Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2595/2023 30.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3rşı “pul” tələbinə dair iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən zəbt olunmuş ona məxsus 33 sot torpaq sahəsinin dəyəri olan 35000 manat pul məbləğinin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə Xaçmaz rayonu, Pirquluoba kəndində, Bakı-Xudat avtomobil yolunun kənarında gələcəkdə kommersiya fəaliyyətilə məşğul olmaq üçün 0,75 hektar (75 sot) torpaq sahəsi almışdır. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində********** nömrə ilə qeydiyyata aldıraraq həmin torpaq sahəsinə çıxarış almış və tam mülkiyyət hüququ əldə etmişdir. Həmin torpaq kommersiya təyinatlıdır. Gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ailənin ehtiyaclarını ödəmək üçün orada müxtəlif işlər görməyi nəzərdə tutmuşdu. Ancaq, 2022-ci ilin əvvəlindən "xxxx" ASC əməkdaşları konkret hegomonluq edərək, ərazidə aparılan yol tikintisi zamanı ona heç bir xəbər vermədən torpağın böyük bir hissəsini-33 (otuz üç) sotunu zəbt ediblər. Bunu bildikdən sonra cəmiyyətin ərazi üzrə rəhbəri Baxış adlı şəxslə görüşmüş və ona etirazını bildirmişdir. O isə demişdir ki, “torpağı dövlət ehtiyacları üçün götürmüşük və pulunu ödəyəcəyik”. Ancaq insafdan və ədalətdən uzaq elə bir məbləğ təklif edlmişdir ki, bu elə demək olar ki, torpağını əvəzsiz zəbt etməyə bərabərdir. Belə ki, həmin ərazidə torpğın bir sotunun dəyəri bu günkü bazar qiyməti ilə 1000-1200 manat arası olduğu halda ona hər sot üçün 300 manat təklif edilmiş və bildirilmişdir ki, bundan artıq verilməyəcək. Bundan sonra o, məktubla "xxxx" ASC-nin rəhbərliyinə müraciət etmişdir. Ancaq, cəmiyyətin “Yolun tikintisi altına düşən maneələrin köçürülməsi” Layihə İşçi Qrupunun direktoru Faiq Məmmədovun imzası ilə ona ünvanlanmış cavab məktubunda da zəbt etdikləri 32,7231 sot torpaq üçün 9816,93 manat kompensasiya hesablandığını, yəni hər sot üçün 300 manat veriləcəyini, bundan artıq heç nə verməyəcəklərini bildiriblər. Bu təklifdən narazı qalaraq hüquqlarının təmin olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəla bildirir ki, qanunvericiliyə uyğun olaraq əgər onun torpağı dövlət ehtiyacları üçün alınmanın təsiri altına düşürdüsə, onda "xxxx" ASC torpağı zəbt etməmişdən əvvəl onu çağırmalı və onunla razılaşmalı idi. Yalnız onun razılığından sonra onlar həmin torpaqdan istifadə edə bilərdilər. Onlar isə yuxarıda qeyd etdiyi kimi hegomonluq edərək xəbəri olana qədər torpağına sahib çıxıblar. Bildirir ki, onun torpağının dəyəri, bu günkü bazar qiyməti ilə həmin ərazidə torpağın qiyməti hər sot üçün 1000-1200 manat olmaqla orta hesabla 35000 (otuz beş min) manatdır İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X5 tərəfindən qanunsuz olaraq ona məxsus torpaq sahəsinin mənimsənildiyini bildirir və bununla bağlı ona ödənilən kompensasiya məbləğindən narazıdır və əlavə kompensasiya ödənilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Avtomobil Yolları X1 1.1-ci bəndindən görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir 2.1-ci bəndindən görünür ki, Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın V bəndinə görə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri publik hüquq münasibətlərindən irəli gəldiyindən və onun hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan hazırki iddia ərizəsinin mülki məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinəəsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə məhkəmə ödənilmiş dövlət rüsumunu geri qaytarır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, eyni zamanda iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İddia ərizəsinin icraata qəbulundən imtina edildiyindən, iş üzrə ödənilmiş 195 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3rşı “pul” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. İddiaçıya hazırki tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə ödənilmiş 195 (yüz doxsan beş) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-2595/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2595/2023
30.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver