Məhkəmə qərarları › İş №e-2(001)-2540/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2540/2024

01.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2540/2024 01.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 16 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, 50 manat məbləğində dövlət rüsumu X1 tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin deyil, Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmişdir. Göründüyü kimi, iddia ərizəsinə əlavə olunmuş qəbzdə qeyd olunan şəxs iş üzrə tərəf deyil və iddiaçının adından hərəkət etmək səlahiyyətinin olması iş materialları (etibarnamə) ilə də öz təsdiqini tapmır, həmçinin dövlət rüsumu olaraq 100 manat məbləğində ödənilməli olmasına baxmayaraq, 50 manat məbləğində dövlət rüsumu başqa məhkəmənin hesabına ödənilib. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci madəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra o, təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün həmin məhkəmənin hesabına müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar