Məhkəmə qərarları › İş №e-2(001)-2369/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2369/2024

17.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2369/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) bağlanmış əmək müqavilələrin və əmək müqaviləsi bildirişlərin etibarsız hesab edilmələ xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 aprel 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 İddiaçı11 İddiaçı12 və İddiaçı13 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə iddiaçılar arasında İddiaçı11 ilə xx.xx.2023, İddiaçı13 ilə xx.xx.2023, İddiaçı5 ilə xx.xx.2023, İddiaçı6 ilə xx.xx.2023, İddiaçı3 ilə xx.xx.2023, İddiaçı9 ilə xx.xx.2023, İddiaçı1 ilə xx.xx.2023, İddiaçı2 ilə xx.xx.2023, İddiaçı12 ilə xx.xx.2023, İddiaçı8 ilə xx.xx.2023, X4 ilə xx.xx.2023, İddiaçı7 ilə xx.xx.2023, İddiaçı10 ilə xx.xx.2023-cü il tarixlərdə bağlanmış əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi, mediasiya xərclərinə görə ödənilmiş 650 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların hər birinə 50 manat olaraq ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar heç vaxt tanımadığı və görmədiyi Cavabdeh2 təsisçisi və direktoru olduğu Cavabdeh1 MMC-də (dövlət qeydiyyatına alınma tarixi xx.xx.2022) ərizəçilərin şəxsiyyət vəsiqəsi məlumatları ilə xx.xx.2023-cü il tarixdən başlayaraq, aylıq 350 manat olmaqla fəhlə, xadimə və digər müxtəlif vəzifələrə rəsmiləşdirmiş və əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Bununla bağlı iddiaçılar ilə hər hansı əmək müqaviləsi bağlanılmamışdır. Bağlanılmış olsa belə bir nüsxəsi iddiaçılara təqdim edilməmişdir. Belə ki, həmin şəxs MMC yaradacağını və iddiaçıları həmin MMC-də işlə təmin edəcəyini vəd vermişdir. Buna görə də iddiaçılar yalnız şəxsiyyət vəsiqələrinin surətini həmin şəxsin vasitəçilərinə vermişdir. Lakin iddiaçılar bu günə kimi həmin işlə nə məşğul olmuş, nə də hər hansı məvacib almışlar. Bunlar azmış kimi heç bir yerdə də rəsmi işə qəbul edilə bilmirlər. Belə ki, adlarına aktiv əmək müqaviləsi bildirişi olduğundan onların işə götürülməsindən imtina edilir. Cavabdehlə əlaqə saxlamağa çalışsaq da, belə bir MMC-nin və faktiki nə də rəsmi qeydiyyatda olduğu yerdə mövcud olmaması ilə qarşılaşmışlar. Mübahisənin məhkəmədənkənar həlli üçün pretenziya qaydasında təsisçi, direktora və onun təsisçisi və direktoru olduğu MMC-yə məktub ünvanlanmış, dəfələrlə iddiaçılar və onların yaxın qohumları tərəfindən həmin ünvana gedilmiş, lakin həmin ünvanda belə bir MMC-nin və onun təsisçisinin olmadığı məlum olmuşdur. Göndərilmiş bütün rəsmi məktublar geri qaytarılmışdır. Bununla bağlı X5 Xidmətinə online və şifahi qaydada da dəfələrlə müraciət edilsə də, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra qanunvericiliyə uyğun olaraq Mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdehlər həmin sessiyalarda da iştirak etməmişlər. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşlar. Hesab edirlər ki, qeyd edilən problemin məhkəmədən başqa həll yolu olmadığına görə məhkəmə qaydasında Cavabdeh1 MMC ilə iddiaçılar arasında bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Cavabdehlərdən müştərək qaydada mediasiya xərcləri Dövlət rüsumunun ödənilməsi haqqında məlumat bu X6 - əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar ərizəni imzalayan şəxs haqqında məlumat tutularaq iddiaçılara ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, Cavabdeh1 MMC ilə iddiaçılar arasında İddiaçı11 ilə xx.xx.2023, İddiaçı13 ilə xx.xx.2023, İddiaçı5 ilə xx.xx.2023, İddiaçı6 ilə xx.xx.2023, İddiaçı3 ilə xx.xx.2023, İddiaçı9 ilə xx.xx.2023, İddiaçı1 ilə xx.xx.2023, İddiaçı2 ilə xx.xx.2023, İddiaçı12 ilə xx.xx.2023, İddiaçı8 ilə xx.xx.2023, X4 ilə xx.xx.2023, İddiaçı7 ilə xx.xx.2023, İddiaçı10 ilə xx.xx.2023-cü il tarixlərdə bağlanmış əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi, mediasiya xərclərinə görə ödənilmiş 650 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların hər birinə 50 manat olaraq ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icasında iştirak edən Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2 izahatında göstərmişdir ki, o, dəfələrlə iddiaçıları işdən azad etmək istəmiş, lakin məhkəmə qərarı olmadan bu qərarı qəbul etməkdən çəkinmişdir. Göstərdiklərini nəzərə alaraq qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarında olan: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı7 ilə Cavabdeh1 MMC arasında bağlanmış 07 iyun 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı7 fəhlə kimi işə qəbul edilmişdir. Bildiriş 07 iyul 2023-cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı5 ilə Cavabdeh1 MMC arasında bağlanmış 06 iyun 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı5 xadimə kimi işə qəbul edilmişdir. Bildiriş 07 iyul 2023cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış 11 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı1 xadimə kimi işə qəbul edilmişdir. Bildiriş 10 may 2023-cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı9 ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 iyun 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı9 fəhlə kimi işə qəbul edilmişdir. Bildiriş 20 iyul 2023-cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı3 ilə Cavabdeh1 MMC arasında bağlanmış 10 iyun 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı3 fəhlə kimi işə qəbul edilmişdir. Bildiriş 10 iyul 2023-cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı8 ilə Cavabdeh1 MMC arasında bağlanmış 02 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı8 xadimə kimi işə qəbul edilmişdir. Bildiriş 02 may 2023-cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı10 ilə Cavabdeh1 MMC arasında bağlanmış 09 may 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, S.Ə.Nəhmətova xadimə kimi işə qəbul edilmişdir. Bildiriş 09 iyun 2023-cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı4 ilə Cavabdeh1 MMC arasında bağlanmış 09 may 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı4 xadimə kimi işə qəbul edilmişdir. Bildiriş 09 iyun 2023-cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı12 ilə Cavabdeh1 MMC arasında bağlanmış 26 mart 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı12 fəhlə kimi işə qəbul edilmişdir. Bildiriş 26 aprel 2023-cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı6 ilə Cavabdeh1 MMC arasında bağlanmış 06 iyun 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı6 fəhlə kimi işə qəbul edilmişdir. Bildiriş 0 iyun 2023-cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı13 ilə Cavabdeh1 MMC arasında bağlanmış 02 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı13 xadimə kimi işə qəbul edilmişdir. Bildiriş 07 iyun 2023-cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 11 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı2 fəhlə kimi işə qəbul edilmişdir. Bildiriş 10 may 2023cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı11 ilə Cavabdeh1 MMC arasında bağlanmış 26 may 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı11 xadimə kimi işə qəbul edilmişdir. Bildiriş 26 aprel 2023-cü il tarixdə çap edilmiş, həmin tarixdə müqavilənin qüvvədə olduğu görünür. - Kommerrsiya Qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, VÖEN ********** olan Cavabdeh1 MMC xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, Cavabdeh2 qanuni təmsilçisidir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Vəkil ünvanlanmış 14 mart 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün deyildir. Bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşqulluq” alt sisteminə daxil edilməsi X5 Xidmətinin səlahiyyəti xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işə götürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işə götürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və Məşqulluq” alt sisteminə daxil edilməsi X5 Xidmətinə həvalə edilməlidir. Məhkəmə tərəfləri izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 42.

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.

4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Maddə 49.

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69.

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçıların dəlilləri ilə razılaşaraq qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə iddiaçılarla cavabdeh arasında bağlanmış əmək müqavilələrinə əsasən, iddiaçıların bir qismi fəhlə, digər qismi isə xadimə vəzifəsinə işə götürülmüş, hazırda cavabdeh MMC-nin fəaliyyəti dayandırılmış, lakin elektron informasiya sistemində iddiaçıların cavabdeh MMC-də işləmələrinə dair əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda aydın olur ki, cavabdeh MMC-nin faktiki fəaliyyəti olmasa da, iddiaçılarla bağlanmış əmək müqavilələrinin ləğvi və ya xitamı barədə əmr verilməmiş və müqaviləyə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməmişdir. Halbu ki, iddiaçılar cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iradə ifadəsini bəyan etmiş lakin sonuncu heç bir tədbir görməmişdir. Bu vəziyyətin belə davam etməsi isə nəticə etibarı ilə iddiaçıların əmək qanunvericiliyindən irəli gələn hüquqlarını pozur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin faktiki fəaliyyəti olmadığından iddia təmin edilməli, Cavabdeh1 MMC ilə iddiaçılar arasında İddiaçı11 arasında xx.xx.2023 tarixdə, İddiaçı13 ilə xx.xx.2023 tarixdə, İddiaçı5 ilə xx.xx.2023 tarixdə, İddiaçı6 ilə xx.xx.2023 tarixdə, İddiaçı3 ilə xx.xx.2023 tarixdə, İddiaçı9 ilə xx.xx.2023 tarixdə, İddiaçı1 ilə xx.xx.2023 tarixdə, İddiaçı2 ilə xx.xx.2023 tarixdə, İddiaçı12 ilə xx.xx.2023 tarixdə, İddiaçı8 ilə xx.xx.2023 tarixdə, X4 ilə xx.xx.2023 tarixdə, İddiaçı7 ilə xx.xx.2023 tarixdə, İddiaçı10 ilə xx.xx.2023-cü il tarixlərdə bağlanmış əmək müqavilələrinə xitam verilməli və Əmək müqavilələrinə xitam verilməsinə dair məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməlidir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçılar mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı mediasiya xərcləri üçün hər birinə 50 (əlli) manat olmaqla, ümumilikdə 650 (altı yüz əlli) manat pul ödəmişlər. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyi üçün məhkəmə hesab edir ki, mediasiya xörclərinə görə ödənilmiş 650 (altı yüz əlli) manat məbləğində mediasiya rüsumu cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılara (hər birinə 50 manat olmaqla) ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh1 MMC ilə iddiaçılar arasında İddiaçı11 arasında xx.xx.2023 tarixdə, İddiaçı13 ilə xx.xx.2023 tarixdə, İddiaçı5 ilə xx.xx.2023 tarixdə, İddiaçı6 ilə xx.xx.2023 tarixdə, İddiaçı3 ilə xx.xx.2023 tarixdə, İddiaçı9 ilə xx.xx.2023 tarixdə, İddiaçı1 ilə xx.xx.2023 tarixdə, İddiaçı2 ilə xx.xx.2023 tarixdə, İddiaçı12 ilə xx.xx.2023 tarixdə, İddiaçı8 ilə xx.xx.2023 tarixdə, X4 ilə xx.xx.2023 tarixdə, İddiaçı7 ilə xx.xx.2023 tarixdə, İddiaçı10 ilə xx.xx.2023-cü il tarixlərdə bağlanmış əmək müqavilələrinə xitam verilsin. Əmək müqavilələrinə xitam verilməsinə dair məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. Mediasiya xörclərinə görə ödənilmiş 650 (altı yüz əlli) manat məbləğində mediasiya rüsumu cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 (hər birinə 50 manat olmaqla) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar