Məhkəmə qərarları › İş №e-2(001)-2445/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2445/2025

18.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2445/2025 18.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanda yerləşən 157.93 kv.m qeyri-yaşayış sahəsi, ünvan 3 ünvanda yerləşən 341.2 kv.m qeyri-yaşayış sahəsi, ünvan 3 ünvanda yerləşən 483.02 kv.m qeyri yaşayış sahəsi, ünvan 3 Ünvanda yerləşən 110 kv.m qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov küçəsi, ev 15, mənzil 76, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 40, mənzil

126. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsi,ev 4L, Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsi,ev 45, ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahələri üzərindən həbsin götürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı halhazırki iddia tələbi ilə eyni məzmunlu ərizə ilə istintaqı dövründə əmlaklar üzərinə həbs qoyulmuş cinayəti işinə baxılan Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, halhazırki ərizə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır və həmin məhkəmədə yekun məhkəmə aktı qəbul edildikdə həmin əmlaklarla bağlı məsələyə də hüquqi qiymət veriləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya izah olunmalıdır ki, onun hal-hazırkı iddia tələbində qeyd etdiyi tələblə eyni məzmunlu müraciəti Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır və məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilən zaman da həmin əmlaklarla bağlı məsələyə də hüquqi qiymət veriləcəkdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı m:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunur ki, o, onun hal-hazırkı iddia tələbində qeyd etdiyi tələblə eyni məzmunlu müraciət Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır və məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilən zaman da həmin əmlaklarla bağlı məsələyə də hüquqi qiymət veriləcəkdir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar