Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2586/2023 15.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (eyni zamanda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi) Cavabdeh2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadəyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi” tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “evə istifadə hüququnun tanınması, məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadə etməyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadəyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evə məcburi qaydada köçürülməkləri, cavabdehlər tərəfindən qeyd edilən evdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və evdən istifadəyə maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2018-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmış, **********37-10301 reyestr nömrəli Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evin və onun yerləşdiyi 0,0404 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı1 mülkiyyətindədir. Lakin həmin evdə yaşayan və evin digər ½ hissəsinin mülkiyyətçiləri olan cavabdehlər ½ hissəsi İddiaçı1 mülkiyyətində olan evə sahiblik və ondan istifadə etməyə imkan vermir və buna maneələr yaradırlar. Bununla bağlı dəfələrlə aralarında danışıqlar olsa da bu günə qədər hər hansı bir nəticə əldə etmək mümkün olmamışdır. Bunun da nəticəsində onların hüquqları kobud şəkildə pozulub. Buna görə də hesab edirlər ki, hüquqları təmin edilərək onların məcburi qaydada Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evə köçürülmələri təmin edilməli, cavabdehlər tərəfindən qeyd edilən evdən istifadələrinə yaradılan maneələr aradan qaldırılmalı və evdən istifadəyə maneələrin yaradılması cavabdehlərə qadağan edilməlidir. İlk iddia üzrə Cavabdeh2 öz adından, eləcə də nümayəndəsi olduğu digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adından iddiaya yazılı etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı1 ve İddiaçı2 onlara, yəni Cavabdeh2, Cavabdeh3 Rüstem oğlu ve Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə məcburi qaydada köçürülmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadəyə maneə yaratmağın onlara qadağan edilməsi barədə qətnamə qebul edilməsini xahiş etmişlər. Həmin iddia ərizəsinə etiraz edirlər. Bildirirlər ki, iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyildir ve tamamilə əsassızdır, bu barədə arqumentləri məhkəmənin diqqətinə çatdırırlar. Belə ki, iddia ərizəsində qeyd edilir ki, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlet Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2018-ci il tarixində ********** nömrə ilə qeydiyata alınmış, **********37-10301 reyestr nömrəli Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabeyov küçəsində yerləşən 59 nömrəli evin və onun yerləşdiyi 0,0404 ha torpaq sahəsinin 1/2 hissəsi İddiaçı1 mülkiyyətindədir. Lakin həmin evdə yaşayan və evin digər ½ hissəsinin mülkiyyətçiləri olan cavabdehlər ½ hissəsi İddiaçı1 mülkiyyətində olan evə guya sahiblik ve ondan istifadə etməyə imkan vermirlər ve buna maneələr yaradırlar. Bununla bağlı dəfələrlə aralarında danışıqlar olsa da bu günə qədər hər hansı bir nəticə əldə etmək mümkün olmamışdır.Bunun nəticəsində onların hüquqları kobud şəkildə pozulub." Buna görə də hesab edirlar ki, M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yerləşən 59 nömrəli evə məcburi qaydada köçürtmələri, cavabdeh tərəfindən qeyd edilən evdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və evdən istifadəyə maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməlidir. İşin mahiyyəti barədə məlumat verərək bildirirki, iddiaçılar onun əmisi və əmisinin arvadıdır. Mübahisəli mənzilin yerləşdiyi torpaq sahasi babası Cavabdeh2 Ramazan oğluna məxsus olub. X1 və əmisi İddiaçı1 və onların ailələri bu torpaq üzərində tikilmiş evlərdə yaşayırlar. Babası 1990-cı ildə, atası isə 2013cü ildə vəfat etmişlər. Babasına məxsus olan bu torpaq sahəsində iki ev mövcuddur. Birində əmisi ailəsi ilə birlikdə yaşamaqdadır. Digər evdə isə X5in ailəsi yaşamaqdadır. Babasının sağlığında ümumi razılığa əsasən bu qaydada yaşamışlar. Aralarında heç bir mübahisə olmamışdır. Babasının sağlığında va babasının vəfatından sonra da heç bir narazılıq olmadan hər iki ailə özünə məxsus yaşayış sahəsindən istifadə etmişlər. Buna sübut olaraq məhkəmə prosesində təqdim edəcəkləri əmisi İddiaçı1 X1na qarşı 2020-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırdığı iddiada cavabdehin hazırki iddiasında iddia etdiyi yaşayış sahəsinə məcburi köçürülməsini tələb etdiyi yaşayış sahəsində həmişə onların yaşadıqları yaşayış sahələri bir-birindən ayrıdır və giriş-çıxışları ayırmaqla mübahisələrə son qoyulacağını bildirmişdir. Həmin iddia tələbi birinci instansiya məhkəməsində təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilərək iddia baxılmamış saxlanılmışdır. (Qeyd: Atası babasına məxsus mübahisəli evdə 1979-cu ildə ailə quraraq, ailəsi ilə birlikdə bu evdə yaşamışlar. Daha sonra təqribən 1980-cı ildə əmisi ailə həyatı qurmuşdur. Əmisigil cavan ailə olduğundan ayrı yaşamaq arzusunda olduqlarını babasına bildirmişlər. Babası ve atasının köməkliyi ilə torpaq sahəsində əmisi üçün ev tikilmişdir. Narazılıq olmadan hər iki ailə bu bölgü ilə razılaşaraq, hərə özünə məxsus yaşayış sahəsində yaşamağa davam etmişdir). 2018-ci ildə əmisi gizli olaraq onların yaşadıqları yaşayış sahəsinin ½ hissəsinə öz adına çıxarış almışdır. Bunun da əsasında 2019-cu ildən etibarən bir neçə məhkəmə instansiyalarına müraciət edərək, onlar yaşadıqları evin naturada bölgüsünü tələb etmişdir. Hal-hazırda ümumi mülkün digər 1/2 hissəsinə onların adlarına çıxarış vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək evin naturada bölünməsini tələb etsə də, evin sənəddə göstərilən sahəsi ilə, həqiqətdə olan sahə arasında uyğunsuzluq olması səbəbindən ekspertlər evin bölgüsünün mümkün olmadığını bildirmişdir. Sual olunur:o, əgər evin naturada bölgüsü mümkün deyilsə və bu evin texniki pasportunda göstərilən sahə ilə uyğun deyilsə, iddiaçıların məcburi yerləşdirilməsi necə mümkün ola bilər ve nəyin əsasında müəyyən oluna bilər? 2.İddiaçıların bu yaşayış sahəsinə köçməkdə məqsədi nədir? 3.Onların yaşayış sahələri yoxdurmu və ya məqsəd münaqişə yaratmaqdırmı? Qarşı tərəflə mübahisənin məhkəmədən kənar həll edilməsi üçün həmişə təşəbbüskar onlar olmuşlar. İddiaçılar isə iddia ərizələrində guya onların mübahisənin öz aralarında hell edilmədiyi üçün məhkəməyə müraciət etdiklərini bildirmişlər. 07 aprel 2023-cü il tarixdə isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı1 və İddiaçı2 qarşı “evə istifadə hüququnun tanınması, məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadə etməyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddialarının təmin olunaraq yaşayış sahələrinin onların ailəsinə yetməməsi səbəbindən onların, yəni Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ailələri ilə birlikdə mülkün ümumi birgə paylı mülkiyyət olduğunu nəzərə alaraq,qarşı tərəfin istifadəsində olan ünvan 2 ünvanında yerləşən eni 7 m, uzunluğu 11 metr olan 1 mərtəbəli fərdi yaşayış sahəsinə istifadə hüquqlarının tanınaraq, köçürülmələri, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadəyə maneə yaratmağın cavabdehlərə, yəni İddiaçı1 və İddiaçı2 qadağan edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsində yerləşən 59 nömrəli ev babası Cavabdeh2 Ramazan oğluna məxsus olmuşdur. Babası 1990-cı ildə vəfat edəndən sonra onun iki vərəsəsi olan X3 və İddiaçı1 öz ailə üzvləri ilə həmin ünvanda yaşamışlar. Babası sağlığında ikən vərəsələrin yaşayış yerlərini özü müəyyən etmişdir. Evin yerləşdiyi torpaq sahəsindən oğlu İddiaçı1 torpaq sahəsi ayırdı ki,özünə ev tiksin. O zaman ailənin birgə vəsaitləri hesabına həmin sahədə İddiaçı1 üçün ev tikildi və təxminən 40 ildir ki, İddiaçı1 öz ailəsi ilə birgə həmin, heç bir hüquq müəyyənedici sənədi olmayan evdə yaşayır. Eyni zamanda, hazırda mübahisə predmetinə çevrilmiş iki mərtəbəli, dörd yaşayış otağından ibarət olan ev mərhum X1na və ailəsinə verilmişdir. Babasının vəfatından sonra hər iki vərəsə (qardaşlar) öz yaşadıqları tikililəri faktiki olaraq qəbul etmiş və həyətyanı sahədən birgə istifadə etmişlər. Ailələrin tələbatları artdıqca keçən illər ərzində hər bir qardaş öz vəsaiti hesabına öz yaşayış sahəsini yaxşılaşdırmağa çalışmışlar. İddiaçı olan əmisi öz yaşayış hissəsini artıraraq əlavə otaqla inşa etdirmişdir. Mərhum atası isə Rüstəmov Rüstəm babasından qəbul edilən dörd otaqlı tikilini özününkü hesab edərək, altı otağa artırmış,evdə əlavə dəhliz tikdirmiş, iki hamam-tualet inşa etdirmişdir. Ümumiyyətlə əlavə tikililər evin əvvəlki vəziyyətini tamamilə dəyişdirmişdir. Öncə bu proses qarşılıqlı razılıq əsasında aparılıb, sonradan qardaşlar arasında fikir ayrılığı yaranmağa başlayıb. İlk dəfə iddiaçı qismində çıxış edən əmisi İddiaçı1 məhkəməyə yazdığı iddia ərizəsində qeyd etmişdir ki, atalarından qalmış torpaq sahəsində iki tikili vardır. Bir tikilidə özü, digər tikilidə isə onlar yaşayırlar. Həyət ümumi istifadədədir. Onlar ona maneələr yaratdıqlarına görə məhkəmədən xahiş edirdi ki, kim hansı tikilidə yaşayırsa, həmin tikili onun istifadəsində qalsın. Binəqədi Rayon Məhkəməsi 2-825 nömrəli 08 noyabr 2000-ci il tarixli qətnaməsi ilə iddianı təmin edir. Etdikləri şikayət əsasında isə işə baxan Bakı Apellyasiya Məhkəməsi özbaşına tikililərin olmasından və heç bir hüquq müəyyənedici sənədlərin olmaması səbəbindən iddianı rədd edir və iş üzrə icraata xitam verir. Mübahisənin həlli üçün qardaşlar yaşadıqları tikililərə hüquqmüəyyənedici sənədləri alıb və bununla həyətyanı sahəsinə bölgüsünə nail olmalıydılar. Göründüyü kimi əmisi İddiaçı1 özü-öz ərizəsində sözügedən ünvanda faktiki olaraq iki yaşayış tikilisinin olmasını və onlara məxsus olan tikilidə yaşamadağını, bir vərəsə kimi o evi nə faktiki qəbul etmədiyini, nə də notariusa vaxtənda müraciət etmədiyini təsdiqləyir. Amma buna baxmayaraq, atasının vəfatından sonra, əmisi 2018-ci il dekabr ayının 17-də məhz onların yaşadıqları evin ½ hissəsini öz adına qeydiyyata aldırmış və öz adına çıxarış almışdır. Onlar həmin evdə yaşadıqları halda bundan xəbərləri olmamışdır. Bu işdə ən təəccüb doğuran odur ki, nə 46 saylı notariat orqanı şəhadətnamə verərkən evə baxmamış və mövcud vəziyyəti qiymətləndirməmişdir. Nə də ƏMDK əməkdaşları tikililərin faktiki vəziyyətini əks etdirmədən evin 1956-cı ilin cizgiləri əsasında 2018-ci ildə hüquqmüəyyənedici sənəd vermişdir. Bundan sonra isə əmisi Binəqədi Rayon Məhkəməsində onlara qarşı iddia qaldıraraq, məhz onların uzun illər zəhmətlə artırdıqları və yaşadıqları evin naturada bölünməsini və əlavə tikililərin boşaldılmasını tələb etmişdir. 2(001)-4528/2019 nömrəli işin icraatı zamanı 12 iyun tarixli qərardad ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunur. Gözlənildiyi kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin cavabında bildirildi ki, tədqiqat obyektinə baxış keçirdikdə müəyyən edilmişdir ki, tədqiqat obyektinə baxış keçirdikdə müəyyən edilmişdir ki, tədqiqat olunan fərdi yaşayış evinin həyətyanı sahəsində əlavə tikililər inşa edildiyindən, evin texniki pasportu ilə faktiki vəziyyəti uyğun olmadığından qərardadla qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bu səbəbdən qanunvericiliyin müvafiq tələblərinə əsaslanaraq mülki iş materialları Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Nəticədə əmisi məhkəmədən iddiasının baxılmamış saxlanılmasını xahiş edir və sənədləri geri alır. Bu arada yaranan mübahisəni aralarında həll edə biləcəklərinə inanaraq əmisi ilə hər cür vasitə ilə danışıq cəhdlərinə cəhd etmişlər, hətta mediasiya mərkəzinə müraciət edə biləcəklərini də qarşı tərəfə bildirdilər, amma təəssüf ki, qarşılığını görmədilər və bir müddət sonra əmisinin adından onlara qarşı yeni iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilir və uyğunsuzluğu artıq Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən sübuta yetirilmiş ******* nömrəli çıxarış və texniki pasport əsasında təkrar olaraq onların yaşadıqları evin naturada bölünməsi tələb edilir, amma bu dəfə əlavə tikililərin boşaldılması sökülməsi tələbi ilə əvəz edir. Məhkəmə zamanı yenidən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10,5110 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi 59 saylı xüsusi mülkiyyətdə olan evin ilkin vəziyyətdə saxlanılmadığına, əlavə tikinti işləri aparıldığına, texniki pasportda öz əksini tapan tikililərdə daxili konstruktiv dəyişikliklər olduğuna görə iddiaçılar tərəfindən mübahisələndirilən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi xüsusi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilərinin payına uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-171/2022 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid ½ hissədə payını naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair ilk iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən qarşı tərəf apellyasiya şikayəti vermiş və yenidən ekspertiza təyin edilmişdir. Təkrar ekspertin rəyində mübahisəli evdə bölgünün aparılmasının mümkünsüz olması, bu mənada iki ailənin birgə yaşaması üçün uyğun olmadığı göstərilmiş, beləliklə apellyasiya şikayəti təmin edilməmişdir. Mübahisəli yaşayış sahəsində hal-hazırda olmaqla 3 ailə yaşayır. Çoxsaylı keçirilmiş ekspertizaların rəyindən də göründüyü kimi burada növbəti ailənin yerləşdirilməsi mümkün deyildir. Buna görə də hesab edirlər ki, ilkin iddia rədd edilməlidir. Qarşılıqlı iddiaya gəldikdə isə onların yaşayış sahələri onların ailəsinə yetmədiyi üçün onların, yəni Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ailələri ilə birlikdə mülkün ümumi birgə mülkiyyət olduğunu nəzərə alaraq, qarşı tərəfin istifadəsində olan ünvan 3 ünvanında yerləşən eni 7 m, uzunluğu 11 metr olan 1 mərtəbəli fərdi yaşayış sahəsinə istifadə hüquqları tanınaraq, köçürülməkləri, evdən istifadəyə maneə yaratmağın qarşılıqlı cavabdehlərə qadağan edilməsi haqqında qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil ilk iddia üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ilə bağlı isə bildirmişdir ki, ilk iddia üzrə cavabdehlərin köçürülməsini tələb etdikləri əmlak qaraj, yəni qeyri-yaşayış sahəsi olmuş və ilk iddia üzrə iddiaçılar tərəfindən həmin qaraj üzərində yaxşılaşdırmalar aparılmışdır və həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin tikilidən yalnız ilk iddia üzrə iddiaçılar istifadə etmiş və qarşı tərəf heç vaxt həmin tikilidən istifadə etməmişdir. Ona görə də qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (eyni zamanda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi) Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia üzrə iddia ərizəsinin məzmununa və ilk iddiaya qarşı vermiş olduqları etiraza uyğun izahat verərək, ilk iddianın rədd və qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə İddiaçı1, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 1/6 hissəsi isə Cavabdeh2, 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi Cavabdeh3 adına qeydə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-171/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid ½ hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh2 İddiaçı1 qarşı fərdi yaşayış evinin sökülməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə qeyd olunur ki, “Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsində ilk İddiaçı1 tərəfindən eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuş, lakin həmin tikiliyə dair hüquqları qeydə alınmamışdır” İlk növbədə ilk iddia tələbinə qiymət verməyi məqsədəmüvafiq hesab edən məhkəmənin qənaətinə görə, ilk iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli fərdi yaşayış evi fərdi yaşayış evinin ½ İddiaçı1 adına, 1/6 hissəsi isə Cavabdeh2, 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi Cavabdeh3 adına qeydə alınmaqla paylı mülkiyyətdədir və ilk iddia üzrə cavabdehlər tərəfindən İddiaçı1 ailəsi ilə birlikdə öz mülkiyyəti ilə əlaqədar sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaradılır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.(İ-İİİ hissələr) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1, 213.2 və 213.3-cü maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Yuxarıda qeyd edilən normaların məzmunu ilə də müəyyən edilir ki, paylı mülkiyyətdə olan əmlakla əlaqədar hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Belə olan halda məhkəmə hesab edir ki, digər paylı mülkiyyətçilər kimi İddiaçı1 da ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ olduğundan, həmin fərdi yaşayış evinə köçürülərək, cavabdehlər tərəfindən istifadəyə yaradılan maneələr aradan qaldırılmalı və evdən istifadəyə maneələrinin yaradılması cavabdehlərə qadağan edilməlidir. Eyni zamanda digər İddiaçı2 da paylı mülkiyyətçi olan İddiaçı1 ailə üzvü, yəni arvadı olduğuna görə, onunla bərabər mübahisəli fərdi yaşayış evindən istifadə hüququ vardır. Məhkəmə qarşılıqlı iddia tələbini isə əsassız hesab edir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçılar yaşayış sahələrinin onların ailəsinə yetməməsi səbəbindən onların, yəni Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ailələri ilə birlikdə mülkün ümumi birgə paylı mülkiyyət olduğunu nəzərə alaraq,qarşı tərəfin istifadəsində olan ünvan 2 ünvanında yerləşən eni 7 m, uzunluğu 11 metr olan 1 mərtəbəli fərdi yaşayış sahəsinə istifadə hüquqlarının tanınaraq, köçürülmələri, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadəyə maneə yaratmağın cavabdehlərə, yəni İddiaçı1 və İddiaçı2 qadağan edilməsini xahiş etmişlər. Məhkəmə araşdırması zamanı və eləcə də qarşılıqlı iddia ərizəsi ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən eni 7 m, uzunluğu 11 metr olan 1 mərtəbəli fərdi yaşayış sahəsi özbaşına tikilidir, müvafiq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və həmin fərdi yaşayış evi qarşılıqlı iddia üzrə cavabdehlərin istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçıların vəsaiti hesabına əldə edilməsi və ya inşa edilməsi və yaxud təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikiliyə onun istifadə hüququ qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Məhkəmə iclasında da müəyyən edilmişdir ki, özbaşına tikili qarşılıqlı iddia üzrə cavabdehlərin istifadəsindədir və uzun müddətdir ki, onlar həmin tikilidən istifadə eliyirlər. Bu hal həm tərəflərin izahatları, məhkəmə qətnaməsi, həmçinin qarşılıqlı iddia ərizəsində öz təsdiqini tapmışdır. Qarşılıqlı iddiaçılar özbaşına tikiliyə köçürülmələrini yaşayış sahələrinin onların ailəsinə yetməməsi səbəbi ilə əsaslandırmış olsalar da, məhkəmə bununla əlaqədar qeyd edir ki, göstərilən dəlil qarşılıqlı iddiaçıların vəsaiti hesabına tikilməyən və təmir edilməyən yaşayış sahəsinə köçürülmələri üçün əsas ola bilməz. Çünki iddiaçılar paylı mülkiyyətçilərdir və onların hazırda mübahisəli tikiliyə köçürülmələri ilkin iddiaya qarşılıq olaraq formal verilmişdir. Əks təqdirdə iddiaçılar hazırki vaxta qədər mübahisəli tikiliyə köçürülmə ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edərdi. Lakin işdə olan sübutlardan görünür ki, iddiaçılar bu tələblə deyil, əksinə həmin evin sökülməsini tələb etmişlər. Göründüyü kimi iddiaçılar yaşayış üçün zərurət yarandığından deyil, onlara qarşı iddia irəli sürüldüyündən hazırki tələblə məhkəməyə müraciət ediblər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadəyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi” tələbinə dair ilk iddiaları təmin edilməli, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evə köçürülməli, cavabdehlər tərəfindən qeyd edilən evdən istifadəyə yaradılan maneələr aradan qaldırılmalı və evdən istifadəyə maneələrin yaradılması cavabdehlərə qadağan edilməli, ilk iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “evə istifadə hüququnun tanınması, məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadə etməyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi” barədə qarşılıqlı iddiaları təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadəyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi” tələbinə dair ilk iddiaları təmin edilsin. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evə köçürülsün. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evdən İddiaçı1 və İddiaçı2 istifadəsinə yaradılan maneələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən aradan qaldırılmaqla, həmin evdən istifadəyə maneələrin yaradılması onlara qadağan edilsin. İlk iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “evə istifadə hüququnun tanınması, məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadə etməyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi” barədə qarşılıqlı iddiaları təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2586/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2586/2023
15.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver