Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2803/2022 04.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı İsmayil oğlu, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İsmayil oğlunun Cavabdeh qarşı behin iki mislinin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayil oğlu Cavabdeh qarşı behin iki mislinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 27 saylı dövlət notariat ofisində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsindən verilmiş xx.xx.2013-cü il tarixli, reyestr nömrəsi **********06-10302, qeydiyyat nömrəsi **********, RX-0243956 seriyalı reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və mülkiyyətində olan torpaq sahəsinin iddiaçı tərəfindən 30000 manatın pul vəsaitinin əvvəlcədən cavabdehin adına "xxxx" ASC-də müvəqqəti açılmış bank hesabına qoyulması şərti ilə gələcəkdə iddiaçıya satılması barədə razılığa gəlinərək beh müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2-ci bədinə əsasən, alıcı tərəfindən 30000 manat pul notariusun "xxxx" ASC-də açılmış depozit hesabı vasitəsilə satıcı Cavabdeh ödənilir. Həmin müqavilənin 2.1-ci bədinə əsasən, satıcı Cavabdeh fərdi yaşayış evi və torpaq sahəsinin alqı-satqısı üçün sənədlərini hazırlamağı, sənədlər hazır olduqdan sonra Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə əmlakın satılması ilə bağlı sənədlərin hazırlanıması öhdəliyini lazımı şəkildə icra etmədiyi üçün bu alqısatqını həyata keçirmək mümkün olmamışdır. Bundan əlavə, cavabdeh iddiaçıya satacağı mülkiyyətində olan əmlakın hansısa Bank krediti üzrə girovda olan bir əmlak olduğu barədə əvvəlcədən məlumat verməmiş, lakin sonradan lazımı sənədləri bankdan almaqla əmlakı iddiaçıya satacağını vəd etsə də, iddiaçını aldadaraq əmlakı X14 adında başqa bir şəxsə alqı-satqı etmişdir. Daşınmaz əmlakın alqı-satqısı məqəsdilə bağlanılmış beh müqaviləsinin üzərindən 9 aydan artıq vaxt keçməsinə və cavabdehin birtərəfli qaydada müqavilə şərtlərini pozmaqla əmlakı başqa şəxsə satmasına baxmayaraq iddiaçı tərəfindən ödənilmiş beh bu günə kimi iddiaçıya qaytarılmamışdır. Eyni zamanda iddiaçı cavabdehin birtərəfli qaydada müqavilə şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərindən yayınmasını onun sözügedən əmlakın satılmasından imtinası kimi qiymətləndirir. İddiaçı cavabdehlə, eyni zamanda onun Füzuli adlı həyat yoldaşı ilə bu məsələnin artıq çox uzanması barədə bir neçə dəfə danışsa da o, müxtəlif bəhanələr gətirməklə tez bir zamanda iddiaçı ilə görüşüb bu məsələnin həll edilməsi üçün lazım olan öhdəliyini icra edəcəyinə söz vermişdir. Lakin, iddiaçının bütün cəhdlərinə baxmayaraq, cavabdeh bir neçə dəfə verdiyi sözlərinin üzərində durmayaraq müqavilə üzrə öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Bütün qeyd edilənlərdən bir məsələ aydın olur ki, cavabdehin əvvəlcədən əmlakın satılması üzrə ciddi şəkildə müqavilə bağlamaq niyyəti olmamış, sadəcə müqavilə bağlanarkən ilkin olaraq ona ödənilmiş beh şəklində olan pulun əsassız olaraq əldə edilməsi və nəticə etibarilə iddiaçıya zərər vurması olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı cavabdehdən müqavilə şərtlərini pozması səbəbindən müqavilə üzrə beh şəklində ondan almış olduğu 30000 manatın iki mislini, yəni 60000 manatın alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı İsmayil oğlunun nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə “iddia ərizəsinə əlavə” ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizədə qeyd olunmuşdur ki, “ ... iddiaçının ərizəsində cavabdehin ona satacagı mülkiyyətində olan əmlakın hansısa Bank krediti üzrə girovda olan bir əmlak olması barədə ona əvvəlcədən məlumat verilməməsi qeyd edilmişdir. ... iddia ərizəsində olan bu fikir doğru qeyd edilməmişdir. Belə ki, əslində cavabdeh mülkiyyətində olan əmlakın bankda girov əmlakı olduğunu bildirməklə ilkin beh onlara veridikdən sonra alqı-satqı edilənədək bankdan əmlakın girovdan azad edilməklə satılmasına dair sənəd alacağını bildirmişdir. İddiaçı tərəfindən beh cavabdehə verildikdən bir müddət sonra onun tərəfindən evin satılmasına dair bankdan razılıq alındığı barədə məlumat verilmişdir. Tərəflər notariat orqanına getdikdə Bank tərəfindən evin alqı-satqısına verilmiş razılığın yalnız həmin evin bankda girovda qalmaqla satılmasına icazənin verildiyi məlum olmuşdur. Bundan sonra iddiaçı cavabdehə etiraz edərək Bankın belə bir formada vermiş oldudu razılıq sənədi ilə müqaviləni bağlamaq istəmədiyini bildirmişdir. Belə ki, iddiaçının bildirdiyinə görə cavabdehin banka böyük məbləğdə borcu olduğu üçün bank razılığı evin onlarda girov qalması şərti ilə satılmasına icazə verildiyini, gələcəkdə banka olan borc ödənilmədiyi təqdirdə həmin evə yenidən borc üzrə tutulmanın yönəldilməsi mümkün olaması ehtimalı ilə vermişdir. Belə olan halda iddiaçı evi bu şəkildə alqı-satqı etməyəcəyini, Bankın razılığının evin girovda qalmadan satılmasına dair alındıqdan sonra razı olacaqlarını cavabdehə bildirmişdir. Bundan sonra cavabdeh əlavə vaxt istəyərək bankdan uyğun sənəd alqıdan sonra on ara məlumat verəcəyini bildirmiş lakin sonradan evi başqa şəxsə satınsa da beh qismində verilmiş pul onlara qaytarılmamışdır”. xx.xx.2022-ci il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya etirazı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə notariat ofisində bağladığı Beh müqaviləsinə əsasən cavabdehə məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin alınması üçün 30000 manat pul vəsaitini əvvəlcədən cavabdehin adına bank hesabına qoymaq şərtilə evin ona satılması barədə razılığa gəlmişlər, cavabdeh müqavilə ilə üzərinə əmlakın satılması ilə bağlı lazımi sənədlərin hazırlanması öhdəliyini lazımi şəkildə icra etmədiyi üçün alqısatqını həyata keçirmək mümkün olmamışdır, cavabdeh əmlakın bank krediti üzrə girovda olması barədə iddiaçıya məlumat verməmiş, sonradan lazımi sənədləri bankdan almaqla evi iddiaçıya satacağını vəd etsə də, başqasına satmışdır. Məhkəmə hazırlıq icraatında cavabdeh tərəf məhkəməyə şahidlərin məhkəmədə dindirilməsi barədə vəsatət verdikdən, "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun zəmanət məktubunu və notariat ofisinə ünvanladığı məktubu təqdim etdikdən və notariat ofisinin məhkəməyə təqdim etdiyi sənədlərdə evin "xxxx" ASC-də ipotekada olması barədə arayış barədə məlumat verdikdən sonra, İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə verərək, iddia ərizəsində irəli sürdüyü dəlilləri bir qədər dəyişdirmiş, ilkin iddia ərizəsində yazdığının əksi olaraq iddia ərizəsində əlavəsində göstərmişdir ki, cavabdehin ona satacağı mülkiyyətində olan əmlakı hansısa bankda girovda olmasını bilmiş, beh Cavabdeh verildikdən sonra alqı-satqı edilənədək bankdan əmlakın girovan azad edilməklə satılmasına dair sənəd alacağını bildirmiş, iddiaçı tərəfdən beh verildikdən bir müddət sonra onun tərəfindən evin satılmasına dair bankdan razılıq alındığı barədə məlumat verilmişdir. Tərəflər notariat orqanına getdikdə Bank tərəfindən evin alqı-satqısına verilmiş razılığın yalnız həmin evin bankda girovda qalmaqla satılmasına icazənin verildiyi məlum olmuşdur. Bundan sonra iddiaçı cavadehə etiraz edərək Bankın belə bir formada vermiş olduğu razılıq sənədi ilə müqaviləni bağlamaq istəmədiyini bildirmişdir. Belə ki, iddiaçının bildirdiyinə görə cavabdehin bankda böyük məbləğdə borcu olduğu üçün bank razılığı evin onlarda girov qalması şərtilə satılmasına icazə verildiyini, gələcəkdə banka olan borc ödənilmədiyi təqdirdə həmin evə yenidən borc üzrə tutulmanın yönəldilməsi mümkün olması ehtimalı ilə vermişdir. Belə olan halda iddiaçı evi bu şəkildə alqı-satqı etməyəcəyini, bankın razılığının evin girovda qalmadan satılmasına dair alındıqdan sonra razı olacaqlarını cavabdehə bildirmişdir. İddiaçı iddia ərizəsinə əlavədə cavabdehlə (onun nümayəndəsi Füzuli Cəfərovla) müqaviləyə qədər və müqavilədən sonrakı danışıqları təhrif olunmuş formada göstərmişdir. Əvvəla qeyd olunmalıdır ki, beh öhdəliyi ilə alqı-satqı edilməsi razılaşdırılmış daşınmaz əmlakın təmin etdiyi kredit öhdəliyi ləğv edilmiş "xxxx" ASC ilə Cavabdeh arasında deyil, üçüncü şəxs H.Hüseynov arasında olan kredit müqaviləsindən əmələ gələn öhdəlikdir. Yəni iddia ərizəsində əlavədə qeyd olunduğu kimi deyil, bankda Cavabdehın yox, kənar üçüncü şəxsin borcu olmuşdur. Cavabdeh girov (ipoteka) qoyan qismində əmlakını banka girova qoymuşdur. Sözügedən üçüncü şəxsin krediti üzrə cavabdehin əmlakından başqa digər şəxslərə məxsus əmlaklar da girova qoyulmuşdur. Formalaşmış bank praktikasında və ipoteka haqqında qanunvericiliyin müddəalarına əsasən bankda girovda (ipotekada) olan əmlakın girovda olmaqla özgəninkiləşdirilməsi və özgəninkiləşdirmə zamanı alıcının ödədiyi vəsait ipoteka predmetinin likvid dəyəri həcmində ipoteka saxlayan banka ödənildikdən sonra əmlakın ipotekadan (girovdan) azad edilməsi prosedurası həyata keçirilir. Məhkəməyə sübut kimi təqdim edilmiş ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditləri İdarə edilməsi Departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisinin (E.Quliyevin) imzası ilə Cavabdeh nümayəndəsi X4 göndərilmiş cavab məktubunda qeyd olunur ki, "xxxx" ASC ilə X15 arasında bağlanmış kredit müqavilələrinin təminatı kimi Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsuzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, 2-ci döngədə yerləşən 13 nömrəli evin alqı-satqı olunması məqsədilə Notariat kontoruna Əmanətlərin Sığortalanması Fondu tərəfindən razılıq məktubu verilmişdir. Razılıq məktubuna əsasən qeyd olunan əmlak 400.000 manat məbləğində pul vəsaiti ödənilməsi və girovda qalması şərti ilə özgəninkiləşdirilməsinə etiraz olunmadığı bildirilmişdir. Həmin məktubda həmçinin qeyd olunmuşdur ki, “Bildiririk ki, alqı-satqı müqaviləsinə əsasən qeyd olunan məbləğ Əmanətlərin Sığortalanması Fonduna daxil olduğu zaman əmlak girovdan azad ediləcəkdir”. Məktubdan göründüyü kimi, İddiaçı iddia ərizsinə əlavədə göstərdiyi kimi deyiı, tərəflər arasında alqı-satqı edildikdən və satış zamanı alıcının köçürdüyü pul vəsaiti, hazırkı 400.000 manat ipoteka saxlayan Əmanətlərin Sığortalanması Fonduna daxil olduqda əmlakın girovan azad edilməsi təmin ediləcək idi. Lakin İddiaçı iddiada qeyd etdiyi alqı-satqıdan sonra pulun Əmanətlərin Sığortalanması Fonduna köçürüldükdən sonra evin girovda qalmasına hər hansı zərurət qalmır, çünki ipoteka predmeti özünün likvid dəyəri həcmində kredit öhdəliyini təmin edir və əmlak üçüncü şəxsə satılaraq həmin əmlakın satış dəyəri zamanı əldə olunmuş pul vəsaiti ipoteka saxlayanın ləğvedicisinə ödədikdən sonra həmin ipotekaya xitam verilməsi üçün hüquqi əsaslar yaranır. Ona görə də belə bir hal ola bilməz ki, girovda olan əmlak girovsaxlayanın yazılı razılığı ilə özgəninkiləşdirilsin və girovda qalmaqda davam etdirilsin. Çünki əmlakın özgəninkiləşdirilməsi barədə alqı-satqı müqaviləsi notariat orqanında təsdiq edildikdən sonra alıcı - yeni mülkiyyətçi həmin əmlak üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri orqanında dövlət qeydiyyatından keçirmək üçün (öz adına dövlət reyestrindən çıxarış almaq üçün) girovda olan əmlak ipoteka yüklülüyündən azad olunmalıdır və yalnız azad olunduqdan sonra əmlaka dair dövlət reyestrindən çıxarış yeni mülkiyyətçinin adına verilə bilər. Ona görə də əmakın girovda ola-ola özgəninkiləşdirilməsi baş verdikdən və ipoteka saxlayanın həmin əmlak dəyərində borcundan ödənildikdən sonra əmlak mütləq şəkildə girovdan azad edilməlidir ki, sonrakı rəsmiləşdirmə prosesi keçirilə bilsin. Eyni zamanda əmlakın satışından əldə olunan vəsait girov saxlayan banka (ləğvediciyə) ödənildikdən sonra həmin əmlaka tutma yönəldilməsi əsasları aradan qalxmış olur, çünki əmlak artıq açıq bazarda üçüncü şəxsin adına realizə edildi (satıldı) və satış dəyəri tam şəkildə girov saxlayana ödənildi. Ona görə də İddiaçı iddia ərizəsinə əlavədə qeyd etdikləri uydurmadan başqa bir şey deyildir. Behin təmin etdiyi alqı-satqı öhdəliyi beh verən tərəfindən icra olunmadığına görə əmlakın alqı-satqısı baş tutmamışdır. Ona görə də İddiaçı iddiası tamamilə əsassızdır, təmin olunmamalıdır. Bütün məsələlərdə birbaşa iddiaçı Əsvər Səfər iştirak edib, Cavabdeh nümayəndəsi, bu məsələ ilə məşğul olan rieltor X12 ilə birlikdə Əmanətlərin Sığortalanması Fonduna getmişlər və orada şəxsən İddiaçı və onun qohumuna bildirmişlər ki, evin aqı-satqı müqaviləsinə rəsmi icazə verilib, alqı-satqı zamanı ödənilən evin pulu 400.000 manat Əmanətlərin Sığortalanması Fonduna keçirilən kimi dərhal ev girovdan azad ediləcəkdir. Lakin iddiaçı yenə də müxtəlif bəhanələr gətirməklə behlə təmin olunan alqı-satqı müqaviləsini imzalamağa gəlməmiş, nəticədə cavabdeh 4-5 ay gözlədikdən sonra məcbur olaraq evi başqa şəxsə 400.000 manata satmışdır. İddianın təmin olunması üçün faktiki və hüquqi əsaslar olmadığından iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı İsmayil oğlunun nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirmişdir ki, cavabdeh ilə iddiaçı arasında Bakı şəhəri, ünvan 3 ünvanındakı mənzilin gələcəkdə iddiaçıya satılması barədə razılığa gəlinərək xx.xx.2021ci il tarixli beh müqaviləsi bağlanmışdır. Cavabdeh razılaşma olan zaman evin girovda olmasını demiş, eyni zamanda alqı-satqı reallaşan zaman evin sənədlərinin qaydasında olacağını, evin girovdan azad ediləcəyini bildirmşdir. Tərəflər razılıq əldə edənnən sonra notariusda görüşən zaman iddiaçıya təqdim edilən bankın məktubundan müəyyən edilmişdir ki, mənzilin bankda girovda qalmaq şərtilə satılmasına razılıq verilmişdir. Bundan sonra iddiaçı bəzi məsələləri aydınlaşdırmaq üçün cavabdeh tərəf ilə banka birlikdə gedib və həmin vaxt məlum olub ki, krediti götürənin banka külli miqdarda borcu var. Belə olan zaman iddiaçı cavabdehə belə razılaşmadığını bildirərək etiraz edib. Cavabdeh tərəf iddiaçıdan vaxt istəyib ki, bankdan yeni arayış gətirsin. xx.xx.2021-ci il tarixli "xxxx" ASC-nin ikinci məktubundan müəyyən edilmişdir ki, 400.000 manatın bankın hesbına ödəniləcəyi təqdirdə mənzilin girovdan azad olunmasına razılıq verilir, lakin evin ilkin alqı-satqısı zamanı mənzil girovda qalacaq. İddiaçı yenə də öz narazılığını bildirib. Verilmiş beh məbləği kifayət qədər yüksək məbləğdir. Adətən beh verilən zaman 1000- 2000 manat arası simvolik rəqəm müəyyən edilir. İkinci dəfə də razılığa gələ bilməyəndə cavabdeh yenə də iddiaçıdan vaxt istəyib ki, sənədləri düzəldəcək, lakin sonradan zənglərə cavab verməyib, iddiaçı onunla əlaqə saxlaya bilməyib. Bu məsələlərdə cavabdehin həyat yoldaşı iştirak edib. İş materiallarına əlavə edilmiş DƏDRX-nin verdiyi xx.xx.2022-ci tarixli məktubda qeyd edilir ki, həmin mənzilin hazırda X6 mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı ona satılacaq mənzilin sənədlərinin hazır olacağını və alqısatqının həyata keçiriləcəyini gözlədiyi zaman mənzil artıq başqa şəxsə satılmışdır. Burdan da aydın olur ki, iddiaçı mənzilin alınmasından imtina etməyib. Məhkəmə iclasında iştirak edən İddiaçı İsmayil oğlu məhkəməyə bildirdi ki, evi kürəkəni Şəhriyar alırdı, pul da ona məxsus idi. Evin satılması ilə bağlı elan gördülər, ilkin tanışlıq bu formada başladı. Onları mənzilə aparan maklerin adını bilmir. Kürəkəni bilir. Mənzilin bankda girovda olmasını və girovdan azad ediləcəyini cavabdehin həyat yoldaşı Füzuli onlara bildirmişdir. Cavabdehin həyat yoldaşı ona bildirdi ki, maddi durumu cox pisdir və yüksək beh məbləğini istədi ki, mənzilin sənədlərini düzəldə bilsin. İlkin danışıq zamanı cavabdehin həyat yoldaşı mənzilin sənədlərini bir ay ərzində hazırlayacağını söz verdi, lakin buna dair yazılı sənəd yoxdur. Cavabdehin evində olan zaman oturdular, hətta çay da içdilər, cavabdehə qarşı onda inam yarandı. xx.xx.2021-ci il tarixdə beh müqaviləsi bağlandı, sənədləşmə məsələsi bir aya həll edilməli idi. Bir aydan sonra o cavabdehin həyat yoldaşına zəng elədi o da iddiaçıdan xahiş edir ki, bir az da gözləsin. Bir müddət sonra o, yenidən cavadehin həyat yoldaşına zəng elədi və bildirdi ki, onlar evin alınması üçün bankdan pul götürürlər. Cavabdehin həyat yoldaşı ona təklif etdi ki, alqı-satqı Gəncə şəhərində edilsin, iddiaçı da buna razılaşmadı. Bundan sonra cavabdeh, onun həyat yoldaşı Füzuli, iddiaçı və kürəkəni Şəhriyar alqı-satqını həyata keçirmək üçün beh müqaviləsi bağladıqları notariusa getdilər. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan məktub gətirmişdir. Alqı-satqının baş tutmaması səbəbi isə məktubda yazılmış qeyd oldu. Məktubda qeyd edilmişdir ki, mənzil girovda qalma şərtilə alqı-satqının həyata keçirilməsinə icazə verilsin. Həmçinin alıcının borclu ilə eyni məsuliyyət daşıması da qeyd edilmişdir. İddiaçı məktubla notariusa alqı-satqı müqaviləsini bağlamağa gedən zaman tanış olmuşdur. Bir neçə gün keçdikdən sonra cavabdeh bankdan ikinci arayışı gətirdi, lakin məktubun məzmunu birinci ilə eynlik təşkil edirdi. Bu səbəbdən iddiaçı alqı-satqıya getmədi. Cavabdeh iddiaçıya söz vermişdir ki, mənzili ona girovdan azad olunmuş formada satacaq. İkinci məktubu da məhz bu yöndə gətirməli idi. İddiaçı cavabdehə də bildirdi ki, mənzili girovda olan müddətdə ala bilmər. Bu zaman Füzuli ona vaxt verilməsini istədi, lakin bir müddət keçdikdən sonra iddiaçı ona zəng etsə belə, iddiaçının zənglərimə cavab vermədi. İddiaçı Əmanətlərin Sığortalanması Fonduna getməmişdir. Kürəkəni Şəhriyar və makler gedib. X5 adına olan məktubu veriblər. Məktubda da qeyd edilən hallar əks edilmişdir. İddiaçı girovda olan əmlakın hansı formada girovdan çıxmasından məlumatlı deyil. İddiaçı cavabdehə evin boşaldılmasını deməmiş, lakin onlarla əlaqə saxlayan zaman sənədlərin hansı mərhələdə olduğunu soruşanda ona bildirdilər ki, sənədlər qaydasında olacaq, artıq evi boşaldırlar. İddiaçı İsmayil oğlunun nümayəndəsi və vəkili Vəkil1 çıxışında məhkəməyə bildirdi ki, iddiaçı əvvəldən mənzilin girovda saxlanılmaqla satılmasına razı olmayıb. Birinci arayış alınıb – iddiaçı narazılığını bildirib, ikinci arayış alınıb – yenə narazılığını bildirib. İkinci arayışdan sonra təzədən banka gediblər və orada məsələ onlara izah edilsə də, iddiaçı yenə razı olmadığını bəyan edib və bildirib ki, bu şəkildə alqı-satqıya razı olmayacaq. Cavabdeh iddiaçıya heç bir məlumat vermədən, eyni zamanda beh müqaviləsində evin girovda qalmaqla iddiaçıya satılacağı barədə hər hansı bildiriş olmadan tərəflər belə bir alqı-satqıya getmişlər, lakin iddiaçı arayışı bu şəkildə olmasını görüb razı olmayıb və sonda da ev başqa şəxsə satılıb. Belə olan halda beh geri qaytarılmalı idi. Belə ki, iddiaçı birmənalı olaraq imtinasını bildirməmişdir. İddiaçının imtinası sadəcə arayışın o şəkildə olmasına aid idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, beh müqaviləsi iddiaçının həqiqi iradəsini ifadə etmir. Belə ki, Beh müqaviləsi üzrə iddiaçı alıcı deyil və pul da kürəkəninə məxsusdur. Belə olan halda beh müqaviləsinə etibarsız əqd kimi yanaşmaq olar. İkincisi, iddiaçı dedi ki, məbləği beh kimi deyil, kömək məqsədilə verdim. İşin əsas mahiyyəti də ondan ibarətdir ki, əmlakın dəyəri faktiki 1 milyondan artıqdır. Sadəcə evi girovdan çıxarmaq üçün həmin qiymətə satmaq istəyiblər. Mənzilə Şəhriyar, Əsvər və makler gəlib baxırlar, razılaşırlar. Razılıq əldə edildikdən sonra beh müqaviləsi bağlanır. Beh müqaviləsi imzalanan gün cavabdehin həyat yoldaşı Cəfərov Füzuli əmlakın satılmasına, bağışlanmasına razılıq ərizəsi verib. Bu ərizə notariat işinin içərisində var. Əgər cavabdehin mənzili satmaq niyyəti olmasa idi təbii ki, belə ərizə verməzdi. Lakin iddiaçı ilə kürəkəni arasında pulun ödənilməsi ilə bağlı mübahisə yaranıb. İddiaçının kürəkəni iki dəfə gedib Əmanətlərin Sığortalanması Fonduna, dəfələrlə danışıq aparıblar. X25 iddiaçının mənzili almaq istəmədiyini hiss edən zaman, bankdan ikinci məktubu da gətirib. Məktubda da qeyd edilib ki, 400.000 manatın ödənilməsi şərtilə mənzilin alqısatqısına etiraz edilmir, eyni zamanda həmin məbləğ ödəniləndən sonra əmlak girovdan azad ediləcək. Artıq iddiaçının mənzilin riskli olmasını bildirməsi, açıq aşkar mənzili almasından imtina kimi qəbul edilməlidir. Cavabdeh evini 2021 ilin oktyabr ayında iddiaçı ilə razılaşdırılmış qiymətdən də aşağı məcbur olub satıb, cavabdeh iddiaçını daha neçə ay gözləməli idi? Alqı-satqı müqaviləsi iddiaçı tərəfindən öz öhdəliklərini icra etmədiyi üçün baş tutmamışdır. İddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş edirəm. Eyni zamanda məhkəmə tərəfindən əqdin etibarsızlığı məsələsinə də münasibət bildirməsini xahiş edirəm. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 çıxışında məhkəməyə bildirdi ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı beh müqaviləsi bağlanmazdan əvvəl əmlakın girovda olduğunu bilirdi. Halbuki ilkin iddia ərizəsində bunun əksi qeyd olunmuşdur. İddiaçı birinci ərizədə bildirmişdir ki, evin girovda olmasını bilməyə-bilməyə müqaviləni bağlamış, sonra notariat işində olan arayış ortaya çıxandan sonra fikir dəyişdi və ikinci ərizədə artıq bildirdilər ki, evin girovda olmasından iddiaçının xəbəri var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş neytral şəxs – vasitəçi ifadəsində bildirdi ki, özü əvvəl bank işçisi olub və alıcıya izah etmişdir ki, ev hal-hazırda Əmanətlərin Sığortalanması Fondunda girovdadır və həmin qurum əmlak üzərində sərəncam verir. Bu da mübahisəsiz haldır. Əvvəlki məhkəmə iclasında iddiaçı bildirdi ki, evi o deyil, kürəkəni almaq istəyirdi, lakin hazırkı məhkəmə iclasında kürəkənin özünün ifadəsindən aydın oldu ki, ev iddiaçının adına rəsmiləşdiriləcəkdir. Kimin adına rəsmiləşdirilir – həmin şəxs də alıcıdır. Bu zaman tərəflərin fikrində tutduqlarının heç bir əhəmiyyəti yoxdur. Beh müqaviləsi bağlanarkən tərəflər üzərlərinə aşağıdakı öhdəlikləri götürmüşlər: alıcı behi ödəmək, satıcı isə 1. evin və torpaq sahəsinin alqı-satqısı üçün sənədləri hazırlamaq; 2. sənədlər hazır olduqdan sonra daşınmaz əmlakı İddiaçı adına rəsmiləşdirmək. Əslində müqavilədə geniş yazılmalı idi “sənədlər hazırlamaq” deyəndə nə nəzərdə tutulub, lakin beh müqavilələri adətən bir şablon üzərində tərtib edilir və əlavə hər hansı məlumat qeyd edilmir. Tərəflər müqaviləni bağlayarkən tam fəaliyyət qabiliyyətli olmuşlar, müqavilə onların iradə ifadələrini əks etdirir, qanuni və etibarlıdır. Müqavilənin bir bəndində göstərilir ki, müqavilə əsas müqavilə rəsmiləşdirilənə qədər qüvvədədir. Müddət müəyyən olunmayıb. İddiaçı nədənsə Əmanətlərin Sığortalanması Fondunun ancaq birinci məktubuna istinad edir. İkinci məktub diqqətdən qaçır. Halbuki birinci məktubu Əmanətlərin Sığortalanması Fondu Füzüli Cəfərova deyil, notariusa yazıb və məktubda bildirilib ki, Fond evin girovda qalması şərtlilə özgəninkiləşdirilməsinə etiraz etmir. Həmin məktub iddiaçını qane etməyib, iddiaçı narahat olub ki, pul ödəniləndən sonra da əmlak girovda qalacaq. Füzuli Cəfərov bununla da razılaşıb və gedib Əmanətlərin Sığortalanması Fondundan ikinci məktubu götürüb. Eyni zamanda iddiaçı dəfələrlə səsləndirib ki, Füzuli Cəfərovun, Cavabdeh öhdəlikləri var. Halbuki, öhdəlik onların deyil, X7 öhdəliyidir. Kredit alanla girov qoyanın tamamilə fərqli öhdəlikləri, hüquq və vəzifələri var. Bu mülki qanunvericilikdə, “İpoteka haqqında” Qanunda öz əksini tapır. İpoteka qoyan şəxs ipotekanın təminatı həddində öhdəlik daşıyır. Məhkəmə iclasında heç kimdən asılacağı olmayan vasitəçi bildirdi ki, evin bazar dəyəri 750.000 manatdır. İddiaçı bunu çox gözəl bilirdi. Ona görə də, həmin evi almaq istəyirdi. Halbuki, evin real dəyəri ondan da artıqdır – bir milyon civarındadır. “Vorovski”də yerləşən üç mərtəbəli evdir. Hamı başa düşür ki, girovda olan əmlakın dəyəri ödəniləndən sonra əmlak girovdan azad edilir. İddiaçı da bunu bildiyini təsdiq edir. Lakin sonradan ehtiyat etdiyini bildirir. Yaxşı, iddiaçı bir dəfə ehtiyat etdi – bir məktub təqdim edildi, ikinci dəfə ehtiyat etdi – ikinci məktub təqdim edildi. Yenə inanmadı – iddiaçının kürəkəni getdi Əmanətlərin Sığortalanması Fondunda və ona orda səlahiyyətli şəxs tərəfindın izah edilmişdir ki, 400.000 manatı ödəyin - əmlak girovdan azad olunsun. Əmanətlərin Sığortalanması Fondu – dövlət qurumudur, kommersiya hüquqi şəxs deyil, qeyri-hökümət təşkilatı deyil. Tərəflər arasında olan danışıqlarda İddiaçı növbəti narahatlığı ondan ibarət olmuşdur ki, evin yüklülüyü ilə əlaqədar müvafiq məhkəmə qərarı olmalıdır, Füzuli Cəfərov həmin qərarı da iddiaçıya təqdim edib. Bu məhkəmədə şahid qismində dindirilmiş vasitəçinin sözləri ilə də təsdiq olunur. Bundan əlavə iddiaçı iddia edir ki, 400.000 manat Cavabdeh adına keçiriləndən sonra, onun həmin pulu Əmanətlərin Sığortalanması Fonduna ödəməmək kimi imkanı var idi. Halbuki, bu mümkün deyil. Əmanətlərin Sığortalanması Fondu tərəfindən notariat kontoruna müvafiq məktub göndərilib və həmin məktubda qeyd olunub ki, evin özgəninkiləşdirilməsi yalnız 400.000 manatın məktubda qeyd olunan bank hesabına köçürülməsi şərtilə mümkündür. Yəni həmin məbləğ notariusun depozit hesabından birbaşa Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürüləcəkdir. Füzuli Cəfərov son məktub alınan gündən 2 ay 28 gün iddiaçının evi almasını gözləyib. xx.xx.2021-ci il tarixdə isə evi Əmanətlərin Sığortalanması Fondunun özünün gətirdiyi adama 400.000 manata satıb. Halbuki, iddiaçıya evi 580.000 manata satmalı idi. Girovda olan əmlakın alqı-satqısı üçün yalnız bir qayda var, ikinci bir qayda yoxdur və iddiaçı bunu bilirdi. Füzuli Cəfərovun əlində 400.000 manatı olsa idi, elə həmin pulu özgəninkiləşdirmədən əvvəl ödəyib, evi üç qat bahasına satardı. Onda həmin pul olmadığına görə, dəyər-dəyməzə satmaq qənaətinə gəlir və belə olan halda təklif olunan alqı-satqı forması qanunvericiliyə görə yeganə mümkün olan formadır. Hər hansı bank girovda olan əmlakın pulu ödənilmədən həmin əmlakı girovdan azad etməz. Bundan əlavə iddiaçının kürəkəni məhkəmə iclasında bidirdi ki, onların pulu yox idi və düşünürdülər ki, alınan evi ipoteka ilə alsınlar. Halbuki, bu absurd bir fikirdir. İlkin öhdəlik ödənilmədən heç bir bank əmlakın yenidən yüklü edilməsinə razılıq verməz. Belə ki, həmin vəziyyətdə ilkin yüklülük artıq faktiki olaraq əhəmiyyətini itirmiş olur. İddiaçı deyir ki, güya Füzuli Cəfərovu tapa bilməyib. Yalandır. Füzuli Cəfərovun ünvanı bəlli, telefon nömrəsi bəlli, kimnənsə gizlənən adam da deyil. İddiaçı dəfələrlə cavabdehin evinə gedib-gəlib. Problem başqa məsələdə idi. İddiaçı, kürəkəni və kürəkəninin atası arasında evin pulunun kim tərəfdən ödəniləcəyi barədə narazılıqlar yaranmışdır. Ona görə nəticə etibarilə həmin ev alınmayıb. Ondan sonra keçiblər başqa variantlara – başlayıblar polisə şikayət etmək ki, Füzuli Cəfərovla rieltorla əlbir olaraq iddiaçıya qarşı dələduzluq ediblər. Həmin materialların məhkəməyə təqdim edilməsinə vaxt çatmadı. Onlar təqdim edilsəydi – tam başqa məsələlər çıxacaqdı ortaya. Evin iddiaçıya satılmamasının səbəbkarı cavabdeh deyil, iddiaçı özüdür. Belə ki, beh verən iddiaçı beh üzrə edilməli olan sonrakı hərəkətlərin edilməsi üçün getməyib. Mülki qanunvericiliyin behə dair müddəalarında beh alan tərəfin əmlak satıldıqda beh verən tərəfə məlumat verməli olması kimi öhdəliyi nəzərdə tutulmamışdır. Satıcı 4 ay gözləyib və bundan sonra evi başqa şəxsə satıb, ev də dərhal girovdan azad edilib. Hətta ondan sonra ev artıq başqa şəxsə də satılıb. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Beh müqaviləsindən görünür ki, müqavilə satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən, alıcı tərəfindən 30000 manat pulun notariusun "GünayBank” ASC-də açılan depozit hesabı vasitəsilə satıcı Cavabdeh ödənilməli; satıcı Cavabdeh isə fərdi yaşayış evi və torpaq sahəsinin alqı-satqısı üçün sənədlərini hazırlamağı, sənədlər hazır olduqdan sonra Bakı şəhəri, ünvan 3 ünvanındakı fərdi yaşayış evini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Məhkəmənin sorğusuna əsasən tələb edilmiş notariat işinin materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh məxsus satılacaq ev "xxxx" ASC-də ipoteka ilə yüklüdür. İş materiallarında olan Cavabdeh nümayəndəsi X8 tərəfindən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə aşağıdakılar göstərilmişdir: “ ... "xxxx" ASC ilə X15 arasında bağlanmış kredit müqaviləsi üzrə, Cavabdeh adına olan ünvan 6 ünvanında yerləşən əmlak girov qoyulmuşdur. Yazıb Sizdən xahiş edirəm ki, qeyd olunan əmlakı 400000 manata satılaraq girovda qalmaq şərti ilə alqı satqı edilməsinə razılıq verəsiniz”. İş materiallarında olan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********475 saylı və xx.xx.2021-ci il tarixli, **********479 saylı məktublarında aşağıdakılar göstərilmişdir: “ ... ləğv prosesində olan "Gəncəbank” ASC ilə X15 arasında bağlanmış kredit müqavilələrinin təminatı kimi Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, 2-ci döngədə yerləşən 13 nömrəli ev İpoteka müqaviləsi əsasında ləğv prosesində olan “Gəncəbank" ASC-nin xeyrinə ipoteka ile yüklü edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(044)- 117/2018 saylı qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixə borcalanın banka xx.xx.2013-cü il tarixli 93 saylı kredit müqaviləsi üzrə 2.775.250.07 manat, xx.xx.2014-cü il tarixli 21 saylı kredit müqaviləsi üzrə 2.759.606.80 manat, xx.xx.2014-cü il tarixli 89 saylı kredit müqaviləsinə əsasən 1.330.788.87 manat və 61 manat dövlət rüsumu borc öhdəliyi mövcuddur. "İpoteka haqqında" Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bitər. "İpoteka haqqında" Qanunun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verilə bilər. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələrini daşıyır. Qeyd olunanlara əsasən ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, 2-ci döngədə yerləşən 13 nömrəli evi satılaraq əldə olunan vəsaitin bank, notarial, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra 400.000 manat məbləği aşağıda qeyd olunan bank və hesablaşma hesabına (müxbir hesabına) köçürülməsi və girovda qalması şərtilə özgəninkiləşdirilməsinə etiraz etmirik”. İş materiallarında olan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********78 saylı məktubda aşağıdakılar göstərilmişdir: “ ... "xxxx" ASC ilə X15 arasında bağlanmış kredit müqavilələrinin təminatı kimi Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, 2-ci döngədə yerləşən 13 nömrəli evin alqı-satqı olunması məqsədilə Notariat kontoruna Əmanətlərin Sığortalanması Fondu tərəfindən razılıq məktubu verilmişdir. Razılıq məktubuna əsasən qeyd olunan əmlak 400.000 (dörd yüz min) manat məbləğində pul vəsaiti ödənilməsi və girovda qalması şərti ilə özgəninkiləşdirilməsinə etiraz olunmadığı bildirilmişdir. Bildiririk ki, alqı-satqı müqaviləsinə əsasən qeyd olunan məbləğ Əmanətlərin Sığortalanması Fonduna daxil olunduğu zaman əmlak girovdan azad olunacaqdır”. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 09/K2019 saylı Əsas kredit müqaviləsindən görünür ki, həmin müqavilə “X16” ASC ilə X9 arasında bağlanmış və həmin müqaviləyə əsasən borc verənin borc alana 504000 manat məbləğində, illik maksimum 28%, minimum 1 ay, maksimum 120 ay müddətinə xx.xx.2031-ci il tarixədək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə Kredit Müqaviləsi bağlanmaqla kredit verilməsi razılaşdırılmışdır. Müqavilənin özü iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsə də, məhkəməyə təqdim edilmiş digər sənədlərən görünür ki, “X16” ASC ilə X9 arasında xx.xx.2021-ci il tarixli, 52G/21 saylı Əlavə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən sonuncuya 168000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bakı şəhərinin xüsusi notariusu E.H.Qurbanov tərəfindən “X16” ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 665 saylı məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 148 - X9 notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 166320 manat məbləğində pulu müvafiq müqavilə tərəfimdən təsdiq edildikdən sonra Bakı şəhəri, Zakir Fərzəliyev küçəsi, 2-ci döngə, ev 13 - Cavabdeh verilməsi üçün “GÜNAY BANK " da olan AZ30GUNA******************** №-li depozit hesabıma qəbul olunmasını xahiş edirəm”. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə X3 arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, 2-ci döngədə yerləşən, mülkiyyətdə olan 0,04225 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 260 kv.m., yaşayış sahəsi 210,7 kv.m., yardımçı sahəsi 49,3 kv.m. olan altı otaqlı 13 nömrəli fərdi yaşayış evini 400316,87 manat qiymətinə X1. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində məhkəməyə bildirdi ki, o, iddiaçının kürəkənidir, bu məsələlərin səbəbkarı odur, faktiki alıcı qismində o iştirak etmiş, beh verilən pul da onun pulu idi, lakin ev qayınatası İddiaçı adına alınacaqdır. Özü ali təhsilli mühəndisidr. Bina.az saytında elan gördü. İlk olaraq evin dəyəri 620.000 manat qeyd olunmuşdur. “Makler”lə əlaqə saxladı və bildirdi ki, evi almaq istəyir. O, gedib evə baxanadək gördü ki, elanda qiymət dəyişdirildi, oldu 600.000 manat. “Makler” ona bildirdi ki, satıcıya təcili pul lazımdır, ona görə evi satır. O da həmin evi ipotekaya salmaq istəyirdi. “Makler”lə görüşdü, getdi həmin evə baxdı, ev xoşuna gəldi. Soruşdu ki, evin nə problemi var ki, dəyəri birdən-birə 20.000 manat aşağı salınıb. Ona cavab verdilər ki, ev girovdadır. Ondan sonra o, evdə qayınatası və atasına bu barədə məlumat verdi və sonrakı danışıqlarda artıq qayınatası və atası iştirak edib, beh müqaviləsi də qayınatası ilə bağlanıb. Əvvəl 5000 manat beh verilməsi nəzərdə tutulub, lakin sonradan gecəynən “makler” onlara dedi ki, satıcı əlavə 25000 manat istəyir, belə ki, gömrükdə nəsə malı var, həmin malları çıxarmalıdır. Onlar evin girovda olmasını beh verənədək bilsələr də, bilmirdilər ki, ev “problemli kreditlərdədir”. Elə bilirdilər ki, adi ipotekadır və 400.000 manat ödənilməklə ev girovdan azad olunacaq. Evin borca görə girovda olmasını beh verəndən sonra bildirlər. Beh müqaviləsi bağlananədək Əmanətlərin Sığortalanması Fonduna getməyiblər, evin statusu ilə maraqlanmayıblar. Alqı-satqıya gedəndə məktub verildi ki, ev girovdadır, külli miqdarda borc var və həmin borc ödənilməmiş ev alqı-satqıya getsə belə, girovda qalacaq. İkinci məktub onlarda ona görə şübhə yaratdı ki, idarə heyətinin sədri tərəfindən imzalanmamışdır. O, Füzüli Cəfərovla bir dəfə özü şəxsən Əmanətlərin Sığortalanması Fonduna gedib. Şəhriyar adında “makler” da onlarla getmiş və bütün danışıqların şahidi olmuşdur. Orada bir məsul şəxslə görüşdülər. Həmin şəxs onlara bildirdi ki, 400.000 manat məbləğində borcun ödənilməsi şərtilə alqı-satıq mümkündür, lakin ev borc ödənilənədək girovda qalacaq. Bu onu qane etmədi. Satıcıya dedi ki, sənədləri tam qaydasına sal sonra alqı-satqıya gedək. Evin dəyəri barədə onlar 580.000 manata razılaşmışdırlar. Həmin məbləğin 180.000 manatı satıcının özünə verilməli idi. Ondan sonra o, şəxsi mənzilini qoydu ipotekaya və bankdan bu evin alınması üçün kredit götürdü. Həmin krediti 2021-ci ilin iyulunda götürdü, satıcıdan xəbər çıxmadığından bir ay sonra pulu geri qaytardı. Belə ki, mövcud olan sənədlərlə alqı-satqı onlarda şübhə yaradırdı. Ona görə ki, məktubda evin tam borc bağlanandan sonra girovdan azad olunacağı göstərilmişdir. Heç kim alacağı evin girovda qalmasını istəməz. Əmanətlərin Sığortalanması Fondunda ona dedilər ki, 400.000 manat Fond tərəfindən notariusa göndərilmiş məktubda göstərilmiş hesaba ödənilməlidir. Onlar da satıcıya dedilər ki, özün evi girovdan çıxart, sonra gəl alqı-satqını edək. Evin artıq başqa şəxsə satılmasını məhkəməyə müraciət etməmişdən bir-iki ay əvvəl həmin evin yaxınlığında yerləşən avtoservisə gedəndə bildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində məhkəməyə bildirdi ki, o, cavabdehin əridir. Ev bankda ipotekada idi və qərar çıxarılmışdır ki, evin dəyəri banka ödənilməlidir. O da həmin evi satışa çıxarmışdır. Əsvər müəllim qudası və vasitəçi ilə birlikdə gəlmişdirlər evə baxmağa, evin qiymətini soruşdurlar, onlara bildirildi ki, ev Gəncəbank-da girovdadır, hal-hazırda həmin bank bağlanıb və o bankın bütün səlahiyyətləri verilib Əmanətlərin Sığortalanması Fonduna. Evin qiymətini onlara 600.000 manat dedi. Onlar da cavab verdilər ki, 600.000 manata gücləri çatmır, belə olsa gərək kredit götürsünlər, 20.000 manatları çatmır. O da qiyməti 580.000 manatadək endirdi. Onlara bildirildi ki, ev 400.000 manata qiymətləndirilib və 400.000 manat banka ödənilməlidir ki, ev ipotekadan azad olunsun. Alıcı buna razılaşdı. Ondan sonra getdilər notariusa və beh müqaviləsi bağladılar, Əsvər müəllim 30.000 manatı verdi. Behin məbləği ona görə yüksək müəyyən edilmişdir ki, o, iddiaçıya 20.000 manat endirim etmişdir və özü də başqa evə beh verməli idi. Bundan sonra o gedib Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada ərizə ilə müraciət etdi, onun ərizəsinə komitə iclasında baxıldı, qərar qəbul edildi və həmin qərarın bir nüsxəsini ona təqdim etdilər. Əsvər müəllim dedi ki, birdən pulu ödəyər, bank da evi girovdan azad eləməz. O, təzədən iddiaçıları gətirən vasitəçi ilə getdi Əmanətlərin Sığortalanması Fonduna, orda şöbə müdiri onun ərizəsinə əsasən zəmanət məktubu verdi ki, evin dəyəri ödəniləndən sonra ev girovdan azad ediləcək. Belə ki, ipotekada olan əmlakın dəyəri ödənilməsə, həmin əmlak girovdan azad edilə bilməz. Şöbə müdiri bunları vasitəçiyə də izah elədi. Bundan bir neçə gün keçəndən sonra yenə dedilər ki, birdən vəsaiti ödəyərik ev də girovdan çıxmaz. Bu məsələnin yenidən danışılması üçün belə qərara gəldilər ki, bir yerdə Əmanətlərin Sığortalanması Fonduna getsinlər. O, vasitəçi və iddiaçının kürəkəni ilə birlikdə getdilər Əmanətlərin Sığortalanması Fonduna və orada onlara yenidən izah etdilər ki, verdikləri məktub ona zəmanətdir ki, 400.000 manat ödəniləndən sonra əmlak girovdan azad olunacaq. Əsvər müəllimin kürəkəni bir neçə sual verdi, Azər müəllim adında şöbə müdiri də hər şeyi ətraflı izah etdi. Bildirildi ki, qeyd olunan məbləğ ödəniləndən sonra evin girovda qalması mümkün deyil və bunu imzalı, möhürlü məktub təsdiq edir. İddiaçının kürəkəninə izah edildi ki, komitə iclasında qəbul edilmiş qərarda hesab nömrəsi qeyd olunub və 400.000 manat həmin hesaba ödənilməlidir. Bildirildi ki, ödənilən vəsait ilkin olaraq notariusun depozit hesabına ödənilməli, həmin hesabdan da notariusun ödəniş tapşırığı ilə pul köçürüləcək Əmanətlərin Sığortalanması Fondunun verdiyi hesaba. Satıcının həmin pula hər hansı bir formada çatmaq imkanı olmayacaq. Ondan sonra alıcı tərəf bir neçə dəfə də evlərinə gəldilər. O, artıq evin içini tam olaraq sökmüşdür, təhvil verməyə hazır vəziyyətə gətirmişdir. Yenə müəyyən danışıqlar apardılar. Bu məsələlər bir müddət çəkdi. Sonuncu dəfə gələndə dedilər ki, evi alası olmadılar. O da alıcıya bildirdi ki, axı bütün sənədləri hazırlayıb, evi söküb hazır vəziyyətə gətirib, evində iki azyaşlı qız uşağı var – onlar neçə aydır yerdə yatır ki, evin mebelləri sökülüb, çıxarılmağa hazırlanıb. Bundan əlavə Əmanətlərin Sığortalanması Fondundan da onu sıxışdırırlar ki, məktub verildi bəs ev niyə satılmadı, elə bilirlər ki, məsələni gəsdən özü uzadır. Eyni zamanda özü də bu evdən çıxandan sonra ailəsini yığmağa yeri olsun deyə, başqa bir ev üçün beh verib. Buna baxmayaraq onlar qəti surətdə dedilər ki, evi almırıq. Sonuncu dəfə onlar onun evinə sentyabr ayında gəlmişdirlər. Hətta iddiaçı ilə gələn qudası iddiaçıya bildirdi ki, gedin bu işi qurtarın. Buna baxmayaraq bir neçə gün sonra iddiaçı ona zəng edərək bildirdi ki, narahatdır, şübhələnir, riskə getmək istəmir. O da iddiaçıya bildirdi ki, evin sənədləri qaydasındadır. Evi almaq istəyirlərsə, gəlsinlər pulunu ödəsinlər, alqı-satqı baş tutsun. Razı olmadı və behin qaytarılmasını istədi. O da behin qaytarılmasına razı olmadı və dedi ki, evi almırlarsa başqasına satacaq. Oktyabr ayında Əmanətlərin Sığortalanması Fondu özü bir alıcı gətirdi, evin dəyəri 400.000 manata razılaşdırıldı və ev Fəxrəddin adında bir adama satıldı. Nəticə etibarilə o, 180.000 manat itirmiş oldu. Belə ki, iddiaçı ilə 580.000 manata danışmışdırlar. Hətta o, iddiaçıya demişdir ki, bankın 400.000 manatını ödəyin əsas, 180.000 manatın ödənilməsini bir az gözləyər, onlara möhlət verər. X17 satılandan sonra dərhal girovdan azad edilib və hal-hazırda artıq onun tərəfindən başqa şəxsə də satılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində məhkəməyə bildirdi ki, o, daşınmaz əmlakların alqı-satqısı sahəsində vasitəçi qismində çalışır. 2017-ci ilədək bank işçisi kimi fəaliyyət göstərib. Bu işdə də vasitəçi olmuşdur. Həmin ev onun vasitəsilə tapılıb və tərəflərin görüşü təşkil edilib. Evdə görüşüblər. Evin qiyməti 600.000 manat müəyyən edilib. Ev girovda olduğuna görə dəyərindən çox aşağı satılırdı. Bu gün bazara çıxarılsa 700-750.000 manata satıla bilər. Görüşə gələndə alıcıya demişdir ki, 5000 beh gətirin üstünüzdə. Görüşdə Əsvər müəllim bildirdi ki, müəyyən sıxıntıları var və satıcı tərəfindən evin dəyəri 580.000 manata endirildi. Eyni zamanda satıcı alıcıya bildirdi ki, banka ödənilməli olan 400.000 manatdan əlavə olan hissənin ödənilməsini gözləyə bilər. Beh müqaviləsi bağlananadək Füzuli müəllim onlara demişdir ki, bu məsələ bir az çəkəcək. Ona görə ki, o, Əmanətlərin Sığortalanması Fonduna müvafiq ərizə ilə müraciət etməli idi. Belə ki, ev girovda olduğuna görə, alqı-satqının həyata keçirilməsi üçün bankın və ya bank qismində çıxış edən təşkilatın razılığı olmalıdır. Təxminən ki aya razılaşdılar prosesin həll edilməsinə. Behə gəldikdə satıcı dedi ki, beh məbləği yüksək olsun ki, o da gedib işlərini həll edə bilsin. Əsvər müəllim bildirdi ki, 30.000 manat verməyə razıdır və hər hansı müqaviləyə də ehtiyac yoxdur, sözə inanır. 5000 manatı dərhal verdi, 25000 manatı da göndərəcəkdir, lakin o, bunun nəticədə problem ola biləcəyini bilərək müqavilənin notariat qaydasında bağlanmasına təkid etdi və tam məbləğ notariat kontorunda verildi. Füzuli müəllim müraciət etdi Əmanətlərin Sığortalanması Fonduna, bir neçə gün sonra ona məktub verdilər. Məktubda qeyd olunmuşdur ki, ev girovda ola-ola alqı-satqı edilə bilər. Həmin məktubun məzmunu ilə alıcı və satıcı tanış oldu. Notariusu məktubun məzmunu qane edirdi. Ümumiyyətlə həmin gün əslində alqı-satqı müqaviləsi bağlanacaqdır. Sadəcə notarius sənədlərin əslini tələb etdi, Füzuli müəllim sənədlərin əslini dərhal təqdim edə bilmədi başqa notariusda olduğuna görə və həmin qısa müddətdə artıq alıcı bildirdi ki, məktubun məzmunu onları qane etmir. Əsvər müəllim ona zəng elədi ki, narahatam, ev birdən girovdan çıxmaz, ona görə ki, ortada borc var. O da Əsvər müəllimə bildirdi ki, Əmanətlərin Sığortalanması Fondu məktub verib və problem olmamalıdır. Amma yenə də məsələnin dəqiqləşdirilməsi üçün Əsvər müəllimin kürəkəni Şəhriyar və Füzuli Cəfərovla birlikdə Əmanətlərin Sığortalanması Fonduna getdilər. Orada onlar Məhkəmələrlə iş üzrə şöbənin müdiri Azər müəllimlə görüşdülər. O, bir köməkçisini də çağırdı və onlara izah elədi ki, məhkəmə qərarı var, 400.000 manat onlara ödəniləndən sonra ev girovdan çıxarılacaq. Bu evə təyin edilən borc 400.000 manatdır və həmin pul ödənilən kimi ev girovdan azad olunacaq. Yenə də Şəhriyar dedi ki, onlar narahatdılar ki, ev girovdan çıxmaya bilər, Azər müəllim də onlara bildirdi ki, Əmanətlərin Sığortalanması Fondu dövlət qurumudur və zəmanət məktubu verir. Narahdırlar – elə indi ödəsinlər 400.000 manatı, bu dəqiqə əmlakın girovdan azad olunması üçün məktub onlara verilsin. Bundan sonra yenə danışdılar və belə qərara gəldilər ki, başqa bir məktub verilsin və o məktubda dəqiqliklə qeyd olunsun ki, ev girovdan çıxacaq. Belə bir məktub verildi. O məktub yenidən alıcıya təqdim olundu. Həmin məktubun məzmunu hətta o, notariusla məsləhətləşərək özü demişdir ki, gələcəkdə hər hansı problem yaranması ehtimalı olmasın. Yenə evdə görüşdülər. Əsvər müəllim satıcıya bildirdi ki, borclar var ortada, ola bilsin ki, bank sizi də, bizi aldadır və ev girovdan çıxmaz, məhkəmə qərarı da olmalıdır evin satışı ilə bağlı. Füzuli müəllimdə həmin qərar var idi. O, qərarı çıxarıb Əsvər müəllimə göstərdi. Ondan sonra razılıq kimi bir şey oldu, alıcı tərəf dedi gedək bir yenə araşdıraq. Amma hər hansı araşdırma olmadı, evi almaqdan imtina etdilər. O da vasitəçi olaraq nə alıcıya, nə də satıcıya hər hansı təzyiq edə bilməzdi. Hər şey sırf alıcının iradəsinə bağlı idi. Sonradan xəbər tutdu ki, ev başqa bir şəxsə satılıb. Bu onların vasitəsilə olmayıb. Əsvər müəllim ilə sonuncu dəfə əlaqəsi təxminən avqustun-sentyabr arası olub. O, xəstəxanada əməliyyatdan sonra müalicə alırdı və Əsvər müəllim zəng eləyib onu satıcı ilə əlbir olmasında ittiham etdi. Ondan sonra öyrəndi ki, Əsvər müəllim ondan polisə şikayət edib. Polisdən çağıralanda gedib izahatını verdi və bununla da onun bu işlə bağlılığı yekunlaşdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Mülki Məcəllənin 491.2-ci maddəsinə müvafiq olaraq, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 492.1-ci maddəsinə görə, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən isə, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı beh müqaviləsi bağlanmamışdan və tərəfindən 30000 manat məbləğində beh ödənilməmişdən əvvəl satılan evin girovda olmasından xəbərdar idi. Evin mülkiyyətçisinin əri Füzuli Cəfərov tərəfindən İddiaçı və onunla evə baxmağa gələn digər şəxslərə bu məsələlər barədə ətraflı məlumat verilmişdir. İddiaçı ipoteka ilə yüklü edilmiş evin alınmasına razılığını vermiş və hətta 30.000 manatın notariat qaydada müqavilə bağlamadan verilməsinə razı idi, lakin vasitəçi beh müqaviləsinin notariat qaydasında bağlanmasına təkid etdi. Beh müqaviləsi bağlanarkən Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış alınmış və əmlakın ipoteka ilə yüklü edilməsi öz təsdiqini tapmışdır. Bundan sonra Cavabdeh nümayəndəsi X8 tərəfindən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edilmiş və Cavabdeh adına olan ünvan 6 ünvanında yerləşən əmlakın 400000 manata satılmasına razılıq verilməsini xahiş edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən müvafiq razılıq verilmiş, lakin həmin razılıq məktubunun məzmunu alıcını qane etməmişdir. Alıcını razı salmaq üçün satıcı tərəfindən Əmanətlərin Sığortalanması Fondundan daha geniş məzmunda razılıq məktubu alınmış, eyni zamanda alıcının kürəkəni və vasitəçi satıcı ilə birlikdə Əmanətlərin Sığortalanması Fonduna getmiş və onlara məsul şəxs tərəfindən izah edilmişdir ki, 400.000 manat Fondun verdiyi hesab nömrəsinə ödənilən kimi əmlak girovdan azad olunacaq. Buna baxmayaraq iddiaçı yenə də razı olmamış və bildirmişdir ki, evi yalnız girovdan azad olunmuş şəkildə ala bilər. Eyni zamanda iş materiallarından görünür ki, evin alınması üçün iddiaçının kürəkəni xx.xx.2021-ci il tarixdə 168.000 manat kredit götürmüş və həmin şəxsin öz sözlərinə görə, 1 ay sonra – avqust ayında həmin pul banka geri qaytarılmışdır. Yəni iş materiallarından göründüyü kimi, satıcı beh müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmiş, evə dair sənədləri evin alqı-satqısı üçün hazır vəziyyətə gətirmiş, ipoteka saxlayanın razılığını almış, lakin alıcı beh ödəməmişdən əvvəl evin girovda olmasını bilsə də, alqı-satqıdan bu əsasla faktiki olaraq imtina etmişdir. Əmanətlərin Sığortalanması Fondunun razılığı xx.xx.2021-ci il tarixdə alınsa da, satıcı tərəfindən ev başqa şəxsə alıcı ilə çoxsaylı danışıqlar bir nəticə verməyəndən sonra xx.xx.2021-ci il tarixdə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyır və behin iki mislinin ödənilməsi üçün hər hansı əsas yoxdur. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı İsmayil oğlu Cavabdeh qarşı behin iki mislinin qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2803/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2803/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver