Məhkəmə qərarları › İş №e-2(001)-2898/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2898/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2898/2025 12.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi ilə, Səftərov Hüseyn Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanımş “PO-M-01” saylı 27 aprel 2021-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 18000 manat əsas, dövlət rüsumu haqqı kimi ödənilmiş 144 manat və komissiya kimi tutulmuş 0,40 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 128-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən olunub ki, Cavabdeh1 özünü "xxxx" MMC-nin nümayəndəsi kimi təqdim edərək öz qulluq mövqeyindən istifadə edib guya şirkətin elan etdiyi endirim kompaniyası əsasında yüksək keyfiyyət və dizaynla peşəkar ustaların vasitəsilə xarici ölkə istehsalı olan yüksək keyfiyyətli inşaat materialları ilə təmir edəcəyinə inandırıb mənzilin hər kvadrat metrinin təmir qiymətinin 373,39 manat olduğunu deyib. Mənzili ümumilikdə 32000 manat pul müqabilində müqavilə bağlandığı gündən etibarən 5 ay müddətində olmaqla 1 iyul 2021-ci il tarixdə təmirini bitirib təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq, inam və etibarımı qazanmaq, həmçinin öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə sözügedən MMC-nin direktoru Cavabdeh2 arasında “PO-M-01” saylı 27 aprel 2021-ci tarixli xidmət müqaviləsi bağladıqdan sonra həmin tarixdə ünvan 1 ünvanında yerləşən ofisdə ondan əri Orxan Bədəlov vasitəsi ilə 20000 manat məbləğində pul vəsaitini almış, sonra öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə mənzildə 2000 manat dəyərində ucuz və keyfiyyətsiz inşaat materialları ilə mənzilə gətirdikləri günəmuzd işləyən, qeyripeşəkar ustaların vasitəsilə qüsurlu təmir işləri görməklə, öz qulluq mövqeyindən istifadə edib qardaşı Cavabdeh2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun 18000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs kimi xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmənin hökmü ilə cavabdehin təqsiri sübuta yetirilərək barəsində ittiham hökmü çıxarılmışdır. Cavabdeh1 18000 manat pulun, dövlət rüsumu haqqı kimi ödənilmiş 144 manat və komissiya kimi tutulmuş 0,40 manat pulun Cavabdeh1 alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehlərin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: “PO-M-01” saylı 27 aprel 2021-ci il tarixli “xidmət müqaviləsi”dən görünür ki, “sifarişçinin" sifarişi əsasında mülkiyyətində olan Bakı şəhəri Nərimanov Rayonu, F.Xoyski küçəsində yerleşən çoxmərtəbəli Bina A1 bloku, mərtəbə 4, mənzil 2-də yerləşən 85.7 kv.m olan mənzilin hər kv.m üçün kampaniya qiyməti endirim ilə 373.39 AZN nəzərdə tutularaq hesablanmışdır. Kassa mədaxil orderinin 798035 saylı, xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tam təhvil təmir məqsədi ilə Cavabdeh1 20000 manat dəyərində ödəniş etmişdir. Baki Ağir Cinayətlər Məhkəməsinin 1(101)-59/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə, Cavabdeh1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə qardaşı Cavabdeh2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 23 iyun 2020-ci il tarixdə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyətləri olmadan qardaşı Cavabdeh2 adına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etməklə həmin şirkətin xxxxxxx000200 nömrəli, 24 iyun 2020-ci il tarixli elektron əmək müqaviləsi bildirişi əsasında rəsmi işçisi olub faktiki rəhbərliyi həyata keçirərək internet informasiya ehtiyatları üzərindən idarə edilən "İnstagram" sosial şəbəkəsində özünün əvvəllər yaratdığı uydurma "ELSE Təmir Tikinti Dizayn” adlı şirkətin səhifəsində insanları inandırmaq üçün Cəmiyyətin tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərdiyi və güzəştli qiymətlərlə mənzillərin təmirini həyata keçirəcəyi ilə bağlı endirim kompaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşdıqdan sonra 2021-ci ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 21A saylı yaşayış binasının 2 otaqdan ibarət, sahəsi 87 kvadrat metr təşkil edən, tam təmirsiz 4 nömrəli mənzilinin təmiri ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş İddiaçı və onun arı X1 özünü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümyəndəsi kimi təqdim edərək öz qulluq mövqeyindən istifadə edib 26 aprel 2021-ci il tarixdə Cavabdeh2lə birlikdə İddiaçı məxsus mənzilə baxış keçirib ölçü işləri aparmaqla ona mənzilini guya şirkətin elan etdiyi endirim kompaniyası əsasında yüksək keyfiyyət və dizaynla peşəkar ustaların vasitəsilə xarici ölkə istehsalı olan yüksək keyfiyyətli inşaat materialları ilə təmir edəcəklərinə inandırıb mənzilin hər kvadrat metrinin təmir qiymətinin 373,39 manat olduğunu deyib mənzili ümumilikdə 32000 manat pul müqabilində müqavilə bağlandığı gündən etibarən 5 ay müddətində olmaqla 01 iyul 2021- ci il tarixdə təmirini bitirib təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq, inam və etibarını qazanmaq, həmçinin öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh2 arasında "PO- M-1 saylı 27 aprel 2021-ci il tarixli xidmət müqaviləsi bağlayaraq həmin tarixdə ünvan 1 ünvanında yerləşən ofisdə İddiaçı əri Orxan Bədəlov vasitəsi ilə 20000 manat məbləğində pul vəsaitini aldıqdan sonra öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə mənzildə 2000 manat dəyərində ucuz və keyfiyyətsiz inşaat materialları ilə mənzilə gətirdikləri günəmuzd işləyən qeyri- peşəkar ustaların vasitəsilə qüsurlu təmir işləri görməklə öz qulluq mövqeyindən istifadə edib qardaşı Cavabdeh2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı 18000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəsilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-787/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə, Baki Ağir Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 07 il 06 ay ay müddətinə endirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 iddiaçının etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə qardaşı Cavabdeh2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib iddiaçıdan 20000 manat məbləğində pulu ələ keçirməsi təsdiq edilir. Həmçinin iş materiallarından müəyyən olunur ki, 2000 manat məbləğində iddiaçının dediyi kimi ucuz və keyfiyyətsiz materiallar mənzilə gətirilmiş, hazırda 18000 manat isə qalmşdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıdan Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 18000 manat pul alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 144 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Hazırki halda iddianın qismən təmin olunmasını nəzərə alaraq dövlət rüsumunun da həmin hissəyə mütənasib cavabdehə aid edilməsini məhkəmə mümkün hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 21, 459, 1097 və 1108-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 18000 (on səkkiz min) manat əsas borc, həmçinin dövlət rüsumu üçün ödənilmiş 144 (yüz qırx dörd) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar