Məhkəmə qərarları › İş №e-2(001)-2807/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2807/2023

18.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2807/2023 18.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə (MMC) qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Vaqil oğlu ilə Cavabdeh MMC arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı “Satış təmsilçisi” vəzifəsinə qəbul edilmiş, 2020ci ilin noyabr ayında “bölgə müdirliyi” vəzifəsinə keçirilmişdir. Cavabdeh tərəfindən verilmiş 10 sentyabr 2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülməklə xitam verilmiş, iddiaçı işdən azad edilmişdir. İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması barədə cavabdeh tərəfindən qəbul edilmiş əmrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin əsası: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19 sentyabr 2019-cu il tarixindən etibarən Cavabdeh MMC-də “satış təmsilçisi” vəzifəsi üzrə üzrə çalışmışdır. 2020-ci ilin noyabr ayında “bölgə müdirliyi” vəzifəsinə təyin edilmişdir. Çalışdığı müddət ərzindən öz vəzifəsini lazımi qaydada realizə etmişdir. 2021-ci ilin iyun ayının 15-də cavabdehlə aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət etsə də, əmək münasibətlərinə xitam verilməmişdir. Belə olduğu təqdirdə iddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən pozulan hüquqlarının bərpası, yəni əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması, son haqq-hesabının, yəni əmək müqaviləsinə xitam verilməsinə dair ərizə verdiyi 25 iyun 2021-ci il tarixdən qətnamə qəbul edilən günədək aylıq əmək haqqı olan 600 manat pul vəsaitinin hesablanaraq ona verilməsi, 2019-cu ayın sentyabr ayının 19-dan 2021-ci ilin iyun ayının 15-dək istifadə olunmamış məzuniyyət müddətinin orta əmək haqqına müvafiq hesablanıb ona verilməsi, amortizasiya xərcləri üçün nəzərdə tutulmuş və ödənilməmiş 300 manat pul vəsaitinin, eyni zamanda tərəfindən həyata keçirilmiş ümumi satışdan əldə olunan məbləğin 2%-i miqdarında pul vəsaitinin cavabdehdən alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(007)- 210/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətinin və əmək kitabçasının İddiaçı rəsmi qaydada təqdim olunması, 15 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla (7 ay 26 gün x 600 manat = 4727 manat) cəmi 4727 manatın Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, istifadə olunmayan məzuniyyətə görə kompensasiyanın MMC tərəfindən hesablanaraq iddiaçıya verilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3367/2022 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(007)- 210/2022 nömrəli qətnaməsinin Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətinin və əmək kitabçasının iddiaçıya rəsmi qaydada təqdim olunması” hissəsində ləğv edilməsi, İddiaçı “əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması” tələblərinin təmin olunmaması, qətnamənin “15 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla (7 ay 26 gün x 600 manat = 4727 manat) cəmi 4727 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində dəyişdirilməsi, Cavabdeh MMC-dən 16 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla, 4700 manatın (7 ay 25 gün x 600 manat = 4700 manat) tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(102)-4573/2022 saylı qərarına əsasən, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3367/2022 nömrəli qətnaməsi əmək haqqının tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh MMC-dən 16 iyun 2021-ci il tarixdən 11 fevral 2022-c il tarixədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla, 4700 manat pulun (həmin məbləğdən qanunvericiliklə müəyyən olunmuş vergilər, sosial sığorta və s. ödəmələr çıxılmaqla) tutularaq İddiaçı ödənilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3367/2022 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən qanuni qüvvəsini almış yekun akta müvafiq olaraq iddiaçıya cavabdeh tərəfindən məktub (xx.xx.2022-ci il tarixli 09 saylı, xx.xx.2022-ci il tarixli 10 saylı bildiriş) göndərilmiş, xx.xx.2022-ci il tarixində həmin məktuba iddiaçı tərəfindən cavab təqdim edilmişdir. Həmin məktubda iddiaçı xx.xx.2019-cu il tarixli bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının 68-ci maddəsinin 2-ci bəndinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilməsini xahiş etmişdir. Buna baxmayaraq daha sonra iddiaçıya aydın olmuşdur ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağı barədə əmr ləğv edilməmişdir. Məhkəmədə icraat: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, izahatında göstərdi ki, iddiaçı 15 iyun 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, yəni işçinin xahişi ilə xitam verilməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən ərizəyə qiymət verilməmişdir. Sonradan iddiaçı cavabdehə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iddiası qismən təmin edilmiş, sonradan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, işə apellyasiya məhkəməsində baxıldıqdan sonra 02 və 03 sentyabr 2022-ci il tarixlərdə cavabdeh iddiaçıya bildiriş ünvanlayaraq, iddiaçıdan işə çıxmağı tələb etmişdir. 05 sentyabr 2022-ci il tarixdə iddiaçı cavabdehə məktub ünvanlayaraq, 15 iyun 2021-ci il tarixdə Cəmiyyətə ünvanlandığı işdən çıxma barədə ərizəsinin təmin edilmədiyini bildirmiş, ərizəsinə baxılmasını və onunla 19 sentyabr 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a yarımbəndinə əsasən xitam verilməsini xahiş etmişdir. Hələ iddia tələbinə Ali Məhkəmədə baxıldığından iddiaçı mübahisə yekunlaşana qədər ümumiyyətlə işə qayıtmağı fikirləşməmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qəbul edilmiş 10 sentyabr 2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçıya bu hal yalnız 18 yanvar 2023-cü il tarixdə məlum olmuş, belə ki, cavabdeh tərəfindən 10 sentyabr 2022ci il tarixli əmr iddiaçıya vaxtında göndərilməmişdir. Bundan sonra iddiaçı dərhal mediasiya təşkilatına müraciətlə bağlı cavabdehə təklif ünvanlamışdır. Yəni, iddia müddətinin buraxılmasından söhbət gedə bilməz. Sonda Vəkil göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, göstərmişdir ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixli əmrə əsasən əmək münasibətlərinə xitam verilmişdir. Onunla olan əmək münasibətlərinə xitam verilməsi üçün əsas sonuncunun heç bir üzürlü səbəb olmadan işə gəlməməsi olmuşdur. Elektron məhkəmə sisteminə əlavə edilmiş imzasız ərizədən görünür ki, Vahid öz istəyi ilə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı şirkətin adına ərizə yazmış, lakin həmin ərizə şirkətə göndərilməyib və şirkətə belə bir ərizə daxil olmamışdır. Əksinə Vahidə şirkət tərəfindən dəfələrlə işə çıxması ilə bağlı ərizələr, xəbərdarlıq bildirişləri göndərilmiş, sonuncu bunları nəzərə almamışdır. Həmin ərizənin əmək münasibətlərinə xitam verildiyi vaxtdan sonra tərtib edilməsi istisna edilmir. Bundan başqa nəzərə almaq lazımdır ki, İddiaçı ilə Şirkət arasında olan əmək münasibətlərinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, lakin o, əmək münasibətlərinə xitam verildiyi gündən bir ay ərzində məhkəməyə müraciət etmək hüququnun olmasına baxmayaraq, o, bu hüququndan onunla olan əmək münasibətlərinə xitam verildiyi vaxtdan 6 ay keçdikdən sonra istifadə edərək mediasiyaya, daha sonra məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Odur ki, İddiaçı hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən nəzərdə tutulmuş 1 aylıq iddia müddətini (6 ay ötürüb) ötürməsini nəzərə alaraq, onun hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilərək rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Tədqiq edilən sübutlar: - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 2(102)-4573/2022 saylı qərarından görünür ki:

1. 19 sentyabr 2019-cu il tarixli əmək müqaviləsi ilə İddiaçı Cavabdeh MMC-də “satış təmsilçisi” vəzifəsinə işə qəbul edilmiş, 11 noyabr 2020-ci il tarixdən əmək müqaviləsinə dəyişiklik edilərək “bölgə müdiri” vəzifəsinə keçirilmiş və əmək haqqısı 600 manat məbləğində müəyyən edilmişdir

2. Cavabdeh MMC-nin 16 iyun 2021-ci il tarixli əmri ilə İddiaçı iş yerində vəzifə öhdəliklərinə səhlənkar yanaşması nəticəsində tabeçiliyində olan işçilər tərəfindən müəssisəyə xeyli miqdarda ziyan vurulduğu əsası ilə vəzifəsindən kənarlaşdırılmışdır.

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən pozulan hüquqlarının bərpası, yəni əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması, son haqq-hesabının, yəni əmək müqaviləsinə xitam verilməsinə dair ərizə verdiyi 25 iyun 2021-ci il tarixdən qətnamə qəbul edilən günədək aylıq əmək haqqı olan 600 manat pul vəsaitinin hesablanaraq ona verilməsi, 2019-cu ayın sentyabr ayının 19-dan 2021-ci ilin iyun ayının 15-dək istifadə olunmamış məzuniyyət müddətinin orta əmək haqqına müvafiq hesablanıb ona verilməsi, amortizasiya xərcləri üçün nəzərdə tutulmuş və ödənilməmiş 300 manat pul vəsaitinin, eyni zamanda tərəfindən həyata keçirilmiş ümumi satışdan əldə olunan məbləğin 2%-i miqdarında pul vəsaitinin cavabdehdən alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. iddiaçı 15 iyun 2021-ci il tarixdə cavabdehə aralarında bağlanılan əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət etsə də, əmək münasibətlərinə xitam verilməmişdir. Əmək mübahisəsi ilə əlaqədar olaraq Cəmiyyətə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etsə də, mübahisə öz həllini tapmamışdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(007)- 210/2022 nömrəli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətinin və əmək kitabçasının İddiaçı rəsmi qaydada təqdim olunması, 15 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla (7 ay 26 gün x 600 manat = 4727 manat) cəmi 4727 manatın Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, istifadə olunmayan məzuniyyətə görə kompensasiyanın MMC tərəfindən hesablanaraq iddiaçıya verilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3367/2022 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovanın və V.N.Sadıqovun iştirakı ilə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(007)- 210/2022 nömrəli qətnaməsinin Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətinin və əmək kitabçasının iddiaçıya rəsmi qaydada təqdim olunması” hissəsində ləğv edilməsi, İddiaçı “əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması” tələblərinin təmin olunmaması, qətnamənin “15 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla (7 ay 26 gün x 600 manat = 4727 manat) cəmi 4727 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində dəyişdirilməsi, Cavabdeh MMCdən 16 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla, 4700 manatın (7 ay 25 gün x 600 manat = 4700 manat) tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(102)-4573/2022 saylı qərarına əsasən, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3367/2022 nömrəli qətnaməsi əmək haqqının tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh MMC-dən 16 iyun 2021-ci il tarixdən 11 fevral 2022-c il tarixədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla, 4700 manat pulun (həmin məbləğdən qanunvericiliklə müəyyən olunmuş vergilər, sosial sığorta və s. ödəmələr çıxılmaqla) tutularaq İddiaçı ödənilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3367/2022 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlandırılmış 02 sentyabr 2022-ci il tarixli bildirişdə göstərilmişdir ki, “sizin üzərinizdən kənarlaşdırılma götürülmüşdür. xx.xx.2022-ci il tarixdən işə çıxmalısınız.” - Cavabdeh tərəfindən iddiaçıya ünvanlandırılmış 03 sentyabr 2022-ci il tarixli bildirişdə göstərilmişdir ki, “sizin üzərinizdən kənarlaşdırılma götürülmüşdür. İşə çıxmalısınız. Zəhmət olmasa məlumat verəsiniz.” - İddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış 05 sentyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2022-ci il 09 saylı və xx.xx.2022-ci il 10 saylı bildirişinizə cavab olaraq qeyd etmək istəyirəm ki, xx.xx.2021-ci il tarixində Cəmiyyətə ünvanladığım işdən çıxma barədə ərizə təqdim edilmişdir. Odur ki, uzun müddətdən sonra göndərdiyim ərizəyə baxış keçirilməsini və məni xx.xx.2019-cu il tarixli bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının 68-ci maddəsinin 2-ci bəndinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verlməsini Sizdən xahiş edirəm.” - "xxxx" MMC (kuryer xidməti) tərəfindən iddiaçının vəkilinə ünvanlandırılmış məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə göndərdiyi məktubu xx.xx.2022-ci il tarixdə çatdırılıb. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlandırılmış 2022-ci ilin sentyabr tarixli bildiriş-xəbərdarlıqda göstərilmişdir ki, “sizə dəfələrlə müraciət olunaraq (xx.xx.2022-ci il tarixli 09 saylı və xx.xx.2022-ci il tarixli 10 saylı məktublar) işə çıxmağınız tələb olunmuşdur. Lakin, buna baxmayaraq, işə çıxmağınız tərəfimizdən hələ də təmin edilməmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, xx.xx.2022-ci il tarixdə işə çıxmadığınız təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsini ... rəhbər tutaraq sizinlə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam veriləcəkdir.” - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, iddiaçı müdiasiya sessiyası ilə bağlı təklifi cavabdehə 16 fevral 2023-cü il tarixdə ünvanlamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 2.

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; [2] əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69.

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, işin müəyyən olunan hallarına görə iddiaçı 19 sentyabr 2019-cu il tarixindən Cavabdeh MMC-də “satış təmsilçisi”, 2020-ci ilin noyabr ayında “bölgə müdirliyi” vəzifəsinə təyin edilmiş, 2021-ci ilin iyun ayının 15-də cavabdehlə aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət etsə də, əmək münasibətlərinə xitam verilməmişdir. Bundan sonra iddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması, son haqq-hesabının, yəni əmək müqaviləsinə xitam verilməsinə dair ərizə verdiyi 25 iyun 2021-ci il tarixdən qətnamə qəbul edilən günədək aylıq əmək haqqı olan 600 manat pul vəsaitinin hesablanaraq ona verilməsi, 2019-cu ayın sentyabr ayının 19-dan 2021-ci ilin iyun ayının 15-dək istifadə olunmamış məzuniyyət müddətinin orta əmək haqqına müvafiq hesablanıb ona verilməsi, amortizasiya xərcləri üçün nəzərdə tutulmuş və ödənilməmiş 300 manat pul vəsaitinin, eyni zamanda tərəfindən həyata keçirilmiş ümumi satışdan əldə olunan məbləğin 2%-i miqdarında pul vəsaitinin cavabdehdən alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(007)- 210/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətinin və əmək kitabçasının İddiaçı rəsmi qaydada təqdim olunması, 15 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla (7 ay 26 gün x 600 manat = 4727 manat) cəmi 4727 manatın Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulması, istifadə olunmayan məzuniyyətə görə kompensasiyanın MMC tərəfindən hesablanaraq iddiaçıya verilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)- 3367/2022 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(007)- 210/2022 nömrəli qətnaməsinin Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətinin və əmək kitabçasının iddiaçıya rəsmi qaydada təqdim olunması” hissəsində ləğv edilməsi, İddiaçı “əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması” tələblərinin təmin olunmaması, qətnamənin “15 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla (7 ay 26 gün x 600 manat = 4727 manat) cəmi 4727 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində dəyişdirilməsi, Cavabdeh MMC-dən 16 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla, 4700 manatın (7 ay 25 gün x 600 manat = 4700 manat) tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(102)- 4573/2022 saylı qərarına əsasən, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022ci il tarixli, 2(103)-3367/2022 nömrəli qətnaməsi əmək haqqının tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh MMC-dən 16 iyun 2021-ci il tarixdən 11 fevral 2022-c il tarixədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla, 4700 manat pulun (həmin məbləğdən qanunvericiliklə müəyyən olunmuş vergilər, sosial sığorta və s. ödəmələr çıxılmaqla) tutularaq İddiaçı ödənilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3367/2022 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə yazılı müraciət edərək onunla xx.xx.2019cu il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının 68-ci maddəsinin 2-ci bəndinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində cavabdeh onun barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq edərək onu işdən azad etmişdir. Qeyd olunmalıdır ki, işçi ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməsi üçün onun yol verdiyi pozuntunun konkret mənfi nəticələrə (əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya zərərin vurulmuş olması) səbəb olması tələb edilir. Maddədəki “zərər” ifadəsi “maddi zərər” olaraq qəbul edilməməlidir və maddədə mənfi nəticə dedikdə, yalnız zərər vurulması deyil, həm də əmək və icra intizamının normal ahənginin pozulmuş olmasının başa düşüldüyü öz əksini tapmışdır. Cavabdeh etirazda iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi üçün əsas kimi sonuncunun heç bir üzürlü səbəb olmadan işə gəlməməsini göstərmişdir. olmuşdur. Elektron məhkəmə sisteminə əlavə edilmiş imzasız ərizədən görünür ki, Vahid öz istəyi ilə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı şirkətin adına ərizə yazmış, lakin həmin ərizə şirkətə göndərilməyib və şirkətə belə bir ərizə daxil olmamışdır. Lakin bu halın hansı tarixdə (tarixlərdə) baş verməsinə, bununla bağlı hansı tədbirlərin görülməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Bununla yanaşı cavabdeh tərəfindən mübahisələndirilən əmrin məhz tərəflər arasında məhkəmədə iddiaçının əmək hüquqlarının bərpası ilə bağlı mübahisəyə baxıldığı dövürdə qəbul etməsi əsaslı görünmür. Etirazda iddiaçı tərəfindən öz istəyi ilə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı şirkətin adına yazılmış ərizənin şirkətə göndərilmməsi ilə bağlı cavabdehin dəlili də iş materialları ilə təkzib olunur. Belə ki, işdə olan CATDİRİLMA.COM” MMC (kuryer xidməti) tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə göndərdiyi məktubu xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Bu baxımdan məhkəmə iddiaçının dəlilləri ilə razılaşarq qeyd edir ki, təsadüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il Qərarı”nda qeyd olunmuşdur ki, “Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir.”. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixdə öz arzusu ilə işdən azad olunması barədə müraciətini nəzərə almamaqla yanaşı, onun əmək müqaviləsinə məhz xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini də əsaslandıra bilməmişdir. Cavabdeh tərəfindən İddiaçı hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən nəzərdə tutulmuş 1 aylıq iddia müddətini (6 ay ötürüb) ötürməsi ilə müraciətinə bağlı münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunan normaya əsasən məhkəmə müraciət üçün hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, müddətin axımı işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, həmçinin haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündən başlanır. İş üzrə mübahisələndirilən əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin iddiaçıya rəsmi qaydada hansı tarixdə təqdim olunması barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Digər tərəfdən iddiaçıya bu hal 18 yanvar 2023-cü il tarixdə məlum olduğundan xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürülmüş hesab edilməsinə əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması barədə cavabdeh tərəfindən qəbul edilmiş 10 sentyabr 2022-ci il tarixli əmr ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1 və 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki halda iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyinə görə, ödənilməli dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması barədə Cavabdeh MMC tərəfindən qəbul edilmiş 10 sentyabr 2022-ci il tarixli əmr ləğv edilsin. Ödənilməli dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar