Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-280/2025 07.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “dəyən zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli 256 saylı müqavilənin ləğv edilməsi və mənzilin ümumi dəyərinin 20%-i məbləğində 29.056 manat dəbbə pulunun və mənzildə yaşadığı iki ay müddət üçün 1600 manat kirayə haqqının ümumilikdə 30.656 manat pul vəsaitinin tutularaq kooperativə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ilə "xxxx" MTK arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 2-ci giriş, 17-ci mərtəbəsində yerləşən, sahəsi 100,89 kv.m. olan 3 otaqlı 256 nömrəli mənzilə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddianın verilməsi üçün tərəfindən ödənilmiş dövlət rüsumunun 101 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər təkrarən məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından ərizə baxılmamış saxlanılmalı və iddiaçılara izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməmələri üzürlü səbəbdən olmuşdursa, həmin üzrlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı MTK-nın Cavabdeh qarşı “dəyən zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 182 (yüz səksən iki) manat məbləğində dövlət rüsumu İddiaçı MTK-ya geri qaytarılsın. İddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh geri qaytarılsın Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-280/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-280/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver