Məhkəmə qərarları › İş №e-2(001)-2739/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2739/2024

01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2739/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mərhum Abdullayev (Qasımov, Məmmədov) Məmməd (Məhəmməd) Qasım oğlunun babası və X1 bibisi olması hüquqi faktının müəyyən olunması barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ərizəçinin babası X8 miras qalmış fərdi yaşayış evi mövcuddur. Ərizəçinin babası X16 02 dekabr 1989-cu il tarixdə, nənəsi X20 26 iyun 1990-cı il tarixdə, atası X23 31 may 2017-ci il tarixdə, bibisi X17 isə 11 fevral 2022-ci il tarixdə vəfat etmişlər. Ərizəçinin babası, nənəsi, atası və bibisinin doğum və ölüm şəhadətnamələri var. Lakin həmin sənədlərdə uyğunsuzluqlar olduğu üçün Şəki Regional Maraqlı şəxs1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi və Şəki Regional Maraqlı şəxs1ndə notariat ofisi ərizəçinin həmin orqanlara müraciətinə imtina cavabı vermişlər. Eyni zamanda həmin imtina cavablarında ərizəçiyə mərhum atası, mərhum babası və mərhum bibisi ilə qohumluq münasibətlərinin müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd edilən sənədlərin alınması ərizəçiyə babasından miras qalmış evə dair vərəsəlik şəhadətnaməsi və evə mülkiyyət sənədi almaq üçün lazımdır. Vərəsəlik üçün ərizəçinin müraciətinə isə Şəki Regional Maraqlı şəxs1ndə notariat ofisi tərəfindən də imtina cavabı (qərar) verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsindən ərizəçiyə bildirilmişdir ki, Şəki Regional Maraqlı şəxs1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etməlidir. Şəki Regional Maraqlı şəxs1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsindən də ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bundan başqa ərizəçi hazırkı ərizə ilə Bakı İnzibati Məhkəməsinə də müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-14774/2023 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinə görə ərizəçinin həmin ərizəsi mümkün sayılmamışdır. Ona görə də hazırkı ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmiş, Şəki Rayon Məhkəməsinin qərardadı ilə ərazi aidiyyətinə görə ərizəçinin ərizəsi geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəki Regional Maraqlı şəxs1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən, ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir. Lakin müraciətinizə baxılan zaman aydın olmuşdur ki, ərizənizə əlavə etdiyiniz atanız X13 doğum haqqında təkrar şəhadətnaməsinin surətində atası X2 “Məmmədov”, adı “Məmməd”, Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1989-cu il tarixli 436 nömrəli ölüm haqqında akt qeydində isə soyadı “Abdullayev”, adı “Məhəmməd” yazılmışdır. Həmçinin atanız X13 Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 3 noyabr 1937-ci il tarixli, 756 nömrəli doğum haqqında akt qeydində soyadı “Kasımov, Məhəmmədov”, ata haqqında məlumat qrafasında soyadı “Məhəmmədov”, adı “Məhəmməd” kimi qeyd olunmuşdur. Ərizənizə əlavə etdiyiniz qohumluq münasibətlərinizi təsdiq edən sənədlə (doğum haqqında təkrar şəhadətnamənin surəti) ölüm haqqında akt qeydi arasında ziddiyyət olduğundan, həmin uyğunsuzluğun aradan qaldırılması məqsədilə X14 nikah haqqında akt qeydinin əldə edilməsi üçün X35 Şəki filialına sorğu göndərilmiş, müəyyən olunmuşdur ki, X14 Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1935-ci il tarixli, 57815 nömrəli nikah haqqında akt qeydində soyadı “Abduləlizadə”, adı “Məhmməd”, ata adı “Qusam” yazılmışdır. Beləliklə, X24 ilə qohumluq münasibətlərinizi təsdiq edən sənədlərlə doğum, nikah və ölüm haqqında akt qeydləri arasında uyğunsuzluq olduğundan ölüm haqqında arayışın verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, X24 ilə qohumluq münasibətlərinin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməyiniz məsləhət bilinir”. İş materiallarında olan Şəki Regional Maraqlı şəxs1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... X1 ailə vəziyyətinə dair arayışın verilməsi barədə müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Bildiririk ki, tələb etdiyiniz arayışın Sizə təqdim edilməsi qeyri-mümkündür. ... Müraciətinizə baxılan zaman aydın olmuşdur ki, ərizənizə əlavə etdiyiniz atanız X13 doğum haqqında təkrar şəhadətnaməsinin surətində atasının soyadı “Məmmədov”, anasının soyadı “Səmədova”, Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1989-cu il tarixli 436 nömrəli ölüm haqqında akt qeydində X13 atasının soyadı “Abdullayev”, adı “Məhəmməd” yazılmışdır. Həmçinin atanız X13 Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 3 noyabr 1937-ci il tarixli, 756 nömrəli doğum haqqında akt qeydində soyadı “Kasımov, Məhəmmədov”, ata haqqında məlumat qrafasında soyadı “Məhəmmədov”, adı “Məhəmməd” kimi qeyd olunmuşdur. Lakin ərizənizə əlavə etdiyiniz bibiniz X9 doğum haqqında təkrar şəhadətnaməsinin surətində atasının soyadı “Abduləliyev”, anasının soyadı “Abduləliyeva” yazılmışdır. Beləliklə, X23 ilə X9 qohumluq münasibətlərinizi təsdiq edən sənədlər arasında uyğunsuzluq olduğundan ailə vəziyyətinə dair arayışın verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, X23 ilə X9 qohumluq münasibətlərinin müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməyiniz məsləhət bilinir”. İş materiallarında olan Şəki regional Maraqlı şəxs1ndə notariat ofisinin Notariat hərəkətinin aparılmasından imtina haqqında xx.xx.2024-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Ərizəçi xx.xx.1989-cu ildə ölmüş X4 miras qalmış əmlakdan xx.xx.2017-ci ildə ölmüş atası X18 çatası miras paydan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi təqdim etdiyi X13 doğum haqqında şəhadətnaməsində ata qrafasında yazılan soyad və ad ilə miras qoyanın ölüm haqqında şəhadətnaməsində yazılan soyad və adla uyğun deyildir. Belə olan halda, miras qoyanla qohumluq əlaqəsini müəyyən etmək mümkün deyildir. Hazırda qohumluq əlaqələrin müəyyən etmək mümkün olmadığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir”. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyətinin “Yuxarıbaş” məhəllə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 149 nömrəli arayışından görünür ki, xx.xx.1989cu il tarixdə vəfat etmiş X5 şəhəri, “Yuxarıbaş” məhəlləsində yaşamış, X20 arvadı, X23 oğlu, X21 qızı, Ərizəçi isə nəvəsidir. İş materiallarında olan “X26 Yazılması” dair 756 nömrəli qeyddən görünür ki, xx.xx.1937-ci ildə doğulmuş İzzət Məhəmmədovun atası X10, anası isə X15r. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1989-cu il tarixdə xroniki ürək və qan damar çatışmamazlığından ölmüşdür. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2017-ci il tarixdə hipertoniya xəstəliyindən ölmüşdür. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2022-ci il tarixdə ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyindən ölmüşdür. İş materiallarında olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dai Pasportdan görünür ki, X7 şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 9 saylı evin sahibidir. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində göstərdi ki, Abdullayev Məhəmməd ilə birlikdə işləyib, onu Məmməd kimi tanıyıb. Ləqəbi də var idi - “Nanay Məmməd”. Atasının adını dəqiq bilmir. Sənədlərini görüb – bəzi sənədlərdə adı Məhəmməd kimi yazılıb. Məmməd kişi hazırkı iş üzrə Ərizəçi babası idi. Ata babası. Evlərindən bir 150 metr aralıqda dükan var idi, Məmməd kişinin əlil qızı Fəxrimə həmin dükanda işləyirdi. Məmməd kişinin oğlu İzzət isə əmisi ilə məktəb yoldaşı olub. Fəxrimə öləndə subaylıq haqqında arayışı almaq üçün o, Samirin bacısı Mətanətlə birlikdə özü getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, o, Məhəmməd kişini tanıyırdı. Ona Nanay kişi deyirdilər. Fəhlə idi. İki uşağı var idi. Qızı Fəxrimə əlil idi. Ailə qurmamışdır. Ərzaq dükanında işləyirdi. Oğlu İzzətin iki uşağı var idi. İzzətin oğlu Samiri tanıyır, qızını isə balaca olanda görüb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. ... Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. ... Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır”. Beləliklə, iş materiallarında olan sənədlərdən və şahid ifadələrindən göründüyü kimi, Ölüm haqqında şəhadətnamədə adı X3 qeyd olunmuş şəxsin iki övladı olmuş - X23 və X17; İzzət Məmmədov xx.xx.2017-ci il tarixdə, Fəxrimə Qasımova isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Fəxrimə Qasımova ailə qurmamış, İzzət Məmmədovun isə iki övladı var – Ərizəçi və hazırkı iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2. Halhazırda Ərizəçi mirasdan pay almaq üçün notariat ofisinə müraciət etsə də, sənədlərin demək olar ki, hamısında müəyyən uyğunsuzluqlar olduğundan, nəticə etibarı ilə faktiki olaraq babasına məxsus olmuş daşınmaz əmlaka münasibətdə hər hansı sənədləşdirmə işlərinin aparılması mümkün deyil. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1989-cu il tarixdə ölmüş X6 Ərizəçi babası, xx.xx.2022-ci il tarixdə ölmüş X9 isə Ərizəçi bibisi olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1989-cu il tarixdə ölmüş X6 Ərizəçi babası, xx.xx.2022-ci il tarixdə ölmüş X9 isə Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar