisində Vüsala etibarnamə də vermişdir. Bundan sonra Vüsal bəzi sənədləri toplayacağını, daha sonra zəng edəcəyini bildirmişdir. Bundan sonra Bərdə şəhərinə qayıtmışdır. 1-2 ay Vüsaldan xəbər gözləsə də, lakin Vüsaldan heç bir xəbər gəlməmişdir. Hətta dəfələrlə Vüsala zəng etsə də, Vüsalın mobil nömrəsinə zəng çatmamışdır. 2022-ci ilin axırında özünə başqa iş axtaran zaman məlum olmuşdur ki, Cavabdeh1 direktoru vəzifəsinə təyin olunmuşdur. Lakin bu məsələdən xəbəri olmamışdır. X1 əməlləri nəticəsində onun külli miqdarda vergi borcu yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokuroruna şikayət ərizəsi ünvanlamışdır. Prokurorluqdan şikayət ərizəsi ilə bağlı hələ də, istintaq hərəkətlərinin davam etdiyini bildirirlər. İddiaçıları tanımır, onları heç vaxt görməmişdir. Vüsala verdiyi etibarnaməni Bərdə rayon Asan xidmət mərkəzində ləğv etdirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı1 Cavabdeh1ndə xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında xadimə vəzifəsinə işə qəbul edilmişdir.

10. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 16 saylı əmrdən görünür ki, xadimə vəzifəsində işləyən İddiaçı1 ilə bağlanmış xxxxxxx000200 saylı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndi ilə xx.xx.2024-cü il tarixindən xitam verilməsi və s. əmr edilmişdir.

11. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı3 Cavabdeh1ndə xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında fəhlə vəzifəsinə işə qəbul edilmişdir.

12. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 9 saylı əmrdən görünür ki, fəhlə vəzifəsində işləyən İddiaçı3 ilə bağlanmış xxxxxxx000300 saylı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndi ilə xx.xx.2024-cü il tarixindən xitam verilməsi və s. əmr edilmişdir

13. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı7 Cavabdeh1ndə xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında xadimə vəzifəsinə işə qəbul edilmişdir.

14. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 8 saylı əmrdən görünür ki, xadimə vəzifəsində işləyən İddiaçı7 ilə bağlanmış xxxxxxx000300 saylı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndi ilə xx.xx.2024-cü il tarixindən xitam verilməsi və s. əmr edilmişdir.

15. Əmək müqaviləsi bildirişindən görünür ki, X5 Cavabdeh1ndə xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında xadimə vəzifəsinə işə qəbul edilmişdir.

16. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 4 saylı əmrdən görünür ki, xadimə vəzifəsində işləyən X5 ilə bağlanmış xxxxxxx000300 saylı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndi ilə xx.xx.2024-cü il tarixindən xitam verilməsi və s. əmr edilmişdir.

17. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı2 Cavabdeh1ndə xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında xadimə vəzifəsinə işə qəbul edilmişdir.

18. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 12 saylı əmrdən görünür ki, xadimə vəzifəsində işləyən İddiaçı2 ilə bağlanmış xxxxxxx000100 saylı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndi ilə xx.xx.2024-cü il tarixindən xitam verilməsi və s. əmr edilmişdir.

19. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı5 Cavabdeh1ndə xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında xadimə vəzifəsinə işə qəbul edilmişdir.

20. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 7 saylı əmrdən görünür ki, xadimə vəzifəsində işləyən İddiaçı5 ilə bağlanmış xxxxxxx000200 saylı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndi ilə xx.xx.2024-cü il tarixindən xitam verilməsi və s. əmr edilmişdir.

21. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı4Tərlan qızı Cavabdeh1ndə xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında xadimə vəzifəsinə işə qəbul edilmişdir.

22. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 3 saylı əmrdən görünür ki, xadimə vəzifəsində işləyən İddiaçı4Tərlan qızı ilə bağlanmış xxxxxxx000200 saylı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndi ilə xx.xx.2024-cü il tarixindən xitam verilməsi və s. əmr edilmişdir.

23. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilən X2 edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/6-0895 saylı arayışdan görünür ki, İddiaçı2 X2 etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh1 nümayəndəsi X2 etməmişdir.

24. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilən X2 edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/6-1010 saylı arayışdan görünür ki, X5 X2 etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh1 nümayəndəsi X2 etməmişdir.

25. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilən X2 edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/6-1007 saylı arayışdan görünür ki, İddiaçı4 X2 etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh1 nümayəndəsi X2 etməmişdir.

26. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilən X2 edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/6-0890 saylı arayışdan görünür ki, İddiaçı5 X2 etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh1 nümayəndəsi X2 etməmişdir.

27. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilən X2 edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/6-0980 saylı arayışdan görünür ki, İddiaçı1 X2 etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh1 nümayəndəsi X2 etməmişdir.

28. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilən X2 edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/6-1012 saylı arayışdan görünür ki, İddiaçı3 X2 etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh1 nümayəndəsi X2 etməmişdir.

29. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilən X2 edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/6-00116 saylı arayışdan görünür ki, İddiaçı7 X2 etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh1 nümayəndəsi X2 etməmişdir.

30. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, “İddiaçı1, İddiaçı2, Feyruzov Elmı̇ r Ənvər oğlu, İddiaçı4, İddiaçı5 Nurəddı̇ n qızı, Abasova Ülvı̇ yyə Telman qızı və Orucova Amı̇ rə Atduxan qızı ilə Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsi bildirişləri qüvvədədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X6 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ile daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından ve bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış Əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə İşəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X6 Xidməti müstəüqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X6 Xidmətinə həvalə edilməlidir.

31. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır, təşkilati-hüquqi forması MMC-dir, qanuni təmsilçisi Cavabdeh2dur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

32. İddiaçılar "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətində işçi kimi rəsmiləşdirilsələr də, onlarla MMC arasında hər hansı yazılı əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə mübahisəsi dövründə Cavabdeh2 işəgötürən MMC-nin qanuni təmsilçisi kimi asan imzanı aktivləşdirərək işçilərlə bağlanmış X10 Məcəlləsinin 68.2 –ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr qəbul etmişdir. Tətbiq edilən maddi hüquq normaları:

33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

34. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.( maddə 3.5)

35. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.(maddə 3.5-1)

36. Fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır.(maddə 3.16)

37. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.(maddə 15.2)

38. Əmək müqaviləsi yazılı formada bağlanır.(maddə 44.1)

39. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.(maddə 46.1)

40. Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.(maddə 46.5)

41. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.(maddə 49.1)

42. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.(maddə 69.1)

43. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.(maddə 69.2)

44. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.(maddə 69.5)

45. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 8.1-ci maddəsində göstərilmişdir ki, bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

47. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

48. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

49. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

50. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

51. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

52. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir.

53. Əmək Məcəlləsinin yuxarıda sadalanan normalarından aydın olur ki, əmək münasibətlərinin yaranması üçün işəgötürənlə işçi arasında yazılı qaydada əmək müqaviləsi bağlanmalı və bunun davamı olaraq əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə işəgötürən tərəfindən daxil edilməlidir. Bununla belə qanunverici bağlanmış əmək müqaviləsinin etibarsız sayılmasını da mümkün hesab edir. Burada vacib məqam tərəflər arasında yazılı qaydada əmək müqaviləsinin bağlanılmış olmasıdır. Halbuki, işin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında yazılı əmək müqaviləsi bağlanmasa da, əmək müqaviləsinin bağlanılması barədə əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmış və daha sonra işəgötürənin əmri ilə mövcud olmayan əmək müqaviləsinə xitam verilmişdir.

54. Göstərilənlər baxımından məhkəmə ilk öncə əmək müqaviləsinin etibarsız hesab edilməsi tələbinə belə hüquqi qiymət verir ki, mövcud olmayan müqavilə özlüyündə hər hansı hüquqi nəticə doğurmadığından onun etibarsızlığı da hər hansı hüquqi nəticə yarada bilməz. Bu baxımdan iddia həmin hissədə əsaslı hesab edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qəbul edilmiş əmr hüquqi nəticə etibarı ilə əmək müqaviləsi bildirişinin elektron sistemdən silinməsi məqsədilə edilmişdir və bu hal tərəflər arasında yazılı qaydada əmək müqaviləsi bağlanıldığı faktını təsdiq etmir.

55. Bununla belə məhkəmə əmək müqaviləsi bildirişinin, yəni əmək müqaviləsinin bağlanılmasının elektron sistemdə qeydiyyata alınması ilə bağlı edilən hərəkətlərin etibarsız hesab edilməsi tələbini əsaslı hesab edir. Belə ki, hüquq nəzəriyyəsində etibarsızlıq ümumi mənada hər hansı hüquqi nəticə doğurmayan fəaliyyət kimi də qəbul edilir. Kökündə duran və ya durmalı olan faktların mövcudluğunun istisna edilməsi həmin fakta əsaslanan hərəkətlərin etibarsızlığı hüquqi nəticəsini doğurur. Yəni hüquqi əsası olmadan edilən hərəkət də hər hansı hüquqi nəticə yaratmadığından özlüyündə etibarsız fəaliyyət kimi qəbul edilir. Bu səbəbdən də olmayan əmək müqaviləsinin mövcudluğuna əsaslanan hərəkət də etibarsız sayılmalıdır.

56. İddia tələbinin digər hissəsi ilə bağlı isə məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi məsələsinin mahiyyəti artıq aradan qalxdığından, belə ki, artıq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qeyd elektron informasiya sisteminə daxil edildiyindən iddia həmin hissədə əsassız hesab edilməlidir.

57. Məhkəmə mediasiyaya ödənilmiş 50 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində iddianı qismən əsaslı hesab edir və o qənaətə gəlir ki, fərdi əmək mübahisəsi işəgötürənlə işçi arasında yarandığından həmin vəsait yalnız işəgötürəndən tutulmalı və digər cavabdehə münasibətdə həmin tələb əsassız hesab edilməlidir. Nəticə:

58. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, Feyruzov Elmı̇ r Ənvər oğlu, İddiaçı4, İddiaçı5 Nurəddı̇ n qızı, Abasova Ülvı̇ yyə Telman qızı, Orucova Amı̇ rə Atduxan qızı ilə Cavabdeh1 arasında əmək müqavilələrinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi etibarsız hesab edilməli, Cavabdeh1ndən iddiaçıların hər birinin xeyrinə 50 manat vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

59. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, Feyruzov Elmı̇ r Ənvər oğlu, İddiaçı4, İddiaçı5 Nurəddı̇ n qızı, Abasova Ülvı̇ yyə Telman qızı, Orucova Amı̇ rə Atduxan qızı ilə Cavabdeh1 arasında əmək müqavilələrinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi etibarsız hesab edilsin. Mediasiya xərcinin əvəzi qismində Cavabdeh1ndən iddiaçıların hər birinin xeyrinə 50(əlli) manat vəsait tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar