Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2644/2024 03.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən 91 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, mərhum atası X9 AR Ekologiya və Təbii sərvətlər Nazirliyinin Milli Ekologoya kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və X1 V-ci dərəcəli qazma qurğusu maşinisti vəzifəsində işləyib. İşlədiyi müəssisəyə məxsus ünvan 1 ünvanda yerləşən ailəvi yataqxananın 91 saylı birotaqlı mənzili ona verilmiş və Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 143saylı sərəncamı ilə xx.xx.2001-ci il tarixli, 35636 sayllı orderə əsasən onun adına sənədləşmiş və həmin mənzilə Bakı şəhəri Tİ və MHQİ-sindən xüsusi mülkiyyətə dair xx.xx.2001-ci il tarixli, 072619 saylı qeydiyyat vəsiqəsi almışdır. 1992-ci ildə Laçın rayonundan olan qaçqın Cavabdeh1 ailəsi ilə birlikdə atasına məxsus yuxarıda qeyd etdiyi mənzildə məskunlaşıb və onların mənzildən çıxarılması tələbinə dair atasının iddiaları cavabdehlərin qaçqın kimi həmin mənzildə məskunlaşması səbəbilə məhkəmə tərəfindən rədd edilmişdir. Ancaq indi cavabdehlərin ünvan 1 ünvanda yerləşən ailəvi yataqxananın 91 saylı birotaqlı mənzildə qalmaları üçün əsaslar aradan qalxıb. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02 nömrəli məktuba əsasən X4 məxsus olmuş ünvan 1 ünvanda yerləşən Geoloqlar evinin ailəvi yataqxanasındakı mənzili 91 saylı birotaqlı mənzili zəbt etmiş Cavabdeh1 4 nəfərlik ailə tərkibi ilə birlikdə daimi qeydiyyatda olduğu Laçın rayonunun Zabux kəndində 118 saylı yaşayış sahəsi ilə təmin edilmişdir. Bildirir ki, atası X9 xx.xx.2011-ci ildə vəfat etmişdir və o, vərəsəlik qaydasında yuxarıda qeyd etdiyi mənzilə dair hüquqları əldə etmiş və həmin hüquqlar Daşınmz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən dövlət qeydiyyatına alınaraq ünvan 1 ünvanda yerləşən 91 saylı birotaqlı mənzilə onun adına çıxarış verilmişdir və bununla da o, həmin mənzilə dair sahiblik, istifadə və sərəncam hüquqları daxil olmaqla tam mülkiyyət hüququ əldə etmişdir. Yuxarıda qeyd etdiyi kimi onun evində qaçqın kimi məskunlaşmış Cavabdeh1 və onun ailəsi daimi qeydiyyatda olduqları Laçın rayonunun Zabux kəndində evlə təmin olunduqları üçün artıq qaçqın deyillər və onun mənzilindən çıxmalıdırlar. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin evdə cavabdehdən başqa onun ailə üzvləri, yəni qızları Cavabdeh2, X6 və Cavabdeh3, həmçinin nəvələri X12 və X13 yaşadığından, cavabdehin övladlarının da cavabdeh kimi tanınmasını və nəvələrinin valideynləri ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mənzildə 1992-ci il tarixdə məcburi köçkün kimi yaşamışdır. Hazırda ona ev verilsə də, uşaqlarına ev verilmədiyindən evi boşaltmaq mümkün deyildir. Həmin mənzildə övladları Cavabdeh2 oğlu X7 ilə, Cavabdeh3 2 övladı ilə birlikdə həmin ünvanda məskunlaşıb. Nə vaxt övladları evlə təmin edilsə, evi onda boşaldıb qarşı tərəfə təhvil verəcəklər. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, X3 cavabdehlər siyahısından çıxarılmasını və onun valideyni ilə birlikdə ona məxsus mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etmədiklərini və onların evlə təmin edilmədiklərini vurğulamışlar. Məhkəmə icasında İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 hazırlıq iclasında verdiyi ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etmədiyini bildirdi. Əlavə olaraq bildirdi ki, nə vaxt onlara ev verilər, o vaxt da mübahisəli mənzili tərk edərlər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 saylı evin 91 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Laçın rayonu İcra Hakimiyyəti başçısının Mığıdərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli 3-2-19/2024 №-li Arayışdan görünür ki, Laçın rayonu Mığıdərə kənd sakini Cavabdeh2 ünvan 2 ünvanında məskunlaşıb. Ailə tərkibi X2 ibarətdir. Laçın rayonu İcra Hakimiyyəti başçısının Zabux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 aprel 2024-cü il tarixli 5-64/49-3-2-82/2024 №-li Arayışdan görünür ki, X10 həqiqətən 1992-ci ilin may ayında Zabux kəndindən məcburi köçkündür, hal-hazırda Binəqədi rayonu, K.Rəhimov küçəsi, ev 53, mənzil 91-də məskunlaşıb və Zabux kəndinə qayıdış etməyib. Ailə tərkibi-xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X8 ibarətdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli 02 №-li məktubdan görünür ki, X4 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, Geoloqlar evinin ailəvi yataqxanasındakı mənzili zəbt etmiş Cavabdeh1 4 nəfərlik ailə tərkibi ilə birlikdə daimi qeydiyyatda olduğu Laçın rayonunun Zabux kəndində 118 nömrəli yaşayış sahəsi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə mülki işin materiallarından, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 saylı evin 91 saylı mənzilində məskunlaşmış olduqları müəyyən edilmişdir. Sonuncuların mübahisəli mənzilə üzərindəki sahibliyinin isə hər hansı hüquqi əsasa söykəndiyi iş materialları ilə öz təsdiqini tapmır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 4 nəfərlik ailə tərkibi ilə birlikdə daimi qeydiyyatda olduğu Laçın rayonunun Zabux kəndində 118 nömrəli yaşayış sahəsi ilə təmin edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı verməkdə haqlı olmuşdur. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun” 5-ci maddəsinə əsasən isə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”na əsasən məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İcra Hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüquqlarını pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimovun Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli qərarında göstərmişdir: “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır... Bununla bağlı, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz... Hazırkı işdə, onun xeyrinə olan yekun daxili qətnaməyə müvafiq olaraq, ərizəçi mənzilindən istifadə etmək üçün məcburi hüquqa malik olmuşdur. Parlamentin qəbul etdiyi qanunvericiliyə əsasən, bu hüquq mənzili zəbt edən məcburi köçkünləri alternativ yaşayış sahəsi ilə təmin etmək üzrə Dövlətin öhdəliyindən asılı olmuşdur. Hökumət tərəfindən qaçqınların və məcburi köçkünlərin mənzillə təmin olunmasına dair bəzi ümumi siyasətlərə istinad edilməsinə baxmayaraq, nə daxili araşdırmalarda, nə də məhkəmə qarşısında müəyyən edilməmişdir ki, daxili dövlət orqanları ərizəçinin spesifik işində öz vəzifələrini yerinə yetirmək üçün hər hansı addım atmışlar. Belə olan halda, icranın formal olaraq təxirə salınması üçün Prezidentin 01 iyul 2004-cü il tarixli Fərmanına daxili məhkəmələr tərəfindən sonrakı istinad üstünə gəlməklə yanaşı, qətnamənin icrasının bir neçə il ərzində təmin olunmaması ərizəçinin həddən artıq fərdi yükə məruz qaldığı vəziyyətin yaranması ilə nəticələnmişdir”.... ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətindən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər. Qeyd olunanlar ona dəlalət edir ki, qaçqınların sosial problemləri, ayrı-ayrı fərdlərin hüquqlarının məhdudlaşdırılması hesabına həll edilə bilməz”. Odur ki, məhkəmə iddia tələbini əsaslı hesab edərək qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X6 ilə birlikdə, Cavabdeh3 azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X13 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 saylı evin 91 saylı mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Bu baxımdan məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1.-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 - azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X6 ilə birlikdə, Cavabdeh3 - azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X13 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 saylı evin 91 saylı mənzilindən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2644/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2644/2024
03.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver