Məhkəmə qərarları › İş №e-2(001)-2402/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2402/2025

09.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2402/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və s.” barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması və s.” barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və digər cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 8 saylı saylı mənzili üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 və digər cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 3 otaqdan ibarət 8 saylı mənzilinin boşaldılması və sökülməsi, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 3 otaqdan ibarət 8 saylı mənzilinin yerində, çoxmərtəbəli yaşayış binası olan 4 saylı evin/binanın 5-cü mərtəbəsində olan 507 saylı, 3 otaqlı yeni mənzilin, ümumi (oxdan-oxa) sahəsi 104.35 kv.m, içdən-içə sahəsi 94 km olan mənzilin Cavabdeh3 və digər cavabdehlərin mülkiyyətinə verilməsi, mənzilin sahə nisbətlərinin əvəzləşdirilməsi nəticəsində 27.65 kv.m sahənin hər kv.m-nə görə 1200 manat kompensasiya olmaqla 33180 manat, iddia etdiyi başqa 7.04 kv/m, tam kənarda yerləşən qanunsuz tikilisi üçün isə 8448 manat olamaqla cəmi olmaqla 41628 manat kompensasiyanın cavabdehlərə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MTK tərəfindən Cavabdeh3 və digər şəxslərə hər ay ekspert rəyinə uyğun cəmi 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabninetinin xx.xx.2016-cı il tarixli 8 saylı qərarına, Bakı şəhər, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 18 saylı Sərəncamına əsasən və digər dövlət orqanları və müvafiq təşkilatlarının sənədlərinə/razılıqlarına əsasən Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1.2179 ha torpaq sahəsində ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin İddiaçı MTK-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncama əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MTK həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 60%-100% (arası) artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 400 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən bir çox ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bunlardan savayı sakinlərin qanunsuz, mülkiyyətindən tam kənarda zəbt etdiyi ərazilər də iddiaçı tərəfindən razılaşdırılmaqla nəzərə alınır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 3 otaqdan ibarət 8 saylı mənzili X4 mülkiyyətində olmuşdur. xx.xx.2011-ci il tarixində mülkiyyətçi X12 vəfat etmişdir. xx.xx.2023-cü il tarixli, 2 V-45№-li olan V-23/2023 saylı vərəsəlik işinə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mülkiyytçi X4 vərəsələridir və “X11 Şəhadətnamə” ilə hər biri 1/3 payları müəyyən olunmuşdur. BŞMKT-nın 3 saylı XTMKTB-15 saylı MKİS-nin 192 saylı xx.xx.2024-cü il tarixli arayışından da aydın olur ki, qeyd edilən əmlakı X5 məxsus olmuş və vəfat etdiyi üçün vərəsəlik işi açılmışdır. Lakin, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 paylar olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 8 saylı mənzildən kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən (individual razılıqla 50%-100% artıq) təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evlərdən bəziləri sökülmüş, sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzilərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlərlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı olaraq artıq maliyyə itkilərinə məruz qalırlar. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.20216-cı il tarixli 18 saylı Sərəncamının göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi, sərəncamın icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Xüsusən qeyd etmək lazımdır ki, cavabdeh həmin mənzildə yaşamır. Başqasına kirayə verib. Onun dediyi kimi heç nə itirmir, illərlə məhkəmələrdə süründürəcəyini və istədiyini alacağını aşkar formada bəyan edir. Həmin binalar istismar müddətini başa vurduğu üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin verdiyi arayışa əsasən qeyd edilən ev/bina qəzalı vəziyyətdədir. Cavabdehin hüquqlarından suiistifadə etməsi gələcəkdə digər sakinlərində həyatını və təhlükəsizliyini riskə atması, təhlükə altında qoyması deməkdir. Belə ki, sözügedən ünvanda yerləşən 3 mərtəbəli 5, 7, 9 nömrəli binalar 1926-cu ildə inşa edilmişdir. İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onların mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onların mülkiyyətinə verir. İddiaçı cavabdehlərə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Cavabdeh3 və digər cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 8 saylı mənzilin artırmasız içdən-içə sahəsi ölçülməyə əsasən aydın olur ki, ü/s 59.3 kv.m-dir, qanunsuz tikilisi (artırması) isə içdən-içə 27.65 kv.m-dir. Bunlardan savayı cavabdehin heç bir sənədi olmadan başqa iddia etdiyi 7.04 kv.m, tam kənarda yerləşən qanunsuz tikilisi mövcuddur. İddiaçı təqdim etdiyi 3 otaqlı mənzilin ümumi sahəsi 104.35 kv.m, içdən-içə sahəsi 94 kv.m təşkil edir. Qanunsuz tikilinin hər kv.m-nə 1200 manat kompensasiya MTK tərəfindən təklif edilir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 isə İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7 ünvanında olan 8 saylı mənzilin yerində inşa edilməsi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasında mənzilin çıxarış üzrə sahəsi 62.96 kv.m. əlavə sahə 35.06 kv.m olmaqla ümumilikdə faktiki sahəsi 98.02 kv.m mənzilin əvəzi olaraq qonşularında olan qaydada bütün sahələrə mənzil verilməklə, əvəzetmə edilməklə ümumilikdə 175 kv.m sahədən ibarət (1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzillər) təmirli mənzillərin 2 il müddətində təqdim edilməsi, mənzillər təqdim edilən günədək və mənzillə çıxarış alınması üçün təqdim olunan sənədlər tam hazır olanadək aylıq 500 manat icarə haqqının ödənilməsi, 2024-cü ilin yanvar ayının 20dən mənzildə yaşayışlarının mümkün olmaması, hələ də davam etməsi səbəbindən icarə haqqının həmin tarixdən başlanaraq hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ƏMDX DƏDK və RPHŞ-i tərəfindən verilmiş 25 fevral 2023-ci il tarixli ********** saylı qeydiyyat, **********73-05101- 093016 reyestr nömrəli, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən yaşayış sahəsi 62.96 kv.m. olan ünvan 3 3/1 paylı olmaqla Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətindədir. Mənzilin yaşayış sahəsi 62.9 kv.m olsa da, faktiki sahəsi 90,9 kv.mdir. Həmçinin həmin sahədə mənzilin önündə hasarın içində tametlə döşənmiş 50.5 kv.m torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 7 kv.m qeyri yaşayış sahələri də mövcuddur. Mülkiyyətlərində olan mənzildə o, anası, qardaşı, qardaşının həyat yoldaşı, onların 2 övladı olmaqla cəmi 6 nəfər yaşayırdılar. Yaşadıqları binanın mülkiyyətçilərinin ümumi istifadəsində sahələrdə, bloklarda, habelə digər mülkiyyətçilərə məxsus mənzillər, pəncərələr, mənzillərinə gələn istilik sistemləri, və mənzilə gələn qaz borusu iddiaçı “RELT HOUSE" Mənzil Tikinti Kooperativi tərəfindən məhkəmə qərarı olmadan qanunsuz olaraq sökülərək yararsız hala salınmışdır. Bu azmış kimi cavabdeh artıq binanın blokunun giriş hissəsini də öz işçiləri vasitəsilə hasarlamağa çalışır. Bu isə öz növbəsində onların yaşadıqları mənzilə girişçıxışlarını çətinləşdirmişdir. Bundan başqa, binada olan mənzillərin sökülməsi nəticəsində ümumi istilik sistem boruları ilə istilik təchizatının verilməsi və mənzilə gələn qazın verilməsi də məhdudlaşdırılmışdır. Bu səbəbdən də qış aylarında istilik təchizatı olmadığından mənzillərində istiliyin təmin edilməsi mümkünsüz olmuşdur. İddiaçının qanunsuz müdaxiləsi onların narahatçılığına səbəb olmuş və mənzili tərk etmişlər. İddiaçı Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamını əsas gətirərək onlara eyni binada digər mülkiyyətçilərə təklif olunmuş, onlarla razılaşdırılmış şərtlərdən aşağı, digər mülkiyyətçilərlə razılaşmalara nisbətən mütənasibsiz şərtlər təklif edirdi. Təbii ki, digər sakinlərə münasibətdə onlara fərq qoyulmasına, eyni binada başqalarına münasibətdə daha pis təklif verilməsinə, iddiaçı tərəfindən mütənasibliyin, balansın gözlənilməməsinə etiraz edirdilər. Bu etirazlarını dinləmək əvəzinə iddiaçı, onları köçürmədən binaya qanunsuz müdaxilə etdi, nəticədə binada yaşayış mümkün olmadı. 2024-cü ilin yanvar ayından 20-dən mənzildən çıxmaq məcburiyyətində qalmışlar. Hal-hazırda qohum evində yaşayırlar. Bundan sonra birinci dəfə iddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət edildi. İddia ərizəsi Binəqədi rayon məhkəməsi tərəfindən icraata götürüldü (iş № e-2(001)-3636/2024 (sonrakı № e-2(001)- 258/2025), sonra iddiaçının ərizəsi ilə iddia ərizəsi geri qaytarıldı, icraata xitam verildi). Həmin iş üzrə icraat zamanı bildirmişlər ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamın 2-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması məqsədilə İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq prospekti 5, 7, 9 saylı yaşayış binalarının sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzil təmin edilənədək hər ay kirayə haqqı ödənilməsilə başqa yerə köçürülməsi müəyyən edilmişdir. Yəni, sərəncam onlara məcburi kompensasiya verilməsi müəyyən etməmişdir. Eyni zamanda, həmin işdə bildirmişlər ki, iddiaçının da istinad etdiyi, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Həmin qərarında Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin presedent hüququna da istinad edərək Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipinin özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutduğunu qeyd etmiş, mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans”ın gözlənilməli olduğu göstərmişdir. Bunlara əsasən, eyni binada digər sakinlərə münasibətdə onlara qarşı - Bərabərlik - “ədalətli balansam prinsipinin pozulmasının araşdırılmasını; - Mütənasiblik prinsipinin pozulmasının araşdırılmasını məhkəmədən xahiş etmişlər. Qeyd edilənlərin araşdırılması, yoxlanması məqsədi ilə Binəqədi rayon məhkəməsinin e-2(001)-3636/2024 saylı, xx.xx.2024-cü il Qərardadı ilə (əlavə olunur) məhkəmə iddiaçıdan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7 saylı binanın bütün mülkiyyətçiləri ilə İddiaçı arasında bu günə qədər bağlanmış əqdlərin təsdiq olunmuş surətlərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsini tələb etdi. Məhkəmənin bu tələbi əsasında iddiaçı tərəfindən 7 saylı binanın (bizim binanın) bütün mülkiyyətçiləri ilə müqavilələr məhkəməyə təqdim edildi. Məhkəmədə bu müqavilələr araşdırıldıqda məlum oldu ki, dəlilləri və tələbləri tam haqlıdır, iddiaçı binadakı digər mülkiyyətçilərə münasibətdə onlara qarşı bərabərlik, ədalətli balans, mütənasiblik prinsipini pozur, onlara digərlərinə münasibətdə daha pis şərtlər təklif edir və bu faktlarla, yəni iddiaçının təqdim etdiyi mübadilə müqavilələri ilə sübut edildi. Belə ki, həmin işdə İddiaçıdan tələb olunmuş və onun tərəfindən məhkəməyə təqdim olunmuş, hazırda qarşılıqlı iddia ərizəsinə əlavə olunan iddiaçı ilə binanın digər mülkiyyətçiləri X6, X7 və X2 ilə imzalanmış notarial müqavilələrdən göründüyü kimi, digər mülkiyyətçilərə çıxarış üzrə və əlavə sahələr toplanmaqla onlara təklif olunandan daha artıq mənzil sahəsi əvəzetmə kimi verilmiş, faktiki mənzil sahələri kompensasiya ilə deyil, mənzil sahələri ilə əvəz edilmişdir. Onlara isə, digərlərindən fərqli olaraq, çıxarış üzrə mənzil üçün yeni sahə, qalan əlavə sahələr üçün mənzil sahəsi deyil, məcburi kompensasiya verilməsi tələb edilir. İddaçı özü də bu iddialarında əmin deyildi və Binəqədi rayon məhkəməsinin icraatında olmuş iddianı (iş № e-2(001)-3636/2024 (sonrakı № e-2(001)-258/2025) bir neçə dəfə dəyişdi (İddiaçının həmin ərizəsi, ona əlavələr qarşılıqlı iddiaya əlavə edilir.) Hazırda icraatda olan iddia ərizəsində iddiaçı onların 35 kv.m. əlavə sahəsinə məcburi kompensasiya verilməsini məhkəmədən tələb etsə də, müqaviləyə əlavə olunmuş müqavilələrdəki məlumatlar üzrə hazırlanmış aşağıdakı cədvəldən göründüyü kimi, iddiaçı məhkəmədən onlarla digər sakinlər arasında qeyri-mütənasib yanaşma tələb edir. Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə Qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yaşayan sakinlərlə bağlanmış müqavilələrlə bağlı məlumat Əvəz Çıxarış Əlavə Faktiki Soyad, ad, ata adı Mənzil edilmiş S/S üzrə sahə sahə sahə sahə 116,32 X6 14 60,9 50,3 111,2

1. 61,02 84,25 X7 20 64,13 28,84 92,84

2. 84,25 84,25 X2 21 61 36,64 97,64

3. 84,25

Yuxarıdakı cədvəldən də göründüyü kimi, qonşularında bütün sahələri nəzərə almaqla 111.2 kv.m sahəyə 177,34 kv.m təqdim edir, 92,84 kv.m sahəyə 168,5 kv.m sahə təqdim edir, 97,64 kv.m sahəyə 168,5 kv.m sahə təqdim edir və təqdim edilən sahələr oxdan-oxa və ya içdən-içə ölçülməklə deyil, konkret sahələr təqdim edilir. Cədvəldən göründüyü kimi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakın sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 62.96 kv.m-dir, əlavə sahə 35,02 kv.m-dir, ümumilikdə 98,02 kv.m təşkil edir. İddiaçı Çıxarışa əsasən 62.96 kv.m olduğu halda həmin sahəni 59.3 kv.m nəzərə almaqla ümumi (oxdan-oxa) sahəsi 104.35 kv.m. içdən-içə sahəsi 94 kv.m olan mənzillə əvəzləşdirməni, əlavə sahələrə isə digər mülkiyyətçilərdən fərqli olaraq, məhkəmədən məcburi pulla kompensasiya ödənilməsini tələb edir. Bu həm mütənasiblik, bərabərlik – “ədalətli balans” prinsiplərinin pozulmasıdır, həm də Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ilə müəyyən edilmiş şərtin pozulmasıdır. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamın birinci abzasında qeyd edilir ki, sərəncamın verilməsi üçün əsas İddiaçı MMC-nin xx.xx.2016-cı il tarixdə T-03 saylı ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarında yaşayan sakinlərə MMC-nin hesabına hər ay kirayə haqqı ödənilməklə kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillə təmin olunması şərtilə sökülməsini və həmin binaların yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verilməsi xahiş olunmuşdur. Sərəncamın 2-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması məqsədilə İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq prospekti 5, 7, 9 saylı yaşayış binalarının sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsilə başqa yerə köçürülməsi müəyyən edilmişdir. Göründüyü kimi, sərəncamda sahənin bir hissəsi üçün mənzil mülkiyyətçilərinə kompensasiya verilməsi müəyyən edilməmişdir. Onlar da, ilk gündən həmin binada yaşayan digər sakinlərə eyni yanaşma, hüquqlarının pozulmamasını tələb etmişlər. Bundan əvvəl tərəflər arasında olmuş məhkəmə işində (İddiaçı MMC sonradan iddiasını geri götürdü) olan müqavilələrdən də göründüyü kimi, digər sakinlərə onlardan fərqli münasibət göstərilmiş, onlarla oxşar yəni mənzil sahəsi əsas və əlavə tikilisi olan sakinlərə sərəncamda nəzərdə tutulduğu kimi yeni mənzillər verilmişdir. Yəni, eyni binada, eyni ünvanda bərabərlik hüququn pozulması, onların vəziyyətinin digərlərinə nisbətən pisləşdirilməsi, habelə sərəncamın və mülkiyyətçinin iradəsinə ziddi olaraq kompensasiya verilməsi qəbuledilməzdir. Çünki sərəncamda məcburi kompensasiya nəzərdə tutulmayıb, sahələrin əvəzinə yeni mənzil verilməsi müəyyənləşdirilib. Mənzillərinin önündə hasarın içində tametlə döşənmiş, istifadələrində olan 50.5 kv.m torpaq sahəsi var ki, iddiaçı tərəfdən bu ümumiyyətlə nəzərə alınmır. Göstərilənləri, qanunvericilik aktlarını, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarını, bunlarda müəyyənləşdirilmiş mütənasiblik, bərabərlik – “ədalətli balans” prinsiplərin nəzərə alaraq onlar da eyni binada digər mülkiyyətçilərlə bərabər, mütənasib müəyyənləşdirilməsini, mülkiyyətilərində mənzilin yerində inşa edilməsi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasında mənzillərinin çıxarış üzrə sahəsi 62,96 kv.m, əlavə sahə 35,06 kv.m olmaqla ümumilikdə faktiki sahəsi 98,02 kv.m mənzillərinin əvəzi olaraq ümumilikdə 175 kv.m sahədən ibarət (1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzillər) təmirli mənzillərin təqdim edilməsi tələbləri qanuni və haqlıdır. Göstərilənlərdən əlavə olaraq, qeyd edilən sərəncamın tələbinə əsasən həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin qarşılıqlı razılıq əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsi ilə başqa yerə köçürülməsi, bundan sonra müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq sökülməsi İddiaçı MTK-ya həvalə edilmişdir. Həmin sərəncamın tələblərinə əsasən ərazidə yaşayan sakinlərlə qarşılıqlı razılaşma əldə olunmalı, sakinlər ərazidən köçürülməli, bundan sonra torpaq sahəsindən istifadə edilməyə söküntü işlərinə başlanmalı və ən nəhayət 5 il müddətində ərazində yeni yaşayış binası salmalı idi. İddiaçı MTK isə sərəncamın heç bir tələblərinə əməl etməmişdir, binada təhlükəsiz şəraiti təmin elməli olduğu halda, şəhərsalma sənədlərinin tələblərinə əsasən sənədləşdirmə işlərini başa çatdırmadan söküntü işlərinə başlamışdır. İddiaçı onları köçürmədən binaya qanunsuz müdaxilə etdi, nəticəsində binada yaşayış mümkün olmadı. 2024-cü ilin yanvar ayından 20-dən mənzilindən çıxmaq məcburiyyətində qalmışlar. Hal-hazırda qohum evində yaşayırlar. Mənzil kirayəsi qiymətləri şəhərdə xeyli artmış, eyni zamanda onlar 3 ailədirlər. Göstərilənlərə əsasən, mənzillər onlara təqdim edilən günədək və mənzillə çıxarış alınması üçün təqdim olunan sənədlər tam hazır olanadək aylıq 500 manat icarə haqqının ödənilməsi, icarə haqqının 2024-cü ilin yanvar ayının 20-dən başlanmaqla hesablanması tələbləri də haqlıdır. İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddiaya yazılı etiraz təqdim edərək göstərmişdir ki, cavabdehlər qarşılıqlı iddia tələbində qeyd etdiyi halları araşdırmadan, heç bir müşayətedici sübütlar əlavə etmədən irəli sürmüşlər. Belə ki, İddiaçı MTK baxmayaraq ki, binanın 40-dan çox sakini ilə müqavilələr imzalamış, müəyyən əsaslı razılıqlar əldə etmiş, amma heç bir razılıq əldə etdiyi, aldığı, müqavilə bağladığı sakinlərin əmlaklarını sökməmiş, uçurmamış və heç bir iş aparmamışdır. Sakinlər özələrinə məxsus əmlakın qapı, pəncərə, taxta, kafel və.s. əşyalarını öncədən söküb aparmışlar. Sakinlərin öz əmlaklarını aparmasına görə İddiaçı MTK məsuliyyət və cavabdehlik daşımır. Əlavə etdikləri rəsimlərdən də görünür ki, əmlakın qapı, pəncərə və s. quraşdırılmış hissələri çıxarılıb. Kommunal sayğaclar əmlakların üzərindədir. İddiaçı MTK tərəfindən hər ay böyük məbləğdə maddi itkilərə məruz qalmasına baxmayaraq, bu məhkəmə işləri tam yekunlaşana qədər bütün işlərin aparılması təxirə salınıb. Hesab edirlər ki, cavabdehlərin qarşılıqlı iddiasının əsassız, qanunsuz və ədalətsiz olması özlərinə də yaxşı bəllidir və qarşılıqlı iddia verməklə əlavə vaxt qazanmaq, maksimum hüquqlarından sui-istifadə edərək MTK-dan əlavə maddi qazanc almaq və məhkəmə vasitəsi ilə bu əməlinə huquqi don geyindirməkdən ibarətdir. Baxmayaraq ki, MTK cavabdehlərə görə hələ də maddi itkilərə aylardır məruz qalmaqda davam edir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 8 saylı qərarına, Bakı şəhər, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 18 saylı Sərəncamına əsasən və digər dövlət orqanları və müvafiq təşkilatlarının sənədlərinə/ razılıqlarına əsasən Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1.2179 ha tropaq sahəsində ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin İddiaçı MTK-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncama əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MTK-ya həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 60%-100% (arası) artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 400 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən bir çox ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bunlardan savayı sakinlərin qanunsuz, mülkiyyətindən tam kənarda zəbt etdiyi ərazilər də iddiaçı tərəfindən razılaşdırılmaqla nəzərə alınır. Lakin, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 paylar olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 8 saylı mənzildən kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən (individual razılıqla 50%-100% artıq) təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evlərindən bəziləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlərlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı olaraq artıq maliyyə itkilərinə məruz qalırlar. İlərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.20216-cı il tarixli 18 saylı Sərəncamının göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözələşdirilməsi deməkdir. Xüsusən qeyd edilməlidir ki, cavabdeh həmin mənzildə yaşamır. Başqasına kirayə verib. Onun dediyi kimi heç nə itirmir, illərlə məhkəmələrdə süründürəcəyini və istədiyini alacağını aşkar formada bəyan edir. Həmin binalar istismar müddətini başa vurduğu üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin verdiyi arayışa əsasən qeyd edilən ev/bina qəzalı vəziyyətdədir. Cavabdehin hüquqlarından suiistifadə etməsi gələcəkdə digər sakinlərində həyatını və təhlükəsizliyini riskə atması, təhlükə altında qoyması deməkdir. Belə ki, sözügedən ünvanda yerləşən 3 mərtəbəli 5, 7, 9 nömrəli binalar 1926-cu ildə inşa edilmişdir. İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onların mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onların mülkiyyətinə verir. İddiaçı cavabdehlərə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Yuxarıda göstərilənləri, işin hüquqi və faktiki halların nəzərə alaraq qarşılıqlı iddanın təmin edilməməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizənin və etraz ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək bildirdi ki, ilk iddiaçının nümayəndəsinin (vəkilinin) qanunsuz olduğunu bildirdiyi sahə 40 ildir ki, Hüseynovlar ailəsinin istifadəsində olmaqla mənzilin tərkib hissəsidir. Oranın ayrıca giriş-çıxışı da mövcud deyildir. Qonşularla bağlanan müqavilələrdə oxşar sahələrə mənzillər təqdim edilmişdir. Onlara isə ögey münasibət göstərilməkdədir. Odur ki, qarşılıqlı iddiaçılara ilk iddia ərizəsində göstərilən kimi deyil, qarşılıqlı iddia ərizəsində tələb edilən qayda üzrə mənzillər verilməlidir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçılar, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 da bənzər məzmunda izahat verərək qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş ilk iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62.96 kv.m olan mənzil 1/3 hissədə Cavabdeh2, 1/3 hissədə Cavabdeh3 və 1/3 hissədə Cavabdeh1 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 145 saylı Mənzil-Kommunal İstismar sahəsinin 192 saylı xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq Prospekti 7 ünvanında 8 saylı mənziln mülkiyyətçisi X8r. Əldə edilmiş şifahi məlumata əsasən mülkiyyətçi vəfat etmiş və xx.xx.2023-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmiş V-23/2023 saylı vərəsəlik işi açılmışdır. 2V-45 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “Qanun üzrə X11” şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQ İdarəsi tərəfindən xx.xx.1998ci il tarixdə X5 verilmiş 30/137266 qeydəalma nömrəsi ilə 914 nömrəli kitabın 137266-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 46 kv.m, 3 otaqlı olan mənzildən ibarətdir. Həmin mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İddiaçı MTK-nın Nizamnaməsindən görünür ki, Kooperativ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin çevrilməsi nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016cı il 22 yanvar tarixli 8 nömrəli Qərarında qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon icra Hakimiyyəti və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti 5 il müddətinə aşağıdakıları həyata keçirtsinlər: 1.1. mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə Kələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Binəqədi rayonu üzrə 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binalarının, həmçinin Biləcəri bələdiyyəsi ərazisində yeraltı qaz sızması aşkar olunmuş zonadakı 166 fərdi yaşayış evinin və Qaradağ rayonunun Lökbatan, Sahil, Pula, Qızıldaş və Ələt qəsəbələrində XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmə. 10960 nəfor yaşayan 274 qamış və taxta yaşayış binalarının, habelə Binəqədi və Qaradağ rayonları ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binalan üçün qəzalı vəziyyətdə olan, söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onlann razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmısını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binalan sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını; 1.4. görülmüş işlər barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat verilməsini 2. Bu qərarın 1-ci hissəsinin icrasına nəzarət tikinti və kommunal təsərrüfatı şöbəsinə və regionların inkişafı şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilmişdir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon icra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon icra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon icra Hakimiyyəti və Xəzər Rayon icra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binalan üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirsinlər. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli Əmlakın (Qiymətlilərin) Ləğvi Aktının surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən yaşayış binası 1935-ci ildə istismara təhvil verilib. Atmosfer çöküntülərinin təsirindən materialların çürüməsi, iqtisadi cəhətdən səmərəli olmadığından istismar müddətini itirmiş, yararsız hala düşmüş, yararsızdır. Bu səbəbdən ləğv edilməli və maddi-məsul şəxsin öhdəsindən silinməlidir. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 7 ünvanında yerləşən 3 mərtəbəli 4 girişli və Azadlıq prospekti 9 ünvanda yerləşən 3 mərtəbəli, 3 girişli yaşayış binaları uzun illər istismarda olması nəticəsində fiziki olaraq aşınmış və yaşayış üçün yararsız hala düşmüşdür. Bu səbəbdən Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bu binanın sökülməsi və yerində “Pilot layihə” çərçivəsində yeni yaşayış binalarının tikilməsi məqsədə müvafiq hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq müvafiq sənədləri təqdim edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlərinin satışı üzrə Qaydalar”ın tələblərinə uyğun olaraq sözügedən yaşayış binanın balansdan silinməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. Bakı şəhər Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamda İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq Prospekti 5, 7, 9 saylı yaşayış binalarının sökülməsi, sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək kirayə haqqının verilməsi və.s həvalə edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, tərəflər Binəqədi rayonu, Azadlıq prospekti və Zahid Qənbərov küçələrinin kəsişməsində yerləşən binanın tikintisi üçün NK qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və Rayon İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın verilməsi və.s barədə razılığa gəlmişlər. Şirkət müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, binaların tikinti üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə müqavilənin tarixindən 2 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək, müqavilələr imzalayacaqdır; yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazilərdə şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqı verəcəkdir; binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15-25 faiz artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin edəcəkdir; sakinlərə verilən sahələrin cəmi çıxıldıqdan sonra qalan sahənin 10 faiz təşkil edən hissəsini RİH-nin sərəncamına verəcəkdir və.s. Həmin müqavilədə qeyd edilmişdir ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliklərini icra edənədək qüvvədədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2018-ci il tarixli rəyinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binası texniki cəhətdən yararsız vəziyyətdədir. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı MMC ilə Binəqədi Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilə və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 18 saylı Sərəncamı halhazırda qüvvədədir və bağlanmış müqavilənin şərtlərinə əməl edilməsi tövsiyyə edilir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 01/16 saylı ayrıc aktının surətindən görünür ki, Binəqədi İcra Hakimiyyətinin başçısının 18 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu, Azadlıq və Zahid Qəmbərov küçələrinin kəsişməsində cizgidə göstərilən sərhədlər daxilində 1,2179 ha torpaq sahəsi yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə İddiaçı MMC-yə verilmişdir. Ayrıc aktına ayrılmış torpaq sahəsinin cizgisi daxil edilərək döngə nöqtələrinin nömrələri onlar arasında olan məsafələr göstərilmişdir. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 144 saylı xx.xx.2016-cı il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi rayonu, Azadlıq və Zahid Qəmbərov küçəsinin kəsişməsində İddiaçı MMC-yə 7 girişli 16, 17, 18 mərtəbəli yaşayış binalarının tikintisinə “Pilot Layihə” çərçivəsində icazə verilməsi qərara alınmışdır. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin “Tikinti işlərinə başlanılması üçün əsas olan 05 saylı xx.xx.2016-cı il tarixli xüsusi nişanın surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 144 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamı ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində İddiaçı MMC-yə tikinti işlərinə başlanması üçün xüsusi nişan verilmişdir. “Daşınmaz əmlakın alğı-satqı” müqavilələrinin və qarşılıqlı razılaşmaların surətlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq Prospekti, ev 7 ünvanında yerləşən binanın sakinləri ilə onlara məxsus mənzillərin əvəzində yenisinin verilməsini nəzərdə tutan müqavilələr bağlanmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, Cavabdeh3 və digərlərinə məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 8 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 120.000 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 8 saylı mənzilin dəyəri 120.000 manat təşkil edə bilər. Məhkəmə Ekspertiza Mərkəzinin 9/7211, 10/6929 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 9 ünvanında yerləşən 8 saylı mənzilin mövcud orta bazar dəyərinin təqribən 81200 manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunur ki, artırmalar nəzərə alındıqda 8 saylı mənzilin faktiki vəziyyət üzrə orta bazar dəyəri təqribən 119100 manat məbləğində müəyyən edilir. ünvan 9 ünvanına yaxın ərazilərdə yerləşən, yeni tikilən binalarda təmirli mənzillərin 1 m2-nin dəyərinin təqribən 2200 manat, təmirsiz mənzillərin 1m2-nin dəyərinin isə təqribən 1745 manat olduğu müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən inşa edilən binada təmirli və təmirsiz mənzillərin satış qiyməti barədə məlumat olmadığından həmin binalarda mənzillərin 1 m2 üçün satış qiymətini müəyyən etmək mümkün olmadı. ünvan 9 ünvanına yaxın ərazilərdə yerləşən mənzillərin aylıq kirayə haqqı təqribən 450 manat müəyyən edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-258/2025 saylı iş üzrə xx.xx.2025ci il tarixli qərardadından görünür ki, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyət hüququna xitam verilməsi və s. tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı mənzilə qanunsuz müdaxilələrin qadağan edilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizələri və onlara əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-V bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında göstərilmişdir ki, Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar) Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X3rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95). Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniowski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun, §147-148, 150; Scordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart, § 93 tarixli Qərarları). Tələb edilən ədalətli balansa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (Böyük Palatanın X10rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli Qərarı, § 115). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir. Həmin Məcəllənin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli qərarında qey edilmişdir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binası istismar müddətini bitdiyindən, şəhərin görkəminə xələl gətirdiyindən və istifadə üçün texniki cəhətdən yararsız olduğundan NK-nin xx.xx.2016-cı il tarixli qərarına əsasən həmin binanın sökülməsi və yerində yeni binanın inşa edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın icrası ilə bağlı BRİH qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkəti ilə razılıq əldə etmiş və bu barədə İddiaçı MMC ilə BRİH arasında müqavilə bağlanmışdır. NK-nin həmin qərarından irəli gələrək BRİH xx.xx.2016-cı il tarixli sərəncam vermiş və Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMCnin daimi istifadəsinə verilmiş və Binəqədi rayonu, Azadlıq prospekti 5, 7, 9 saylı yaşayış binalarının sökülməsi və.s MMC-yə tapşırılmışdır. Lakin Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 7-ci bina hal-hazırədək sökülə bilməmişdir. Belə ki, həmin binanın əksər sakinləri ilə MTK arasında razılıq əldə edilsə də, cavabdehlər və bir neçə sakinlə razılıq əldə edilməmişdir. Cavabdehlər ilk iddiaçının təklif etdiyi kompensasiya məbləğini qəbul etmir və ilk iddiaçıdan daha çox kompensasiya ödənilməsini tələb edir. İlk iddiaçı isə cavabdehlərin tələb etdiyi kompensasiyanı hüquqdan sui-istifadə hesab edir və digər şəxlərin hüquqlarının pozulması kimi qiymətləndirir. Hazırki işdə isə yaranmış mübahisəni göstərilən meyarlar üzrə yoxladıqda məhkəmə o qənaətə gəlir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən əsaslıdır. Məhkəmənin qənaətinə görə, ilk iddiaçının hazırkı mülki işin başlanmasına səbəb olan iddia ərizəsi ilə çıxış etməsi cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehlərə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Yəni cavabdehlər də istismar müddəti ötmüş binanın sökülməsinin zərurətdən irəli gəldiyinin, bina sakinlərinin böyük əksəriyyətinin razı olduğunun fərqindədir. Hansı ki, həmin bina 1926-cı ildə tikilmişdir və istismar müddəti başa çatmışdır. Eyni zamanda şəhərin memarlıq görkəminə xələl gətirir, mövcud şəhərsalma normalarına cavab vermir və nəticə etibarilə texniki cəhətdən qəzalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı mübahisədə mülkiyyət hüququna müdaxilənin qanuniliyinin, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilibedilmədiyinin yoxlanılmasına zərurət yoxdur. Bununla belə, tərəflər arasında kompensasiyanın həcmi barəsində mübahisə vardır və məhkəmə araşdırmasının predmetini hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması və müdaxilənin mütənasibliyi təşkil edir. İşin hallarından müəyyən edildiyi kimi cavabdehin mülkiyyətində olan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hissəsi 62.96 kv.m-dir. Tərəflər arasındakı eyni məzmunda olan əvvəlki mülki iş üzrə əldə edilmiş ekspert rəyi ilə həmin mənzilin artırmasız içdən-içə sahəsinin 59.3 kv.m olduğu müəyyən edilmişdir. İlk iddiaçı isə bunun əvəzində ona içdən-içə 94 kv.m mənzil təklif edir. Hansı ki, həmin mənzilin ümumi (oxdan-oxa) sahəsi 104.35 kv.m təşkil edir. Göründüyü kimi iddiaçı cavabdehlərə mövcud vəziyyətdən daha çox verir. Bundan başqa iddiaçının evinin bazar qiyməti 119100 manat təşkil edir, halbuki, iddiaçı ona ümumi sahəsi 104,35 kv.m olan mənzil verir və həmin ərazidə təmirli yeni binaların 1 kv.m 2200 manat təşkil edir, bu isə 229.570 manat edir. Bundan əlavə iddiaçı cavabdehin qanunsuz artırdığı 27.65 kv.m hissənin və mənzildən tam kənarda yerləşən 7.04 kv.m qanunsuz tikilinin hər kvadratmetri üçün 1200 manat verir. Hansı ki, bu məbləğ qanuni tikilinin dəyərinin yarısından da çoxdur. Göründüyü kimi, ilk iddiaçının təklif etdiyi kompensasiya vahid məhkəmə təcrübəsi nəzərə alınmaqla 20 faizdən də daha artıqdır. Bu mənada məhkəmə, cavabdehlərin (qarşılıqlı iddiaçıların) ümumi sahəsi 175 kv.m olan 1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı təmirli mənzillərin verilməsi tələbini əsassız sayaraq təklif edilən kompensasiyanı ədalətə və mövcud məhkəmə təcrübəsinə uyğun hesab edir. Məhkəmənin qənaətinə görə, qarşılıqlı iddiaçıların mənzillərin 2 il müddətində təqdim edilməsi tələbini də əsaslı hesab etmək mümkün deyildir. Çünki İddiaçı MTK ilə Binəqədi Rayon İH arasında bağlanmış müqavilədə, o cümlədən digər tikintiyə icazə sənədlərində İddiaçı MTK-nın üzərinə bu cür vəzifənin qoyulmuş olduğu müəyyən olunmur. Bundan başqa onu da nəzərə almaq lazımdır ki, ilk iddiaçı mənzillərin cavabdehlərə təqdim olunmasınadək onlara kirayə haqqının ödənilməsini də qəbul edir. Bununla belə məhkəmə vurğulayır ki, mənzillər hər bir halda ağlabatan müddətdə təqdim edilməlidir. Bu meyarın pozulması halında isə, cavabdehlər öhdəliyin icra edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Bundan başqa cavabdehlərə də məlumdur ki, həmin binaların əksər sakinləri ilə iddiaçı arasında razılıq əldə edilmişdir və ilk iddiaçı hər ay onlar qarşısında üzərinə düşən öhdəliyini icra etməyə məcburdur. Əgər ilk iddiaçı üzərinə götürdüyü öhdəliyini icra edə bilməzsə, həmin şəxslərin hüquqları pozulacaqdır. Bununla belə, cavabdehlər öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır, digər çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına əngəl törədir, mənzilinə görə aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışırlar. Bu səbəbdən də məhkəmə ilk iddia üzrə cavabdehlərin hərəkətlərini hüquqdan suiistifadə hesab edir. Hansı ki, Mülki Məcəllənin 16.1-ci maddəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsində qeyd edilmişdir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, ilk iddiaçının cavabdehlərə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır. Məhkəmə həmçinin hesab edir ki, yeni çoxmərtəbəli yaşayış binası tikilib mənzilin cavabdehlərə təqdim edilməsinə kimi cavabdehlərə (qarşılıqlı iddiaçılara) hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməli, o cümlədən kirayə haqqı 2024-cü ilin yanvar ayının 20-dən hesablanmalıdır. Belə ki, tərəflər arasındakı eyni məzmunda olan əvvəlki mülki iş üzrə əldə edilmiş ekspert rəyi ilə ünvan 9 ünvanına yaxın ərazilərdə yerləşən mənzillərin aylıq kirayə haqqının təqribən 450 manat müəyyən edilsə də, məhkəmə həmin rəyin verilməsindən müəyyən vaxtın keçdiyini və mənzil kirayəsi bazarında son aylar qiymətlərin artma tendensiyası göstərdiyinin hər kəs tərəfindən bilinən hal olduğunu nəzərə almışdır. Bundan başqa, qarşılıqlı iddiaçılar xx.xx.2024-cü il tarixdən mənzillərində yaşaya bilmədiklərini əsas göstərərək kirayə haqqının məhz həmin tarixdən hesablanmalı olduğunu iddia etmişlər və iş materiallarında olan fotoşəkillərlə də mübahisəli mənzilin yerləşdiyi binada normal yaşayış üçün şəraitin pozulmuş olduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə, qarşılıqlı iddiaçıların qeyd edilən dəlili əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddialar qismən təmin edilməli, İddiaçı MTK tərəfindən sökülərək əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 5-ci mərtəbəsində 507 saylı, 3 otaqlı, ümumi sahəsi 104,35 kv.m (içdən-içə 94 kv.m) olan təmirli mənzil verilməklə, əlavə artırılmış hissənin əvəzinə 41.628 manat kompensasiya və xx.xx.2024-cü il tarixdən etibarən yeni təmirli mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməklə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7 ünvanında olan 8 saylı mənzil üzərində mülkiyyət (sahiblik, istifadə, sərəncam) hüquqlarına xitam verilməli, mənzil cavabdehlər tərəfindən boşaldılmalı, ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsait də ilk iddia üzrə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İlk və qarşılıqlı iddia ərizələri qismən təmin edilsin. İddiaçı MTK tərəfindən sökülərək əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 5-ci mərtəbəsində 507 saylı, 3 otaqlı, ümumi sahəsi 104,35 kv.m (içdən-içə 94 kv.m) olan təmirli mənzil verilməklə, əlavə artırılmış hissənin əvəzinə cəmi 41628 (qırx bir min altı yüz iyirmi səkkiz) manat kompensasiya və xx.xx.2024-cü il tarixdən etibarən yeni təmirli mənzil təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7 ünvanında olan 8 saylı mənzili üzərində paylı mülkiyyət (sahiblik, istifadə, sərəncam) hüquqlarına xitam verilsin və mənzil cavabdehlər tərəfindən boşaldılsın. İlk və qarşılıqlı iddia ərizələri qalan hissələrdə təmin olunmasın. Ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar