Məhkəmə qərarları › İş №e-2(001)-239/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-239/2024

28.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-239/2024 28.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF Park yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş 6 saylı binada ümumi sahəsi 73,4 kv.m. olan 2 otaqlı 20 nömrəli mənzilin ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla naturada bölgüsünün aparılmasına dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF Park yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş 6 saylı binada ümumi sahəsi 73,4 kv.m. olan 2 otaqlı 20 nömrəli mənzilin ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla naturada bölgüsünün aparılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandrılır ki, İddiaçı cavabdeh X2 ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və həmin qətnamə əsasında Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamə verilmişdir. Birgə nikah dövründə tərəflər Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanında 1 saylı küçədə AAF İnşaat MMC tərəfindən inşa edilmiş 6 nömrəli binanın sahəsi 73,4 kvadrat metr olan 2 otaqlı 20 nömrəli mənzilini 40370 manata almışlar. Həmin mənzil AAF İnşaat MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli alq-satqı müqaviləsinə əsasən iddiaçının adına rəsmiləşdirilmişdir. Mübahisə predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev pr. 167 saylı binanın 20 saylı mənzili üzrə xx.xx.2017-ci il tarixdə AAF-İnşaat MMC ilə İddiaçı atası X5 arasında 1787 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixi qətnaməsi ilə Nizam Babayevin adına olan xx.xx.2017-ci il tarixli 1787 saylı müqavilə etibarsız hesab edilmiş, iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi də dəyişdirilmədən saxlanılmışdır. Əlavə olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-443/2018 saylı qətnaməsilə ilkin iddianın təmin edilməsi, AAAF-İnşaat MMC ilə X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1787 nömrəli mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərin ilkin vəziyyətə qaytarılaraq İddiaçı ilə AAAF İnşaat MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0832 nömrəli mənzilin alqı-satqı müqaviləsinin bərpa edilməsi, Cavabdeh azyaşlı uşaqları X1 və X4 ilə birlikdə Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanında 1 saylı küçədə AAF İnşaat MMC tərəfindən inşa edilmiş 6 nömrəli binanın 20 nömrəli mənzilinə köçürülmələri, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Bundan başqa Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka bərabər paylarda hüququnun tanınması tələbinə dair iddia qaldırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-230/2021 saylı qətnaəsi ilə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF Park yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş bina 6 ümumi sahəsi 73,4 kv metr olan 2 otaqlı, 20 nömrəli mənzil üzərində Cavabdeh ½ hissədə və İddiaçı ½ hissədə payının müəyyən edilməsi qət olunmuşdur. Tərəflər mənzilin bölüşdürülməsi məsələsində heç bir razılığa gələ bilməmişlər. İddiaçı mülkiyyətçisi olduğu mənzilin ½ hissəsinin cavabdehə satılmasını təklif etsədə, cavabdeh bu təkliflə razı olmadığını bildirmişdir. Ona görə də Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF Park yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş bina 6 ümumi sahəsi 73,4 kv metr olan 2 otaqlı 20 nömrəli mənzilin ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh olmaqla natura qaydasında ayrılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-443/2018 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia tələbi təmin edilərək AAAF İnşaat MMC ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1787 nömrəli mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılaraq İddiaçı oğlu ilə AAAF – İnşaat MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 0832 nömrəli mənzilin alqı-satqı müqaviləsinin bərpa edilməsi, Cavabdeh az yaşlı uşaqları X1 və X6i ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev pr. 167 ünvanında AAAF-Park yaşayış massivi 1 saylı küçə ev 6 ünvanında inşa edilən 20 saylı mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-3147\2018 saylı qətnaməsindən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-443/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5032/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-3147\2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-230/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev pr. 167 ünvanında AAAF-Park yaşayış massivi 1 saylı küçəsində inşa edilmiş bina 6 ümumi sahəsi 73,4 kv.m olan 2 otaqlı, 20 nömrəli mənzil üzərində Cavabdeh ½ hissədə və İddiaçı oğlunun ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6225 saylı rəyindən müəyyən olunur ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev pr. 167 ünvanında AAAF-Park yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş 6 saylı binanın, ümumi sahəsi 73,4 kv.m olan 2 otaqlı, 20 nömrəli mənzilinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin İnşşat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1.,2.2., 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tiknti-Teniki Ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla tərəflərin hər birinin ½ hissədə payları müəyyən edilmiş Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF Park yaşayış massivinin 1 saylı küçəsində inşa edilən 6 saylı binada ümumi sahəsi 73,4 kv.m. olan 2 otaqlı 20 nömrəli mənzilinin tərəflərin paylarına uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olduğundan məhkəmə iddia ərizəsinin təmin edilməsini qeyri-mümkün hesab edir. İddia ərizəsi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF Park yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş 6 saylı binada ümumi sahəsi 73,4 kv.m. olan 2 otaqlı 20 nömrəli mənzilin ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla naturada bölgüsünün aparılmasına dair iddia ərizəsi təmin edilməsin. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar