Məhkəmə qərarları › İş №e-2(001)-2369/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2369/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2369/2025 04.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı MMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMMC-nin xeyrinə458 (dörd yüz əlli səkkiz) manat məbləğində pulu və iddianın verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumu, cəmi 489 (dörd yüz səksən doqquz manat) pul vəsaiti tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilməsi üçün müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. 12 fevral 2025-ci il tarixdə İddiaçı MMMC-nin sədri Nərgiz Məhərova ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında razılıq əldə edildiyini nəzərə alaraq iddia ərizəsinin baxılmasmış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı, eləcə də ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu büdcədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş Pasha Pay MMC-nə məxsus mədaxil qəbzindən görünür ki, İddiaçı MMMC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına iddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə, ********** nömrəli mədaxil qəbzinə əsasən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəlləsinin 114.2-ci maddəsinə əsasən, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı MMMC (sənəd - **********, büdcə təsnifatı 14221102, qəbzin nömrəsi - **********, transaksiya nömrəsi – **********1 HOPNew8 – 67242765, qalıq məbləğ kodu - **********) tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi - **********, ödəniş tarixi – 06 fevral 2025-ci il) büdcədən İddiaçı MMMC-nə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar