Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2929/2023 19.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi əri xx.xx.1988-ci il təvəllüdlü X4 ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əri xx.xx.1988-ci il təvəllüdlü X4 ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, xx.xx.1988-ci il təvəllüdlü X8 ərizəçi A.V. Məmmədovanın həyat yoldaşıdır. Onların birgə nikahlarından bir övladları anadan olmuşdur. Təxminən 2014-cü ildə O.S.Məmmədov Suriyaya getmişdir. Həmin illərdə hamınının bildiyi kimi Suriyada vətəndaş müharibəsi gedirdi və həmin cihadda iştirak etmək üçün azərbaycanlılar da orada silahlı qruplaşmaların tərkibində vuruşurdular. Ərizəçinin bildiyi kimi Suriyaya getmək üçün də Türkiyə sərhəddinə keçərək oradan da qaçaq yolla Suriyaya gedilirdi. Təxminən 3-4 il olar ki, ərizəçiyə həmin döyüşlərdə O.S.Məmmədovun ölməsi barədə məlumat verilmişdir. Daha sonra ərizəçi O.S.Məmmədovun Azərbaycan Respublikası vətəndaşlığından da bu əsasla çıxarılmasını bilmişdir. Ərizəçi qeyd edir ki, həmin döyüşlərdə iştirak etmək üçün gedən heç bir azərbaycanlı geri sağ qayıtmamış, bu da O.S.Məmmədovun da döyüşlərdə öldüyünə kifayət qədər əsas verir. Birgə nikahda olduqları üçün ərizəçi yeni nikaha daxil olacağı halda doğulmuş uşaqlarının ata adı da O.S.Məmmədovun adı ilə yazılır. Ərizəçinin həm O.S. Məmmədovla olan nikahından doğulan, həm də gələcəkdə doğulacaq uşaqlarının həyatında da çətinliklər yaranır. Ərizəçi uşaqları müalicə, istirahət və sair məqsədlərlə xaricə aparmaq istədikdə atanın razılığı tələb edilir. Həmçinin uşaqların bağça, məktəb, hazırlıq və sair üçün ata ilə bağlı sənədlər, atanın razılığı tələb edilir. Bundan başqa peyvənd, əməliyyat, həkimlə bağlı ciddi qərarlar lazım gələndə tək ananın deyil, valideyn kimi atasının da razılığı tələb edilir. Bilə-bilə ki, həyat yoldaşı gedən döyüşlərdə ölmüşdür, ərizəçi istəmir ki, uşaqlarının həyatları həm indiki həm də sonrakı vaxtlarda bunun əziyyətini çəksinlər, sağlamlığı, həyatı, təhsili və tərbiyəsi üçün təhlükə yaransın. Ona görə də Ərizəçi əri xx.xx.1988-ci il təvəllüdlü X4 ölmüş elan edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edib, ərizənin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, 2014-cü ildə X8 həyat yoldaşı Ərizəçi ilə birlikdə Suriya Ərəb Respublikasına gemişdir. Bir müddətdən sonra Ərizəçi O.S.Məmmədovun ölüm xəbəri verilmiş və Ərizəçi Azərbaycan Respublikasına geri qayıtmışdır. Bundan sonra Ərizəçi başqa bir şəxslə faktiki nikah münasibətlərinə daxil olmuşdur. Hal-hazırda ərizəçiyə O.S.Məmmədovun ölmüş elan edilməsi yeni nikaha daxil olması, övladlarının hüquqlarının təmin edilməsi ilə bağlı tələb olunur. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxslər 1 saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinə və Bakı şəhəri Maraqlı şəxs1nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Maddə 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Maddə 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Maddə 42.2. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Maddə 42.3. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Maddə 42.4. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. 1 saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli AZ-T № 050949 saylı nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 ilə X9 xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 32 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Sumqayıt ŞPİ 3-cü PB-nin xx.xx.2023-cü il tarixli 58-3/2-4512 saylı məktubdan müəyyən olunur ki, xx.xx.1988-ci il təvəllüdlü X4 yaşadığı yerdə axırıncı dəfə nə vaxt olması və hazırda harada olması barədə Sumqayıt ŞPİ 3-cü PB-də hər-hansı bir məlumat yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2061\2019 saylı qətnaməsindən müəyyən olunur ki, ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ərizəsi təmin edilərək xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X4 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmişdir. Qətnamədən daha sonra müəyyən olunur ki, X4 Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata dair Dövlət Miqrasiya Xidmətinin rəyinə əsasən, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı X4 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi məlum olmuş, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən material şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat aparılması üçün xx.xx.2018-ci il tarixli 23/5-7362 nömrəli məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirakları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin nəticələrinə dair xx.xx.2018-ci il tarixli 5/2/18509 nömrəli arayışdan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində və tərəfdaşlardan daxil olmuş məlumatlara əsasən X4 xx.xx.2014-cü il tarixdə ölkə ərazisini tərk edərək, qeyri-qanini yollarla Suriya Ərəb Respublikasının ərazisinə gedərək həmin ölkənin ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış İŞİD (hazırkı adı İD) adlı cinayətkar birliyin (terror təşkilatının) tərkibinə daxil olub həmin dövlətin ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətlərində iştirak etməsi müəyyən edilmişdir. X4 anası X1 Təhlükəsizliyi Xidmətinə verdiyi xx.xx.2018-ci il tarixli izahatında göstərmişdir ki, X2 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrdə iştirak etmək üçün 2014-cü ildə həmin ölkəyə arvadı X6 və azyaşlı övladı ilə birgə getmişdir. Hazıradək heç bir xəbər yoxdur. Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) alınan çıxarışdan aydın olur ki, X8 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumat qeydə alınmamışdır. Toplanmış sübutlarla X4 ölkə ərazisindən kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi müəyyən edildiyindən Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-8-ci hissəsini rəhbər tutaraq X4 Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) alınan çıxarışdan müəyyən olunur ki, X8 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumat qeydə alınmamışdır. Qətnamədən daha sonra müəyyən olunur ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində X4 ölkə hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi ilə əlaqədar tərtib edilmiş material şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə icraat aparılması üçün xx.xx.2018-ci il tarixli, 23/5-7362 nömrəli məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmiş, Xidmət isə X4 ölkə ərazisindən kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsini müəyyən edən halların mövcudluğu iş materiallarına əsasən təsdiq olunduğuna görə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsini məqsədəuyğun hesab etməklə, məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsinə kifayət qədər əsaslar olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından X4 (doğulduğu tarix xx.xx.1988-ci il, doğulduğu yer Sumqayıt şəhəri şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi – 2STZ6XN, seriya və nömrəsi AZE ********) Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə dair ərizə əsaslıdır, ona görə də ərizə təmin edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X8 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətlə məşğul olduğu üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2061/2019 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının vətəndaşlığını itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; Maddə 312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Maddə 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən ounmuşdur ki, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X4 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi faktı qanuni qüvvəsini alan məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, xx.xx.1988-ci il təvəllüdlü X4 2014-cü ildə Suriya Ərəb Respublikasına qanunsuz silahlı birləşmələrdə iştirak etmək üçün gedərək geri qayıtmadığından, həmin vaxtdan yaşayış yerində onun harada olması barədə heç bir məlumat olmadığından, ərizə əsaslıdır ona görə də təmin edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X8 ölmüş elan edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2929/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2929/2023
19.07.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver