Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2893/2025 04.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan 98530 manat maddi zərər, Mərkəzi Bankının uçot faiz dərəcələri ilə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) görə 200394 manat, mənəvi zərər (mənəvi təzminat) 30000 manat, Cavabdeh2 10500 manat və ödənilmiş dövlət rusumunun əvəzi olaraq 630 manat pul vəsaitini tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X2 ilə arasında mənzilin tikintisi ilə əlaqədar pay barədə 14 aprel 2008-ci il tarixdə bağlanmış 55 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh1 MTK ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1A blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət 6 saylı mənzili 18 aya istismara verərək “Payçı”ya təhvil verməyi, “Payçı” həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını, yəni hər kvadrat metr üçün 985,30 manat olmaqla ümumi məbləğin ilkin pay kimi 98530 manatı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MTK tərəfindən verilmiş 14 aprel 2008-ci il tarixli kassa mədaxil orderinə (qəbz) əsasən, İddiaçı ünvan 1 ünvanında 20 mərtəbəli yaşayış evinin 1A blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m. olan 6 saylı mənzilin pay dəyərini, 98530 manat (122000 ABŞ dolları) məbləğində pulu tam ödəmişdir. İddiaçı mənzildə ilkin təmir işləri aparmışdır (sayğacların quraşdırılması, mənzil daxili elektrik xəttlərinin çəkilməsi, santexnika işlərinin görülməsi, istilik sisteminin qurulması, bəzi sanitar qovşaq avadanlıqlarının alınaraq yerləşdirilməsi). Sayğaclara və qeyd olunan təmir işlərinin aparılmasına ümumilikdə 10500 manat pul xərcləmişdir. Cavabdeh1 Mənzil Tikinti Koperativinin sədri X1 ilə Cavabdeh2 arasında mənzilin tikintisi ilə əlaqədar pay barədə 07 mart 2016-cı il tarixdə sonradan bağlanmış 509 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh1 MTK ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1A blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət 6 saylı mənzili istismara verərək “Payçı”ya təhvil verməyi, “Payçı” həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını, yəni hər kvadrat metr üçün 1100 manat olmaqla ümumi məbləğin ilkin pay kimi 110000 manatı ödəməyi öhdəsinə götürmüşdür və 110000 manat məbləğində pulu ödəmişdir. İddiaçı öz mənzilinə təmir işlərini davam etdirmək üçün gəldikdə bir neçə nəfər ustanın mənzildə təmir işləri apardıqlarını görmüşdür. Bundan sonra iddiaçıya bəlli olmuşdur ki, ona məxsus mənzil sonradan Cavabdeh2 da satılmışdır. İddiaçı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nin üzərinə qoyulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə Cavabdeh1 MTK-nın hüquqi ünvanı üzrə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan, 3 otaqdan ibarət 6 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1943/2019 nömrəli, 29 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ünvan 4 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət mənzil 6-ya sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9991/2019 nömrəli, 24 iyul 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh1 MTK-nə qarşı “yaşayış sahəsindən istifadə, sahiblik hüququnun tanınması, mənzilin istifadəsinə və sahibliyinə verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən Cavabdeh2 mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 5 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət 6 saylı mənzilin İddiaçı təhvil verilməsinin Cavabdeh1 MTK-nə həvalə edilməsi qət olunmuşdur. Əlavə olaraq 1-ci instansiya məhkəməsi Cavabdeh1 Mənzil Tikinti Koperativinə Cavabdeh2 ilə aralarında bağlanmış 07 mart 2016-cı il tarixli 509 nömrəli müqaviləni mübahisələndirmək hüququ olduqlarını izah etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1487/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi cavabdeh "xxxx" MTK-nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5000/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında mənzilin 2016-cı ildə şirkətin təsisçilərindən olan İlham Qasımovun həbsindən sonra mübahisəli mənzilin satılmasının göstərməsinin hazırki işlə hansı əlaqəsinin olmasını, mübahisəli mənzilin həbs olunan şəxs barədə olan cinayət işi üzrə keçibkeçməməsini də aydınlaşdırmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası, eyni mənzilin iki şəxsə satılması ilə bağlı Cavabdeh1 MTKnın hərəkətlərində cinayət tərkibi olan rəhbər şəxslərinin məsuliyyətə cəlb olunması məqsədi ilə iş üzrə 2(102)-5000/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli xüsusi qərardad çıxarılaraq araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini qərara almışdır. İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2918/2021 nömrəli, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla, İddiaçı Cavabdeh1 MTK qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi” barədə iddiası rədd edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbuledilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-290/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əşyanı vicdanlı əldə etmə institutu daşınmaz əmlakın dövlət reyestri məlumatlarına güvənərək əldə edən şəxslərin hüquqlarının qorunmasına dair bir qaydadır. Belə ki, mübahisəli daşınmaz əmlakla bağlı reyestrdə aparılmış qeydiyyat hansısa səbəbdən əsassız olur, əldə edən bu halı bilmir, həmin qeydiyyatın həqiqiliyi və tamlığı prezumpsiyasına güvənərək əşya hüququ qazanır. Bu halda vicdanlı şəxsin etimadı qorunur. Hazırkı işdə mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi göstərilən maddi hüquq normalarına uyğun olmayıb. Məhkəmənin yol verdiyi digər bir pozuntu ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapmamış, mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmamışdır. Hazırki mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlmişdir. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı, tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14 aprel 2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan iddiaçı ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmadığı, əgər yaranmışsa iddiaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddiaçının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud Cavabdeh2 sahibliyinə verilib-verilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir. İddianın qanuni əsası kimi Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa Cavabdeh2 hüququnun yaranması aydınlaşdırılmalı, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır. Apellyasiya məhkəməsi isə iddianın həllinə dair gəldiyi qənaəti iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmamışdır. Bu hal isə maddi və prosessual hüquq normalarının pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir. İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3381/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla, İddiaçı Cavabdeh1 MTK qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi” barədə iddiası rədd edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, və iddianın təmin edilməsinə dair yekun qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-88/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, hazırkı işdə mübahisə predmeti olan mənzil ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün, apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi maddi hüquq normalarına uyğun olmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin yol verdiyi digər bir pozuntu ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapmamış və mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmamışdır. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələblərinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlmişdir. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı və tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14 aprel 2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan iddiaçı ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmadığı, əgər yaranmışsa iddiaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddiaçının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud Cavabdeh2 sahibliyinə verilib-verilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir. Əgər tərəflər arasında kooperativ üzvlüyü ilə bağlı deyil, podrat münasibətləri yaranmışsa bu zaman Mülki Məcəllənin 452-ci maddəsi baxımından dəyərləndirmə aparılmalıdır. Həmin normaya görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İddianın qanuni əsası kimi bu norma tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa Cavabdeh2 hüququnun yaranması aydınlaşdırılmalı, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi, iddianın həllinə dair gəldiyi qənaəti mülki iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmamışdır. Bu hal isə maddi və prosessual hüquq normalarının pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi İddiaçı kassasiya şikayətinin dəlillərini əsaslı saymış və hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2941/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni müqavilə münasibətləri çərçivəsində qiymətləndirməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, üçüncü şəxsin müqaviləsindən daha əvvəl, yəni 14 aprel 2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m. olan 3 otaqdan ibarət mənzil 6 İddiaçı tərəfindən dəyəri tam ödənilməklə, yəni 98530 manat məbləğində pul ödənilməklə alınmışdır. İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh1 MTK həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, yəni Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət 6 nömrəli mənzili iddiaçıya təhvil verməkdən imtina etməklə müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3984/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2941/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyasıməhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-647/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koperativinə və Cavabdeh2 qarşı“yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi”, “Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955-ci məhəllə, ev 21, 6 saylı mənzilə dair cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koperativi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 509 nömrəli müqavilənin etibarsız hesab edilərək həmin mənzilə dair ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh2 adına **********7 qeydiyyat nömrəsi ilə aparılmış 14 iyul 2022-ci il tarixli qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2364/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-647/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi 13(102)-311/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2024-сu il 28 avqust tагiхli, 2(102)- 236412024 nömrəli qərarından iddiaçı İsmayılov Аnаr Məmməd oğlu və vəkili İmanov Xaqani Qurbаn оğlunun verdiyi əlаvə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Рlеnumunа göndərilməsindən imtina edilmişdir. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində 10 ilə yaxın davam edən məhkəmə çəkişməsinin sonunda iddiaçı İsmayılov Аnаr Məmməd oğlu əmlakından məhrum olmaqla maddi zərər görmuşdur. İddiaçı ona dəymiş ziyanı Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot faiz dərəcələri ilə hesablamaqla müəyyən etmişdir. Belə ki, iddiaçı müqavilə bağlandığı il (2008) 98530 manat pul vəsaitini banka depozit olaraq yatırmış olsaydı və hər ay depozit faizlərinin və yatırmış olduğu pulun üzərinə Mərkəzi Bankının uçot faiz dərəcələri ilə hesablama aparılardısa 2025-ci ilin fevral ayına 298602 manat pul vəsaiti olmuş olardı. Bundan başqa 98530 manat pulu ərazi üzrə 100 kvadrat metrilik 3 otaqlı mənzilə yatırmış olsaydı mənzilin qiyməti 320.000-350.000 manat ətrafında olardı. Onlar iddiaları Mərkəzi Bankının uçot faiz dərəcələri hesablayaraq onlara dəymiş maddiz zərərin geri ödənilməsindən ibarətdir. Göründüyü kimi, cavabdeh "xxxx" MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəyən ilkin zərər 2008-ci ildə məzilə görə ödədiyi 98530 manat və Mərkəzi Bankının uçot faiz dərəcələri ilə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) üzrə 200071 manat olmaqla, ümumilikdə 298601 manat təşkil edir. İş mateiallarına əlavə edilən mübahisəli mənzilə dair məhkəmə qərarlarında da cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, “İddiaçı Cavabdeh1 MTK arasında müqavilə bağlansa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilmişdir.” Göründüyü kimi 2008-ci ildə iddiaçıya satılmış mənzil 8 il sonra başqasına satılmış və bunu mənzilin nömrəsinin səhf göstərilməsi ilə əsaslandırmışdır. Bununla da birtətəfli qaydada müqaviləni ləğv etmişdir. Buna görə də onlara dəymiş zərəri tam həcmdə ödəməlidir. Cavabdehin uzun illər davam edən qanunsuz hərəkətləri nəticəsində iddiaçı həm özü, həm də ailəsi mənəvi sarsıntı keçirmişdir. Uzun illər ailəliklə topladığı pulun cavabdehin qanunsuz hərəkətləri nəticəsində (bir mənzili iki şəxsə satması) sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və alçalma hissi 9 il müddətində iddiaçını tərk etməmişdir. Ona görə də iddiaçı 30.000 manat məbləğində mənəvi zərər tələb edir. İddiaçı tərəfindən mənzildə ilkin təmir işləri aparılması üçün çəkilən xərclər Cavabdeh2 tutulmalıdır. Belə ki, hazırda həmin təmirdən faydalanan şəxs Cavabdeh2 olduğundan sayğacların quraşdırılması, mənzildaxili elektrik xəttlərinin çəkilməsi, santexnika işlərinin görülməsi, istilik sisteminin qurulması, bəzi sanitar qovşaq avadanlıqlarının alınaraq yerləşdirilməsi xərclərini ümumilikdə 10.500 manat pul da ondan tutulmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan 98500 manat maddi zərər, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri ilə illik 5% hesablanmaqla xx.xx.2016-cı ildən xx.xx.2025-ci il tarixinədək 46500 manat, mənəvi zərər (mənəvi təzminat) 30.000 manat, Cavabdeh2 10500 manat və ödənilmiş dövlət rusumunun əvəzi olaraq 630 manat pul vəsaitinin tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: “İcraçı” Cavabdeh1 MTK-nın sədir X2 ilə “Payçı” İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 55 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1A blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət 6 saylı mənzili 18 aya istismara verərək “Payçı”ya təhvil verməyi, “Payçı” həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını, yəni hər kvadrat metr üçün 985,30 manat olmaqla ümumi məbləğin ilkin pay kimi 98530 manatı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 MTK-nın hesabına 98530 manat məbləğində pay ödənişi etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1487/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh1 MTKya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5000/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarının surətindən görünür ki, Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-1487/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 2918/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbi” barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-290/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2918/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 3381/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbi” barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3381/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 2941/2023 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3984/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2941/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 647/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koperativinə və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi”, “Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955-ci məhəllə, ev 21, 6 saylı mənzilə dair cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koperativi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 509 nömrəli müqavilənin etibarsız hesab edilərək həmin mənzilə dair ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh2 adına **********7 qeydiyyat nömrəsi ilə aparılmış 14 iyul 2022-ci il tarixli qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2364/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-647/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2008-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Mərkəzi Bankın uçot faiz dərəcləri hesablanmaqla 98530 manat məbləğində vəsait üzrə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) 117447,08 manat təşkil edir. xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək Mərkəzi Bankın uçot faiz dərəcələri hesablanmaqla 98530 manat məbləğində vəsait üzrə əldə edəcəyə gəlirlər (əldən çıxmış fayda) 80554,43 manat təşkil edir. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci tarixədək Mərkəzi Bankın uçot faiz dərəcələri hesablanmaqla 98530 manat məbləğində vəsait üzrə əldə edəcəyə gəlirlər (əldən çıxmış fayda) 3829,67 manat təşkil edir. xx.xx.2025-ci mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 630 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdeh "xxxx" MTK-dan 98500 manat maddi zərər, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri ilə illik 5% hesablanmaqla xx.xx.2016-cı ildən xx.xx.2025-ci il tarixinədək 46500 manat, mənəvi zərər (mənəvi təzminat) 30.000 manat, Cavabdeh2 10500 manat və ödənilmiş dövlət rusumunun əvəzi olaraq 630 manat pul vəsaitinin tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslılığı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)»; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddianın maddi zərərin ödənilməsi hissəsində hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh tikinti işləri tam başa çatdırıldıqdan sonra müqavilənin əsas predmeti olan ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1A blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət 6 saylı mənzili 18 aya iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, həmin mənzilin pay dəyəri olan 98530 manat iddiaçı tərəfindən tam ödənilmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, həmin mənzil barəsində Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış, həmin mənzil Cavabdeh2 satılmışdır. İddiaçı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nin üzərinə qoyulması tələbinə dair məhkəmədə iddia qaldırmış, müxtəlif instansiya məhkəmələrində aparılmış icraatlarla həmin tələb yekun olaraq rədd edilmiş və müəyyən edilmişdir ki, cavabdeh öz mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağladıqları müqavilədə mənzilin nömrəsi səhv göstərilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş və bununla da iddiaçıya maddi zərər dəymişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, Cavabdeh "xxxx" MTK-dan 98500 manat maddi zərərin əvəzi alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə diqqətə çatdırır ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Bu səbəbdən məhkəmə iddianın illik 5% hesablanmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixinədək 46500 manat məbləğində vəsaitin Cavabdeh1 MTK-dan tutulması hissəsini əsaslı hesab edir. Belə ki, məhkəmə hesab edir ki, illik 5 faiz zərərin hansı müddət üçün hesablanmasının müəyyən edilməsi məqsədi ilə ilk öncə cavabdehin əmlak kompleksinin dəyərini ödəmək vəzifəsinin hansı tarixdə yaranması aydınlaşdırılmalıdır. Mülki işdən görünür ki, iddiaçı və cavabdeh arasında müqavilə xx.xx.2008-ci il tarixdə bağlanmışdır. Daha sonra iddiaçıya xx.xx.2016-cı il tarixdə məlum olmuşdur ki, həmin mənzillə bağlı Cavabdeh2 ilə MTK arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, öhdəliyin icrasının gecikdirilməsinin başlanğıcı müqavilənin bağlanmasının iddiaçıya məlum olduğu tarixdən, yəni xx.xx.2016-cı il tarixdən götürülməlidir. Məhkəmə müqavilədə göstərilən məbləği, yəni 98500 manatı götürərək riyazi üsulla ilk növbədə 1 illik müddət üçün hesablanan 5%-lik məbləğ müəyyən edilir. Bunun üçün 98500 manat (qətnamə ilə tutulan məbləğ) X 5% (Azərbaycan Respublikası Mülki Məcəllənin 447.5-ci maddəsi ilə müəyyən edilən faiz):100%=4925 manat (1 il üçün hesablanmış məbləğ). Daha sonra alınan məbləğ 4925 manat x 9,1 (qətnamənin icra edilmədiyi 9 il 1 ay 9 gün) = 44817,5 manat (icra edilməyən bütün dövr üçün hesablanan məbləğ müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə iddia tələbinin 30000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Hazırda isə iddiaçı ona mənəvi zərərin vurulmasını sübut edə bilməmişdir. Məhkəmə həmçinin, iddianın Cavabdeh2 10500 manat məbləğində pul vəsaitinin (təmir işləri üçün) tutulması hissəsində hesab edir ki, iddia bu hissədə də təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallan məhkəmə mövcud olmayan kımı rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 10500 manat məbləğində pul vəsaitinin (təmir işləri üçün) tutulması ilə bağlı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1ndən 98500 manat maddi zərər, illik 5% hesablanmaqla xx.xx.2016-cı ildən xx.xx.2025-ci il tarixinədək 44817,5 manat, ümumilikdə 143317,5 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 487 manat dövlət rüsumunun əvəzi olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyərini təşkil edən 200 manat məbləğində vəsait Cavabdeh1 MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1ndən 98500 manat maddi zərər, illik 5% hesablanmaqla xx.xx.2016-cı ildən xx.xx.2025-ci il tarixinədək 44817,5 manat, ümumilikdə 143317,5 (yüz qırx üç min üç yüz on yeddi manat, əlli qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 487 (dörd yüz səksən yeddi) manatı İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsait Cavabdeh1 MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-2893/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2893/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver