Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2938/2024 18.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı X7 müqavilənin tərəfi qismində tanınması, müqaviləyə düzəliş edilməsi vəzifəsinin qoyulması və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı Cavabdeh1 MMC-nin inşa etdiyi Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilə dair 85 nömrəli, 05 iyun 2019-cu il tarixli müqavilənin Cavabdeh1 MMC ilə X11 arasında bağlanmış hesab edilməsi və həmin mənzilin 1/5 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 2 otaqdan ibarət 20 saylı mənzili X7 paylı mülkiyyətində olmuşdur. Həmin mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğuna görə,Cavabdeh1 MMC tərəfindən sökülmüş və yerində yeni bina inşa edilmişdir. Bina sökülərkən Cavabdeh1 MMC F.Hüseynova məxsus payın (mənzilin) əvəzində, ona həmin ərazidə yeni inşa olunan binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. təşkil edən 3 otaqlı mənzil vermişdir. X11 16 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun bütün dəfn xərclərini anası – İddiaçı çəkmişdir. X2 aşağıdakı vərəsələri vardır: valideyni – İddiaçı; arvadı – Cavabdeh2; uşaqları – X10, X12 və X13. İddiaçı oğlundan qalmış miras əmlaka - Cavabdeh1 MMC-nin inşa etdiyi Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilə 1/5 hissədə vərəsəlilk hüququnun rəsmiləşdirilməsi məqsədilə, müvafiq sənədlərin əldə olunmasından ötrü əvvəlcə Cavabdeh1 MMC-yə müraciət etmişdir. O, Cavabdeh1 MMC-dən əldə etdiyi mənzilə dair müqaviləni, habelə digər sənədləri notariat ofisinə təqdim etmiş, lakin notariat ofisindən şifahi şəkildə bildirilmişdir ki, həmin müqavilədə tərəf qismində Cavabdeh2 göstərildiyinə görə, vərəsəlik hüququnun rəsmiləşdirilməsi mümkün deyil. Mənzillə bağlı Cavabdeh1 MMC ilə 85 nömrəli, 05 iyun 2019-cu il tarixli müqaviləni əslində iddiaçının oğlu X11 bağlamış, Cavabdeh2 isə F.Hüseynovun adından etibarnamə əsasında çıxış etmişdir (müqavilənin “tərəflərin məlumatları” hissəsində Cavabdeh2 müqaviləni etibarnamə ilə imzaladığı açıq-aydın görünür). Belə ki, Cavabdeh1 MMC məhz X7 mülkiyyətində olan mənzilin əvəzində ona yeni binadan mənzil vermişdir. Bu mənada müqavilə yalnız Cavabdeh1 MMC ilə X11 arasında bağlana bilərdi (müqavilədə texniki yanlışlığa yol verilmiş və etibarnamə üzrə nümayəndə olan Cavabdeh2 müqavilənin tərəfi qismində qeyd olunmuşdur). Tələbinin hüquqi əsası kimi iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 404.1, 404.2, 1133.1, 1134.1 və 1159.1-ci maddələrinə istinad etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının iddianın dəyişdirilməsi barədə məhkəməyə daxil olmuş və iddiaçı ərizədə məhkəmədən aşağıdakıları xahiş etmişdir: “ ... Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 saylı mənzilinin mülkiyyətçisi olmuş X7 Cavabdeh1 MMC ilə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilə dair bağlanmış 85 nömrəli, 05 iyun 2019-cu il tarixli müqavilənin tərəfi (“Mülkiyyətçi”) qismində tanınması; həmin müqavilənin tərəfi (“Mülkiyyətçi”) kimi Cavabdeh2 göstərilməsinin texniki yanlışlıq hesab edilməklə, onun adının X11 ilə əvəz edilməsi və müqaviləyə bu barədə müvafiq düzəliş edilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə olunması; həmçinin İddiaçı övladı X5 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilin 1/5 hissəsinə iddiaçının vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə” çıxarılsın. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında məhkəməyə bildirmişdir ki, Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 2 otaqdan ibarət 20 saylı mənzili X7 mülkiyyətində olmuşdur. Həmin mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğuna görə, Cavabdeh1 MMC tərəfindən sökülmüş və yerində yeni bina inşa edilmişdir. Bina sökülərkən Cavabdeh1 MMC F.Hüseynova məxsus mənzilin əvəzində ona həmin ərazidə yeni inşa olunan binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. təşkil edən 3 otaqlı mənzil vermişdir. X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X2 5 vərəsəsi var. İddiaçı oğlundan qalmış miras əmlaka 1/5 hissədə vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədilə, müvafiq sənədlərin əldə olunmasından ötrü, əvvəlcə Cavabdeh1 MMC-yə müraciət etmişdir. O, Cavabdeh1 MMC-dən əldə etdiyi mənzilə dair müqaviləni, habelə digər sənədləri notariat ofisinə təqdim etmiş, lakin notariat ofisindən şifahi şəkildə bildirilmişdir ki, həmin müqavilədə tərəf qismində Cavabdeh2 göstərildiyinə görə, vərəsəlik hüququnun rəsmiləşdirilməsi mümkün deyil. Mənzillə bağlı Cavabdeh1 MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləni əslində iddiaçının oğlu X11 bağlamış, Cavabdeh2 isə F.Hüseynovun adından etibarnamə əsasında çıxış etmiş və bu müqavilənin “tərəflərin məlumatları” hissəsində Cavabdeh2 müqaviləni etibarnamə ilə imzaladığı açıq-aydın görünür. Belə ki, Cavabdeh1 MMC məhz X7 mülkiyyətində olan mənzilin əvəzində ona yeni binadan mənzil vermişdir. Bu mənada müqavilə yalnız Cavabdeh1 MMC ilə X11 arasında bağlana bilərdi. Müqavilədə texniki yanlışlığa yol verilmiş və etibarnamə üzrə nümayəndə olan Cavabdeh2 müqavilənin tərəfi qismində qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən, Cavabdeh1 MMCnin inşa etdiyi Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilə dair xx.xx.2019-cu il tarixli müqavilənin tərəfi qismində X7 tanınması, həmin müqavilənin tərəfi kimi Cavabdeh2 göstərilməsinin texniki yanlışlıq hesab edilməklə, onun adının X11 ilə əvəz edilməsi və müqavilədə bu barədə müvafiq düzəliş edilməsi vazifəsinin cavabdeh "N-Turan” MMC-yə həvalə olunması və həmin mənzilin 1/5 hissəsinə iddiaçının vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərə münasibətdə isə bildirilməlidir ki, iddia Füzuli Hüseynovun vəfatından sonrakı münasibətləri əhatə edir və bu səbəbdən qarşı tərəfin təqdim etdiyi sənədlərin hazırkı işlə heç bir əlaqəsi yoxdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ona verilmiş suallara cavab olaraq aşağıdakıları bildirmişdir: - Tələbləri müqavilənin dəyişdirilməsi deyil. Sadəcə olaraq texniki yalnışlığın aradan qaldırılmasıdır. Bunu başqa qaydada müəyyən etmək mümkün olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Nazilə xanımla müqavilə bağlanmış olsaydı bunun rəsmiləşdirilmə qaydası fərqli olardı. İş materiallarında da, mənzilin Füzuli müəllim tərəfindən Nazilə xanımın adına rəsmiləşdirilməsinə dair sənəd yoxdur. Məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, Füzuli müəllimin "N-Turan” MMC-də sənəd rəsmiləşdirmək üçün fiziki imkanı olmayıb, bu səbəbdən həyat yoldaşına etibarnamə verib. Hər bir halda hüquq münasibətlərinin yaranma əsasını mübahisələndirmirlər, ondan sonrakı prosedurla bağlı mübahisə var. Arayış olsaydı, heç məhkəməyə müraciət etməzdilər. Vərəsəlik işi açdıra bilməyiblər. Elvira xanım oğlundan miras qalmış əmlakla bağlı notariusa müraciət etsə də, rəsmiləşdirmə aparıla bilmədiyi bildirilmişdir və heç bir yazılı imtina verilməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, onun Montində evi var idi. Həyat yoldaşından ayrıldı, ona 14 kv.m. otaq verdilər. Türkiyəyə getdi, gələndən sonra Füzuli ona zəng edib dedi ki, evi satıblar. Etirazını bildirdikdə onu daşlarla qovdular. Evi 12500 manata satdılar, o da pulu bölüşdürdü. Ev aldı, gördü oğlum çöldə qalıb, oğlunu evdə yerləşdirib getdi Türkiyəyə. O, 7 ildir – 2018-ci ildən kirayədə qalır, aylıq 400 manat kirayə haqqı ödəyir, cəmi 3 dəfə pul alıb. 83 yaşı var, qapılarda qalıb. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirmişdir ki, iddia tələbini təsdiq edən sübutlar yoxdur və notariat oraqnına rəsmi müraciət olunmasına dair heç bir sənəd iş materiallarına əlavə olunmayıb. Əgər notariat orqanına vərəsəliklə bağlı müraciət olunsaydı, yazılı cavab alınmalı idi. Elvira xanım Füzuli müəllimə münasibətdə bağışlama müqaviəsinin etibarsız hesab edilməsi tələbinə dair məhkəməyə müraciət etmiş və iddia tələbi təmin olunmamışdır. Həmi iş Ali Məhkəməyə qədər getmişdir. Məhkəmənin mövqeyi müqavilətin etibarsız hesab edilməsinin mümkünsüzlüyü yönündə olmuş və həmin qərar iş materiallarında var. Həmçinin iddiaçının “mülkiyyətçi qismində tanınma” tələbinə münasibətdə bildirilməlidir ki, məhkəmə hər hansı şəxsi mülkiyyətiçi kimi tanıyan orqan deyil. Əgər belədirsə, hüquqi əhəmiyyətli faktın təsdiqi barədə ərizə ilə məhkəməyə meraciət edilməli idi. İddiaçının bağışlama müqaviləsindən sonra mənzil ilə heç bir əlaqəsi qalmamışdır. İddia ərizəsində dəfn xərclərinin iddiaçı tərəfindən çəkildiryi bildirilir, lakin bu həqiqət deyil. Füzuli müəllim vəfat edənə qədər taksi fəaliyyəti ilə məşğul olub. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 40 saylı “Şərtli müqavilə”nin 8-ci bəndində göstərilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında X3 X9 qarşı Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1, 20 saylı mənzil üzrə X6 ilə X11 arasında olmuş 2005-ci il 26 avqust tarixli bağışlama müqaviləsinin lağv edilməsi tələbinə dair mülki iş vardır və həmin mülki iş üzrə məhkəmə qətnaməsi, qərardadı və ya qərarı qəbul edilənədək X11 Bakı şəhəri, Narimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1, 20 saylı manzil üzrə mülki işdə iddiaçı tərəf İddiaçı onun üçün ayrılmış zirzəmidə faktiki yaşadığı və qeydiyyatda olduğu hissəsi ilə "xxxx" MMC arasında ayrıca şərtli müqavilə bağlanılmasına və yaşadığı sahə üzrə kirayə haqqının X4 verilməsinə etiraz etmir; X11 qeyd olunan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, qararı və ya qərardadından irəli gələcək hüquqlarla və ya vəzifələrlə bağlı "N-Turan” MMC ilə qeydşərtsiz yeni müqavilə bağlamağı və ya hazırki "Şərtli müqavilə”dən İddiaçı ilə bağlı heç bir iddia və tələb irəli sürmədən imtina etməyi öhdəsinə götürür; Cavabdeh1 MMC tərəflər arasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin məhkəmədə baxılması və nəticələri üzrə tərəflərin atacağı hüquqi addımlarla bağlı araşdırmanın dəqiq müddətinin müəyyən edilməsinin mümkünsüzlüyünü və layihə üzrə digər mülkiyyətçilərlə bağlanılmış müqavilələrdə göstərilmiş müddətdə öhdəliyi yerinə yetirmək və mümkün əsassız maliyyə itkisinin qarşısının alınması məqsədilə mübahisə tərəflərilə şartli müqavilənin bağlanılmasını məqsədəmüvafiq hesab edərək qeyd olunan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, qərarı və ya qərardadından irəli gələcək hüquqlarla və ya vəzifələrlə bağlı mübahisə X7 xeyrinə olacağı təqdirdə onunla mübahisa olunan bütün sahə, yəni 96,5 kv.m. sahə üzrə qeyd-şərtsiz yeni müqaviə bağlamağı öhdəsinə götürür. Bağışlama müqaviləsi ilə bağlı məhkəmə qaətnamələri var və həmin qətnamələr şərtli müqavilənin üzərində qurulub. İddia tələbi heç bir maddi hüquq normasına əsaslanmır. Texniki yalnışlıq olsaydı belə, müqavilənin ləğvi tələb olunardı. Ümumiyyətə Elvira xanım kimdir? Tərəf kimi tanınırmı? İddia tələbi gülüncdür. Əmlak heç daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ona verilmiş suallara cavab olaraq aşağıdakıları bildirmişdir: - Müqaviləni tərəf olaraq Nazilə xanım etibarnamə əsasında və həyat yoldaşı olaraq iştirak edib. Bir hissə bağışlanmış olsa da, digər hissə Füzuli müəllimin özünə məxsus olub. Nazilə xanım müqaviləni Füzuli müəllimin sağlığında bağlayıb. Nazilə xanım müqaviləni etibarnamə əsasında bağlayıb. Lakin 96 kv.m. zirzəminin üzərində olan evdir. Etibarnamə olmadan da, hətta qanunvericilik Nazilə xanıma həmin müqaviləni bağlamaq hüququ verir. Verilən ev 2 hissədən ibarət olub, bir hissəsi birbaşa olaraq Füzuli müəllimin adına olub. Nazilə xanım müqaviləni özü bağlayıb. Bir hissə bağışlanmış olsa da, bir hissə bağışlamadan kənar olmuşdur. Etibarnamə almağa əsas yaqin ki, şirkətin tələbi olmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar mübahisəyə açıq deyil və tərəflər üçün məcburidir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında məhkəməyə bildirmişdir ki, o, Mayakovski 17 ünvanına yerləşən mənzilə gəlin gəlmişdir. Həmin ev yoldaşının atasına məxsus olub. İddiaçı 9 il yarım Türkiyədə qaldı, gəldikdə evi Füzuliyə bağışladı. Füzuli heç ora getmək istəmirdi. Evin zirzəmisini özü alıb. Oğlu daun xəstəsidir, yoldaşı 1-ci qrup əlil idi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 çıxışında məhkəməyə bildirdi ki, məhkəmə araşdırması zamanı müqavilə bağlanarkən texniki yalnışlığa yol verildiyi müəyyən olunmuşdur. Qarşı tərəf müqaviləni bağlamaq hüququnun olduğunu bildirsə də, bunu sübut edən hər hansı sənəd təqdim etməmişdir. İddia tələbinin dəyişdirilməsinə dair ərizə məhkəməyə təqdim olunmuş və iddia tələbinin tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri, Ü.Bünyadzadə küçəsindəki 1 saylı evin 20 saylı mənzilin sahəsi 15 kv.m. olan 1 otağı xx.xx.2005-ci il tarixdən X8 mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqavilədən görünür ki, həmin müqavilə 2 otaqlı, sahəsi 71,2 kv.m. olan mənzil barədə müqavilədə mülkiyyətçi olaraq qeyd olunmuş Cavabdeh2 ilə bağlanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2023cü il tarixdə mədə cisminin bədxassəli yeni törəməsi səbəbindən ölmüşdür. İş materiallarında olan 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2014-cü il tarixli, 3742 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmiş arayışdan görünür ki, X14 xx.xx.2014-cü il tarixdən arayış verilən tarixədək şizofreniya paranoid forma diaqnozu ilə həmin xəstəxanada müalicədə olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 40 nömrəli şərtli müqavilənin məzmununda aşağıdakılar göstərilmişdir: “ ... “Əmlak mülkiyyətçisi” ... “Qeydiyyat Vəsiqəsi”nə əsasən öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38,6 kv.metrdən və Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 69 saylı sərəncamına əsasən ona ayrılmış evin altındakı 41,4 kv.metrdən ibarət zirzəmi olan faktiki sahəsindən 20%-i miqdarında əlavə olmaqla, yəni ümumi sahəsi 96,5 kv.metr olan təmirli mənzili qəbul etməyi öhdəsinə götürür. ...”N.Turan” MMC tərəflər arasında Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin məhkəmədə baxılması və nəticələri üzrə tərəflərin atacağı hüquqi addımlarla bağlı araşdırmanın dəqiq müddətinin müəyyən edilməsinin mümkünsüzlüyünü və layihə üzrə digər mülkiyyətçilərlə bağlanılmış müqavilələrdə göstərilmiş müddətdə öhdəliyi yerinə yetirmək və mümkün əsassız maliyyə itkisinin qarşısının alınması məqsədilə mübahisə tərəflərilə “Şərtli Müqavilənin” bağlanılmasını məqsədəmüvafıq hesab edərək "xxxx" MMC qeyd olunan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, qərarı və ya qərardadından irəli gələcək hüquqlarla və ya vəzifələrlə bağlı mübahisə X7 xeyrinə olacağı təqdirdə onunla mübahisə olunan bütün sahə, yəni 96,5 kv.m. sahə üzrə qeyd-şərtsiz yeni müqavilə bağlamağı öhdəsinə götürür.”. Göründüyü kimi, İddiaçı ilə X11 arasında faktiki mövcud olan sahənin dövlət reyestrindən qeydiyyatdan keçmiş 15 kv.m. hissəsi barədə məhkəmə mübahisəsi mövcud olmuş, qeyd olunan şərtli müqavilə də həmin kontekstə bağlanmış və münasibətlərin sonrakı formatı yekun məhkəmə aktının mahiyyəti ilə şərtləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2363/2019 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı cavabdeh X9 qarşı iddia verərək, Bakı şəhəri, Nərimanov rayonu, O.Bünyadzadə küçəsi ev 1, 20 saylı mənzil üzrə oğlu X11 arasında bağlanmış 26 avqust 2005-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi, hüquqi yardımla bağlı tərəfindən ödənilmiş 300 (üç yüz) manat və 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 320 (üç yüz iyirmi) manat pulun X5 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ... Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2018-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X9 qarşı bağışlama müqaviləsinin ləğvi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ... İş materialları ilə müəyyən edilir ki, xx.xx.1996-cı ildə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 nömrəli mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2005-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlaması müqaviləsinə görə İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzili X7 mülkiyyətinə vermişdir. Həmin müqavilə əsasında xx.xx.2005-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 nömrəli mənzili mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2363/2019 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbinin məzmunundan göründüyü kimi, iddiaçı oğlu - mərhum X7 Cavabdeh1 MMC ilə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilə dair bağlanmış 85 nömrəli, 05 iyun 2019-cu il tarixli müqavilənin tərəfi (“Mülkiyyətçi”) qismində tanınmasını, həmin müqavilənin tərəfi (“Mülkiyyətçi”) kimi Cavabdeh2 göstərilməsinin texniki yanlışlıq hesab edilməklə, onun adının X11 ilə əvəz edilməsini və müqaviləyə bu barədə müvafiq düzəliş edilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə olunmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatlarda qeyd olunanları texniki səhvin aradan qaldırılması olaraq məhkəməyə təqdim etsə də, faktiki olaraq müraciətin əsasında müqaviləyə düzəliş edilməsi tələbi durur. Hal-hazırda texniki səhvin düzəldilməsi xahiş edilən müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, eyni zamanda İddiaçı ilə X11 arasında 2018-2019-cu illəri əhatə edən və faktiki olaraq eyni daşınmaz əmlak ətrafında yaranan məhkəmə mübahisələri mövcud olmuş, X11 xx.xx.2023-cü il tarixdə ölmüş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində mülkiyyətçinin adının dəyişdirilməsi xahiş edilən müqavilənin tərəfi deyil. Müqavilədə mülkiyyətçi olaraq Cavabdeh2 qeyd olunmuş, bununla yanaşı müqavilənin tərəflərin rekvizitləri hissəsində həmin şəxsin etibarnamə əsasında çıxış etməsi göstərilmişdir. Lakin, X7 yalnız 15 kv.m. sahəsi olan daşınmaz əmlakın mülkiyyətçisi olması, müqavilənin isə 2 otaqlı, sahəsi 71,2 kv.m. olan daşınmaz əmlak barədə bağlanması işin mübahisələndirilməyən hallarındandır (*həmin hissədə iddiaçı müqaviləyə hər hansı düzəlişin edilməsini xahiş etməyib). Qeyd olunan məsələlərin aydınlaşdırılması məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-2938/2024 saylı qərardadı ilə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanması qeyd olunan xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqavilənin təsdiq olunmuş sürətinin, həmin müqavilənin bağlanmasına əsas olmuş sənədlərin; həmin müqaviləni imzalayan şəxslərin səlahiyyətli olması/şəhsiyyətini təsdiq edən sənədlərin; Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış Şərtli müqavilənin təsdiq edilmiş surətinin Cavabdeh1ndən götürülərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsi icra şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə borclu Cavabdeh1 “Elektron İcra” informasiya sistemində faktiki ünvanı olaraq qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, C.Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsinə baxış keçirilmiş, lakin həmin ünvanda borclunun fəaliyyət göstərmədiyi müyyən edilmiş, eyni zamanda sözügedən müqavilələri aşkar etmək mümkün olmamış və bu barədə müvafiq akt tərtib edilmişdir. Daha sonra yenidən yuxarıda qeyd olunan ünvanda olduq, həmin ünvanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid ofis və səlahiyyətli nümayəndə aşkar edilməmişdir. Qeyd olunan ünvanda olarkən tərəfimizdən Cavabdeh1 direktoru Nümayəndə2 ilə telefon əlaqəsi yaradılmış, sözügedən müqavilələrin təsdiq edilmiş surəti ondan tələb edilmiş, lakin həmin müqavilələrin onda olmadığını, yeni direktor təyin edildiyini bildirmiş və bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir”. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı sırf potensial vərəsə olması X1 bağlanmış və icra edilmiş müqaviləyə hər hansı dəyişiklərin edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “ ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı X7 müqavilənin tərəfi qismində tanınması, müqaviləyə düzəliş edilməsi vəzifəsinin qoyulması və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı X7 müqavilənin tərəfi qismində tanınması, müqaviləyə düzəliş edilməsi vəzifəsinin qoyulması və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2938/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2938/2024
18.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver