Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2905/2021 09.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi, vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Maraqlı şəxs cəlb edilməklə) “hüquq müəyyənedici sənəddə adın düz olmaması faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3nun ölümü haqqında akt qeydində, ad qrafasında “Vaqif” yerinə “Yaqub” olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8-ci sıra, 35 saylı fərdi yaşayış evi X2nın mülkiyyətində olmuşdur.X2 20.02.2012-ci il tarixində vəfat etmişdir. Anasının vəsatından sonra ondan miras qalan həmin mənzili faktiki olaarq qəbul etmişdir. O, anasından qalan əmlaka vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət etmişdir. Ondan atasının ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. X3 15.02.1999-u il tarixində vəfat etmişdir.Lakin onun ölüm haqqında şəhadətnaməsində adı “Yaqub” əvəzinə, “Vaqif” kimi qeyd edilmişdir. Ona görə də, atasının ölüm haqqında şəhadətnaməsi ona verilməmişdir. Belə ki, atası X10 26.10.1938-ci il tarixində Ermənistan SSRİ-nin Spitak rayonunda anadan olmuşdur. 01.06.1966-cı ildə anası X11 ilə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Bu evlilikdən bacısı 1963-cü il təvəllüdlü Məmmədova (Nəsibova) Solmaz Yaqub qızı, qardaşı 31.12.1969-cu il təvəllüdlü X12 və özü doğulmuşdur. Atasının ölüm haqqında şəhadətnaməsində adı “X10” əvəzinə, “X13” kimi qeyd edilmişdir. Atasının ölümü haqqında akt qeydində düzəliş edilməsi üçün Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin onun bu tələbindən imtina edilmişdir. Bunun üçün də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs nümayəndəsi 19.04.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək,iddianın təmin edilməsinə etiraz edilmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsi, vəkilinin izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, mərhum onun atasıdır. Atasının adı Yaqub olmasına baxmayaraq, ona Vaqif deyə müraciət edirdilər. Yalnışlıq nəticəsində onun ölüm haqqında şəhadətnaməsində adı Vaqif kimi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 izahatında bildirmişdir ki, mərhum onun atasıdır. Atasının adı Yaqub olmasına baxmayaraq, ona Vaqif deyə müraciət edirdilər. Yalnışlıq nəticəsində onun ölüm haqqında şəhadətnaməsində adı Vaqif kimi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daxili işlər Xalq Komissarlığı tərəfindən verilən 44№ saylı təvəllüd şəhadətnaməsindən görünür ki, Nəsibov Yaqub(Vaqif) Əhməd oğlu 26 oktyabr 1938-ci ildə Spitak kəndində doğulmuşdur. Həmin doğum şəhadətnaməsində adın yazılış şəkli həm Vaqifə, həm də Yaquba oxşayır. Sonuncu hərfin “f” kimi oxunmasından irəli gələn yalnışlığın olması müəyyən edilir. İ-ЭЖ seriyalı, 138331 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 27 sentyabr 1971-ci il tarixində Ermənistan SSRİ-nin Spitak rayonunda doğulmuşdur. X3, X2dır. İ-ЭЖ seriyalı, 040412 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 31 dekabr 1969-cu il tarixində Ermənistan SSRİ-nin Spitak rayonunda doğulmuşdur. X3, X2dır. Bakı şəhəri Binəqədi rayon Leyla Nikah evi tərəfindən verilən 05 mart 1999-cu il tarixli, V-ЖГ seriyalı, 349922 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəsibov Vaqif Əhməd oğlu 15 fevral 1999-cu il tarixində Bakı şəhərində vəfat etmiş, bu barədə doğum haqqında akt qeydlərində 05 mart 1999-cu il tarixində qeyd edilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən FM seriyalı, 013345 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 8-ci sıra küçəsindəki, 2 otaqlı, 23,8 kv.m yaşayış sahəsi, 28,6 kv.m ümumi sahəsi olan 35 saylı fərdi yaşayış evi X5 adına 51 saylı reyestr kitabının 7785-ci səhifəsində, 30.04.2002-ci il tarixində rəsmiləşdirilmişdir. Bakı şəhəri Maraqlı şəxs 16.03.2021-ci il tarixli, 0519-660/16 saylı məktubunda qeyd edilmişdir ki, X6 ölümü Maraqlı şəxs tərəfindən 9 nömrəli poliklinikanın 20 saylı 17.02.1999-cu il tarixli ölüm haqqında tibbi şəhadətnaməsinə əsasən qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, vəfat edən vətəndaşların şəxsiyyət vəsiqələri hər ayın əvvəlində pasport qeydiyyat şöbəsinə təhvil verilir və şəxsiyyət vəsiqələri haqqında akt qeydində məlumat qeyd edilmir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilən 27 mart 2012-ci il tarixli, AZ-İ seriyalı, 529457 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 20 fevral 2012-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 mart 2012-ci il tarixində 287 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilən 12.02.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi Maraqlı şəxs 12.02.2021-ci il tarixli müraciətinə cavab olaraq bildirmişdir ki, onun Maraqlı şəxs tərəfindən tərtib olunmuş 05.03.1999-cu il tarixli 15 saylı ölüm haqqında akt qeydində vətəndaş qrafasında ad bəndində “Vaqif”-dən “Yaqub” –a düzəliş edilməsi barədə müraciətinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəaları”-nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin şəxsiyyət vəsiqəsində və doğum şəhadətnaməsində atasının adının Yaqub olduğu müəyyən edilir. Şahid qismində dindirilən şəxslərin ərizəçinin bacısı və qardaşı olması onların müvafiq olaraq nikah haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi ilə müəyyən edilir. Ərizəçinin anasının X9 olduğu müəyyən edilir. 1966-cı il tarixli nikah haqqında şəhadətnamədə də ərizəçinin anası ilə nikaha daxil olan şəxsin X10 olduğu müəyyən edilir. Mübahisə ərizəçinin atasının doğum haqqında şəhadətnaməsində adın Vaqif və ya Yaqub kimi oxunmasından irəli gələn ölüm haqqında şəhadətnamədə adın səhv qeyd edilməsi ilə bağlıdır. Lakin həmin şəhadətnamədə 26 oktyabr 1938-ci ildə doğulmuş şəxsin adının həm Vaqif kimi, həm də Yaqub kimi oxunması mümkündür. Lakin işin halları və tədqiq edilmiş sübutlar əsasında ərizəçinin atasının adının əslində Yaqub olduğu öz təsdiqini tapır. Bu baxımdan məhkəmə vətəndaşlıq vəziyyəti aktında edilmiş qeydin düzəldilməsini məqsədəmüvafiq hesab edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 340-ci maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respulikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəlarını”nın 1-ci bəndində qeyd edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndində qeyd edilir ki, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Göründüyü kimi ərizəçinin iş materiallarında qeyd edilən sənədlərdə olan məlumatlarla düzəliş edilməsini istədiyi sənədlərdə atasının adında uyğunsuzluq yaranmışdır. Bu uyğunsuzluğun aradan qaldırılması üçün Bakı şəhər Maraqlı şəxsnə müracit etsə belə, ərizəsinin təmin edilməsindən kifayət qədər əsas olmadığından imtina edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında təsdiq edilir ki, Bakı şəhəri Binəqədi rayon Leyla Nikah evi tərəfindən verilən 05 mart 1999-cu il tarixli, V-ЖГ seriyalı, 349922 saylı ölüm haqqında şəhadətnamədə öldüyü qeyd edilən şəxs əslində X10 olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, hüquq haqqında mübahisə olmadığından məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1999-cu ilin mart ayının 05 günündə 15 nömrə ilə qeyd edilmiş ölüm haqqında akt qeydində düzəliş edilməklə 15.02.1999-cu il tarixində vəfat edən şəxsin X10 olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217, 307-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1999-cu ilin mart ayının 05 günündə 15 nömrə ilə qeyd edilmiş ölüm haqqında akt qeydində düzəliş edilməklə 15.02.1999-cu il tarixində vəfat edən şəxsin X10 olması müəyyən edilsin Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-2905/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2905/2021
09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver