Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2737/2024 22.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, məhkəməyə iddia verilməsi məqsədilə tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, övladı X23 07 mart 2012-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olaraq ailə həyatı qurmuş, bu nikahdan Ləman və Nihad adlı uşaqları dünyaya gəlmişdir. Onlar ailə qurduqdan sonra bir müddət başqa ünvanda, sonradan isə oğlunun özünə məxsus yaşayış yeri olmadığından onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evində yaşamışlar. Hazırda tərəflərin münasibətləri pozulmuş və nikahın pozulması tələbinə dair mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında baxılmaqdadır. Lakin buna baxmayaraq Cavabdeh ona məxsus yuxarıda qeyd olunan evdə yaşamağa davam edir. Tərəfindən cavabdehə oğlu ilə ailə münasibətlərinə xitam verildiyindən evdən çıxması dəfələrlə təklif edilsə də cavabdeh evdən çıxmayacağını bildirmişdir. Hazırda cavabdehlə bir evdə yaşamaq mümkünsüzdür. Belə ki, cavabdeh hər gün evdə heç bir əsaslı səbəb olmadan münaqişə yaradır, bununla yanaşı onun qohumlarının və xüsusən də, vəfat etmiş qardaşlarının ünvanına təhqiredici ifadələr işlətməkdən də çəkinmir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, hesab edir ki, Cavabdeh onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Belə ki, iddia ərizəsinin qoşmasına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, övladı X23 ilə Cavabdeh 07 mart 2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində nikah bağlamışlar. Şəxsi Mülkiyyət Hüququ ilə X2 və Qiymətləndirilməsinə dair pasporta əsasən ünvan 1 ünvanında yerləşən mənzilin mərhum X1 adına qeydiyyatı aparılmışdır. X1 vəfat etdiyi 03 avqust 2009-cu il tarixdən bu günədək isə həmin ev onun istifadə və sahibliyindədir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi oğlu ilə Cavabdeh nikaha daxil olduqları 2012-ci ildən xeyli əvvəl mövcud olmuş və nikahları bağlanan zaman ev onun istifadə və sahibliyində olmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh X14 və ona qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi və mənzildə yaşamağına maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(001)- 5606/2023 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilməmişdir. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında münasibətlərin yaranma müddətinə uyğun olaraq işin bu cür halında iddiaçının mövcud iddia tələbi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir... Cavabdeh köçürülməsini istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdeh İddiaçı sahibliyində və istifadəsindədir... Mübahisələndirilən ev birgə nikah dövründə əldə edilməmişdir (işin mübahisəsiz halıdır) və iddiaçının hər-hansı özbaşına tikilinin əldə edilməsində, yenidən qurulmasında, təmir edilməsində və ya artırmaların aparılmasında bilavasitə və ya dolayısıyla iştirakını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evinin onun istifadə və sahibliyində olması müəyyən edilmiş və hazırkı iş üzrə cavabdeh olan Cavabdeh ona və oğluna qarşı mənzilə köçürülmə və mənzildə yaşamağına maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Beləliklə, hesab edir ki, sahiblik və istifadə hüquqlarına törədilən maneə aradan qaldırılaraq Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə məhkəmə qaydasında çıxarılmalıdır. Bununla yanaşı məhkəməyə iddia verilməsi məqsədilə tərəfindən 100 manat məbləğində dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün vəkilə 300 manat ödənilmişdir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsinin əsası yoxdur və aşağıda göstərilən səbəblərdən təmin edilə bilməz. İddiaçı oğlu - X23 ilə 07 mart 2012-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları doğulmuşdur. xx.xx.2012-ci il tarixdə X24 və xx.xx.2015-ci il tarixdə X25. X23 ilə nikaha daxil olduqdan sonra bir ailə üzvü kimi ünvan 2 ünvanına köçürülmüş və həmin tarixdən də bu ünvanda yaşayır və təsərrüfat aparır. X24 və X25 Bakı şəhəri, Binəqədi rayonu 20 saylı Uşaq Poliklinikasında qeydiyyatdadırlar. Həmçinin, Bakı şəhəri Binəqədi rayonu 283 saylı tam orta məktəbin xx.xx.2012-ci il təvəllüdlü X24 6-cı sinifdə və xx.xx.2015-ci il təvəllüdlü X25 3-cü sinifdə oxuyur. Göründüyü kimi ünvan 2 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evi onun və uşaqların daimi yaşayış yeridir və onların bu ünvandan çıxarılmaları üçün heç bir əsas yoxdur. Bura onun daimi yaşayış yerimdir və başqa ünvanda yaşayış yeri yoxdur. Həmçinin, iddiaçının isə bu barədə iddia qaldırmaq üçün subyetiv hüququ yoxdur. İşin faktiki hallarından da görünür ki, o, iddiaçı ilə eyni hüquqlara malikdir, iddiaçı tərəf bu fərdi yaşayış evi ilə bağlı hər hansı bir üstün hüquqa malik deyildir və ola da bilməz. Belə ki, məhkəmə təcrübələrində hətta istifadə hüququnun itirilməsi barədə işlərə baxılarkən özbaşına tikililərlə bağlı ilk növbədə iddiaçı tərəfin subyektiv hüquqa malik olub-olmadığı aydınlaşdırılır və bir qayda olaraq həmin iddialar təmin edilmir. O, faktiki olaraq 2012-ci il tarixdən daimi yaşamaq üçün köçürülmüş, onun burada yaşamağı müvəqqəti xarakter daşımamışdır və belə olan halda onun da bu əmlakda yaşamaq hüququ yaranmışdır. Həmçinin, onun şəxsi yaşayış yeri yoxdur, yaşayış sahəsinə olan ehtiyac aradan qalxmamışdır. Daha sonra cavabdeh etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı mübahisəli mənzilə olan hüquqlarını (istifadə və ya mülkiyyət hüququnu) təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir: cünki belə sənəd yoxdur. Bundan belə nəticə hasil olunur ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçı mübahisəli mənzilə hüquqların mövcüd olmasını təstiq etmək üçün uğursuz olaraq Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 5606/2023 saylı qətnaməsinə istinad etmişdir. Həmin mülki iş üzrə məhkəmə onun mübahisəli mənzilə köçülüməsi tələbini rədd etmişdir və qərarını belə əsaslandırmışdır ünvan 3 ünvanda yerləşən mənzil özbaşına tikili olduğu üçün iddiaçı Cavabdeh Elbruz qızının bu iddia tələbini irəli sümək üçün subyektiv hüquqa malik olmamışdır. Qanuni qüvvədə olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5606/2023 saylı qətnaməsində müəyyən edilmişdir ki, mübahisəli ev özbaşına tikilidir və fakt hazırda işə baxan məhkəmə və işdə iştirak edən hər iki tərəf üçün preyudisial əhəmiyyətə malik olan olan haldır. Lakin, bu faktı inkar edərək iddiaçı ərizəsində qeyd etmişdir güya ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5606/2023 saylı qətnaməsi ilə onun mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Bu tamamilə əsassız mövqedir: belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş fakt hər iki tərəf üçün preyudisial əhəmiyyətə malikdir, hər iki tərəf üçün sübut olunmuş fakt kimi qəbul etməlidir. Faktın yalnız bu tərəf üçün müəyyən edilməsi – absurddur. Beləliklər əgər qanuni güvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli ev özbaşına tikilidir və ona münasibərdə belə nəticəyə gəlmişdir ki, onun özbaşına tikiliyə hər hansı hüququ tanına bilməz və o, bu iddia irəli sürmək üçün subyektiv hüquqa malik deyildir, eyni ilə həmin fakt hazırkı iddiaçıya da şamil edilməlidir. İddiaçı özbaşına tikiliyə hər hansı hüquq tanına bilməz və iddiaçı hazırkı iddia ərizəsini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. İddiaçını istinad etdiyi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5606/2023 saylı qətnaməsi haqqında əlavə olaraq qeyd edilməlidir ki, həmin mülki iş üzrə iddianın predmeti “mənzilə köçürmə” tələbi olmuşdur. Hər hansı şəxsin əmlka mülkiyyət və əşya hüquqlarının tanınması barədə iddia tələbi irəli sürülməmişdir. Belə olan halda, məhkəmə iddia predmetindən kənara çıxaraq İddiaçı sahiblik və istifadə hüququnu tanıya bilməzdir. Mübahisəli mənzil iddiaçı və ailə üzvləri tərəfindən qanunsuz olaraq zəbt edilmişdir, ona görə həmin mənzil barədə məhkəmədə iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyillər. İddiaçı, onun mübahisəli mənzilə hüquqlarının mövcüd olmasını həm də onunla əsaslandırmışıdır ki, o mənzilin kommunal xidmətləri ödəmişdir. Bununla bağlı bildirir ki, kommunal xidmət haqlarının ödənilməsi mənzilə hüququn yaranmasını təstiq edən əsas deyil: belə ki, bir çox hallarda özbaşına tikililər üçün də kommunal xərclər ödənilir, lakin bu hal özbaşına tikililərə hər hansı hüququnun yaranmasına əsas verməmişdir. Odur ki, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Həmçinin, onlar bildirdilər ki, iddiaçının qızı Lalə Musayeva və onun anadangəlmə xəstə olan iki azyaşlı övladları X8 və X26 da həmin evdə yaşayırlar. Tibbi sənədlərdən göründüyü kimi, X8 “Uşaq serebral iflici tetroporetik forma Mikrosefaliya albinism görmə və gözün hərəkəti dezadaptasiya sindormları Anadangəlmə nistaqm” xəstəliyindən, X26 isə “inkişaf etaplarının ləngiməsi (əsasən dərketmənin, nitqin, motorikanın), anadangəlmə Fenilketonuriya” xəstəliyindən əziyyət çəkir. Hazırda uşaqların hər ikisi də əqli gerilikdən və hərəkət məhdudluğundan əziyyət çəkirlər və hərələtlərinin mənasını anlamaq itidarında deyillər. Uşaqların bu hərəkətləri isə cavabdeh tərəfindən anlayışla qarşılanmadığından bu hal cavabdeh tərəfindən uşaqların incidilməsinə və evdə mütəmadi olaraq dava-dalaşların yaranmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərər, iddianın rədd olunmasını məhkəmədən xahiş etdilər. Həmçinin, bildirdilər ki, cavabdehin hazırda yaşamağa başqa yeri yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 367345 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Şəxsi mülkiyyət hüququ ilə X2 və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evinin ümumi sahəsi 46,4 kv.metrdir. Bakı Şəhəri 11 saylı Notariat Ofisinin XK-1088 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2009-cü il tarixdə vəfat etmiş X5 məxsus ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 299,62 kv.m olan torpaq sahəsinə dair onun vərəsəsi olan arvadı İddiaçı ərizəsi əsasında Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə V-51 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının İqtisdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-24046/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən idarənin arxivində ünvan 5 ünvanına dair X22 adına hazırlanmış texniki pasport mövcuddur. Binəqədi RİH Başçısının M.Ə.Rəsulzadə qəsəbə İ/Ə Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, İddiaçı, X27, X23, X24, X25, X10, X15, X20, X21 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Həmçinin, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olmadan yaşayır. xx.xx.1989-cu il tarixli etibarnamənin surətindən görünür ki, X18 tərəfindən X9 ünvan 6 ünvanından tam istifadə hüququ verilmişdir. X19 həmin yaşayış sahəsi üçün 4500 rubl ödəmişdir. Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli məişət tullantılarının daşınması üçün mədaxil qəbzin sutərindən görünür ki, İddiaçı 12 manat məbləğində ödəniş etmişdir. Bakı şəhəri MKT Departamenti Binəqədi rayon MKTB-nin xx.xx.2023-cü il tarixli məişət tullantılarının daşınması üçün mədaxil qəbzin sutərindən görünür ki, İddiaçı 21 manat məbləğində ödəniş etmişdir. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı (Abonent kodu: **********C0000) xx.xx.2023-cü il tarixdə 13 manat, xx.xx.2023-cü il tarixdə 8 manat məbləğində sərfiyyat ödənişləri etmişdir. Ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 15 manat məbləğində elektrik enerjisinin istehlak haqqı ödəmişdir. Ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı (Abonent kodu: **********121) Azərsu-nun hesabına xx.xx.2023-cü il tarixdə 10 manat məbləğində ödəniş etmişdir. Ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 25 manat məbləğində suyun istehlak haqqı ödəmişdir. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı (Abonent kodu: **********10000) Azəriqaz-ın hesabına xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərində 10 manat məbləğində ödənişlər etmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı “Fides” Vəkil Bürosunun hesabına 321 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi uşaın inkişafı tarixi kitabçasının surətlərindən görünür ki, X25 və X24 20 saylı Uşaq Poliklinikasında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri Binəqədi Rayonu 283 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, X24 283 nömrəli tam orta məktəbin 6-cı sinfində, X25 3-cü sinfində oxuyurlar. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5606/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X14 İddiaçı qarşı “mənzilə köçürmə” tələbinə dair iddiası təmin edilməmişdir. AZ-İİ seriyalı 169743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 atası X11 oğlu, anası isə X16r. AZ-İİİ seriyalı 139994 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X12 atası X11 oğlu, anası isə X16r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, X6 uşaq serebral iflici tetroporetik forma Mikrosefaliya albinism görmə və gözün hərəki dezadaptasiya sindromları Anadangəlmə nistaqm diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin çıxarışının surətindən görünür ki, X17 Fenilketonuriya diaqnozu qoyulmuşdur. X4 xx.xx.2015-ci il tarixli epikrizinin surətindən görünür ki, X17 R62.0 İnkişaf etaplarının ləngiməsi (əsasən dərketmənin, nitqin, motorikanın), Fenilketonuriya diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15 yanvar 2010-cu il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən,yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İş materiallarında olan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən də göründüyü kimi, Şəxsi Mülkiyyət Hüququ ilə X2 və Qiymətləndirilməsinə aid pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evi X7 istifadə və sahibliyinə verilmişdir. Daha sonra X19 vəfat etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən (kommunal xidmətlərə dair) görünür ki, mübahisələndirilən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, X19 vəfat etdikdən sonra onun arvadi İddiaçı istifadə və sahibliyindədir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının oğlu X23 ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşdur, bir müddət başqa ünvanda yaşasalar da, sonradan mübahisləndirilən ünvana köçmüşlər. Hazırda isə Cavabdeh ilə X13 nikah münasibətlərinə xitam verilmiş, nikaha xitam verilməsinə baxmayaraq cavabdeh sözügedən ünvanda yaşamaqda davam edir. Göründüyü kimi, hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan yaşayış sahəsini zəbt etməklə iddiaçının həmin yaşayış sahəsindən istifadə etməsinə maneə yaradır. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 300 manat vəkilə ödənilmiş xidmət haqqı tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və 300 (üç yüz) manat vəkilə ödənilmiş xidmət haqqı tutularaq İddiaçı ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-2737/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2737/2024
22.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver