Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2321/2024 15.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 də üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 də üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, heç vaxt tanımadıqları və görmədikləri Cavabdeh2 təsisçisi və direktoru olduğu Cavabdeh1 MMC-də onların şəxsiyyət vəsiqəsi məlumatları ilə onları xx.xx.2023-cü il tarixdən başlayaraq, aylıq 350 manat olmaqla fəhlə, xadimə və digər müxtəlif vəzifələrə rəsmiləşdirmiş və əmək müqaviləsi bağlanmışdır. Bağlanılmış olsa belə bir nüxsəsi onlara təqdim edilməmişdir. Belə ki, həmin şəxs MMC yaradacağını və onları həmin MMC-də işlə təmin edəcəyini vəd vermişdir. Buna görə də onlar yalnız şəxsiyyət vəsiqələrinin surətlərini həmin şəxsin vasitəçilərinə vermişlər. Lakin onlar bu günə kimi həmin işlə nə məşğul olmuşlar, nə də hər hansı məvacib almışlar. Bunlar azmış kimi heç bir yerdə də rəsmi işə qəbul edilə bilmirlər. Belə ki, adlarına aktiv əmək müqaviləsi bildirişi olduğundan onların işə götürülməsindən imtina edilir. Cavabdehlə əlaqə saxlamağa çalışsalar da, belə bir MMC-nin nə faktiki, nə də rəsmi qeydiyyatda olduğu yerdə mövcud olmaması ilə qarşılaşmışlar. Mübahisənin məhkəmədənkənar həlli üçün pretenziya qaydasında təsisçi, direktor və MMC-yə məktub ünvanlanmış, dəfələrlə onlar və yaxın qohumları tərəfindən həmin ünvana gedilmiş, lakin həmin ünvanda belə bir MMC-nin və onun təsisçisinin olmadığı məlum olmuşdur. Göndərilmiş bütün rəsmi məktublar geri qaytarılmışdır. Bununla bağlı X7 Xidmətinə online və şifahi qaydada dəfələrlə müraciət edilmiş, lakin cavabdehlər həmin sesiyalarda da iştirak etməmişlər. Bu səbəbdən də, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşlar. Onlar hesab edirlər ki, qeyd edilən problemin başqa həll yolu olmadığına görə məhkəmə qaydasında cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməli və cavabdehlərdən müştərək qaydada mediasiya xərcləri tutularaq onlara ödənilməlidir. İddiaçılar yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh1 MMC ilə aralarında (İddiaçı10 Etibar oğlu ilə xx.xx.2023-cü il, İddiaçı6 ilə xx.xx.2023-cü il, İddiaçı1 ilə xx.xx.2023-cü il, İddiaçı8 ilə xx.xx.2023-cü il, İddiaçı4 ilə xx.xx.2023-cü il, İddiaçı3 ilə xx.xx.2023-cü il, İddiaçı9 ilə xx.xx.2023-cü il, İddiaçı7 ilə xx.xx.2023-cü il, İddiaçı2 Haxmammed oğlu ilə xx.xx.2023-cü il, İddiaçı11 ilə xx.xx.2023-cü il, İddiaçı5 ilə xx.xx.2023-cü il tarixlərdə) bağlanmış əmək müqavilələrinin və əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi, mediasiya xərclərinə görə ödənilmiş 550 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onların hər birinə 50 manat olaraq ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin məkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlməmişlər və ya gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda digər iddiaçı X2 məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, izahatında bildirmişdir ki, o, Bərdə şəhərində yaşayır. 2020-ci ilədək hərbiçi olmuşdur. 2022-ci ilin yanvar ayında hərbidən tanışı olan Ruslan adlı şəxs ona sosial şəbəkədə Qarabağ ərazisində 1000-1500 manat civarında əmək haqqı almaqla iş olduğunu bildirmişdir. Həmin ərəfədə işsiz olduğu üçün nömrəni Ruslandan götürmüş və həmin nömrə ilə əlaqə saxlamışdır. Telefonla əlaqə saxladığı şəxs ona Bakı şəhərinə gəlməyini bildirmişdir. Hüseyn adlı tanışı ilə Bakı şəhərinə gəlmişdir. Bakıya çatanda Dəyanət adlı şəxs onları Bravo marketin Koroğlu filialına dəvət etmişdir. Dəyanət söhbət əsnasında adına portal açılacağını, işləmək üçün Kəlbəcər və Laçın rayonlarına göndərəciyini demişdir. Portal açılması üçün Dəyanət onlardan mobil nömrələr almış, daha sonra onu X3 yanına göndərmişdir. Vüsalla səhv etmirsə, 3-cü mkr yaxınlığında yerləşən notariat ofisinin yaxınlığında kafedə görüşmüşlər. Vüsal ona 30 nəfər fəhlənin üstündə briqadir vəzifəsində işləyəcəyini bildirmiş və orada ona müəyyən sənədlərə imza çəkdirmişdir. Eyni zamanda notariat ofisində Vüsala etibarnamə də vermişdir. Bundan sonra Vüsal bəzi sənədləri toplayacağını, daha sonra zəng edəcəyini bildirmişdir. Bundan sonra Bərdə şəhərinə qayıtmışdır. 1-2 ay Vüsaldan xəbər gözləsə də, lakin Vüsaldan heç bir xəbər gəlməmişdir. Hətta dəfələrlə Vüsala zəng etsə də, Vüsalın mobil nömrəsinə zəng çatmamışdır. 2022-ci ilin axırında özünə başqa iş axtaran zaman məlum olmuşdur ki, Cavabdeh1 direktoru vəzifəsinə təyin olunmuşdur. Lakin bu məsələdən xəbəri olmamışdır. X1 əməlləri nəticəsində onun külli miqdarda vergi borcu yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokuroruna şikayət ərizəsi ünvanlamışdır. Prokurorluqdan şikayət ərizəsi ilə bağlı hələ də, istintaq hərəkətlərinin davam etdiyini bildirirlər. İddiaçıları tanımır, onları heç vaxt görməmişdir. Vüsala verdiyi etibarnaməni Bərdə rayon Asan xidmət mərkəzində ləğv etdirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 dekabr 2023-cü il tarixli, MŞB/6-1051 saylı arayışdan görünür ki, 19 dekabr 2023-cü il tarixdə, saat 12:30-13:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı10 Etibar oğlu iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 dekabr 2023-cü il tarixli, MŞB/6-1015 saylı arayışdan görünür ki, 19 dekabr 2023-cü il tarixdə, saat 14:00-15:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı6 iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 dekabr 2023-cü il tarixli, MŞB/6-1009 saylı arayışdan görünür ki, 19 dekabr 2023-cü il tarixdə, saat 14:30-15:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı1 iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 dekabr 2023-cü il tarixli, MŞB/6-0893 saylı arayışdan görünür ki, 15 dekabr 2023-cü il tarixdə, saat 13:30-14:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı8 iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 dekabr 2023-cü il tarixli, MŞB/6-1006 saylı arayışdan görünür ki, 19 dekabr 2023-cü il tarixdə, saat 13:00-13:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı4 iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 yanvar 2024-cü il tarixli, MŞB/6-00112 saylı arayışdan görünür ki, 24 yanvar 2024-cü il tarixdə, saat 13:30-14:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı7 iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 yanvar 2024-cü il tarixli, MŞB/6-00101 saylı arayışdan görünür ki, 24 yanvar 2024-cü il tarixdə, saat 12:00-13:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı2 iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25 yanvar 2024-cü il tarixli, MŞB/6-00114 saylı arayışdan görünür ki, 25 yanvar 2024-cü il tarixdə, saat 12:00-12:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı11 iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25 yanvar 2024-cü il tarixli, MŞB/6-00115 saylı arayışdan görünür ki, 25 yanvar 2024-cü il tarixdə, saat 12:30-13:00-da keçirilmiş ilkin mediasiya sessiyasında X5 iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25 yanvar 2024-cü il tarixli, MŞB/6-00117 saylı arayışdan görünür ki, 25 yanvar 2024-cü il tarixdə, saat 13:30-14:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı9 iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25 yanvar 2024-cü il tarixli, MŞB/6-00118 saylı arayışdan görünür ki, 25 yanvar 2024-cü il tarixdə, saat 14:00-15:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı5 iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı6 xx.xx.2023cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-də xadimə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı8 xx.xx.2023cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-də xadimə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı2 xx.xx.2023cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-də fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı11 xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-də fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı3 xx.xx.2023cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-də fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı9 xx.xx.2023cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-də xadimə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı10 xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-də fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı1 xx.xx.2023cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-də xadimə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı4 xx.xx.2023cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-də fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı7 xx.xx.2023cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-də xadimə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı5 xx.xx.2023cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-də xadimə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıların nümayəndəsi Vəkil ünvanlanmış 14 mart 2024-cü il tarixli, № 3-17-5/2-14-14863/2024 nömrəli məktubundan görünür ki, onun ərizədə adları qeyd olunan şəxslərin Cavabdeh1 MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə baxılmış və müraciətlə əlaqədar bildirilmişdir ki, “İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11” ilə “Belanda Group" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsi bildirişləri qüvvədədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X7 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ile daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından ve bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış Əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə İşəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X7 Xidməti müstəüqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X7 Xidmətinə həvalə edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Cavabdeh2 ünvanlanmış hüquqi şəxslər haqqında xx.xx.2023-cü il tarixli, №**********555100 nömrəli məktubundan görünür ki, təsisçisi və rəhbəri olduğu Cavabdeh1, “Bozanl Techizat” və “Fteral Group” adlı məhdud məsuliyyət cəmiyyətləri xx.xx.2022-ci il tarixlərdə elektron qaydada dövlət qeydiyyatından keçmişdir. Bu hüquqi şəxslərin qeydiyyata alınması üçün adınızdan elektron qeydiyyat sisteminə müraciət olunmuş və müvafiq sənədlər ona aid olan elektron imza ilə imzalanmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin surətlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə (bir qismi xx.xx.2024-cü il) baş tutmuş məhkəmə qətnaməsinin icrası qaydasında əmək müqaviləsi etibarsız hesab edilmiş və iddiaçılar “İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11” ilə bağlanmış əmək müqavilələrinə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndi ilə xx.xx.2024-cü il tarixindən xitam verilməsi və s. əmr edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etdiyini və məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi halda üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu ərizəsində qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.(maddə 3.5-1) Fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır.(maddə 3.16) Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.(maddə 15.2) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən Əmək Məcəlləsi əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həllini nizama salır. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. (Maddə 292) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir.
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. (Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci bəndi)
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndi) “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 8.1-ci maddəsində göstərilmişdir ki, bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. Beləliklə, işin faktiki halları ondan ibarətdir ki, iddiaçılar Cavabdeh1ndə işçi kimi rəsmiləşdirilsələr də, onlarla MMC arasında hər hansı yazılı əmək müqaviləsi bağlanmamışdır. Lakin məhkəmə mübahisəsi dövründə Cavabdeh2 işəgötürən MMC-nin qanuni təmsilçisi kimi asan imzanı aktivləşdirərək işçilərlə bağlanmış X11 Məcəlləsinin 68.2 –ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr qəbul etmişdir. Məhkəmə əmək müqaviləsinə xitam verilməsi tələbinə münasibətdə belə qənaətə gəlir ki, Cavabdeh2 işəgötürən MMC-nin qanuni təmsilçisi kimi asan imzanı aktivləşdirərək işçilərlə bağlanmış X11 Məcəlləsinin 68.2 –ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrlər qəbul edildiyindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edildiyindən, bununla da tərəflər arasında olan mübahisə öz həllini tapdığından iddia tələbi həmin hissədə əsassız hesab edilməklə təmin edilməməlidir. Digər tələblərə münasibətdə, yəni əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunverici bağlanmış əmək müqaviləsinin etibarsız sayılmasını mümkün hesab edir. Belə ki, burada vacib məqam tərəflər arasında yazılı qaydada əmək müqaviləsinin bağlanılmış olmasıdır. Lakin işin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında yazılı əmək müqaviləsi bağlanmasa da, əmək müqaviləsinin bağlanılması barədə əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmış və daha sonra işəgötürənin əmri ilə mövcud olmayan əmək müqaviləsinə xitam verilmişdir. Mövcud olmayan müqavilə özlüyündə hər hansı hüquqi nəticə yaratmadığından onun etibarsızlığı da hər hansı hüquqi nəticə yarada bilməz. Bu baxımdan iddia həmin hissədə əsaslı hesab edilməməlidir. Bununla yanaşı, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qəbul edilmiş əmr hüquqi nəticə etibarı ilə əmək müqaviləsi bildirişinin elektron sistemdən silinməsi məqsədilə edilmiş və bu hal tərəflər arasında yazılı qaydada əmək müqaviləsi bağlanılması faktını təsdiq etmir. Bununla belə məhkəmə əmək müqaviləsi bildirişinin, yəni əmək müqaviləsinin bağlanılmasının elektron sistemdə qeydiyyata alınması ilə bağlı edilən hərəkətlərin etibarsız hesab edilməsi tələbini əsaslı hesab edir. Belə ki, hüquq nəzəriyyəsində etibarsızlıq ümumi mənada hər hansı hüquqi nəticə doğurmayan fəaliyyət kimi də qəbul edilir. Kökündə duran və ya durmalı olan faktların mövcudluğunun istisna edilməsi həmin fakta əsaslanan hərəkətlərin etibarsızlığı hüquqi nəticəsini doğurur. Yəni hüquqi əsası olmadan edilən hərəkət də hər hansı hüquqi nəticə yaratmadığından özlüyündə etibarsız fəaliyyət kimi qəbul edilir. Bu səbəbdən də olmayan əmək müqaviləsinin mövcudluğuna əsaslanan hərəkət də etibarsız sayılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 ilə Cavabdeh1 arasında əmək müqavilələrinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi etibarsız hesab edilməli, Cavabdeh1ndən iddiaçıların hər birinin xeyrinə 50 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 ilə Cavabdeh1 arasında əmək müqavilələrinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1ndən iddiaçılar tərəfindən ödənilmiş 50 manat, ümumilikdə 550 manat mediasiya xərci iddiaçıların hər birinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov