Məhkəmə qərarları › İş №e-2(001)-243/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-243/2023

29.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-243/2023 29.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı ümumi paylı mülkiyyətdə olan mənzilinin paylara uyğun naturada faktiki bölgüsünə, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsinə, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışına və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinə məcburi köçürülməsinə, mənzilin ümumi sahəsi və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələbini dəyişdirərək Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı ümumi paylı mülkiyyətdə olan mənzilinin paylara uyğun naturada faktiki bölgüsünə, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsinə, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışına və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair iddia tələbləri irəli sürmüşdür. İddia ərizəsi onunla əsaslandırlır ki, tərəflər xx.xx.2006-cı il tarixdə Zərdab rayon qeydiyyat şöbəsinin xx.xx.2006-cı il tarixli, 207 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikaha daxil olmuş, sözügedən nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixi qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X14 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-373/2016 saylı iş üzrə qətnaməsi ilə tərəflərin ümumi birgə mülkiyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilində İddiaçı 1/3 hissədə, Cavabdeh 2/3 hissədə payları müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3804/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə mənzildə payların müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı şəhəri ünvan 1 ünvanında yerləşən 150,7 m2 ümumi sahəsi olan mənzildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24-05301-093195 reyestr nömrəli çıxarışa əsasən mənzildə 1/3 hissədə paylı mülkiyyətçidir. Lakin digər paylı mülkiyyətçi hazırki mülki iş üzrə Cavabdeh qanunsuz hərəkətləri səbəbindən sözügedən mənzildən istədiyi kimi istifadə edə, istədiyi kimi sahib ola bilmir və digər mülkiyyətçi hüquqlarını həyata keçirə bilmir. Cavabdeh mənzilinin açarlarını dəyişmiş, eyni zamanda iddiaçının mənzilə daxil olmasına müxtəlif maneələr törədir. Bu səbəbdən iddiaçının öz mülkiyyətindən istifadə etməsini, sahiblik etməsini və mülkiyyət hüquqlarının həyata keçirilməsini mümkünsüz etməklə, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Cavabdeh iddiaçının 1\3 hissədə mülkiyyətçi olduğu mənzilə köçürülməsinin qarşısını alır. Cavabdehin özü və vəkili həm şifahi həm də yazılı iddiaçının sözügedən mənzilə köçürülməsinə qəti şəkildə etiraz etmişlər. Bu səbəbdən iddiaçı sözügedən mənzildən istifadə edə bilmədiyi üçün iddianı dəyişərək paylı mülkiyyətində olan mənzilin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamənin qəbul olunmasını tələb etmək niyyətindədir. Cavabdehə hazırkı mülki iş üzrə rəsmi yaşayış yerlərinə paylı mülkiyyətin ayrılması və ya payın dəyərinin ödənilməsi barədə təklif məktubu göndərilmişdir. Təklif cavabdeh tərəfindən qəbul edilmişdir. Ona görə də məhkəmədən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı ümumi paylı mülkiyyətdə olan mənzilinin paylara uyğun naturada faktiki bölgüsünə, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsinə, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışına və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazlarından müəyyən olunur ki, o, xx.xx.2006-cı il tarixdə iddiaçı ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X14 adlı üçǝm övladları dünyaya gəlmişdir. İddiaçı rəsmi nikahda olduqları, birlikdə yaşadıqları, hətta ayrı yaşadıqları dövrlərdə belə onu dəfələrlə döymüş, sağlamlığına xəsarət yetirmişdir. Ərizələrinə əsasən üçəm uşaqları olduğu üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mənzillə təmin edilmələri barədə göstərişinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 054 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 4 otaqlı 8 saylı mənzili onlara ayrılmışdır. Həmin mənzil təmirsiz vəziyyətdə onlara bağışlanmış, anası öz evini sataraq həmin mənzili təmir etdirmişdir. Mənzilin təmirinə pul xərcləməyən iddiaçı ondan 80000 manat məbləğində pul tələb edir. Hazırda maddi imkanı kifayət qədər yaxşı olan İddiaçı alınması və təmirinə pul xərcləmədiyi halda övladlarının rahat yaşaması üçün hədiyyə olunmuş ev hesabına varlanmaq istəyir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********09 saylı vəkil sorğusuna verdiyi cavab məktubundan göründüyü kimi İddiaçı Zərdab rayonu Dəliquşçu kəndində icarəsində 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Zərdab rayonu Dəliquşçu kəndində icarəsində 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Zərdab rayonu Dəliquşçu kəndində paylı mülliyyətində 3,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Zərdab rayonu Dəliquşçu kəndində ümumi birgə mülkiyyətində 2,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Zərdab rayonu Dəliquşçu kəndində ümumi birgə mülkiyyətində 0,20 ha həyətyanı torpaq sahəsi vardır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 39 №-li Yol İstismarı MMC-nin xx.xx.2022-ci il tarixli **********09 saylı vəkil sorğusuna verdiyi cavab məktubundan göründüyü kimi İddiaçı hazırda 980 manat məbləğində əmək haqqı almaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 39 №-li Yol İstismarı MMC-nin rəisi vəzifəsində çalışır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin sorğuya cavab məktublarından göründüyü kimi onun valideynlərinin adına VAZ-21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı, VAZ-21214 markalı **-TF-*** dövlət qeydiyyat nişanlı, Qaz 32213 Mikro avtobus **-FZ-*** dövlət qeydiyyat nişanlı, Toyoto Prado markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillər mövcuddur. Lakin həmin avtomobillər faktiki olaraq iddiaçıya məxsusdur. Belə ki, İddiaçı ailənin yeganə oğludur. Onun valideyinləri rəsmi olaraq heç hir yerdə işləmir, həmin yüksək dəyəri olan əmlakları almaq üçün onların heç bir gəlirləri yoxdur. Bunu təsdiqləyən mesajlar mövcuddur. İddiaçı çox sayda torpaq sahələri olmaqla yanaşı, böyük pambıq sahəsi vardır. Bu ilin fermeri özü olacaq deyə, sosial şəbəkədə pambıq sahəsinin içərsində iddiaçı şəkil paylaşmışdır. İri və xırda buynuzlu heyvan saxlamaqla yanaşı böyük mal-qara qoyun-quzu ferması olan iddiaçı 4 övladı ilə maraqlanmır, başqasının övladına atalıq edir, öz doğma övladları isə çox acınacaqlı bir vəziyyətdə çətinlik çəkərək dolanır. İddiaçı heç bir vəsait sərf etmədən, onun və 4 övladının yeganə mülkü olan, onlara hədiyyə verilən mənzilə görə ondan 80000 manat pul tələb edir, mənzilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən onlara hədiyyə edildiyini iddia ərizəsində qeyd etmir. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından göründüyü kimi İddiaçı onu döydüyü üçün cinayət işi başlanmış, hazırda ibtidai araşdırma davam edir. İddiaçı hazırda rəsmi olaraq adında heç bir əmlak olmasa da, faktiki mülkiyyətində bir neçə mənzili vardır. Yəni iddiaçının ata anasının adında bir çox daşınar və daşınmaz əmlaklar mövcuddur. İddiaçı kasassiya şikayətində Zərdab rayonu Dəliquşçu kəndində və Bakı şəhəri Nəsimi rayonu ərazisində kifayət qədər yüksək şəraitli evi və mənzili olduğunu bildirmişdir. İddiaçının bu barədə yazmış olduğu mesajı da mövcuddur. İddiaçı onu mart ayının əvvəllərində döyərək gəlin köçdüyü və qeydiyyatda olduğu ünvan 2 ünvanından qeydiyyatdan çıxarmışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4374/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən onun həmin mənzildən qeydiyyatdan çıxarılmasına dair iddia təmin edilməmişdir. Daha sonra İddiaçı düşünülmüş şəkildə 16 mart tarixində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinə qeydiyyata düşmüşdür. İddiaçının məhkəməyə müraciət etməsinin tək səbəbi onu qorxudaraq hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Etibar Mustafayevin icraatında olan aliment tələbinə dair iddia ərizəsini götürməyinə nail olmaqdır. Ona görə də iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Bakı Şəhər İcra Hakimiyyətinin başıçısının xx.xx.2012-ci il tarixli 054 saylı sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin göstərişinə əsasən İddiaçı 6 nəfər ailə tərkibi ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa edilmiş yaşayış binasının A blokunun 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 169,02 kv.m yaşayış sahəsi 82,18 kv.m olan 4 otaqlı 8 saylı mənzili ayrılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-4195/2014 saylı qətnaməsinə əsasən ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilərək İddiaçı ilə X9 arasında xx.xx.2006-cı il tarixdə Zərdab rayon qeydiyyat şöbəsində bağlanmış və 191 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olan xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X1, X5 və X10 ataları İddiaçı alınaraq anaları X6 verilməsi və X2 himayəsində saxlanılması, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X1, X5 və X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 103 manat olmaqla cəmi 412 manat alimentin alınıb X6 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-373/2016 saylı qətnaməsindən müəyyən olunur ki, ilkin iddia tələbi qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa olunan yaşayış binasının A blokunun 1ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümuni sahəsi 169,02 kv.m yaşayış sahəsi 82,18 kv.m olan 4 otaqlı 8 saylı mənzilə Soltanova (Nəbiyeva) Günel Nəbi qızının payının 2/3 hissədə, İddiaçı oglunun payının 1/3 hissədə müəyyən edilməsi və Soltanova (Nəbiyeva) Günel Nəbi qızının Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa olunan yaşayış binasının A blokunun 1-ci girişinin 3-cü mərətəbəsində yerləşən, ümumi sahəsi 169,02 kv.m, yaşayış sahəsi 82,18 kv.m olan 4 otaqlı 8 saylı mənzil sahəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin RX seriyalı № ******* saylı çıxarışının surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinə dair 2/3 hissədə Cavabdeh, 1/3 hissədə İddiaçı paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2770 nömrəli reyestr kitabının 258255 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 235182 saylı xx.xx.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 327 nömrə qeyd olunmuş, nikah pozulduqdan sonra kişiyə Soltanov, arvada Nəbiyeva soyadı verilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(035)-36/2015 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 300 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən İddiaçı ibtidai istintaq zamanı xx.xx.2015ci il tarixdən xx.xx.2015-ci il tarixədək tutulduğu müddət nəzərə alınaraq barəsində təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və ona qəti olaraq 200 manat miqdarda cərimə cəzası təyin edilmiş və İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-4791/2022ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X5 18 yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay har uşağa görə 193 manat olmaqla ümumilikdə 772 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi və alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından müəyyən olunur ki, İddiaçı barəsində fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli 03/06-11-11/N-62/2-129/2 məktubdan müəyyən olunur ki, keçmiş əri İddiaçı tərəfindən məişət zorakılığına məruz qalması barədə Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olan xx.xx.2022-ci il tarixli N- 2290 nömrəli məktuba və Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli N-62-129 saylı ərizəyə baxılaraq Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən vətəndaş İddiaçı cinayət və inzibati məsuliyyəti izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, Cavabdeh isə qısamüddətli mühafizə orderinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli 06/2022 saylı qərar qəbul edilməsi Cavabdeh bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 06/2022 saylı qısamüddətli mühafizə orderindən müəyyən olunur ki, Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə və Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədrinin məişət zorakılığı barədə xx.xx.2022-ci il tarixli 06/2022 saylı qərarına əsasən Bakı şəhəri ünvan 4 ünvanında yaşayan vətəndaş Cavabdeh 30 gün müddətinədək Cavabdeh keçmiş əri İddiaçı tərəfindən ona qarşı təkrar fiziki və psixi məişət zorakılığı edilməsinin qadağan olunması üçün qısamüddətli mühafizə orderi verilmişdir. Kristal-AA MTK-nın xx.xx.2022-ci il tarixli 65 saylı məktubunun surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov 11D ünvanında yerləşən Kristal-AA MTK tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binalarda 2012-ci ildə (yanvar-fevral aylarında) mənzillərin 1 kv.m qiyməti 600-700 manat olmuşdur. Kristal-AA MTK-nın xx.xx.2022-ci il tarixli 73 saylı məktubunun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətinin başçısına göstərişi ilə xx.xx.2011-ci il tarixli S.R № 33 saylı məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna mənzillər ayrıldığını nəzərə alaraq, Binəqədi rayon Biləcəri qəsəbəsində Kristal-AA MTK-ya məxsus inşa edilmiş yaşayış binasının A blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 169,02 kv.m, 4 otaqlı, 8 saylı mənzil verilmiş, sərancam əsasında mənzil verilmiş İddiaçı xx.xx.2014-cü il tarixdə mənzil üçün (3,5 kv.m) əlavə kvadrata görə 3200 manat ödəniş etmişdir. Cəmi mənzilin kv.m=172,52 kv.m-dir. Evlərin satışı zamanı mənzil sərhədləri xarici hüdudları (eləcə də balkonlar) götürülür. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi seriya RX ******* nömrəli çıxarışda 150,7 kv.m göstərilmişdir. Həmin tarixlərdə mənzilin yerləşməsi və mərtəbə fərqinə əsasən mənzillərin satış qiyməti 1 kv.m-nin qiyməti 900 manat olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********09 saylı məktubunun surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinin 1/3 hissəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Zərdab rayonu Dəliquşçu kəndində icarəsində 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zərdab rayonu Dəliquşçu kəndində icarəsində 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 26.08 2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz emlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zərdab rayonu Dəliquşçu kəndində paylı mülkiyyatində (1/2 hissə) 3,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zərdab rayonu Dəliquşçu kəndində xx.xx.2000-ci il tarixli, JN-132 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı ümumi birgə mülkiyyətində 2,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Zərdab rayonu Dǝliquşçu kəndində xx.xx.2002-ci il tarixli, JN-132A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamǝyə əsasən İddiaçı ümumi birgə mülkiyyətində 0,20 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6691 saylı, xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılv küçəsi 11D saylı evin 8 saylı mənzilinin faktiki vəziyyətinə görə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələrin yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli təklifdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24- 05301-093195 saylı reyestr nömrəli çıxarışa əsasən, 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinin təxmini bazar qiymətinin 240000 manat olması, İddiaçı digər payçı ilə sözügedən mənzildə yaşamasının mümkün olmaması səbəbindən mənzildəki payının naturada ayrılmasını, mənzilə tənasübsüz zərər vermədən bu mümkün olmadığı təqdirdə İddiaçı mənzildə olan payının dəyəri olan 80000 manatın ödənilməsini təklif etmiş, əks təqdirdə sözügedən mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda İddiaçı müvafiq kompensasiyanın, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin paylı əmlakdakı payına nisbətdə payçıların arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərə, birgə nikahlarından xx.xx.2009-cu il tarixdə üçəmlər X3, X11 və X14 anadan olduqdan sonra Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin göstərişi əsasında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzili əvəzsiz olaraq verilmiş, daha sonra həmin mənzildə iddiaçının 1\3 hissədə, cavabdehin 2\3 hissədə payları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflərin nikahı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-4195/2014 saylı qətnaməsinə əsasən pozularkən tərəflərin birgə nikahlarından olan 4 uşaqları cavabdehin himayəsində saxlanılmış, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzili cavabdehlə yanaşı tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan 4 uşaqlarının yeganə yaşayış sahəsidir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, 2014-cü ildə nikahı pozulan iddiaçı 2022-ci ilin iyul ayında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinə köçürmə tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbini dəyişərək mənzilin paylara uyğun naturada bölünməsini, bu mümkün olmadığı halda öz payına kompensasiya verilməsini, bu mümnük olmadığı halda mənzilin hərrac vasitəsi ilə satılmasını, satışdan əldə edilən vəsaitin paylara uyğun bğlünməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətlərində olan mənzilin onların paylarına uyğun naturada bölgüsü mümkün deyil, iddiaçı paylı mülkiyyətində olan mənzili 240000 manat dəyərində qiymətləndirib öz payına görə iddiaçıdan 80000 manat kompensasiya tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflərin nikahlarının pozulması, birgə nikahlarından olan uşaqlarının analarının yanında saxlanılması iddiaçını övladlarının yaşamaları üçün yaşayış sahəsi ilə təmin etmək vəzifəsindən azad etmədiyindən, tərəflərin paylı mülkiyyətlərində olan və naturada bölünməsi mümkün olmayan mənzil onlara birgə nikahlarından olan uşaqlarını yaşayış sahəsi ilə təmin etmək məsədi ilə ayrıldığından, ilk əvvəl mənzilə köçmək tələbi ilə məhkəməyə müraciət edən iddiaçı iddia tələbini dəyişərək işə baxılan ərəfədə öz payına görə 80000 manat kompensasiya verilməsi təklifini, himayəsində özünün də ödədiyi alimentlə 4 övladını saxlayan cavabdehinə irəli sürməklə faktiki olaraq sonuncunu çıxılmaz vəziyyətə salıb mənzilin hərrac vasitəsi ilə satılmasına nail olmaq məqsədi daşıdığından, hazırda mənzilin satılması cavabdehin mülkiyyət hüquqları ilə yanaşı tərəflərin birgə nikahlarından olan və həmin mənzilə istifadə hüququ olan 4 uşağın yaşayış sahəsindən məhrum edilmələri ilə nəticələnə biləcəyindən iddia tələbləri təmin edilə bilməz. Belə ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara formal deyil, real olaraq əməl edildiyi halda qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı ümumi paylı mülkiyyətdə olan mənzilinin paylara uyğun naturada faktiki bölgüsünə, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsinə, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışına və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar