Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2446/2022 05.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı “X1 Azərbaycan” qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi” nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması tələbi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 175,02 manat məbləğində maddi zərərin və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X1 Azərbaycan” QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında05/03/2019-cü il tarixli Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş 01.03.2021-tarixli e-2(001)-2225/2021-saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı"xxxx" QSC"xxxx" MMC ilə bağlanmış 04.07.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"MMC -yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödənilməsini təmin etmişdir. Cavabdeh 29.04.2021-ci il tarixində ödənilən 400 manat, 05.05-ci il tarixində ödənilən 550 manat,və 05.05-ci il tarixində ödənilən 154 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 175.02 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən 04.07.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 175.02 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanan 04 iyul 2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və/və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir.Müqavilənin 5.1.1-ci bəndinə əsasən Bank istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar büro tərəfindən icra nəzarəti başlandıqdan sonra pul yığılması halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasında cəmi 15 % nisbətində hüquqi xidmət haqqı ödəyəcəkdir. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 05/03/2019-cü il tarixli kredit müqaviləsinin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri (öhdəlikləri)ndə qeyd edilmişdir ki: Bankın «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və/və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq) hüququ, borcalananın isə bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı“Borcverənin”çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə“Borcverənin”əldən çıxmış faydasını ödəmək vəzifəsi vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2225/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı olan pul tələbinə dair iddiasının təmin edilməsi, cavabdehdən 06.03.2019-cu il tarixli 252192 saylı kredit müqaviləsi üzrə əsas borca görə 939,44 manat, faiz borcuna görə 61,34 manat olmaqla, cəmi 1103,56 manat məbləğində pulun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilən, "xxxx" MMC və X1 Azərbaycan” QSC-nin nümayəndələri tərəfindən imzalanan 25.06.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 766,85 manat ödəniş edilmişdir ki, həmin məbləğdən 15 % yəni 115,0275 manatı Büronun hesabına ödənilməlidir. "xxxx" MMC tərəfindən tərtib edilən, "xxxx" MMC və X1 Azərbaycan” QSC-nin nümayəndələri tərəfindən imzalanan 26.05.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 400 manat ödəniş edilmişdir ki, həmin məbləğdən 15 % yəni 60 manatı Büronun hesabına ödənilməlidir. 24 fevral 2022-ci il tarixli Bildiriş-Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 175,02 manat xidmət haqqı borcunu 5 iş günü müddətində icra etməməsi təqdirdə kredit borcunun ödənilməsi məqsədi ilə aidiyyatı orqanlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; İddiaçı məhkəməyə müraciət etmək üçün elektron qaydada 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir:
1. İddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh oğlu arasında 06.03.2019-cu il tarixli 252192 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyindən bank sadələşdirilmiş icraat qaydasından iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən 06.03.2019-cu il tarixli 252192 saylı kredit müqaviləsi üzrə əsas borca görə 939,44 manat, faiz borcuna görə 61,34 manat olmaqla, cəmi 1103,56 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2225/2021 saylı, 01.03.2021ci il tarixli qətnaməsi ilə “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı olan pul tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən cəmi 1103,56 manat məbləğində pulun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir.
3. “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında 04 iyul 2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilə bağlanmışdır. Müqavilənin 5.1.1-ci bəndinə əsasən Bank büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasında cəmi 15 % nisbətində hüquqi xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
3. Cavabdeh tərəfindən borcun ödənilməsi “Lider Legal “ MMC tərəfindən təmin edilmiş və nəticədə banka 29.04.2021-ci il tarixində 400 manat, 05.05.2021-ci il tarixində 550 manat, 05.05.2021-ci il tarixində 154 manat ödəniş edilmişdir. Bunun müqabilində bank tərəfindən MMC-yə 175,02 manat xidmət haqıq ödənilmişdir.
4. Hazırda iddiaçı cavabdehlə arasında bağlanmış kredit müqavilənin 5 və 6-cı bəndlərinə istinad etməklə cavabdehdən həmin xidmət haqqının tutularaq banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh bankla arasında bağladığı 05/03/2019-cu il tarixli kredit müqaviləsinin 6-cı bəndinə əsasən müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin”çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin əvəzini ödəmək vəzifəsi götürdüyündən və risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, vurulmuş zərərin əvəzini banka ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 175,02 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 175,02 (yüz yetmiş beş manat, iki qəpik) manat məbləğində pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev