Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2627/2025 28.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 16100 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 140,62 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul ediılməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia tələbindən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh 16100 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 140,62 manat məbləğində pulun tutulmasını xahiş edir. İlk olaraq qeyd edilməlidir ki, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan müəyyən edilmişdir ki, iddiaçı tərəfindən dövlət rüsumu qismində 11 fevral 2025-ci il tarixdə, ********** nömrəli qəbzlə 139.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin yuxarıda qeyd edilənlərdən də, müəyyən edildiyi kimi iddia tələbində cavabdehdən 140,62 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Göründüyü kimi iddia tələbində tələb edilən məbləğlə, faktiki ödənilmiş məbləğ arasında fərq yaranmış və cavabdehdən tutulması xahiş edilən 140,62 manat məbləğində dövlət rüsumu ilə bağlı isə iddiaçı tərəfindən heç bir sübut əlavə edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, ödənilmiş dövlət rüsumu ilə, tələb edilən dövlət rüsumunun məbləği arasında fərq yarandığından, həmin fərq isə işin icraata qəbul edilərək baxılmasını qeyri mümkün etdiyindən, iddia ərizəsi ona əlavə edilmiş sənədlər birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ var. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2627/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2627/2025
28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver